Category: Azərbaycan ədəbiyyatı

  • Abdulla MƏMMƏD.”Qərib gəldin,qərib getdin”

    12647929_456084107917624_702711598_n

    Mərhum yazıçı,həmyerlim Rahim Dünyamalının əziz xatirəsinə.

    Bu daş ağaran daş deyil,
    Yusa da yağış,qar daşı.
    Bu daşda əcəl göyərib,
    Bir də göylərin qarğışı.

    Qan damır daşın gözündən,
    Ağarır başım sözümdən…
    Cavandır yaşım özümdən,
    Cavandır hələ göz yaşım.

    Bu daş əzəldən ölçülüb,
    Dərdi boyuma biçilib,
    Gözümdə Dünya kiçilir,
    Heç olur sənsiz,qardaşım.

    Daşdan keçən sözün yaşdır,
    Ocağında közün yaşdır.
    Qara geyən dözüm yaşdır,
    Yaşdır ağaran baş daşın.

    Nəyin vardı-verib getdin,
    Söz dünyana varıb getdin.
    Qərib gəldin,qərib getdin,
    Sən öz yurdundan,yurddaşım.

    Bu daş düşmür daş başlara,
    Baş ağardan yad daşlara…
    Sən də köçdün yaddaşlara,
    Vay halına qara daşın!

    Azərbaycan.Quba.
    04.04.1999.
    P.S.”Ulduz” jurnalında 12.2000. tarixində dərc olunub.

  • Abdulla MƏMMƏD.”Sözdən sallana-sallana!”

    12647929_456084107917624_702711598_n

    Şair Məhəmməd Hadiyə.

    Yaxşı-yaman,yaman-yaxşı,
    Haram-hiylə,halal-naşı.
    Dünyanın itibmi başı,
    Bəmdə hallana-hallana?

    Ürəkdən gəlməyən sözü
    Yazanın ağ olmaz üzü.
    İkiliyə necə dözüm,
    Bütöv hallana-hallana?

    Haram mənim yarım deyil,
    Bütöv qəmdir,yarım deyil.
    Harın:”Mənə yarın!”-deyir,
    Qızıb yallana-yallana.

    Şeiri dərdə satan bilər,
    Alan bilməz,atan bilər…
    Nə çəkirəm-batan bilər,
    Sözdən sallana-sallana!

    12.01.2001.
    Azərbaycan.Quba.

  • Rahilə DÖVRAN.”Əlincə”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Günəş uca zirvəsindən boylanır,
    Yamacları çən- dumandır Əlincə.
    Hər qayadan bir salnamə oyanır,
    Tariximə şöhrət, şandır Əlincə.

    Qan rəngində çox qayası, çox yeri,
    Sinəsində nizə yeri, ox yeri.
    Şahinləri bürc üstündə əsgəri,
    Düşmən gəzir nə zamandır, Əlincə.

    Sınmış daşdır dəbilqələr, zirehlər,
    Sınmış daşdır cahangirlər, fatehlər,
    Daşdan qeyrət, daş cəsarət, daş hünər,
    Daşa dönmüş qəhrəmandır Əlincə.

    Əlincəçay ürək teli, qəlb simi,
    Ləpələri alıb gedir səsimi.
    “Ənəlhəqdir” mürşid, ustad Nəsimi,
    Haqq yolunda bir ümmandır Əlincə.

  • Rahilə DÖVRAN.”Ustad Vəli”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    /Unudulmaz el sənətkarı VƏLİ İSMAYILOVUN əziz xatirəsinə/

    Kərəm, Məcnun həvəsiylə,
    Dastan qoşub nəfəsiylə.
    Həzin tütək, hey səsiylə,
    Məftun edib xalqı, eli,
    Əfsanədir Ustad Vəli.

    Bülbül səs verib səsinə,
    “Yallı”sına,”Cəngi”sinə.
    Dönüb sənət incisinə,
    Nəğməsi, qoşma, qəzəli,
    Əfsanədir Ustad Vəli.

    İfasıyla güllər açar,
    Lalə, nərgiz ətir saçar.
    Qüssə, kədər eldən qaçar
    Altun, qızıldandır əli,
    Əfsanədir Ustad Vəli.

    Sara gəlin süzüb gələr,
    Xan Çobanım üzüb gələr.
    Durnam qatar düzüb gələr,
    Ram eləyər tufan, seli,
    Əfsanədir Ustad Vəli.

    Gur çeşmədir şux ilhamı,
    Sənətinə vurğun hamıə
    Dövran, sorsan-Vəli hanı?
    “Əbədidir nur əməli”,-
    Əfsanədir Ustad Vəli!…

  • Rahilə DÖVRAN.”Yaşadım”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    /Ustad Məmməd Arazın-

    “Bu da belə bir ömürdü yaşadım” –şeirinə/

    Zaman-zaman seyrəlibdir dost,tanış,
    Dörd fəslim də qışdır, yağır qar, yağış.
    Əllər göydə, Rəbbə dua, yalvarış,
    “Bu da belə bir ömürdü yaşadım”.

    “Ətdən çəpər, yad gözünə oxdu”lar,
    Hanı oğul?,hanı qzım? –yoxdular.
    Körpü altdan axıb keçdi çox sular,
    “Bu da belə bir ömürdü yaşadım”.

    Xatirəynən, xəyallarnan ovundum,
    Hisslərimə vəkil oldum, sovundum.
    Fələk çarpdı,tərsim oldu uvandım,
    “Bu da belə bir ömürdü yaşadım”.

    Araz üstə Xudafərin, daş kilim,
    Ömür boyu Təbriz dedi, hey dilim.
    O tay dərdi, əbədilik nisgilim,
    “Bu da belə bir ömürdü yaşadım”.

    Qurban ollam pak adına vətənin,
    Ocaq oldum gur oduna vətənin.
    Vətən daşı olub Ana vətənin,
    “Bu da belə bir ömürdü yaşadım”.

    Intizardı həm Borçalı, Savalan,
    Şuşa, Laçın,Ağdam,Göyçə,İrəvan.
    Qəlbi,bağrı, yurdu kimi hey talan,
    “Bu da belə bir ömürdü yaşadım”.

    Məmməd Araz ocağından od alan,
    Dövran oldum, el-obaya səs salan.
    Odlar qızı,kökü üstə ucalan,
    “Bu da belə bir ömürdü yaşadım”.

  • Rahilə DÖVRAN.””Hey mənə düşdü”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Gülərkən hər kəsin bəxti, qisməti,
    Iqbalın tərs üzü, hey mənə düşdü.
    Qorudum ocaqda iffət, isməti,
    Atəşin qor, közü, hey mənə düşdü.

    Zamanın çəmini taparkən biclər,
    Şan- şöhrət qazandı çox səylər, giclər.
    Mənsəbə çatarkən fərsiz, biveclər,
    Əməlin ən düzü, hey mənə düşdü.

    Yaşamım bir savaş, günlərim qovğa,
    Fələk çömçəsində, olmuşam dovğa.
    Zənn etdim kor bəxtə, bəlkə gün doğa,
    Fələyin çaş gözü, hey mənə düşdü.

    Nakəsə, namərdə boyun əymədim,
    Əzmimlə yüksəldim, döşə döymədim.
    Heç yerdə özümü, əsla öymədim,
    Dədə, baba izi, hey mənə düşdü.

    Çəksəmdə həyatda çox əzab, çilə,
    Cəfadan usanıb, gəlmədim dilə.
    Qələmdən süzüldü, dürr gilə- gilə,
    Şairin düz sözü, hey mənə düşdü.

    Haqq üçün düz oldum yaxına, yada,
    Dövrandan duyuldu, yalnız xoş səda.
    Ömürdən bir gün də, verməzkən bada,
    Zərin yek, dü üzü, hey mənə düşdü…

  • Rafiq ODAY.”Qarabağ” (Qəzəl)

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Bu gün əldən verilib ləli-cəvahir Qarabağ,
    Batini bizdə qalıb, yağıda zahir Qarabağ.

    Hopubdu ruhumuza, cismimizə, canımıza,
    Eyləyir qanımızla dövri-təzahür Qarabağ.

    Yüz belə zəncir ola, buxov ola, kündə ola,
    Sarsılmaz zərrə qədər ruhu azad, hürr Qarabağ.

    Bakıdan Məkkəyəcən köpü qurar ruhlarımız,
    Orda “Məscidül-həram”, burda “Təzəpir” Qarabağ.

    Bütün Türkü-əcəmin yaradılış nöqtəsidir,
    Bizə Kan, həm də Məkan, əvvəlü-axir Qarabağ.

  • Rafiq ODAY.”Əhsən, Səni var ol!” (Qəzəl)

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Sumqayıt şəhərinin 60 illiyində yazılıb
    Çatdın bu gün altmış yaşa, əhsən, səni var ol,
    Var ol səni, hər an yaşa, əhsən, səni var ol.

    Qurmaq həvəsiylə buraya üz tutan hər kəs,
    Bir anda dönür qardaşa, əhsən, səni var ol.

    Gülzara dönüb səhralar insanın əliylə,
    Zinət vurulub hər daşa, əhsən, səni var ol.

    Gəlməz bu gözəl hüsnünə nöqsan, gecə-gündüz,
    Leysan ələnə, qar daşa, əhsən, səni var ol.

    Yüksək tutulubsan Ulu öndər nəzərində,
    Həm də yazılıb yaddaşa, əhsən, səni var ol.

    Min illərə imza atacaq bir inamın var,
    Mavi Xəzərimlə qoşa, əhsən, səni var ol.

    Bir nazlı gözəltək, Oday, ilham pərin oldu,
    De şövq ilə sən birbaşa əhsən, səni var ol.

  • Abdulla MƏMMƏD.”Allahına şükür elə”

    12647929_456084107917624_702711598_n

    İl ildən bəd gəlir,bala,
    Daşa tutur hər il bizi.
    Qəlbi dərd dəlir az qala,
    Başa çəkdikcə iblisi.

    Dünən-bu gün,bu gün-dünən,
    Sabah da bu günün tayı.
    Ağzından vurulub dinən,
    “Hop”demə keçməmiş çayı.

    Dil yalana,əl harama,
    Göz də talana alışır.
    Söz məlhəm olmur yarama,
    Gözdə qalana alışır.

    Saydığını sayma belə,
    Yerində saydığın yetər.
    ALLAHINA şükür elə,
    Hələ gün var bundan bətər!

    Gəl,mənimlə dil-dil ötmə,
    Get-özünə bir gün ağla.
    Dünyaçın özündən getmə,
    Yox olan gününə ağla.

    Nə bu dünya sənin deyil,
    Nə sən dünyanın,qadası.
    RƏBBİNİN önündə əyil,
    Olma şeytanın qidası!

    09.05.2001.
    Azərbaycan.Quba.

  • Abdulla MƏMMƏD.”Tanrım,məni o dünyaya bağışla”

    12647929_456084107917624_702711598_n

    Bu dünyanı talan-saldı düyünə,
    Allı-güllü yalan saldı düyünə.
    Köçən köçdü,qalan qaldı bu günə,
    Tanrım,məni o dünyaya bağışla.

    Kimə baxsan-ürək dolu,göz dolu,
    İş görəndən vəd verən çox-söz dolu,
    Sevinənim,gülənim yox göz dolu,
    Tanrım,məni o dünyaya bağışla.

    Nə insaf var,nə mürvət var dünyada,
    Haqqı danan hərəkət var dünyada,
    Daşdan çıxan bərəkət var dünyada,
    Tanrım,məni o dünyaya bağışla.

    Əsəbini çəkmə belə tarıma,
    Ölüm haqdır-Haqqı danıb zarıma!..
    Bu dünyada bu üz ki var-qarımaz,
    Tanrım,məni o dünyaya bağışla.

    Ürəkli yox dayaq olsun birliyə,
    Yersiz gəlib divan tutur yerliyə.
    Dünya dərdmi,dərdmi dönüb sərgiyə?!
    Tanrım,məni o dünyaya bağışla.

    Yaxşı nə var-yığışır əl-ayağı,
    Məzarlaşır mərd böyüdən qucağı.
    Dərd üyüdən dəyirmandır ocağım,
    Tanrım,məni o dünyaya bağışla.

    Bu dünyanın əzabı bol qəbirdən,
    Kəfəni al,mayası tərs xəmirdən,
    İkiəlli yapışdığım səbirdən,
    Tanrım,məni o dünyaya bağışla!

    Azərbaycan.Quba.
    16.09.2000.
    Ps. 21-23.07.2001-ci ildə “Ekspress” qəzetində çap olunmuşdur.

  • Mais TƏMKİN.”Üst-üstə yığdığın ,,dağ” yalanların”

    10646868_273655359498567_6620189188081019440_n

    Tər basıb, əriyib dönərsən muma,
    Dəyməzsən adicə çırtdanmış tuma.
    Dönəcək palçığa, qaralmış quma:
    Üst-üstə yığdığın ,,dağ” yalanların.

    Daha sərinlətməz kölgələr- səni,
    Doğrultmaz ümidlər, bəlkələr səni.
    Tutub yaxasından, silkələr səni,
    ,,Ölən” yalanların, sağ yalanların.

    Ya toyda-nişanda, ya da ki yasda,
    Gələr sənə sarı, hey asta-asta.
    Çıxacaq qarşına qara libasda,
    Üzünə duracaq ağ yalanların.

    7.05.2016

  • Mais TƏMKİN.”Atasız ev, anasız ev”

    10646868_273655359498567_6620189188081019440_n

    Bu gün bizi halal zəhmətiylə boya-başa çatdıran Atamın haqqın dərgahına qovuşmağından üç ay keçir. Allah möhlət versəydi, bu gün Mayın 10-u 70 yaşı tamam olacaqdı… Allah heç birimizi qəfil ölümlərlə sınağa çəkməsin…Ruhun şad olsun, Ata!!

    Gözdən axan selə bənzər,
    Qəlbdən qopmuş telə bənzər.
    Bir saralmış gülə bənzər,
    Atasız ev, anasız ev.

    Gülüş qonmaz dodaqlara,
    Həyan olmaz uşaqlara,
    Dönər sönmüş çıraqlara,
    Atasız ev, anasız ev.

    Bulud örtmüş aya dönər,
    Nəşələri vaya dönər.
    Körpəsiz laylaya dönər,
    Atasız ev, anasız ev.

    Qardaşın gözdə nəmidir,
    Bacının sonsuz qəmidir.
    Baharda xəzan kimidir,
    Atasız ev, anasız ev!

    Ürəklərdə dərd-azardı,
    Bayatıdı, ahı-zardı.
    Qazılmamış bir məzardı,
    Atasız ev, Anasız ev!!

  • Mais TƏMKİN.”Ə kinə çiç karde pidə?”

    10646868_273655359498567_6620189188081019440_n

    Honiədəm vinde zinə,
    Çaşım mande mı bə kinə.
    Otəşıj jəy bəçmı sinə,
    Ə kinə çiç karde pidə?

    Dimij vəşdə bənə həşi,
    Sütdə mıni, qətdəm təşi.
    Bəmı duə de otəşi,
    Ə kinə çiç karde pidə?

    Dardi dödə dardi səpe,
    Xıdo şoyde, vində bə pe.
    Deşdə fərişton bə qəpe,
    Ə kinə çiç karde pidə?

    Bə astovə şər ğandedə,
    Çı oşımi səmandedə,
    Bə həşi məydon handedə,
    Ə kinə çiç karde pidə?

    Mınıj vinde diəro vite,
    Noz kardedə, itkə şite.
    Qıləy bəmı ,,ha” votdəni,
    Mais mandə süte-süte,
    Ə kinə çiç karde pedə??

  • Mais TƏMKİN.”Ağlı başdan çıxar, ay Meryem hanım”

    10646868_273655359498567_6620189188081019440_n

    Güzeller güzeli dostum Meryem Akalın hanıma

    Tanrım özü qoyub senin ismini,
    Pak yaradıb, saf yaradıb cismini.
    Her kim görsə, canlar alan resmini,
    Ağlı başdan çıxar, ay Meryem hanım.

    Kime kısmet olub, olarsansa yar:
    Ömr eder aləmde o kes bəxtiyar.
    Dünyaya sıqmayan güzelliyin var,
    Yok sene cahanda tay, Meryem hanım.

    Her arzuna, isteyine çatasan,
    Sevgini her şiyden uca tutasan.
    Ter çiçeksen, kızılgülsen, butasan,
    Gelmisen Tanrıdan pay, Meryem hanım.

    Könülden-könüle su tek akalım,
    Bu dünyaya gülerüzlə bakalım.
    Temkin deyir, güzel dostum, Akalın,
    Bu şiiri ellere yay, Meryem Hanım!

  • Şairə-publisist Rahilə Dövranın “Azərbaycan-Türkiyə” şeiri “Kümbet” dərgisində çap olunub

    kumbet40

    svh3

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, şairə-publisist Rahilə Dövranın “Azərbaycan-Türkiyə” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 40 sayında dərc olunub.
    Qeyd edək ki, bundan öncə şairə-publisist Rahilə Dövranın Türkçülük şeirləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətinin Çukurova vilayətində fəaliyyət göstərən “Usare” və “Güzlek” dərgilərinin yeni sayları üçün də göndərilib.
    QEYD: Şairə-publisist Rahilə Dövranın “Azərbaycan-Türkiyə” şeiri “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Gənc xanım yazar Şəfa Vəliyevanın hekayəsi “Kümbet” dərgisində çap olunub

    kumbet40

    svh

    svh2

    svh3

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, şairə-jurnalist-publisist, gənc xanım yazar Şəfa Vəliyevanın “Ən sadə şəkil” hekayəsi Türkiyə türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 40 sayında dərc olunub.
    Qeyd edək ki, bundan öncə “Qafqaz Media” İctimai Birliyi tərəfindən “Cəsarətli qələm” və “Peşəkar jurnalist” media mükafatlarına layiq görülən gənc nəslin istedadlı nümayəndəsi Şəfa Vəliyevanın hekayəsi Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətinin Çukurova vilayətində fəaliyyət göstərən “Usare” və “Güzlek” dərgilərinin yeni sayları üçün də göndərilib.
    QEYD: AYB və DGTYB üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı Şəfa Vəliyevanın “Ən sadə şəkil” hekayəsi “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Gənc yazar Kənan Aydınoğlunun şeiri “Kümbet” dərgisində çap olunub

    kumbet40

    kumbet40kam

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist, gənc yazar Kənan Aydınoğlunun Yaradanların ən gözəli olan Uca Allahın mərhəmət, rəhm və kəramət sahibi olduğunu özündə ehtiva edən “Ey Bütün Ərşin Sahibi” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 40 sayında dərc olunub.
    Qeyd edək ki, bundan öncə 2015-ci ilin noyabr ayında işıq üzü görən “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 38-ci sayında dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.
    QEYD: Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist, gənc yazar Kənan Aydınoğlunun “Ey Bütün Ərşin Sahibi” şeiri “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Müzəffər MƏZAHİM.”Tənhalıq”

    mm

    Torpağı , havası , suyu yerində,
    Payızı , baharı , yayı yerində,
    İncə gözəlliyi , boyu yerində,
    Niyə solub gedir bu fidan belə?

    Dürlü qayğılardan biçilib donu,
    Yellər sığal çəkər oxşayar onu,
    Nəğməli quşları yarpağı sanı,
    Niyə solub gedir bu fidan belə?

    Keçid ağzındadır , yolaq üstədir,
    Axarlı-baxarlı bulaq üstədir,
    Baxan deyir baxtı ayaq üstədir,
    Niyə solub gedir bu fidan belə?

  • Müzəffər MƏZAHİM.”Öyrənirəm”

    mm

    Dünya mənim yaşıdımdır,
    Mən dünyanın uşağıyam.
    Ömür məndən yuxarıdır,
    Mən ölümdan aşağıyam.

    Bu dünyanı seyr edirəm,
    Tale adlı pəncərədən.
    Fələk ölü hazırlayır,
    Mənim kimi biçarədən.

    Ömrü ömrüm qədərdirsə,
    Qədər nədən qədir bilmir?
    İnsafını Allah kəsib,
    Möhlət, aman nədir bilmir.

    Bu dünya tək mənzillidir,
    Rahat ömür sürən yoxdur.
    Qapısında bir giriş var,
    Çıxışını görən yoxdur.

    Yaşamağı hamı blir,
    Yaşanmağı öyrənirəm.
    Çox daşıdım,
    son mənzilə
    Daşınmağı öyrənirəm.

  • Müzəffər MƏZAHİM.”Uğur olsun!”

    mm

    Göstər gücünü düşmənə, Ordum, uğur olsun!
    Sayəndə azad olmada yurdum, uğur olsun!

    Ver xalqa zəfər müjdəni, şəninlə öyünsün,
    Qəlbimdə qürur heykəli qurdum, uğur olsun!

    Öz qüvvəmizə arxalanıb düşməni yensək,
    Zənn eyləyərəm kamıma vardım, uğur olsun!

    Bu ali məram, haqq işi uğrunda savaşda,
    Qoy eyləsin Allah bizə yardım, uğur olsun!

    Qov tülküləri, rədd elə aslan yuvasından,
    Dönsün fərəhə, şənliyə dərdim, uğur olsun!

    Yaz tarixə yenməzliyini, qoy hamı görsün,
    Susmaz, daha cəng təbilini vurdum, uğur olsun!

    Yurdun əbədi əsgəriyəm mən də, Müzəffər,
    Ordum ilə bir cərgədə durdum, uğur olsun!

  • Müzəffər MƏZAHİM.”Yaşamağın çarəsi”

    mm

    Haqqın tapdalanıbsa,
    Haqq yoxdur demə, çəkin.
    Həqiqət dolu olsun,
    Qəlbin, ruhun, məsləkin.

    İnam yaşatsın səni,
    Dur vicdan keşiyində,
    Qoyma kiminsə haqqı,
    Boğulsun beşiyində.

    İşin düz gətirməsə,
    Olma naşükür, asi.
    Halallıqdır, insantək,
    Yaşamağın çarəsi.

  • Müzəffər MƏZAHİM.”Gedir”

    mm

    Ömrə-günə nə etibar,
    Göz görəsi axıb gedir.
    Bu dünyanın göy üzündən,
    Şimşək kimi çaxıb gedir.

    Yol yorğunu olub daha,
    Bəxt əlinə verib yaxa,
    Cangüdəni qaraçuxa,–
    Bəd ayaqda çıxıb gedir.

    Ömür köhlən, dünya cıdır.
    Bu qovha-qov can acıdır,
    Fələk cığal oyunçudur,
    Qurduğunu yıxıb gedir.

    İnsan qənimdir özünə,–
    Ölüm görünmür gözünə,
    Dünyanın soyuq üzünə,
    Məsum-məsum baxıb gedir.

  • Müzəffər MƏZAHİM.”İnsan”

    mm

    Dəf eyləsə qəlbindəki bəd niyyəti insan,
    Çəkməz əməlindən əzabı, zilləti insan.

    Dünya malına aldanaraq qəflətə uymuş,
    Yığmış nə qədər axirətə töhməti insan.

    Hər kəs ki: -Günahkar deyiləm,-söyləsə uyma,
    Çünki yaranışdan qazanıb lənəti insan.

    Bildinmi neçin Adəmi cənnətdən atıb Haqq? –
    Təkrar özü qoy dərk eləsin cənnəti insan.

    Allah verəcək hər iki dünyada əcr bil,
    Şeytandan əgər eyləməsə minnəti insan.

    Olduqca, Müzəffər, gözü tox, qəlbi firavan,
    Axtarmaz uzaqlarda malı, sərvəti insan.

  • “Mənim duyğum” kitabının təqdimat mərasimi keçiriləcək

    ev

    17 may 2016-cı il tarixində saat 14:00-da respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” fəxri müdia mükafatları lauretı, şair Etibar Vəliyevin “Mənim duyğum” kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə müəllifin qələm yoldaşları və yaxın dostları da iştirak edəcək.İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Ə.Xəqani küçəsi 25

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • “Mənim duyğum” kitabı işıq üzü görüb

    ev

    Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” fəxri müdia mükafatları lauretı, şair Etibar Vəliyevin “Mənim duyğum” adlı yeni şeirlər kitabı işıq üzü görüb.
    Kitaba müəllifin son zamanlar qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri toplanıb.Kitab müəllifin oxucularla sayca üçüncü görüşüdür.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
    Qeyd edək ki, bundan öncə istedadlı şair “Görüşə gəl” və “Baxmağa dəyər” şeirlər kitabı ıq üzü görmüşdü.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Rafiq ODAY.”Sən ulu öndərisən bu xalqın, bu millətin”

    12383495_1048970388484309_536692811_n(1)

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Sən zülmət gecələrin bir ümid çırağısan,
    Sən elin ağsaqqalı, sən yurdun dayağısan,
    Sən hürriyyət sədası, azadlıq sorağısan,
    Hər qarışda izin var, bu izi silmək çətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Vətənin hər daşını sevginlə naxışladın,
    Bu yurda kəc baxanın yolunu yoxuşladın,
    Sən qalan ömrünü də xalqına bağışladın,
    Əbədiyyət rəmzi var kökündə bu ülfətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Əshabi-kəhf timsallı neçə pirlər burada,
    Hər qayanda qorunur neçə sirlər burada,
    Sənə yön çevirdilər “91-lər” burada,
    Bir daha bəlli oldu xalqına sədaqətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Sən haqqa arxa durdun, əsarətə yox dedin,
    Acın dərdini bilməz heç bir zaman tox, dedin,
    Oyan, ey ulu millət, qaranlıqdan çıx dedin,
    Aydınlıq nuru qonsun üzünə məmləkətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Bu dövlətin qırılmaz təməlində yaşarsan,
    Ən müqəddəs, ən ülvi əməlində yaşarsan,
    Vətən sevdalıları cəm elində – yaşarsan,
    Xalq görür bəhrəsini çəkdiyin hər zəhmətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Sənə xalq məhəbbəti sonsuz – dərindən dərin,
    Yüksəliş müjdəlidi hər açılan səhərin,
    Daha yolu rəvandı aşılmaz zirvələrin,
    Bütün dünya çevirib yurduma öz diqqətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Ən böyük əmanətin İlham Əliyev bizə,
    Bir də müqəddəs Vərən – döğma ocaq, ev bizə.
    Onunçün o, qatır ki, gecəsini gündüzə,
    Heç zaman laxlamasın özülü bu qüdrətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Azərbaycan – Türkiyə qardaşlıq nümünəsi,
    Bütün cahan bir ola boğa bilməz bu səsi,
    Hələ qarşımızdadır Qarabağ təntənəsi,
    Ürəyində gömərik düşmənin bəd niyyətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    And içirik günəşin sübh doğan çağına,
    And içirik qan ilə boyanan torpağina,
    And içirik üçrəngli müqəddəs bayqağına,
    Kokünü kəsəcəyik hər zülmün, hər zillətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

  • Kənan AYDINOĞLU.”Nə qələm, nə varaq, nə vaxt bəs eylər”

    47

    Bir dövrün, zamanın astanasında,
    Xalq “Heydər”-söylədi, Heydər “Xalq”-dedi.
    Doğma diyarının ulu öndəri,-
    Hayanda oldusa yenə haqq dedi.

    Bu ulu torpağa, ulu diyara,
    Öndərin sevgisi bitmədi şükür.
    Sevincdən gözləri dolan torpaqda,
    Rəhbərin zəhməti itmədi şükür.

    Yenə tarix boyu göyə ucalan,
    Bayrağın önündə əyilməyi var.
    Ruhunun önündə əyilən dünya,
    Tanrıdı öndərə yenə, yenə yar.

    Bir dastan qoşulsa, ulu öndərə,
    Böyük bir diyarda-yurdda səs eylər.
    Ömrünü qələmə almaq istəsəm,
    Nə qələm, nə varaq, nə vaxt bəs eylər.

    Şərəfli bir ömrü yurdda yaşamaq,-
    Mən indi bildim ki, asan deyilmiş.
    Gözünə baxanda gördüm ki, göz də,-
    “Yaşa, AZƏRBAYCAN, yaşa!”-deyirmiş.

  • Gülnarə İSRAFİL.”Yuxuydum ki”

    gxi

    Gözüm qandallı yollara,
    Sən bildiyin yollar deyil.
    Sən öpdüyün cığırlar yox,
    Sən keçdiyin kollar deyil.

    Məni param-parça etdi
    Ürək dolu gülüşlərim.
    Səndə ümidim yaslandı,
    Öz içimdə görüşlərim.

    Barmaqlarım xınalıydı,
    Gözlərinə yazı yazdı.
    Demişdim ki ömrümü yaz,
    Ömrümdən çox azı yazdı.

    Sənin üçün varıydımmı,
    Sənin üçün yoxuydum ki…
    Qorxulu kabusam kimi,
    Ötüb keçən yuxuydum ki…

  • Gülnarə İSRAFİL.”Cəmiyyət qadını”

    gxi

    Gözləri yuxusuz
    uğur önündə, arxasında, içində.
    Ödülün, alqışın bol şaqqıltısına alışqan qulağı.
    Özgə bir fikir gəlmir ağlına.
    Gecələr boşluq.
    Dinləyir səssizliyi musiqi kimi.
    Yumur gözlərini yuxuya qarışır.
    Yuxudan oyananda yuxusunu danışır.
    Təlm-tələsik geyir əynini
    yemək yeyib iş saatına gecikməməyə çalışır.
    Önündə bitməyən arzuların çertyoju.
    Gözündə gözlük.
    Özünü vərəqləyir hər atdığı addımı.
    Qohumda, qonşuda,
    küçədə, dayanacaqda, metroda, maşrutda
    əzizləyir başqasının övladını.
    Getdiyi yol dayanacaq qısa.
    Cəmiyyət qadını
    Tənhalığın istisində əriyib
    qismət qoyur adını.
    Çox vaxt da, varsa övladı,
    qayğıdan, sevgidən yetim qoyur övladını.
    Saçları sığala həsrət…
    Dağ başının qarına boyayır.
    Soyuq divarlara danışır sirlərini.
    Çantasında gəzdirir qələmini.
    Evdə, işdə, hər yerdə yüklənir hər kəsin kədərini.
    Bir kəs çəkmir dərdini.
    Müdrikləşir, sadələşir, adiləşir
    unudur həyatını,
    hislərini, varlığını, adını,
    cəmiyyət qadını…

  • “Cadugər” kitabının təqdimat mərasimi keçiriləcək

    ge

    13 may 2016-cı il tarixində saat 14:00-da respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Günel Eyvazlının “Cadugər” kitabının təqdimat mərasimi keçiriləcək.
    Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə müəllifin qələm yoldaşları və yaxın dostları da iştirak edəcək.İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Ə.Xəqani küçəsi 25

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • “Cadugər” kitabı işıq üzü görüb

    ge

    Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilən “aybkitab” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Günel Eyvazlının “Cadugər” kitabı işıq üzü görüb.
    Kitab müəllifin oxucular ilə sayca üçüncü görüşüdür. Kitabda şeir, hekayə və esselər yer alıb.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
    Qeyd edək ki, bundan öncə 2013-cü ildə “Qanun” nəşriyyatı tərəfindən həyata keçirilən “Birinci kitab” layihəsi çərçivəsində işıq üzü görən “Yuxumu xeyrə yozun” şeirlər kitabının müəllifidir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Nəzər Media.az-ın dostu mükafatı Rafiq ODAY-a təqdim olundu

    0900

    Nəzər Media.az-ın təsis etdiyi Nəzər Media.az-ın dostu mükafatı Azərkimya İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri, əməkdar jurnalist, Rafiq ODAY-a təqdim olunub. Mükafatın təqdim olunması prosesi Sumqayıt şəhəində Azərkimya İB-nini mənzil qərargında baş tutub.
    İlk olaraq Nəzərbəy Hacıağayev təsisiçisi və rəhbəri olduğu Nəzər Media.az-ın fəaliyyətindən və bu üç il ərzində keçdiyi yoldan bəhs edib. Baş redaktor bildrib ki, portal bu illər ərzində bir çox çətinliklər yaşasada , hal-hazırda bu çətinliklərin hər biri arxada qalıb. Biz hər zaman dostlarımıza informasiya dəstəyi verməyi özmüz üçün şərəf bilmişik. Dostlarımızdan hər zaman dəstək görmüşük.
    Azərkimya İB-nin mətbuat xidmətinin rəhbəri Rafiq ODAY dostluq mükafıtna görə Nəzər Media.az İnformasiya Portalının kollektivə xüsusi olaraq baş redaktor Nəzərbəy Hacıağayevə öz minnətdarlığını bildirib. İnformasiya portalının daim izlədiyi media qrumlarında olduğunu vurğulayıb. Daha sonra Əməkdar jurnalist əməkdaşı olduu qrum haqqında qonağa geni məlumat verib.
    Xatırladaq ki, Nəzər Media.az-ın dostu mükafatı 2015-ci ildə təsis olunub. Bu mükafata ilk layiq görülən isə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin keçmiş İcraçı Katibi, Hal-hazırda fəaliyyətini Beynəlxalq Qızıl Xaç Komitəsinin nəzdnində Cənubi Sudanda fəaliyyət göstərən Bayram Vəliyev olub.
    Qeyd edək ki,Nəzər Media.az İnformasiya Portalı 2013-cü ilin aprel ayının 6-da fəaliyyətə başlayıb. Portal Azərbaycanın gənc jurnalistlərindən olan Nəzərbəy Hacıağabəyli tərəfindən təsis edilib. Bu günə kimi İnformasiya Portalı ölkədə və dünyada baş vermiş siyasi-ictimai, mədəni və idman hadisələrlə bağlı yeniliklərdə oxucularını dəqiq və operariv xəbərlərlə təmin edir. Bu il Nəzər Media.az İnformasiya portalı 3 yaşını qeyd etdi.

  • Rafiq ODAY.”Dəyişməz” (Qəzəl)

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Haqqa yol alan səmtini hər yanə dəyişməz,
    Eylər özünü şamına pərvanə, dəyişməz.

    Dinclik nədi bilməz vətəni darda olanlar,
    Cumar kişitək meydana mərdanə, dəyişməz.

    Ərlər – nə sınar, nə əyilər düşmən önündə,
    Bağrın başını eyləyələr şanə, dəyişməz.

    Günəş nurudur dövr eləyən damarımızda,
    Oddan törəyən qanını hər qanə dəyişməz.

    Bu çərxi-fələk tərsinə dövran eləməkdə,
    Yoxsa arada bir belə fərq, anə dəyişməz.

    Azmı dəyişən xislətini min kərə gündə,
    Fəxr eylə, Oday, əsla ki, Fərqanə dəyişməz!

  • Rafiq ODAY.”Hicran mənə qaldı” (Qəzəl)

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Getdi yenə vüsal dəmi, hicran mənə qaldı,
    Tərk etdi könül həmdəmi, hicran mənə qaldı.

    Sanki yönünü tərsə salıb öz mayakından,
    Dəryada üzən bir gəmi, hicran mənə qaldı.

    Aləmlər içrə bir o idi zəndi-gümanım,
    Güldürdü mənə el-aləmi, hicran mənə qaldı.

    Heç bilməz idim bir belə sədd var aramızda,
    Həm həmdəmi, həm də əmi, hicran mənə qaldı.

    Eşqin əgər ortaq dili varsa bu cahanda,
    Anla məni, ey əcəmi, hicran mənə qaldı.

    Ruhum, bu bəşər içrə mənə düşdü ələmin,
    Həm hasili, həm də cəmi, hicran mənə qaldı.

    Oday, nə qədər həsrət olar bir ömür içrə,
    Dəvət eləyər qəm-qəmi, hicran mənə qaldı.

  • Rafiq ODAY.”Elə qovdum” (Qəzəl)

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Əymə başını sən kədərə, yar, elə qovdum,
    Gəlməz bu könül gülşəninə sar, elə qovdum.

    Hicran bizi ağlatmaq üçün gəldi də, amma,
    Oldu özü aləmlər içrə xar, elə qovdum.

    Çox söylədim, aşiqləri üzmə – bu günahdır,
    Əl çək bu əməldən, bir utan, ar elə – qovdum.

    Yaydı bütün ərşə xəbəri göydə mələklər,
    Yəqin ki, sənin də xəbərin var, elə qovdum.

    Düşməz ki, ələ bir belə imkan daha, yavrum,
    Sən də sağına, həm soluna car elə – qovdum.

    Gəldin, Odayın dünyasına nur ələdin sən,
    Olmaz ta ona cümlə-cahan dar, elə qovdum.

  • Rafiq ODAY.”Olmaz” (Qəzəl)

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Bir gün belə sənsizliyə, Ruhum, tabım olmaz,
    İnnən belə bir ayrı sitəmkar tapım, olmaz!

    Haqqa və mürüvvət deyilən ülvi məkana,
    Girməkçün, inan, sevgidən özgə qapım olmaz.

    İman işığı yollarıma nur ələməkdə,
    Bu nurda durum öz yolumu mən sapım, olmaz.

    Qəlblərdə barış saxlamağın fürsəti varkən,
    Nifrət və ədavət toxumu mən səpim olmaz.

    Ülfətdi, məhəbbətdi, inan, ali vəzifəm,
    Bundan uca, bundan ötə bir mənsəbim olmaz.

    Oday belə bir düstura qail ola bilməz –
    Bu işmi ki, sən sevmə, amma mən sevim – olmaz!

  • Reyhanə Hacıyevanı doğum günü münasibətilə təbrik edirik! (28 aprel 1984-cü il)

    reyhanexanimhaciyeva

    Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, gənc xanım yazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Ərşad NİHAD.”VƏTƏN SƏNƏ OĞUL DEYİR…” (poemadan bir parça)

    Seymur

    Orta məktəbdə bir sinifdə oğuduğum,
    sonrakı illərdə də dostluğu və səmimiyyəti qoruyub saxladığım,
    Vətən torpaqları uğrundakı 4 günlük (1-4 aprel)
    müqəddəs savaşda igidliklə vuruşaraq
    şəhidlik zirvəsinə yüksəlmiş
    Baxışov Seymur Qulamhüseyn oğlunun əziz xatirəsinə

    Yurda bir təhlükə, hədə gəldimi,
    Bir kimsə əyməsin qəddini gərək.
    Zaman yetişdimi, vədə gəldimi,
    Düşmənə bildirək həddini gərək.

    ***

    Arxanca dolaşan ölüm kabusu,
    On ildə yüz kərə yandan sovuşdu.
    Qeyrəti zirehtək geyib əyninə,
    Qadadan sovuşdun, qandan sovuşdun.

    Bu dəfə Tanrıdan gəlmişdi əmrin,
    Şəhidlik şərbətin camda hazırdı.
    Hazırdı ən uca zirvəsi ömrün,
    Yetəcək olduğun kam da hazırdı.

    ***

    Qartaltək şığıdın düşmən üstünə,
    Yetər murdarlandı bu torpaq dedin.
    Yağılar birləşib dura qəsdinə, –
    Bir daha yenilməz bu bayraq dedin.

    Bizə bəs eyləyər bizim olanlar,
    Özgə süfrələrdə gözümüz olmaz.
    Dünyanı başına eyləməsək dar,
    Onda danışmağa sözümüz olmaz.

    “Böyük” danışmasın qoy “bala yan”lar,
    Haqqın, ədalətin divanı öndə.
    Eli viran qoyub, yurd talayanlar.
    Görəcək müqəddəs davanı ondə.

    ***
    Beləcə müqəddəs savaşa girib,
    Verdin yağıların dərsini, Seymur.
    Torpaq hərisini torpağa sərib.
    Göstərdin dünyanın tərsini, Seymur.

    Vətəndi insana əzəmət verən,
    Bitib-tükənməzin, sonsuzun – Vətən!
    Vətəndi qoluna güc-qüvvət verən,
    İlk sözün Vətəndi, son sözün – Vətən!

    (davamı olacaq)

    Ershad Nihad

    şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Elnarə GÜNƏŞ.Yeni şeirlər

    ____kil

    “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı yazarları” və “Ağsu şairləri”İctimai, “İti qələm” ədəbi birliyinin üzvü

    Qızım

    Ömrümün baharı, yazı Ruhəngiz,
    Dünyanın ən gözəl qızı Ruhəngiz,
    Çox xoşbəxt eylədin bizi Ruhəngiz,
    Məhəbbət mənbəyi Eşq lövhəsisən,
    Tanrımın bizlərə xoş tövhəsisən.

    Qızım sənə şad güzəran dilərəm,
    Qəmgin olsan ilk öncə mən bilərəm.
    Yolunda canımı qurban verərəm,
    Atanın, ananın ilk körpəsisən,
    Tanrımın bizlərə xoş tövhəsisən.

    Ruhəngiz

    Tanrımdan, anamdan sonra şübhəsiz,
    Mənim çeşmi-çırağımdır Ruhəngiz.
    Allahın sevimli bəndəsiyik biz
    Haqdan gələn növrağımdır Ruhəngiz.

    Camalı nur saçan al günədir o,
    Həyat mövcud olardımı günəşsiz?
    Qəlbimi isidən bir atəşdir o,
    Eşq-məhəbbət sorağımdır Ruhəngiz.

    Gözləri bənzəyir bir cüt ulduza,
    Saçları dalğalı sanki bir dəniz.
    Hamı həsəd aparacaq bu qıza
    Qaya tək mərd orağımdı Ruhəngiz.

    Elgiz balam

    Allahımın payısan sən bizim üçün,
    Dədəm Qorqud soyusan sən əzm üçün.
    Eldəgizin sayısan sən özün üçün,
    Nur gətirdin dünyamıza Elgiz balam.

    Qədəmlərin mübarəkdir, xoşdur oğul,
    Ürəyində halallığı coşdur oğul.
    Haqdan qeyri bil ki, hər iş boşdur oğul,
    Varis ol, Haqq sevdamıza Elgiz Balam.

  • Elnarə GÜNƏŞ.Yeni şeirlər

    ____kil

    “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı yazarları” və “Ağsu şairləri”İctimai, “İti qələm” ədəbi birliyinin üzvü

    Alim oxuyur

    Dünyanın sevilən Muğam ustadı,
    Qürur hiss edirik gələndə adı.
    Tanrım verib ona bu istedadı,
    İfası ilə inci, sədəf toxuyur,
    Diqqət! Diqqət! Bizim Alim oxuyur.

    Min illik barını yetirsə bəşər,
    Min ildən bir, Alim doğula bilər.
    Səsindən min ilin sədası gələr,
    Zənguləsi şanlı tarix qoxuyur,
    Diqqət! Diqqət! Bizim Alim oxuyur.

    Ruhəngiz

    İlk baxışın şəfəqləri gözündə,
    İlk kəlmənin hərarəti sözündə.
    İlk addımın cəsarəti dizində,
    Saf döyünən ilk ürəkdir Ruhəngiz,
    Doğum günün mübarəkdir Ruhəngiz!

    İlk arzuya ilk açılmış qoldur o,
    İlk sevincə aparacaq yoldur o.
    İlk doğulub, şirinlikdə baldır o,
    İnsan donlu bir mələkdir Ruhəngiz,
    Doğum günün mübarəkdir Ruhəngiz!

  • Elnarə GÜNƏŞ.Yeni şeirlər

    ____kil

    “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı yazarları” və “Ağsu şairləri”İctimai, “İti qələm” ədəbi birliyinin üzvü

    Sənin xətrinə

    Bir sevginin tarixini yazaram,
    Bir arzunun məzarını qazaram
    Lazım gəlsə ömür boyu susaram
    Tək sənin xətrinə, sənin xətrinə

    Biganəlik ürəyimi ağrıdır,
    Şirin sözün hisslərimə oğrudur.
    Hər nə desən deyəcəyəm doğrudur
    Tək sənin xətrinə sənin xətrinə.

    Zəmanənin ələyindən keçərəm,
    Oyunundan, kələyindən keçərəm.
    Hər gün, hər an ürəyindən keçərəm,
    Tək sənin xətrinə, sənin xətrinə.

    Dörd yanında mən olanda görmədin,
    Nə qəmgin, nə şən olanda görmədin.
    Mən də səni dəyişdikcə gözlədim.
    Tək sənin xətrinə, sənin xətrinə.

    Sənin

    Sən mənim gözümün içinə baxma,
    Gözlərim yandırar gözünü sənin.
    Lal su tək o, yana, bu yana axma,
    Bu gediş azdırar özünü sənin

    Baxışlar baxışdan sevgi doğurar,
    Fürsət bilib şeytan səni çağırar.
    Yandırıb külünü göyə sovurar,
    Tapmazlar bir qətrə közünü sənin.

    Gərəyim deyildir indi bu qayğı,
    Şübhəli təzimlər, israrlı sayğı.
    Yenicə köksündə böyüyən duyğu,
    Mənə çatdırmasın ərzini sənin.

  • Təvəkkül GORUSLU.Yeni şeirlər

    tm

    NƏ YARDAN, NƏ YAZDAN HƏLƏ DOYMAYIB

    Arılar firlanır, gülləri qucur,
    Çiçəklər naz ilə açır ağzını.
    Arılar yorulmur, hey uçur, uçur,
    Çəkir çiçəklərin qəmzə – nazını.

    Sən mənim budaqda açan gülümsən,
    Dolannam başına, heç yorulmaram.
    Sən mənim ağzımda dinən dilimsən,
    Bir ömür vəsf etsəm, heç yorulmaram.

    Bahar təravəti içimə dolmuş,
    Ətiri dindirir, eşq, sevda deyir.
    Könlüm çiçəkləmiş bir bahar olmuş,
    Nazəndə gözəllər lıçəyin əyir.

    Təbiətdə bahar, qəlbimdə yazdı,
    Könlüm öz yarımda, yada uymayıb.
    Goruslu dözmədi, yenə də yazdı,
    Nə yardan, nə yazdan hələ doymayıb!

    16. 04 2016

    NƏ OLUR

    Bahar təravətli könlün səması,
    Bir sevda oyadır ruhun təması,
    Bu eşqin, sevginin yoxdur əmması,
    Əllərim əlinə yetsə , nə olur!

    Nə olar bir anlıq görsəm üzünü ,
    Nə olar eşitsəm yarım sözünü,
    Nə olar bulaqtək öpsəm gözünü,
    Surətim zülfündə itsə, nə olur!

    Ülvi məhəbbətin bahar çağında,
    Bir vüsal güllənir sevda tağında,
    Nə olar zövq alsam sevgi bağında,
    Bülbül gülüstanda ötsə, nə olur!

    Nə olar dolaşsaq eşq yollarında,
    Nə olar görünsəm sağ – sollarında,
    Nə olar uyusam o, qollarında,
    Bir ömür vəslinlə bitsə, nə olur!

    15. 04. 2016

  • Təvəkkül GORUSLU.Yeni şeirlər

    tm

    DÜNYANIN ÖZÜ DƏ QƏRİBƏ DÖNƏR

    Bir ömrə məhəbbət gətirsən, əgər,
    Sevgi mələkləri çiyninə enər.
    Sevdiyin birini itirsən, əgər ,
    Dünyanın özü də qəribə dönər.

    Doğma ocağın da üşüdər səni,
    Ürəyin çırpınar, rahatlıq tapmaz.
    Daha unudarsan deyib – gülməni,
    Xəyal kəhər olmaz, dördnala çapmaz.

    Yığıb da üstünə dərdi, kədəri,
    Şux qəddini əyilər, bənzər kamana.
    Ha sızla, ha çağır tale, qədəri,
    Arzular puç olar dönər gümana.

    Sevgi müxtəlifdi, yanğısı ayrı,
    Sevdiyin kəslərə sevgini qoru.
    Döyülmüş ürəyə, qəlbə əyarı,
    Onu ordan silmək əlacsız soru.

    Sevdiyin yoxdursa, sevənin yoxsa,
    Sevgisiz ürəyin bir ovuc torpaq.
    Tumurcuq budaqda yer etsə, çıxsa,
    Günəşə sevgisiz göyərməz yarpaq.

    19. 04. 2016

    AYAQLARDAN DAŞ ASILIB

    Dəyişdin sən, niyə, bilməm,
    Dəydi sənə hansı kəlməm,
    Sındı ürək daha gəlməm,
    Ayaqlardan daş asılıb.

    Qısa oldu sevinc dəmi,
    Sevim gərək dərdi, qəmi,
    Gilələnir qəmin nəmi,
    Didələrdən yaş asılıb.

    İçimdə qış, çölümdə yaz,
    Könül gülün vurmuş ayaz,
    Alın qırış, saçda bəyaz,
    Kipriklərdən qaş asılıb.

    Qəlbi çırpdın daşa nədən,
    Daha gəlməz məndən gedən,
    Ruhum uçmuş, qalmış bədən,
    Çiyinlərdən baş asılıb.

    18. 04. 2016

  • Gülnarə İSRAFİL.Yeni şeirlər

    gxi

    Sevgini vərəqə pıçıldamaq istəyirəm

    Sevgini vərəqə pıçıldamaq istəyirəm
    sətir-sətir
    Varlığında əriyib ölmədən.
    Əlində ağ göyərçin uçmaq istəyir.
    Qanadına gəlinlik sarılıb ümidlərin.
    Yazmaq istəyirəm nəfəsimi
    sətirlərə.
    Yaza bilmədiyim səhifədən.
    payız yarpağı tək saralan təbəssümü
    həsrətin dodağından endirərək
    bəzəmək istəyirəm qızılı rəngdə.
    Birdə gözümdəki kədəri
    gülabla yumaq!
    Sabahın üzündən tökülən aydınlıqdan
    doğulmaq!
    Uzanır əlim, sənə aidd xəyallarıma.

    Gözümə həkk olub rəsmi

    Gülün solmuş ləçəyində
    ətir qoxlamaq istəyirəm.
    O isə çoxdan ətrini itirib…
    Bir yay gecəsində üzülüb tağından.
    Göz yaşları suvarır kökününü
    pöhrələmək üçün.
    Bəlkədə göz yaşları qurutdu pöhrələri.
    Bəlkədə solmuş ümidlər
    Ümid solmaz, ölməz deyiblər ama…
    O çiçək qədər zərif.
    Ölən çiçəyin matəmi bitmədi ürəkdə.
    Doğuldu, gəncləşdi, qocaldı dərd.
    Saçlarına dən düşdü dağların qarı kimi.
    Qırışdı üzü…
    Göz yaşını silən olmadı.
    Əlimin rəngi ağardı dən-dən.
    Göz yaşını silməkdən.
    Qopmayacam, üzülməyəcəm.
    Baş-başayıq şam yeməyində,
    Göz-gözəyik qəm mən.
    Sevdiyi üçün tərk etmir məni.
    Mən də onu tərk etməyəcəm
    Gözümə həkk olub rəsmi…

  • Gülnarə İSRAFİL.Yeni şeirlər

    gxi

    Çıx get!

    Günün günorta vaxtı
    gecə düşüb gözümə.
    Baxma gözümə hər gün,
    itəcəksən gözümdə.
    Özünə yad olacan.
    Çıx get, nə olar, çıx get
    sevilməkdən qorxuram.
    Səni zülmət içində itirməkdən,
    yalquzaq ümidimə
    götürməkdən qorxuram.
    Çıx get, nə olar, çıx get.
    Gedişində körpəcə doğulmuş
    bir ümid var…

    * * *

    Gözüməmi düşüb gözünün izi,
    Elə bil üzümdən yad külək ötüb.
    Ağrılar süzülüb dodaqlarından,
    Gözümün yaşını sərt külək öpüb.

    Nə vaxtsa ayrılıq ümidi gəlib,
    Nə vaxtsa firtına itirib məni.
    Nə vaxtsa ömrümə bahar ələnib
    Çəməndə, bağçada bitirib məni.

    İndi isti anım, sazax anımdı.
    Sakitcə meh əsib üşüdür hərdən.
    Demə könül evim yasaxlanıbdı,
    Göylərə qaldırır, düşürür hərdən.

  • Şəhla RAMAZANQIZI.Yeni şeirlər

    12938145_217086761989970_2514023711327246505_n

    * * *

    Mənim bu dünyada özgə kimim var?
    Günəşim də sənsən, ayım da sənsən.
    Həsrəti buz tutan qarlı qışım da,
    Sevgidən alışan yayım da sənsən.

    Suyundan içdiyim bulaq “sən” deyir.
    Həsrətdən quruyan dodaq “sən” deyir.
    Boş qalıb buz tutmuş otaq “sən” deyir.
    Günüm də, ilim də, ayım da sənsən.

    Gözləri çəmənim, qəlbi cənnətim,
    Sevginlə nurlanır eşq səltənətim
    İlahi seçdiyi yarım, qismətim,
    Vağzalı gözləyən toyum da sənsən.

    * * *

    Gözlərim yollarında,
    Ürəyim səndə qalıb.
    Gözlərinin yaşılı,
    Ruhumu çəkib alıb.
    Sevgim günəşdən nurlu,
    Bərq vurur sözlərimdə.
    Baxışım da dəyişib,
    Sən varsan gözlərimdə.
    Günəş gülür elə bil,
    Buludlarım ağlamır.
    Vüsal qoxuyan həsrət,
    Ürəyimi dağlamır.
    Ayrılıqlar olmasa,
    Yeni görüşlər olmaz.
    Gül qəlbi qırılmasa,
    Şaxta vursa da solmaz.

  • Şəhla RAMAZANQIZI.Yeni şeirlər

    12938145_217086761989970_2514023711327246505_n

    Sevirəm

    Haqq işində yarışan,
    Tez-tez yanıb, alışan,
    Ehtirasla danışan,
    Bir insanı sevirəm.

    Gözlərimi bağlayan,
    Ürəyimi dağlayan,
    Çaylar kimi çağlayan,
    Bir insanı sevirəm.

    Hər halımdan anlayan,
    Səhvim üstə danlayan,
    Eşqi ömrümə yayan,
    Bir insanı sevirəm.

    * * *

    Ay işığı,
    gecələrin yaxasını zülmətlərin əllərindən qoparırsan.
    Lal dayanan xəyallara qanad verib,
    Çəkib- çəkib uzaqlara aparırsan.
    Hərdən zülmət otaqlara gizli-gizli süzülürsən, içəriyə boylanırsan.
    Sübhə qədər həsrət çəkən könüllərə
    Baxıb-baxıb iç çəkirsən, hey yanırsan.
    Görüşlərə qaçanların yollarını nurlayırsan, qaranlıqda çıraq kimi.
    Sonra həmin aşiqləri cüt görürsən
    Sevinirsən, şadlanırsan uşaq kimi.
    Ay işığı, çox işlərə şahidliyin danılmazdır,
    bu gerçəkdir, həqiqətdir.
    Susursansa demək səndə ən ali hiss, İnsanlara məhəbbətdir, sədaqətdir.

  • Ərşad NİHAD.”HEYDƏR BABANIN”

    Ershad Nihad

    şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

    Ulu öndər, Ümummilli lider Heydər Əliyevə

    Qəlbi Vətən eşqiylə
    Dolu – Heydər babanın.
    Bizik indi qanadı,
    Qolu – Heydər babanın.

    Bir fəxarət yoludur,
    Şan-şərafət yoludur,
    Haqq-ədalət yoludur
    Yolu – Heydər babanın.

    Xoş müjdə, xoş niyyətdir,
    Sözü əbədiyyətdir,
    Özü əbədiyyətdir,
    Ulu Heydər babanın.

  • Ərşad NİHAD.”ƏZİZ PREZİDENTİM”

    Ershad Nihad

    şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

    Möhtərəm Prezidentimiz İlham Əliyevə

    Sizinlə fəxr edirik,
    Əziz Prezidentim!
    Xoş sabaha gedirik,
    Əziz Prezidentim!

    Bu Vətəndən güc aldın,
    Yağılardan bac aldın,
    El gözündə ucaldın,
    Əziz Prezidentim!

    Heydər baba ustadın,
    O dahidən dərs aldın,
    Dillərdə dastan adın,
    Əziz Prezidentim!

  • Ərşad NİHAD.Yeni şeirlər

    Ershad Nihad

    şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

    QOYMARAM

    Vətən eşqi canımda,
    Damarımda, qanımda,
    Odur xanimanım da,
    Dağılmağa qoymaram.

    Soykəndiyim dağımdı,
    Gur yanan ocağımdı,
    Çağlayan bulağımdı,
    Soğulmağa qoymaram.

    Yaşamaq həvəsimdi,
    Ruhumdu, nəfəsimdi,
    Haqq hayqıran səsimdi,
    Boğulmağa qoymaram.

    Balta çallam dizinə,
    Tən gələrəm yüzünə,
    Bir yağını üzünə,
    Ağ olmağa qoymaram.

    Ucal, üçrəngli bayraq,
    Qələbədən ver soraq,
    Dərdləri qalaq-qalaq,
    Dağ olmağa qoymaram.

    Şəhidlik arzu-muraz,
    Kim deməz ki, mənə yaz.
    Sinəndə çalın-çarpaz
    Dağ olmağa qoymaram.

    Namus, qeyrət – bu torpaq,
    Yağı gəlməsin nahaq,
    İstər QARA, istər AĞ,
    Oğul, BAĞa qoymaram.

    Ərşad NİHAD

    YÜRÜ QARANLIQLAR ÜSTÜNƏ

    Ana dediyimiz,
    Vətən dediyimiz,
    Müqəddəs Ocaq dediyimiz
    bu torpağa
    Daima səcdədə olduğumuzdan,
    Bu torpağın üstündə yaşamırıq ki,
    Sürünürük dizin-dizin.
    Onunçün torpağın ətri
    bizə daha yaxın olur,
    daha tez çatır
    Ətrindən çörəyin, duzun!

    Sizlərsiniz gəşt edən
    bu torpağın üstündə,
    Sizlərsiniz yaşayan
    hamımızdan üstün də.

    Pıçıltı ilə “mən də varam” deməklə
    Harayın, ünün kimsəyə yetməz,
    atam-qardaşım,
    Səsi kökləmək gərək
    üst harayda, üst ündə….

    Buqədərmi xoş gəlir
    boğulmaq öz tüstünə,
    durmaq öz qəsdinə?!
    Pəncələrin üstündən
    qalx ayaqlar üstünə….
    Haydı, yolun açıq olsun,
    Yürü, yürü, qardaşım,
    qaranlıqlar üstünə….

    DEMƏSİNLƏR…

    Gör haçandı nəfəsin
    Nəfəsimdən uzaqdı.
    Çöldə yaydı, içimdə
    Ruhuma hakim olan,
    Soyuq qışdı, sazaqdı.

    Bir can eylə canında,
    Hey dolandır qanında,
    Gəlim, saxla yanında,
    Desinlər kimsəsi var, –
    Deməsunlər yazıqdı.

    Ürəyimə körpu sal,
    Şadlıq eyləsin vüsal,
    Ovundur, könlümü al,
    Bircə təbəssüümünlə,
    İliyimdən yaz axdı.

    Boğulmaram ahında, –
    Üzmədim günahında.
    Tanrının dərgahında,
    Şükür, bu günə kimi
    Alın açıq, üz ağdı.

    VƏTƏN VAR

    Sərhəddəki səngərin,
    Səngərdəki əsgərin,
    Əsgərdəki hünərin,
    Mayasında Vətən var!

    Dolanmasan qaşında,
    Saxlarmı yaddaşında?!
    Bu yurdun hər daşında,
    Qayasında Vətən var!

    YAŞARAM

    Hərə öz taleyini
    Yaşar öz ölkəsində.
    Sabahımı qurmaram
    Özgənin “bəlkə”sində.
    Yaşamaq mənlik deyil,
    Kiminsə kölgəsində.
    Belə yürüməkdənsə,
    Ömrü sürüməkdənsə,
    Sığınıb bir Simurqun
    Qanadına, yaşaram.

    Hisslərimlə oynama,
    Ruhumu rahat burax.
    Dağları kül eyləyən
    Ahımı rahat burax.
    Yağıya tuşladığım
    Oxumu rahat burax.
    Dünən olan dündədi,
    Hələ savaş öndədi, –
    Düşməndən alacağım
    Qan adına yaşaram.

    Bu yurda sahib çıxar,
    Orduya tən ərənlər.
    Düşmən üstə şığıyar
    Dildə Vətən ərənlər.
    Süngü-süngü biz variq,
    Səngər-səngər biz varıq,
    Ay görməzdən gələnlər, –
    Məni yox sayanların
    İnadına yaşaram.

    Ərşadam, bir işim də
    Eli şad eyləməkdi.
    Düşmənə qılınc çalan
    Əli şad eyləməkdi.
    Zəfər himni oxuyan
    Dili şad eyləməkdu,
    Vətən, balanam, tanı,
    Ömrü talanam, tanı…
    Neçə dastan bağlayıb
    Mən adına yaşaram.

  • Şəfa VƏLİYEVA.”Gizlincə sevə bilmirəm…”

    1915291_748109358667106_2463672035380493579_n

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Altdan-altdan qımışıram,
    Daha ürəkdən gülmürəm…
    Aşikara alışıram,
    Gizlincə sevə bilmirəm…

    Dəliyəm… Sənə oxşadım,
    Öyrətdin özünə məni…
    Bəxtim bəxtinə oxşasın,
    Sözüm də sözünə sənin…

    Aşiq yarın görsün deyə,
    Dağlar başını əyməz ki?
    Getdin… Arxanca səpməyə,
    Gözümün yaşı yetməz ki?

  • Şəfa VƏLİYEVA.”Bağışla ki, çox qorxmuşam,”

    1915291_748109358667106_2463672035380493579_n

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    bağışla ki, çox qorxmuşam,
    “sevməy”i geyinməmişəm…
    “Leyli-Məcnun” oxumuşam,
    “EŞQ”i bəyənməmişəm…

    qapınızı tanımasam
    başına and da içərdim…
    güzgülərdən utanmasam,
    səni gözümə çəkərdim…

    Gəncə mənim İrəm bağım,
    üç alma ol, düş bəxtə…
    Bəxtsiz Bakı nağılım,
    bağışla ki, xoşbəxtəm…

  • “…və susarsan” kitabının təqdimat mərasimi keçiriləcək

    kitab

    22 aprel 2016-cı il tarixində saat 12:00-da Gənc Tamaşaçılar Teatrında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi2″nin müdavimi, DGTYB Yönətim Kurulunun üzvü, Prezident təqaüdçüsü İntiqam Yaşarın “…və susarsan” kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə müəllifin qələm yoldaşları və yaxın dostları da iştirak edəcək.İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • “Gül” kitabının təqdimat mərasimi keçiriləcək

    yenikitab

    3 may 2016-cı il tarixində saat 14:00-da respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilən “aybkitab” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun doktorantı, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc xanım yazar Gülnar Səmanın “Gül” kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə müəllifin qələm yoldaşları və yaxın dostları da iştirak edəcək.İştirak etmək istəyən hər kəs dəvətlidir.
    Qeyd edək ki, bundan öncə müəllifin “Mən sehrli səmayam” (2001), “İçimdəki söhbətlər” (2011) kitabları işıq üzü görmüşdü.

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Ə.Xəqani küçəsi 25

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • “Gül” kitabı işıq üzü görüb

    yenikitab

    Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilən “aybkitab” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun doktorantı, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc xanım yazar Gülnar Səmanın “Gül” kitabı işıq üzü görüb.Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İbrahim İlyaslı, ön sözün müəllifi filologiya elmləri doktoru Vaqif Yusifli, üz qabığının müəllifi Nəvai Metindir.
    Kitab müəllifin oxucular ilə sayca üçüncü görüşüdür.Kitaba müəllifin son illərdə qələmə aldığı şeirləri daxil edilib.Kitabdakı şeirlər “Dəli sevda” və “Bir dünya” fəsillərinə bölünür. Kitabda Gülnar Səmanın müxtəlif dövrlərdə qələmə aldığı şeirlər cəmlənib.
    Qeyd edək ki, layihənin müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini, şair-publisist Xəyal Rzadır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • “Qarabağnamə” kitabının ikinci hissəsi çap olunub

    q

    “Qarabağnamə” kitabının ikinci hissəsi Bakı şəhərində, “Gənclik” nəşriyyatı tərəfindən 470 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.Kitabın redaktoru “Qızıl qələm” media mükafatı laureatı, şair Vidadi Ağdamlıdır.Korrektoru Təranə Ağdamlıdır.
    Kitaba respublikanın, o cümlədən Qardaş Türkiyə Cümhuriyyətin və Dağıstan Respublikasının, müxtəlif bölgələrində yaşayıb, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan yazarların Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərdən, aparılan danışıqlardan bəhs edən şeirləri, hekayələri və poemaları daxil edilib.Kitabda 54 yerli və xarici ölkələrin yazarlarının bədii yaradıcılıq nümunələri daxil edilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Vidadi AĞDAMLI.”Xəcalət çəkirəm gördüklərimə”

    va

    Alxaslı şəlaləsi

    Qızarır dan yeri,qızarır yenə.
    Xəcalət çəkirəm gördüklərimə.
    Babalar sayılmır dərdlidi nənə.
    Qiymətdə verilmir əməllərimə.
    Xəcalət çəkirəm gördüklərimə.

    Cıdırda erməni atın oynadır.
    Bakıda çoxları var devlət yığır.
    Vaqif kinli-kinli bizlərə baxır.
    Həsrətli qalmışıq Şuşa elimə.
    Xəcalət çəkirəm gördüklərimə.

    Ağdam qeyrət idi qeyrətdə getdi.
    Məzarlar üstündə ot ələf bitdi.
    Oyan ay millətim o yurd sənindi.
    Təbib əlac etməz mənim dərdimə.
    Xəcalət çəkirəm gördüklərimə.

    Laçın rişğənd ilə bizlərə gülür.
    Dərdli bir şairəm sinəm sökülür.
    Şəhid ruhlarıda tənəli ötür.
    Ruhlara nə deyim,şəhidlərimə.
    Xəcalət çəkirəm gördüklərimə.

    Qorxduz, söyləyir Kəlbəcər bizə.
    Düşmənin əlində döndüm kənizə.
    Vətəndən giley var bil hər birimizə.
    Deyir,səs vermirsiz mənim səsimə.
    Xəcalət çəkirəm gördüklərimə.

    Ağdərə yasdadı biz orda yoxuq.
    Fizuli dərd cəkir biz isə toxuq.
    Toylarda süzürük,sanki yuxuyuq.
    Nifrətdə edirəm özüm-özümə.
    Xəcalət çəkirəm gördüklərimə.

    Zəngilanı deyim,Qubadlı deyim.
    Cəbrayıl,Xocalı,ayXocavəndim.
    Bizdən çox küskündü yanır ürəyim.
    Niyə həsrətliyik bu ellərimə.
    Xəcalət çəkirəm gördüklərimə.

    Buz bulağın suyun erməni içir.
    Çiçəkli düzləri dığalar biçir.
    Yurdumun qanını daşnaqlar çəkir.
    Bəs niyə oyanmır bu el sözümə.
    Xəcalət çəkirəm gördüklərimə.

    Qeyrət getdi,namus getdi nə qaldı.
    Yetişir qərinə vətən dardadı.
    Vuran igidlərim indi hardadı?
    Düçünün ay ellər mənim sözümə.
    Xəcalət çəkirəm gördüklərimə.

    Vidadini öldürəcək bu dərdlər.
    Səngərlərdə əmir gəzir əsgərlər.
    Soymayınca bu dərdlərdən ürəklər.
    Ölsəmdə getmərəm bilki qəbrimə.
    Xəcalət çəkirəm gördüklərimə.

    Baki 30-04-2014 saat 05-04

  • Vidadi AĞDAMLI.”Bilirsən ki, məndən sənə yar olmaz”

    va

    Toxundun yarama,toxundun mənim,
    Bilirsənki məndən sənə yar olmaz.
    Didir ürəyimi qəmim,kədərim,
    Qışın çovğununda qızılgül açmaz,
    Bilirsənki məndən sənə yar olmaz.

    Bülbül ayrı düşsə öz çəmənindən,
    Sevdiyi gülünün o xoş ətrindən,
    Yaş tökər,ağlayar didələrindən.
    Axar sular bulanlıqdı,durulmaz,
    Bilirsənki məndən sənə yar olmaz.

    Dağ döşündən çeşmə qaynar,su axar,
    Yan yörəsin yarpız,nanələr alar,
    Baldırqan gözündən ona yol açar.
    Gözü tutularsa,namərdlər acmaz,
    Bilirsənki məndən sənə yar olmaz.

    Qartal zirvələrdə hey qanad çalar,
    Qayalar üstündə məskənlər salar,
    Gözləri həmişə şikar axtarar.
    Mənimsə şikarım itib,tapılmaz,
    Bilirsənki məndən sənə yar olmaz.

    Dəniz şaxə qalxar,dalğalar aşar,
    Külək olar,gəmi yelkənin açar,
    Nabələd dənizçi dənizdə azar.
    Mən kədər əhliyəm,səninlə tutmaz,
    Bilirsənki məndən sənə yar olmaz.

    Gözəl boğ hissini,gəl sevmə məni,
    Aldatma özünü,bu hisslərini,
    İstərəm,bəxtəvər görüm mən səni.
    Zülmət olan yerdə işıqda olmaz,
    Bilirsənki məndən sənə yar olmaz.

    Meşə sərin olar,yalı çiçəkli,
    İstəmirəm nə çirkini,gözəli,
    Mənim ki,gözlərim olubdu nəmli.
    Gözlərim kor olar.yaşı qurumaz,
    Bilirsənki məndən sənə yar olmaz.

    Ömrümə qar yağıb,yollarım buzdu,
    Baharım gəlsədə,evim soyuqdu,
    Ürəyim elə bil ocaqdı-qordu.
    Əllərim soyuqdu,səni qızdırmaz,
    Bilirsənki məndən sənə yar olmaz.

    Ağarıb saçlarım vaxtsız-vədəsiz,
    Məzarım üstünə bir gün gələrsiz,
    Sinəmin üstünə su da çilərsiz.
    Qəlbim elə yatıb bil ki,oyanmaz
    Bilirsənki məndən sənə yar olmaz.

    Vidadini bir dost kimi gəl yoxla,
    Hörmətini gətir,yolunu saxla,
    Qəmli talehinə baxdıqca ağla.
    Bil ki ,gedəridi geri qayıtmaz,
    Bilirsənki məndən sənə yar olmaz.

    Biləcəri 27-04-2014 saat 21-42

  • Kənan AYDINOĞLU.”Gördüm”

    Photo Kenan

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

    Sevə-sevə Allahı addımbaşı yolumda,
    Şeytanın fitnəsinə aldananları gördüm.
    Haqq yolundan döndərib əyri yola aparan,
    Bax, bu yazıq milləti aldadanları gördüm.

    Gör ki, neçə zamandı dözürük belə dərdə,
    Rus asdıqca gözlərdən hər dəfə neçə pərdə.
    Millət də sınananda gah xeyirdə, gah şərdə,
    Şəhidin məzarında axan qanları gördüm.

    Qatar-qatar keçsə də, ömrün ötkün günləri,
    Durur hələ gözümdə: qaçqın, köçkün günləri.
    Hər düşdükcə yadıma, ömrün itkin günləri,
    Dünən də, bu gündə də Cavidanları gördüm.

    Şirin çağırmadısa köməyinə Fərhadı,
    Danlamaq lazım deyil, nə özgəni, nə yadı.
    Gedib ərşə çatanda anaların fəryadı,
    Tabutların içində yatan canları gördüm.

    Söküləndə dan yeri, üzə güləndə səhər,
    Dağılanda gözlərdən həsrət, ayrılıq, kədər.
    Başlanandan bu günü ömrün sonuna qədər,
    Bax, bu yazıq milləti aldadanları gördüm.

  • Kənan AYDINOĞLU.”Yaxşı ki, Gəncədə yaşayırsan Sən”

    Photo Kenan

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

    Ana Təbrizdən Gəncəyə qədər uzanan yol mənim üçün dünyanın ən böyük həsrət yoludur.Bu həsrət yolunun başlanğıcında-cənubunda Ustadım Şəhriyar, sonunda-şimalında isə dahi Azərbaycan şairi Nizami Gəncəvi dayanır.

    Şeirlərini və hekayələrini böyük məmnunluq hissə oxuduğum Canım Bacım Şəfa Vəliyevaya

    İlk kəlməm, ilk sözüm Azərbaycanın,
    Qərbində şəhər* var ürəyimdədi.
    Qarabağda uğrunda döyüşüb, ölmək,-
    Axı nə aldadım, diləyimdədi.

    Meydanda şücaət göstərən xanlar*,
    Bu Ana torpağın yaddaşındadı.
    Canıyla, ruhuyla Haqqa bağlanan,
    Bu Ana torpağın yurd daşındadı.

    Qətranı, Xəqanı demirəm hələ,
    Bu Ulu torpağın şairləri var.
    Haqqı dərk eyləyib, sevən hər kəsə,
    Tək Tanrı olsun qoy ona yenə yar.

    Nigar namuslusan, Həcər qeyrətli,
    Koroğlu babamın yadigarısan.
    Məshəti anamın beşiyində Sən,
    Böyüyüb, yaşayan sənətkarısan.

    İllərdi yorulmaq bilmədən axı,
    Şairlik adını daşıyırsan Sən.
    Ustad Nizaminin Ana yurdunda,-
    Yaxşı ki, Gəncədə yaşayırsan Sən.

    Bakı şəhəri.16 aprel 2016-ci il.