29 iyun 2017-ci il tarixində AZƏRKİTAB Mərkəzində (Statistika İdarəsi ilə üzbəüz, Olimpdən aşağı) Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şairə Zeynəb Dərbəndlinin “Dərbəndin səsi” şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, müəllifin yazar dostlarının da iştirakı gözlənilir.İştirak etmək istəyən hər kəs dəvətlidir.

Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan”