Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, “Milli kitab” və “Qızıl kəlmə” mükafatları laureatı Şair Qəşəm Nəcəfzadənin “Suyu seyr edən ağacın yuxusu” adlı yeni esselər kitabı işıq üzü görüb.

Kitab müəllifin oxucularla sayca 35-ci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatşünasa-alimlər, ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

Qeyd edək ki, bundan öncə şair Şair Qəşəm Nəcəfzadənin “Barış” adlı yeni şeirlər kitabı işıq üzü görmüşdü.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti