rafiq-oday-2

Əziz soydaşlarım, hörmətli məsləkdaşlarım, dəyərli qələm dostlarım,
Sizi xalqımızın, o cümlədən bütün müsəlman dünyasının müqəddəs bayramlarından olan, insanların ruhunu qidalandıran, mənəviyyatını zənginləşdirən, dünyaya sağlam düşüncə ilə baxmalarına vəsilə olan Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Qurban bayramı sülh, əmin-amanlıq, birlik və həmrəylik bayramıdır. Qurban bayramı sevincin, əldə olunmuş uğur və nailiyyətlərin ətrafdakılarla bölüşdürülməsi bayramıdır.
Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Respublikamızın perspektiv inkişafına, onun iqtisadi potensialının artırılmasına, dünya dövlətləri arasında layiqli yerini tutmasına, böyük perspektivlər vəd edən gələcəyinə və insanların rifah halının yaxşılaşdırılmasına hesablanmış irimiqyaslı və möhtəşəm layihələr, həyata keçirilən quruculuq və abadlıq işləri hər bir vətəndaş kimi biz qələm sahiblərini də də çox sevindirir. Qoy bu bayram millətimizə firavanlıq, ölkəmizə əmin-amanlıq, müstəqil dövlətimizin tərəqqisi yolunda hər birimizə yeni ruh, yeni nəfəs gətirsin.
Sizi bir daha insanlara xeyirxahlıq və halallıq duyğuları aşılayan, hər bir müsəlman soydaşımızın qəlbini qüqur və fərəh hissi ilə dolduran Qurban bayramı münasibətilə təbrik edir, həyatda uzun ömür, möhkəm can sağlığı, süfrələrinizə bol ruzi-bərəkət, yaradıcılığınıda və məqsədyönlü fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayır, xalqımıza, o cümlədən bütün müsəlman dünyasına sülh və əmin-amanlıq diləyirəm.

Dərin hörmətlə,

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının üzvləri, “Möhtəşəm Azərbaycan” qəzetinun, “Gundelik.info” və “edebiyyat-az.com” saytlarının yaradıcı kollektivi adından

Rafiq ODAY,
Respublikanın Əməkdar jurnalisti