Tanınmış tədqiqatçı alim, yazıçı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, akademik, Azərbaycan Respublikası Prezideti Təqaüd Fondunun təqaüdçüsü, “Respublika” qəzetinin və “Füyuzat” jurnalının baş redaktoru cənab Teymur Əhmədov Beynəlxalq Atatürk Mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, mükafat yazıçıya Türkiyə ilə Azərbaycan arasında ədəbiyyatı və mədəniyyəti sahəsində yüksək xidmətlərinə görə verilib.

Mənbə: azertag.az