Category: Azərbaycan ədəbiyyatı

  • Polad SABİRLİ.”İçində”

    Polad Sabirli

    (Övladlarıma nəsihət)

    Başınızı uca tutun balalar,
    Vətənin içində, elin içində.
    Hər sözdə, söhbətdə hikmət axtarın,
    Arılar bal gəzər gülün içində.

    Ruzi başınızdan axsın, gur olsun,
    Bəxtiniz gül açsın, gözdə nur olsun.
    Həyat yolunuza min uğur olsun,
    Yaşayın həmişə ləlin içində.

    Təmiz adınızla bizi qoruyun,
    Qəlblərdə iz qoyun, izi qoruyun.
    Nahaq danışmayın, düzü qoruyun,
    Yoxsa boğularsız selin içində.

    Eldə hörmət olmaz eli söyənə,
    Yalan danışana, şər də deyənə.
    Baltanı vurmayın hər əyilənə,
    Batıb qalmayasız lilin içində.

    Polad haqq işində bişdi savaşda,
    Yerini tutubdur həmişə başda.
    Mənim nəsihətim qalsın yaddaşda,
    Köz də axtarmayın külün içində.

    14.05.2014

  • İltimas İSMAYIL.”Mezarında…”

    ii

    Bir name bekledim ömrüm boyunca
    Şimdi yazıyorsan yaz mezarında
    Aşkını öldürüp kabre koyunca
    Kime kızıyorsan kız mezarında.

    Bağlandığım aşkı çekip kopardın
    Bıraksaydım başka neler yapardın
    Tüneller kazarak yoldan sapardın
    Hala kazacaksan kaz mezarında.

    Tevbelerin artık faydası yoktur
    Kuru yeminlere karnımız toktur
    Toprağın altında yılanlar çoktur
    Bir şeyler çalarsan saz mezarında.

    Bir konuş demedin hatır sayayım
    Yandırıp yaktın ki acı duyayım
    Tanrım şahit sana nasıl uyayım
    Dualar beklersen vaaz mezarında.

    İnmişsin toprağın derin katına
    Ne gemine benzer ne de yatına
    Dünyaya çekilen haber hattına
    Haber sızacak san sız mezarında.
    12.06.2016.

  • Müzəffər MƏZAHİM.”Görünmür”

    mm

    Dərd verdikcə cavanlaşır,
    Dünya heç ulu görünmür.
    Ömür adlı bu dalandan,
    Bir çıxış yolu görünmür.

    Üzə geydiyim ümidin,
    Sevib öydüyüm ümidin,
    Ərklə döydüyüm ümidin,
    O tayı dolu görünmür.

    Insan tanrı nəfindədir,
    Doğulandan kəfəndədir.
    Dünya hələ kefindədir,
    Dərdlərdən halı görünmür.

  • Müzəffər MƏZAHİM.”Son pənahın”

    mm

    Sayəndə bu sevgimiz,
    Vaxtsız, vədəsiz öldü.
    O hisslər, o dyğular,
    Ruhumuza gömüldü.

    Bu ölü təmasından,
    Yəqin üşənib ruhun.
    Qoy qusul suyun olsun,
    Göz yaşın, son pənahın..

  • Günel NAZİM.”Yar gəlməmiş məzara qoymayın məni! “

    gn

    Yazım dönübdür çovğuna qara.
    Sevincim bürünüb qara torpağa.
    Sanki girmişəm qara zindana.
    Yar gəlməmiş məzara qoymayın məni!

    Allah, bu nə dərddir vermisən mənə?
    Hanı “yar” dediyim ömür bəzəyən.
    Cəhənnəm atəşi sarıb qəlbimi.
    Yar gəlməmiş məzara qoymayın məni.

    Arzular, niyyətlər puç olub daha.
    Sevgi ucuzlaşıb satılmır baha.
    Allah, sevgimi itirdiyim bu diyardan.
    Yar gəlməmiş o diyara aparma məni!

  • Polad SABİRLİ.”Üzüm haqqa tərəf, yönüm Allaha”

    Polad Sabirli

    İstərəm hər kəsə kaş ki, həyatda,
    Ögey olmayaydı zaman, ay Allah!
    Haqsızlar haqlının başından basıb,
    Yerin tutmayaydı aman, ay Allah!

    Böyüyə dərs verən uşaq görmüşəm,
    Elə böyük var ki, dağlıdır qəlbi.
    Elə anlamaz var söz başa düşmür,
    Eləsinin sözdür qəlbinin həbi.

    Adam var yüz dəfə ölür, dirilir,
    Ehmal demədiyi sözünə görə.
    Çoxu ağzın qoyub Allah yoluna,
    Kül ilə oynayıb közünə görə.

    Kimi başqasına yükdü nədənsə,
    Kimi də çoxunun yükün daşıyır.
    Ölməli olmayan gedib həyatdan,
    Ölməli olan var keflə yaşayır.

    Üzüm haqqa tərəf, yönüm Allaha!
    Haqsıza rast gəldim haqq deyə-deyə.
    Polad, çox ah çəkib qəm yemə daha,
    Özünə ağasan, sözünə yiyə.

    25.07.2014

  • Polad SABİRLİ.”Dönməz qəti”

    Polad Sabirli

    Əzilsəm də dost yolunda,
    Əziz tutdum sədaqəti.
    Əhvalımın bu halında,
    İtirmədim ləyaqəti.

    Üz geyərsə, kim üzünə,
    İnam olmaz heç düzünə.
    Elə döyər hey dizinə,
    Yaman olar aqibəti.

    Qaça-qaça dəyənəkdən,
    Yorulmadım haqq deməkdən.
    Keçirdim, keçdim ələkdən,
    Tapdım haqqı-ədaləti.

    Dən-dən olub üyüldüm ki,
    Qarşısında əyildim ki,
    Ona görə sevildim ki,
    Mən də sevdim həqiqəti.

    Tərs düşsə də yeklə şeşin,
    Yola gətir bişin-bişin.
    Gözəl olar savab işin,
    Gözəl olan fəziləti.

    Yandırdılar, kül dedilər,
    Ağlatdılar, gül dedilər.
    Zəhər verib ləl dedilər,
    Hara yozum bu niyyəti.

    Kim ki, vurar mıxa, nala,
    Düşə bilməz aydın yola.
    Polad haqlı ola-ola,
    Haqq yolundan dönməz qəti.

  • Mayisə ƏSƏDULLAQIZI.”Şair təbiətlim”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Şeir-sənət yolunda,
    Zamanın atındayam,
    Sevgisi aşıb-daşan,
    Hayqıran fırtınayam,
    Zarafatla deyirlər,
    Cənub-qərb küləklisən,
    Neyləyim, ölməliyəm??
    Şair təbiətliyəm!!
    Dərd bölənə bacıyam,
    Məhəbbətin tacıyam,
    Şirin şəkər kimiyəm,
    Haqq sözünü deyəndə,
    Acı zəhər kimiyəm,
    Kiməsə adi bir dost,
    Kiməsə sevgiliyəm,
    Qısqancam, küsəyənəm,
    Şıltağam, ərköyünəm,
    Hərdən fikirləşirəm,
    Allah bu nə xislətdi?
    Qəribə xasiyyətdi!
    Yaşayıb, sevməliyəm.
    Keçən ay sevgilimlə,
    Təsəvvür etdiyimiz,
    Körpəmi görməliyəm.
    Bədxahlara zəlzələ,
    Ölümlük bir şimşəyəm.
    Deyirsiniz, nəçiyəm??
    Şair təbiətliyəm!!
    Kimsə sevib sözümü,
    Sevgi yağan gözümü,
    İzləyibdi özümü.
    Bir az mərhəmətliyəm,
    Bir az da qüvvətliyəm,
    Deyilən hər xoş sözə,
    Xoş günlərə layiqəm,
    Vətənimin daşıyam,
    Qaymağıyam, aşıyam,
    Sərraf sözün tuşuyam,
    Deyim, niyə beləyəm?!
    Şair təbiətliyəm!!

  • Rafiq Odayı doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1960-cı il)

    cenabrafiqoday

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Kollektivi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədrini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktorunu, Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanını, respublikanın Əməkdar jurnalisti, şair-publisistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!

    Mətbuat xidməti

    Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur.Azərbaycan Respublikasının “Əməkdar jurnalisti”dir.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktorudur.Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanıdır.”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”, “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihələrini həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.

    Sən ulu öndərisən bu xalqın, bu millətin

    Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının Ümummillilideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyinə

    Sən zülmət gecələrin bir ümid çırağısan,
    Sən elin ağsaqqalı, sən yurdun dayağısan,
    Sən hürriyyət sədası, azadlıq sorağısan,
    Hər qarışda izin var, bu izi silmək çətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Vətənin hər daşını sevginlə naxışladın,
    Bu yurda kəc baxanın yolunu yoxuşladın,
    Sən qalan ömrünü də xalqına bağışladın,
    Əbədiyyət rəmzi var kökündə bu ülfətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Əshabi-kəhf timsallı neçə pirlər burada,
    Hər qayanda qorunur neçə sirlər burada,
    Sənə yön çevirdilər “91-lər” burada,
    Bir daha bəlli oldu xalqına sədaqətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Sən haqqa arxa durdun, əsarətə yox dedin,
    Acın dərdini bilməz heç bir zaman tox, dedin,
    Oyan, ey ulu millət, qaranlıqdan çıx dedin,
    Aydınlıq nuru qonsun üzünə məmləkətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Bu dövlətin qırılmaz təməlində yaşarsan,
    Ən müqəddəs, ən ülvi əməlində yaşarsan,
    Vətən sevdalıları cəm elində – yaşarsan,
    Xalq görür bəhrəsini çəkdiyin hər zəhmətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Sənə xalq məhəbbəti sonsuz – dərindən dərin,
    Yüksəliş müjdəlidi hər açılan səhərin,
    Daha yolu rəvandı aşılmaz zirvələrin,
    Bütün dünya çevirib yurduma öz diqqətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Ən böyük əmanətin İlham Əliyev bizə,
    Bir də müqəddəs Vərən – döğma ocaq, ev bizə.
    Onunçün o, qatır ki, gecəsini gündüzə,
    Heç zaman laxlamasın özülü bu qüdrətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Azərbaycan – Türkiyə qardaşlıq nümünəsi,
    Bütün cahan bir ola boğa bilməz bu səsi,
    Hələ qarşımızdadır Qarabağ təntənəsi,
    Ürəyində gömərik düşmənin bəd niyyətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    And içirik günəşin sübh doğan çağına,
    And içirik qan ilə boyanan torpağina,
    And içirik üçrəngli müqəddəs bayqağına,
    Kokünü kəsəcəyik hər zülmün, hər zillətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Ali Baş Komandanım!

    Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarına

    Bütün türk dünyasının gözü dikilib sana,
    Türk dünyası bir yana, Azərbaycan bir yana,
    Yüz milyonluq millətə Azərbaycan bir ana,
    O mənim görən gözüm, o mənim cismim, canım,
    Ali Baş Komandanım!

    Şəhərlər kəndə dayaq, kəndlər şəhərə arxa,
    Ay gecəyə nur çilər, günəş səhərə arxa,
    Şükür, yenə su gəldi bir vaxt su gələn arxa,
    Azadlıq naxışıyla zinətlənir hər anım,
    Ali Baş Komandanım!

    Yacuc-Macuc «yan»ların – boyuna qibtəsi var,
    Min illik Dədə-Qorqud boyuna qibtəsi var,
    Vətən, millət sevdalı soyuna qibtəsi var,
    İnam, güvənc yerimsən – bunu mən necə danım,
    Ali Baş Komandanım!

    Neçə yüz milyonların çörəyi səndən keçir,
    Cahanın qan paylayan ürəyi səndən keçir,
    İlləri aydan soruş, ayları gündən keçir,
    Gör hansı kürsülərdən təriflənir ad-sanım,
    Ali Baş Komandanım!

    Heydər baba naxşı var yurdun hər qarışında,
    Dünya baş əymiş ona siyasət yarışında,
    Bir çözümü olmalı sülhün də, barışın da,
    BMT-yə, ATƏT-ə nəsə qaynamır qanım,
    Ali Baş Komandanım!

    Bizə dostu düşməndən 20 Yanvar seç dedi,
    Şovinist ocağında neçə «yan» var – seç dedi.
    Önündə bir körpü var – bu körpüdən keç dedi,
    Qoy yazılsın tarixə haqq sədalı ünvanım,
    Ali Baş Komandanım!

    Xocalı faciəsi tarixin dərsi bizə,
    Neçə tale çarxının fırlandı tərsi bizə,
    Bizi ərzə tanıtdı, tanıtdı ərzi bizə,
    Bircə anda yetişdi dada Şahi-Mərdanım,
    Ali Baş Komandanım!

    İyirmi faiz torpağım yağıda qala bilməz,
    Çala, çapa, talaya, dağıda – qala bilməz,
    Bundan artıq millətim ağıda qala bilməz,
    Gülsün artıq çöhrələr, sevinsin dörd bir yanım,
    Ali Baş Komandanım!

    Vətənə layiq oğul, Sənə sadiq əsgərik,
    Haqqa qılınc çalanın qollarını bükərik,
    Yurdun hər kədərinə, sevincinə biz şərik,
    Vətən qürur mənbəyim, Vətən şərəfim, şanım,
    Ali Baş Komandanım!

    Azərbaycan güvənir müzəffər ordusuna,
    Qoymaz yağı önündə bu xalqı ordu, sına,
    İstər tufanda yoxla, yağışda, qarda sına,
    Bir nərə çək, dəniztək aşıb-daşsın meydanım,
    Ali Baş Komandanım!

    Ulu öndər eşqinə qılıncı qından çıxar,
    Gündə min dona girən iblisi dondan çıxar,
    Qanı qanla yuyarlar, bu xalqı qandan çıxar,
    Ucalsın haqq bayrağım, zəfərlə doğsun danım,
    Ali Baş Komandanım!

  • Nəcibə İlkini doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1961-ci il)

    ni

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbərini, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    1961-ci il 22 iyulda Tərtər rayonun Sarov kəndində doğulub. 1978- ci ildə həmin kənddə orta məktəbi qurtarıb. 1979-81- ci ildə Bakı Kooperativ texnikumun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Həmin il qiyabi yolla Moskva Kooperativ (indiki Koomersiya universiteti) institutunun iqtisadiyyat fakültəsinə daxil olmuşdur. Ailə qurmasıyla əlaqədar institutun 3-cü kursundan sonra davam etməmişdir. 1998- ci ildə Beynəlxalq Elmi Tətbiqi Kosmonavtika institunun filologiya (dil-ədəbiyyat) fakültəsinə daxil olmuş, oranı əla qiymətlərlə başa vurmuşdur. Əvvəllər əmtəəşünas, iqtisadçı sahələrində çalışsa da, müəllimlik sahəsinə meyl etməmişdir. 1980-ci ildən dövrü mətbuatda şeir və məqalələri dərc olunduğundan, mətbuat aləminə maraq göstərmiş və bir filoloq kimi bu sahədə fəaliyyətə başlamışdır.
    Nəcibə İlkin orta məktəbdə oxuduğu illərdən şeir yazır. Şeirləri və publisist məqalələri “Zaman”. “Ümman”, “Kaspi”, “Respublika”, “Demokratiya”, “İcmal”, “Ədalət” qəsetlərində və “Vəfa”, “Sözün işığı” , “Qoşa ulduz”,”Kotoloq” jurnallarında dərc olunmuşdur.
    2004-cü ildə “Bir ömür uduzdum”, 2006-cı ildə “Qəlbimdə dil açan dünya “ şeirlər kitabı işıq üzü görmüşdür. 2007- ci ildə “Tərtər inciləri” toplusunda bir neçə şeirləri çap olunmuşdur. Bu kitablar haqqında tanınmış qələm sahibləri rəy yazmış və müsbət mənada öz fikirlərini bildirmişdir.
    Şeirlərinə və publisist məqalələrinə görə Az.KİVİHİ-nın “Qızıl Qələm”, “Xalqın nüfuzlu ziyalısı”, “Xan qızı Natəvan” mükafatına, “ İnam” şərəf diplomuna layiq görülmüşdür. Qafqaz Media İctimai birliyi tərəfindən “Vicdanlı qələm” , “Peşəkar jurnalist” diplomları ilə mükafatlandırılmışdır. Bu yaxınlarda təsis etdiyi “Azad Qələm” qəzetinin 3 yaşı tamam olmasına görə, publisist məqalələri və ədəbi yazılarına görə AZKİVİHİ-nın “Qızıl Qələm” mükafatına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları olan “Ulduz” , “Azərbaycan” jurnallarında şeirləri dərc olunub.
    Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibidir.
    AYB-nin və AJB-nin üzvüdür. 2006- cı ildən təsis etdiyi “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin, “Ali Ziya” jurnalının təsisçisi və baş radaktorudur.
    Ailəlidir. Iki övladı və bir nəvəsi var.

    SƏN GETDİN

    Sən getdin göynədi sinəmdə ürək,
    Yox olub əridi ömrün illəri.
    Soldu qucağımda arzularım tək,
    Dərib gətirdiyin sevda gülləri.

    Sən getdin… arxanca baxan gözlərim –
    Su səpdi yoluna aydınlıq üçün.
    Dilimdə ilişib qalan sözlərin,
    Bir haray salmadı, bilmədim neyçün?

    Sən getdin… eşqinin bahar naxışı,
    Min ilmə toxudu payız ömrümə.
    Gözümdən süzülən sevda yağışı.
    Sanki qılıncını çəkdi könlümə.

    Get gülüm, – qınama sənsiz səbrimə,
    Küləklər yan alar, sellər yan alar.
    Get barı, tez qayıt, mənim xətrimə,
    «Sənsizlik» dərd olub məndən can alar.

    EŞQİMİN QIŞ HARAYI

    Payız elə getdi, qış belə gəldi,
    Ayrılıq küləyi əsdi bir ucdan.
    Görüşə bilmədik, bu necə dərddi?
    Qar da yolumuzu kəsdi bir yandan.

    Sanki acıq çıxır təbiət bizdən,
    Görüşmək vədəmiz uzanır yaman.
    Həsrət də qar kimi gözlərimizdən,
    Yağıb sinəmizdə qoparır tufan.

    Bölündük sevginin fəsillərinə,
    Eşqimiz, baharkən, özümüz qışıq.
    Bəlkə ömrümüzün son illərindən,
    Bəxtin yollarına atılmış daşıq?!

    Eh… yenə səbrimin üstünə əsir,
    Sənin göndərdiyin şaxta, qar, boran.
    İnan ki, yolumu eşqimiz kəsir,
    Yoxsa, bu yollarda kimdi ki, duran?!

  • Şəfa Vəliyevanı doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1988-ci il)

    sv

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məslətəhçisini, Azərbaycan Yazıçılar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü, Gənclər mükafatçısını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    əfa VƏLİYEVA (Şəfa Elxan qızı Vəliyeva) 1988-ci il iyulun 22-də Göyçə mahalının Dərə kəndində dünyaya göz açıb.2005-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin metodikası və pedaqogikası” fakültəsində bakalavr dərəcəsu üzrə ali təhsil alıb. İlk kitabı kiçik həcmli hekayələrdən ibarət olan “Ümiddən olan qurbanlar” 2010-cu ildə işıq üzü görüb. “BUTA” -2012 Qadın yazarlar seminarının iştirakçısıdır.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında hekayəsi dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.
    2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasında şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.Həmin layihədə fəal iştirakına görə Sertifikata layiq görülüb.
    2015-ci ildə “Zərrələr” layihəsi çərçivəsində işıq üzü görən “Zərrələr” antologiyasında şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
    “Qafqaz Media” İctimai Birliyi tərəfindən “Cəsarətli qələm” və “Peşəkar jurnalist” media mükafatlarına layiq görülüb.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Ən sadə şəkil” hekayəsi Türkiyə türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 40 sayında dərc olunub.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi və “Nəsr” bölməsinin redaktorudur.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan 3-cü “Gənc Ədiblər Məktəbi”nin müdavimidir. Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.Gənclər mükafatçısıdır.

    ***

    Başımdan sevda havası
    Duman-duman çəkilir ey…
    Kədərlə sevinc davası
    Baxış-baxış sökülür ey…

    Ey… bəxti olmayan sevdam,
    Xoşuna gələn bəddimi?
    Ey… yoxluğuyla ovudan
    Hisslərimin sərhədini…

    Yox-dediyin əbədi Var!
    Var-dediyin könlü yıxar.
    Adında eşq məbədi var,
    Əlim günbəzinə qalxar…

    ***

    Qapı acıq, taybatay,
    Getmək ürək istəyir.
    Bax bu il… elə bu ay
    Ölmək ürək istəyir.

    Ölməyə söz vermirəm,
    Gedirəm… bax, gedirəm.
    Sənə vida etmirəm,
    Dərdə qonaq gedirəm.

    Gedişlər möhtəşəmdi,
    Yola salan sağ olsun.
    Dilimdə pörşələndi,
    Burax, sözüm dağ olsun.

    Könlünə xoş gəlmədim,
    Yolum uzağa düşdü.
    Mən səni tərk etmədim,
    Səndən qabağa düşdüm.

    “AĞARMIŞ GÜN”

    Səndən ayrılmaq
    səninlə yaşamaqdı, əslində,
    sonsuz kədərləri.
    Səni unutmaq
    əbədilik qazandırmaqdı, əslində,
    yaddaşımdakı xatirələrə.
    Səni sevmək
    Dünyadan bac almaqdı, əslində,
    acılmayacaq sabahlara.
    Sənsiz ölmək
    ağarmış günlərə bürünməkdi, əslində,
    kəfən əvəzinə.
    Bağışla.
    Sözündən çıxdım yenə də.
    Ağartmadım günlərimi,
    İstərsən,
    Bağışlama.
    Və bir daha heş kimi
    Yollarına baxmaqdan qarasını itirən
    göz kimi
    ağarmış günə yollama.

    ***

    Əntiqə Səməndərə

    Dostum, küsə bilərsən,
    Yenə ikinci oldun.
    Getdi bütün sevgilər,
    Mənsə seyrci oldum.

    Sənə “bağışla” demək
    Günahım sayılacaq.
    Dodağım büküləcək,
    Gözlərim qıyılacaq.

    Bu qız sənə tanışdı,
    Darıxar özü üçün.
    Gəl, bir şeir danışım,
    Elə belə, söz üçün.

    Küssək də hər axşamdan,
    Bu günlə barışmışıq.
    Bir də, soruşmasan da,
    “O”nunla ayrılmışıq.

    ***

    Yaxşı ki, soruşmadın
    Bu il də əhvalımı.
    Gözümdən oğurladın
    Köhnə, nimdaş halımı.

    Sən soruşmadın deyə
    Mən də “sənsiz” olmadım.
    “Darıxmaqdan ölməyə”
    Bir il cığır salmadım.

    Amma… birdən inciyər
    O kicik söz: – necəsən?
    Gərək elə mən deyəm?!
    Özün söylə! Necəsən?

    ***

    Üşüdünmü bu axşam?
    Keçdimmi ürəyindən?
    Mən elə darıxmışam.
    Sən bildinmi, bilmirəm…

    Ütüləyib yığdığım
    Xatirələri açdım.
    Bir vaxtlar utandığım
    Şəkillərinə baxdım.

    Adın şəkdim… bəzəndi
    Dünyam nişanlı qıztək.
    Günlər ürək üzəndi,
    Gəl, ömrün ipini çək.

    Gəl, götür əllərimdən
    Əlinin yaddaşını…
    Pozmağa da cəhd elə
    “Dəli”nin yaddaşını.

    Üz bütün ümidləri,
    De ki, heş olmamışam.
    Yandırdım şəkilləri,
    Üşüdünmü bu axşam?

  • Toğrul Kərimlini doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1994-cü il)

    tk2

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!

    Mətbuat xidməti

    Sular daşa dönübdü

    Bir buz küləklərin sərin istisi,
    bir qara günəşin üşüntüsü var.
    Bu ağ adamların,ağ ürəyində,
    qara dərd saxlayan döyüntüsü var.

    Allah,ağacların quşa dönübdü,
    bu dünya gör neçə başa dönübdü.
    Bir də gördük sular daşa dönübdü,
    daşların su kimi ərintisi var.

    Hamını içimə büküb gözlərim,
    bəxtini ölümə dikib gözlərim.
    Bu gecə yuxuda çəkib gözlərim,
    məndə o dünyanın görüntüsü var.

  • Kənan AYDINOĞLU.”Müqəddəs Məkkə torpağı”

    Photo Kenan

    Salehlərdən olmaq üçün,,
    Sübh namaza durmalıyam.
    Könül dünyama baş vurub,
    Şeir mülkü qurmalıyam
    Müqəddəs Məkkə torpağı.

    Ömrüm boyu görmədiyim,
    Gözəlliyi gördüm səndə.
    Dildən “şükür” töküldükcə,
    Sevinirəm, düzü, mən də.
    Müqəddəs Məkkə torpağı.

    Bu dünya dağılan zaman,
    Bilirəm ki, qalasısan.
    Nə yaxşı ki, kainatda,
    “Şəhərlərin anası”san.
    Müqəddəs Məkkə torpağı.

    Canım burda yurd salsa da,
    Döyünür səninlə qəlbim.
    Unutmalı deyiləm ki,
    Pakdı, müqəddəsdi Rəbbim.
    Müqəddəs Məkkə torpağı.

    Qul oldumsa yaradana,
    Fərq eyləməz hansı yaşda.
    O haqq günü gələn ikimi,
    Titrəyəcək dağ da, daş da.
    Müqəddəs Məkkə torpağı.

    Şəriətə tabe olub,
    İsrafil surun çalacaq.
    Şaşqınlıq içində, inan,
    Bütün dünya dağılacaq.
    Müqəddəs Məkkə torpağı.

    Üzü qara zalım tayfa,
    Yer üzündən silinəcək.
    Allahın iznilə o gün,
    Mömin, kafir bilinəcək.
    Müqəddəs Məkkə torpağı.

    Cənnət qapısı önündə,
    Mələklər dilə gələcək.
    Kimsi zəlalətdə qalıb,
    Kimsi sevinib, güləcək.
    Müqəddəs Məkkə torpağı.

    Haqqı danan zalım tayfa,
    Atılacaq yanar oda.
    Yana-yana əriyəndə,
    Çatan olmayacaq dada.
    Müqəddəs Məkkə torpağı.

    30 oktyabr-1 noyabr 2009.
    Sumqayıt-Lökbatan

  • Kənan AYDINOĞLU.”Nəyinə inanım mən bu dünyanın?!”

    Photo Kenan

    Hər ömrə bir yağı kəsilibdisə,
    Nəyinə inanım mən bu dünyanın?!
    İnsanlar zəmi tək biçilibdisə,
    Nəyinə inanım mən bu dünyanın?!

    Yenə də biçilmiş zəmi kimidi,
    İnsanın kədəri, qəmi kimidi.
    Bir səsin yüksələn bəmi kimidi,
    Nəyinə inanım mən bu dünyanın?!

    Dəhşət,qırğınların yolu bilinmir,
    Sağı bilinirsə, solu bilinmir.
    Dəclənin, Fəratın qolu bilinmir,
    Nəyinə inanım mən bu dünyanın?!

    Qəti fikirləri əsdirəcəksə,
    Başımın üstünü kəsdirəcəksə,
    Məni doğmalarla küsdürəcəksə,
    Nəyinə inanım mən bu dünyanın?!

    Göz yaşı içində boğulacamsa,
    Kədərin içində yoğrulacamsa,
    Qəm-qüssə içində doğulacamsa,
    Nəyinə inanım mən bu dünyanın?!

    Onsuz da vədləri hədərdi, hədər,
    Əvvəli sevincdi, sonu da kədər.
    Elə yaranışdan bu günə qədər,
    Nəyinə inanım mən bu dünyanın?!

    Şerimi eşidən dənim deyilsə,
    Buludum deyilsə, çənim deyilsə,
    Əzizim deyilsə, mənim deyilsə,
    Nəyinə inanım mən bu dünyanın?!

  • Polad SABİRLİ.”Üzüm haqqa tərəf, yönüm Allaha”

    Polad Sabirli

    İstərəm hər kəsə kaş ki, həyatda,
    Ögey olmayaydı zaman, ay Allah!
    Haqsızlar haqlının başından basıb,
    Yerin tutmayaydı aman, ay Allah!

    Böyüyə dərs verən uşaq görmüşəm,
    Elə böyük var ki, dağlıdır qəlbi.
    Elə anlamaz var söz başa düşmür,
    Eləsinin sözdür qəlbinin həbi.

    Adam var yüz dəfə ölür, dirilir,
    Ehmal demədiyi sözünə görə.
    Çoxu ağzın qoyub Allah yoluna,
    Kül ilə oynayıb közünə görə.

    Kimi başqasına yükdü nədənsə,
    Kimi də çoxunun yükün daşıyır.
    Ölməli olmayan gedib həyatdan,
    Ölməli olan var keflə yaşayır.

    Üzüm haqqa tərəf, yönüm Allaha!
    Haqsıza rast gəldim haqq deyə-deyə.
    Polad, çox ah çəkib qəm yemə daha,
    Özünə ağasan, sözünə yiyə.

    25.07.2014

  • Rahilə DÖVRAN.”Gecələr”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Şəvə, ipək tülün çəkib başına,
    Gəlir həmdəm ola dərd sirdaşına.
    Olur dərdəyanan, həmdərd, aşina,
    Lal- dinməz, ulduzlu,aylı gecələr.

    Çox şükür Xaliqin verdiyi paya,
    Könül qucaq açır ulduza, aya.
    Xəyal, xatirələr gəlməyir saya,
    Lal- dinməz, ulduzlu, aylı gecələr.

    Olur qəlb tarının, yetim segahı,
    Əridir kədəri, qübarı, ahı.
    Qovur könüldəki suçu, günahı,
    Lal- dinməz, ulduzlu, aylı gecələr.

    Axşamlar durulur damarda qanı,
    Hüzura can atır, insanın canı.
    Sehriylə ovudur şair Dövranı.
    Lal- dinməz, ulduzlu, aylı gecələr.

  • Rahilə DÖVRAN.”Güzgü”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Göstərər hər şeyin əslin, düzünü,
    Baxanlar ayırmaz ondan gözünü.
    Əksində hər adam tapar özünü,
    Tanıdar insanı özünə güzgü.

    Bulaq suyu kimi şəffaf, dumduru,
    Gizlətməz gördüyü nöqsan, qüsuru.
    Sanmayın cansızdır,yoxdur şüuru,
    Düz baxar gerçəyin gözünə güzgü.

    İnsanın bir gözü güzgüdə qalar,
    Baxar surətinə, xəyalə dalar.
    Hamını səliqəyə, səhmana salar,
    Görər öz işini düzünə güzgü.

    Zahiri bəllidir, insan olanın,
    Gözlə izləyirik saatın, anın.
    Hər kəsin batində, gizli qalanın,
    Nə ola, söyləyə, üzünə güzgü

  • İlahə İMANOVA.”Hökm” (Hekayə)

    ii

    “Bizim böyük qanunun bu sabah günəşi kimi parlayan qüdsiyyətinə and içirəm ki, hər kim olsa da, mənim barmaqlarım titrəməyəcəkdir! Doğruya zaval olmadığı kimi, əyriyə də aman olmayacaqdır!!!”
    “Mehman”

    ─Qalxın, məhkəmə gəlir! –deyə elan etdilər.
    Hakim öz yerinə keçdikdən sonra hər kəs əyləşdi.
    Bu gün məhkəmənin son iclası idi. Hökm oxunmalı idi. Hamı səbirsizliklə hakimin hökmünü gözləyirdi. Ədalət və mərhəmət hissi bu gün qarşı –qarşıya idi. Kimisi hələ də qəlbində azacıq ümidlə ədalət məhkəməsindən mərhəmət umur, kimisi isə ən sərt cəzanı tələb edirdi. Günün sonunda kim isə qismən yüngüllük hiss edəcək, digərlərinin qəlbinə ağırlıq çökəcəkdi.
    Hər kəsin diqqəti hakimdə idi. O, isə ona zillənən baxışları sanki hiss etmirdi, elə bil heç kəsi görmürdü. Ədalət tələb edən prokuror da, bir qədər daha yüngül cəza kəsiləcəyinə ümid bəsləyən vəkillər də məhkəmə zalında iştirak edən hər kəs kimi narahatçılıq keçirir, qərarın tezliklə açıqlanmasını istəyirdilər.
    Nəhayət ki, gözlənilən an yetişdi.
    Qarşısındakı qovluğa bir daha nəzər salan hakim təmkinlə ayağa qalxdı. Duruşundakı əzəmət və vüqarı ilə, o, sanki dənizin ortasından tədricən yüksəlməyə başlayan tunc heykəli xatırladırdı. Uca və aydın səslə, tələsmədən hökmü oxumağa başladı.
    Hakimin son sözləri və masanın üzərinə vurulan çəkicin səsi çoxlarını diksindirdi:
    ─Qərar qətidir!
    Masaya dəyən çəkicin ağırlığı əslində qəlblərə dəymişdi, çiliklənmiş arzuların, puç olmuş xəyalların əks –sədasını özündə cəmləmişdi.
    Beləliklə, uzun zamandan bəri davam edən məhkəmə prosesi başa çatdı nəhayət.
    Ədalət məhkəməsinin, hakim adının məsuliyyətini nə vaxtdır öz çiyinlərində daşıyan qanun keşikçisi ağır bir yükdən elə indicə xilas olmuş kimi rahat nəfəs aldı. Eynəyini çıxarıb zala göz gəzdirdi. Çıxardığı hökmün ədalətli olduğuna heç bir şübhəsi yox idi. Baxışlarını bu və ya digər insanların üzərində bir anlıq saxlamaqla sanki hər kəsin qəlbindən, fikrindən keçənləri oxumağa çalışdı. Bu onun təcrübəsində çətin,mürəkkəb və ən dolaşıq proseslərdən biri idi.
    Sınayıcı nəzərlərini hər kəsin üzərindən keçirib ön çərgələrdə oturmuş bir insanın üzərində saxladı. Hakimin üzündəki sərt ifadə xeyli yumşaldı. Soyuq hakim baxışlarının arxasından qəlbi mərhəmət hissi və qayğı ilə dolu bir insan boylandı.
    Saçlarına vaxtından tez dən düşmüş bu insan ədalət məhkəməsindən hamıdan çox ədalət uman, övlad acısıyla sinəsinə dağ çəkilən bir ata idi. Üzünün ifadəsindən hiss olunurdu ki, həyatında çox acılar çəkmiş, çox müsibətlərlə üzləşmişdi. Gümüş tellərinin hər biri qəlbinin bir acısından xəbər verirdi, baxışlarından nifrət, qəzəb və eyni zamanda yorğunluq hiss olunurdu.
    Yalnız indi, hökm səsləndirildikdən sonra, o dərindən nəfəs aldı. Onun indi nə düşündüyünü, hansı hissləri keçirdiyini yanında dayanmış və bayaqdan bəri onun çiynindən əlini götürməyən yaxın dostundan başqa heç kəs anlaya bilməzdi. O, düşünür və qəlbində öz –özü ilə danışır, hər zaman onu narahat edən, hər yerdə təqib edən suallarına cavab axtarırdı:
    “─Budur, hökm də oxundu! Amma nədən mənim ruhum, qəlbim rahat olmur?! Bu hökm mənim əzablarıma son qoymalı deyildimi? Bəs niyə son qoymur? Niyə qəlbim hələ də od tutub yanır?! …Nə qədər çətin imiş məhkəmə zalının bu biri tərəfində olub hakimin qərarını dinləmək! Allahım! Mənə bu sınağına da tab gətirmək üçün güc ver!”
    Hakim zalı tərk etdikdən sonra hamı ayağa qalxıb bir –bir zaldan çıxmağa başladı. Polisin müşayiəti ilə ömürlük həbs cəzasına məhkum edilən qatillər də dəhlizə çıxarıldı.
    ─Ata! Qalxın gedək! –deyə hündür boylu və yaraşıqlı gənc saçlarına qar ələnmiş insana müraciət etdi. Onun qolundan tutdu.
    Həyatın çətin sınaqlarından keçən, övladının itkisi ilə hələ də barışa bilməyən ağ saçlı ata təmkinlə ayağa qalxdı. Gəncin çiyninə əlini vuraraq gözlərini açıb yumdu. Ağır addımlarla qapıya tərəf getdi. Bir anlıq dayandı, başını çevirib zala baxdı. Son dəfə baxırmış kimi zala göz gəzdirdi. Elə bil bu divarlarla söhbətləşmək, bəlkə də vidalaşmaq istəyirdi. Oturacaqlara, dəmir barmaqlıqlara və sonunda hakim kürsüsünə nəzər saldı. Hakimlərin hamısı üçün məhkəmə proseduru, demək olar ki, eyni idi. Bu proses də əvvəllər bu salonda keçirilən digərlərindən heç nə ilə fərqlənirmirdi. Fərqli olan yalnız onun bu an yaşadığı öz hissləri idi… Köksünü ötürdü…
    Dəhlizə çıxdı. Onu qapı ağzında gözləyən oğluna və dostuna yaxınlaşdı. Əlini onun çiyninə qoydu, gözlərinin içinə baxdı. Lal baxışlarla çox sözləri dilə gətirməyə çalışırdı əslində. Soyuq və cansız divarlardan süzülüb qəlbinə dolan acı və sıxıntıdan xilas olmaq, buranı tərk etmək istəyi bürümüşdü kədərin özünə məkan tapdığı ruhunu.
    Baxışlarından onun nə demək istədiyini anlayan dostu heç bir söz demədən başını tərpətdi. İllərin sınağından öz dostluqlarını keçirməyi bacaran bu insanlar bir –birlərini sözsüz də anlayırdılar.
    Qeyri –ixtiyari polisin müşayiəti ilə yanından ötüb keçənlərə yönəldi diqqəti. Bir az əvvəl müttəhim kürsüsündə əyləşən, məhkəmənin qərarı ilə barələrində ömürlük həbs cəzası kəsilən qatillərə bir daha nəzər saldı. Cinayət cəzasız qalmadı! Bağrına övlad dağı çəkilmiş atanın gözlərinin içinə baxmağa cəsarəti çatmayan, vicdan əzabında boğulub, qanun qarşısında titrəyən kəsləri baxışları ilə əzməyə çalışırdı sanki. Hətta ürəyində onların halına acıdı da.
    Dəhlizin sonunadək addımlayıb gözdən itincəyə qədər baxışları ilə onları izlədi.
    ─Bilirəm, mənim çıxardığım qərar sənin ağrı –acılarını azaltmayacaq… Sənə yalnız bir sözlə təsəlli verə bilərəm: Heç bir cinayət cəzasız qalmır! Bu cinayət də cəzasız qalmadı!
    Fikirdən ayıldı. Ona tanış olan səs bir qədər əvvəl məhkəməyə sədrlik edən hakimin səsi idi. Hakim əlini onun çiyninə qoyub mülayim bir səslə övlad itkisinin acısı ilə qovrulan ataya təskinlik verməyə çalışırdı.
    Hakimin ədalətli qərarı, sərt hökmü qəlbi parçalanmış atanın kədərini, acısını azalda bilərdimi? Əsla! Onun çəkdiyi iztirabların yanında məhkəmənin hökmü nə idi ki?! Heç nə! Bağrına çarpaz dağ çəkilmiş bütün atalar kimi, indi o da, ən böyük ədaləti Allahından istəyirdi.
    O, heç bir söz demədən gözlərini açıb yumdu. Məslək yoldaşına, həmkarına əlini uzatdı, əlini sıxdı, baxışları ilə dərdinə şərik olduğu üçün ona minnətdarlığını bildirdi.
    Hər gün keçib getdiyi dəhlizdən pilləkənlərə tərəf addımladı. Əzəmətli ədalət ilahəsinin tunc heykəlinə sataşdı bir anlıq gözləri. Dayandı. Qəlbində söhbətləşirmiş kimi bir xeyli gözlərini çəkmədi. Kim bilir, ədalət ilahəsinə nələr deyirdi indi, bəlkə dərsləşir, bəlkə də vidalaşırdı. Köksünü ötürdü. Getməli idi. Bir neçə addım atdı. Ayağını pilləkənə basar –basmaz ürəyi sıxılmağa başladı. Köksündə bir ağrı, yanğı hiss etdi. Qeyri –ixtiyari əlini sinəsinə apardı. Gözlərinə qaranlıq çökdü. Ətrafdakı insanlar kölgə kimi göründü gözlərinə. Səslərini eşidir, lakin onların nə dediklərini anlaya bilmirdi. Dünya başına hərləndi. Müvazinətini saxlamağa çalışdı. Bacarmadı.
    Həmişə olduğu kimi bu dəfə də dostu əlini buraxmadı, vaxtında qolundan tutub saxlamağı bacardı, onu yıxılmağa qoymadı. Qapı ağzındakı növbətçi polisə səslənib təcili yardım çağırmağı tələb etdi.
    Həyəcandan bənizi ağarmış narahat gənc yalnız bir söz deyə bildi:
    ─Ürəyidir!
    Növbətçi polislə bərabər bir çoxları onlara tərəf qaçdı. Köməkləşib onu qapı ağzındakı oturacaqlardan birində oturtdular. Yardım etmək istəyən və sadəcə maraqdan yaxınlaşanların hərəsi bir söz deyir, hərə bir məsləhət verirdi. Onların səsləri, məsləhətləri onsuz da gərgin və həyəcanlı gənci narahat etməyə başladı. Əsəblərinə hakim olmağa çalışaraq üzünü ətraflarına yığışmış insanlara tutub sərt ifadə ilə dedi:
    ─Xəstəyə hava lazımdır. Xahiş edirəm, kənara çəkilin!
    ─Pəncərələri açın!–kimsə nəzarətçiyə səsləndi.
    –Ata! Məni eşidirsiz? –soyuqqanlılığını qorumağa çalışan gənc yenidən soruşdu. Təcili yardım gələnə qədər gözləməyə vaxtı yox idi. Tələsik köynəyin yaxasını açdı ki, rahat nəfəs alsın. Ona ilk yardım göstərməyə çalışdı.
    ─Təcili yardım gəlincəyə qədər heç nə etməyin! Qoy həkim gəlsin! Belə momentdə gərək həkimsiz heç nə etməyəsən! Bilmək olmaz, bəlkə infarkt keçirir… –gəncin kürəyindən boylanan orta yaşlarında bir kişi məsləhət verdi.
    Gənc başını çevirib bir anlıq sərt baxışlarla onun işinə irad tutan adamı süzdü. Yenidən atasına tərəf əyildi. Nəbzini tutdu. Dəsmalı ilə üzünün tərini sildi.
    Yavaş –yavaş özünə gəlməyə başlayırdı. Nə isə demək istədi. Lakin söz deməyə halı yox idi. Dikəlməyə çalışdı. Oğlu əlini qabağa verib sinəsindən tutub saxladı, onu hərəkət etməyə qoymadı:
    ─Rahat olun, təcili yardım gəlincə çalışın heç bir hərəkət etməyin!
    O, sevgi dolu baxışlarla narahat halda vurnuxan, tez –tez təcili yardım maşını üçün pəncərədən həyətə boylanan oğluna və əlini ovcunda tutub sıxan dostuna baxdı. Kədərli və narahat gözləri ilə sanki dostuna vacib sözlər deməyə çalışırdı. Xırıltılı səslə dostunun adını çəkdi:
    ─Hə…mid…
    Dostu ona tərəf əyildi, əlini buraxmadan qayğılı səslə astadan dedi:
    ─Fərid! Sənə tərpənmək olmaz! Sus! Heç bir söz demə!
    O, dostunun sözlərini dinləyib gözlərini açıb yumdu. Qayğıkeş dostunu mehriban baxışlarla süzdü.
    Təcili yardım maşınının səsi eşidildi. Adətən ürəklərdə həyəcan, bəzən isə kədər və təəssüf hissi oyadan bu səs indi onlar üçün ümid sədası idi. Bir neçə nəfərdən ibarət olan təcili yardım briqadasının işçiləri qapıdan içəri daxil oldular. İtirilən hər dəqiqə xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilərdi. Vaxt itirmək olmazdı. Xəstəyə təcili tibbi yardım göstərilməli idi. Xəstəni xərəyə uzadıb tələsik məhkəmə binasından çıxardılar.
    Kövrək səslə dostuna “möhkəm ol”deyə pıçıldayan Həmid təcili yardım maşınının qapısına qədər dostunun əlini ovcunda sıxıb buraxmaq istəmirdi. Onu tək qoymaq istəmirdi. Tək qoya bilməzdi!
    ─Yalnız bir nəfər! Ən yaxın adamı bizimlə gəlsin! –Həkim briqadasının başçısı dedi.
    ─ O, mənim atamdır! Mən həkiməm! –deyərək gənc cibindən vəsiqəsini çıxarıb göstərdi. Sonra üzünü Həmidə tutdu,–Əmi, xəstəxanaya çatana qədər atamın vəziyyətini özüm nəzarətdə saxlamaq istəyirəm…
    ─Get, Ceyhun! –deyə Həmid dostunun əlini buraxıb gəncin çiyninə qoydu əlini. –Dostum sənə əmanət!
    Gözləri dolmuş Ceyhun minnətdarlıq hissi ilə Həmidə baxdı:
    ─Əlimdən gələni etməyə çalışacam! Dua et, əmi!
    Həmid daha heç bir söz demədi, başını tərpətməklə kifayətləndi. Bir müddət yerində dayanıb donmuş nəzərlərlə təcili yardım maşınının arxasınca baxdı. Təcili yardım gözdən itincəyə qədər gözlərini eyni bir nöqtəyə zilləyib durdu. Özünü ələ almağa çalışdı, bacarmadı. Gözləri doldu… qəhərləndi… Bu onun canından çox sevdiyi, uğruna canını fəda etməyə hazır olan ən yaxın dostu idi. Həyatda hər şeyini öz işinə, əqidəsinə qurban edən bu insan xalq hakimi Fərid Əfəndiyev idi.

    Ardı var…

  • Əsmər Qasımlını doğum günü münasibətilə təbrik edirik! (21 iyul 1991-ci il)

    1423889445_esmer

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Əsmər QASIMLI (Qasımova Əsmər Eldar qızı) 21 iyul 1991-ci ildə Ağdam rayonunun Mirəşəlli kəndində anadan olub.1997-2008-ci illərdə orta məktəbdə təhsil alıb.2008-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2013-cü ildə Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanından keçərək Ağdam rayonu Ə.Vəliyev adına II Baharli ümumi orta məktəbə müəllim kimi təyin olunub. Eyni zamanda A.Kərimov adına Bənövşələr tam orta məktəbində də ixtisasim üzrə müəllim kimi fəaliyyət göstərir.
    6 mart 2015-il tarixdə Gündəlik İnformasiya Agentliyinin Yönətim Kuruluna Fəxri üzv qəbul olunub.

    Qara gözlərində yasa büründüm

    Qorxdum, gətirələr gözə bu eşqi,
    İstədim əlinlə bəzə bu eşqi,
    Qismət arzuladım bizə bu eşqi,
    Sən gedən yollarda özüm süründüm.

    Adını yazmışdım hər diləyimə,
    Sanırdım çatarsan sən köməyimə,
    Dar gəldi bu sevinc gen ürəyimə,
    Sevgimlə qəlbinə böyük göründüm.

    Hər gülə, çiçəyə axmadım,gülüm
    Qəlbini odlara yaxmadım,gülüm,
    Ağına, bozuna baxmadım, gülüm,
    Qara gözlərində yasa büründüm.

    Qarabağım

    Mizrab toxunanda sədəfli saza
    Deyərdik hüsnündən şan Qarabağım.
    İyirmi ildir ki, düşmən əlində,
    İşğalda verirsən can, Qarabağım.

    Sınıbdır vüqarı sənsiz bu xalqın,
    Başımız dumanlı, fikirlər dalğın,
    Gəlməyir qulağa toy-büsat çalğın,
    Ağlayır ürəyin qan, Qarabağım.

    Taleyin hökmüdür bu həsrət, bu dərd
    Mərdin şəhid oldu, yetmədi namərd
    Tapmayır qeyrətsiz özündə qeyrət
    Olmağa qoynunda xan, Qarabağım.

    Sən orda əsirsən, biz burda yesir
    Sənə gələn yolu yağılar kəsir.
    Çağırış səsinə kimlər tələsir?
    Almırıq fələkdən kam, Qarabağım.

    Dirənib səbrimiz nəhayət daşa,
    Bayrağı sancarıq sinəndə qoşa.
    Ulu yurd! Can vətən! Əbədi yaşa!
    O zaman olarıq tam, Qarabağım!!!

  • Mayisə ƏSƏDULLAQIZI.”Düşüncələr” silsiləsindən

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Bir gün bütün dava-dalaşı,
    Müharibələri götürüb qaçacağam,
    Yer üzündən…
    Bombaları çiynimdə daşıyacağam,
    İnsanları qıranları,
    Müharibə yaradanları,
    Əllərimlə boğacağam…
    Və sonra atacağam,özümü
    Göy üzündən,
    Elə Yerdə intihar edəcəyəm!
    Bu gedişimin,
    Əks-sədası böyük olar!
    Ürəklərə hərarət dolar!
    Yer üzünə xoşbəxtlik səpələnər,
    Dünya səadətlə ləpələnər!!

  • Mayisə ƏSƏDULLAQIZI.”Ürəyimdə saxlaram”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Milyon-milyon insanların
    əhatəsində,
    Özümü tənha hiss edirəm,
    Sanki duman bürüyüb cahanı,
    Yalan, laqeydlik,
    Xəyanət görürəm!
    Bacardıqca qaçıram
    İnsanlardan,
    İçimdə odlu bir sevda
    ola-ola…
    Gözlərimə nisgil yaş
    dola-dola…
    Başımıza gələn işlər, xatirələr
    adlanır,
    Oxunmuş bir kitab kimi
    Qatlanır…
    Bütün bu olanları,
    Tale yazısı bilmişəm,
    Sonra da uşaq kimi,
    Şirin-şirin gülmüşəm…
    Amma niyə görəsən,
    Bütün bu olanlardan sonra,
    Səni səndən və onlardan,
    Sızıldayan canımdan çox sevdim??
    Səni bu ruhuma nə qədər yaxın bildim!
    Yoxsa ki, sən gülürsən bütün bu olanlara?
    İcazəsiz, sualsız ürəyə dolanlara.
    Səni elə beləcə saf sevgimə bələyib,
    Gözlərimdən ələyib,
    Ürəyimdə saxlaram!
    Söylə daha kimə könül açarsan?
    Yoxsa ordan da qaçarsan?!.

  • Mais TƏMKİN.”Mətbuat günümüzü Qeyd edək Qarabağda!!!”

    10646868_273655359498567_6620189188081019440_n

    Həmişə sənətinə, tükənməz istedadına, eyni zamanda , xanımlığına dəyər verdiyim Jurnalist dostum Vüsalə xanım , sizi Milli Mətbuatımızın 141-ci ildönümü münasibətilə təbrik edir, sizə bu müqəddəs sənət yolunda yeni-yeni uğurlara imza atmağı arzulayıram! Sizinlə bahəm bütün jurnalist dostlarımın Milli Mətbuat günü mübarək olsun!

    Ömürlərə nur saçar,
    Yarar qaranlıqları.
    Həqiqətdən söz açar,
    Sənət-söz adamları.

    Haqsızlığa heç zaman,
    Biganə ola bilməz.
    Xalqın dərdi-sərindən,
    Kənarda qala bilməz.

    Harda görsə bir Ana,
    Qərq olub göz yaşına.
    Dönəcək o Ananın
    Ən yaxın sirdaşına.

    Yaxşılardan yazanda,
    Sözündən nur damcılar.
    Kəsərli qələmiylə,
    Rəzilləri qamçılar.

    Vətən, torpaq həsrəti,
    Qövr edər ürəyində.
    Böyük zəfər nəğməsi,
    Saf arzu, diləyində.

    Haqq, ədalət eşqiylə,
    Qurub-yaradır, yazır.
    Vətən, torpaq yolunda,
    Şəhid olmağa hazır.

    Özünü atar oda,
    Vətənin xilasıyçün.
    Şükür edər, alnına
    Yazılmış bu yazıyçün.

    Bülbül kimi səs-səsə
    Ötək bağçada, bağda.
    Dostlar, gün o gün olsun:
    Mətbuat günümüzü
    Qeyd edək Qarabağda!!!

  • Mais TƏMKİN.”Heyif, o qız bir də dəyməz gözümə”

    10646868_273655359498567_6620189188081019440_n

    Hələ bir əl dəyməmişdi əlinə,
    Yanağı bənzərdi cənnət gülünə.
    Bal nəydi ki, çata şirin dilinə,
    Tamarzıyam söhbətinə, sözünə,
    Heyif, o qız bir də dəyməz gözümə!

    Haqqın dərgahına pərvazlanırdı,
    Gözəllikdə mələkləri danırdı.
    Qanad çala-çala o, nazlanırdı,
    Ruhum mat qalmışdı günəş üzünə,
    Heyif, o qız bir də dəyməz gözümə!

    Ömrü xəzan olmuş gülə dönmüşəm,
    İnləyən, sızlayan telə dönmüşəm,
    Kərəm tək alışıb külə dönmüşəm,
    Dəyməyin kül altda qalan közümə,
    Heyif, o qız bir də dəyməz gözümə.

    Baxdım nur üzünə, susub lal oldum,
    Qamətim əyildi, qəddi dal oldum.
    Taqətim kəsildi, lap bihal oldum,
    O gedəndən gələmmirəm özümə,
    Heyif, o qız bir də dəyməz gözümə!

    Ləblərindən kim eyləyər görən nuş?
    Bu səbəbdən könlüm olub dərdə tuş.
    Mais Təmkin, ələ düşməz uçan quş,
    Yüz seyr eylə, boylan göyün üzünə,
    Heyif, o qız bir də dəyməz gözünə!

  • Şəfa Eyvazı doğum günü münasibətilə təbrik edirik! (21 iyul 1987-ci il)

    1423756700_sefa-xanim

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gundelik.info və Edebiyyat-az.com saytlarının Məsul katibini
    doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın!
    Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!İnşAllah!

    Mətbuat xidməti

    Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci il iyulun 21-də Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantıdır. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisidir.Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinidir.
    Bədii yaradıcılığa hələ uşaq yaşlarında başlamış, heca vəznində bir çox şeirlər yazmışdır. Universitetdə təhsil aldığı müddətdə “Humay” poeziya dərnəyinin fəalarından olmuş, bir sıras mətbu orqanlarda şeirləri çap olunmuşdur. 2006-cı ildə “Keçə bilsəm bu sınağı” adlı ilk şeir kitabı çapdan çıxmışdır. Yaradıcılığının ilk illərində heca vəznində şeirlər yazmağa üstünlük versə də, sonralar sərbəst vəzndə daha çox yazıb yaratmışdır.

    Ehtiyac

    Mənim yuxularım qarışır, Ana!
    Qarışır, içindən çıxa bilmirəm.
    Darıxır ürəyim içimdə, Ana!
    Darıxır, özümü yıxa bilmirəm.

    Sənin əllərinin kəraməti var,
    Gəl, topla dağınıq ruhumu yenə.
    Qan verən yaramı ürəyinə sar,
    Bir tək ürəyini sıxa bilmirəm.

    Zaman tərs yellənir, ömür viranə,
    Dağıdıb küləklər könül evini.
    Ya ruhum sovrulub bir küncə yenə,
    Ya da ki çıxmışam yoxa, bilmirəm.

    Bu suçlu taledə müttəhim özüm,
    Hakim də özüməm, qınama, Ana!
    Elə dəyərsizə ağlayır gözüm,
    Sonradan üzünə baxa bilmirəm.

    02.06.2015

    Məhəbbət

    Nə qədər qaçsan da küncə bucağa,
    Gəlib düz içindən keçər məhəbbət.
    Doldurar badəyə şərbət əvəzi,
    Axan göz yaşını içər məhəbbət.

    İcazə istəməz, çalar qəlbini,
    Göz yaşı gətirər, verməz səadət.
    İçində cücərən yaşıl ümidi,
    Qazıyar kökündən, biçər məhəbbət.

    Qapayar, gözlərin doğrunu görməz,
    Dilində bal dadar acı həqiqət.
    Getmək istədimi əliboş getməz,
    Ruhunla dünyadan köçər məhəbbət.

    Dəlib ürəyini keçsə də gözəl,
    Axan göz yaşını içsə də gözəl.
    Ruhunla dünyadan köçsə də gözəl…
    Nəğmədi, haraydı, haydı məhəbbət
    Tanrıdan insana paydı məhəbbət…

    16.04.2013

  • Polad SABİRLİ.”Dönməz qəti”

    Polad Sabirli

    Əzilsəm də dost yolunda,
    Əziz tutdum sədaqəti.
    Əhvalımın bu halında,
    İtirmədim ləyaqəti.

    Üz geyərsə, kim üzünə,
    İnam olmaz heç düzünə.
    Elə döyər hey dizinə,
    Yaman olar aqibəti.

    Qaça-qaça dəyənəkdən,
    Yorulmadım haqq deməkdən.
    Keçirdim, keçdim ələkdən,
    Tapdım haqqı-ədaləti.

    Dən-dən olub üyüldüm ki,
    Qarşısında əyildim ki,
    Ona görə sevildim ki,
    Mən də sevdim həqiqəti.

    Tərs düşsə də yeklə şeşin,
    Yola gətir bişin-bişin.
    Gözəl olar savab işin,
    Gözəl olan fəziləti.

    Yandırdılar, kül dedilər,
    Ağlatdılar, gül dedilər.
    Zəhər verib ləl dedilər,
    Hara yozum bu niyyəti.

    Kim ki, vurar mıxa, nala,
    Düşə bilməz aydın yola.
    Polad haqlı ola-ola,
    Haqq yolundan dönməz qəti.

  • Polad SABİRLİ.”Deyəsən ağırdır Poladın daşı”

    Polad Sabirli

    Əyri çoxalandan inam yox düzə,
    Quru öz oduna yandırdı yaşı.
    Haramlar halalla durub üz-üzə,
    Gəl belə dövranda dolandır başı.

    Sözümün kəsəri qılıncdan iti,
    Boş yerə bir kəlmə demədim qəti.
    İpək qiymətinə verdilər çiti,
    Zərin dəyərini anlamaz naşı.

    Tutulaydı namus, ləyaqət baha,
    Heç kəs batmayaydı yersiz günaha.
    Sığındım haqqıma, uydum Allaha!
    Bəs niyə xar etdi qardaş qardaşı?

    Heç vaxt qıymadım ki, ucalar enə,
    İmansız gələydi imana, dinə.
    Hər yerindən duran göz qoyur mənə,
    Deyəsən ağırdır Poladın daşı.

    27.07.2014

  • Saqif QARATORPAQ.”Soruşdun ki,necəsən?”

    s

    Soruşdun ki,necəsən?
    elə əvvəlki kimi.
    Kimsəyə deyəmmirəm
    neçə gizli dərdimi.

    Hələ də şüşədədi
    biçarə divin canı.
    Qaçıb tuta bilmədik
    bu ömürdə bir anı.

    Hər şey çıxıb yadımdan,
    unutmuşam adımı.
    Mənimtək yatıb qalıb,
    qoy qurum saatımı.

  • Saqif QARATORPAQ.”Yolunu gözləyirəm”

    s

    Yolunu gözləyirəm
    yenə axşamdan bəri..
    Dönüb gəldilər axı
    hamının gedənləri.

    Barı insafın olsun,
    gəl gecikmə bu qədər.
    Ürəyim tab eləməz,
    tərk edib canı,gedər…

    Gör necə qərarsızam,
    əlim bir işə yatmır
    Nə şeir,nə musiqi…
    heç nə başımı qatmır.

    Don vurmuş ağac kimi
    donub qalmışam belə.
    Yosa yadına düşmür,
    barı bir yol zəng elə.

    Burda məni tək qoyub
    gör bir getmisən haçan…
    Bir də gördün ölmüşəm
    sən gəlib çıxanacan…

  • Müzəffər MƏZAHİM.”Layiq olsam”

    mm

    Ana yurdum,-taleyimin, baxtımın,
    Ana dilim,- varlığımın aynası.
    Səndən ayrı qəlbim bir an toxtamır,
    Sən anamın şirin-şəkər laylası.

    Od ürəkli oğulları görənlər,
    Odlar yurdu söylədilər adına.
    Şöhrətinə uzananda yad əllər,
    Kür biləkli Babək çatdı dadına.

    Şah Xətai qələmiylə dilini,
    Qılıncıyla torpağını qorudu.
    Yad sözlərin sovurduqca külünü,
    Düşmənlərin “məğrur” qəddi qurudu.

    Düşündükcə taleyini bu gün mən,
    Nə Arazda günah gördüm, nə səndə.
    Baş açmadıq bu qarışıq düyündən,
    Gec ayıldıq,- yolumuzu kəsəndə.

    Ürəyinə od götürüb odundan,
    İgidlərin qanda qeyrət bəsləyir.
    Yüz illərdir ad saxlayıb yadında,
    Dədəm Qorqud sahibini gözləyir.

    Layiq olsam o inama, o ada,
    Halal etsən çörəyini, bəsimdir.
    Sərhədlərə sığışmayan inadam,
    Şimşəklərim harayımdır, səsimdir.

    Babalardan əmanətim, mirasım,
    Sevincinlə, kədərinlə mənimsən.
    Gələcəyə qanadlanan murazım,
    Əsrlərdən keçib gələn ünümsən.

  • Müzəffər MƏZAHİM.”Yaşadım”

    mm

    Büdrədim, yıxıldım geri dönmədim,
    Ömrün ətəyindən tutub yaşadım.
    Hər əsən küləkdən, mehdən sönmədim,
    Ümiddən bir ocaq çatıb yaşadım.

    Qəmə mehman olan taleyimlə mən,
    Barışdım əzəldən, yollarımda çən…
    Payız günəşitək hərdən görünən,
    Sevinci kədərə qatıb yaadım.

    Keçdi əyləncədə ömrümün çoxu,
    Tərsinə fırlandı fələyin çarxı,
    Niyə gileylənim bəxtimdən axı? –
    Ömrümü qəflətdə yatıb yaşadım.

    Dünyanı sevdikcə tükəndim, bitdim,
    Torpağa əyildim düzəldi qəddim,
    Savab qazanmaqda naşılıq etdim,
    Nə qədər günaha batıb yaşadım.

    Çəkdim cəfasını dostun, sirdaşın,
    Qohumun, qonşunun, yadın, qardaşın.
    Hər kəsin dərdinə qarışdı başım,
    Qayğılar içində itib yaşadım.

  • Rafiq ODAY. “Bu həyatın ta nəsindən keçmədin”

    cenabrafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    30 illik qayım-qədim dostum
    Kəmaləddin Qədimə

    Yaranışdan Qədim oğlu Qədim sən,
    Qədim bizik – qədim mənəm, qədim sən,
    Sədərəktək əyilməyən qəddim sən, –
    Sipər oldun, xanəsindən keçmədin.

    Şeirlərin şəhid qanı rəngində,
    Qıvrılırsan iztirablar çəngində,
    “Mən də varam” – söyləmədin gen gündə,
    Dar günün bir tanəsindən keçmədin.

    Dedin – namərd fitnəsindən haşa – sən,
    Məclislərdə can atmadın başa sən,
    Neçə-neçə əl titrəyən, baş əsən
    “Ustadlar”ın tənəsindən keçmədin.

    Neçə ağrı, neçə acı yedin sən,
    Gah müstəqim, gah qıyqacı yedin sən,
    Baxtdan gələn qəbulumdu dedin sən, –
    Ta uğrundan, ta nəhsindən keçmədin.

    And yiyəsi öz andını dandı hey,
    Təbəssümün gözlərində dondu hey,
    Şair ömrü qadadı… hey, qandı… hey, –
    Bu həyatın ta nəsindən keçmədin?!

  • Şəhla RAMAZANQIZI.Yeni şeirlər

    bebe-006

    Tanrıdan diləyimdir

    Tanrıdan diləyimdir,
    Boş qalmasın beşiklər.
    Övlad gülüşlərinə,
    Bələnsin ev-eşiklər.

    İsitsin buz bağlayan,
    körpəni od -ocağı.
    Gumrah ata nəfəsi,
    Doğma ana qucağı.

    Üzüqara olmasın,
    Övlad yanında ata.
    Kimsə nifrət etməsin,
    Sən yazdığın həyata.

    Qəfil külək əsə, dəli bir külək

    Qəfil külək əsə, dəli bir külək,
    Hardansa bir məktub uçuşa göydə.
    Həvəslə baxasan sətirlərinə,
    Qonşudan gəlməyib, bişməyib öydə.

    Bir ürək döyünə cansız vərəqdə,
    Bir dünya açıla, cənnətə bənzər.
    Bir gözəl rəqs edə sətirlər boyu,
    Baxasan səssizcə susub birtəhər.

    Tələsik örtəsən vərəğin üzün,
    Boylanıb tapasan məktub yiyəsin.
    Xoşbəxt eləyəsən verib məktubun,
    İtiyi tapıla təki hər kəsin..

  • İlhə Bayanduru doğum günü münasibətilə təbrik edirik! (18 iyul 1970-ci il)

    13427874_631526816995200_4195087793502753930_n

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, “Ziyalı Ocağı” İctimai Birliyinin Başkanını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınzdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olması diləyir.

    Mətbuat xidməti

    ELLƏRƏ SƏS SALMIŞAM

    Gözlərimdə donub qalan göz yaşının acısını,
    Sinəmdəki çalın-çarpaz sitəmlərin sırasını,
    Yağıların vurduqları xəyanətin yarasını,
    Yana-yana yaşamışam, dönə-dönə dadmışam.

    Çin səddindəydi sərhəddim, harda gəldim dayandım?
    Kərkükdən keçən karvanım yolda qaldı, boylandım…
    Ərbil, Mosul yaralarım qövr eylədi, sızladım,
    Əda, fitnə alovunda alışmışam, donmuşam.

    Çaldırandan ötən çapar məni gördü, dayandı,
    Savalandan keçən Qatar mənə sarı boylandı.
    Təbriz sıxdı göz yaşını, dərdim ona ayandı,
    Tüstü tutdu gözlərimi, öz odumda yanmışam.

    Parça-parça bölünərək, özgələrə pay oldum,
    Bəxti dönük, qəlbi sınıq bəxtsizlərə tay oldum.
    Kamanından vaxtsız çıxan uğursuz bir yay oldum,
    Oba köçdü, karvan getdi, səhralarda qalmışam.

    Gücüm çatmadı gücünə, yadlar verdi fərmanı,
    Təkləndim, susdum, dayandım, tapammadım dərmanı.
    Boynumu büküb boylandım, od bürüdü hər yanı,
    Ümidlərə qapanmışam, ümmanlarda batmışam.

    Dərbəndimi dərd bəndlədi, ayrı düşdü elimdən,
    Borçalını ayrı tutdu Nadir hirsdən-hikkədən.
    İrəvana köç eylədi haylar Rumdan, Kilikdən,
    Əldən getdi türk elləri, baxa-baxa qalmışam.

    Bu gedişlə qələbəni əldə etmək çətindir,
    Dur ayağa ey türk oğlu, dəmir atını dindir!
    Ana torpaq söyləyir ki, mənim oğlum mətindir,
    Ardın sürə gələsiyəm, xəbərini almışam.

    Nə vaxtdandır İlahəni gözü yolda qoymusuz,
    Qara quzu kababından, buz bulaqdan doymusuz?
    Azmı olub yağıların gözlərini oymusuz….
    Qisas-qisas söyləyib, ələ silah almışam,
    Haydı igid ərənlərim, ellərə səs salmışam!
    Haydı igid ərənlərim, ellərə səs salmışam!

    Gözlerim dörd oldu, niye gelmedin?

    Senden ayrılalı günler il oldu,.
    Hesret yağışları qelbime doldu.
    Qara saçlarımı külekler yoldu,
    Gözlerim dörd oldu, niye gelmedin?

    Mənə gel-gel dedin, özünse getdin,
    Zülmete, dumana, qarışdın, itdin.
    Yene xeyallardan mene əl etdin,
    Gözlerim dörd oldu, niye gelmedin?

    Resmini hesretle basdım bağrıma,
    Melhem idi qasnaq tutmuş yarama.
    Bar vermedi, becerdiyim barama
    Gözlerim dörd oldu, niye gelmedin?

    Deryada tufana qerq oldu gemim,
    Ondan sonra coşdu, çağladı qemim.
    Ağılar söyledi, tutuldu dilim,
    Gözlerim dörd oldu, niye gelmedin?

    Yaralı könlüme qem gülü ekdin,
    Haçan çiçekleyer? Gözümü dikdim,
    Derdi-derd üstünden yükledin, çekdim,
    Gözlerim dörd oldu, niye gelmedin?

  • Mayisə ƏSƏDULAQIZI.”Nə biləsən sən…”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Ayrıldıq…Səninçün canım sıxıldı,
    Elə bil zirvədən yuvam yıxıldı.
    Səninlə bir şərik malımmı qaldı?!
    Bilmirəm, sehirsən, mehirsən, nəsən,
    Mənim çəkdiyimi nə biləsən sən…

    Ayrıldıq…Səmada bir şimşək kimi,
    Bənizim saraldı bir çiçək kimi,
    Ürək tənha qaldı boş pətək kimi,
    Güllər üstə qonan arımmı qaldı?
    Bilmirəm, sehirsən, mehirsən, nəsən,
    Mənim çəkdiyimi nə biləsən sən?!

    Yollar aramıza niyə sədd çəkib?
    Vüsalın üstündən qara xətt çəkib,
    Kimlər mənim qədər belə dərd çəkib?!
    Bir daha sevməyə halımmı qaldı?
    Bilmirəm, sehirsən, mehirsən, nəsən,
    Mənim çəkdiyimi nə biləsən sən,
    Mənim çəkdiyimi nə biləsən sən…

  • Mayisə ƏSƏDULAQIZI.”Bu könlüm bir ümmandı…”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Çoşub-daşmaq istəyirəm,
    Gözlərinin odunda.
    Köksümdə, bir hənirti var,
    Sevgi adında.
    Yaşamaq istəmirəm,
    Çəkinərək, qorxa-qorxa.
    Qəhqəhə çəkmək istərəm,
    Qayğısız bir uşaq kimi…
    Sazlı-sözlü aşıq kimi.
    Könüllərdə alovlanım,
    Yanım, axım
    Təravətli bulaq kimi…
    Qəlbim-içim,
    Şeirlərdən dumandı,
    Bu könlüm bir ümmandı…

  • Mayisə ƏSƏDULAQIZI.”Səni gizli görümmü?”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Səni gizli görümmü?
    Tellərini hörümmü?
    Bal kimi dadaqları,
    Yana-yana öpümmü?!
    Busələri pay eylə,
    Vücudunla könlümü,
    Məcnunlara tay eylə…
    Ürək yaşasın deyə,
    Heyranam gözəlliyə…
    Xəta olmasın deyə,
    Kimsə xətrinə dəyə,
    Səni gizli görümmü?!
    Meyxoş olum, ölümmü?!

  • Müzəffər MƏZAHİM.”Bir ələ baxır”

    mm

    Dünya gəlir-çıxarlıdır,
    Hərəsi bir ələ baxır.
    Alan saysız, satan təkdir,
    Tərəzi bir ələ baxır.

    Ölüm sonudur qorxunun,
    Yozumu yox bu yuxunun,
    Neçə şaxəlı arxının,
    Bərəsi bir ələ baxır.

    Ömrü yun tək didən yolun,
    Ruhunu incidən yolun,
    Bu dünyadan gedən yolun,
    Çarəsi bir ələ baxır.

  • Müzəffər MƏZAHİM.”Saxlaya bilmədik”

    mm

    Qonşu olduq itlə, əldə
    Çomaq saxlaya bilmədik.
    Çatan gəlib od apardı,
    Ocaq saxlaya bilmədik.

    Nahaqla qaldıq üz-üzə,
    İnanan olmadı düzə,
    Yandırıb verdilər bizə
    Çıraq, saxlaya bilmədik.

    Bəxtimizə doğmadı gün,
    Yollarımız düyün-düyün.
    Ruhumuzu qisas üçün,
    Oyaq saxlaya bilmədik.

    Açdıq yurdun yarasını,
    Tapammadıq çarasını,
    Kiçiltdilər Qarasını,
    Heç bağ saxlaya bilmədik.

    Anlamadıq himi-cimi,
    Aldatdılar naşı kimi,
    Başımızda kişi kimi,
    Papaq saxlaya bilmədik.

    Tariximdir, sal sənəddir,
    Varlığıma zəmanətdir,
    Babalardan əmanətdir
    Torpaq, saxlaya bilmədik.

  • Fidan ABBASOVA.”Qəlbim bir aynadır görüb əksini”

    13709950_1005003649577031_1093584011161525792_n

    Qəlbim bir aynadır görüb əksini
    səni tanımağa çalışdım biraz
    deyirəm qoy tutum senin elini
    istisi bu esqin meni yandırmaz?

    Nə bilim bəlkə də, sadəlöv biri
    bəlkədə ürəyi dərdli birisən
    səni düşündükcə anlayıram ki.
    bəlkə də elə sən mənim kimisən..

    Ortaq düşüncəmiz , ortaq arzular
    bəlkədə eynidir dünyamız belə
    sevgidən ən əziz duyğumu de var?
    sevgin ürəyimdə çevrilib simə..

    Qəm çalma o simdə isdəmirəm mən
    sənin həsrətinlə yaşayım belə
    bəlkədə aşiqsən gözləyərəm mən
    qarşıda nəqdər zaman var hələ..

    İncəlmiş , kövrəlmiş etmə nə olar
    qoy azad sevgini bizde yaşayaq
    içi boş bir bardaq söylə heç dolar?
    zamana yetişsin gedən bu ayaq

    Mən səndə tapmışam səadətimi
    ürəyim sevginə əsir düşübdür
    unutma bir ömür məhəbbətimi
    Fidan sevən gündən qərib düşübdür…

  • Kənan AYDINOĞLU.”Şükür kərəminə Ulu Tanrının!”

    Photo Kenan

    Yenə sağ-salamat gəlib çatmışam,
    Şükür kərəminə Ulu Tanrının!
    Kədəri, qüssəni yerə atmışam,
    Şükür kərəminə Ulu Tanrının!

    İki sevən qəlbi yar eyləyibdi,
    Qışda dağ başını qar eyləyibdi.
    Yox ikən məni də var eyləyibdi,
    Şükür kərəminə Ulu Tanrının!

    Bu ömrün bir günü olmayıb hədər,
    Dünyaya gəlməyim yeni xoş xəbər.
    Dağılıb gözümdən: ayrılıq, kədər,
    Şükür kərəminə Ulu Tanrının!

    Fərhad tək yenə də külüng çalmadım,
    Boranda, şaxtada, qarda qalmadım.
    Çətin bir gündə də qarda qalmadım,
    Şükür kərəminə Ulu Tanrının!

    Bəzən də kədərdən əlim qabardı,
    Haqq səsi könlümü haqqa apardı.
    Gözümdən kədəri,qəmi qopardı,
    Şükür kərəminə Ulu Tanrının!

    Köməyə yenə də haqqı ünlədim,
    Kaman tək sızlayıb, ney tək inlədim,
    Haqqın kəlamını yenə dinlədim,
    Şükür kərəminə Ulu Tanrının!

    Allah kəlməsindən əsdi dağdaşı,
    Süzüldü yanaqdan gözümün yaşı.
    Tarix də mənimlə durdu yanaşı,
    Şükür kərəminə Ulu Tanrının!

  • Polad SABİRLİ.”Kimi”

    Polad Sabirli

    Namərd mərdin həsrətində,
    Mərd ilişib çox çətində.
    Özü iblis xislətində,
    Amma gəzir mələk kimi.

    Haqq atında əldə yüyən,
    Mərdəm deyib özün öyən.
    Uzun illər can-can deyən,
    Birdən itdi külək kimi.

    Səhv oxuyur düzə meydan,
    Nahaqq haqqa vermir aman.
    Haram pulla saxlayır can,
    Yağ içində böyrək kimi.

    Çoxdur düzü əyən kəslər,
    Ağa qara deyən kəslər.
    Haram tikə yeyən kəslər,
    Ömr eləyir kələk kimi.

    Polad, ömrü vermə bada,
    Əl uzadıb yetiş dada.
    Ləkə vurma təmiz ada,
    Hiss et məni ürək kimi.

    10.12.2014

  • Polad SABİRLİ.”Var”

    Polad Sabirli

    Çox uzağa gedən oxun,
    Çox dartılmış yayı da var.
    Aza qane olan çoxun,
    Verən əli, payı da var.

    Yaxşı yaman seçən ömrün,
    İynə gözdən keçən ömrün.
    Dərd-qəm yeyib-içən ömrün,
    Xoş ili də, ayı da var.

    Polad, uca olsun adın,
    Gözünə nur hər övladın.
    Həm qohumun, həm də yadın,
    Yaxşısı da, zayı da var.

    03.12.2014

  • Mayisə ƏSƏDULLAQIZI.”Səni sevməmişdim, itirmək üçün!”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Nələr gəldi sevgimizin başına,
    Leysan yağdı, kipriyinə, qaşına,
    Yol gedirəm, bir işığın tuşuna,
    Harayımı sənə yetirmək üçün,
    Səni sevməmişdim, itirmək üçün!

    Sənsən sevgi dünyam, belə deyirdin,
    Gümanıma, bir aydınlıq gətirdin,
    Hardan sən özünü mənə yetirdin?!
    Qızılgül bəslərəm, bitirmək üçün,
    Səni sevməmişdim itirmək üçün!

    İndi ki, belədir, unut beləcə,
    Gözləyəcəm sınıq bəxtim gülüncə,
    Bir sevgi istərəm, gəlsin gizlicə,
    Nisgili aradan götürmək üçün,
    Səni sevməmişdim itirmək üçün!

  • Mayisə ƏSƏDULLAQIZI.”Yazığım gəlir”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Acı həyatımı qoyub sapanda,
    Səni görən günü uzağa atdım,
    Elə sevinmişdim səni tapanda,
    Sanki itirdiyim kimsəmi tapdım.

    Ömrüm keçibsə də, qəmlə, əzabla,
    Səni gördüm atdım dərdi, nifrəti,
    İndiyədək qəlbim dolub sazaqla,
    Dedim ki, bağlaram sənlə ülfəti.

    Həyat qatarına atıb könlünü,
    Özün də bilmirsən hara gedirsən,
    Bataraq üzürsən sevgi gölünü,
    Sazağa gedirsən,qara gedirsən.

    “Şehli səhərimsən”, demişdim sənə,
    Dediyim sözümə yazığım gəlir,
    Sənin yollarına baxdığım üçün,
    Mənalı gözümə yazığım gəlir.

  • Müzəffər MƏZAHİM.”Unutduq”

    mm

    Qaçanı qova-qova,
    Döndük oda, alova,
    Ürəyini dərd ovan,
    Dayanmışı unutduq.

    Dost gəzdik dərd qandıraq,
    Dərdimizi andıraq,
    And içdik inandıraq,
    İnanmışı unutduq.

    Duymadıq şər-xatanı,
    Ər bildik yurd satanı,
    Harayladıq yatanı,
    Oyanmışı unutduq.

    Neçə inamı əzdik,
    Öyünməyə tələsdik,
    Sınaq meydanı gəzdik,
    Sınanmışı unutduq.

  • Müzəffər MƏZAHİM.”Yoxdursa”

    mm

    Qismətin hardan gələcək,
    Dəryada torun yoxdursa.
    Ucalsan da tez enərsən,
    Əgər qürurun yoxdursa.

    Qapını sərt qış alanda,
    Qalacaqsan əl-amanda,
    Əgər yeddi dəyirmanda,
    Bir ovuc darın yoxdursa.

    Zəhmətlə qazan tər dəni,
    Zəmiyə döndər hər dəni,
    Durub çəkmə yağ dərdini,
    Yeməyə şor yoxdursa.

    Halal yanan ocaq sönməz,
    Haqqa açılan yol dönməz,
    Günəş səni isidənməz,
    Ürəkdə qorun yoxdursa.

  • Tovuzda “Gül”, Qazaxda “Qazax mahalının şairləri” kitablarının imza günü keçirildi

    “Aybkitab” layihəsində nəşr olunan kitabların bölgələrdə təqdimatları davam edir. 11 iyul 2016-cı il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzində Tovuzun gənc yazarı Gülnar Səmanın bu layihədə çap olunan “Gül” şeirlər kitabının imza günü keçirildi. İyulun 12-də isə Qazax rayon Ədəbiyyat Muzeyində həmin layihədə çap olunan “Qazax mahalının şairləri” almanaxının təqdimatı keçirildi.
    Tovuzda təşkil olunan tədbirin aparıcısı Tovuz rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Adil Həsənov müəllif haqqında iştirakçılara məlumat verərək ilk sözü AYB-nin Qazax zona filialının sədri Barat Vüsala verdi. Daha sonra Tovuzun millət vəkili Qənirə Paşayeva belə bir tədbirin Tovuz rayonunda təşkil olunmasını gənclərə dövlət qayğısının bariz nümunəsi kimi səciyyələndirdi. AYB-nin mətbuat katibi və layihənin rəhbəri Xəyal Rza layihə haqqında ətraflı məlumat verərək, hər bir istedadlı müəllifə layihənin qapılarının açıq olduğunu qeyd etdi. Tədbirdə Qazaxın yazarlarından Mustafa Rasimoğlu, Səhlədar Hidayətoğlu Ağstafanın ziyalılarından Firdovsi Heydərli və.s iştirak etdilər. Tovuz yazarlarından İsa Cavadoğlu, Qədir Hümbət, Brilyant Atəş, Yunus Oruclu, Nazim Əhmədoğlu, Novruz Mizani Hafiz, Maarif Həsənoğlu və.s müəllifə təbriklərini ünvanladılar. Gülnar Səmanın ustadı Əbülfət İslam yetirməsinin bu cür uğurlarına çox sevindiyini bildirib, dəstək olan hər kəsə minnətdarlıq etdi. Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Tovuz rayon Mərkəzi Kitabxanasının müdiri Güldərən İbrahimova, “Tovuz” qəzetinin baş redaktoru Çingiz Qəribli də təbriklərini çatdırdı. Müəllifin gənc qələn dostlarından Şahinə Könül, Elməddin Nicat, Ruslan Dostəli, Şəhriyar Seyidoğlu, Taleh Mansur, Rüfət Axundlu, Mehman Rasimoğlu, Günel Bayramsoy, Turanə Turan və.s ona yeni yaradıcılıq uğurları arzuladılar. Sonda müəllif tədbirin yüksək səviyyədə keçməsinə görə əziyyəti keçən hər kəsə təşəkkürünü bildirdi.
    Qazaxda keçirilən tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açıq elan edərək, qonaqları şairlər məkanı olan Qazaxda salamlamaqdan məmnun olduğunu bildirdi. O, rayonda aparılan quruculuq və abadlıq işləri haqqında məlumat verərək, mədəni sahənin də inkişafının daimi diqqət mərkəzində olduğunu nəzərə çatdırdı. Qeyd etdi ki, bu cür tədbirlərin həyata keçirlməsi üçün dəstəyini əsirgəməyəcək və tədbiri aparmaq üçün sözü AYB-nin Qazax zona filianının sədri Barat Vüsala verdi. Barat Vüsal da filialın uğurları və bölgədə ədəbiyyatın inkişafı haqqında ətraflı məlumat verərək, sözü “aybkitab” layihəsinin müəllifi Xəyal Rzaya verdi. Xəyal Rza layihə çərçivəsində görülən işlər və gələcək planlar haqqında iştirakçıları məlumatlandırdı. Qazaxın qocaman şairi Ələddin İncəli kitabdakı şeirlərin hamısının bir-birindən gözəl olmasının səbəbini də işə məsuliyyətlə yanaşmaqda gördü. Tovuz yazar ziyalıları adından İsa Cavadoğlu, Ağstafa ziyalıları adından Firdovsi Heydərli çıxış etdilər. Qazax zona filialının ədəbi məsləhətçisi Mustafa Rasimoğlu da zəhməti keçən hər kəsə minnətdarlıq etdi. Bölgənin gənc yazarları adından Taleh Mansur çıxış edərək “Hər qazılan qəbrə bir söz basdırın” şeirini söylədi. Tədbirin sonunda Qazax rayon İcra Hakimiyyətinin Başçısı hər kəsə təşəkkür edərək müəllifləri bir daha təbrik etdi.

    Rüfət AXUNDLU
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar bölgəsinin xüsusi müxbiri,
    Tovuz rayonu

  • Nisə QƏDİROVA.”Gəzirəm”

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    Bələdin könlümə ahı,
    Axtarıb yol, riz gəzirəm.
    Bu dərdə əlac etməyə
    Dərə, təpə düz gəzirəm.

    Gəzirəm başı havalı,
    Əlimdə haqqın qavalı…
    Xəlbir doldurmur çuvalı,
    Hey ələyir söz, gəzirəm.

    Soldurur kədər yazımı,
    İtirir zaman izimi,
    Dara çəkirəm gözümü
    kirpiyimdə köz gəzirəm.

    Gülümsəyib hər zülümə,
    Bir taxt qurmuşam ölümə,
    Əcəl kimi çıx önümə,
    Ünvanımı yaz, gəzirəm.

  • Nisə QƏDİROVA.”Getdin”

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    Röyamı, gerçəkmi səni gördüyüm,
    İstədim durdurum zamanı, getdin.
    Yandım gözlərinin od-alovunda,
    Oldum baxışının qurbanı, getdin.

    Bir ümid itirdim durna köçündə,
    Ömür-gün yaşadım özgə biçimdə,
    Soldum ləçək-ləçək min dərd içində,
    Ey xəstə könlümün dərmanı, getdin.

    İndi boş yollardan bir qərib ötər,
    Ovcunda göz yaşı, köksündə kədər.
    Bilirdin ayrılıq ölümdən betər,
    Verdin bu amansız fərmanı, getdin…

  • Aydan ABDULLAYEVA.”İndi ən çox…”

    13705205_578501418989939_422069793_n

    Axşamın yeli sərtdi…
    Bacarsan qoru özünü…
    Ayrılığın səndən mərddi…
    Elə bil məndən üzgündü…

    Dodağımdan qopan ah…
    Danmıram… çarəsizəm…
    Bağışlasın məni Allah…
    İndi ən çox… mən sənsizəm…

    Buranın sabahları olmur…
    Rüzgarları daha çoxdu…
    Burda məntək tənhalara,
    Sığınacaq daxma yoxdur…

    Mən darıxan çöl adamı…
    Addımlara yadlaşmışam…
    Mən “ocağın kül adamı…,,
    Ruhum öləcək bu axşam…

    Sənə toxunsun öncə…
    Sonra nə olur olsun…
    Çöl adamı ölüncə,
    Yellər səndən uzaq olsun…

  • Müzəffər MƏZAHİM.”Sevinə-sevinə”

    mm

    Düşmə xəbisin dilinə,
    Uyma yamanın felinə,
    Yaxşılar öz əməlinə
    Baxar sevinə-sevinə.

    Haqqı bu dünyada tanı,
    Təlim elə ruhu canı–
    Yoluna savab karvanı,
    Çıxar sevinə-sevinə.

    Düyünləmə kələfini,
    Pozma halallıq səfini.
    Ayıq ol,
    xain evini
    Yuxar sevinə-sevinə.

  • Müzəffər MƏZAHİM.”Göylərin eşqinə”

    mm

    İtirsək borcu, hesabı,
    Ruh çəkəcək bu əzabı.
    Göylərdən gələn kitabı,
    Oxu, göylərin eşqinə.

    Nurlandıraq qəlbimizi,
    Qoy tox olsun ruhun gözü,
    Yaradıbdır Tanrı bizi,
    Axı, göylərin eşqinə.

    Mənəviyyat bilsək nədir,
    Rahat olar qəlb məbədi,–
    Tutanda bizi əbədi
    Yuxu, göylərin eşqinə.

    Yaxşılıq et savab qazan,
    Allaha yaxın olasan,
    Bu ömrü sanır imtahan,
    Çoxu göylərin eşqinə.

  • Polad SABİRLİ.Həyatı və Yaradıcılığı

    Polad Sabirli

    Polad SABİRLİ(Polad Hüseynqulu oğlu Sabirli) 1973-cü il aprel ayının 6-da Ağsu rayonun Keçdiməz kəndində dünyaya gəlib. Orta təhsilini Bico kənd orta məktəbində alıb.Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb. “Ədəbiyyat və incəsənət” qəzetində şeirləri dərc olunub. “Poeziyalı ömrüm” adlı ilk şeirlər kitabı 2001-ci ildə oxucuların ixtiyarına verilib. Ailəlidir.iki övladı var. Şeirə, poeziyaya maraq hələ uşaq yaşlarından başlayıb. Məktəb illərində Ağsu rayonunda dərc olunan “Birlik” qəzetində bir sıra şeirləri dərc olunub. Sumqayıt şəhərində yaşayır.

    YOXDUR

    Yanırsan alovun, odun içində,
    Tüstün də görünmür, külün də yoxdur.
    Amanın içində, dadın içində,
    Dinib danışmağa dilin də yoxdur.

    İtirdin kələfin ucunu yaman,
    Bürüyüb qəlbini çiskin, çən, duman.
    Bu taledən aman, qismətdən aman,
    Uzadıb pozmağa əlin də yoxdur.

    Nə fayda sonrakı peşmanlığından,
    Büküldü belin də cavanlığından.
    Bu necə sevgidir yamanlığından,
    Xoş keçən ayın da, ilin də yoxdur.

    Öz əlinlə vurdun qəlbinə yara,
    İndi də düşmüsən çətinə, dara.
    Sevgi bağçasından verməyə yara,
    Çiçəyin də yoxdur, gülün də yoxdur.

    Xoşbəxtlik dilədim sənə Allahdan,
    Hifz etsin qorusun səhvdən, günahdan.
    Qüssədən, kədərdən, amandan, ahdan,
    Ağardı bir qara telin də yoxdur.

    Kim bilir, kim tapan, kimdir itirən,
    Allahdır qisməti bizə yetirən.
    Sənə dəyər verən, şərəf gətirən,
    Polad kimi sevən dəlin də yoxdur.

    27.04.2013

    HAQQA ÇAĞIRIRAM YOL AZANLARI

    Sevilmək insanın öz əlindədir,
    Ağsaqqal demərəm saqqalı ağa.
    Böyüklük qəlbində, əməlindədir,
    Ağadan qul olmaz, quldan da ağa.

    Heç kimi dəyişmək istəmirəm mən,
    İstəmirəm dönüb mən deyən olsun.
    Haqqa çağırıram yol azanları,
    Dili haqq danışan, haqq deyən olsun.

    Bəzən düşmən olur həm doğma, həm yad,
    Düzə düz deyəndə, səhvi dananda.
    Qalmayır həyatda nə ləzzət, nə dad,
    Adam nahaq yerə oda yananda.

    Əbəsdir nadana haqqa gəl demək,
    Ay Polad, zəhmətin getməsin hədər.
    Yoldan azanları düz yola çəkmək,
    Çətindir iynəylə gor qazmaq qədər.

    15.07.2014

    BƏHANƏ ELƏMƏ

    Baş dəyirsə daşdan-daşa,
    Daşı bəhanə eləmə.
    Dildən bəla gəlsə başa,
    Başı bəhanə eləmə.

    Damağının dadı yoxsa,
    Günahının sayı çoxsa,
    Qaşığında nəsə çıxsa,
    Aşı bəhanə eləmə.

    Baş görünsə ayaq sənə,
    Kim olacaq dayaq sənə.
    Dərs verirsə uşaq sənə,
    Yaşı bəhanə eləmə.

    Çörəyi ye mərd əlindən,
    Polad, vətən, yurd əlindən.
    Saralırsan dərd əlindən,
    Qışı bəhanə eləmə.

    12.08.2015

    TOPA-TOPA

    Sığınmışam söz dağına,
    Sözdən qala yapa-yapa.
    Şama dönüb əriyirəm,
    Kəsərli söz tapa-tapa.

    Nə yanıb, nə yaradılar,
    Kömək umub aradılar.
    Yaman deyib daradılar,
    Sağa-sola sapa-sapa.

    Haramzadə çox qudurdu,
    Matım-qutum lap qurudu.
    Mənəm-mənəm dedi durdu,
    Yan-yörəni qapa-qapa.

    Nur almışam ziyasından,
    Yoğrulmuşam mayasından.
    Ruhuma söz – qayasından,
    Elə gəlir qopa-qopa.

    Dartıldıqca söz kamanı,
    Polad, ona ver amanı.
    Bilmirəm bu dərd-dumanı,
    Nə yığılıb topa-topa.

    23.09.2015

  • Aydan ABDULLAYEVA.”Bu qadın o adamı hələ də…”

    aydanxanim

    səhərin içində ölürəm elə…
    ya da gecələrdə batıb qalıram…
    sən orda ömrünü verirsən yelə…
    mən burda kiminsə könlün alıram…

    eh… qəfil “uzaqdan sevdiyin” gələ…
    deyə daha getmirəm o uzaq yerə…
    mən də alışmışam daha xəzələ…
    sən də… alışmısan o sazaq yerə…

    gözlərim qəhərdən çilənir aya…
    uzağı tez tanımaq məni incidir…
    o adam yaraşmır belə dünyaya…
    bu qadın o adamı hələ də sevir…

    ötmür gecələri… qalır gecədə…
    ya da ki təkliyə ov olur ancaq…
    küçəyə açılan sınıq pəncərə,
    hələ o adamı çox axtaracaq…

    indi o adam da uzağı qoyub,
    danışır güzgüyə… dərd-sərini…
    o da mənim kimi sevdaya uyub,
    bilirəm… mənsizdi… dəli kimidi…

    indi aynaları qıracaq ya da,
    içdiyi qədəhə acıqlanacaq…
    o da uduzacaq taleyə, bəxtə…
    mənə məktub yazacaq… ya darıxacaq…

    amma gəlməyəcək… uzaqdan əsla…
    mən də getməyəcəm… heyif… çox heyif…
    “1:0” önə keç… və… unut, yaşa…
    “mən gedim… ölümüm məni gözləyir…,,

  • “Qazax mahalının şairləri” almanaxının təqdimat mərasimi keçirilib

    İyulun 12-də respublikanın qərb bölgəsində-Qazax rayonunda yerləşən Qazax Ədəbiyyat Muzeyində Azərbaycan Yazıçılar Birliyinin Qazax Zona Filialının rəhbəri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini, şair-publisist Xəyal Rzanın rəhbərliyi altında “Qazax mahalının şairləri” almanaxının təqdimat mərasimi keçirilib.
    Qazax Ədəbiyyat Muzeyinin Mətbuat xidmətindən verilən məlumata görə, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə respublikanın Gəncəbasar bölgəsində yaşayıb, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan yazarlar, rayon sakinləri, ziyalılar yaxından iştirak ediblər.

    Rüfət AXUNDLU,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar bölməsi üzrə xüsusi müxbiri,
    Qazax rayonu