“Ədəbiyyat adamı” mükafatının qalibləri müəyyənləşib

Azərbaycan Yaradıcılıq Fondunun ötən ildən təqdim etməyə başladığı “Ədəbiyyat adamı” mükafatının qalibləri müəyyənləşib.

“Ədəbiyyat adamı” adlanan bu layihə çərçivəsində istər ölkə daxilində, istərsə də ölkə xaricində çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.

Fondun daxili müzakirələri nəticəsində aşağıdakı beş yazıçı bu ilin qalibi seçilib: Şərif Ağayar, Vaqif Yusifli, Vaqif Nəsib, Mehman Qaraxanoğlu, Aysel Əlizadə.

Mükafatın məbləği 1000 manatdır.

Mükafat qaliblərə gələn həftə təqdim ediləcək.

“Ədəbiyyat adamı” mükafatının hər il may ayında beş nəfərə təqdim edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ötən il “Ədəbiyyat adamı” mükafatına tənqidçi Elnarə Akimova, yazıçı- tərcüməçi Nəriman Əbdülrəhmanlı, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu, “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, ədəbiyyatşünas Seyfəddin Hüseynli, və professor Şirindil Alışanlı layiq görülmüşdü.

Mənbə: http://www.edebiyyatqazeti.az