Kənan AYDINOĞLU.Seçmə şeirlər

1902788_614529541965133_896121757_n

Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

* * *

Sevən dostlarıma.

Bir şair olmazdım axı, saralıb-solmazdım axı.
Yaşayıb qalmazdım axı,sevən dostlar olmasaydı.

Dağlarında görünməzdim,yarpağına bürünməzdim,
Dizin-dizin sürünməzdim, sevən dostlar olmasaydı.

Ömrün qədrin bilərdimmi, sevincimi bölərdimmi,
Fəqət hər an gülərdimmi, sevən dostlar olmasaydı?!

Alışmazdım yana-yana, şeir yazmam hələq-qana.
Gələrdimmi görən cana, sevən dostlar olmasaydı.?!

Şimşək olub çaxmazdım ki, bir çay olub axmazdım ki,
Gözəlliyə baxmazdım ki, sevən dostlar olmasaydı.

Yerə vurmam kürəyimi, girov qoymam ürəyimi.
Kəsməzdim duz-çörəyimi, sevən dostlar olmasaydı.

Sayanmazdım vaxtı, anı, narahat görürəm canı.
Tanıtmazdı el Kənanı, sevən dostlar olmasaydı.

Oktyabr, 2009.Sumqayıt-Bakı.

* * *

Dağlar da şux görünür, günəş doğana qədər,
Şeri bitirim gərək, yağış yağana qədər.

Topa-topa yığılır göyün üzünə bulud,
Külək əsənə qədər, şimşək çaxana qədər.

Yanımda olmadınsa anlamasan yaxşıdı,
Nələr keçirirəm mən, nəfsi boğana qədər.

Seyr etdikcə dünyanın ağını, qarasını,
Narahat oluram mən, sənə baxana qədər.

Qalır gözü bu ara, həsrət ilə yollarda,
Gözümdən tökülən sel, keçib axana qədər.

Oktyabr, 2009.Sumqayıt