“Kitab Klubu” nəşriyyatı tərəfindən Çağdaş Rusiya ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tarix elmləri doktoru, SSRİ Dövlət Mükafatı laureatı, yazıçı-dramatuq, ədəbiyyatşünas, şərqşünüs, ssenarist İqor Mojeykonun “27 möcüzə” adlı əsəri 272 səhifə həcmində, 50 tirajla işıq üzü görüb. Əsəri Rus dilindən Azərbaycan türkcəsinə uyğunlaşdıranlar T.Əliyev və Ç.Hacıyevdir.
Qədim yunanlar belə hesab edirdilər ki, dünyanın yeddi möcüzəsi var. Bu kitabda yunanlara məlum olmayan digər iyirmi yeddi möcüzə haqda danışılır. Oxucu Asiya xalqlarının qədim mədəniyyət abidələrinin – Suriya və Livanın böyük şəhərləri, hind memarlığının möcüzələri və Birma paqodaları, Böyük Çin səddi və Orta Asiyanın məscidləri, Qədim Kambocanın paytaxtı – Anqkorun taleyi və yaranma tarixi ilə tanış olacaqdır.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.