Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Əbülfəs Qarayev aprelin 22-də saat 11:00-da Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, şəhərdəki Mədəniyyət Mərkəzində ( Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 99 ) keçiriləcək qəbulda Astara, Lerik rayonlarından və Lənkəran şəhərindən olan vətəndaşlar iştirak edəcəklər.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli – Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd olunan rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

Mənbə: azertag.az