“Kitab Klubu” nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Çingiz Hüseynovun “Seçilmiş əsərləri” 434 səhifə həcmində, 50 tirajla işıq üzü görüb.
Kitaba ədəbiyyatımızın patriarxı nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Çingiz Hüseynovun üslub baxımından müxtəlif seçilmiş əsərləri – lirik, romantik, realist, simvolik, tragikomik povest və hekayələri daxil edilib. Əsərlərin mövzusu əksəriyyət etibarilə Bakı həyatından alınmışdır. Qəhrəmanları bütün dövrlər üçün müasirdir. Çünki müəllif insanları düşündürən ciddi əxlaqi problemlərdən bəhs edir, vacib ictimai məsələlərə diqqət çəkərək oxucularını mənəvi təmizliyə, saflığa çağırır.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.