Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi sabah, avqustun 2-də saat 11:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Vida mərasimindən sonra mərhum Xalq şairi Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə bu gün səhər saatlarında vəfat edib.

Mənbə: https://azertag.az/