“Jurnalistika terminləri lüğəti” işıq üzü

jtl

Müəllifləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i Qulu Məhərrəmlinin və Azərbaycan Jurnalistlər Birliyinin sədri, Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i Elçin Şıxlının olduğu “Jurnalistika terminləri lüğəti” 2016-cı ildə “Altun Kitab” Nəşriyyatı tərəfindən 300 səhifə həcmində, 300 tirajla işıq üzü görüb.Kitabın redaktoru Arif Əliyevdir.
Lüğət Azərbaycan Respublikası Nazirlər Kabineti yanın­da Terminologiya Komissi­yasında müzakirə olunmuş və nəşri məqsədəmüvafiq hesab edilmişdir (17 may 2016-cı il).

Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan” qəzeti