Dəyərli aşıq sənəti və poeziya sevərlər!
Azərbaycan Aşıqlar Birliyi Sumqayıt Bölgə təşkilatı və Ə.Kərim adına Poeziya Evi Sizi sumqayıtlı aşıq və şairlərin iştirakı ilə “Sazla sözün vəhdəti” adlı ədəbi-bədii gecəyə dəvət edir.
Tədbir Azərbaycan Aşıq sənətinin UNESCO-nun Qeyri maddi-Mədəni İrsin Reprezentativ siyahısına daxil edilməsinin 10 illiyi qarşısında tədbirlər çərçivəsində keçirilir.
Tədbir 06 İyul 2019-cu il tarixdə, saat 12:00-da Sumqayıt Poeziya Evində keçiriləcək.
Giriş sərbəstdir.