Yazıçı Əhməd Ağaoğlunun “Sərbəst İnsanlar Ölkəsində” kitabı işıq üzü görüb

İctimai xadim, jurnalist, pedaqoq və yazıçı Əhməd Ağaoğlunun müəllifi olduğu “Sərbəst İnsanlar Ölkəsində” əsəri Azərbaycan dilində respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitab Klubu” Nəşriyyatı tərəfindən 144 səhifə həcmində 100 tirajla işıq üzü görüb.Əsəri Azərbaycan türkcəsinə çevirənlər Sevil İsmayılova və Zeynal Məmmədlidir.
Qeyd edək ki, yazıçı Əhməd Ağaoğlunun “Sərbəst İnsanlar Ölkəsində” əsərinin ilk nəşri 1930-cu ilə aiddir.Qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Türkiyə türkcəsinə çap olunmuşdu.

Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan” qəzeti