Author: Sehla

  • Gülnarə SADİQ.”Nə vaxtsa…” (Yeni şeir)

    gi

     

    Nə vaxtsa bir gün, şeirin birində,
    Hansısa misrada qovuşacağıq.
    Sərin kəlmələri düzüb yan – yana,
    Elə şeirdəcə yaşayacağıq.

    Gecə ulduzları – qələm götürüb,
    Düzəcək sakitcə vərəq üstünə.
    Durmadan yağacaq o ağ yağışlar,
    Eşqimin rəsmini sözlər çəkəcək.

    Heç vaxt dadmadığım göz yaşlarını,
    Tökəcək gözümə bu şair indi.
    Həsrətdən üşüyən hər ümidimi
    Yanan ürəklərə bükəcək indi.

    Araya suallar gələcək hərdən,
    Durmadan döyəcək qəlb qapısını.
    Çiçəklər, ləçəklər acıq eyləyib
    Didərgin salacaq bal arısını.

    GÜLNARƏ SADİQ

  • Hikmət Məlikzadə (Yeni şeir) Düşür….

     

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,

    Düşür....

    Gülmə, güldükcə, mələklər də olur xar, düşür,
    Hərə bir donda, müəmmada səbəbkar düşür.

    Sevmək üstündə neçə aşiqi boğmuş hicran,
    Eşqi donmuş adamın qəbri, baxın, dar düşür.

    Torpaq, üstündə gedən köçlərə ünvan vermir,
    Tanrı sıxdıqca, bulud silkələnir…, qar düşür.

    Candı, üzməklə, cana vəlvələ düşmür əsla,
    Bağbanı yoxsa, bağın ortasına bar düşür…

    Hikmət, əhvalını pozmur davakar insanlar?
    Niyə axşamçağı ancaq yadına yar düşür?

  • Gülnarə İSRAFİLQIZI (Yeni şeir) Şuşam

     

    g

    Şuşam!

    və ağız suyunda laxtalanmış
    gözümdə ölmüş inqilabam!
    başı dumanlı,
    yaşıl tumanlı,
    qırmızı koftası soyundurulmuş,
    Şuşam!
    əllərdə oyunmuşam.
    Çiliklənmiş qeyrətindən
    bircə ovuc…
    yox,
    Mən səndən də böyük daşlaşdırılmış
    daşam.
    gözləri, ürəkləri tutmuşam,
    susdurulmuşam, susmuşam.
    qoy pıçıldayım…
    Şuşa günün mübarək Şuşam!

  • Zeynəb DƏRBƏNDLİ (Yeni şeir) VƏTƏN OĞLU.

     

    z

    VƏTƏN OĞLU.

    Sən vətənin övladısan,
    Şanı, şöhrəti, adısan.
    Elin qolu, qanadısan,
    Məğrur yaşa vətən oğlu.

    Elinin dayağı oldun,
    Işığlı çirağı oldun.
    Düşmənə göz dağı oldun,
    Məğrur yaşa vətən oğlu.

    Səni əymədi şər, yalan,
    Qoydun millət yolunda can.
    Səninlədir Azərbaycan,
    Məğrur yaşa vətən oğlu.

    Adın gələndə yer əsir,
    Düşmən ölməyə tələsir.
    Sözün, neçə dili kəsir,
    Məğrur yaşa vətən oğlu.

    Özün, adın boyda dağsan,
    Şir ürəkli, bir qoçaqsan.
    Azərbaycana dayağsan,
    Məğrur yaşa vətən oğlu.

    Ad qazandın hünərinlə,
    Qürur duydun vətəninlə.
    Zeynəb, fəxr edir səninlə,
    Məğrur yaşa vətən oğlu

  • Şəfa KAMİLLİ.”Uzaq dur məndən…” (Yeni şeir)

    1057881_584987098245357_844041490_n (1)

    Uzaq dur məndən…

    Hec sevməzdim gərək ,
    Bu mənim nəyimə gərk
    Ağrilr acilar isdemirəm mən ,
    Bu ürək qiriqdi yetəriqədr ,
    Uzaq dur ,sil at qəlbindən ,
    Demişdim ,üzərəm qiraram səni ,
    Uzaq dur ,sən məndən ,
    Yarali qəlbimdən ,
    Sevmə ,yaziqsan səndə qel məni ,
    Məndə söz bir daha sevməyəcəyəm ,
    Yarali könlümlə verib baş -başa ,
    Yaşaram ölütə tək sninlə sənsiz ,
    Yarali könlumdə yaşarsan ,yaşa .
    Ölənə kimisən öz xəyalinla ,
    Cox illər axdardim seni ,
    Tapdimasa soruşdum ,
    Özümdən ,bəs niyə tapdin ,
    Könlunə ,bir məlhəm tapdin onu sən ?
    Üzaq dur sən məndən ,
    Yarali könlmdən,qirmiyim səni ,
    Uzaq dur sən məndən ,qizmiyim səni ….
    Üzmüyum ,du zəhər dilimlə səni ,
    Uzaq dur ,sən məndən ,qirlar qəlbin ,
    Sən ,sevmə ,sevmə unud sən məni …

  • Pərvanə İsmayılova (Yeni Şeir) Kaş…..

    000

    İsmayılova Pərvanə Nurəddin qızı 1990-cı il may ayının 19-da Sumqayıt şəhərində anadan olub. 2011-ci ildə Baki Dövlət Universitetini bitirərək psixoloq ixtisasına yiyələnib Ailəlidir. 2 övladı var

    Qələm də bezibdi səndən yazmaqdan,
    Artıq tükənibdi gözümdəki yaş.
    Sətirlər dillənir ,misralar dinir,
    Ah səni unuda biləydim mən kaş….

    İndi o həsrətin mənə yük qalıb,
    Taleyim bəxtimə nə dönük qalıb.
    Dərdindən ömrüm də bax sönük qalıb,
    Ah səni unuda biləydim mən kaş….

    Sənə yox nifrətim ,ancaq özümə,
    Unutmaq beləmi çətin ,dözmürəm.
    Bu tənha qəlbimi sənsiz üzürəm,
    Ah səni unuda biləydim mən kaş….

    Səndəmi beləsən,söylə mən bilim,
    Yoxsa ki,çoxdanmı unudulmuşam,
    Məktubun dərmanım, xəyal təsəllim,
    Ah səni unuda biləydim mən kaş….

    Sənsizlik qəlbimdə yanar bir ocaq
    Elə hey səninçün yanıram nahaq.
    Həsrətin çox yaxın özünsə uzaq,
    Ah səni unuda biləydim mən kaş….

    Unuda biləydim olub keçəni,
    Dərdimi yadlarla böləydim mən kaş.
    Qəlbim bir söz deyir, dilim başqa söz,
    Ah səni unuda biləydim mən kaş….

  • HARİKA UFUK

    h

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    ERGUVAN RENGİ BENGİ YALNIZLIKLAR

    Gecenin sessizliğinde
    Saatin ayak sesleri
    Ürkek, aciz,
    Ağır aksak ritmiyle
    Koynunda yitti
    Harcanmış bir ömrün!

    Islandı kirpikler,
    Yaz yağmuru indi yüreğe
    Acımsı bir türkü eşliğinde…

    Eller açıldı gökyüzüne,
    Yağmur duasına çıkılmış gibi
    Bengi taş oldu umut,
    Erguvan rengi
    Bengi yalnızlıklara…

     

  • Kənan AYDINOĞLU

    47

    Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyinə

    Bir dövrün, zamanın astanasında,-
    Xalq “Heydər”-söylədi, Heydər “Xalq”-dedi.
    Doğma diyarının ulu öndəri,-
    Hayanda oldusa yenə haqq dedi.

    Bu ulu torpağa, ulu diyara,
    Öndərin sevgisi bitmədi şükür.
    Sevincdən gözləri dolan torpaqda,
    Rəhbərin zəhməti itmədi şükür.

    Yenə tarix boyu göyə ucalan,
    Bayrağın önündə əyilməyi var.
    Ruhunun önündə əyilən dünya,
    Tanrıdı öndərə yenə, yenə yar.

    Bir dastan qoşulsa, ulu öndərə,
    Böyük bir diyarda-yurdda səs eylər.
    Ömrünü qələmə almaq istəsəm,
    Nə qələm, nə varaq, nə vaxt bəs eylər.

    Şərəfli bir ömrü yurdda yaşamaq,-
    Mən indi bildim ki, asan deyilmiş.
    Gözünə baxanda gördüm ki, göz də,-
    “Yaşa, AZƏRBAYCAN, yaşa!”-deyirmiş.