Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru

(cinas sicilləmə)

Baş alıb zalım dostların
əlindən çıxıb getmək var,
Tutub sınıq ürəyinin
əlindən, çıxıb getmək var,
Əkdin, becərdin, tutmadı
əlin dən, çıxıb getmək var,
Getmək var düzü-dünyadan,
getmək var, yavrum, getmək var.

Dünya gülməz, körpələrin
göz yaşları qurumasa,
Dahi odur – iblslərin
gözlərindən qurum asa.
Doyurmaz ki, qarınları
quru vədlər, quru masa,
Qovurlar düzü dünyadan,
getmək var, yavrum, getmək var.

Yük kürəkdə dan söküldü,
yük kürəkdə şər qarışdı.
Xeyir adlı nə vardısa
mayasına şər qarışdı.
Ona görə ürəklərdə
xeyir misqal, şər qarışdı,
İrəndim, düzü, dünyadan,
getmək var, yavrum, getmək var.
23.12.2025