Nemət HACIƏLİYEV.Yeni şeir

1234565_164022843791194_755412179_n

QƏZƏL

Ömrümə gəlibdi qış, payız gedəndən sonra,
Sındı qəlbim puç oldu, yalan biləndən sonra.

Vaxt var idi sevirdim, şübhəsiz inanırdım,-
Bunlar hamısı olubdu səni görəndən sonra.

Gözlədim xoşbəxtliyi ömür qatarında mən,
Xəyallarım çin oldu səni görəndən sonra.

Qovuşub bu həyatım qaranlıq zülmətlərə,
Soyuqluğu hiss edib çıxıb gedəndən sonra.

Çilik-çilik olsa da, qəlbim döyünür hələ,
Neynirəm mən sevgini tənha öləndən sonra?!