Dərə də dünyanın, düz də dünyanın,
Əyri də dünyanın, düz də dünyanın,
Düzləri qalıbdı düzdə dünyanın, –
Onunçün düz olmaq istəyən azdı…

Gədanın bəy olmaq qisməti artıb,
Dosta atmaq kimi hiss, qəti artıb,
Yaraya səpilmək xisləti artıb,
Süfrədə duz olmaq istəyən azdı.

Həyatdı, hamını, döz – güləşdirir,
Əlində maşası köz güləşdirir,
Çoxları sadəcə söz güləşdirir,
Şeirdə söz olmaq istəyən azdı