İsmayılova Pərvanə Nurəddin qızı 1990-cı il may ayının 19-da Sumqayıt şəhərində anadan olub. 2011-ci ildə Baki Dövlət Universitetini bitirərək psixoloq ixtisasına yiyələnib Ailəlidir. 2 övladı var
Qələm də bezibdi səndən yazmaqdan,
Artıq tükənibdi gözümdəki yaş.
Sətirlər dillənir ,misralar dinir,
Ah səni unuda biləydim mən kaş….
İndi o həsrətin mənə yük qalıb,
Taleyim bəxtimə nə dönük qalıb.
Dərdindən ömrüm də bax sönük qalıb,
Ah səni unuda biləydim mən kaş….
Sənə yox nifrətim ,ancaq özümə,
Unutmaq beləmi çətin ,dözmürəm.
Bu tənha qəlbimi sənsiz üzürəm,
Ah səni unuda biləydim mən kaş….
Səndəmi beləsən,söylə mən bilim,
Yoxsa ki,çoxdanmı unudulmuşam,
Məktubun dərmanım, xəyal təsəllim,
Ah səni unuda biləydim mən kaş….
Sənsizlik qəlbimdə yanar bir ocaq
Elə hey səninçün yanıram nahaq.
Həsrətin çox yaxın özünsə uzaq,
Ah səni unuda biləydim mən kaş….
Unuda biləydim olub keçəni,
Dərdimi yadlarla böləydim mən kaş.
Qəlbim bir söz deyir, dilim başqa söz,
Ah səni unuda biləydim mən kaş….