Sumqayıt Poeziya Evində “Nəsimi və təsavvuf” adlı tədbir keçirilib

https://c.radikal.ru/c03/1907/07/9ba241d2855d.jpg

https://c.radikal.ru/c34/1907/b7/81acdfbda37a.jpg

https://c.radikal.ru/c11/1907/38/506567b72795.jpg

Sumqayıt şəhər Poeziya Evində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Ə.Kərim adına Poeziya Evinin təşkilatçılığı ilə 2019-cu ilin ölkəmizdə NƏSİMİ İLİ elan olunması ilə bağlı tədbir keçirilib.

“Nəsimi və təsavvuf” adlı tədbiri Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı açaraq dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı Sumqayıtda keçirilən tədbirləri diqqətə çatdırıb.

Tədbirdə tədqiqatçı-yazar Sərxan Carçı, ilahiyyatçı-yazar Tural İrfanın, sumqayıtlı yazarlardan şair Əşrəf Veysəllinın, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlunun, şair Süleyman Sərrafın, yazıçı Almaz Bəyazidin mövzu ilə bağlı məruzələri dinlənilib.

Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Mətbuat xidməti