Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mahmud Kaşqari Medalı” laureatı, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun sədri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının Sumqayıt bürosunun rəhbəri, şair İbrahim İlyaslının “Şair olmaq zülümdür” adlı yeni şeirlər kitabı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq qərarı ilə 2018-2019-cu illərdə Poeziya nominasiyası üzrə “Qızıl Kəlmə” Ədəbi Mükafatına layiq görülüb.

Qeyd edək ki, bundan öncə şair İbrahim İlyaslı Ümumtürk mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə “Mahmud Kaşqari Medalı”na və ədəbiyyat sahəsindəki fəaliyyətinə görə “Şahmar Ələkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı”na və Qardaş Türkiyə Cümhuriyyətinin “İstiqlal marşı”nın müəllifi Mehmet Akif Ərsoyun yadigarı “SEBİLÜRREŞAD” Dərgisi Yönetim Kurulu Başkanı sayın Fatih Bayhan və EkoAvrasiya Yönetim Kurulu Başkanı sayın Hikmet Erenin müvafiq qərarıyla Türk dünyasına xidmətlərinə görə mükafata layiq görülmüşdü.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.