ts

NƏ İSTƏDİM Kİ…

Tükənib bitməyən hörgü istədim,
Allahdan payımı,bölgü istədim,
Anlamaq, eşitmək bilgi istədim,
İstəyin, məramın, əgər sevgisə,
Ay dəlim, sevmişəm nə istədim ki?!

Qəlbini dinləsən, öyə bilərsən,
Bu mənəm, sən isə dönə bilərsən,
Alışıb yanmasan sönə bilərsən,
Zəmi tək, biçilən əgər sevgisə,
Qəlbində cücərdim mən itmədim ki?!

Yazılan taleyin toruna düşdün,
İtirdin yolları zoruna düşdün,
Məhəbbət qəbrdi, göruna düşdün,
Bir qəlbə hədiyyə, əgər sevgisə,
Bu ürək, bu könül, dəyişmədim ki?!

Demədim, dünyanı başına fırla,
Heykəli ucaldıb, daşına fırla,
Dağ olan yağını, aşına fırla.
Ürəklər bir vurar, səsi sevgisə,
Özümü sevdirib çəkişmədim ki?!

19.11.2015.

QƏRİB ÜRƏYİM..

Mənimlə əylənir, ömür ələyim,
Nələrdən söz edim, nəyi diləyim.
Desəm də alışma, odsuz ocaqsız,
Cağlamır keşmə tək, yanan ürəyim.

Bu ürək nələrin, yükünü çəkir,
Kefini şum edib , qəmini əkir.
Səsi də, dəyişib məni aldadır,
Söyləyir bağban ol, gülünü gətir.

Ürəyim necə də, canı sevirmiş,
Damarda dövr edən, qanı çevirmiş.
Dolsa da, gözləri, dərdlə ağlamır,
Bəxtinə, düşəni sanki bilirmiş.

Köksümə dirənib, qəlib ürəyim,
Bəhrini bağbansız,dərib ürəyim.
Dərd içər Təranə,meyə bənzəməz,
Badəsi göz yaşı, QƏRİB ürəyin

15.11.2015.

BƏXTİMİ OXŞA

Ayağim yürüyür yolum bitməyir,
Dilim də, yalvarır ünüm yetməyir.
Əllərim mehraba, üzüm fələyə,
Ağlayır ahım da, səsim getməyir.

Ey fələk, vurmusan vurduğun yerdən,
Xəbərin alarsan küləkdən, yeldən.
Qanadı yonulan, quşa dönmüşəm,
Yapışıb tutmuşam incə bir teldən.

Üzümə gül bir az, tale mələyim,
Ələnən illərdi, dolmaz ələyim.
Ömrümə gül ələ, qoxusu mənim,
Gül ətri dadım mən, zalım fələyim.

Viranə könlümün, çarəsi yoxsa,
Ömrümün qışı da, yazına toxsa,
Yürümə, dayan sən, nə olar dinlə,
Başima sığal şək, BƏXTİMİ oxşa.

18.11.2015.