Aprelin 19-da Milli Kitabxanada ölkə başçısının müvafiq Sərəncamına əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirəcək.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunacaq tədbir çərçivəsində “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının və “İsmayıl Şıxlı – 100” elektron məlumat bazasının da təqdimatları olacaq.

Mənbə: azertag.az