gi

Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar bölgəsinin Gədəbəy şəhəri üzrə xüsusi müxbiri, DGTYB və Azərbaycan Respublikası Mədəniyyət və Tuzirm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi3”ün üzvü, istedadlı xanım yazar, şairə-publisist Gülnarə İsrafilqızının “Torpaq adamlar” adlı ilk şeirlər kitabı 2016-cı ildə respublikanın paytaxtı Bakı şəhərində “Ol” Nəşriyyatı tərəfindən işıq üzü görüb.
Kitab müəllifin oxucuları ilə ilk görüşüdür.Kitabda müəllifin son illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri toplanıb.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Oxucuların rəğbətini qazanacağına ümid edirik.
Qeyd edək ki, şairə-publisist Gülnarə İsrafilqızının şeirləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətinin fəaliyyət göstərən “Kümbet” (Tokat şəhəri) və “Usare” (Kahramanmaraş şəhəri) ədəbiyyat dərgilərində Türkiyə türkcəsində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan” qəzeti