Mən 179 saylı məktəbin 2b sinif şagirdiyəm. Müəlliməm Nüşabə Xələfova bizə bayraq, vətən, torpaq sevgisini aşılamaqla, bizim bilikli, məsuliyyətli, vicdanlı və mübariz şəxs kimi yetişməmizə çalşır. Bu gün biz başa düşürük ki, vətənin bütün milli sərvətlərinə, milli dəyərlərinə, atributlarına sahib çıxmalıyıq və onu qorumalıyıq. Vətən sevgisinin ucalılığını biz müəlliməmizin dəstəyilə həyata keçirilən tədbirlərdə öz həmyaşıdlarımıza aşılayırıq. Onun zəhməti sayəsində 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gününü məktəbimizdə qeyd etdik.
Məktəbin direktoru Almaz İbrahimova, Təhsil Şurasının sədri professor Əjdər Ağayev, “Təhsil və zaman” qəzetinin əməkdaşı Böyükağa Mikayılov və Təhsil İnistitutunun əməkdaşı Könül Mikayılova da tədbirimizdə iştirak etdilər. Onların iştirakı bizi daha da ruhlandırdı və məsuliyyətimizi bir az da artırdı.
Tədbirdə iştirak edən Əjdar Ağayev çox razılq və məmmunluğunu bildirdi. Professor Əjdər Ağayevlə tanış olduqdan sonra mən onu həm də dərslik kitabımızdakı “Payız” şerinin müəllifi olduğunu anladım və bu məni çox sevindirdi.
Biz bu tədbirlərdə həm də başa düşdük ki, bayrağı sevdiyimizdən daha çox sevməliyik. Bayraq bizin üçün qeyrətdir, bayraq bizim üçün namusdur, bayraq bizim üçün şərəfdir.
Azərbaycan bayrağı bizim sevgi və məhəbətimizlə hər zaman dalğalanacaq, sevgimizdən günəş kimi parlayacaq. Heç bir düşmən bu bayrağın ucalığına xələl gətirə bilməyəcək.
Yanvar ayının 20-sində isə müəlliməmiz Nüşabə Xələfovayla birgə şəhidlərin 27-ci ildönümü münasibətilə “Şəhidlər” xiyabanına getdik. Biz Azərbaycan bayraqlarını dalğalandıraraq xiyabana daxil olduq. Azərbaycanın azadlığı uğrunda ölən bu şəhidlərin ruhunu şad edərək, onların şəninə şerlər dedik. Onları nə qədər dəyərləndirdiyimizi bir daha vurğuladıq.
Azərbaycanın azadlığı uğrunda ölən igid oğullar sırasında bizim həmyaşdlarımızda vardı. İlqar və Larisada bu şəhidlər xiyabanında uyuyur. Biz bütün şəhidlərimizlə fəxr edirik.