“Qələm” Nəşrlər Evi tərəfindən “Çağdaş Azərbaycan Poeziyası” seriyasından Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mahmud Kaşqari Medalı” laureatı, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun sədri, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının Sumqayıt bürosunun rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, şair İbrahim İlyaslının “Şair olmaq zülümdür” adlı yeni şeirlər kitabı 200 səhifə həcmində, 1000 tirajla işıq üzü görüb. Kitabın redaktoru araşdırmaçı-filoloq Aygün Yaşardır.
Qeyd edək ki, bundan öncə şair İbrahim İlyaslının şeirləri “Azərbaycan”, “Ulduz” jurnallarında, “Sözün sehri”, “Möhtəşəm Azərbaycan”, “Ədəbiyyat qəzeti” və s. mətbu orqanlarda işıq üzü görüb.
Kitab müəllifin oxucuları ilə sayca beşinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Oxucuların rəğbətini qazanacağına ümid edirik.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.