Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvünü, Prezident təqaüdçüsünü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar Bürosunun Rəhbərini və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

Mətbuat xidməti

* * *

(aldığım ağır bir xəbərin təsirindən)

Bu gecə bir bala anasız qaldı.
Bu gecə bir qadın ana olacaq,
Bu gecə hardasa adsız diyarda
Bir körpə əlləri yetim qalacaq.

Bir ana baladan ayrıldı deyə,
Yerlə-göy gərilib, sarsılıb yaman.
Bir ana nəfəsi ərşə qalxarkən
Bir bala ümidi torpaq olacaq.

Bu gecə bir bala yaman göynədi,
Sıxdı ürəyinə qara bir daş
Itirdi ananı, boyladı kədər
Cənnət qapısında kədərli bir daş.

Bir qadın evindən köç etdi vaxtsız,
Bir ana sarsıldı, ana ağladı
Bir qadın evindən köç etdi vaxtsız
Bir bala əlləri anasız qaldı.

* * *

Bilirsən, səndən sonra nələr oldu?
Oğlum ağlamağı öyrəndi,
Elə mən də.
Ikimiz də gizlətməyi öyrəndik…
Məcbur kişi kimi geyinməyə başladım,
Sənsizliyi hiss etməsin deyə
Saçımı da qısa kəsdim,
evdə bərkdən danışmağa başladım.
Kişi olmağa çalşdım,
iki nəfər olmağa…

Bilirsən, səndən sonra yuxusuzluq öyrəndim,
Paltarını yumadım,
köynəyini yumadım qoxunu saxlasın deyə.
Evdə siqaret yandırdım –
Tüstüsü od vurdu evin divarlarına,
Alovlandı ev, yandı ev,
içində də mən, bizlər.
alovdan başı gicəlləndi evin.
Kül qabının hönkürtüsü məni xəyaldan oyadır –
Içi boşdur, bir tütün də belə kül olmayıb.
Amma, hər tərəf küldür evdə.
Səndən sonra dünyalar da qarışdı,
Iqlim dəyişdi,
hava dəyişdi –
Indi əvvəlki tək
qar yağmır dekabrda.
Bircə sən dəyişmədin.
Dondun qaldın daş üstündə.