Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, “Milli kitab” və “Qızıl kəlmə” mükafatları laureatı Şair Qəşəm Nəcəfzadənin “Səhərlərin bir səhəri” adlı yeni şeirlər kitabı Gürcüstanda gürcü dilində işıq üzü görüb. Şeirləri Azərbaycan türkcəsindən gürcü dilinə çevirənlər gürcü şairi və tərcüməçisi Nika Jordan və İmir Məmmədlidir.
Kitab müəllifin oxucularla sayca 36-cı görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatşünas-alimlər, poeziya həvəskarları, ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Qeyd edək ki, bundan öncə şair Şair Qəşəm Nəcəfzadənin “Suyu seyr edən ağacın yuxusu” adlı yeni şeirlər kitabı işıq üzü görmüşdü.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti