QARABAĞ DƏRDİ

ÜÇÜNCÜ HİSSƏ.

Yenə xəyallarım dolanıb gəzir,
Qaranlıq insanın qəlbini dəlir.
Hardasa yanıqlı bir tütək səsi,
Dağlarda əks edir şəhid naləsi.
Sükuta dalıbdır şəhər,el-oba,
Sönübdür evlərdə o gündən soba.
Bir ana fəryadı eşidirəm mən,
Qana boyanıbdı dağ-dərə,çəmən.
Ağır bir döyüşlər gedir yurdumda,
Qıratın səsindən batır qulaqda.
Yandırır alçaqlar eli-obanı,
Dəhşətə gətirir bunlar insanı.
Qocada-cavanda silah götürüb,
Dağları-daşları duman bürüyüb.
Dəhşətdi saymırlar heçdə insanı,
İtib düşmənlərin dini-imanı.
Havaya sovrulur qarı çöllərin,
Havası alınmır bu dinsizlərin.
Tökülür ağ qarın üzərinə qan,
Qızardır dağları,qayanı yaman.
Niyə qudurubdu bunlar,bilmirəm,
Qaranlıq gecədən nə gözləyirəm.
Şaxta dağı-düzü yalayıb keçir,
İnsan öz əliylə insanı biçir.
Zülmət meşələrin bağrını dəlir,
Dumanlı xəyalım dolanıb gəzir.
Atılır avtomat ara vermədən,
Döyüş vüsət alıb axşam düşəndən.
Xalqımın qanına susayıb düşmən,
Yağdırır gülləni gecə keçəndən.
Bir ana görürəm saçların yolur,
Naləsi qəlbimə bir xəncər vurur.
Gəzir öz balasın,gəzir övladın,
Gəzir şəhid olmuş oğul balasın.
Yaralı daşınır ara vermədən,
İnsan dəli olur gördüklərindən.
Beləcə döyüşlər ara verməyir,
Hər boylar gör neçə şəhidlər verir.
Döyüş vüsət alıb dörd bir tərəfdə,
Qalıb igidlərim soyuq səngərdə.
Laçın döyüşürdü,Şuşa yanırdı,
Xocavənd,Xocalı qan ağlayırdı.
Kəlbəcər,Ağdərə yatıb dərədə,
Salmışdı dığanı əlacsız dərdə.
Cabrayıl,Qubadlı dağa çıxmışdı,
Zəngilan döyüşdə ad qazanmışdı.
Fizuli sinəsin verib gülləyə,
Qoşun istəyirdi gəlsin köməyə.
Ağdam gecə-gündüz səngər qazırdı,
Qırat mərmisindən düzlər yanırdı.
Canyataqda qanlı döyüş gedirdi,
Güneypəyə gecə-gündüz dərdliydi.
Gülyanaqda dağlar-daşlar yanırdı,
Qalayçıda döyüş vüsət alırdı.
Mannıx tapdaq altda hey sızlayırdı,
Sarı bulaq torpaqdan qan sızırdı.
Sırxavənd çəkilib sıx meşələrə,
Dözürdü köməksiz keçən günlərə.
Erməni ruslarla birləşib birdən,
Xocavənd üstünə getdi qəfildən.
Döyüşlər başladı Qaradağlıda,
Əmrahlar kəndində qayada-dağda.
Qarakənd dövrəyə alıb onları,
Çartazdan vururdu hər kəndi-bağı.
Havanın şaxtalı soyuq günündə,
Qaradağlı getdi ağır döyüşdə.
Azğın ermənilər qana susayıb,
Nə həya edirdi,nədə ki,ayıb.
Birləşib ruslarla,birləşib yaman,
Kimsəsiz millətə vermirdi aman.
Hədəflər seçirdi,hədəf gəzirdi,
Döyüşə muzdular yaman gəlirdi.
Gəlirdi döyüşə Livan,Zəncidə,
Planlar cızırdı Ruslar hər tində.
Xocalı üstünə gəlirdi ordu,
Tarmar qoymaq üçün bu gözəl yurdu.
Malbəyli,Kosalar kömək gəzirdi,
Üzmüşdü onları vətənin dərdi.
Kərçicahan odlanırdı-yanırdı,
Meşəlidə qan torpağa axırdı.
Daşaltında böyük hiylə quruldu,
Yüzlərlə şəhidlər qana boyandı.
Köməksiz qalmışdı mənim millətim,
Od tutub yanırdı mənim vətənim.
Xocalı car çəkib kömək umurdu,
O günlər Bakı da susub,dururdu.
Keçdikcə hər günlər,hər dəqiqələr,
Şəhidlər gedirdi qızlar-gəlinlər.
Erməni birləşib Rus qardaşıyla,
Gəldi Xocalıya qan sorağıyla.
Fevralın şaxtalı bir gecəsində,
Nalələr duyuldu insan səsində.
İyirmi altı fevral doxsan iki,
Xocalı qırğının yazmışdı sanki.
Xocalı üstünə yeridi düşmən,
Lərziyə gətirdi dağları birdən.
Yandırdı dığalar bütün evləri,
Dağıtdı o kəndi,dağıtdı eli.
Dağlara töküldü qızım-gəlinim,
Düşmən gülləsiylə öldü hər gəncim.
Ata öz oğlunu əliylə vurdu,
Düşmən qocaları dağlarda yordu.
Qıydı balasına ana məcburən,
Kənar olmaq üçün düşmən əlindən.
Qaraqaya qara qana boyandı,
Milləti dağlarda boran apardı.

Qaranlaq meşəyə çəkildi millət,
Qarın üzərinə səpildi millət.
Yüzlərlə igidlər silah götürdü,
Öz qanın vətənin yolunda tökdü.
Əlif sinə gərdi alçaq düşmənə,
Səs verən olmadı onun səsinə.
Qırıldı beləcə Xocalım mənim,
Böyük bir matəmə düşdü vətənim.
Körpələr qar üstə donub qalmışdı,
Xalqım ayaqyalın dağa qalxmışdı.
Neçə igidlərim əsir alındı,
Tarixə soyqırım o gün yazıldı.
Qırıldı Xocalım,qırıldı yaman,
Düşmən millətimə vermədi aman.
İnsanın qanına susuyub düşmən,
Qəlbin çıxarırdı,yarıb sinədən.
Öz gücün alaraq erməni rusdan,
Vermirdi insana heç yerdə aman.
Şaxta yaman gəlib,yaman düşmüşdü,
Dağları,düzləri qar bürümüşdü.
Külək sovururdu qarı göylərə,
Qanlar tökülmüşdü qanlı çöllərə.
Meşələr ah çəkib,sızıldayırdı,
Dağın ətəyində bir kənd yanırdı.
Susmuşdu nalələr,susmuşdu çöllər,
Alıb sinəsinə şəhidi düzlər.
Açırdı yenə də yeni bir səhər,
Dəhşətə salırdı adamı düzlər.
Körpə qarın üstə donub qalmışdı,
Qocanın əlində əsa yanmışdı.
Gözləri çıxmışdı,baş kəsilmişdi,
Neçə ürəkləri güllə dəlmişdi.
Açıldı bir səhər,sakit səmirsiz,
Meyitlər qalmışdı düzdə kimsəsiz.
Günəşdə çıxmışdı,qar əriyirdi,
Bəlkədə şəhidə sinə gərirdi.
Çingiz dəstəsiylə düşdü xırmana,
Qar üstə qalmışdı gör neçə ana.
Çingiz hönkürürdü,hey ağlayırdı,
Millətin halına qəlbi yanırdı.
Sükutun içində bircə səs vardı,
Çingizin el üçün bir harayıydı.
Getdi əlimizdən,getdi Xocalı,
İnsanlar ağacdan qaldı asılı.
Getdi əlimizdən elim-elatım,
Yaman qara gəldi bu gün sabahım.
Yetmədi kamına kimsə onların,
Kimsəsiz qırılan bu insanların.
Yaralı,kimsəsiz gəldi Ağdama,
Duz səpdi bu haray mənim yarama.
Sarsıldı dəhşətdən neçə ürəklər,
Ağladı şəhidi dağlar-dərələr.
Qızırdı havalar,gəlmişdi bahar,
Yenədə yanırdı bizim torpaqlar.
Beləcə bir bahar günündə onlar,
Yenədə cızırdı geniş planlar.
Mənfur niyyətlilər,mənfur alçaqlar,
Şuşa ətrafına qalxdı qoşunlar.
Səkkiz may baharın gözəl anında,
Erməni toplandı Şuşa yanında.
Tutub dörd tərəfin Şuşa qalasın,
Qırdılar xalqımın yazıq balasın.
Doxsan ikinci il səkkiz mayında,
Şuşanın naləsi qaldı dağlarda.
Getdi başımızın tacı qəfildən,
Kimsədən nə kömək,haray görmədən.
Çəkildi insanlar Turş-suya sarı,
Düşmən unutmuşdu qeyrəti-arı.
İşgəncə verirdi qıza-gəlinə,
Urra söyləyirdi öz əməlinə.
Köməksiz döyüşdü mənim millətim,
Al qana boyandı düzüm-çəmənim.
Dərələr,təpələr qan ağlayırdı,
Bulaqlar ağlayıb,yas saxlayırdı.
Kimsəsiz qayalar verib baş-başa,
Mərkəz usanmırdı gözdəki yaşa.
Başlar dumanlıydı,başlar itmişdi,
Şuşa tək bir qala əldən getmişdi.
Cabbar ağlayırdı,Xan ağlayırdı,
Vaqif dərələrdə haray salırdı.
Durub hey baxırdı İbrahim xanda,
Necə satılmışdı torpaq bu anda?
Şəhidlər qan töküb haray salırdı,
Kimsə xısın-xısın torpaq satırdı.
Niyə başsız idi mənim millətim?
Çatmırdı kimsəyə səsim-səmirim.
Şuşa od tutmuşdu,Şuşa yanırdı,
Çoxu silah atıb,yaman qaçırdı.
Ancaq döyüşürdü fədailərim,
Vətənə öz qanın fəda edənim.
Döyüşə-döyüşə hey çəkilirdi,
İnanıb mərkəzə o gözləyirdi.
Turş-suya çəkilib millət dayandı,
Zarıslıda evlər od tutub yandı.
Düşmən yeriyirdi elin üstünə,
Snayper dəyirdi insan gözünə.
Satqınlar doymadı vüsət aldılar,
Torpağı satmaqdan usanmadılar.
Çəmənə şəhidin qanı axırdı,
Kimsə gizli-gizli rayon satırdı.
Dağları-düzləri çiçək almışdı,
Qayalar altında ilan yatmışdı.
Tanımaq olmurdu gülü-çiçəyi,
Dolmuşdu nifrətlə onun ürəyi.
Mayın on səkkizi yetişdi bir an,
Qara gəldi doxsan iki bahardan.
Laçın müdafiəyə qalxdı dayandı,
Millət çaş qalmışdı,torpaq yanırdı.
Hücuma keçdilər,yandı Laçınım,
İçimdən odlandım,içimdən yandım.
Laçın sinə gərib,Laçın durmuşdu,
Vətənin yolunda canın qoymuşdu.
Bir günün içində getdi Laçınım,
Yenə qara gəldi baharım,yazım.
Torpaqlar siyasət qurbanı oldu,
Dağların çiçəyi saraldı-soldu.
Başın itirmişdi yazıq millətim,
Köməyə gəlmirdi niyə mərkəzim?
Qarabağ dərdliydi,Qarabağ küskün,
Şəhidlər gedirdi məzara hər gün.
Düşmən odlayırdı dörd bir tərəfi,
Əsir götürürdü qızı-gəlini.
Namus itib- batıb,yaman gedirdi,
Düşmən millətimi yaman əzirdi.
Qızmışdı havalar,qızmışdı yaman.
Almışdı vətənin üstünü duman.
Düşmən yatmamışdı irəlləyirdi,
Planlar cızırdı yollar gəzirdi.
Qarabağ səmasın almışdı bulud,
Başımız üstünə yenirdi əmud.
Düşmən hərlənirdi yara vurmağa,
Yandırıb,dağıdıb hey uçurmağa.
Seçdi hədəfini axtardı tapdı,
Xocavənd üstünə yürüş başladı.
Düşmən üzük kimi dövrəyə aldı,
Xocavənd döyüşü qəfil başladı.
Qalxdı vətənini sevən igidlər,
Silah götürüb döyüşə girdilər.
Qıratlar gurladı,toplar gurladı,
Torpağı su deyil,qanlar suvardı.
Göydən od yağırdı doxsan ikidə,
Getdi əlimizdən elin biridə.
Qarabağ yanırdı,haray salırdı,
Əlləri köməksiz göydə qalırdı.
Beləcə ötüşdü doxsan ikidə,
Dörd diyar odlandı o il vətəndə.
Gəlirdi qarşıdan yenə də bahar,
Vətəni alırdı qara buludlar.
Vətən dərd əlindən qan ağlayırdı,
Düşmən ayaq açıb yol axtarırdı.
Gəldi doxsan üçün fevral ayları,
Saxlamaq olmurdu bu torpaqları.
Bahar gəlişiylə dərd gətirirdi,
Siyasət torpağı qurban verirdi.
Mirov qar altında yaman uymuşdu,
Kəlbəcər ətrafı düşmən dolmuşdu.
Aprelin ikisi başlandı döyüş,
Aprelin altısı oldu son görüş.
Kəlbəcər elinə bəla gətirdi,
Neçə igidləri vətən itirdi.
Murova dağıldı millət dəhşətdən,
Canın qurtarmaqçün o gün düşməndən.
Murovda uçquna düşdü millətim,
Qan qusdu o günü mənim vətənim.
Getdi Kəlbəcərim,getdi yaylağım,
Düşmənin əlinə keçdi torpağım.
Yaram sağalmamış,qanadı yaram,
Dar oldu yenə də mənə bu dünyam.
Gedirdi torpaqlar,gedirdi yaman,
Bizi gözləmirdi bu ötən zaman.
Görən olacaqmı bunların sonu?
Vətən gözləyirdi igid oğlunu.
Kimsə bu vətəni sağalda bilməz,
Ürək ağrımasa gözdən yaş düşməz.
Vətən hey deyirdi ulu Heydərim,
Onu səsləyirdi mənim millətim.
Yetişdi bir zaman,yetişdi dövran,
Gəldi vətənimə o böyük insan.
Onun gəlişini sevmədi çoxu,
Gedirdi çoxunun əldən var-yoxu.
Elin çağrışına çoxları susdu,
Hər addım başında min tələ qurdu.
Dedilər biz bölək Azarbaycanı,
Düşmən edək qardaşa-qardaşını.
Bir qrupu Gəncədə meydan oxudu,
Onun ətrafına yığışdı ordu.
Vəl-vələ salındı ortaya belə,
Arxa durmadılar vətənə,elə.
Dedilər yaradaq talış dünyasın,
Saldılar ortaya qardaş davasın.
Su tökdülər düşmən dəyirmanına,
Kömək durmadılar el harayına.
Düşmən ayaq aldı,düşmən yeridi,
Yenə rayonları hədəfə seçdi.
Ağdərə döyüşü bir vüsət aldı,
Duşmən Ağdərəni çevrəyə saldı.
On yeddisi iyun dəhşətli bir an,
Ağdərədə su yerinə axdı qan.
Ağdam üzərinə bulud gəlirdi,
Duşmən bunun üçün yollar gəzirdi.
Açıq söyləyirdi düşmən o gündən,
Yollar arayırdı dağdan,dərədən.
Deyirdi Ağdamın iki yolu var,
Döyüş bu yollarda bir uğur tapar.
Ağdamın açarı bir Abdal idi,
Birdə Şahbulaqdan Papravənd idi.
Ağır döyüşlərə girişdi Abdal,
Düşməni lərzəyə gətirdi Abdal.
Papravənd durmuşdu sayıq hər gecə,
Düşmən yol gəzirdi döyüşsün necə.
Ağır bir döyüşlər gedirdi orda,
Ağdam qovrulurdu alovda-qorda.
Ordu bu torpağı tənha buraxdı,
Əmirsiz,fərmansız Gəncəyə qaçdı.
Ağdam tənha qaldı yerli orduyla,
Oynadı xainlər vətən oduyla.
Açıldı açarı Ağdamın bir gün,
Neçə şəhidləri oldu döyüşün.
Başladı Ağdamda qanlı döyüşlər,
Şəhidsiz ötmədi hər ötən günlər.
Kilsədən qıratlar yağdı şəhərə,
Düşmən yağış kimi axdı şəhərə.
Döyuşdü Güllücə,döyüşdü Abdal,
Ağdamın üstünə gəlmişdi zaval.
Fuğara seyidin torpağı yandı,
Millət qan ağladı,qana boyandı.
Seyid Lazım ağa Allaha baxdı,
Ağdamın halına yandı-yaxıldı.
İyulun iyirmi üçündə talandı,
Beləcə Ağdamı düşmənlər aldı.
Satıldı Ağdamım,vətənim,elim,
Töküldü düzlərə mənim millətim.
Getdi vətənimin gözəl bir yurdu,
Düşmən vətənimdə hiylələr qurdu.
Getdi Dəhraz,getdi Kətik Ağbulaq,
Belə dərdi deyin necə unudaq?
Getdi Allahverdi,getdi Şirinim,
Xosrovum,Eldarım birdə Çingizim.
Minlərlə şəhidi olan bu elin,
Erməni tapdadı çölün-çəmənin.
Canpoladı şəhid etdi düşmənim,
Şəhid oldu həmin eldə Təbrizim.
Ala Yaqub əsirlikdə can verdi,
Asif vərəmlədi,Asif çərlədi.
Neçə igid al qanına boyandı,
Elim tarmar oldu,Ağdamım yandı.
Neçə əsirləri igid dayanan,
Qərinələr keçib eli saxlayan.
Vətənin düşmənə bir an verməyən,
Səsindən erməni qaçıb titrəyən.
Hiylə qurub bir diyarı aldılar,
Vətən xainləri,vətən satdılar.
Ağ günü sevməyib tələ quranlar,
Mənim vətənimə yara vurdular.
Düşdü ortalığa bəylər,paşalar,
Hər daşın altında oyun qurdular.
Millət qan qussada,bu biganələr,
Elimlə səngərdə döyüşmədilər.
Doğmurdu vətənin günəşi artıq,
Qarşısın kəsirdi qara buludlar.
Pozurdu həyatın bu insanların,
Qayalar altında yatan ilanlar.
Verirdi güdaza eli-obanı,
Hey əldən gedirdi vətən torpağı.
Aylar ağır gəlib,ağır gedirdi,
Günlər bir-birini əvəz edirdi.
Döyüş dayanmırdı,döyüş gedirdi,
Torpaqlar su deyil al-qan içirdi.
Avqust ağır gəldi o il vətənə,
Düşmən can atırdı dağa,düzənə.
Gedirdi dağlarda döyüş hələdə,
Düşmüşdü insanlar ağır bir dərdə.
Fizuli seçildi növbəti hədəf,
Dolandı başına onunda kələf.
İyirmi üç avqust doxsan üçdə,
Getdi Cəbrayılımda,Fizulimdə,
Otüz biri Avqust doxsan üçdədə,
Qubadlıda getdi belə növbədə.
İyirmi doqquzu sentiyabrdada,
Bir matəm quruldu Zəngilanımda.
Vətən tarmar oldu,vətən odlandı,
Neçə rayon,neçə şəhər talandı.
Minlərlə şəhidlər əllərdə qaldı,
Vətənin ürəyi alışdı,yandı.
Beşdə biri getdi vətənimində,
Dunyaya car çəkdi obam-elimdə.
Artıq işğaldadır vətənim,elim,
Yayılır dünyaya günbəgün səsim.
İnanıram qayıdacaq o yurdlar,
Yenə qaynayacaq o buz bulaqlar.
Qalxacaq Şuşaya qızlar-gəlinlər,
Açacaq yenədə xarıbülbüllər.
Qalxacaq vətəndə üç rəngli bayraq,
Düşmənin önündə dalğalanacaq.

1990-1993-cü illər

GÜNƏŞ DOĞACAQ BİR GÜN

DÖRDÜNCÜ HİSSƏ

Kəsilən bir ağac cücərər bir gün,
Doğar günəşidə bu yerin-göyün.
İtən ismətimiz qayıdar bir vaxt,
Vətən gəl-gəl deyər,qaynayar həyat.
Son qoyular qaçqınlığa-köçkünə,
Dönər millət haçansa öz evinə.
Vətən on üç ildir gözləyir bizi,
Ağladır vətənsiz,dərd qəlbimizi.
Qana-qan deyibdi babalarımız,
Övladın gözləyir torpaqlarımız.
Hanı qoç Koroğlu,hanı igidlər,
Haçandı yaş tökür bu nəmli gözlər.
Qarabağ qan qusur,Ağdam dardadır,
Xocavənd,Xocalı gözü yoldadır.
Şuşa öz tacını gəzib,axtarır,
Laçın qəribsəyib,Laçınım yanır.
Kəlbəcər küskündü,Ağdərə qəmli,
Cəbrayıl qalıbdı gözləri nəmli.
Füzuli,Qubadlı qandallanıbdı,
Zəngilan xar olub tarmar olubdu.
Çağırır bu ellər öz övladların,
Qaytarmaq istəyir ismətin,arın.
Yayılıb dünyaya millətin səsi,
Qoy çalınsın bir döyüş səlnaməsi.
Ulu öndərimiz qoyduğu yolu,
Gəlin birgə gedək tutduğu yolu.
Tutaq siyasətin rəhbərimizin,
Açaq yollarını vətənimizin.
İlhamlı yollarla ilhama gələk,
Öndər nəsihətin qabağa çəkək.
İşğalda qalıbdı qərib torpaqlar,
Vətən həsrətiylə yanır insanlar.
Qarabağ var idi,vətən var idi,
Bağ-bağça bir güllü çəmən var idi.
İndi xəyallarda qalıb o yerlər,
O soyuq bulaqlar,dağlar-dərələr.
Şuşa küskün-küskün qalıb dağlarda,
Buludlar dolanır şiş qayalarda.
Saxsı bulaq,İsa bulaq quruyub,
Dolayı bulaq qəm əlindən uyuyub.
İbrahim xan gözü yolda qalıbdı,
Vaqifin məzarı dağıdılıbdı.
Dağlarda əks edir Cabbarın səsi,
Dolanır dağları Xan şikəstəsi.
Natəvan gözlərin tikib yollara,
Bir ümüd bağlayır bu insanlara.
Gəlin arxa olaq rəhbərimizə,
Çataq arzumuza,niyyətimizə.
Əzək ilanların qalxan başını,
Kəsək anaların bu göz yaşını.
Qoy görsün Şuşanı yeni nəslimiz,
Bilsin ki,keçibdi necə dövrümiz.
Olub rəvayətlər mənim elimdə,
Neçə möcüzələr mənim elimdə.
Babalar söyləyir atalar deyir,
Dolanıb xəyalım elimə gedir.
Abdalda bir Əli bulağı vardı,
İnsanlar o yerdə şəfa tapardı.
İmamlar övladı olubdu Əli,
Yaşayıb Abdalda qədim illəri.
Xalqa yaxın olub,çörəkli olub,
Dağlarda keçmişdən bir adda qoyub.
Abdalın yanında iki kənd salıb,
El üçün,xalq üçün alışıb-yanıb.
Cəmiyyət kəndini,Haslı kəndini,
Yaradıb onlara verib qəlbini.
Haslı,çörəklidi mənasın bilin,
Erməni çörəyin bilmədi qədrin.
Bir bulaq qaynadı o gözəl yurdda,
Qaynadı buz kimi soyuq qayada.
Əli pəncəsini qoydular ora,
Onun xatirəsin verib bulağa.
Əli bulağıtək tanındı bulaq,
Niyə ayrı düşdük bu eldən uzaq.
Erməni bulağa xaç şəklin vurdu,
Əli pəncəsini kənara qoydu.
O gecə çatladı iki övladı,
Axşam yatıb səhəri oyanmadı.
Millətə xor baxan alçaq erməni,
Sübh tezdən balasın oyaq görmədi.
Əliyə xəyanət öldürdü onu,
Elə xor baxanın bax budu sonu.
Dastanlar yaradan doğma elimdən,
Getdi Qarabağım,getdi əlimdən.
Yox-yox qayıdacaq elim-elatım,
Yenə də axacaq buz bulaqlarım.
Qalxacaq dağlardan urra səsləri,
Arxada qoyacaq qəmli illəri.
Rəhbər siyasəti başa çatacaq,
Əminəm torpağı İlham alacaq.
Çoxlu möcüzələr olub elimdə,
Buda bir möcüzə olar vətəndə.
Danışım mən sizə yenə möcüzə,
Hələ deyilənlər azdı zənnimcə.
Bir gün dağılırdı yer-göy atəşdən,
Vətən titrəyirdi ahdan-nalədən.
Ağdamda bir qanlı döyüş gedirdi,
Qıratın səsindən yer titrəyirdi.
Erməni Ruslarla verib əl-ələ,
Salmaq istəyirdi böyük vəlvələ.
Cəvahirli əməliyyatı başlandı,
Qoşun gəlib kəndə yaxın dayandı.
Almaq istədilər Güllücənidə,
Tutdular hər dağı,hər dərənidə.
Qəbirsanlıq boyu dayandı qoşun,
Açmaq istədilər bu kəndin yolun.
Susdu toplar,susdu tanklar dinmədi,
Kəndə qoşun ayaq tutub girmədi.
Möcüzə yarandı hamı mat qaldı,
Tanklar öz-özünə sönüb dayandı.
Çıxdı ortalığa bir dığa birdən,
Danışdı o kənddə Fuğara seyiddən.
Dedi onun cəddi saxlayıb bizi,
Tilsimə salıbdı hər birimizi.
Gəlin ayrı yola çəkək qoşunu,
Tapaq Güllücənin başqa yolunu.
Şurabat tərəfə çəkildi ordu,
Dağıtdı o gecə alçaqlar yurdu.
Alındı Nəmirli,getdi Güllücə,
Yadımdan çıxmayır mənim o gecə.
Yağı tarmar etdi kəndi-obanı,
Saymadı nə qəbri,nədə Ağanı.
Belə xatirələr çoxdu vətəndən,
Yadımda qalıbdı hər ötən ildən.
Ağdamda bir bazar,bir məkan vardı,
Bazarda canlanma vüsət alardı.
Ağalar içində bir ağam vardı,
Hər bazar o bura ayaq açardı.
Seyid Lazım ağa gəlib bazara,
O,dua edərdi bu insanlara.
Bir gün göyün üzün buludlar aldı,
Qıratı erməni bazara atdı.
Lakin açılmadı o gün qıratda,
Sancılıb torpağa bazarda qaldı.
Ağanın cəddinə şübhə edənlər,
Qırata,sonra da Ağaya baxdı.
Ağa durub getdi sakit evinə,
Bəla toxunmadı insan selinə.
Beləcə yaşardı Ağamda mənim,
Getdi torpağlarım,getdi vətənim.
Ağcabədi qəbul etdi ağanı,
Qorudu o ellər bu pak insanı.
İl ötdü,ay ötdü həyat dolandı,
Ağanın son günü vədəsi çatdı.
Dedi basdırarsız məni vətəndə,
Mən rahat yatmaram,bilin yad eldə.
Qazıldı qəbirlər qazıldı yan-yan,
Dəhşətə gəlirdi o günlər insan.
Qəbirlər uçurdu torpaq durmurdu,
İnsanlar möcüzəylə qarşı dururdu.
Yetişdi bir ahıl söylədi burdən,
Ağa kənar qaçır bilin qəbirdən.
Gərək vətənində dəfn edək onu,
Verək o dünyasın,onun yurdunu.
Ağdam,Çəmənlidə qazıldı qəbir,
Ağa dəfn olundu vətənində bil.
Beləcə itirdik böyük ağanı,
Ümüd pənahımız olan insanı.
İtirdik Fuğara seyidimizi,
İtirdik o qərib tək qəbrimizi.
İtirdik biz seyid Lazım ağanı,
İtirdik insanın tək pənahını.
Getdi elimizdəki Lazım ağa,
Qoyuldu son vaxtlar oda torpağa.
İtirdik o yerdə seyid Əşrəfi,
İmam övladını seyid nəslini.
Yadımdan çıxmayır güllə yağışı,
Mirhadının Allaha yalvarışı.
Böyük möcüzələr yarandı eldə,
Neçə cəsəd qaldı dağda-dərədə.
Şelli ətrafında gedirdi döyüş,
Ağdamı lərziyə gətirdi döyüş.
Maşınlar aramla gedib gəlirdi,
Sərhəddən yüzlərlə meyit gəlirdi.
Yollandı cəbhəyə Nazim həkimdə,
Çantası əlində dərman belində.
Lakin çaş-baş qalıb qaldı ortada,
Yer tapa bilmirdi başı hayında.
Almışdı dövrəyə onu erməni,
Gülləylə biçirdi gəlib-gedəni.
Bir taya altında gizləndi Nazim,
Ona ratsiyayla çatırdı səsim.
Yaqub işə saldı öz toplarını,
Pozdu erməninin planlarını.
Biz azad etdikdə Nazimi,birdən,
Tüklərim biz oldu mənim dəhşətdən.
Bir anın içində dəyişmiş zaman,
Ağardı saçları onunda bir an.
Dəhşət ağartmışdı onun saçını,
Döyüşdə pozmuşdu keçən zamanı.
Gedirdi döyüşlər,gedirdi yaman,
Meyitlər gəlirdi bir an durmadan.
Seyidli Hidayət Lənkaran oğlu,
Silaha sarılıb dağlarda durdu.
Qəfil döyüşlərdə Ərşad vuruldu,
Dəstəsi onunla göyə sovruldu.
Getdi Gültəkinim,getdi Çingizim,
Al-qana boyandı bu doğma elim.
Getdi Elşad,getdi Gilas ləqəbli,
Döyüşdə can qoydu Şelli Vidadi.
Bəylər dağ başında qana boyandı,
Asif dərd əlindən alışdı,yandı.
Dözmədi Asifim bu böyük dərdə,
Dərdiylə sızladı hər ötən ildə.
Qoyuldu torpağa Asif Bakıda,
Acı xatirələr qaldı xalqımda.
Pərvizi itirdik,Xosrovum getdi,
Əlif öz ömrünü vətənə verdi.
Getdi Allahverdi o,dağlar oğlu,
Elə bil vətəni döyürdü dolu.
Getdi arımızda namusumuzda,
Əllərdə sızladı torpağımızda.
Başlandı qaçqınlıq birdə köçkünlük,
Aldı sinəsinə milləti çöllük.
Nifrət yara qoydu hər bir insanda,
Dil açıb ağladı yanan torpaqda.
Didərgin adını daşıdı xalqım,
Vətəndə vətənsiz yaşadı xalqım.
Düşdü əldən-ələ müzakirələr,
Xalqın ürəyini diddi bu günlər.
Miniski yadlaşdı,ATƏT susubdu,
Atəşkəs illərdi susub durubdu.
Aldadır Avropa,aldadır dünya,
Verilən əmirlər gedir havaya.
Qalxın ay ellərim,qalxın ayağa,
Uzaqdan baxmayaq,yanan torpağa.
Vətən dağılıbdı,vətən yanıbdı,
Evlərin yerində qanqal qalıbdı.
İstərəm ki, bir əmr versin komandan,
Bezibdi insanlar yaşamağından.
Qaytaraq o yanan ellərimizi,
Şad edək ruhları hər qəbrimizi.
Qalıbdı əllərdə ata-babamız,
Düşmən əlindədi torpaqlarımız.
Artıq yaranıbdı böyük ordumuz,
Gözləyir övladın qərib yurdumuz.
İnanıram doğacaq bir gün günəş,
İsidəcək milləti doğan günəş.
Birləşin igidlər,birləşin qalxın,
Kəsin iniltisin bu torpaqların.
Vətən deyib silahlanıb biz gedək,
Vətəni düşmənlərdən azad edək.
Versin sərəncamı qoy rəhbərimiz,
Olsun qoy səfərbər bizim ölkəmiz.
Qoy qalxsın ayağa qızım-gəlinim,
Döyüş səlnaməsin çalsın vətənim.
Qaldıraq ordunu döyüş gərəkdi,
Bizi o səsləyən obadı-kənddi.
Gedək çağrışına Qarabağımın,
Çataq köməyinə qərib torpağın.
İgidlərin hələ çoxu qalıbdı,
Yollara baxmaqdan göz tutulubdu.
Kamal öndə getsin qoşun toplansın,
Ağaoğlu adını tarixə yazsın.
Abdal Qəhramanı vətən çağırır,
Şahbaz vətən deyib yollar axtarır.
Fizuli,Rəfayıl və başqaları,
Deyir azad edək bu torpaqları.
Qalxaq Şuşamıza o dağlarında,
Yandıraq hər sönən ocaqlarıda.
Sancaq Şuşamıza bayrağımızı,
Tapaq qəbirləri,gorgahımızı.
Qalxın vətən oğlu,döyüş vaxtıdı,
Torpaqlar düşmənin tapdağındadı.
Silaha sarılsın oğlum-gəlinim,
Döyüş səlnaməsin çalsın vətənim.
İstərik bir əmir versin rəhbərim,
Milləti döyüşə səsləsin elim.
Yağılar əlindən alaq torpağı,
Yandıraq dağlarda sevinc ocağı.
Məndə Vidadiyəm,kədər əhliyəm,
Vətən çağrışına məndə gedərəm.
İnanıram qayıdacaq torpağım,
Qarabağa sancılacaq bayrağım.
Vətənimin İlham kimi oğlu var,
Bir gün torpaqları geri qaytarar.
Şad olar qayalar,şad olar dağlar,
Bülbül vətən üçün həmişə ağlar.
Alar torpaqları qəhrəman xalqım,
Tanıyar vətənin körpə uşağım.
Ana ah-naləsi kəsilər bir gün,
Silər övladlarım yaşını gözün .

Azərbaycan mənim ölkəm,nələr çəkib başın sənin,
Sinə dağı çox görübdü sənin övlad nəvələrin.
Neçə dəfə göz tikibdi ermənilər yurdumuza,
Sinə dağı çox çəkibdi,oğlumuza-qızımıza.
Pyoturun nəsihəti parçalayıb qəlbimizi,
Neçə illər Ruslar alıb harayları,səsimizi.
Ayırıbdı Araz bizi,həsrət çəkib el-obamız,
Süngülərlə süngülənib odlar yurdu torpağımız.
Ana qalıb gözü yaşlı,bala həsrət dolu gəzib,
Neçə əsir,neçə illər,bizi neçə dövlət əzib.
Azadlığa çatmaq üçün,neçə şəhid qanın töküb,
Tır-tır altda qız-gəlinim,çox ərənlərim əzilib.
Ermənilər torpağıma susuyubdu,soxulubdu,
Torpaqlarım ayaq altda tapdalanıb,oyulubdu.
Dan sökülüb,günəş sübhün danın söküb,oyanıbdı,
Odlar yurdu azadlığın yolun açıb,yol tapıbdı.
Ulu öndər bu dövlətin sarıyıbdı yarasını,
Artıq xalqım dünyasında,atıbdı öz addımını.
Günəş qalxır,qalxacaqdı,zirvəsinə çatacaqdı,
Qarabağın yollarını bir gün xalqım açacaqdı.
Dönəcəkdi obasına didərginim,köçkünlərim,
Öz yurduna qovuşacaq,səpələnən bu millətim.
Günəş qalxıb isidəcək o dağları,qayaları,
Qarabağım sıxacaqdı sinəsinə insanları.

Vidadi Ağdamlı Ağdam-Xındırıstan-Bakı 1993-2005.