Həsrətliyəm nə yandı,
can boğaza dayandı;
eşitsən ki-“Yanan var…”,
bilərsənmi nə yandı?

Qar köynəyin dağ geyər,
bar köynəyin bağ geyər,
saçımda hikkəyə bax;
qara gündə ağ geyər.