Ulu öndərə ithaf edilir

Bu gün Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Həydər Əliyevin anadan olmasının 97-ci il dönümüdür. Ümummilli liderimizin ölməz ideyaları Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmişdir və həmin strategiyanın ardıcıl həyata keçirilməsi bu gün də ölkəmizi sürətlə irəli aparır. Vaxtilə onun cəsarət və uzaqgörənliklə həyata keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın indiki inkişaf səviyyəsi ancaq xəyal olaraq qala bilərdi. 

Bakı şəhər Mədəniyyət Baş İdarəsi ulu öndər Həydər Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya hazırlayıb. Kompozisiya videoçarxda əks olunub.

Kompozisiyada tanınmış sənət  ustalarının və mədəniyyət xadımlərinin  ifasında Ulu öndərə həsr edilmiş şeirlərdən parçalar səsləndirilib.

Şeirlərdən parçalar Azərbaycanın görkəmli teatr və kino aktyoru,  xalq artisti   Nurəddin Mehdixanlı, xalq artisti  Məleykə Əsədova, əməkdar artist Fuad İbrahimov, görkəmli tarzən, xalq artisti Ramiz Quliyev, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, əməkdar artist Turan Manafzadə, xanəndə, muğam ifaçısı, xalq artisti  Mələkxanım Əyyubova, xanəndə, xalq artisti  Mənsum İbrahimov, əməkdar artist  Azad Şükürün ifasinda səsləndirilib.

Videoçarx ______________ linkdə yerləşdirilib.