11209723_1580346758902149_4855963127866549341_n

Əziz dostlar, bu şeirimdə təriflə tənqid bir yerə düşdü. Onu da qeyd edim ki, tənqidə münasıbətim açıqdı, kim istəsə öz fikrini bildirə bilər.

Arvad var ki, namusu var, arı var,
Arvad var ki, yeddi-səkgiz yarı var.
Arvad var ki, düzlük adlı varı var,
Ölənədək bircə düz yol seçər hey.

Arvad var ki, ,,reklam” edər özünü,
Arvad var ki, heç görməzsən gözünü.
Arvad var ki, sayır əlli-yüzünü,
Əlcək olub əldən ələ keçər hey.

Arvad var ki bal süzülər dilinnən,
Arvad var ki, qan ağlarsan əlinnən.
Arvad var ki, çox əl qucar belinnən,
Haram əllər cox ölüçər, biçər hey.

Arvad var ki, çox evləri yıxandı,
Arvad var ki, tək birinə baxandı.
Arvad var ki, ürəkləri yaxandı,
,,Şəhvət” adlı zəhər şərbət içər hey.

Arvad var ki, dost qohumu, şad eylər,
Arvad var ki, qardaşları yad eylər.
Arvad var ki, cavan ömrü bad eylər,
Kişi qalar əldə vayi- naçar hey.

Arvad var ki, yurda qeyrət qalası,
Arvad var ki, cəngavərdi balası.
Arvad var ki, Nail meylin salası,
Qəmə batsam ürəyimi açar hey.