Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubunda uşaqların mütaliə maraqlarının artırılması, Azərbaycan nağıllarının təbliği məqsədilə tədbir keçirilib.
“Nağıl qəhrəmanlarının paradı” adlı tədbir Sumqayıt şəhər “Dostluq” mədəniyyət evinin “Təbəssüm” Uşaq Teatrı ilə birgə təşkil olunub.
Kitabxana işçiləri tərəfindən balaca oxuculara tədbirin mahiyyəti haqqında geniş məlumat verilib və video çarx nümayiş olunub.
Daha sonra məşhur nağıl qəhrəmanları olan “Tıq-Tıq xanım”, “Cırtdan”, ”Göycək Fatma”, “Qırmızıpapaq”, “Qaraca qız”ın personajları səhnəyə çıxaraq uşaqları salamlayıb və onların xalq nağıllarımız haqqında fikirlərini öyrəniblər.
Sonda uşaqlar “Balalara hədiyyə” adlı sərgi ilə yaxından tanış olublar.

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Mətbuat xidməti