Bayraq millətin qüruru, dövlətin rəmzlərindən biridir. Bayraq həm də xalqın və dövlətin varlığıdır. Deməli bayraq torpaq və şərəf qədər müqəddəsdir. Önəmli olan bir də odur ki, indi Azərbaycanda yaşından asılı olmayaraq hər kəs bunu anlayır, bayrağın dəyərini qiymətləndirməyi bacarır. Ən əsası bayrağımızın qorunması naminə gəncər ölümü belə göz önünə ala bilir. Azərbaycan Dövlət Aqrar Universitetində də bu həqiqətləri dərk edib alın yazısı bilən gənclik formalaşır.
Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətindən edebiyyat-az.com-a bildiriblər ki, hər il olduğu kimi bu il də bayram ərəfəsində Dövlət Bayrağı günü münasibətilə inşa yazı müsabiqəsi keçirilib. Ayrı-ayrı fakültələrdən müsabiqəyə qatılan 32 nəfər tələbənin isə bayraqla bağlı bir-birindən fərqli fikirləri olub. Hər fikrin də özünəməxsus mənası və dəyəri münsiflər heyətinin razılığı ilə qarşılanıb. Müsabiqədən əvvəl tələbələrə bayrağın dəyəri və əhəmiyyəti barədə verilən məlumatlar da onların köməyinə çatıb, fikri ifadə etmələrinə istiqamət olub. Verilən vaxt isə tələbələrin fikrni ifadə etmək üçün yetərli sayılıb.
Sonda münsiflər tələbələrin yazdığı inşaları yoxlayıb, yerlər müəyyən ediblər. Mükafatlandırmadan öncə Aqrar Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov Byrağın mahuyyətini dərk edən tələbələrin cəsarətli və səmimi fikirlərini alqışlayıb, onlara daha böyük uğur qazanmalaını arzulayıb. 1-ci yerə magistr Aişə Novruzova, 2-ci yerə mühəndislik fakültəsinin 4-cü kurs tələbəsi Zərifə Həşimova, 3-cü yerə isə aqrotexnologiya fakültəsinin 3-cü kurs tələbəsi Gülnur Qurbanova layiq görülüb. Qaliblər pul mükafatı və fəxri fərmanlarla mükafatlandırılıb.
Category: Publisistika
-
Azərbaycan Dövlət Aqrar Universitetində “Dalğalanan 3 rəngli bayrağım” adlı inşa müsabiqəsi keçirilib
-
Azərbaycan və Gürcü alimləri Azərbaycanda və Gürcüstanda yetişdirilən subtropik meyvələrin ərsəyə gəlməsindəki fərqlilikləri araşdırıb
Subtropik bitkilərin yetişdirilməsinə elmi yanaşma və praktiki mübadilə indi daha mühüm əhəmiyyət kəsb edir. Gəncədə, Aqrar Universitetdə bir araya gələn azərbaycan və gürcü alimləri Azərbaycanda və Gürcüstanda yetişdirilən subtropik meyvələrin ərsəyə gəlməsindəki fərqlilikləri araşdırıb.
Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətindən edebiyyat-az.com-a bildiriblər ki, araşdırma Dövlət Aqrar Universitetinin istixanalarında aparılıb. Bitkiçi alimlər yerli və xaricdən gətirilən subtropik, eləcə də ərazi üçün spesifik olmayan bitkilərin yetişdirilməsi ilə tanış olub, xəstəliklərə qarşı mübarizə tədbirləri barədə məlumatlandırılıb və onların rayonlaşdırılması istiqamətində görülən işləri müzakirə ediblər. Gürcüstanlı mütəxəssislər gətirdikləri bir neçə növ limon tinglərini universitetin istixanalarında əkiblər. Gürcüstanlı alimlər eləcə də balıqçılıq və quşçuluq laboratoriyalarında elmi və praktiki təcrübələrin aparılması üçün yaradılan şəraitlə tanış olublar.
Gürcüstan Dövlət Universitetinin subtropik təsərrüfat fakültəsinin professoru Aleksandr Mikeladze deyib ki, bizim məqsədimiz hər iki ölkənin aqrar sahəsində çalışan mütəxəssislərin fəaliyyətini yaxınlaşdırmaq, elcə də bitkiçilik və meyvəçilik sahəsində aparılan təcrübələri bölüşməkdir. Bu ali təhsil ocağında tələbələrin və elmi işçilərin öyrənməsi üçün müxtəlif sahələr üzrə hər cür şərait yaradılıb. Gətirdiyimiz limon tinglərini də əkdik ki, tələbələr dərs keçən zaman bu ağac üzərində təcrübə aparıb subtropik meyvələrdən olan limon haqqında dərin məlumatlara sahib olsunlar.
ADAU-nun professoru Zaur Həsənov isə bildirib ki, mən Gürcüstanla uzun illərdir sıx əlaqədəyəm. Elmi şuralarda iştirak etmişəm, həm də disertasiya işlərimin hamısı orda müdafiə olunub və onlarla birlikdə bizim rus dilində 2 kitabımız çap edilib. İndi gürcüstanlı alimlərdən 4 nəfəri burdadır. Bizim əsas məqsədimiz qarşılıqlı təcrübə mübadiləsidir. Biz rektor İbrahim Cəfərovla və digər müəllimlərlə birlikdə Kutaisidə olmuşuq, onlarla təcrübə mübasiləsi aparmışıq. İndi qarşılıqlı olaraq gürcü dostlarımız gəlib və onlar Aqrar Universitetdə yaradılan şəraitdən çox razı qalıblar.
Gürcü alimləri Aqrar Universitetin istixanalarında subtropik meyvə tinglərinin əkilməsini və təhsil müəssisəsi ilə tanışlığı davam etdirir. -
Sumqayıt Şəhər Mədəniyyət Evi hərbi hissədə konsert verdi
Bayraq günü münasibətilə Sumqayıtın Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivi “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən edebiyyat-az.com-a bildiriblər ki,
konsertdə Allahverdi Xəyalın rəhbərlik etdiyi “Xəyal” instrumental ansamblının müşayiəti ilə solistlər Elşən Quliyev və Şahin Qədirsoyun ifasında bəstəkar və xalq mahnıları dinlənilib.
Tədbirdə o cümlədən gənc müğənnilər Zaur Yusifli, İlkin Əlizadə və Sevda Akkayanın ifası əsgər və zabit heyəti tərəfindən alqışlarla qarşılanıb.
Sonda maraqlı konsert proqramına görə Şəhər Mədəniyyət Evinin rəhbərliyinə və özfəaliyyət kollektivinə hərbi hissə rəhbərliyi tərəfindən təşəkkür elan edilib və fəxri fərman təqdim olunub. -
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor, akademik İbrahim Cəfərovun xidmətləri isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə qiymətləndirilib
İki güəvvəl Prezident İlham Əliyev Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup şəxsi orden-medallarla təltif edib.
Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətindən Gundelik.info-ya bildiriblər ki, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor, akademik İbrahim Cəfərovun xidmətləri isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə qiymətləndirilib.
ADAU-nun mətbuat xidməti bildirir ki, “Vətənə xidmətə görə” ordeni 7 noyabr 2003-cü ildə təsis edilən Azərbaycan Respublikasının ordenidir və aşağıdakı xidmətlərə görə verilir:– Azərbaycan Respublikasına sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə;
– dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə;
– milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə.
Etiraf edək ki, İbrahim Cəfərov bu ordenə haqq edən azsaylı universitet rəhbərlərindədir və onun ADAU-da rektor olduğu dönəmdə bu qocaman təhsil ocağında çox böyük dəyişikliklər baş verib, köhnələrdən qalan neqativ sterotiplərin tamamilə unutdurulması istiqamətində ciddi səylər ortaya qoyulub. Məhz bunun nəticəsidir ki, bu universitetin beynəlxalq əlaqələri də xeyli genişlənib və ölkənin sayılıb-seçilən təhsil ocaqlarından birinə çevrilib. -
Azərbaycan Dövlət Aqrar Universitetinin bütün korpuslarında və tələbə evində “Milli Bayraq günü” nün təntənəsi yaşanıb
Azərbaycan Dövlət Aqrar Universitetinin bütün korpuslarında və tələbə evində “Milli Bayraq günü” nün təntənəsi yaşanıb.
Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətindən Gundelik.info-ya bildiriblər ki, aqronomluq fakültəsində 9 noyabr “Dövlət Bayrağı Günü”nə və 12 noyabr “Konstitusiya” gününə həsr olunan tədbirlər bir sıra əlamətləri ilə yadda qalıb. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb, fakültənin dekanı dosent Məhərrəm İsmayılov hər iki mühüm tarixi bayramlar haqqında qısa məlumat verib.
ADAU- nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bayrağımızın müqəddəsliyi , konstitusiyamızın humanistliyi ətraflı çıxış edib, tarixi faktlar açıqlayıb, professor-müəllim və tələbə kollektivini təbrik edib.
Fakültənin birinci kurs tələbəsi Şamil Səfərov bayrağı sevməyin əmanətlərə sahib çıxmağı bacarmaq olduğunu, konstitusiyamızın xalqa xidmətinin böyüklüyünü bildirib.
Sonra fakültənin tələbələri A. Novruzova, N. Verdiyeva, Z. Balakişiyeva, S. Hüseynova, P. Ələkbərova, N. Əslibəyova, Y. Abazalıyev, T Bağırova, E Aslanova, hazırladıqları şeirlər və Z Balakişiyeva, Ş Səfərov “Çırpınırdı Qara Dəniz” musiqili kompazisiyaları təqdim ediblər.
Sonda fakültənin ixtisaslar üzrə təşkil edilən komandaları arasında bilik yarışması keçirilib. Altı komanda arasında keçirilən yarışda meşəçik ixtisasının “Meşəçilər ” komandası 1-ci yeri, torpaqşünaslıq və aqrokimya ixtisasının “Kaspian” komandası 2-ci yeri, aqronomluq ixtisasının “Aqronomluq” komandası 3-cü yeri tutublar. Qalib olanlar fəxri fərmanlarla təltif ediliblər.
Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin Tələbə Həmkarlar İttifaqı və Tələbə Gənclər Təşkilatının ictimai dəstəyi ilə “9 noyabr Dövlət Bayrağı günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə ADAU-nun rektoru, professor İbrahim Cəfərov açıb, bayrağımızın qürurumuz olduğunu, onun müqəddəsliyini ətraflı təhlil edib.
Sonda isə Üzeyir Hacıbəyovun bəslədiyi “Koroğlu” opersaının musiqi fonunda “Bir kərə yüksələn Bayraq bir daha enməz” adlı qısametrajlı filim izlənib.
Ictimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları isə ADAU-nun tələbə yataxxanasının zalında “Milli Bayraq günü”nü qeyd ediblər. Tədbiri giriş sözü ilə kafedranın müdiri, professor Azad Bayramov açıb, ilk dəfə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərarın qəbul edilməsini müstəqillik tariximizin ən şanlı səhifələrindən biri olduğunu deyib.
Kafedranın müəllimlərindən Ə.Kazımov, A. Axundov, R.Xəlilov, E. Aslanov Dövlət bayrağının Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyindən danışıb, bayrağın azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara malik olduğunu bildiriblər.
Sonda tələbələrə təşkilatçılar tərəfindən yüzdən çox Azərbaycan Respublikasının stolüstü bayrağı hədiyyə olaraq paylanılıb. -
Bayrağımız milli kimliyimizin göstəricisidir
Hər bir dövlətin və millətin varlığını təsdiq edən bir sıra mühüm atributlar vardır ki, bunlar olmasa o dövlət haqqında müəyyən təsəvvür formalaşdırmaq mümkün deyil. Bu sıraya himn, gerb, bayraq, milli valyuta və s. daxildir. Bu sadalananların mövcudluğu eyni zamanda həmin dövlətin azad, müstəqil və suveren olmasının təsdiqidir. Təbii ki, bunların hər biri dövlət üçün böyük önəm daşıyır, bununla belə bunların arasında milli bayrağın rolu və çəkisi digərlərinə nisbətdə daha çox müzakirə mövzusuna çevrilir sanki. Bu da təbiidir, çünki hər bir dövlətin bayrağı onun milli kimliyinin, dilinin, dini-mənəvi əxlaqının, yaşam tərzinin, bir sözlə milli ideologiyasının göstəricisidir. Bayraq sevgisi dünyanın, demək olar ki, bütün dövlətlərində, bütün millətlərində birində bir az az, birində bir az çox olmaqla mövcuddur. Bu da həmin ölkədə vətəndaşlara bayrağa olan sevginin aşılanmasının dərəcəsindən, daha dəqiqi isə bayrağın daşıdığı funksiyanın mahiyyətinin izah olunması ilə bağlı aparılan təbliğatdan asılıdır. Bayraq bir millətin keçmişindən, bu günündən və gələcəyindən xəbər verir. Əgər kimsə bir vətəndaş olaraq yaşadığı dövlətin milli ideyasının nədən ibarət olduğunu bilmək istəyirsə mütləq və mütləq bayrağın daşıdığı milli-ideoloji anlayışı dərindən dərk etməlidir. Bunu dərk etməyən kəsdə bayraq sevgisi, dolayısı ilə isə vətən sevgisi yarana bilməz. Və danılmaz bir həqiqətdir ki, istər ölkə daxilində, istərsə də xaricdə ən çox istifadə olunan bayraqdır və əksər hallarda dövləti məhz bayrağına görə tanıyırlar. Buna görə də hər bir ölkə vətəndaşının borcudur ki, milli bayrağı ilə bağlı yetərli bilgiyə sahib olsun. Bu sahədə yorulmadan, usanmadan, bəsdir demədən təbliğat-təşviqat işlərini genişləndirmək lazımdır. Buna dünən də ehtiyac var idi, bu gün də var, sabah da olacaq. Çünki əgər biz bu gün kütləvi şəkildə insanlar arasında bayrağımızla bağlı sorğu aparsaq, sorğuda iştirak edənlərin mütləq əksəriyyətinin ya tam məlumatsız, ya da qismən məlumatlı olduqları ortaya çıxacaq.
Bu gün bizim qürurla və fəxrlə daşıdığımız üçrəngli, ay-ulduzlu bayrağın iki ildən sonra yüz yaşı tamam olacaq. Amma əfsuslar olsun ki, bəlkə də dünyada çox az dövlətlərdənik ki, son bir əsrə yaxın dövr (98 il) ərzində ya bayrağı, ya da bayraqdakı ornamentlər dəfələrlə dəyişdirilmiş olsun.
21 iyun 1918-ci il – bu Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında verilən ilk hökumət qərarının tarixidir. Bu qərara əsasən Azərbaycan bayrağı qırmızı materialdan, üstündə ağ aypara və ağ şəkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edilmişdir. Qırmızı rəngdə olan bu ilk bayraq Türkiyənin dövlət bayrağını xatırladırdı. Bu qərar qəbul edilərkən Bakıda fəaliyyət göstərmək qeyri-mümkün olduğundan Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi. Sentyabrın 15-də Bakı şəhəri türk qoşunlarının köməyi ilə düşmən qüvvələrindən təmizləndikdən sonra hökumət Bakıya köçə bildi və Azərbaycan Xalq Cumhuriyyətinin bu ilk bayrağı 9 noyabr 1918-ci ilə qədər – Nazirlər Şurası milli bayraq haqqında növbəti qərarını verənə qədər mövcud oldu. Nazirlər şurasının sədru Fətəli xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”. Bu bayraq həmin gün Nazirlər Şurasının yerləşdirdiyi binada qəbul edilmiş, elə o binanın üzərində də qaldırılmışdı. Bu bina hazırda Azərbaycan Dövlət Neft şirkətinin (SOCAR) yerləşdiyi binadır. Azərbaycan bayrağının ən şərəfli və yaddaqalan günlərindən biri də Şərqdə və Türk-İslam dünyasında ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Demokratik Respublikası parlamentinin açılışı zamanı (7 dekabr 1918-ci il) parlament binası üzərində qaldırılması olmuşdur (indiki Əlyazmalar İnstitutunun binası).
Sovet İmperiyasına məxsus XI Qızıl Ordunun işğalı nəticəsində ADR devrildikdən və 1920-ci il aprelin 28-də Bakıda Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan İctimai Şuralar Cumhuriyyəti (Azərbaycan Sovet Sosialist Respublikası) elan olundu. Bundan bir neçə gün sonra – mayın 3-də müstəqilliyimizin rəmzi olan üçrəngli milli bayrağımız Azərbaycan Parlamentinin binası üzərindən endirildi.
1920-ci ildən 1952-ci ilə qədər Azərbaycanın (Azərbaycan Sovet Sosialist Respublikasının) bayrağı 1920-1921, 1921-1922, 1922-1924, 1924-1930, 1930-1937, 1937-1940, 1940-1952-ci illəri əhatə etməklə yeddi dəfə dəyişdirilmişdir. Bu dəyişikliklər bayraqdakı rənglər, ulduz, oraq-çəkic, respublikanın adının dəyişdirilməsi, bayraqdakı sözlərin tərcüməsindəki dəyişikliklər və əlifbamızın dəyişdirilməsi ilə bağlı olmuşdur.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1952-ci il 7 oktyabr tarixli fərmanı ilə Azərbaycan SSR-in yeni – qırmızı rəngli üst zolaqdan (eninin ¾-nə bərabər), göy rəngli alt zolaqdan (eninin ¼-nə bərabər), qırmızı zolağın yuxarı sol küncündə yerləşdirilmiş qızıl oraq və çəkic və qırmızı beşguşəli ulduzdan ibarət bayrağı qəbul edilmişdir. Bu bayraq 1952-ci ildən 1991-ci ilə kimi mövcud olmuşdur.
1990-cı il noyabrın 17-də Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə ADR dövründə mövcud olan üçrəngli bayrağımız Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmiş, 1991-ci il oktyabrın 18-də müstəqillik haqda Konstitutsiya Aktdı qəbul edildikdən sonra isə üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi yenidən dalğalanmağa başlamışdır.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, bu rəng türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif şərhlr də mövcuddur. Orta əsr mənbələrinə nəzər salsaq görərik ki, türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr mövcud olmuşdur ki, bu abidələrin əksəriyyəti də göy rəngdə idi. Bu baxımdan göy rəng, həm də simvolik məna daşıyır. Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir. Yaşıl rəng – islam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir. Bu da o deməkdir ki, Azərbaycan bayrağının üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının təcəssümündən qaynaqlanır.
Bayrağımıza olan sevgi və ehtiramın göstəricisi olaraq Möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər il 9 noyabr Dövlət Bayrağı günü kimi qeyd olunur. 2009-cu ilin noyabr ayında bu günlə əlaqədar Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavələr edilmiş və bu əlavəyə əsasən 9 noyabr Dövlət Bayrağı günü həm də ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilmişdir.
Bayrağımız möhtərəm prezidentimizin bütün xarici səfərlərində, keçirilən bütün beynəlxalq görüşlərdə, işgüzar tədbirlərdə, olkəmiz üçün mühüm əhəmiyyət kəsb edən müqavilələrin imzalanma mərasimlərində olkəmizi təmsil edə biləcək qədər əzəmətlidir. Bayrağımız dünya və avropa birinciliklərində, beynəlxalq idman yarışlarında göylərə qalxacaq qədər vüqarlıdır. Bayrağımız müqəddəs amallar uğrunda and içərkən diz çöküb öpüləcək qədər qürurvericidir. Bayrağımız vətənin bütövlüyü, bölünməzliyi uğrunda ölüm-dirim savaşına qalxan və şəhid düşən ər oğullarımızın tabutuna büküləcək qədər müqəddəsdir. Bu baxımdan qürur mənbəyimiz olan üçrəngli dövlət bayrağımıza dərin hörmət, sevgi, sayğı və ehtiram hissi ilə yanaşdığımız kimi, ondan istifadə qaydalarına da ciddi əməl etməliyik. Yuxarıda da qeyd etdiyimiz kimi indi Azərbaycan beynəlxalq siyasi, humanitar və idman tədbirlərinin keçirildiyi məkana çevrilib. Bu tədbirlərdə həmişə dövlət bayrağından istifadə olunur. Ölkəmizdə dövlət bayrağından istifadə qaydaları barədə mükəmməl qanunvericilik bazasının yaradılmasına baxmayaraq, bəzən görürsən ki, dövlət bayrağından istifadə zamanı yanlışlıqlara yol verilir. 2004-cü ildə “Azərbaycan Respublikası dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanun qəbul edilib. 2005-ci ildə Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları” təsdiq olunub. 2013-cü ildə isə Nazirlər Kabineti “Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilməsi haqqında” qərar qəbul edib. Birmənalı şəkildə bilinməli və qəbul olunmalıdır ki, ölkə daxilində keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı dövlət bayrağımız digər dövlətlərin, beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxanda Azərbaycan Respublikasının Dövlət Bayrağı həmin bayraqlardan solda olmalıdır. Dövlət bayrağı bayraq dirəyinin, yaxud xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılan zaman bayrağın mavi zolağı dirəyin uc tərəfi istiqamətində olmalıdır. Dövlət bayrağı binanın divarına dirəksiz şaquli vəziyyətdə asıldıqda və ya xüsusi tutqaclara bərkidildikdə onun mavi zolağı qarşıdan baxarkən sol tərəfdə yerləşməli, ayla ulduz isə üzüaşağı olmalıdır. Dövlət bayrağı binanın divarına dirəksiz üfüqi vəziyyətdə asıldıqda və ya xüsusi tutqaclara bərkidildikdə mavi zolaq qarşıdan baxarkən yuxarıda olmalı, ayla ulduz isə sağ tərəfə baxmalıdır. Kiçik ölçülü dövlət bayrağı masaların, kürsülərin üstündə xüsusi oturacağı olan şaquli milə bərkidildikdə və yaxud əldə tutulduqda da mavi zolaq yuxarıda yerləşməlidir. Dövlət bayrağı tribunalarda tamaşaçıların, yürüşlərdə iştirakçıların və qalib idmançıların əllərində üfüqi vəziyyətdə dirəksiz tutularkən də mavi zolaq yuxarıda olmalıdır.
Bayrağımıza olan sevginin daha bir göstəricisi kimi Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanmış sərəncamı qeyd etmək olar. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2 metr, bünövrənin üst hissəsinin diametri isə 1,9 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və Azərbaycanın xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda həmçinin Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Bu gün Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü uğurlu və məntiqli daxili və xarici siyasət nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Dünyada hökm sürən iqtisadi və siyasi böhrana baxmayaraq Azərbaycan həm iqtisadi inkişafını, həm siyasi sabitliyini qoruyub saxlaya bilib. Bu günkü Azərbaycanın mövcudluğunda, fəaliyyətində, sivil və qlobal dünyanın bir parçasına çevrilməsində müqəddəs bayrağımızın rənglərindəki mənalara sadiqliyinin əhəmiyyəti danılmazdır. Bu gün Azərbaycan türk dövləti olmaqla bütün dünyada yaşayan türklərin və azərbaycanlıların ümid və pənah yerinə çevrilib. Eyni zamanda Azərbaycan İslam dininin mövcud olduğu bir ölkə olmaqla heç bir radikalizmə qapılmadan İslam dinin sivilizasiyasından məharətlə bəhrələnir. Həmçinin tolerant bir dövlət kimi bu ölkədə yaşayan insanların inanclarına sayğı ilə yanaşılır və fəaliyyətlərini düzgün zəmin üzərində qurmalarına dəstək olunur. Bu da dünyada Azərbaycana multikulturalizm məkanı kimi baş ucalığı gətirir. Dirər bir tərəfdən də Azərbaycan Avropanın ən mükəmməl yeniliklərindən bəhrələnməklə dünya dövlətləri sırasında müasir, demokratik və bərabərhüquqlu üzv kimi özünü təsdiq edir. Bu da o deməkdir ki, bu gün Azərbaycan türkçülük ideologiyasına sadiqliyi, islam sivilizasiyasından və Avropa mədəniyyətindən bəhrələnməsi ilə fəxarət hissi keçirməklə, müstəqil və demokratik dövlət kimi öz varlığını bir daha təsdiq edir.
Dövlət Bayrağı gününüz mübarək olsun!Rafiq ODAY,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri
republikanın Əməkdar jurnalisti -
Sumqayıt Mədəniyyət Evindən balalara bayram hədiyyəsi
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən edebiyyat-az-a bildiriblər ki, Şəhər Mədəniyyət Evində Bayraq günü münasibətilə tədbir keçirilib.
Uşaqlar üçün keçirilən tədbirdə Əlipaşa Paşayev bayraq gününün yaranması və mahiyyəti haqqında məlumat verib. Daha sonra Şəhər Mədəniyyət Evinin solistləri İlkin Əlizadə, Elvin Qasımov, Zaur Yusifli, Sevda Akkaya musiqi nömrələri ilə çıxış ediblər. Musiqi sədaları altında balacaların səhnədə rəqsi, bədii qiraət dərnəyinin üzvləri Ləman Salmanlı, Zəhra Əzizova, Rabid Əzizov, Mələk Fərəcova, Maksim Yaqubovun ifasında bayrağa həsr olunmuş şeirlər tədbiri daha da rövnəqləndirib.
Tədbir Şəhər Mədəniyyət Evində yeni yaradılmış “Narbala” kukla teatrının “Dovşanın evi” tamaşasının nümayişi ilə yekunlaşıb. -
İnsan hər düşdüyü vəziyyətdə şərəf və ləyaqətini qoruya bilərmi ?
İnsan bir çətinlik və bir sıxıntı ilə qarşılaşdığında içində iki fərqli səs meydana gəlir. Bunlardan biri fədakarlığı, cəsarəti, gözəl əxlaqı və hər zaman Allahın dilədiyi şəkildə xeyir əmələ uyğun davranmağı bildirən vicdanının səsidir. Bu səsi dinləyən adam hər zaman üçün Allahın ən çox razı olacağı rəftara uyğun səbrli, özünü idarə etməyi bacaran, ləyaqətli, şərəfli, ağlı başında, nə etdiyini bilən yəni uzaqgörən insan olur. İkinci səs isə “var gücüylə pisliyi əmr edən” nəfsin səsidir. Bu səs insana üsyanı, düşmənçiliyi, hiyləni, səmimiyyətsizliyi, təkəbbürü, nankorluğu və qorxaqlığı pıçıldayır. Bu səsə tabe olanlar sonunda çox böyük bir itkiyə yəni əslində həm maddi, həm də mənəvi itgilərlə qarşılaşırlar. Bəzən ilk baxışda nəfsin səsini dinləyənlər uğurlu kimiymiş görsənə bilir. Elə əsl imtahanda buradadır. inanc sahibi olan bir vicdan mütləq hər şeyin sonunu, axirətini düşndüyü üçün Allahın hesab günündən heç kəsin qurtula bilməyəcəyi təfəkkürünə sahibdir. Yəni imandan uzaqlaşdıqca insanlar mövzuların sadəcə zahirini görməyi adət edirlər, inanc sahibləri isə daim mövzuların pərdə arxasını görürlər. Heç nəyə baxmayaraq isə, ləyaqəti və şərəfi ilə yaşayan insanlar Allah qatında dəyəri olan insanlar qismində anılırlar. Nəfsi üçün şərəf və ləyaqətdən uzaq bir həyat tərzi yaşayanlar isə həm dünyada, həm axirətdə özlərini alçaltmış olurlar.
İnsan hər şeyinin axarında getdiyi, bolluq və bərəkətin içində yaşadığı, sağlamlığının yerində olduğu, ya da heç bir əksikliyin olmadığı vəziyyətlərdə onsuz da rahatlıqla gözəl bir əxlaq nümayiş etdirə bilər. Amma əsl əhəmiyyətli olan, insanın zərərə uğradığı, ya da pis və tərs bir rəftarla, haqsız bir böhtan, incidici sözlərlə, maddi itkilərlə qarşılaşdığında yenə də gözəl əxlaqa uyğun bir rəftar göstərməsi, pisliyə yaxşılıqla cavab verməsidir önəmli olan. Çünki Rəbbimzin bildirdiyi kimi “Hər çətinlikdən sonra mütləq bir asanlıq var.” və bir digər ayədə Rəbbimiz sizi sınayaraq şəxsiyyətinizin gözəl yanlarını üzə çıxardırıq deyə bildirir. “Yaxşılıqla pislik eyni ola bilməz. Sən, ən gözəl olan bir tərzdə (pisliyi) uzaqlaşdır; o zaman, (görərsən ki) səninlə onun arasında düşmənçilik olan şəxs, sanki yaxın bir dost (un) olmuşdur.” (Fussilət surəsi, 34)
Və ya bir insanı sıxışdıraraq pis bir işə cəlb etmək istəyən insanlar da ola bilər. Sanki hər şey sənin əlehindəymiş kimi göstərən və səni pis bir işə məcbur buraxan hadisələr əslində vicdanın və insanın sahib olduğu gözəl xüsusiyyətlərin qarşısında heç də elə deyil. Əksinə tamamilə bunun bir sınaq olduğunu başa düşür. Daha da gözəl yaşayışı və qərarları ilə həyatına məna və saflıq qatır. Bu isə insanın inancı və qətiyyəti ilə mümkündür. İnsanın ən gözəl xüsusiyyəti onun iradə gücünün heç bir hadisədən və heç kəsdən asılı olmamasından irəli gəlir. Əlbəttə burada mənəvi dünyagörüşünə, dərin düşüncə tərzinə, bilik sahibi insanlara xas üstünlüklərdir. Yəni insan cahillikdən qurtulduqca başqalarının istəklərinə alət, işlərinə oyuncaq olmaqdan xilas olur.
“Haqqlısansa qorxma, Haqq səni qoruyar.” (Hz.Əli)
Günümüzdə insanlar Allahın daim haqqlıdan yana olduğunu unutduqları üçün, vəziyyətlərə uyğun olaraq dəyişiklik, yəni bir növ səmimiyyətsizlik göstərməyin, yalan danışmağın məqbul, həyatın çətinlikləri içində normal hal kimi qəbul olunacağını düşünürlər. Halbuki, bu səhv düçüncə illər sonra nəsillərin pozulmasına, mənəviyyatların zəifləməsinə gətirib çıxardır. Yəni hər vəziyyətdə daim doğrularla olmaq insanın varlıq səbəbidir.
Bir sözlə insan hər düşüdüyü vəziyyətdə şərəf və ləyaqətini qoruya bilər, təki insan bunu istəsin və insan olduğunu, şərəfli bir varlıq olduğunu, iradə və ağıl sahibi olduğunu unutmasın və Allaha sığınıb, daim Allaha güvənsin. Çünkü Allahın vəkil olması bəs edər.
Esmira Nizami qızı
-
Şəhid atasından minnətdarlıq məktubu
Son bir ildə Sumqayıt şəhərində həyata keçirilən abadlıq və quruculuq işləri bütün sumqayıtlılar kimi bir şəhid atası olaraq mənim də ürəyimdən xəbər verir. Sumqayıtda həyata keçirilən layihələr möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu kadr siyasətinin bəhrəsidir. Sumqayıtda hamının tanıdığı və hörmət bəslədiyi, hörmətli Zakir müəllim Fərəcovun şəhər icra hakimiyyətinin başçısı təyin olunması, demək olar ki, hər bir sumqayıtlının sevincinə səbəb oldu.
Möhtərəm Prezidentimizin diqqət və qayğısı, İcra Hakimiyyətinin rəhbərliyi altında Sumqayıtda görülən bu qədər işi bir ilin çərçivəsinə sığışdırmaq, az qalır ki, inanılmaz görünsün. Ulu öndərin adını daşıyan Parkın yenidən qurulması, yeni və möhtəşəm Heydər Əliyev Mərkəzinin tikilməsi, Musiqi və Şahmat məktəblərinin inşası, Sumqayıtın giriş yolu sayılan Sülh küçəsinin genişləndirilməsi və yenidən qurulması, binaların dam örtüklərinin dəyişdirilməsi, liftlərin yenilənməsi və digər işlər son bir ilin bizə bəxş etdiyi yeniliklərdir.
Həyata keçirilən ən böyük layihə isə Sumqayıt Dənizkənarı bulvarının yaradılmasıdır. Bu layihə Sumqayıt şəhər statusu alandan bəri şəhər sakinlərinin ən böyük arzusu olmuşdur ki, bu arzu da hörmətli Zakir müəllim Fərəcov tərəfindən gerçəkləşdirilmişdir.
Bu müddət ərzində məktəblərin, uşaq bağcalarının və səhiyyə ocaqlarının da əsaslı təmiri davamlı olaraq həyata keçirilmişdir ki, belə müəssisələrdən biri də Sumqayıt şəhər 1 saylı doğum evidir. Bildiyimiz kimi, bu tibb ocağına son dovrlərə kimi sumqayıtlıların münasibəti birmənalı olmamışdır. Bütün bunlar nəzərə alınaraq Sumqayıt şəhər 1 saylı doğum evi həm əsaslı şəkildə təmir edilmiş, həm də Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə yeni baş həkim təyinatı olmuşdur. Təmirdən sonra tibb müəssisəsinə gələn şəhər icra hakimiyyətinin başçısı əsaslı təmirin nəticələri ilə tanış olmuş, tibb personalı ilə görüşərək, onların istək və arzularını dinləmiş, insanların sağlamlığı keşiyində nümunəvi şəkildə dayanmağın başlıca amil olduğunu vurğulayaraq, öz tövsiyələrini vermişdir.
Bir məsələni də qeyd edim ki, bu tibb ocağında 350-dən artıq tibb personalı çalışır və müəssisəyə Təranə xanım Rəcəbli rəhbərlik edir. Rəhbərlikdə kadr dəyişikliyindən sonra 1 saylı Doğum evi işini günün tələbləri səviyyəsində qurmağa çalışır və insanlara nümunəvi xidməti özünün başlıca vəzifəsi hesab edir. Öz işinin bilicisi olan baş həkim Təranə xanım Rəcəbli bundan öncə Real klinikasında baş həkim vəzifəsində çalışmış, sonra isə Respublika Perinatal Mərkəzdə baş həkimin müavini vəzifəsini icra etmişdir. 1 saylı Doğum evinin baş həkimi işlədiyi 6 ay ərzində şəhərin ictimai həyatında yaxından və fəal iştirak edən Təranə xanım kollektiv arasında da sağlam mühit yarada bilmişdir. Burada çalışan həkim və tibb bacılarının da dediyindən belə məlum olur ki, Təranə xanım işinə qarşı çox ciddi və məsuliyyətlidir, tələbkardır, səliqə-səhmanı sevəndir, həmçinin kollektivin üzvlərinə qarşı çox diqqətli və mehribandır. Bu doğum evində çalışanlar arasında şəhid ailəsinin üzvü, şəhid bacısı, şəhid həyat yoldaşı olanlar da yetərincədir. Təranə xanım bu qəbildən olan insanlara, eyni zamanda aztəminatlı ailələrin üzvlərinə diqqətlə yanaşır, onları mütəmadi olaraq dinləməklə problemlərini həll etməyə çalışır. Uğurlu və səmərəli fəaliyyəti nəzərə alınaraq Təranə xanım bu yaxınlarda şəhərin baş neonatoloqu təyin olunmuşdur.
Təranə xanımı bu təyinat münasibətilə təbrik edir, şəhid ailələrinin üzvlərinə göstərdiyi diqqət və qayğıya görə bütün şəhid ailələri adından ona dərin minnətdarlığımı bildirirəm.Hörmətlə,
Müslüm Abbasov
(şəhid Elman Abbasovun atası),
Sumqayıt şəhəri, 12-ci mkr, ev 30, mən 45 -
Elmin İnkişafı Fondu layihələrin ekspertizasının nəticələrini açıqlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2015-ci ildə elan olunmuş əsas qrant müsabiqəsi çərçivəsində təqdim olunmuş kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin ekspertizasının nəticələrini açıqlayıb.
AMEA, təhsil sistemindəki təşkilatlar və digər qurumlar tərəfindən təqdim edilmiş bu tip proqram layihələrinin böyük maliyyə həcmli qrantlar (500 min manatadək) yolu ilə maliyyələşdirilməsində əsas məqsəd elmi-tədqiqat müəssisələrinin, bölmə və mərkəzlərinin və elmlə əlaqəli digər qurumların elmi fəaliyyətini stimullaşdırması, müxtəlif elm sahələrində yerinə yetirilən elmi-tədqiqat işlərinin (xüsusi olaraq multidissiplinar araşdırmaların) dəstəklənməsi, maddi-texniki təminatının müasir tələblərə cavab verən səviyyədə yenilənməsi, qısa müddət ərzində rəqabət apara biləcək elmi nəticələrin alınmasına şərait yaradılması, müasir elmi-tədqiqat qrupları, laboratoriyaları, mərkəzlərinin (o cümlədən, beynəlxalq əməkdaşlıq çərçivəsində) yaradılması və ya təkmilləşdirilməsidir. Layihələrdə maliyyə və maddi-texniki təminatla (cihazlar, qurğular və avadanlıqlar) yanaşı, paralel olaraq ezamiyyətlər yolu ilə elmi kadr hazırlığı da nəzərdə tutulub.
Müsabiqənin əsas prioritetləri Yüksək enerjilər fizikası; Müxtəlif sistemlər üçün kvant hesablamaları; Müdafiə və təhlükəsizlik istiqamətində elmi-texniki tədqiqatlar; Kosmik tədqiqatlar, Yerin məsafədən zondlanması; İnformasiya təhlükəsizliyinin təmin olunması; Alternativ enerji mənbələri; Molekulyar-genetik tədqiqatlar; Kənd təsərrüfatı biotexnologiyaları, torpaq münbitliyi və ərzaq təhlükəsizliyi; Kök-hüceyrə tədqiqatları, herantologiya; Hidrofob və antibakterial xassəli yeni polimerlərin tədqiqi; Kimyəvi kinetika və kataliz üzrə tədqiqatlar; İzotop geologiyası və geoxronologiya; Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik; Yeni müstəqillik tarixi; Multikulturalizm və dini dəyərlər; Azərbaycan dilinin lüğət tərkibinin inkişafı; Azərbaycan və Qafqaz tarixinə dair Şərq yazılı mənbələrinin tədqiqi; Azərbaycan mühacirət ədəbiyyatı; İqtisadi inkişaf modelləri olub.
2015-ci ildə elan olunmuş əsas qrant müsabiqəsinə daxil olmuş 133 layihə sırasından ümumi maliyyələşdirilmə həcmi 9.870.000 manat olmaqla 56 qalib layihə müəyyənləşdirilib və Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının müvafiq qərarı ilə təsdiq olunub. Kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin maliyyələşdirilməsi Elmin İnkişafı Fondunun büdcə vəsaitindən asılı olaraq 2016-2018-ci illərdə həyata keçiriləcək.
Fizika-riyaziyyat və texnika elmləri üzrə 16, kimya elmləri üzrə 10, Yer haqqında elmlər üzrə 7, biologiya, tibb və aqrar elmləri üzrə 11 və humanitar və ictimai elmlər üzrə 12 layihə qalib olub. Layihələrin icra müddəti 12 aydan 36 aya qədərdir və bu müddət əhəmiyyətli və tətbiqi xarakterli nəticələrin alınmasına imkan verəcək. -
“Şagirdə fərdi yanaşma təhsilin keyfiyyətində öz əksini tapmaqdadır”
Təcrübələr göstərir ki, müasir təlimin başlıca vəzifələrindən biri öyrənməyi öyrətmək, şagirdləri biliklərin müstəqil əldə etmələrinə yiyələndirməkdir. Yalnız təlim metodlarının keyfiyyətcə dəyişdirilməsi, onların şəxsiyyətə, onun tələbatlarına yönəldilməsi, bilikləri mənimsəmə zamanı yaradıcı təfəkkürdən fəal istifadə edilməsi şəraitində təlim böyük səmərə verə bilər. Şəxsiyyətyönümlü tədris prosesi eyni zamanda tərbiyəvi proseslərin keyfiyyətinə də təsir edəcək: idrakı və sosial fəallığı, şəxsiyyətin dəyərlərini və digər vərdişlərini formalaşdıracaq. Bu tələbləri nəzərə almaqla məhz məhsuldar, yaradıcı təfəkkürü və yeni biliklərə müstəqil yiyələnmə üsullarını özündə birləşdirən fəal interaktiv təlim texnologiyalarına üstünlük verilməsi təmamilə təbiidir.
Müasir dərsin aparıcı prinsiplərindən biri də şagirdyönümlülük olduğu üçün bu gün ibtidai sinif müəlliminin qarşısında daha böyük vəzifələr var, çünki məktəbə kövrək addımlarını atan kiçikyaşlı uşaqlar müəllim-şagird və şagirdlərarası münasibətləri məhz ilk müəllimindən öyrənməyə başlayır. Ona görə də ibtidai sinif şagirdlərinin əksər hallarda sinif müəllimlərinə bənzəməsi fikrini məhz bu münasibətlərin nəticəsi kimi qiymətləndirmək olar. Bu gün şagirdə yanaşmada doğma münasibət təhsilin keyfiyyətində öz əksini tapmaqdadır. Belə ki, şagirdlərin ilk müəllimlərindən təhsillə yanaşı münasibət və davranış estetikasının ən yaxşı formada mənimsəməsi onlarda ən yaxşı xüsusiyyətlərin inkişaf etdirilməsinə zəmin yaradır.
Hər bir ibtidai sinif müəlliminin keçdiyi dərsin maraqlı və yaddaqalan olması üçün xüsusi yaradıcılıq qabiliyyəti olmalıdır. Müəllim şagirdlərin müstəqil işləmələrinə şərait yaradıb, onları fəallaşdıraraq, nitqlərini daha da inkişaf etdirərək tədris zamanı şagirdləri müstəqil fikir yürütməklə yanaşı, şüurlu, ifadəli və sürətli oxumağa, yaradıcılığa və tədqiqatçılığa alışdırılmalıdır. Züleyxa Qurbanova, Fatimə Ağayeva, Fərid Mahmudzadə, Məhəmməd Məmmədov, Vahid Həsənli, Fərid Əliyev, Elcan İslamzadə, Fuad Əliyev, Fəxrəddin İsmayılov, Tunar İmanov, Dəniz Əmirli, Onur Məmmədov, Aylin Şərəfli, Tamilla İbadova rəhbəri olduğum sinifin ən fəal şagirdlərindəndir.
Onu da xüsuusilə qeyd etmək istəyirəm ki, kurikulumda gözəl nəticələr əldə etmək üçün məktəbəqədər təhsil səviyyəsinin daha da yüksəldilməsi, valideynlərin düzgün və vaxtında maarifləndirilməsi işimizdə atılan uğurlu addımlardan biri olmalıdır. Kurikulum fəal təlim metodur. Maraqlısı da budur ki, ənənəvi metodla keçirilmiş təlim zamanı dərslər monoloq formasında aparılırdısa, fəal təlim zamanı şagirdlər dərs prosesinin tam hüquqlu iştirakçısı olurlar. Bu gün kurikulumun inteqraktiv xarakterli olması təlim prosesinin səmərəliliyini artırmağa, yeni təlim texnologiyalarından, fəal, interaktiv təlim metodlarından optimal istifadəyə, vaxta qənaət etməyə, təlim yükünün azaldılmasına, təlimə marağın yüksəldilməsinə, bilik və bacarıqların kompleks şəklində mənimsənilməsinə imkan verir.
Kurikulum yeni addım, yeni dünya deməkdir. Uşaqlarda bu dünyaya yaradıcı baxışlarla baxdığını görəndə daha böyük həvəslə işləyirəm. Fəal təlim metodlarının tətbiqi zamanı İKT-dən istifadə etmək, rəngarəng slaydlarla yeni dərsi tərtib etmək daha gözəl nəticələr əldə etməyə imkan verir. Çalışıram ki, hər bir dərsi açıq dərs çərçivəsində qurum, çünki dərs nə qədər maraqlı olarsa, şagirdlər bir o qədər öyrənməyə çalışar və bacarıqlarını nümayiş etdirərlər.
Hazırda təhsildə ən vacib amillərdən biri də valideynlərin məktəbə cəlb olunması, şagird-valideyn-müəllim münasibətlərinin möhkəmləndirilməsidir. Tərbiyə psixologiyası sahəsində tədqiqat aparan psixoloqlar belə qənaətə gəlmişlər ki, şagird şəxsiyyətinin təşəkkülündə həlledici yeri təkcə onların fəaliyyətinin düzgün təşkili, şagirdlərin əxlaqi davranış təcrübələri toplamaları tutmur, eyni zamanda burada düzgün əxlaqi davranış motivlərinin tərbiyə edilməsi də mühüm rol oynayır.
Həqiqətən də ailədən gələn tərbiyənin məktəbdə formalaşması üçün ilk olaraq valideynlər övldlarını ən yaxşı keyfiyyətlərə doğru istiqamətləndirməlidirlər. Onlar işlərinin ən mühimi olan övlad tərbiyəsinin özülünü qoyarkən görkəmli ədibləri, xeyirxah insanları, dilimizi, dinimizi, milli mentolitetimizi təbliğ etməli, övladlarını vaxtında maarifləndirməli və düzgün tərbiyə etməlidirlər.
Fikrimcə şagirdlərin şəxsiyyət kimi formalaşmasında mütaliənin yayılması, kitabların rolunun əhəmiyyəti böyükdür. Onları vətənpərvərlik ruhunda tərbiyə etmək üçün mütamadi olaraq müharibə iştirakçıları, görkəmli simalar, öz təcrübəsi ilə başqalarına nümunə olmağı bacaran istehsalat işçiləri ilə görüşlər keçirilmək, onlara öyrənməyi öyrətmək daha məqsədəuyğun bir mövqe ola bilər.
«Bilik məlumat deyil. Bilməyin tək yolu təcrübədir. Bir mövzunu müzakirə edə bilərsiniz, amma bu sizə yalnız fəlsəfi bir anlayış qazandıracaqdır. Bir mövzunu həqiqətən bilmək istəyirsinizsə, onu təcrübədən keçirməlisiniz». (Eynşteyn)
Məktəb həyatı da bir təcrübədir, yaşadıqca daha gözəl və aydın anlayırsan. Arzu edirəm ki, bu təcrübənin, bu başlanğıcın təməlini qoyan müəllimlərimizin qurub- yaratmaq eşqi heç vaxt tükənməsin, şagirdlərimizin səsi, sorağı daim ən yaxşı təhsil ocaqlarından gəlsin!Sona Məmmədova,
Sumqayıt şəhər humanitar və təbiət-riyaziyyat təmayüllü
“İstedad” liseyinin ibtidai sinif müəllimi
-
Kənan AYDINOĞLU.”Nəriman Həsənzadə yaradıcılığında “ölüm” və “həyat” anlayışı”
Dünya yarandığı gündən qiyamət gününə qədər bəşər övladları dünya, axirət, ölüm, cənnət, cəhənnəm məsələləri ətrafında fikir mübadiləsi aparacaq, öz fikir və düşüncələrini bir-biri ilə bölüşəcəklər. Çağdaş dönəmdə belə məsələlərin bir qismi ya ədəbiyyatda, ya da dini əsərlərdə öz əksini tapır.
Müasir dövrdə də daha çox insanları düşündürən məsələlər ədəbiyyatımızdan da yan keçmir. Lap elə keçən əsrin 80-ci illərində bədii yaradıcılığında həyat, ölüm, qəbristanlıq məsələlərinə dəfələrlə müraciət edən və insanları düşündürən sevimli Xalq şairimiz Nəriman Həsənzadənin “Mənim nigahımı pozdu təbiət” kitabını nümunə göstərmək olar. Şeirlər və mənzum dramlardan ibarət olan kitabda erkən yaşlarında həyata vida edərək, gözlərini əbədi yummuş Sara xanım Həsənzadəyə ithaf etdiyi şeirlər bu yönümdən öz aktuallığını qoruyub saxlayır.
Ümumilikdə, kitabda-topluda yer alan bədii yaradıcılıq nümunələrini, poeziya örnəklərini “Qəbristan şeirləri” adlandırmaq daha doğru olardı.Kitab vərəqlərini səhifələdikcə də bu hisin kitaba heç də yad olmadığını duymaq mümkündür. Xüsusilə də xalq şeiri üslubunda qələmə alınan bu nümunələr oxucu qəlbini kövrəldir, adı çəkilən məsələlər ətrafında dərindən düşünməyə sövq edir.
“Mənim nigahımı pozdu təbiət”, “Yuxun qaçdı evdə yata bilmədin”, “Dağı sevəməliyik biz indən belə” şeirləri şairin illər boyu qəlbinin dərinliyində gizlətdiyi duyğuları oxucuya çatdırmaq üçün ərsəyə gətirdiyi nümunələr kimi xarakterizə olunmalıdır:Yenə qəbristana düşübdü yolum,
Daş yonur, qum tökür burda ustalar.
Anana baş daşı qoyurlar oğlum,
Səndən xatirədi məndən yadigarVə ya
Qəbirlərin içində
Sadə bir qəbir sənin.
Familim mənimkidir,
Ad sənin, ömür sənin.Çün hər bir şeirində hər şeydən öncə səmimiliyiə yer ayıran şair-dramaturq, filosof Nəriman Həsənzadə həyat və ölüm anlayışlarını qarşılaşdırır, hər birinə özünəməxsus surətdə qiymət verir, bəzən isə müqayisələr aparır:
Son mənzil deyirlər, mən orda gördüm,
Nədir sənlə gedib, sənsiz qayıtmaq.
Kağızı qorudum, səni itirdim,
İndi səni məndən qoruyur torpaq…Geniş yaradıcılıq yolu keçən və müxtəlif illərdə nəfis tərtibatla şeirlər kitabı nəşr olunan şair-publisist Nəriman Həsənzadə ömrün keçməkeşli yollarında addımlamağı bacardı. Yaşanılan bu həyat lirik və səmimi şeirlər müəllifi Nəriman Həsənzadə üçün məktəb rolunu oynadı. Bu həyatda isə sevimli şairimiz “həyat” və”ölüm” anlayışını ömrü üçün bir deviz seçdi:
Yuxun qaçdı evdə yata bilmədin,
torpaqda yat, torpaq quzum, a laylay.
Gizli-gizli ufuldadın, inlədin,
Oyaq qalan yuxusuzum, a laylay.Beləliklə, ən yeni dövr Azərbaycan ədəbiyyatının sonuncu-ikinci mərhələsində yaşayıb, bədii yaradıcılığını uğurla davam etdirəm ədəbiyyatsevərlərin sevimlisi lirik şeirlər müəllifi, şair-dramaturq hələ sovet hakimiyyəti dövründə həyat, ölüm, qəbristanlıq ilə bağlı qələmə aldığı əsərləri ilə ədəbiyyatmız üçün yeni bir ənənənin-“həyat və ölüm məsələləri“ silsiləsindən olan əsər yazmaq ənənəsinin əsasını və bünövrəsini qoydu.
Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bakı şəhəri.21 oktyabr 2016-cı il. -
Rafiq ODAY.”70 yaşın zirvəsindən boylanan şərəfli bir ömür haqqında düşüncələr” “
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalistŞair-pedaqoq Ələsgər Həsənlinin 70 illik yubileyinə dost sözü
1
Bu il qələm dostumuz Ələsgər Həsənlinin 70 yaşı tamam olur. Əgər yubiley tədbiri keçirəsi olsa, dost sözü demək, həmkarımızı yubileyi münasibətiylə təbrik etmək bizə də nəsib olar yəqin ki. Bununla belə o vaxta qədər bir yazı yazmaq, Ələsgər Həsənlini həm bir vətəndaş kimi, həm də bir qələm əhli kimi xarakterizə edərək fikirlərimi oxucularla bölüşmək qərarına gəldim…
Ələsgər Həsənli qərinələrdən bəri ağrısı sinəmizdə qövr eləyən, həsrəti qəlbimizi yandırıb-yaxan, tüstüsü təpəmizdən çıxan, vətənimiz Azərbaycanın əzəli və əbədi bir parçası olan, bu gün isə yağı oylağına çevrilmiş Zəngəzur mahalında dünyaya göz açıb. Şairin ədəbi yaradıcılığı ilə tanış olduqca bütün varlığınla hiss edirsən ki, Ə.Həsənlinin poeziyası bu həsrət və ayrılıqlardan yoğrulub. Bəlkə bu dəyərli insanın, vətənin bu ziyalı öğlunun şair olmasının kökündə də bu həsrət, bu nisgil, bu ağrı-acı dayanır.
Şairin Araz həsrəti, Təbriz nisgilinə:Bu qapqara torpağın,
İki para torpağın,
Qanı qara torpağın,
Gülü olmağım gəlir.
Qınama məni vətən,
Keçəmmirəm sərhəddən,
Bu kədərdən, bu dərddən,
Dəli olmağım gəlir.Sonradan Göyçə, Zəngəzur ağrısı qoşulur:
Həsrət qaldıq, aman dostlar, yaylağına Zəngəzurun,
Yalınçıqlar sahib çıxdı oylağına Zəngəzurun.
Daha sonra isə Qarabağ dərdi və digər rayonlarımızın namərdcəsinə işğalı dərd üstündən yeni dərd gətirir, duyan ürəkləri, vuran qəlbləri mancanaq kimi çaynağına alaraq, sıxıb şəhdi-şirəsini çıxarmağa başlayır.Gölləndi küçələr nahaqq qan ilə,
Qırıldı dönməzi, mərdi vətənin…
… Dözmədi infarkta gör neçə ürək,
Dözülməz dərd imiş, dərdi vətənin.2
Ələsgər Həsənli orta məktəbi bitirəndən sonra – 1964-cü ildən taleyini Sumqayıt şəhəri ilə bağlayıb. Elə ilk şeiri də bu ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunub. Sumqayıtda bir sıra idarə və müəssisələrdə çalışıb. Eyni zamanda Azərbaycan Dövlət Universitetində təhsil alaraq, kimya ixtisasıma yiyələnib. On ildən artıq, o dövr üçün iqtisadiyyatın ən ağır sahələrindən sayılan, kimya sənayesində çalışıb. 1986-cı ildən etibarən isə təhsil sisteminə keçib və 30 ildən artıq bir müddət ərzində Sumqayıt şəhərinin bir sıra təhsil müəssisələrində kimya fənnini tədris etməklə övladlarımızın gələcəyin layiqli vətəndaşları kimi böyümələri üçün əlindən gələni əsirgəməyib. Müəllimlik peşəsini ən ali, ən məsuliyyətli və ən şərəfli peşələrdən biri kimi qəbul edib:Əsrin ağrı-acısını duyandı,
Tutar nəbzin ötüb keçən hər anın.
Nə sərvətə, nə şöhrətə uyandı,
Saflığıdı, paklığıdı zamanın.Şair-pedaqoq bütün şüurlu həyatı və fəaliyyəti boyu qəlbində vətən sevgisi, haqq işığı gəzdirib, bu sevgini şagirdlərinə sevə-sevə aşılayıb, bu işığı onların incə qəlblərinə yorulmadan, usanmadan köçürüb:
Ululardan bizə qalan,
Əmanətdi Azərbaycan.
Dönüb Məkkə-Mədinəyə,
Ziyarətdi Azərbaycan.
Və yaxud:
Vicdanımı mən satmaram,
Harda haqq var orda varam.Şair insanları minnətlə yaşamaqdan, ona-buna boyun əyməkdən, kiməsə yük olmaqdan uzaqda durmağa çağırır:
Minnətlə yaşamaq ömür-gün deyil,
Qoltuq axtarana ögeyəm, yadam.
Əyilsən bu yurda, vətənə əyil,
Adam yük götürər, yük olmaz adam.3
Böyük vətən sevgisinin mayasında, qayəsində doğulub boya-başa çatdığı, tozlu-torpaqlı küçələri ilə ayaqyalın, başıaçıq qaçdığı balaca, amma ona dünya boyda görünən doğma kəndlərinə olan sevginin dayandığını bütün varlığı ilə duyan şair hələ 1972-ci ildə “Kəndim” şeirində yazırdı:Aç qoynunu tala-tala gəzim mən,
Sal daşların dönüb olsun qoy masam.
Duz-çörəyin inan gələr gözümdən, –
Varlığını candan əziz tutmasam.Vüqardan köykək geyinən, əzəmət libasına bürünən şair ona-buna əyilməyi, yad qoltuğuna sığınmağı alçaqlıq, şərəfsizlik sayır. Ən böyük ucalığı vətənə, vətənin hər qarış torpağına, bir çopur daşına baş əyməkdə görür:
Baş əyməklə nə qazandıq de, yaddan?
Dön qılınca, en yağının başına.
Ona-buna əyilmə sən, a nadan,
Əy başını torpağına, daşına.Şair nadanları, nakəsləri haqqa dəvət edir, cəmiyyətə üz tutaraq əsl kişiləri – vətəni canı qədər, qanı qədər sevənləri qorumağa, onlara arxa, dayaq durmağa səsləyir.
Xain ürəklərdən, dumanlı başdan,
Qurulan hiylədən, atılan daşdan.
Tənəli sözlərdən, soyuq baxışdan,
Qoruyun, qoruyun kişiləri siz.4
70 illik ömrünün 50 ildən artığını şeirə, sənətə, poeziyaya həsr edən Ələsgər Həsənlinin bu illər ərzində respublikanın sayılıb-seçilən və ədəbiyyata yer ayıran, demək olar ki, bütün qəzetlərində, jurnallarında şeirləri dərc olunub. Bir sıra almanaxlarda təmsil olunub, neçə-neçə şeir kitabı işıq üzü görüb. İnsafən desək, Azərbaycan oxucuları, xüsusən də sumqayıtlı şeirsevərlər Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1964-cü ildən başlayaraq Sumqayıt ədəbi mühitində fəallığı ilə seçilən Ələsgər Həsənlinin imzasını yaxşı tanıyırlar və onun işıq üzü görən hər kitabını rəğbətlə qarşılayırlar. Bu da Ələsgər Həsənlinin özünə və sözünə dəyər verməsindən, hər misranın üstündə əsməsindən irəli gəlir. Onun şeirlərində nəinsə xatirinə yazılmış misralar, bəndlər yoxdur. Şeirlərini oxuduqca hiss edirsən ki, şair poeziyamızın, ədəbiyyatımızın təəssübünü çəkən, onun saflığını qoruyan kişilərdəndir. Bununla belə şair heç vaxt özünü gözə soxmağı, mən də varam deyərək hayqırmağı özünə rəva bilməyib və bu addımı atmağı şeyx Nizaminin, qərib Füzulinin, haqq aşiqi Nəsiminin ruhuna hörmətsizlik sayıb:850 ildir
O dahi yaşamaqda,
Şeirimizin yükünü
Çiynində daşımaqda.5
Ələsgər Həsənlinin poeziyası ilə tanış olandan sonra aydınca hiss edirsən ki, onun poeziyasında sevgi anlayışı ali məqama yüksələrək müqəddəslik statusu qazanır. Bu, vətənə, torpağa münasibətdə də, onu əhatə edən insanlara münasibətində belədir və sözün müstəqil mənasındakı sevgidə də özünü bariz şəkildə göstərir.
Şairin fikrincə bütün sevgilər pak, saf və təmənnasız olmalıdır. Heç bir halda bu sevgilərin heç birinin müqəddəsliyinə xələl gətirmək olmaz. Çünki bu sevgilərin hər hansı birinə saxtakarlıq qarışmış olarsa, o sevgi öz funksiyasını dəyişər və müqəddəsliyini itirər.Əvəzsiz zinətdir, saflıq təmizlik,
Sevgidə olmaya xəyanət gərək.
Xoşbəxtlik gətirmir qolbağı, üzük,
Sevgi olan yerdə dəyanət gərək.6
Yuxarıda qeyd etdiyim kimi şair dostumuz Ələsgər Həsənlinin 70 yaşı tamam olur. Bu 70 ildən boylanıb ötənlərə baxanda yaşadığı ömürdə mövcud rənglərin bütün çalarlarını görmək olar. Günlərin ağı da olub, qarası da, ürəyinin qapısını sevinc də döyüb, kədər də qəlbində səltənət qurub. Vətənin ağrısını, acısını, həsrətini, nisgilini, yanğısını ürəyində daşımaqdan bir də görüb ki, ürəyi əldən gedib. Həkimlərin min bir zəhməti və özünün yaşamaq, yaratmaq eşqi bahasına yenidən həyata tutunub.
Ələsgər Həsənli yaşadığı ömrü kişi kimi yaşıyıb, təmannasız yaşıyıb, minnətsiz yaşıyıb, kimlərəsə boyun əymədən yaşıyıb, halal zhmətini gözünə, könlünə və yoluna çıraq eyləyib. Həmişə də bu işıqda yol getdiyindən heç vaxt yolunu azmayıb. Dosta vəfalı olub, sevdiyinə sadiq olub. Vətənin başına pərvanə kimi dolanıb. Kindən, hikkədən, paxıllıqdan, özünəvurğunluqdan uzaq olub. Bu da həmişə onun başını uca, alnını açıq edib. Bütün bunların nəticəsidir ki, adı çəkiləndə dodaqlara xoş təbəssüm qonur. Hamı ondan məmnunluq hissi ilə danışır. Budur şairin 70 ildə qazandığı və sahib olduğu dəyərlər. Təbii ki, bu da hər bir insana, ələlxüsus da yaradıcı insana nəsib olmayan bir xoşbəxtlikdir.
70 illik yubileyin mübarək – gözəl insan, dəyərli dost, istedadlı şair, laiqli vətəndaş, əsl ziyalı – Ələsgər Həsənli. Allah-taladan sənə sağlam can, problemsiz ömür-gün, yeni-yeni yaradıcılıq uğurları, sevinc və səadət dolu illər arzulayıram.Dərin hörmətlə,
Rafiq ODAY,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
Respublikanın Əməkdar jurnalisti, şair-publisist -
SƏN MƏNİM ÜÇÜN QOVUŞUQSAN, DƏRƏLƏYƏZSƏN – VƏTƏNİMİN BİR PARÇASISAN…
Bu yazını sənin 70 yaşına, sonra isə 75 yaşına həsr etmək istəyirdim.
Əvvəl 70-ə, sonra isə 75-ə gecikdim. Qorxdum ki, 80 yaşına da gecikəm, ata!Mən Zülfüqarova Gövhər Kazım qızı, Qərbi Azərbaycanda zirvəsi qış-yay qardan ağappaq paltar geyən, bumbuz bulaqların dişgöynədən suyundan qurtum-qurtum içərək gərdənini çəkib qoynunda məskən salmış, özü kiçik, əks-sədası böyük, insanları məğrur, məğrur olduğu qədər də səmimi, mehriban, qayğıkeş olan, kəndləri təbii bir qala kimi qoruyan, başı “buluddan nəm çəkən Təkədonduran dağının ətəklərində, Dərələyəz mahalında dünyaya göz açdım. Körpələrə layla çalan zümzüməli bulaqların həzin duyğular oyadan kövrək nəğmələrinin sədaları altında, Qovuşuqda qovuşan çayların vüsal hıçqırıqlırını dinləyə-dinləyə, meşələrin, sevgililərin ürək pıçıltılarını xatırladan titrəyişindən doğan zərif xışıltısını duya-duya iməklədim, yeridim, dünyanı dərk etdim. Dağ çaylarının dəli nəriltisi yuxudan oyadıb, yay günəşinin qızmar şüaları yandırıb, sərt qışın şaxtası dondurub məni. Bəzən yaz səhərinin hənirtisinə oyanmışam, bəzən payızın çiskin yağışına düşmüşəm. Yaz səhərində üşümüşəm, payız axşamlarında bürünmüşəm, xəyallara dalmışam. Günəşin zərrin şəfəqlərini əks etdirən bəmbayaz qarın parıltısı səhərlər gözlərimi qamaşdırıb. Adamboyu qalxan qalın qarı yara-yara Qovuşuq kənd məktəbinə (ona “Dərələyəzin akademiyası” deyirdilər) getmişəm. Bəzən çaşıb ana dediyim Məmişov Elbəyi müəllimdən (Allah ona rəşmət eləsin) hərflərin sirrini, yazıların sehrini, Məmmədov Nəsrullah müəllimdən nağıllarımızın, bayatı və laylalarımızın, ümumilikdə isə dilimizin lətif şirinliyini, ecazkar gözəlliyini, atam Kazım müəllimdən dünyanın yaranmasını, varlığın əzəli insan rüşeymlərinin necə cücərib göyərməsini, çayların doğumunu, ölümünü, dağların vüqarını, Dərələyəzin relyefini əyani, Azərbaycanın sərhədlərini qiyabi öyrənmişəm. Adlarını çəkmədiyim və yaxud çəkə bilmədiyim bir çox müəllimlərimdən (onlardan üzr istəyirəm) əvvəli bəşər-insan, axırı şər-şeytan dünyanın dolambac yollarında azmadan, bacardıqca az büdrəyərək (büdrəməmək də mümkün deyil) irəliləməyi öyrəndim. Böyüdüm. Mirzəli oğlu İbrahim babanın kəlamlarından güc aldım. Kazım müəllimin şəxsində idealımı tataparaq, Həcər anadan qadınlıq nümunəsi götürərək, böyüdüm. Əmilərimdə (Əli, Məhəmməd) təmkin, qürur, ləyaqət, dayılarımda (Abbas, Həsən) qayğı, sevgi, məhəbbət gördüm. Abır, həya, ismət dərsini xalalarımdan (Zəhra, Şura) aldım, böyüdüm. Əmicanılarım Züleyxa böyüklük, ağbirçəklik, Maya saflıq, sadəlik verdilər mənə. Daydostularım Səkinə (Səhnə) şuxluq, Züleyxa təmizlik bəxş etdi, hərədən bir şey aldım, götürdüm. Böyüdüm… Böyüyə-böyüyə də gözümü açıb özümü müəllim gördüm.
Həmişə çalışmışam ki, ata, sənin kimi müəllim olum; sayılıb-seçilən, ləyaqətli, şagirdlərimin sevdiyi, hörmətlə yanaşdıqları, demək olar ki, həmişə yad etdikləri bir müəllim. Uşaqla uşaq, böyüklə böyük olan bir müəllim, özün demişkən, “uşaqlarla işləyən özü də uşaqlaşan” bir müəllim. Bir dəfə bərk həyacanlı idim.
Məndən soruşdun ki, nə olub axı? Dedim ki, məktəbdə yoxlama var, işlərimizi yoxlayacaqlar. Güldün, “bala, sən işlərini vaxtında gör, dərslərinə həmişə hazır ol, işinə məsuliyyətlə yanaş, ondan sonra yoxlama gəlmir, kim gəlir gəlsin” dedin. Sonra bir qədər düşündün və yenə də gülə-gülə: “məktəb ferma deyil ki, qoyunların əskik gələ, məktəb insan yetişdirir, onun tərbiyəsi ilə məşğul olur, şagirdlərə bilik verir. Məktəb elm ocağıdır. Qorxma bala, qorxma” – dedin.
Qəribə yanaşma tərzidir, bu fikirlər mənə bir növ rahatlıq gətirdi. İndi də hər dəfə “qonaqlarımız” olanda sənin sözlərini xatırlayıram və bu məni sakitləşdirir.
Çoxdan sənin haqqında nəsə yazmaq istəyirdim, hətta götür-qoy edirdim ki, Kazım müəllim haqqında yazım, yoxsa atam Kazım haqqında? Qərarlaşdıra bilmirdim, indi də dəqiq bilmirəm hansı haqqında yazıram, çünki bu iki şəxsi bir-birindən ayıra bilmirəm. Sən elə məktəbdə də, evdə də müəllim idin. Evdə üç qız (Gövhər, Mehparə, İradə) atası olduğun qədər də məktəbdə şagirdlərinin atası idin. Hərdən sinif rəhbəri olduğum 10 b sinfinə görə gimnaziyanın direktoru Nizami müəllim məni “danlayanda”, sən sinif rəhbəri deyil, uşaqlara analıq edirsən,- deyəndə mənə necə xoş gəldiyini bilsə idi, bəlkə də bu fikri başqa cür ifadə edərdi. Axı həmin anda özümdə səni görürəm, Kazım müəllim!
Ətraf kəndlərin bəzilərində orta məktəb olmadığı üçün uşaqlar internatda qalıb bizim məktəbdə oxuyurdular. O uşaqlara hər axşam baş çəkməsəydin, əyər-əskikləri ilə maraqlanmasaydın, rahat olmazdın. Onların valideynləri uşaqlarını sənə ümid edərdilər, sənə tapşırardılar. Sən əlaçı və yaxşı oxuyan, cəld və diribaş, bacarıqlı və qabiliyyətli şagirdləri xüsusilə sevərdin. Mənim əlaçı olmağımı elə istəyirdin ki, səni bundan məhrum etməyə mənim haqqım yox idi. var gücümlə oxuyurdum və qiymətlərimin hamısı beş idi. nəhayət orta məktəbi fərqlənmə atestatı ilə bitirdim. Üzərimdə əməyi olan bütün müəllimlərimə gec də olsa minnətdarlığımı bildirirəm, çünki onların qayğısı, diqqəti, sevgisi həmin uğurların əsasını təşkil edirdi.
Yaxşı yadımdadır, Bakıda ali təhsil aldığım illərdə bir çemodanım vardı. Kəndə gələndə qiymət kitabçamı həmin çemodanın üstündəki iri cibinə qoyurdum. Bilirdim ki, kəndə çatan kimi mənimlə görüşər-görüşməz bu kitabçaya baxacaqsan. Artıq düşünürdüm ki, əgər “5” yox, başqa bir qiymət alsam, mənimlə görüşməyəcəksən. Odur ki, gecəmi gündüzə qatıb oxuyurdum. Nəticədə oxumaqdan o qədər bezdim ki, sonuncu istəyini – institutda qalıb elmi işlə məşğul olmaq istəyini yerinə yetirə bilmədim. Daha doğrusu, yetirmədim. Bilsəydin ki, ömyüm boyu oxuyacağam, bəlkə də başqa cür olardı. Həyatda ən böyük istəyim səni sevindirmək idi, çünki sən sevinəndə mən səndən çox sevinirdim.
“Atamı nə üçün şagirdləri belə çox sevirdilər?” sualını özümə çox vermişəm. Hələ indi-indi anlayıram bunun cavabını. Sevgi sevgi gətirər, hörmətsə hörmət. Atam öz şagirdlərini çox sevdiyi, onlara həqiqi ata qayğısı ilə yanaşdığı üçün, özünü, adını-sanını düşündüyü üçün deyil, şagirdlərinin taleyini, gələcəyini düşündüyü üçün onu belə çox sevirmişlər. Keçmiş zamanda danışdım. Axı, elə dünənin bapbalaca, qayğısız, sanki sifətlərinə əbədi gülüş qonmuş körpələri artıq yetkin, ağlı başında ailə, müəssisə idarə edən şəxsiyyətlər belə, indinin özündə atama baş çəkir, hal-əhval tutur və bu gün də özlərini onun yanında şagird kimi hiss etdiklərini söyləyirlər.
Ömrünün yarısını məktəbə, dərsə, şagirdlərə həsr etmisən. Onun təxminən 35-40 ilə yaxın bir müddətini Qovuşuq kənd məktəbində, qalan 10-15 ilini isə burada – Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbdə keçirmisən. Orada da, burada da çoxlu müəllim dostların olub. Çox nadir hallarda günorta yeməyini tək yemisən. O vaxtlar mənə qəribə və hətta yersiz görünən bəzi hərəkətlərini (çox-çox üzr istəyirəm) qınadığım üçün (əlbəttə ki, ürəyimdə, yoxsa buna necə cürət edə bilərdim ki?) indi özüm-özümü qınayıram – bu dəfə isə aşkarda! Məktəbimizin yaxınlığında – Yunis dayı və ya Qasım dayıgildə təzə təndir çörəyi bişiriləndə ətri ətrafa yayılardı. O dəqiqə məktəbə bir bağlama çörək gələrdi, yağı, pendiri də yanında. Müəllimlərlə onu yeyərdiniz. Bir dəfə çəkinə-çəkinə: «Siz nə üçün xalxdan çörək alıb yeyirsiniz?» deyə soruşdum. Əvvəl diqqətlə üzümə baxdın, sonra dedin ki, bala, yadında saxla, çörək verən çörək almaqdan utanmaz. Hə, bir də o «xalx» dediklərinin biri qohum, o birisi isə kənd adamıdır. Uca tutsan. O da qohum çıxacaq!
Sən bu həyatda nələr görmədin, nələrdən keçmədin?! Qardaşını itirdin, elini, obanı, yurdunu, yuvanı itirdin, qaçqın, köçkün düşdün. Əyilmədin, sınmadın! Amma əmim Əlinin itkinliyi, qardaşın oğlunun bu dünyadan vaxtsız köçməsi səni bükdü, qocaltdı. Bu həyatdır, ata! Gülü ilə bərabər tikanı da var.
Nabat nənə sizi – üç oğlunu çətinliklə də olsa böyütmüşdü. Atasız böyüsəniz də gözü-könlü tox idiniz. Sən sonbeşik idin. Lakin Dərələyəzdə ağbirçək sayılan, tanıyanların hörmət, rəğbət bəslədiyi Nabat ana qətiyyən sizə haram çörək yedirtməmişdi. Sonralar özün də ailə qurdun, necə deyəərlər, ev-eşik sahibi oldun, sənin də qapından haram keçə bilmədi. Sən də övladlarını halallıqla böyütdün, haram yedirtmədin, harama öyrətmədin. Bunun nə olduğunu daha dərindən anlayıram. Sən bizə gözü tox, alnı açıq, qürurla yaşamağı öyrətdin, Ata! Çox sağ ol! Bu yaşında da şəfalı əllərinin zəhməti, bəhrəsi ilə dolanırsan. Heç kəsə ehtiyacın yoxdur. Olsa-olsa, diqqətə, qayğıya ehtiyacın var. Şükürlər olsun Allaha ki, qardaşının oğlanları, qızı səni çox sevir, tez-tez sənə baş çəkirlər. Nəvələrin bir başqa aləmdirlər. Sənin hər sözünü, hər söhbətini böyük maraqla dinləyirlər. Hamıdan çox səni istəyirlər. Qızlar – Səkinə, Nuray, Süsən, Züleyxa, Aytən hərəsi bir evin xanımıdır. Amma imkan olan kimi sənin yanına qaçırlar. Şirin gülüşləri ilə səni də sevindirib güldürürlər. Oğlanlar: Səbuhi, Orxan, Abbas. Məhəmməd bir sözünü iki etmir, nə desən baş üstə deyirlər. onların səndən görüb-götürəcəyi çox şey var hələ. Mən hələ kürəkənlərini demirəm. Azad qayının oğlu Oqtay şagirdin, Zülfüqar qardaşın oğlu olsa da, sənin qayğına necə də doğma övlad kimi qalır, hətta ərklə sağlamlığınla bağlı sənə irad da tuturlar. Xəyyam haqqında danışmaq məni üçün çox çətindir. Ona görə ki, ona qarşı hisslərim də çox qarışıqdır. Onu həm qardış, həm də ilk övlad kimi sevmişəm. bilirəm ki, siz də onda bir çox arzu və istəklərinizi birləşdirmisiniz. Mən həmişə istəmişdim ki, üç övladdan biri valideynlərinə münasibətdə atalarına, qohumlarını, yaxınlarını arayıb axtarmaqda Nabat nənəmə bənzəsin. Allah mənim dualarımı eşitdi. Xəyyam sizə görə hər şeydən keçər. Balaca Kazımın isə bütün varlığı ilə Kazım baba, Həcər nənədir. Sən bizim üçün bir nağılsan, bir əfsanəsən, Allahın sevdiklərinə verdiyi sevinc payısan, bizə qismət olmusan.
Dərələyəzdə Kazımla Həcər məhəbbəti Səməd Vurğun demişkən «Bir el nağılına dönmüşdü». Bu haqda hələ yeniyetmə çağlarımda eşitmişdim. Anamdan bir dəfə soruşdum ki, axı deyirlər bir-birinizdən ötrü dəli-divanə olmusunuz? Əvvəlcə bir nazlı-nazlı gülümsədi, sonra qaşlarını dartaraq «atan idi də» – dedi. Bəli, atam idi sevən də, sevilən də, sözünün üstündə durub istəyinə qovuşan da!
Mən həmişə səninlə fəxr etmişəm, səni dünyanın ən güclü adamı hesab etmişəm. Bu bir həqiqətdir. Hər kişinin işi deyildi ki, ucqar bir dağ kəndində üç qız böyüdüb, üçünə də təhsil vermək. Hərdən səninlə zarafat edirəm: «Mehparə qayının oğlunda. İradə qardaşın oğlundadır, mən yadda. Ona görə də onları daha çox istəyirsən» – deyirəm. Gülürsən (sənin çox gözəl təbəssümün var): «Övladlarını bir-birindən seçə bilirsən?» -sualını verirsən. Doğrudur, nə deyim ki?! Ata, sən heç vaxt idarə olunmamısan, heç idarə də etməmisən. Amma sözü bir dəfə demisən, bir dəfə. Ona görə ki, ikinciyə ehtiyac qalmayıb. Elə deyilən kimi də yerinə yetirilib. Bu sevgi idimi, hörmət idimi, yoxsa qorxumu? Mən bunu başa düşə bilmirdim. Amma, məncə, burda hər şey vardı: hətta qorxub çəkinmək də. Lakin daha çox sevginin, hörmətin təzahürü idi bu. Bunu tək mən demirəm, ata, səni sevənlər – dostların, yoldaşların, həmkəndlilərin, şagirdlərin, qohumların, hətta səni bir dəfə görüb tanıyanlar da deyirlər. Hörmətli şairimiz Məmməd Aslan səninlə ilk görüşündə demişdi ki, sən ipək kələfisən, kişi! Hərçənd ki, bu sözləri eşidən anam: «Onu bir də məndən soruşun» – demək istəsə də dinməmişdi. Axı, sən heç də həmişə ipək kələfi olmursan. Hərdən dağ çayı kimi daşıb çağlayırsan, hərdən düzənlikdən axan çay kimi sakit-sakit axırsan, amma o sakit axının altında nələr var, onu bir sən özün, bir də Allah bilir. Hər halda adın Kazımdır, bu isə ərəbcədən tərcümədə dözümlü, hövsələli, deməkdir. Bilirsən, bunu kim dedi? Balaca Kazım – adaşın (yanımda oturub yazdıqlarımı oxuyurdu və birdən dedi ki, bibi, babanın adının mənasını mən bilirəm, onu da yaz). Ata, hən hər halınla bizə əzizsən. Qızların bu günündə, bu yaşında sənə nə arzulasın? Ömür arzulayaq, ömrü Allah verir. Heç kəs bir ömürdən artıq yaşaya bilməz. Var-dövlət arzulayaq? Sən heç vaxt onun həvəsində olmamısan. Sağlam yaşamısan, sağlam ol! Dərd-sər səndən uzaq olsun və gülüşlərin dodaqlarından, təbəssümün üzündən əskik olmasın. Balaca Kazımla «savaşdan» ləzzət alırsan, Allah bu ləzzəti sənə çox görməsin:Ocağın közü, qoru,
İşıldar odu, qoru.
Gecələr yuxum gəlməz,
Allah, Atamı qoru.Kiçik bir haşiyə çıxmaq istəyirəm.
Ən xoşbəxt dəqiqələrimdə də, kədərli anlarımda da, nədənsə birinci növbədə zirvəsi buludların içərisində görünməz olan Təkədonduran dağını xatırlayıram. Sonra isə dağın zirvəsindən nəzərlərim yavaş-yavaş aşağı – Qovuşuq kəndinə enir. Həyatımın ən gözəl, xoşbəxt saatlarını yaşadığım bu kənd (heyf ki, vaxtında bunu anlamamışam) mənim üçün dünyanın dayaq nöqtəsi olub. Orada ilk yerişim, gülüşüm, körpəliyim, uşaqlığım qalıb. Arzularım kəkliklərin qanadında, səsim-ünüm çaylarının, bulaqlarının şırıltısında zaman adlı əbədiyyətə qovuşub. İndi xəyallarımda yaşayan kənd, sənə qovuşmaq müşkül məsələdir. Torpağının ətrini duymaq istəyirəm, gülünü, çiçəyini qoxulamaq. Qarın ağzı ilə göyərən otlarının dadını damağımda duyuram. Bəlkə də, bunlardır məni şagirdlər qarşısında bəzən saatlarla vətəndən danışmağa, gah kövrəlib, gah da dolmağa vadar edən hisslər. İnsan hər şeyin qədrini onu itirəndən sonra bilir. Sən mənim üçün Qovuşuqsan, Dərələyəzsən – vətənimin bir parçasısan, ata!
P.S. Bu yazını əslində sənə həsr etmişəm, Səni düşünərək yazmışam. Ancaq, deyəsən daha çox özümdən yazdım! Bağışla, ata!
Gövhər ZÜLFÜQAROVA
-
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov aqranomluq fakültəsinin birinci kurs tələbələri ilə görüşüb
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov aqranomluq fakültəsinin birinci kurs tələbələri ilə görüşüb.
Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətinin Gundelik.info-ya bildiriblər ki, bu dərs ilində aqranomluq fakültəsinə 212 nəfər tələbə qəbl olunub. Qəbul olunan tələbələrin 211 nəfəri Dövlət sifarişli, 1 nəfər isə ödənişli təhsil alır. Bu isə ötən illlərlə müqayisədə 4 dəfə çoxdur. Önəmli olan bir də odur ki, qəbul olan tələbələrdən 82 nəfəri qızdır.
Görüş zamanı rektor İbrahim Cəfərov deyib ki, sizin təhsil almağınız üçün universitetdə hər cür şərait yaradılıb. Əsas odur ki, yaradılan şəraitdən səmərəli istifadə edə biləsiniz. Ən vacibi dil biliklərinizi artırmalısınız. İndi istehsalat təcrübələrinin mahiyyəti də tam dəyişib. Tələbə həm nəzəri biliklərini sınaqdan çıxarır, həm də çəkdiyi zəhmətin qarşılığında əmək haqqı alır.
Görüşdə tələbələr çıxış edərək yaradılan şəraitdən razılıq edib, təklif və arzularını səsləndiriblər. Demək yerinə düşər ki, bu gün aqranomluq fakültəsinin 122 tələbəsi yeni istifadəyə verilən taş şəraitli yataqxanada yaşayır -
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə zərərvericilərə qarşı effektiv mübarizə üçün təlimlər keçirəcək
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə zərərvericilərə qarşı effektiv mübarizə üçün təlimlər keçirəcək.
Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətindən Gundelik.info-ya bildiriblər ki, , Nazirliyin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətliliyinin Gücləndirilməsi” Layihəsi çərçivəsində icra olunacaq təlim təklifləri Universitetdə keçirilən beynəlxalq elmi-praktik konfransda səsləndirilib.
“Aqrar elmin, ərzaq təhlükəsizliyinin və ətraf mühitin mühafizəsinin inkişaf etdirilməsi üçün beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olunan konfransda “Aqronomluq və aqrotexnologiya” bölməsində “Zərərverən orqanizmlərə qarşı İnteqrir Mübarizə” müzakirə edilib. Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitunun, Azərbaycan Dövlət Aqrar Universitetinin, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri mövzu ilə əlaqədar təqdimat ediblər.
“Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətliliyinin Gücləndirilməsi” Layihəsinin cəlb etdiyi beynəlxalq mütəxəssislərin araşdırma və təcrübələri yerli fermerlər üçün təşkil ediləcək təlim materiallarında istifadə ediləcək. -
Azərbaycan Dövlət Aqrar Universitində 8-ci beynəlxalq elmi-praktik konfrans başa çatıb
Azərbaycan Dövlət Aqrar Universitində iki gün davam edən beynəlxalq elmi-praktik konfrans başa çatıb.
Azərbaycan Dövlət Aqrar Universitinin mətbuat xidmətindən Gundelik.info-ya bildiriblər ki, yekun toplantıda universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov çixış edib və deyib ki, hesab edirəm bizim konfrans alındı və biz milliyyətindən asılı olmayaraq alimlərin bir araya gəlməyini və ərzaq təhlükəsizliyi, eləcə də ətraf mühitin qorunması kimi ən vacib məsələləri araşdırmağını sübut etdik. Bu olduqca yaxşı haldır və siz iştirakçıların hər birinə təşəkkür edirəm.
Konfransda iştirak edən və dünya miqyasında tanınan alimlər isə işin təşkilindən razılıq edib, Aqrar universitetin beynəlxalq konfrans təcrübəsini bəyəndiklərini söyləyiblər.
Sonda Azərbaycan Dövlət Aqrar Universiti ilə Namiq Kamal Universiteti arasında Türkiyə hökumətinin maliyyələşdirdiyi Mövlanə proqramı, Moldaviya Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq protokolu və müqavilə imzalanıb. -
Azərbaycan Dövlət Aqrar Universitetində keçilən ustad dərsləri də aktuallığına görə maraqla qarşılanıb
Azərbaycan Dövlət Aqrar Universitetində iki günlük davam edən 8-ci beynəlxalq konfrans ərəfəsində universitetin yuxarı kurs tələbələri, magistr və doktorantları, həmçinin gənc müəllimləri üçün keçilən ustad dərsləri də aktuallığına görə maraqla qarşılanıb.
Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətindən Gundelik.info-ya bildiriblər ki, ustad dərsini Tnmiryazev adına Rusiya Dövlət Aqrar Universitetinin Bitki mühafizəsi laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Fevzi Cəlilov keçib. Dərs müddətində “Bakterial fitopatogenlərin müasir diaqnostikasınin metodları və onlardan mühafizə” dən danışılıb, tərəvəz bitkilərinin fitopatogenlərdən qrunmasından söhbət gedib. Bildirilib ki, bir çox üsullarla yanaşı mübarizə məqsədi ilə bakteriofaqlardan da mühafizə məqsədilə də istifadə edilir və bu da müsbət nəticələr verir.
Aqranomluq fakültəsinin Bitkiçilik və bitki mühafizəsi kafedrasının müdiri dosent Qurban Məmmədov deyb ki, bu cür dərslər əslində dünya təcrübəsinin öyrənilməsi və müasir metodların təbii şəkildə işə tətbiqinə şərait yaradır. -
Gülnar SƏMA.”Ədəbi gəncliyimizin 2015-ci ildəki fəaliyyətinə bir baxış”
Çağdaş gənc yazarlarımız müasir ədəbi proseslərə yetərincə təsir göstərməkdədir. Bu baxımdan gənc yazarların 2015-ci ildəki ədəbi çıxışlarını fundamental şəkildə araşdırmaq olar. Hətta, araşdırmanı da bir neçə istiqamətdə aparmaq mümkündür. Bu yazıda aparılan bölgülər şərti xarakter daşıyır. Həm də məqalədə ən çox poeziya nümunələrinə istinad edilib.
2015-ci ildə “aybKitab” layihəsində gənclərin çap olunan kitablarına Könül Həsənqulunun “O zəminin sahili”, Rauf Qərib Alagözün “Silə”, Arzu Hüseynin “Sonu əlvida”, Ramil Əhmədin “Zaman tuneli”, Emin Pirinin “Tanrının kölgəsi” kitablarını misal çəkə bilərik. Bunlardan üçü haqqında yazım çap olunub. “Ramil Əhməd və ya “Zaman tuneli”ndə zamanı sıfırlayan şair” məqaləmdə onun şeirlərini bu cür ehtiva etmişəm: “Ramilin şeirlərində ən özəl cəhətlərdən biri də həyati müşahidələrlə bədii təfəkkürün bir araya gəlib özünü təsdiqləməsidir”. “Arzu Hüseynin içində yaşayan məsumluq” məqaləmdə onun şeirlərində gördüyüm özəlliyi belə təqdim etmişəm: “Suallar nə qədər ritorik olsa da, bir o qədər diqqət çəkəndir. Ac körpənin çörək eşqinin nə rəngdə olduğu ilə maraqlanmayan laqeyd insanların çoxaldığı dünyamızda Arzunun bu mövzuya belə həssaslıqla yanaşması təqdirəlayiqdir”. “Emin Piri “Tanrının kölgəsi”ndə” məqaləmdə isə qeyd etmişəm ki, “kitabdakı şeirlər mövzu baxımından rəngarəng olsa da, janr məhdudluğu ilə yadda qalır. Heca vəznində şeirlər sanki bir eksperiment olaraq kitaba salınıb. Lakin həmin şeirlər öz mükəmməlliyi ilə daha çox diqqəti çəkir. Şair sərbəst formada mümkün qədər yenilikçi olmağa can atıb”.
Yola saldığımız ildə gənclərin daha çox üz tutduğu məkanlardan biri də “kitabevim.az” oldu. Orada Rauf Qərib Alagözün “Silə”, Tural Turanın “Bələksiz qığılcım”, Elşad Baratın “310-cu otaq”, Vasif Zöhraboğlunun “Ömür bir günlük yuxudu” və s. kitabların təqdimatı keçirildi. T.Turanın kitabındakı forma hoqqabazlığı şeirlər oxunarkən adamı yorur, misraları qabaq-qabağa yazmaq oxucunun işini çətinləşdirməkdən başqa bir işə yaramır. Kitabın özəlliyindən biri əski türk sözlərinə üstünlük verilməsidir. Bununla yanaşı “Alt yazılı uşaq” şeirindəki kimi “Gözlərim P.S, yanağım diptont” tipli eksperiment sətirlərə də rast gəlirik. Onun şeirlərinin leytmotivini milli təəssübkeşlik təşkil edir.
E.Baratın “310-cu otaq” kitabında da sanballı əsərlər toplanmışdır. Onun “Anan kömək edə “ana” yazmağa Bir səhifə “ana” yazasan, Dərk etməyəsən yazdığını” – kimi səmimilik və təmizlik süzülən misraları çoxdur. Onun “Mən nə itirmişəm ki?!” şeiri xüsusilə ciddi düşüncələrin vicdanla söhbəti əsasında yazılıb. Kitabın adını daşıyan şeir tələbəlik xatirəsinə dönmüş bir eşqin gileyindən bəhs edir və maraqlı bir sonluqla bitir: “Amma mən bilirdim ki, sən mənə ərə gəlirsən, kəndimizə yox”. Onun vətəndaşlıq mövqeyi “Getməyə nə var ki, gedəndən sonra Körpəmin yad dildə dil açmağı var” misralarında əks olunub. Dilimizin necə yaşadılmasının qeydinə qalan Elşad şeirlərində qrammatik səhvlərə yol verir: “Mən sənəm, mən oyam, elə hər kəsəm” tipli uzlaşmanın pozulduğu cümlələrə bir sıra gənclərin yaradıcılığında rast gəlmək olur. Həmin gənclər bir yolluq qəbul etsinlər ki, bu cür təqdimatda dil qüsurundan başqa heç bir poetik tapıntı yoxdur. Amma “Bilirəm sən özün gələn deyilsən, Gülüm, heç olmasa yazığın gəlsin” misralarında heç bir nöqsan tapmaq olmur.
V.Zöhraboğlunun “Ömür bir günlük yuxudu” kitabında “Bu heykəl gözəli, bu daş gözəli Sevib tapınmaqdan bütpərəst oldum”, “Ya sən gecikmişdin o gün görüşə, Ya mənim saatım düz işləmirdi”, “Gülüm, ayağından şikəst sevginin, Əlindən tutsan da yeriyə bilməz”, “Bu dünyada soyuq daşdan, Evi tikilmiş adamam”, “Ayaq altda atılandan Xalça naxışı sevmədi” və.s tipli mükəmməl, obrazlı ifadələrlə zəngin misralar işlədilmişdir. Bununla yanaşı, Vasifin kitabında qafiyəsi, hecası yerində olan, içdən yazılan, lakin adi, sıradan şeirlər də var. Həmin şeirlərə “Sevirəm desən də”, “Qayıdarmı”, “İstədim”, “Gəl”, “Qayıt”, “Qədrimi bilmədin”, “Görüşəkmi”, “Yağış yağır”, “Ağlayacam” və.s şeirlərini nümunə göstərə bilərik. “Yatmağa həvəsim yoxdu qəbirdə” şeiri uzadılıb səkkiz bənd edilib, lakin cəmi iki yerdə nəsə bir yeni fikir nəzərə çarpır: “Ey insan, deyilsən sən özbaşına, Dünyanın Allahı, Peyğəmbəri var” və “Allahın yanında basdırın məni, Yatmağa həvəsim yoxdu qəbirdə”. “Yenə xatirələr düyünə düşdü” və “Xəyalım illərin gözünə düşdü” misralarında “düyün” və “göz” sözləri, “…Nə dinir, danışır, nə mən duyuram… Gənclik illərimi xatırlayıram” sətirlərində “duymaq” və “xatırlamaq” feilləri qafiyə deyil. Eləcə də, “Bir eşq ilə” şeirinin üçüncü bəndindəki “köksümə”, “bəxtimə” və “üstümə” sözləri qafiyə deyil. “Aparır” rədifli dörd bəndlik şeirdə kimin, nəyi, haraya, niyə, nə zaman apardığı anlaşılmır, şeirin mənası naməlum qalır. “Məqamın cənnətdir, hicablı qadın” deyən şairin ölkəsində qadınların əksəriyyəti hicab örtmür, görəsən, onların hamısı məhz bu səbəbə görə cəhənnəməmi düşəcək?! İlk kitab olduğundan nəzərə çarpan qüsurları aradan qaldıracağına inanırıq. Axı o kitabda sözün həqiqi mənasında mükəmməl bəndlərə də rast gəlirik: “Ay yaşıl geyimlim, ay yaz nəfəslim, Ömrümə gəlməyə bir az da ləngi. Ay vüsal həvəslim, sevgi həvəslim, Axı ayrılığın sarıdı rəngi”- bəndində ilk misradakı yaşıl rəngin son misrada necə poetikcəsinə saraldığını görürük. Həm də “ləngi” və “rəngi” qafiyələrindəki ənənəvilikdən qaçış da diqqəti çəkir.
Bunlardan əlavə 2015-ci ildə çap olunan kitablara Mətləb Ağanın “Yüzdə səksən”, Aybəniz Əliyarın “Qürubda günəş” və s. kimi kitablarını misal gətirə bilərik. Ötən il çap olunan kitablardan Aliyə Əsədovanın “Payız nəfəsi”nə AYB-də təqdimat keçirildi. Kitabda kifayət qədər uğurlu misralar yer alıb, lakin ümumilikdə şeirlərin məzmunu və söhbətin nədən getdiyi qaranlıq qalır. Amma xoşagəlimli sətirlər var: “dənizin sularını alaq əlimizə” misrasında həqiqi mənada dəniz suyunu ovcuna almaqla yanaşı, suyu ələ ala bilmək kimi frazem də özünü göstərir. Aliyənin yaşadığı bir şirin nağılı “hər şeyi özündən asılı edən boyunbağı”ya bənzətməsi də maraqlı alınıb.
Faiq Hüseynbəylinin “Yer üzü bir beşikdi” kitabına yazdığım məqalədə onun şeirlərinin bədii xüsusiyyətlərinə də nəzər salmışam: “Söz üstünə söz demədim, Dediyim söz sözü çəkməz”- fikrilərinin müəllifi, bu kitabında şeirlərini yazılma illərinə görə fəsillərə bölmüşdür. Açıq-aydın görünür ki, ildən-ilə şairin qələmində püxtələşmə gedir. “Sətir üstə yer qalmadı, Keçdim sətir altına. Sözlərimi xərcləsən, Gərək qalmaz altuna”- misralarından da gənc yazarın nizamisayağı sözə məsuliyyətlə yanaşmasının şahidi oluruq”. “Hətta, Faiqin şeirlərində yetərincə fəlsəfi yanaşmaların da yer aldığı bəllənir. “Bir udumluq xoş ömür dağların özü qədər dəniz səviyyəsindən uzaqdı”- fikrində, şairin yaşam fəlsəfəsinə öz mövqeyindən yanaşmasının nə qədər orijinal işlədilməsi ortadadır”.
2015-ci ildə çap olunan kitablara Vəfa Mürsəlqızının “Qağayı gülüşü”nü də əlavə edə bilərik. Bu kitabdakı şeirlərdən aydın olur ki, artıq Vəfanın qələmi yetərincə püxtələşib və özünəməxsusluq qazanıb. “Bu leyla gecəylə gəl vidalaşaq” misrasında gecənin qaranlığıyla Leylinin qarabənizliyi orijinal epitet yaratmışdır. Vəfanın “İsmin mənsizlik adlı Yeddinci halı varmış”, “Düşən alma deyil, sevgi bitəndə, Dünyanın başına sanki daş düşür”, “Hər cüt olan cüt sayılmır, Hər tək qalan Allah olmaz”, “Birinci görüşdə ağıl olmur ki, Sonuncu görüşü dərk eyləməyə” kimi bədii tutumlu fikirləri yetərincədir. Kitabdakı şeirlərdə yetkin bir qadın düşüncəsinin fəlsəfəsi əks olunub. Həmin düşüncənin fərqinə varmaq üçün “Bütün qadınlardan yüksəkdə durduğum nöqtə həmişə bir boy səndən alçaq olub”- sətirlərindəki ümumiləşməyə nəzər salmaq kifayətdir.
Ötən il gənc yazarların nəsr sahəsində də uğurlu kitabları işıq üzü gördü. Bunlara Nuran Gündüzoğlunun “Baal-Zevulun marionetləri”ni, Savalan Talıblının “Kitab”ını, Günel İmranın “Qapqara Günəş” povestini və Pərvin Nurullayevanın “Qadın olmaq” esselər kitabını misal çəkə bilərik. Pərvinin kitabı haqqında məqaləm belə yekunlaşır: “Yazılarda qəhrəmanların real yaşantılarına üstünlük verilməklə yanaşı, həmin talelərə gənc bir qadının bədii-fəlsəfi münasibəti də öz əksini tapıb. Pərvin xanım qəhrəmanlarının yaxşılığa yozumlanan üstünlüyünü ibrət kimi təqdim etməklə bərabər, çatışmazlıqlarından da dərs götürməyi aşılaya bilmişdir”. Mənim tərcüməmdə Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və sükut” kitabı “aybKitab” layihəsində nəşr edildi. Maraqlı və qəribə fakt odur ki, yalnız Günel Eyvazlının “Ədəbiyyat qəzeti”nin demək olar ki, bütün saylarında irihəcmli yazıları çap edildi.
2015-ci ilin Prezident təqaüdçüləri olan yazarların da sanballı əsərləri diqqəti çəkir. Yeqzar Cəfərli, Gülsadə İbrahimli, Şəbnəm Tofiq qızı, Elçin Aslangil və başqaları kifayət qədər fəal oldular. Bu təqaüdçülərin əvvəlki illərdəkindən özəlliyi bölgələrdən olan gənclərin üstünlük təşkil etməsi idi. Xüsusilə, AYB-nin Qazax zona filialının təmsilçiləri ilboyu özlərini doğrultdular. Ötənilki təqaüdçülərdən olub, Tovuzda yaşayan Mehman Rasimoğlunun “Könlüm məhəbbətin harayındadır” kitabı nəşr olundu. Kitabda “Bomboş çərçivəyəm- içimdə xəyal”, “Darıxmaq gör məni nə hala saldı! Gözümlə hər yerə səni düzürəm”, “Mən bəxti keçələm, sən qaravəlli, Üzündə gül açdı, dindi: “Ayrılaq”, “Asır gəlişinə gözümü yollar, İllərdi zəlildi baxışım necə!” və s. kimi uğurlu misralara rast gəlmək olur.
Təqaüdçü Rübabə Sahib daha çox mətbuatda publisistik çıxışlarıyla yadda qaldı. Onun şeirlərinin lirizmi özünəməxsusdur. “İtib dodağımın zümzüməsi də, Bahar yanağımın gül qəmzəsi də, Eşqimin ədalı əndazəsi də Ruhumda boğulub, yar, səssizəm mən”- bəndində Rübabə poetik əndazəni həm təkrarsız qafiyələrlə, həm də obrazlı deyimi ilə gözləmişdir.
Kəlbəcərli olsa da, Şəmkirdə məskunlaşan təqaüdçümüz Elməddin Nicatla Türkiyənin Qəhrəmanmaraş şəhərində keçirilən 18-ci “Dolunay” şeir şölənində ölkəmizi təmsil etdik. Onun “Sahibsiz yurd, mamırsız daş Hardasa gördümü sevir”- deyə təqdim etdiyi lirik qəhrəmanı “Namərdin yerə tullamır, Dolanıb mərdini sevir” – misralarıyla bizə daha yaxından təqdim edilir. Elməddin kimi kifayət qədər təcrübəli yazarın da şeirlərinə diqqət yetirəndə qüsurlar nəzərə çarpır. “Bu yağışlar yumayacaq, Bu ilki yaz toz içində” sətirləri nə qədər mükəmməldirsə, onun davamı olan “Hər kəs çölündən dolanır, Hər kəs batır öz içində” sətirlərində nə demək istədiyi aydın olmur, fikir çatmır. “Unut” şeirində qafiyələndirilmiş misralara baxaq: “…Unut başladığın yerdən” və “…Bu məhəbbət lap əzəldən”. Təbii ki, “yer” və “əzəl” söz kökləri qafiyə yaratmır. Bəzən isə səhvlərə qurban getmək dilin üzərinə düşür: “Biz ki, belə deməmişdik, Bəxt bizi gətdi oyuna”- misralarında “gətirdi” feili qurban verilir.
Ağstafada yaşayıb-yaradan təqaüdçümüz Rüfət Axundlunun “Başım üstə hər çalarlı buludlar, Sinəm üstə dağlarım var silsilə. Gözlərimdə donub qalan kadrlar, Baxışlarda sükunətli fasilə…” bəndindən də görünür ki, o, yeni fikir deməyə cəhd etməklə yanaşı, maraqlı qafiyələr də tapmışdır.. Digər bir şeirində “Sol çiynindən mələkləri, Yıxasan, rahat olasan” misraları da ilk baxışdan özünü gizləyən tapıntılarla zəngindir. Dini dünyagörüşə əsasən sol çiyindəki mələklər günahlarımızı yazır. Şeirin tapıntısı da odur ki, şair sadəcə “günah etməyin” çağırışına hesablanan fikirlərini günahları yazan mələklərdən xilas olmaqda görür. Yəni nə günah edin, nə də sol çiyninizdə mələk gəzdirmək məcburiyyətində qalın. Rüfətin şeirlərində bəndlərarası qırılmaz güclü əlaqə var. “Yuxarı” şeirində, doğrudan da, bütün proseslər əslində aşağıdan yuxarıya doğru hərəkətə uyğundur. Lakin bir bənddə “altdan yuxarı batmaq” məsələsində istiqamət dəyişir. Əslində, batan üstdən aşağı batar və ilk baxışdan elə görünür ki, “batır” sözü sadəcə digər bəndlərin qafiyəsinə uyğunlaşdırılıb. Batanda, təbii ki, ayaqlarımızdan üzü yuxarı batırıq. İlk əvvəl ayaqlarımız üzü aşağı gedir. Biz üzü aşağıya doğru getdikcə batma prosesi üzüyuxarı davam edir. Batmaq nəyisə aşağı aparırsa özü yuxarıya doğru can atır. O, özü yuxarı çıxmasa, batırmağa nail ola bilməz.
Qazaxda yaşayan təqaüdçümüz Taleh Mansur keçən il vətənpərvərlik layihəsini həyata keçirməklə bərabər, bədii yaradıcılıqla da məşğul oldu. Onun yaradıcılığında nəzərə çarpan əsas cəhət nəzmdən nəsrə kəskin keçiddə özünü göstərdi. Talehin dünyamızda 11 gün qonaq olmuş Fatimə adlı bir qızcığazın əziz xatirəsinə ithaf etdiyi “Ruh düzündə intihar” hekayəsi “525-ci qəzet”də çap olunub. Əsərdə ucuz araqdan içib, sanballı danışan yazar obrazı yaradılmışdır. Əsərin qəhrəmanlarını Taleh belə təqdim edir; “Zamandan fərqli olaraq Nəsib çox tez ailə qurmuşdu… Zaman ali təhsil alsa da, işləmirdi… Nə yaxsı ki, ömür-gün yoldaşı Şəfa kənd məktəbində müəllim işləyib, üç uşağı birtəhər saxlayırdı”. Taleh əsərin düyününü belə vurur: “Bir gün evə gələndə ömür-gün yoldaşı Şəfanın ilk məhəbbətinə yazdığı şeirləri yandırıb buxarıda cücə ütdüyünü görmüşdü…” Müəllifin fikrincə, insan faciəsi deyilən o idi ki, ömür-gün yoldaşın ilk məhəbbətinə yazdığın şeirləri yandırıb ac uşaqlarını doyurmaq üçün bişirmək istədiyi cücəni ütsün. Müəllif sanki yaratdığı obrazla bütövləşir, ikisinin də beynindən yer üzündəki bütün insanların başından keçən ən qarmaqarışıq fikirlər keçirdi. “Bu düşüncə seli onu dəhşətli dərəcədə narahat edirdi. Sanki Tanrı beynində qiyaməti məşq edirdi”. Bütün bu ağrıları yaşayan obraz bildiyi ən uzaq yerə- Ruh düzünə, arxın üstünə, ərik ağacının altına gəlir. Ömründə ilk dəfəydi ki, halqa düzəldib, intihar haqda düşünən Zaman sonunu elə ustalıqla yaxınlaşdırırdı ki, guya ömrü boyu bu işlə məşğul olub. Ömrünün ən xoş anlarında Əsmərin qollarında ölməyi arzulayan kişi bir ağacın budağında dünyadan köçdü.
Şəfa Vəli Gəncədə yazıb-yaradan təqaüdçülərdəndir. Şəfa ona göstərilən etimadı doğrultduğu üçün 2015-ci ildəki uğurlu fəaliyyətinə görə Gənclər və İdman Nazirliyinin mükafatına layiq görüldü. Onun “Ədəbiyyat qəzeti”nin yanvar sayında çıxmış “Ağarmış gün” hekayəsi “bircə dəfə onu öpməklə mələkliyini, saflığını itirmiş Sevda”nın taleyindən bəhs edir. Yazar bu hekayəsilə insan və zaman məfhumunu yeni biçimdə təqdim etməyi bacarmışdır. Şəfa bu əsərdə həm də milli düşüncəmizdəki kəsirləri qabarda bilmişdir. “Özlüyündə qət elədiyi bir qərar vardı ki, əgər bir qız, bir oğlandan ötrü ölməyi gözə alırsa, deməli, o heç də yaxşı qız deyil…” Hekayədə tapa bilməyəcəyimizə əmin olaraq itirdiklərimizin təəssüfü ustalıqla işlənmişdir. “İndi isə… İllər sonra başqa cür düşünürdü… Heç kəs onun uğruna heç nədən keçməmişdi. Heç kəs onun üçün bir də qayıdıb mələk olmamışdı”. Sevdiyi qızın imzasında öz adını – Sevda Turan – bilən oğlan infarkt keçirir… Nəsriylə yanaşı “Ağlasam, özüm oluram, Güldür, olum istədiyin” kimi misraları olan şeirləri də var. Qoyulan şərtə qarşı ehmalca öz alternativini irəli sürür. Əgər güldürüb istədiyinə sahib ola bilmirsənsə, ağladıb özündən çıxarmaq da lazım deyil. “Şəfa Vəlinin şeirləri haqqında” yazısında Qəşəm Nəcəfzadə onu belə xarakterizə edib: “Öz xarakterinə uyğun dostları var, Elçin Aslangil, Gülnar Səma, Elməddin Nicat, Səadət Ələkbərova, İntiqam Yaşar və başqaları… Bir sözlə, Şəfa və onun komandası Azərbaycanda mini poeziya festivalları keçirirlər”.
Prezident təqaüdçüsü olan Orxan Camal daha çox Cavidan imzasıyla yazmağa üstünlük verdi. Onun “Allah” rədifli qəzəlində məzmun mükəmməlliyi “aləmləri, yeri, hikmətləri, sirləri, batinləri, Peyğəmbəri, sərvəri, kimləri, əjdərləri, şairləri” qafiyəsiz qüsurları ört-basdır edə bilmir. Hecada yazdığı bir sıra şeirlərində obrazlı ifadələrə rast gəlinir: “Mənim ürəyimi verəydi Allah, Sənə bircə günlük bir əzab kimi!”, “Soyuq baxışlardan üşüyürəm mən, Mənimçün gözlərin qarlı uçurum!” Orxan həm də qələm dostları haqqında fikirlərini mətbuatda işıqlandırır.
Ramil Mərzili Ağdamın Mərzili kəndindən olsa da, başqa bir kəndində müvəqqəti məskunlaşan təqaüdçüdür. “Bir sozalmış ümid idi içimdəki həsrət yüküm, Qəm hopdurdu varlığıma əlçim-əlçim, büküm-büküm” sətirlərində özünəxas ölçü vahidiylə dərdini ölçür. “İndi də həsrətlə sınağa çəkir, Bilmirmi bu eşqin közüyəm, Allah?!”- sətirləriylə başlanan şeir uğurlu alınıb. “Yorğun kirpiklərim səlis dərzitək, Nəmdən libas tikir yanaqlarıma” və ya “Gündüzləri dünyanın dörd bir yanın dolaşan, Dərdlər mənim qəlbimdə gecələyir, deyəsən”- fikirlərindən də məlum olduğu kimi Ramil dərdlərinə qarşı son dərəcə həssasdır: “Ayaqlarım altında məni göyə qaldıran kədər yatır bir yığın…” və ya “Çatdan ehtiyatlı ol, sol küncdə bir balaca sevinc var, ona sığın…” misralarının işləndiyi şeirin forması da məzmunutək maraqlıdır.
Əvvəlki illərin təqaüdçülərindən olan Günay Ümid, Sevinc Yunuslu, Afət Viləşsoy və s. yazarlarımız da passiv olmadılar. Afətin ilk sətirləri “Sən Allah adamı, mən “şeytan” qadın, Mən çatan muradın atı ölümdü”, son misraları “Sənlə yaşamağın “adı yoxdu”sa, Sənsiz yaşamağın adı ölümdü…” olan şeirindən də bəlli olduğu kimi o, yetkin bir qələm sahibidir. Dediyimizin təsdiqinə “Göz qırpmır taleyin oyunlarına, Axırda ömürlük uyuyur adam”- kimi xeyli nümunələr göstərə bilərik.
AYB Gənclər Şurasının sədri Elşad Ərşadoğlunun şeirləri həmişə xüsusiliyi ilə seçilib. “Ayrılıq – ölümün məsdər forması” şeirindəki tapıntılar da buna sübutdur. “Ağ saç kölgə salmaz üz ağlığına, İllərin, zəhmətin gücünə çıxır. Nəsə, görmədiyi günlərin rəngi, Get-gedə adamın saçına çıxır” – misraları da həmin şeirdəndir. Onun adamların var oluşuna da münasibəti özəldir. “Ondandır ağlaya-ağlaya gəlir, Dünyadan kiriyib gedir adamlar”. Həm də həmin adamların yaşam tərzini də diqqətdə saxlayır: “İnsafınız olsun, tərif edənlər, Görmürsüz, əriyib gedir adamlar?” misralarında insanların xarakteristikasını verir. “Savaşda hamı uduzur, Fərqi yox, qələbə filan Çalan boş şeydi, boş şeydi…” fikirləri də özünəməxsusluğuyla seçilir. “Bir kişi var idi…” şeirini əlləri zəhmətin xəritəsi olan babasının xatirəsinə həsr edib. Şair qəhrəmanını belə təqdim edir: “Dastan, nağıl, bayatılı sinəsi Akademiyanın Folklor İnstitutu qədər zəngin kişi…”
Özünü təsdiqləmiş imzalardan biri də Fərid Hüseyndir. Onun şeirləri fəlsəfi düşüncələrinin obrazlı şəklidə ölçü-biçimsiz nümayişidir: “Vicdan artdıqca insan ancaq öz günahlarını xatırlayır, günahlar xatirəyə çevrildikcə, xoşbəxtlik qaçır içindəki “müharibə ölkəsi”ndən”. Onun dastan təfəkküründən qaynaqlanan, lakin modernizmə istiqamətlənən fikirləri də var. “Xatirələrin düyməsini açanda od tutur keçmişin və indin yanır, gələcəyin kül olur…” Terrora “ithaf” edərək yazdığı şeirdə şair qlobal bir mövzunu fərdi süzgəcindən keçirir. “Tələsik yaşamaq lazımdı – Ölüm vaxtını irəli çəkiblər, əcəl saatını dəyişdiriblər Əzrailin…” “1937-ci il, NKVD-də Fərid Hüseynin müstəntiqə dedikləri” maraqlı tapıntılardır. “İfşa edirəm özümü: xatirələrim gündəliklərimə xəbərlədilər gördüklərini”. Lev Tolstoya ithaf olunan şeirində yazır: “Bizə yeriməyi öyrədirlər ki, hər kəs öz ayağı ilə getsin ölməyə”. Onun “Yalan”ı da həqiqəti çatdırır: “Radioümidlər verdilər bizə. Bir gün qandıq ki, səadəti vaxtı dəyişdirilən veriliş kimi gözləmişik”.
Hafiz Hacxalıl imzası da artıq özünü təsdiqləmiş imzalardandır. “Bu dərd mizrablıq yox, təzanəlikdi. Axı bu baharda təzə nə var ki” şeirində bu baharın ağaclarının sərxoş, havalı, çiçəklərinin Leyli misalı, dərdinin bir kəlməlik, bircə misralıq olması da onu təzələyə bilmir və sonda məlum olur ki, “Baharı gözləmir yurdsuz adamlar”. Hafizin “Kəndimizə” şeirində də bir yanğı var. “Göz yaşımın dağıtdığı, Bənd var, İlməzli adında”. Burada bənd həm şeir bəndi, həm su bəndi-bərəsi kimi anlaşıla bilər. Hafizin məcazları da təkrarsızdı; “Gözlərin ac yarğan kimi, Gözləyər, atılım ölüm”. Əsas fikir odur ki, sənin gözündən düşmək mənə ölümdür. “Xoşbəxtlik” şeirində “Ay ata yavrusu, ana quzusu, Qulun qul içində azadı olmur” fikirləri bənzərsizdir.
Gənc yazarlar içərisində Səxavət Sahilin də imzası seçilir. Onun narla İsanı əlaqələndirməsi və bu mövzuda silsilə yaratması uğurlu alınıb. “Yarpaqları tökülən nar budağında yetim qalıb quş yuvası, İsanın başındakı tikanları xatırlayıram”, misralarıyla başlayan şeiri bizə İsanın əllərini, İsanın göylərə dikilən gözlərini, İsanın sözlərini xatırladır. “Nar ağacının ölüm rəqsi”ndə “Çiçəkləmiş nar ağacı rəqs eləyir qara yelin mahnısı üstə, oynatdıqca budağını küləklər, şabaş kimi səpələnir çiçəklər”. “Ave Maria”da isə əslində narın öz edəcəklərini guya şair öncəgörən kimi ona əvvəldən xəbər verir. “Budaqların gül açacaq, böyüyəcək, nar olacaq. Yaşıl-yaşıl yarpaqların arasında bar olacaq”. “Nar qız”da deyilir ki, “Çoxillik nar şərabı kimi məni məst eləyən nar qız, gör nə vaxtdır sərxoşam ayılmadan, ölürəm artıq, məni torpaq gözləyir”.
2015-ci ildə Gənc Ədiblər Məktəbinin məzunlarının da əksəriyyəti bölgələrdən idi. Bunlara Pərvanə Nizaməddini, Elnarə Nuru, Ruslan Dostəlini və s. münunə göstərə bilərik. R.Dostəli həm də AYB-nin üzvü olan istedadlı gənclərdəndir. Ötən il o, Qazaxıstanda təhsil almağa başlasa da, möhkəm xəstələndi və bu xəstəlikdən də şaircəsinə bəhrələnməyi bacardı. “Bir şair var, qələm nədi, Üstündə dərman gəzdirir…”, “Sənədlərimi vermişəm “Ağ ciyər” İnstitutuna…” misraları da beləcə yarandı. Onun şeirlərində sözlə zarafat üstünlük təşkil edir. “Sənə bircə dəfə, “sevmirəm”, dedim, o da ki, “aldatma günü”nə düşdü…”. “O… “iyirmi faiz” nə boydadırsa, Bu xalqın o boyda davası çatmır..! Biz dağa qaçırıq hava almağa, Şuşada dağların havası çatmır..!”, “Üzü qırışan bayrağım, təki belin bükülməsin!!!” fikirləri onun vətən ünvanlı düşüncələrini əks etdirir.
Ötən il Dünya Gənc Türk Yazarlar Birliyinin ədəbiyyata xidmət edən layihələri də yadda qalan oldu. Həmin təşkilatın yaradıcı gənclərindən olan Əfsanə Ələsgərlinin nəsri də maraqlıdır. Onun “Ümid” hekayəsi müharibə mövzusunda daha bir detalı ortaya qoyur. Dəyanət adlı çılğın və cəsarəti ilə seçilən döyüşçünün həyatı örnək gətirilir. Döyüşlərin birində onun başına belə bir hadisə gəlir. “Qəfildən ayağı nəyəsə ilişdi… gəlincik idi. Ancaq ağ paltarı qırmızı damcılarla dolu idi. Damcı ləkələrinin izi qonşu otağa kimi yol alırdı. Təxminən, beş-altı yaşlı qızcığaz gəlinciyindən uzaqda həyata əlvida demişdi”. Bunun ardınca Əfsanə müharibənin dəhşətini ifadə etməyə cəhd edir: “…ağzından vurularaq çarpayının yanında yerdə gənc qadının cəsədindən başqa bir şey görə bilmədi. Birdən çarpayının altından bir qaraltı gözünə dəydi. Üstü güllü qadın koftası hərəkət edirdi.”
Dəyanət “hərəkət edən güllü koftanın” altından sağ qalmış bir uşaq tapır. Özü ölsə də, körpənin sağ qalmasına çalışır. Gözlərini əbədi yummağın bir addımlığındakı Dəyanətin qucağındakı körpənin imdadına bu dəfə Fərhad yetişir. Dəyanət “Ümid sizə əmanət”- deyib gözlərini yumur. Hadisələrin bundan sonrası Ümidin müdavim olması, içindəki cavabsız “mən kiməm?” sualıyla çarpışmasıyla oxucuya təqdim olunur. Lakin, müəllif demək istədiklərini saçları ağarmış polkovnik-leytenantın diliylə verir: “Kim olursunuz, olun, bu torpaqda doğulub boya başa çatmısınız. O torpağı da qorumaq sizin işinizdir!”
“DGTYB”-nin Şəkidə yaşayan aktiv üzvlərindən olan Tural Adişirin də keçən il fəal yazarlardan olub. “Biləsən tülkünün bəyliyi haçan, Biləsən nədəndi bu olacaqlar” misraları klassik ustadnamələri xatırladır. Turalın bir bəndinə nəzər salaq: “Qardaş irəlidi axı, qarından Axı bu dünyada ağ elə ağdı. Adam var doymadı yerin varından, Ucalıb göyün də südünü sağdı” bəndinin ilk misrası “qarın qardaşdan irəlidir” atalar sözünü yada salır. Lakin atalar sözünün əksinə olaraq qarına yox, qardaşa önəm verilir. Son misradakı “ucalmaq” sözü isə çaşqınlıq yaradır. Adətən, bu sözü müsbət mənada işlədirik, lakin verilmiş nümunədə sözün kinayəmi, yoxsa həqiqi mənadamı işlədildiyini ayırd etmək olmur. “Mən bir vaxt gözümü torpağa sıxdım, Yerində bənövşə bitmədi ancaq”, “Elə ağaclarıq, höyüş yanarıq, Dünya yığışsa da yanmaz qurumuz” sətirləri onun yaradıcılığı barədə təəssürat yaradır.
Fuad Cəfərli də DGTYB-nın istedadlı gənclərindəndir. “Dəqiq xatırlamıram, Bircə onu xatırlayıram ki, Onlar adamlıqdan, mənsə işdən yeni ayrılmışdım”- fikirləriylə yeni bir ayrılıq növü gətirir poeziyaya. “Növbəti yoxluq” şeiri adi monoloqdur, kəsəcə, demək istədiyi budur: “Daha nifrətdirsə nifrət etmək, sevməkdirsə, sevmək istəyirəm”. “Saman Çöpü” şeirinin mahiyyəti buradadır: “Atam deyir ehtiyatlı ol, oğul, batan saman çöpündən yapışar. Daha atam bilmir ki, məndən heç kim yapışmaz”. “Etiraz edirəm” şeirində də yeni nəfəs var: “Etiraz edirəm, möhtərəm hakim, etiraz edirəm! Biz böyük olmaq üçün böyümək istədik, daha kiminsə, nəyinsə qarşısında kiçilmək üçün deyil”. “Sabahın şeiri” çox maraqlı bir məntiq üzərində qurulub. Şeirin əvvəlində məlum olur ki, onun şair olacağına heç kim inanmırmış. Amma Fuad bu faktı çox orijinal bir bənzətməylə verir: “Üç rəngli bayrağım kimi o yoxluğun içində yenidən ucalacağıma”, “Yalnız biz inanırdıq vətənin azad, mənimsə şair olamağıma”. Deməli, bir zamanlar üçrəngli bayrağın ucalmağına, vətənin azad olmağına heç him inanmırdı, amma illərdir ki, biz artıq bu reallığın içində yaşayırıq. İndi də “Vətənimizin bütün, mənimsə şair olmağım üçün arzularımızı qurban elədik. Heç kəs inanmırdı, Nə atam, nə anam, nə də kürək-kürəyə verib savaşdığım dostlar, heç kəs…” Lakin yazar düşünür ki, ağlagəlməz inanılmazlığa da həmin məntiqlə yanaşsaq, bir gün bu da həqiqət olacaq.
DGTYB-nin üzvü olan Ruslan Nadirin də qələmində fərqlilik nəzərə çarpır. “Açılan sabahlara ümid bağlayarsan, o sabahlar ki, hər açılanda ömründən bir gün qoparar.” Onun “Mən Türkəm” şeiri pafosuyla yanaşı milli qürur örnəyi kimi də özəldir. Bundan əlavə “Qaranlıq gecələrtək, Gözümüzdə qaralıb. Günah hörümçək kimi Bizi toruna salıb” sətirləri Ruslanın özünəməxsus təfəkkür tərzi olduğundan xəbər verir. “Ana” şeirində anasızlığın ağrıları əks olunur; “Uca dağ başında qar olar demə, Başımın daşında qar dağa dönüb. Arabir başıma tumar çəkən yox, Bilmirəm dirilər harada ölüb?!”
Cahandar Aybər də DGTYB-nin fərqli imzalarındandır. “Kişilər alırsa hələ qadını, Deməli, qadınlar kölədi hələ” düşüncələri insan azadlığının buxovlarını qırmağa əsaslanır. Cahandarın dünyəvi fəlsəfəsinə müasirlərinin heç birində rast gəlinmir: “Bu dünya Tanrının beyni-başıdı, Biz onun fikrindən keçirik hələ…” Yaradanla yaradılan fəlsəfəsinin bu cür dərki bir gənc üçün tükənməyə gedən yolun sonunun görünməsi təhlükəsi də sayıla bilər. Və ya “Balıqlar yaşamır sularda, Hava haram edilib, haram, Sularda əbədi boğulmaq, Cəza kəsilib balıqlara” fikirləriylə balıqların suda yaşamağını onların suda boğulmağı adlandırmaq düzgün deyil. Gənclik havasının başında dolandığı bir vaxtda sevgidən şeir yazan Cahandarın bu mövzuda da qəribəliyi diqqət çəkir: “Yalan olar sənə doğmam demək də, Hansı ana bir cüt sevgili doğdu?! Bütün sevgililər yaddı, ögeydi, Dünyada bir doğma sevgili yoxdu”. “Tarixdən 5-6 kəlimə” şeiri isə həm formaca, həm də məzmunca “hoqqa ədəbiyyatı” nümunəsidir. Ola bilsin ki, nə vaxtsa bunu da yenilik kimi qəbul edəcəklər: “Yadıma gəlir 838-ci il martın 14-ü… Babəkin başının necə kəsilməsi, başsız bədəninin uca bir ağacdan necə asılması…”
Zaur Sahil də DGTYB-nin seçilən imzalarındandır. “Unutmağa gəlmişdim, Unutmağın adı yox” – deyən gənc şair burda qəribə qanunauyğunsuzluqdan bəhs etmək istəsə də, uğurlu manevr etməyib. Çünki, unutmaq insanın ruh halının elə bir hadisəsidir ki, onu adlandırmaq üçün bütün sözlərdən istifadə etmək mümkündür. Həmin bəndin son iki misrasında isə Zaur Sahilin poetik tapıntısı nəzərə çarpır: “Kədərini nuş etdim, Kədərinin dadı yox”. Buradakı əlamət- dadsızlıq özü kədərin ən gözəl ifadə formasıdır. Başqa bir şeirində də gənc müəllifin kədər-sevinc təzadında azdığının şahidi oluruq: “Mən elə kədərlə çox xoşbəxt idim, Nədən sevinc ilə sevindirirlər?”
Sevil İşığın da yaradıcılığında hər günün sabaha açılan ümid qapısı var sevgi adında: “Səhəri açıram gülüşlərinlə, Gecələr gözünün qarasındadır. Sən harda olursan ol, mənim üçün, Yaşamaq dünyanın orasındadır”. Həyata bu qədər sevgiylə tutunan bir gənc qızın lirik obrazı da nümunə sayıla biləcək bəşəri duyğuların tərənnümçüsüdür: “Tanrının ən gözəl yaratdığısan, Sənə heç bir adı qoya bilmirəm”. “İstəsən, ömrümün dar ağacı ol, Səndən asılmaq da etibarlıdır”, yaxud “Mənim ürəyimin sahibi sənsən, Evin yiyəsindən qonaq olarmı?”- misraları isə Sevil İşıq yaradıcılığının hazırkı dönəmdə ən “bəzəkli” forması sayıla bilər.
Sərvər Kamranlının şeirlərində ən maraqlı cəhət heç vaxt ağıla gəlməyəcək iki nəsnəni qarşılaşdırmağı, yaxud eyniləşdirməyidir: “Sevib-sevilənlər yaxşı yanırlar, Gəl yanaq, isinsin dünyanın canı”-deyimində bu fərqlilik göz önündədir. “Gözündən boylanır sözlü baxışlar” misrasında onun poetik dünyasına boylanmaq olur. Sərvərin yaradıcılığında kiçik bir nüans vardır ki, onu Nofəl Ümid, Şahanə Müşfiq və Qoşqar Qaraçaylının da yaradıcılığına şamil etmək mümkündür. Bu, onun bir gənc kimi fikirlərini həyatımıza daxil olan yeni deyimlərlə oxucusuna çatdırmaq cəhdidir.
Çinarə Ömray nəsr sahəsində kifayət qədər özünü təsdiqləmiş yazarlarımızdandır. Onun “Bir cüt ayaqqabı” hekayəsinin sayəsində yaradıcılığıyla tanış olmağa cəhd edək. Yazıçı öz qəhrəmanını, yəni Gözəli bəri başdan diqqət hədəfinə çevirir: “Gülüşlərində qəribə bir qəddarlıq, kin var idi”. Cismən 16 yaşında olsa da, mənən çox qoca sayılacaq Gözəlin ailəsinin təqdimatı da yazıçının dilindən verilir: “Ailədə anası, özü və özündən böyük iki qardaşının olduğunu da bilirdim”. Baş qəhrəmanın oxuculara təqdimi hadisələrin məktəbdə cərəyan etməsi ilə başlayır. Şagirdlərə tapşırılan “Valideynlərim” adlı inşa yazısını müəllim Gözələ geri qaytarır, təkrar yazmasını istəyir və tapşırır: “Yazına bir az sevgi qat”. Gözəl inşasını əsl ruh adamı kimi yazır. Onun atası haqqındakı xatirələri bir cüt ayaqqabıdan o yana keçmir. Atası dünyadan köçdüyü vaxt yolun ortasında qalan bir cüt ayaqqabı uşaq təxəyyülündə gah suallar yaradır, gah da müxtəlif sualların cavabı olur. Niyə nənəsi ucadan çığırır, acıqlanırdı?, niyə atası “rəhmətə ayaqyalın gedib”, niyə anası atasının ayaqqabısını evə gətirmədi? – kimi sualların ardınca onun dərk etdiyi acı həqiqətlər də vardır. Gözəlin valideyn sevgisindən məhrumluğu onun mənəvi fəlakətinin səbəbi kimi izah edilir və səbəbin doğurduğu nəticə daha böyük faciədir. Gözəlin ruhi vəziyyəti belə canlandırılır: “Sevdiyim bütün oğlanlardan da məni bir dəfə qucaqlamalarından sonra ayrılıram. Ən böyük arzum bir gün öz gücümə, öz pulumla o bir cüt ayaqqabını alıb, elə həmin gün də rəhmətə – atamın yanına getməkdi!” Çinarə Ömray hekayəni də gözlənilməz sonluqla bitirir, müdir Gözəl Yusifzadənin inşasının 1-ci yerə çıxdığını bildirir. Səhərisi isə metronun yaxınlığında qucağında bir cüt ayaqqabı olan qız meyidi tapılır- Gözəl qucağında ayaqqabı intihar edir.
Fərrux Rəhimli də gənclər arasında seçilən yazarlardandır. Çünki Fərruxun bir şair kimi tapıntıları, bənzətmələri adət etdiyimiz ifadələrdən çox uzaqdır: “Ürək döyünməyi bəzən unudur. Bu qədər həsrətə dözəmməz axı”, “Mən gərək yollardan çəkim gözümü, Sevgi limanının növbəsi olmur. Nahaq aldadıram özüm-özümü, Sevən ürəklərin tövbəsi olmur”. Fərrux Rəhimlinin vətənpərvərlik ideyası isə daha inamlı və sarsılmazdır: “Əfsanə deyildir Turan söyləmi”.
Ulucay Akifin şeirlərində bir genetik yaddaş qorunur: “Sən hardan biləsən ağlamaq nədir, Sənin çəmənlikdə qaçan vaxtındır. Sevgi kitabını bağlamaq nədir, Sənin o kitabı açan vaxtındır”. Bu misralarda onun bəşər övladının “vücudnamə”sinə işarə etdiyi görünür, “sevginin də öz vaxtı var” kimi əski dünyagörüşün tərənnümünü izləyirik. Lakin Ulucayın daxilindəki şair qeyri-müəyyən fikirlidir. Bunu da onun özünün gənclik çılğınlığı ilə izah etmək mümkündür. Məsələn, o, “Redaktə edə bilmədiyim hisslərim”də niyə və nədən yazdığını qəribə bir üsulla açıqlayır: “Qalaq-qalaq şeirlər Səpələsəm də ayaqlarının altına, Bir telinə dəyməz ədəbiyyat, bilirəm. Sən olmadıqdan sonra şeirlərin canı cəhənnəmə… Bircə “sevirəm” sözünə görədir Bu qədər şeir yazmağım…”
Aqşin Evrən yaşıdları arasında kifayət qədər qəbul olunan imzalardandır. O, “Unutmağın resepti”ndə nəhəng ayrılığın qoyulmağa yeri olmadığından söz açır. Onun düşüncəsinə görə bir atom bombası siqaret yandıraraq qızılı dişlərini qabardıb tüstüsünü səmaya üfürər. O, Gündəlik həyat tərzimizdəki adiliklərin əslində özünəməxsus genetik yaddaş olduğunun fərqindədir: “Pensiyasını corabına qoyan sonuncu nənə də öldü, Daha pulun da dadı-duzu qalmadı…” Aqşinin şeirlərində avtobioqrafik təqdimat güclüdür. “Uşaqlığımı oraya – ilk dəfə meyvə oğurladığım nar ağacına bağlayıb qaçdım, Dalımca ağlayıb dabanlarını “Yer”ə döydü uşaqlığım…”, “Mən parfüm vitrinlərində axtarmışam ana qoxusunu”, “Torpağını bütöv saxlamaq üçün əlinin yarısını itiribmiş atam”,- kimi fikirlər gənc şairin yaradıcılığında de-şifrə edilmiş genetik yaddaşdır.
Əsasən bölgələrdə yaşayıb, püxtələşməkdə olan Nəbi Hüseyni, Məhəmməd Mehdixanlı, Turanə Turan, Günel Bayramsoy, Əli Namazov, Toğrul Kərimli, Eşqin Abdullayev, Bəhruz Xəlil, Məhəmməd Turan, Elvin Nəsirli və.s yaradıcılıqlarında da nəzərə çarpacaq qədər irəliləyiş vardır. Aysel Abdullazadə və Anar Əlizadənin yazılarındakı fərdi üslub gözləntiləri onların ədəbi mühitdə fərqliliyi hesab oluna bilər. Tural Cəfərin şeirlərində də püxtələşməyə meyli göstərən məqamlar vardır. “Şahidi olaydı bu sevgimizə, Fevralın sonuncu kövrək səhəri”- sətirlərində vaxt naməlumluğu vardır. Axı, fevral ayı üç il 28, dördüncü il isə 29 gündən ibarət olur. “Titrək baxışlarla baxaydın mənə, Yanağın olardı dan yeri kimi”- misralarında işlədilən təşbeh uğurludur.
2015-ci ildə gənc yazarların yazılarının elektron mətbuatda davamlı işıqlandırılmasında da gənc imzaların xidmətləri oldu. Bignews.az-da Əntiqə Səməndər, 2015-ci ildə fəaliyyətə başlayan manera.az-da Şəhla Aslan, yenibaxis.az-da Aysel Abdullazadə və senet.az əməkdaşları müasir ədəbi imzaların tanınmasında və yazılan hər əsərin müzakirəyə təqdim olunmasında köməklərini əsirgəmədilər.
Göründüyü kimi, 2015-ci il gənc yazarların yaradıcılığında müəyyən uğurlu mərhələ kimi qiymətləndirilə bilər. Bu mərhələnin belə yüksələn xətlə inkişafı isə, əlbəttə ki, AYB-nin gənclər siyasəti və AYB-nin Gənclərlə İş üzrə Katibliyinin gənclərə dəstək olmasıyla bilavasitə əlaqəlidir. -
“Bilik günü”
Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir: ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Bu, bir həqiqətə – Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması həqiqətinə söykənir.
Bilik günü — Azərbaycanda məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdirTarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir.
Bu haqda Hz. Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhabələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən “Mənə bir hərf öyrədənin köləsi olaram ” demişdi.Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Yusif Məmmədəliyev kimi yüzlərlə alim və filosovlar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.
15 Sentyabr ölkənin bütün məktəblərində ilk zəng səsləndi. Bir neçə aylıq fasilədən sonra məktəblər yenidən qaynar həyata döndü.
Bu gün Bilik günüdür. Yeni dərs ili başlayır. Hər tərəfdə böyük canlanma var. Məktəbi bayramsayağı bəzəyiblər. Yay tətilindən qayıdan şagirdlər yeni biliklər əldə etməyə tələsirlər.
BİLİK günü- ilk zəng,ilk həyəcan,hər tərəfdə gül-çiçək və ağ lentlər və təbii ki,adəti üzrə,sülh,birlik haqqında dərslər.Bu gün,məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür..
15 sentyabr-ilk öncə şagirdlər,tələbələr,müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığıni qeyd etdikləri bayram günüdür.
Adəti üzrə bu gün,məktəblərdə dərs ilinin başlanmasına həsr olnumuş təntənəli mərasimlər keçirilir.Xüsusi qayğı və məmnuniyyətlə,təntənəli şəkildə birinciləri qarşılayırlar.
Anasının əlini buraxmaq istəmir. Sinif rəhbəri bir əlindən yapışıb, güc-bəla ilə məktəbin qarşısında “A” sinfinin şagirdlərinin dayandığı sıraya gətirmək istəyir. Ancaq Aysel uşaq məsumluğu ilə çantasını bərk-bərk qucaqlayıb evə getmək istəyir. Ona elə gəlir ki, bu, bağçaya getdiyi zaman keçirilən bayram günlərindən biridir. Konsert bitəndən sonra anası onu evə aparacaq. O da həyətə düşüb yaşıdları ilə evcik-evcik oynayacaq. Amma bu dəfə fərqli idi…Bilik – insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında öyrəndiklərimizdir. Bilik praktiki fəaliyyət və professional təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub (prinsipləri, əlaqələri, qanunları), həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir.
Biliyi isə kitablardan əldə edirik..
Kitab ictimai sərvətdir. Yüz illərdir ki, o, başlıca bilik, məlumat mənbəyidir.
Elmin, texnikanın inkişafı ilə əlaqədar əvvəlcə kino, daha sonra radio, televiziya bu sahədə kitabla bir növ rəqabətə girmişdir. Hazırda bu rəqabət daha da genişlənmişdir. Xüsusilə komputer texnologiyasının inkişafı əlavə informasiya mənbələrinin şəbəkəsini xeyli genişləndirmişdir. Bütün bunlara baxmayaraq, kitab əsas bilik, məlumat mənbəyi olaraq qalmaqdadır.
Bəs, əhalinin alıcılıq qabiliyyəti necədir? Gələcəkdə kitaba olan tələbatı necə proqnozlaşdırmaq olar? Gələcəkdə bu tələbatı ödəmək üçün indidən hansı işləri görmək lazımdır? Bu gün sovet dövründə vərdiş etdiyimiz tərzdə planlaşdırma yoxdur. İndi bazar iqtisadiyyatı, bazar tələbatı var. Amma bu, heç də kor-koranə istehsal demək deyil. Burada hər şeyi elmi əsaslarla müəyyənləşdirmək, qurmaq, çeviklik, uzaqgörənlik tələb olunur. Bütün bunlar üçün dəqiq, geniş və hərtərəfli sosioloji araşdırmalar aparmağa ehtiyac duyulur. O cümlədən, statistik təhlil, müntəzəm müşahidələr, anket sorğuları və s. mövcud vəziyyəti öyrənmək, fəaliyyəti qurmaq, gələcəyi proqnozlaşdırmaq üçün zəruri imkanlar yaradır.Cəmiyyətin gücünü müəyyən edən insanlardır. Əlbəttə, hər bir ölkənin öz təbii resursları, öz coğrafi üstünlükləri vardır. Ancaq nəticə etibarilə hər şey insanlardan asılıdır. Sənin neftin də, qazın da çox ola bilər, əgər peşəkar insanların, kadrların yoxdursa bunun heç bir əhəmiyyəti olmayacaqdır. Ona görə, müasir dünyada həm özünə yer tapmaq, həm ölkəyə fayda gətirmək üçün mütləq uşaqlar yaxşı oxumalıdır.
Yaxşı oxumaq o deməkdir ki, siz həyatda istədiyinizə nail ola bilərsiniz. İndi Azərbaycanda vəziyyət elədir ki, hər bir insanın uğuru onun əlindədir. Azərbaycanda azadlıq, sərbəstlik var, bazar iqtisadiyyatı prinsipləri hökm sürür və hər bir insanın taleyi onun öz əlindədir.Bütün bu dəyərləri aşılayan bir tək varlıq var.. Müəllim…
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir.
Bu gözəl və şərəfli işin dəyərini bilən
əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar.Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün
problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər.
Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür
şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib,
sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı,
bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir.
Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində
fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır.
Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.Ülkər DƏNİZ,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini,
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü. -
KİV nümayəndələri SOCAR-ın həyata keçirdiyi layihələrlə tanışlıq məqsədi ilə Sumqayıtda olmuşlar
Azərbaycan Respublikası Dövlət neft Şirkəti (SOCAR) özünün ən böyük investisiya layihələrini məhz Azərbaycanada həyata keçirir. Neft və qaz hasilatı sahəsində “Şahdəniz-2” kimi nəhəng layıhələrlə yanaşı, SOCAR-ın həm də neft və qaz emalı sənayesində keçirdiyi böyük layihələr uğurla icra olunur. Bu layihələrin məqsədi Azərixrac potensialını və gəlirlərini artırmaqla yanaşı, yeni iş yerləri yaratmaq, kimya sənayesinin rəmzi olan Sumqayıt şəhərinin və bütövlükdə ölkəmizin iqtisadi inkişafına yeni təkan verməkdir. SOCAR-ın Sumqayıtda həyata keçirdiyi perspektivli layihələrin icrası ilə tanışlıq məqsədilə sentyabrın 14-də respublikanın bir sıra aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri “Azərikimya” İstehsalat Birliyində olmuşlar.
İlkin olaraq mətbuat nümayəndələrinin Sumqayıtın Tarixi Muzeyinə ekskursiyası təşkil edilmişdir. Burada qonaqlara Sumqayıtın uzaq və yaxın tarixi ilə bağlı geniş məlumat verilmiş, şəhərində bu gün həyata keçirilən irimiqyaslı layihələrdən söhbət açılmışdir. Qeyd olunmuşdur ki, Ulu öndər Heydər Əliyevin Sumqayıta və sumqayıtlılara göstərdiyi diqqət və qayğı möhtərəm Prezidentimiz İlham Əliyevin timsalında bu gün də uğurla davam etdirilir. Dövlət başçımızın Sumqayıta davamlı olaraq səfər etməsi və bu səfərlərin çox mühüm əhəmiyyət daşıyan təməlqoymalar və açılış mərasimləri ilə müşayiət olunması, Sumqayıtda yeni, dünya standartlarına uyğun istehsal sahələrinin yaradılması, texnologiya və kimya sənaye parklarının inşa olunması, şəhərdə aparılan abadlıq və quruculuq işləri, yeni və unikal dənizkənarı bulvarın inşası, yeni Heydər Əliyev Mərkəzinin, Musiqi və Şahmat məktəblərinin tikintisi, insanların sosial rifah halının yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, şəhərin ekologiyasının saflaş-dırılması və s. son dövrlərdə həyata keçirilən ən mühüm tədbirlərdəndir.
Sonra mətbuat nümayəndələri yüksək peşəkarlığa və texniki biliyə malik kadrların hazırlanması, onların peşə və ixtisas¬larını təkmilləşdirməsi məqsədilə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən 2012-ci ildə Sumqayıtda yaradılmış müasir tipli Təlim-Tədris Mərkəzində yeni dərs ilinin açılış mərasimində iştirak etmişlər. Şagirdlər tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni canlı şəkildə ifa olunduqdan sonra, SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov və “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev yeni tədris ilinin başlanması münasibətilə şagirdləri və pedaqoji kollektivi təbrik etmiş, qəbul zamanı yüksək bal toplayan şagirdlərə vəsiqələr təqdim olunmuşdur. Sonra isə məktəbin müəllim və şagird kollektivi KİV nümayəndələri ilə birgə TTM-in və Etilen-polietilen zavodunun qarşısındakı meydançada torpaqlarımızın müdafiəsi uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olmuş 54 kimyaçının şərəfinə ucaldılmış xatirə kompleksini ziyarət etmiş, abidə önünə qərənfillər düzmüşlər.
Bundan sonra qonaqlaronra “Azərikimya” İB-nin əsas istehsalat müəssisəsi olan Etilen-polietilen zavodu ilə tanış oldular. KİV nümayəndələri zavodun Azot-oksigen kompleksi, Susoyut¬ma qurğusu, Mütləqləşdirilmiş izopropil spirti sahəsi, İstehsalata və keyfiyyətə nəzarət, həmçinin Sənaye-sanitar sahələrini özündə birləşdirən yeni laboratoriya, açılış mərasimlərində möhtərəm Prezidentimiz İlham Əliyevin də iştirak etdiyi propan-propilen fraksiyasının kükürdlü birləşmələrdən təmizlənməsi və butan-butilen fraksiyasının hidrogenləşməsi qurğularında olmuş, qonaqlara yeni layihələr, perspektiv planlar haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, SOCAR-ın dəstəyi ilə “Azərikimya” İB-nin 2015-2019-cu illər üçün hədəfi mövcud istehsalatların moderni¬zasiyası, yeni tikiləcək Polipropilen (PP) və yüksək sıxlıqlı Polietilen (HDPE) istehsalatlarının tələb olunan miqdarda və keyfiyyətdə xammalla təmin edilməsinə və EP-300 istehsalatının effektivliyinin artırılmasıdır. KİV nümayəndələrinə həmçinin SOCAR və UNIPER şirkətləri arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin – “SOCAR-UNIPER” MMC-nin yaradılması haqqında da məlumat verilmişdir. Sazişə əsasən, birgə müəssisədə SOCAR 51 faizlik, UNİPER isə 49 faizlik pay bölgüsünə sahib olacaqdır. Bundan başqa, yeni Buxar Turbogenerator qurğusunun tikintisi barədə İlkin Layihə Sazişi imzalanmışdır. Bildirilmişdir ki, bu yaxınlarda təməlqoyma mərasimi keçirilmiş qurğunun inşası Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin artırılması və əlavə enerji istehsal edilməsi məqsədi daşıyır.
“SOCAR Polymer” MMC-də KİV nümayəndələrinə məlumat verilmişdir ki, Qeyri-neft sektorunun ən iri layihələrindən biri sayılan, Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ildə təsis edilən və Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu almış “SOCAR Polymer” layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir.
Sumqayıt Kimya Sənaye Parkının 30 hektar ərazisində şirkətin iki qurğusu Polipropilen və Yüksəksıxlıqlı Polietilen zavodları inşa olunur. Bu zavodlar ildə 180 min ton polipropilen və 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. Hər iki layihənin tikintisi planlaşdırıldığı kimi layihənin icra qrafiki üzrə gedir. Belə ki, Polipropilen zavodunun tikintisi tam sürətlə icra olunur, bütün lazımi avadanlıqlar sifariş edilib. Zavodun istismara verilməsi 2018-ci ilin birinci rübünə, Polietilen zavodunun istismara verilməsi isə həmin ilin üçüncü rübünə planlaşdırılır. Zavodlarda ən qabaqcıl texnologiyalardan istifadə olunacaq. İstehsal olunan polimer məhsullarının təxminən 30%-i daxili bazara çıxarılacaq ki, bu da ölkə bazarında tələbatın tamamilə təmin edilməsi deməkdir. İxrac üçün əsas hədəf bazarları isə Türkiyə, Qərbi Avropa və s. hesab olunur.
Zavodların istismarı dövründə daimi əsaslarla 300 işçi, tikinti-quraşdırma işlərində isə təxminən 1500-2000 işçi çalışacaq. Əsas əmək resursları Azərbaycan vətəndaşlarıdır. Podratçı mühəndislik, satınalma və tikinti üzrə ixtisaslaşmış şirkət kimi zavodun tam istismara verilməsi üzrə bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Lisenziyalar və texnologiyaya dair patentlərin sahibi kimi tanınan Lyondell Basell və Ineos şirkətləri Polipropilen və Polietilen zavodlarının texnologiyası üzrə lisenziyarlardır. Beləliklə, şirkətin məhsulları ən yüksək standartlara cavab verəcək. Şirkətin istehsal etdiyi polietilen yüksəktəzyiqli su, qaz, kanalizasiya və su borularının istehsalı üçün istifadə edilə bilər. Eyni zamanda polipropilen və polietilen ekoloji cəhətdən ən yüksək standartalara cavab verir və ərzaq məhsulları üçün qablaşdırmaların istehsalında, eləcə də tibbi sənayedə geniş istifadə oluna bilər.
Polipropilen və Yüksəksıxlığı Polietilen zavodlarının tikintisi tamamlandıqdan sonra, Sumqayıt Kimya Sənaye Parkında ərzaq və qeyri-ərzaq məhsulları üçün elastik qablaş-dırmanın, etiket və yapışqan lentinin istehsalı üçün istifadə edilən BYPP lentinin (biaksial yönümlü polipropilen lent) istehsalı zavodunun tikintisinə başlanması planlaşdırılır. Bu, yüksəkkeyfiyyətli elastik qablaşdırma üçün istifadə edilən ən məşhur materialdır.
Layihənin əsas məqsədi neft emalının səmt qazlarından gəlir əldə etməsidir. Bunun üçün şirkət “Azərikimya” İB-dən alınan propilen, etilen və hidrogen xammalından istifadə edəcək. Neft Emalı zavodunda neftin emalından alınan səmt qazlarından polimer istehsal ediləcəkdir. Layihənin ikinci məqsədi Azərbaycanda plastik emal edən orta və kiçik müəssisələr üçün xammal bazasının yaradılmasıdır. Bu layihənin icrası Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcək, çoxlu sayda yeni iş yerinin açılmasına gətirib çıxaracaq.
Vurğulamaq lazımdır ki, dünyada plastik istehlakı neft istehlakından daha sürətlə artır. Belə ki, neft məhsullarının və polimerlərin istehlakı yüksəlir. Statistikaya nəzər salsaq görərik ki, son 25 ildə maye karbohidrogenlərin istehlakı 40-45%, dövr ərzində polimer istehlakı isə 200% artıb. Təhlil aparsaq deyə bilərik ki, son illərdə polimer istehlakındakı dinamika, dünya ÜDM-nin artımını sabit şəkildə üstələməkdə davam edir. Maye karbohidrogenlərin istehlakının artımı polimerlərin istehlakından minimum 2-2,5 dəfə aşağıdır. Bu tendensiya gələcəkdə də davam edəcək. Beləliklə, şirkət neft-qaz xammalı ilə artımı az olan seqmentdən sürətlə genişlənən seqmentə keçir.
“SOCAR Polymer” Azərbaycanda əldə oluna biləcək bütün potensial neft-kimya xammalını ölkə üçün gəlir mənbəyinə çevirməyə çalışacaq. Bu, neft sənayesinin inkişafda olan bir sahəsidir və eyni zamanda orta və kiçik sahibkarlığın inkişafı üçün də bünövrədir.
KİV nümayəndələri Karbamid (Azot gübrəsi) zavodunda da olmuşlar. Zavodun direktoru Xəyal Cəfərov məlumat verərək qeyd etmişdir ki, Karbamid zavodunun təməli 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulmuşdur. Layihə üzrə Mühəndislik, Satınalma və Tikinti, yəni MST podratçısı 2011-ci ilin avqust ayında elan olunmuş beynəlxalq açıq tender vasitəsilə seçilmişdir. Tender təkliflərinin qiymətləndirilməsi nəticəsində Samsung Engineering Co, Ltd. şirkəti MST podratçısı seçilmiş və 13 mart 2013-cü il tarixində MST müqaviləsi imzalanmışdır. Daha sonra, 2013-cü ilin avqust ayında SOCAR ammonyak və karbamid istehsalı üzrə iki beynəlxalq nüfuzlu texnologiya şirkətləri – Haldor Topsoe (Danimarka) and Stamicarbon B.V (Hollandiya) ilə lisenziya müqavilələri bağlamışdır. MST müqaviləsi üzrə müəyyən ilkin şərtlər yerinə yetirildikdən sonra, MST podratçısı 2014-cü ilin fevralında rəsmi olaraq Layihəni həyata keçirməyə başlamışdır.
Layihənin effektiv həyata keçirilməsi və idarə edilməsi məqsədilə Neste Jacobs Oy (Finlandiya) şirkəti beynəlxalq açıq tender əsasında Layihənin idarə edilməsi üzrə məsləhətçi seçilmişdir. SOCAR və Neste Jacobs Oy şirkəti arasında layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətlərinin göstərilməsi haqqında müqavilə 11 may 2015-ci il tarixində Helsinkidə imzalanmışdır.
Zavodun tikintisinin 2017-ci ilin sonunda yekunlaşması və zavodun 2018-ci ilin əvvəlində istismara verilməsi planlaşdırılır. Zavod gündəlik 1200 metrik ton Ammonyak və 2000 metrik ton karbamid istehsal edəcəkdir. SOCAR tərəfindən bu layihənin icra edilməsi dövlət iqtisadiyyatının əsas sektorlarından biri olan kənd təsərrüfatına böyük dəstək verəcəkdir. Bununla yanaşı, zavodda istehsal edilən azot gübrələri (illik təxminən 650-660 min ton) daxili tələbatı ödəyəcək və izafi məhsul dəmir yolu vasitəsilə Türkiyəyə, habelə Qara Dəniz limanları vasitəsilə dünya bazarlarına ixrac olunacaqdır. Hal-hazırda Türkiyə karbamidin ixracı üçün əsas bazar kimi nəzərdə tutulur. Aşağı xammal qiymətləri və hədəf bazarlarına yaxınlıq nəzərə alınaraq, zavodun digər regional azot gübrələri istehsalçılarına münasibətdə rəqabət üstünlüyünə malik olması gözlənilir.
Görülən işlərlə bağlı qeyd etmək lazımdır ki, ümumilikdə layihənin təxminən 81%-i icra edilmişdir. Əsaslı layihələndirmə və satınalma işləri demək olar ki, tamamlanmışdır və tikinti işlərinin təxminən 40%-i həyata keçirilmişdir. Zavod kompleksi üçün hazırlanması uzun müddət tələb edən əsas avadanlıqların 96%-i artıq Azərbaycan Respublikasına gətirilmiş və mərhələli şəkildə zavod ərazisinə daşınmaqdadır. Karbamid zavodunun tikintisində istifadə edilən avadanlıq və materiallar Asiya, Avropa və Amerikanın müxtəlif beynəlxalq nüfuzlu şirkətlərindən satın alınmışdır.
Tikinti işlərinin ən pik dövründə layihənin həyata keçirilməsinə təxminən 2500-3000 nəfər işçi qüvvəsinin cəlb edilməsi və zavodun istismarı dövründə təxminən 300-350 nəfərin daimi iş yerləri ilə təmin edilməsi gözlənilir.
Beləliklə, SOCAR ölkəmizin emal sənayesi sahəsində istehsal və ixrac potensialını artırmaq, habelə azərbaycanda yeni iş yerləri yaratmaq məqsədilə Sumqayıtda nəhəng və perspektivli layihələr həyata keçirməkdədir. Hasilat və nəql sahəsində həyata keçirilən “Şahdəniz-2” kimi meqa layıhələrlə yanaşı, “SOCAR Polymer” , SOCAR karbamid və s. layihələr məhz azərbaycan xalqı üçün yaxın illərdə yeni iş yerləri yaratmaqla, milyardlarla əlavə gəlir gətirəcək.Rafiq Oday,
Respublikanın Əməkdar jurnalisti -
Dürdanə Hümbətli
Şəhərin səs – küyündən, təngnəfəsliyindən, ritmindən can götürüb kəndin səssizliyinə sığınmaq qədər gözlənilən məqam az –az olur həyatda… Şəhər həyatının doğurduğu gündəlik qayğıların, bağıran – çağıran reklamların rəngləriylə bəzənmiş şəhər divarlarının göz yoran görüntülərindən kəndin gözoxşayan yaşıl rəngini acgözlüklə seyr edib də daxilində gözəl – gözəl arzuların, düşüncələrin cücərməsini, ruhunun bu təsirdən oyanaraq səni güclü, cəsarətli, özünəəmin etməsindən gözəl nə ola bilər… Lakin kənd də şəhər kimi, insan oğlunun yaşadığı bütün məkanlar kimi həyatın bütün çalar və tərəflərini özündə əks etdirir. Kəndə getmək başqa bir məkana getmək demək deyil ki. Guya nağıllardakı Xeyir və Şər mübarizəsi, huzur axtarışı elə kənd fonunda baş vermir ki? Nağıl qəhrəmanı huzuru, haqqı, ədaləti tapmaq üçün şəhərdən kəndə, kənddən şəhərə üz tutmur? Və haqqın hər yerdə haqsızlıqla yanaşı olduğunu, huzurun isə yalnız huzursuzluğa qatlaşaraq əldə edilməsinin mümkünlüyünü anlatmırmı nağıllar?!
…Yaşıllıqlarla gözoxşayan kəndlərin birində qəribə bir görüntü məni cəlb etdi. Kəndin əksər evləri sadə tikiliydi, yəni əhalisi orta səviyyədə dolanan insanlar olduğu açıq – aşkar görünürdü. Evlərin hündürlüyü də, tikilişi də təxmini eyni orta səviyyədəydi. Bu vlərin sırasında şah sarayı qədər olmasa da öz möhtəşəmliyi ilə saraya bənzəyən ev diqqətimi cəlb etdi. Bilmirəm niyə, lakin mən bu evin sahibinin yerinə utandım. Utandım, çünki qeyri – ixtiyari Qurandan ayələr yadıma düşdü, oxuduğum kitablardakı fikir və ifadələr yadıma düşdü. Hətta köhnə hind filmlərindəki məhkəmə səhnələri də canlandı yaddaşımda, böyüklərimin nəsihətləri və s. Lakin utanc hissinin çaları bu evə tam bitişik, elə nağıllardakı kasıb komasını xatırladan bir tikilini görüncə dəyişdi…yəni tündləşdi… Bu komanın damı o qədər köhnəydi ki, sanki indicə ovulub töküləcəkdi. Artıq bu kontrast mənim beynimdə bütün həyat kontrastları haqqda düşüncə və fikirləri oyatdı. Bu fikir burulğanında sanki boğulacağım an birdən 10 – 15 yaşlı qızın səsi məni xilas etdi. Xilas etdi ki, daha ağır fikir cəzası versin. Dedi bu uşaq bağçasıdır, üstü belə olmağına baxmayın, elə dünən 6 dənə kompyuter gətirdilər bura… Bir hünərim ona yetdi ki, soruşdum bəs bu ev kimindir. Dedi filan idarədə işləyir, vəzifəlidir… o dedi getdi…mən sualların burulğanından yerimdən tərpənə bilmədim. Ayaqlarımı torpağa bərk sıxıb dayanmaq istədim ki, heç olmasa torpaq ayağımın altından qaçmasın…
…deyib gedən qıza nə var ki, gedib ev işiylə məşğul oldu… yəqin inək sağdı…nə bilim qatıq çaldı… İndi gəl sən ziyalı, boğul bu suallar burulğanında. Suallar da ki, maşallah… ziyalının elə ruzisi bu suallara gəlib elə bil, yemə – içmə cavab axtar, Düşün ki, bu kontrast fonunda dərsə gedib gələn kənd uşağı həyat haqda nə düşünür. Bu sarayabənzər evin sahibi də görəsən gündə beş dəfə səcdə edir? Oruc tutub iftar süfrəsi açır, sonra da bu süfrənin nemətlərindən sovqat hazırlayıb bağçaya gələn uşaqlara ikram edirmi? Görəsən “Hacı” titulu varmı? Bəs görəsən gedən qız bu qədərmi sadədir? Bu qədərmi rahatdır? Görəsən bu sarayabənzər evin oğlu bu qızı bu sarayın xanımı etmək istərmi? Bu mümkün olsa bu qız bu qədər rahat olmaz! Bəlkə əslində o qız elə dəqiq bilir ki, bu il və ya gələn il bir sadə işsiz kənd oğlanına ərə veriləcək və onunla balaca kasıb bir evdə bir qarnı tox, bir qarnı ac…ara – sıra döyülərək yaşayacağını özü üçün çoxdan təsdiq edib. Bəli! Seçim yoxdursa, niyə fikirlərlə özünü yorsun ki?..
Bəs bəlkə bu kənddə böyüyən balacalar arasında dərin düşüncəyə malik, şair ruhuna malik olanlar da var? Bəs o şair bu kontrastı içində dünya boyda dərdə çevirənə qədər böyütməyəcəkmi? Sonra biz oxucular onun yazdıqlarını kədərli, qəmli sanıb da o sətirlərdən qaçmayacağıqmı? Və görəsən bu pisliklərlə dolu İraq, Suriya faciəsiylə, Qarabağ yalanıyla və digər yalanlarla aldadılan dünyamızı bu məkanda o kompyuterlərlə öyrənib, elmini artırıb dünyamızı elmiylə, zəkasıyla doğrulara apara biləcək insan yetişəcəkmi?
Bu lap Xeyirlə Şərin mübarizəsinə bənzədi. Axı həyatın əsası elə bu kontrastdan doğan mübarizədir. Kaş bu balaca kəndin balacalarının ruhunda, beynində Xeyir qələbə çalsın. Kaş ki, çalsın. Kaş ki, bu qələbədə biz ziyalılar öz rolumuzu vaxtında, yerində duya bilək. Kaş biz komanın uşaqlarına işıqlı dünyanı hiss etdirə bilək…kaş…kaş hər şey işıqlı gələcəyə xidmət edə…Dürdanə Hümbətli
-
“OXUCU QƏLBİNƏ ÜNVANLANAN POEZİYA”
Poeziya həmişə həyatla birgə addımlayır. Cəmiyyətdə baş verən sosial-siyasi proseslər, insan mənəviyyatı və onun mürəkkəbliyi, zərif hisslər, kövrək duyğular bütün dövrlərdə qələm sahiblərini düşündürən mövzular olmuşdur. Dünya dəyişdikcə, cəmiyyətdə baş verən hadisələr bir-birini əvəz etdikcə ədəbi aləmdə də yeniliklər baş verir, yeni mövzular, yeni imzalar görünür, təzə poetik səslər eşidilir. 1980-ci illərin başlanğıcında ədəbiyyata gələn istedadlı şair-publisist Rafiq Oday şeirdən şeirə, kitabdan kitaba keçdikcə həmişə öz sözünü deyib, heç kəsi yamsılamadan düşündüklərini poetik misraların axarında ifadə etməyə çalışıb.
Oxuculara təqdim olunan “Qərib ruhların nəğməsi” kitabını vərəqlədikcə bir daha yəqin etdim ki, Rafiq Odayın poeziyası etno-milli bağları ilə klassik ənənəyə köklənib. Məhz bu zəngin ənənələrdən qaynaqlandığına görə onun şeirləri həmişə orijinal səviyyəsi ilə həssas və geniş oxucu auditoriyasında güclü rezonans doğurub.
Biganəliyə kəskin etiraz, milli özünüdərkin obrazlı ifadəsi, vətəndaşlıq duyğuları R.Odayın son illərdə qələmə aldığı bir sıra şeirlərin əsas qayəsini təşkil edir. R.Oday mənsub olduğu ədəbi nəslin seçilən və sevilən nümayəndəsi kimi dədə-baba ocaqlarının yağı düşmənin tapdağında qalmasına dözə bilmir, özümüzü doğrayan baltaların ucbatından yuxudan ayıla bilməyən igidləri haraylayır. Bu harayda publisistik pafos şeriyyətlə birləşərək bədii-fəlsəfi məzmunun ifadəsini gerçəkləşdirir:Tor görər gözümüz burundan uzaq,
Ürək şaxta udar, püskürər sazaq,
Xeyri yox, min deyək, milyon da yazaq,
Əli balta tutan özümüzüksə.Ünümüz sərhədə çatar dayanar,
Səbrimiz son həddə çatar dayanar,
Dağda yatan igid çətin oyanar,
Əli balta tutan özümüzüksə.Göründüyü kimi, klassik bədii ənənə, genetik yaddaş və çağdaş düşüncə R.Odayı haray salmağa vadar edir. Vətən övladlarını real yox, mənəvi yuxudan oyatmaq üçün həyəcan təbili çalır. Çünki “Kitabi-Dədə Qorqud”da deyildiyi kimi, “ol zaman da oğuz yigidlərinə nə qəza gəlsə, uyğudan gəlirdi”. Milli-etnik yaddaşdan süzülüb gələn bu duyğu R.Odayın “Əli balta tutan özümüzüksə” şeirindən gətirdiyimiz örnəkdə çox tutarlı şəkildə əks olunmuşdur.
Şairin vaxtilə xalq artisti Qədir Rüstəmova həsr etdiyi “Qarabağ şikəstəsi” poemasında amansız yağını məhv etməyə çağırış, mübarizlik duyğuları, özünüdərk hissləri unutqanlığın vəhdətində birləşir. Özünüqınaq hissləri oxucunu düşünməyə vadar edir:Qədir min əzabla şikəstə deyir,
Qarabağ şikəstdir, şikəstə deyil.
Bizim gözümüzə düşən kölgənin
Günahı, bil, özgə bir kəsdə deyil.Qarabağ ağrısı, bu görkəmli sənətkara olan sonsuz ehtiram və məhəbbət, ictimai dərdlər Rafiq Odayın poeziyasında heyrətamiz dərəcədə sufi ideyaları ilə ahəngdar bir harmoniya yaradır. “Öldü Sona bülbüllər” şeirini oxuyandan sonra hiss edirsən ki, ənənə və novatorluq əsl istedadın poetik düşüncələrində birləşəndə poeziyanın möcüzəsi yaranır və bu möcüzə oxucunu sehirləyib öz axarına alır:
Axdı gözün qorası,
Hanı ağı-qarası?!
Kanla Məkan arası,
Yoldu “Sona bülbüllər”.Dünya kiçik nöqtədir,
İnsan ona müqtədir.
Meyrac eylədi Qədir,
Öldü “Sona bülbüllər”.“Kanla Məkan arasında” ömür sürən bəşər övladının fərdi yaşantılarını, sosial dərdlərini ürfani-fəlsəfi düşüncələrlə vəhdətdə bundan gözəl necə ifadə etmək olar?!
Daxili-mənəvi iztirabların, ağrı və həyəcanların doğurduğu ürfani düşüncənin poetik təcəssümünün özünəməxsus ifadəsini Rafiq Odayın poeziyasında aydınca müşahidə etmək mümkündür. R.Odayın “Axtarmayın məni”, “Gedim”, “Qəbrim, məni qəbul et”, “Bilirəm”, “Kimdi” və digər şeirlərində dərviş, eşq, qərib, dərgah, mələk, iblis kimi sözlər sufi düşüncənin müəyyən məqamlarını təcəssüm etdirməklə yanaşı, həm də milli-etnik yaddaşın özünəməxsus cizgilərini əks etdirir.
“Ruhum məni tərk edir” şeirində türk mifoloji düşüncəsi ilə islami ənənələr poetik bir harmoniyada birləşərək lirik qəhrəmanın mənəvi-əxlaqi dəyərlərini ifadə edir. Məlumdur ki, sufi yolçular söz vurğunu olduqları kimi saza, musiqiyə də candan aşiqdirlər. Təsadüfi deyildir ki, ədəbiyyatşünaslıqda təsəvvüf ədəbiyyatı, təriqət poeziyası terminləri işləndiyi kimi xalqımızın musiqi repertuarında sufi havaları, təsəvvüf musiqisi ifadələri də geniş yayılmışdır. Məsələn, Azərbaycan aşıq sənətinin musiqi repertuarında “Ürfani”, “Qurdoğlu”, “Mənsuri” və sairə kimi sufi havaları mövcuddur. “Ruhum məni tərk edir” şeirində lirik qəhrəmanın dini-ürfani fikirləri ictimai dərdlərin ziddiyyətli görüntüləri ilə eyni müstəvidə təsvir edilir. “Dünyaya iynənin ulduzundan keçib gələn” lirik qəhrəman mövcudatın sirlərini dərk etməyə çalışdıqca həyatın çirkinlikləri onu bezdirir, təsəllisini “Sarıtel” havasında tapır. Sazın-sözün vəhdəti bütün ürfan adamları kimi onun da ruhunu sakitləşdirir, “Sarıtel”in melodiyaları onu düşünməyə, yerin-göyün sirlərinə vaqif olmağa səsləyir:Gah mələklər arasında,
Gah ilbislər köçündə,
Qərib-qərib şərqi dedim,
Qərib kəslər köçündə,
Yol gedirəm yoxluqlara,
Qərib hisslər köçündə, –
Bu göyün yeddinci qatı,
Bu da yerin təkidir.
Bir “Sarıtel” havası çal,
Ruhum məni tərk edir.Göründüyü kimi, bu bənd sufi poeziyasının müəyyən rəmzləri və türk mifoloji düşüncəsinin əski anlayışları üzərində qurulmuşdur. Burada mələk, iblis, qərib sözləri təsəvvüf poeziyasından gələn fəlsəfi semantikanı bildirir. Tanınmış folklorşünas Məhərrəm Qasımlının qənaətinə görə, qul, miskin, yazıq, divanə, abdal və sair təxəllüslər kimi aşıq sənətində qərib ad – titulu da Tanrı qarşısında bəndənin acizliyini göstərən əlamətdir. Azərbaycan aşıq yaradıcılığında bu qəbil ad – titulların geniş yayılması həmin əlamətlə bağlıdır. Həm klassik poeziyada, həm də aşıq ədəbiyyatında qərib kəlməsi sufi məzmunlu rəmz kimi çıxış edir. Allahın sonsuz qüdrətini dərk etmək istəyən bəndə “vücudla vəhdətə girməyincə, Allaha qovuşmayınca özünü “yetim” “yazıq”, “səfil” və ya “qərib” sayır”.
R.Oday milli-etnik yaddaşdan gələn bu duyğunu ustalıqla bəndin məzmununa hopdurmuş, klassik ədəbi ənənədən sənətkarlıqla bəhrələnmişdir.
Qeyd edək ki, şairin lirik “mən”i bir ürfan yolçusu kimi Allaha qovuşub, onun qüdrət və əzəmətini dərk etmək üçün çırpınır:Qoşulub qərib durnaya,
Qərib-qərib köçüm gedir.
İlahi, bir yol aç mənə,
Bu yerlərdən köçüm gedim.İlahi eşqə tapınan qəhrəmanın başlıca istəyi mənəvi buxovlardan azad olub özünü anlamaq dərdidir. Bu sirr onu düşündürdükcə azadlıq arzusu daha da şiddətlənir:
Yaranışdan beləyəmmi,
Azadammı, köləyəmmi?!
Zəncir kəsir biləyimi,
Dizlərimdən gücüm gedir.Lirik qəhrəmanın bu mənəvi keyfiyyətini cəmiyyətdəki yaramazlıqlardan qurtarıb kamilliyə can atan müəllifin özünün xarakterik xüsusiyyəti kimi səciyyələndirmək olar. Məhz bu keyfiyyətləri ilə XXI əsrin ürfan yolçusu, “Mən kiməm? – Bir bikəsü biçarəvü bixaniman…” – deyə dərdləri ilə baş-başa qalan, özünə sual verib cavab alan Füzuli qəhrəmanlarını xatırladır. R.Odayın lirik “mən”i Məcnun kimi səadətini yerlərdə yox, “Qərib durnalar köçündə” axtarır. O, ilahi eşq badəsini “bir piyalə ağu da olsa, şərbət kimi içib” maddi dünyanı tərk etmək, mənəvi aləmə qovuşmaq istəyi ilə həqiqətin dərkinə can atır:
Daha göylər qonağıyam,
Yerdə axtarmayın məni.Bu müqəddəs yolçuluq nəfsindən azad olmaq istəyən ürfan adamlarının mənəvi əxlaq ölçüləri ilə eyni məqamda birləşir. “Bir özgə məkan aradım, dadıma Yaradan gəldi”- hökmü R.Odayın ürfani düşüncəsinin fəlsəfi-əxlaqi təsdiqi kimi səslənir.
Dərd və eşq şairin təsəvvüf məzmunlu şeirlərinin başlıca istiqamətini müəyyənləşdirir. “Bir qoca dərvişəm” – deyə dünya malından imtina edərək sufi ustadların yolunu davam etdirən Rafiq Odayın dini-fəlsəfi düşüncələrinin poetik mənzərəsi dərddən və sevgidən başlayan iztirablı məqamların ifadəsində daha aydın görünür:Tanrım, son ricam budur,
Məni verdiyin dərdə,
Bir də sözümə tapşır.
Səndən özgə kimim var,
Məni özünə tapşır.Bu dua-monoloqda müəllif tanrını ona bəxş etdiklərini sonsuz coşqu ilə qarşılayır. Hər şeyə qane olduğunu şükranlıq hissi ilə bildirir. Bu dini-estetik düşüncə sufilərə məxsus yaşam tərzinin özünəməxsus ifadəsi kimi diqqəti çəkir. Ona görə də şair dua, Allaha yalvarış səciyyəsi daşıyan şeiri “Tanrım, payın çox olsun” adlandırmışdır. Sosial dərdlərin ürfani görüşlərlə həmahəng səsləşməsi bu şeirin səciyyəvi cəhətlərindən biri kimi xarakterizə oluna bilər.
Tənqidçi Vaqif Yusifli Sumqayıt ədəbi mühitində fəaliyyət göstərən Əşrəf Veysəllinin, Məmməd İlqarın, İbrahim İlyaslının, Sabir Sarvanın və digər şairlərin ənənəvi formalarda qələmə aldıqları şeirləri yüksək qiymətləndirərək Rafiq Odayın yaradıcılığında xalq şeiri üslubunun yerini ayrıca qeyd edərək yazır: “Rafiq Odayın şeirləri bizim aşıq poeziyamızın, xalq şeirinin ən yaxşı ənənələri üzərində köklənir. Bu gün hamı qoşma, gəraylı yazır, amma əsl qoşma, gəraylı və heca şeirlərinin mükəmməl nümunələri çox az yaranır. Rafiq Oday istər öz fərdi dünyasının hiss və həyəcanlarını, istərsə də böyük dünyanın, yaşadığımız mühitin hadisə və olaylarını ifadə etməklə, Azərbaycan şeirinin bu gözəl şəkillərinə üz tutur”.
Professor V.Yusiflinin bu elmi qənaəti Rafiq Oday poeziyasının xəlqi forma və şəkillərinin araşdırılması istiqamətində əhəmiyyətli olduğu kimi, bu şeirlərin məzmununun da bir neçə yönümdən təhlilini aparmaq zərurətini ortaya qoyur. Bu baxımdan onun gəraylılarını xüsusi qeyd etməyi məqsədəuyğun hesab edirik. Çünki R.Odayın əxlaqi-fəlsəfi düşüncələrinin ürfani mahiyyəti onun gəraylı janrında yazdığı şeirlərdə daha çox özünün poetik təcəssümünü tapır. Təsəvvüf məzmunlu poeziya örnəklərinin əksəriyyətində olduğu kimi Rafiq Odayın bir sıra gəraylılarında da haqq yolçusunun mənəvi iztirabları, yaradılışın sirlərini dərk etmək cəhdi, Tanrı sevgisi müxtəlif bədii deyimlər, fəlsəfi suallar vasitəsi ilə ifadə olunur. Silsilə təkrir və epitetlər, təşbeh və mübaliğələr onun ürfani düşüncələrini əlvan poetik çalarlarla zənginləşdirib emosional ruhu daha da gücləndirir:Bəşər yalan, bəndə yalan,
Səndə yalan, mən də yalan.
Axı məni məndən alan,
Məni məndən edən kimdi?!Hər nəsənsə, donun bəlli,
Nə olacaq sonun – bəlli.
Divan bəlli, qanun bəlli,
Haqqa sarı gedən kimdi?!Bu cür suallar vasitəsi ilə onu narahat edən bəşəri cavab axtarmaq, haqq yolçusunun iç aləmini işıqlandırmaq onun təsəvvüf şeirlərinin əsas ideya-məzmun xüsusiyyətlərini təşkil edir. Şairin “Var” rədifli gəraylısını örnək gətirən professor Vaqif Yusifli yazır ki, “Yunis İmrəyə xitabən yazılan bu gəraylıda ürfan poeziyasından gələn küləklər əsir və arzulayaq ki, Rafiq Oday bu yoldan – Yunis İmrə yolundan dönməsin”.
Diqqət etsək, doğurdan da R.Odayın bir sıra gəraylıları ilə Yunis İmrənin poeziyası arasında məzmun yaxınlığını və ruh oxşarlığını müşahidə etmək olar. Nümunə üçün Yunis İmrənin “Bir gör məni eşq neylədi” şeirindən bir bəndə diqqət yetirək:Çırpınıram yana-yana,
Eşq boyadı məni qana.
Nə aqiləm, nə divana,
Gəl gör məni eşq neylədi?!R.Oday “Var” rədifi gəraylısında yazır:
Yön çevirib dağa-daşa,
Bulaq oldu gözüm – daşan,
Nə gözümdə ağdan nişan,
Nə gözümün qarası var.Yaxud Yunis İmrənin “İçəri” adlı şeirinə nəzər salsaq, Rafiq Odayın bu böyük mütəfəkkirdən yaradıcılıqla bəhrələndiyini aydın görmək olar:
Məni məndən sorma məndə deyiləm,
Əksimdir boş gəzir, dondan içəri.Sənin eşqin məni məndən alıbdı,
Şirin dərddi bu dərmandan içəri.Belə misalların sayını artıra da bilərik. Məqsədimiz Yunis İmrə poeziyası ilə R.Odayın şeirləri arasında müqayisə aparıb, onları səciyyələndirmək deyil, bu müqayisələrlə R.Odayın təsəvvüf poeziyasının klassik ənənələrə kökləndiyini, sufi ideyaların bir sıra elementlərini özündə daşıdığını və davam etdirdiyini göstərməkdir.
Rafiq Oday həyatın ən xırda real görüntülərini özünün duyub düşündüyü kimi ifadə etməyi bacarır. Buna görədir ki, onun şeirlərinin əksəriyyətinin poetik məzmununda fəlsəfi-estetik ideallar aparıcı mövqedə dayanır. O, həyatın gərdişinə, yaradılışın sirrinə, ən başlıcası isə insan fitrətinə filosof gözü ilə baxır və poetik qənaətlərini mənalandırarkən oxucu da özündən asılı olmayaraq bu axara düşür:Ötürüb səksəni, doxsanı adam,
Hələ də varlığı yox sanır adam.
Ha söylə, bu yolun yox sonu, adam,
Düşməz etdiyini o başa, bilməz.Və yaxud:
Lənət daş atana düşür,
Daş bizə neyləyib axı?!Xalq hikməti, sadə və etibarlı deyim, dərin məna tutumu Rafiq Odayın şeirlərinin ayrılmaz cəhətləridir. Onun “Yaşayaq”, “Qayıtmaz”, “Kim sevər ki”, “Yəqin”, “A dərdim” kimi gəraylı və qoşmalarında bu cəhətlər küll halında özünü göstərir. Məhəbbətin şirinliyi, hicran iztirabları, sevən qəlbin kövrək döyüntüləri necə hər kəsin özünəməxsus incə hissləridirsə, bu hisslərin ifadəsi də Rafiq Odayın bədii təqdimində o cür incə və zərif deyimlərlə ifadə olunur:
Bu qapıya yoxmu bir çəm,
Ay insafsız – birim, bircəm.
Qısıl mənə olaq bir cəm, –
Təkim, beləcə yaşayaq.Bu bənddə təzadlar, ritorik xitablar, söz və ifadələr elə sənətkarlıqla yerli yerində işlənmişdir ki, əlavə şərhə ehtiyac duyulmur.
Qeyd etdiyimiz kimi, Rafiq Oday klassik poeziya ənənələrinə mükəmməl tellərlə bağlı bir şairdir. Onun son illərdə qələmə aldığı qəzəllər həm poetik məzmunu, həm də sənətkarlıq xüsusiyyətləri ilə maraq doğurur. Bu qəzəllərdə də R.Oday özünün poetik məramına sadiq qalaraq sosial problemləri, mənəvi-əxlaqi məsələləri, Qarabağ ağrısını ön plana çəkir. “Genosiddən”, “Məndə gəzmə”, “Qarabağ” və digər qəzəllərində poetik vasitə və ünsürlərdən istifadə edərək onların məkrli niyyətlərini ifşa edir:Alışırsa əgər nəfsin qızıl alma sevdasıyla,
Buyur onda Qaf dağına dırman, onu məndə gəzmə.“Qarabağ” qəzəlində də müəllif bu füsunkar gözəlliklər məskəninə ülvi məhəbbətini təsəvvüf simvolikası vasitəsilə tərənnüm etmişdir:
Bütün Türkü – əcəmin yaradılış nöqtəsidir,
Bizə Kan, həm də Məkan, əvvəlü-axir Qarabağ.İstər sosial-siyasi, istərsə də məhəbbət mövzusunda yazdığı qəzəllərdə R.Oday digər şeirlərində olduğu kimi, poetik mətləbi mənalandırarkən bəsit ifadələrdən, deyilmiş sözlərdən qaçır, duyduqlarını özünəməxsusluğun və səmimiyyətin işığında ifadə etməyə çalışır.
Şairin xalqımızın Ümummilli lideri Heydər Əliyevə və onun layiqli davamçısı İlham Əliyevə həsr etdiyi şeirlərdə gələcəyimizə sonsuz inam, milli qürur hissi poetik misra və bəndlərdə ifadə olunur. Bu şeirlərdə xalqımızın böyük oğullarına sonsuz məhəbbətin bariz ifadəsini görürük. Onun “Sən ulu öndərisən bu xalqın, bu millətin” və “Ali Baş Komandanım” şeirləri yalnız bir fərdin, sənətkarın hisslərini deyil, xalqımızın tükənməz sevgisini əks etdirir:Bu dövlətin qırılmaz təməlində yaşarsan,
Ən müqəddəs, ən ülvi əməlində yaşarsan,
Vətən sevdalıları cəm elində – yaşarsan,
Xalq görür bəhrəsini çəkdiyin hər zəhmətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.Ən böyük əmanətin İlham Əliyev bizə,
Bir də müqəddəs Vətən – doğma ocaq, ev bizə.
Onunçün o, qatır ki, gecəsini gündüzə,
Heç zaman laxlamasın özülü bu qüdrətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.“Sən ulu öndərisən bu xalqın, bu millətin” şeirindən örnək gətirdiyimiz bu bəndlər xalqımızın böyük oğlu Heydər Əliyevin əzəmət və qüdrətini, onun parlaq dühasını tutarlı və inandırıcı boyalarla ifadə edir.
İctimai-siyasi lirikanın gözəl nümunələrindən olan bu şeirdə müəllif gələcəyə sonsuz inamını silsilə anaforalar, rəngarəng inversiya və epitetlər vasitəsilə poetikləşdirərək, soydaşlarımızı zülmə, zillətə qarşı ayıq-sayıq olmağa, Qarabağ uğrunda mübarizəni qələbə ilə başa vurmağa səsləyir:And içirik günəşin sübh doğan çağına,
And içirik qan ilə boyanan torpağına.
And içirik üçrəngli müqəddəs bayrağına,
Kökünü kəsəcəyik hər zülmün, hər zillətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.Eyni ideyanı, milli müstəqillik duyğularını R.Oday “Ali Baş Komandanım” şeirində də yüksək ilham və poetik bir pafosla tərənnüm edir. Qələbə əzmi, milli qürur hissi, səmimi duyğuların, yaxın və uzaq keçmişimizin bədii ifadəsi şeirin poetik məzmununu müəyyənləşdirir. Şairin özünəməxsus deyim tərzi poetik mətnin emosional və bədii çalarlarla zənginləşdirərək lirik-siyasi ovqatı daha da gücləndirir:
Azərbaycan güvənir müzəffər ordusuna,
Qoymaz yağı önündə bu xalqı ordu, sına.
İstər tufanda yoxla, yağışda, qarda sına,
Bir nərə çək dəniztək aşıb-daşsın meydanım.
Ali Baş Komandanım!Beşlik şəklində qələmə alınmış şeirin bütün bəndlərinin sonunda işlənən təkrir – müraciət – “Ali Baş Komandanım” ifadəsi oxucu qəlbində böyük ruh yüksəkliyi doğurur.
Erməni təcavüzkarları tərəfindən torpaqlarımızın işğalı, Qarabağ müharibəsi, milli müstəqillik uğrunda mübarizə, özünüdərkə çağırış və sair mövzular son iyirmi beş ilin sosial-siyasi və tarixi-mədəni mənzərələrini əks etdirən başlıca amillərdir. Rafiq Odayın şeirlərində qeyd olunan problemlərin poetik inikasını görmək olar. Onun şeirlərində yurd yanğısı, azadlıq idealları, lirik “mən”in daxili göynərtiləri, xalqını, vətənini düşünən insanın mənəvi iztirabları əks olunur:Ağıllara gəlməyən
Başlara gəldi bu gün.
Dostlar qara geyindi,
Düşmənlər güldü bu gün.
Elim matəm keçirir
25 ildi bu gün,
Bu yolun hər addımı
Qadadan-qandan keçib,
Xalqın müstəqilliyi
20 yanvardan keçib.Yağılar əlbir olub,
Qırğına fərman verdi.
Düşündü ki, bu xalqa
Ölümcül dərman verdi.
Ancaq bu dərs bizlərə
Azad, özgür, müstəqil
Bir Azərbaycan verdi.
Neçə ərən oğullar
Bu yolda candan keçib.
Xalqın müstəqilliyi
20 yanvardan keçib.R.Odayın poeziyası mövzuca zəngin və çoxşaxəlidir. Onun təbiət gözəllikləri, vətən sevgisi, ülvi məhəbbətin tərənnümü və sair mövzularda orijinal şeirləri vardır. Şair nədən yazırsa yazsın, insanı, onun iç duyğularını ön plana çəkir. Bu baxımdan Rafiq Odayın şeirləri insan mənəviyyatının poetik təsvirinin zənginliyi ilə səciyyələnir.
“Qərib ruhların nəğməsi” kitabını oxuyandan sonra qədirbilən oxucuların da bu qənaətə gələcəklərinə inanıram. Çünki Rafiq Oday yaradıcılığı boyu ədəbi axtarışdadır. Bu axtarışların son ucu isə oxucunun ürəyinə ünvanlanır.Avtandil AĞBABA,
filologiya üzrə fəlsəfə doktoru, dosent,
respublikanın Əməkdar jurnalisti -
Dostlara bir xatırlatma
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, “Gundelik.info” və “edebiyyat-az.com” saytlarının rəhbəri Rafiq Odayın facebook səhifəsində profilaktika işləri aparıldığından, səhifə istirahət və bayram günlərində istifadəyə bağlı olacaqdır. FB səhifəsinin sentyabrın 14-də axşam və ya 15-də səhər istifadəyə açılacağı nəzərdə tutulur.
Rafiq Odayla əlaqə saxlamaq istəyənlər (070) 630-88-42 telefon nömrəsinə zəng edə bilərlər.“Gundelik.info”
“edebiyyat-az.com” -
Qələmi qızıldan dəyərli ustad
“Allahdır insanı göyə qaldıran,
Ucalmaq eşqinə hərə düşməsin.
Qadın o qadındır, kişi o kişi,
Tamahı qızıla, zərə düşməsin” –dedi Mais Təmkin qələmə aldığı şeirlərinin birində.
Bəli bu ad bir çox insana tanışdır. Öncə qeyd edim ki, onun kimi dəyərli bir insan haqqında yazmağı özümə borc bildirm. . Çünki Mais müəllimi ədəbiyyatsız ədəbiyyatımızı da Mais müəllimsiz düşünmək qeyri- mümkündür O, həm qələmi kəsərli şair, mehriban, qayğıkeş, xeyirxah, səmimi insan, həm gözəl ailə başçısı, həm də ecazkar avazlı bir sənətkardır…
1968-ci ilin oktyabrın 15-də Lerik rayonunda göz açıb Mais müəllim. Hələ orta məktəbdə oxuduğu zaman şeirə, ədəbiyyata böyük maraq və həvəs göstərmişdir. 1986-1988-ci illərdə Ukrayna Respublikasında hərbi xidmətdə olmuşdur. 1993-cü ildən dövri mətbuatda poeziya nümunələri və publisistik məqalələrlə çıxışları olub. “Bu gecə ulduzlar yaman seyrəlib” ilk şeirlər kitabı 2003-cü ildə işıq üzü görmüşdür. “İlhamın gücü” poeması 2005-ci ildə “Avropa” nəşriyyatında çap olunmuşdur. “Hikməti sozundə axtar” üçüncü kitabı 2009-cu ildə “Nurlan” nəşriyyatında çap olunub. Şeirləri “Lerik ünvanlı duyğular” , “Zərif beytlərimiz”, “Lerikin söz ətri”,almanaxlarında, o cümlədən , Dünya Türk ədəbiyyatı Antologiyası dərgisində , Avrasiya şairlər Antologiyasında və bir sıra internet portallarında çap olunmuşdur. “İlhamlı günlərin nəğməsi” yeni kitabı 2014-cü ildə “Nərgiz” nəşriyyatında işıq üzü görmüşdür. 2014-cü ilin yanvarında Azərbaycan Yazıçılar Birliyinin sözçüsü şair Xəyal Rza tərəfindən həyata keçirilən “Bir bənd şeir” müsabiqəsinə qatılıb , müsabiqədə ikinci yerin qalibi adını qazandığına görə AYB-nin fəxri diplomuna və mükafatına layiq görülmüşdür. ,,Əbədi xatirəyə ədəbi baxış” müsabiqəsinin qalibi olmuşdur. ,,Qızıl qələm” və ,,İlhamlı günlərin nəğməsi” kitabına görə ,,Azərbaycan Bayrağı” media mükafatının laureatıdır. “Azad Təfəkkür” qəzetinin əməkdaşı və “Azərbaycanın Mədəniyyət və Ədəbiyyat” portalının Cənub bölgəsinin “Cənub ədəbiyyatı” bölməsinin baş redaktorudur. Hal-hazırda Lerik rayon Murya kənd orta məktəbində psixoloq-müəllim vəzifəsində çalışır.
Ailəlidir,üç övladı var: Fərid,Nurid,Rəmzi.Mais müəllimin həyatı sanki dərya dəniz, yaradıcılığı isə sirri bilinməyən dərin bir xəzinədir. Mais Təmkin qələminin böyüklüyü fərqliliyi ondadır ki o hansı mövzuda yazırsa yazsın o mövzunun dərinliyi aktuallığı hiss olunur təbii ki şeiri duyan insanlar üçün. Mais Təmkin ədəbiyyatımız üçün əvəzolunmaz bir insandır.
İstərdim böyük sənətkarın yaradıcılığına qısaca nəzər salaq.Haqqın dərgahına pərvazlanırdı,
Gözəllikdə mələkləri danırdı.
Qanad çala-çala o, nazlanırdı,
Ruhum mat qalmışdı günəş üzünə,
Heyif, o qız bir də dəyməz gözümə!Ömrü xəzan olmuş gülə dönmüşəm,
İnləyən, sızlayan telə dönmüşəm,
Kərəm tək alışıb külə dönmüşəm,
Dəyməyin kül altda qalan közümə,
Heyif, o qız bir də dəyməz gözümə.İlk bu iki bənd mənim diqqətimi çəkdi.Burada bir gözəlin gözəlliyinin tərənnümü, aşiqin çəkdiyi iztirab o qədər ustalıqla işlənib ki bu şeiri oxuduqca gözümüzdə bir səhnə canlanır hansı ki onu sözlərlə ifadə etməyə kəlmələr kifayət etməz.
Növbəti bir şeirində isə vətənpərvər oğullarımızın Vətənə olan sevgisi cəsurluğu ilə xalqın qəlbində iz salmaları yaşamaları hiss olunur..
Şəhid olub köçənlərim,
Yağıları biçənlərim,
Vətən andı içənlərim,
Öz əhdindən dönməz olur.Torpaq udub çox ərləri,
At oynadan ərənləri.
Ülviyyətin şölələri,
Daim yanar, sönməz olur!Bildiyimiz kimi insan ömrü bir kitaba bənzər. Hər keçən bir günümüz isə yazılan yeni bir səhifə. Bu kitabın əzilmiş çirklənmiş səhifələri kimi təzə ütülənmiş, üzərində tək bir qırışı olmayan köynək kimi səliqəli tərtəmiz səhifələri də mövcud.
Mais müəllim də ömür kitabının bəzi səhifələrini vərəqləyib qələminin gücü ilə aşağıdakı kimi tərənnüm etdi.Dünyanın qubarı məni…
Etdi qəm xirdarı- məni.
Kitab kimi Tanri məni
Oxuduqca, varaqlandımAydan-aya, ildən-ilə,
Adım gəzdi eldən-elə.
Qəmkeş kimi düşüb dilə,
Dastanlaşdim, nağıllandımGündən-günə dolub yaşa,
Nəfsimi qoymadım çaşa.
Başım dəydi, daşdan-daşa,
Müdrikləşdim, ağıllandım.Sonda onu demək istərdim ki, Mais Təmkin şəxsiyyəti, yaradıcılığı haqqında saatlarca danışmaq, onlarla, yüzlərlə kitab yazmaq olar. Allah şairimizi qorusun.
Sona HİKMƏT,
Sumqayıt Dövlət Universitetiinin 3-cü kurs tələbəsi. -
“Şəhzadə Şəmsin sehirli fırçası” Sumqayıtda – FOTO
Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Şəhzadə Şəmsin sehirli fırçası” adlı sərgi keçirilib. Sərgi Bilik gűnűnə həsr olunub. Qalereyanın rəsm dərnəyinin űzvű olan azyaşlı rəssamın sərgisinin keçirilməsində məqsəd istedadlı körpə fidanlara dəstək olmaq və onların incəsənətə olan marağını daha da artırmaqdır. Sərgidə űmumilikdə 15 rəsm, 5 dekorativ tətbiqi sənət işi təqdim olunub. Tədbirdə kiçik rəssamın ailə űzvləri, dostları, Şəhər Mədəniyyət Evinin rəsm dərnəyinin űzvləri iştirak edərək ona dəstək olublar, xoş arzularını çatdırıb, uğurlar diləyiblər.
Tədbirin sonunda kiçik rəssam fəxri fərmanla təltif olunub. Tədbirdə Şəhər Mədəniyyət Evinin özfəliyyət kollektivinin űzvləri, gənc műğənnilər Zaur Yusifli, Kamil Ağazadənin öz mahnı sovqatları ilə kiçik rəssamı təbrik ediblər.
Tədbirdə Kamil Ağazadənin rəhbərliyi ilə rəqs qrupunun ifasında şərq ölkələri rəqsləri maraqla qarşılanıb.Sumqayıt Mədəniyyət və Turizm İdarəsinin Mətbuat xidməti
-
Məryəm İsmayılovanı doğum günü münasibətilə təbrik edirik! (29 avqust 2013-cü il)
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və Kollektivi Sizi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya heyətinin Fəxri üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!
Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!Mətbuat xidmət
-
Rauf Vəliyevi doğum günü münasibətilkə təbrik edirik! (29 avqust 1991-ci il)
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
-
“Göylərdən gələn ilham”
Mən onu tanıyanda VIII sinifdə oxuyurdu. Az danışan, danışanda da fikirlərinin obrazlılığına heyrət ediləcək bir qız idi. Xahiş etdilər ki, onun şeir dəftərçəsinə baxım. Yazılarında poetik ifadələr olsa da, şeiriyyətin texnikası pozulur, fikir dolaşıqlığı yaranırdı.
Gülnarla iki il ardıcıl bu istiqamətdə məşğul oldum. Çox hafizəli və tapşırıqları dərhal yerinə yetirən idi. Az bir zamanda, müəyyən mənada məni qane edən şeirlər yazmağa başladı. Sevindim. Zəhmətim itməmişdi. İlk “Uğur olsun, Gülnar!” başlıqlı yazını da onun şeirləri ilə bərabər mətbuata mən verdim. Yazı dərc olunanda Gülnardan çox mən sevinirdim. Artıq Gülnar müxtəlif janrlarda şeirlər yazırdı. İstəyirdim onun özünəməxsus təxəllüsü olsun. Tanrı məni çox intizarda qoymadı. Onun təxəllüsü göylərdən gəldi – Gülnar Səma.
IX sinifdə oxuyarkən “Mən sehirli səmayam” adlı şeirlər kitabı çap olundu. Kitabı əlimə aldığım andan sevincimi sözlə ifadə etməkdə acizəm. Dünya gözlərimdə bir az da gözəlləşmişdi.
Orta məktəbi bitirənə qədər daha bir kitabın çap olunmasını istəyirdim. Lakin yuxarı siniflərdə tədris proqramlarının ağırlığı və Gülnarın təhsil almaq istəyi mənim arzumu xeyli ləngitdi.
BDU-nun filologiya fakültəsinə qəbul oldu. Qaynar ədəbi mühitə bir az da yaxınlaşdı, qaynayıb-qarışdı. Müxtəlif dövrü mətbuat səhifələrində tez-tez şeirləri, bədii və publisistik yazıları dərc olundu. Gülnar Səma sənətin ağ yoluna çıxmışdı. Bir müəllim – ustad kimi bununla qürur duyurdum.
Gülnar Səma imzası artıq geniş oxucu kütləsinə yaxşı tanışdır. Bakı ədəbi mühitində özünəməxsus yeri olan Gülnar ali təhsili başa vurub doğma Tovuza qayıtdı. Sərhəd kəndi olan Muncuqluda ümumi-orta məktəbin dil-ədəbiyyat müəllimi kimi fəaliyyətə başladı. Eyni zamanda Aşıq Hüseyn Bozalqanlı adına “Varislər” Ədəbi Birliyinin ən fəal üzvlərindən biri kimi özünü təsdiq etdi, ədəbi birliyin mətbuat katibi seçildi.
Ədəbi Birlik üzvlüyünə təzəcə qəbul edilmiş gənc yazarların yeni şeirlərini, həm də onların haqqında “Uğur Olsun!” yazısını müxtəlif mətbuat səhifələrində çap etdirdi. Estafeti Gülnar Səmaya vermişəm.
Oxuculara təqdim olunan “İçimdəki söhbətlər” adlı kitab Gülnar Səmanın bu günə qədərki yaradıcılığının oxuculara hesabatıdır.
Uğurlu olsun Gülnar Səma! Ancaq unutma ki, oxucuların səndən daha maraqlı və daha dəyərli əsərlər gözləyirlər. Qoy göylərdə süzən ilham pərinin qanadları yorulmasın! Amin!!!2011-ci il
Ustadın Əbülfət İslam
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair -
Şairə-publisist Ulduzə Süleyman qızının “Möhtəşəm Azərbaycan” qəzetinin avqust sayında çap olunan məqaləsi
“Möhtəşəm Azərbaycan” qəzetinə
(Ağdamın işğalında anadan olduğundan
heç vaxt ad günü keçirtməyən əziz qardaşım,
“Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və
baş redaktoru, respublikanın Əməkdar jurnalisti
Rafiq Odaya)
Qəlbi vətənə təşnə, yazıları –Sumqayıtın məsumlarını, alimlərini, şəhidlərini, müəllimlərini, fəhlələrini zikr etmədə – həvəsdə! Zamanın hər anını başa vurar ləyaqətlə, şərəflə! Yeri
görünər hər an – Azərbaycan içində! Vaxtın bilər əmanət, ömrün bilər bir nemət. “Möhtəşəm Azərbaycan” Allahın qullarını nur selinə bürüyər! Yazılar – ənbər qoxar, yazılar – qəlb
oxşayar. Yazılar – şəhid analarına dəstək olar, ümidlərini parladar, pak tutar. Şəhid ruhlarının sevinci göylərə ucalar. Uca Allah şəhidləri, Peyğəmbər (s.ə.v)-nın Kövsərinə yönəldər. Bu anda,
bu məqamda anaların alışan ürəyinə su səpilər, sinələri toxtayar.
“Möhtəşəm Azərbaycan” ölkəmizdə görülən möhtəşəm işlərin, layihələrin reallaşdığı anları; ölkə Prezidenti İlham Heydər oğlu Əliyevin keçirdiyi o qürurlu anları – əbədi yaddaşında saxlayar. Bu anların sevincini hamımıza yaşadar.Yazılar – sevənlərə müqəddəs torpağın əzəmətini anladar.
Yazılar – vətəni sevənləri – dağ başına qaldırar! Qəlblər riqqətə gələr, könüllər vəcdlə dolar. Şəkillər doğmalaşar, yazılar şirinləşər, qəlblərə yollar açar!
Yazılar – güllər açar, yazılar – bahar ətri qoxuyar! Yazılar –insanları sevməyə, sevilməyə çağırar, fədakarlıq etməyə sövq edər, yazılar – ürəkləri bahara qovuşdurar!
“Möhtəşəm Azərbaycan” – gənc mütəxəssislərə meydan açar, onların özlərinə inamını artırar.
“Möhtəşəm Azərbaycan” – hər anını Allahdan fürsət bilər, bu fürsəti – fəhmiylə şövqləndirər! Hər kəs ona dost olar, dostlarını ağılla tək-tək seçər. Seçdiyi insanları ağlına cövhər
bilər, qoruyar. Ağıllar dəlil arar, dəlillər ağla batar, insanlara həqiqəti anladar. Qəlblər təskinlik tapar! Ümidlər aşar-daşar, ümidlər insanları “Möhtəşəm Azərbaycan”ın təsisçisi və baş
redaktoru R.Odayın – pak və nurlu yoluna çağırar!
“Möhtəşəm Azərbaycan” – Yaradana üz tutar! Zamanın sürəti, dünyanın faniliyi Rafiq bəyi qorxutmaz! Allahın ona bəxş etdiyi neməti – sevənlərlə hərəkətlə, bərəkətlə paylaşar!
Allahın “ipindən” bərk yapışar. Daim intizar qəlbi, daim nigaran qəlbi – bir onda rahatlıq tapar!Respublikanın əməkdar artisti,
-
“Barat Vüsalın “Aldədə” poeması”
Əməkdar İncəsənət Xadimi Barat Vüsalın 65 illiyi münasibəti ilə seçilmiş əsərlərinin iki cildliyi çap olunmuşdur. AYB-nin Qazax zona filialının sədri olan Barat Vüsalın bu iki cildliyinin ikinci cildində üç poeması yer almışdır. Onlardan ən irihəcmlisi 20 Yanvar şəhidlərinin əziz xatirəsinə ithaf olunan “Aldədə” poemasıdır. Heca vəznində qələmə alınan bu əsər proloqla başlayıb epiloqla tamamlanır. Əsərdə on yarımbaşlıqdan istifadə edilmişdir ki, bəzi bölümlər də bir neçə hissədən ibarədir.
Əsərin proloqunda yurdumuzun tarixinə ümumi baxış edilərək bildirilir ki, antitürklər boşuna haray çəkiblər ki, bizim tariximiz yoxdur, əslində bizim babalarımız tarix yazıb, amma onu öyrənənlər olmayıb. Buna inanmayanlara belə bir təcrübi nəsihət verilir: “Bu torpağın oğlunu götür təndirə tulla, Görəcəksən oturub söhbət edir günəşlə”. Poemanın ilk bölümü “Odda yanmayan kişi” adlanır. Bütövlükdə əsəri əhatə edən əfsanə və rəvayətlərin söyləmi bu hissədə də var. Ərəb padşahı bir bahar axşamı üç elçi göndərir ki, pir baba nəsə bir möcüzə göstərsə, ona toxunmayacaqlar, göstərə bilməsə ömrünü tamamlayacaqlar. Pir baba isə onların gəlişinin əsl mahiyyətini ürəyində hiss eləyir. Yəni onlar torpaqlarımızı işğal etmək üçün bəhanə uydurublar. Pir baba da onları qonaq edib, kabab çəkərkən şişdən istifadə etmir. Onun əl-qolunun yanmaması elçiləri çaşbaş salır. Amma gəlmələr kəsdikləri çörəyi tapdalayıb kişini təndirə atmaq qərarını verirlər. Onun qucağına bir quzu verib axşam yanan təndirə atırlar, səhər isə piri saç-saqqalı buz bağlamış halda təndirdən tapırlar. Qorxub getmək istəyən elçiləri Aldədə yenidən yeməyə dəvət edir və təndirdə qucağında bişən quzunun ətindən də yollarına pay qoyur. Bəllidir ki, bu rəyavətin söyləmi əbəs yerə deyil. Yadellilər, həmişə bəhanələrlə gəliblər, buna baxmayaraq, türk həmişə onlara türkanə münasibət bildirib. Onların haqsızlığını sübut etməklə yanaşı, özünün çörək verən, mərd olduğunu da nümayiş etdirib.
Poemanın ikinci bölümü isə “Naltökən” adlanır. Baş verənlərə əsəbləşərək zəncir çeynəyən ərəb xəlifəsi pir babanı hüzuruna gətirməyi əmr edir. Yolçular piri bulaq başında xəyala dalarkən tapıb, əl-ayağını sarıyaraq ondan növbəti möcüzəni istəyirlər. Aldədə isə qımışır ki onsuz da bunların da yolu Naltökənədir. Elçilər yoxuşu çıxmaq istəyirlər, əvəzində belə bir hadisə baş verir: “Üç gündü ərəblər naltökəndədi, Yol gedib… bir addım atmamışdılar”. Vətən torpağı yadelliləri onu tapdayıb işğal etməyə imkan verməmişdi. Lakin ərəblər də yeri gəlmişkən bizim torpaqları gözaltı edirlər. Bölmənin əsas ideyası bu misralarda aydın olur: “Gəlirlər, gedirlər yenə də, baba, Sən varsan, biz varıq, o yoxuş durur!” Bu tarixi həqiqətlərin etirafıdır. Ölkəmiz elə bir coğrafi məkanda yerləşir ki, əksər istilaçıların yolu buradan keçib. Bütün bunlara baxmayaraq, hələ də, həm millətimiz. Həm də ölkəmiz öz varlığına sahibdir. “Oxuyan qarğılar” adlı bölümdə ərəblərin əsl niyyətləri üzə çıxır. Artıq tamamilə məlum olur ki, onların Aldədə ilə heç bir şəxsi-qəzlikləri yoxdur, əsas məqsəd onun vətəninin torpaqlarını ələ keçirməkdir. Ona görə də, bu dəfə daha konkret bəhanəylə gəlirlər. Xəlifə elçilərinə tapşırır ki, pirə böhtan atıb deyərsiniz ki, “Özgənin torpağını, Torpağına qatmısan”. Aldədə onlara cavab verir ki, biz yalnız öz halal dədə-baba torpaqlarımıza sahibik. Ərəblər isə öz yanlışlarına inadla haqq qazandırırlar ki, özgələrədən aldığınız torpaqları bizə verməlisiniz. Kimdi bu özgələr, əgər o torpaqlar, doğrudanda, özgənindirsə, onda nə fərqi türkün əsarətindədir, yoxsa ərəbin?! Məhz bu hissədə poemanın niyə şəhidlərə ithaf olunmasının əsl mahiyyəti üzə çıxır. Min illərdən bəri davam edən özgələrin torpaq iddiaları hələ də gündəmdədir. Hələ də torpaqlarımızı bölüşdürməkdən gözü doymayan bəhanə istehsalçıları torpaq iddialarından əl çəkmirlər. Bu da onu göstərir ki, əslində bizim bugünki problemlərimizin kökü çox qədimlərə gedib çıxır. Poemanın qəhrəmanı da yadellilərə açıqca meydan oxuyur ki, mənim belə sınmaz, odda yanmaz olmağımın da səbəbkarı öz torpağımdır. İndi mən öz torpağımı özgə torpağı bilib ondan necə əl çəkim?! Əgər inanmırsınızsa gəlin mənimlə vətənimi gəzin deyə onlara təklif edir. O, Yurd-Vətən nəğməsini oxuya-oxuya yola düşür. O getdiyi yerlərə qarğıdan nişan qoyur ki, elçilər də yolu tapıb gedə bilsinlər. Pirin bir günə gəzdiyi vətəni elçilər üç aya gəzdilər. Bu gəzilən ərazilərin adını çəkməklə şair bütöv Azərbaycanın xəritəsini cızır. Nişan üçün qoyulan qarğılar da nəğmə oxuyur. Lakin ərəbin biri bunun toprağa bağlılıq olmasına inanmır və bir qarğını çıxarıb başqa yerdə basdırır. Bu zaman “Elçilər nəğmə deyil, Bir hönkürtü dinlədi”. Bu epizodla Barat müəllim əsl türklüyün mahiyyətini onu anlamayanların diqqətinə çatdırır. O da məlum olur ki, tanrı öz ilahi qüdrətini türkə ərəbdən daha öncə izah etmişdir.
“Ağçayın Mahpeykəri aparması” bölümündə ərini axtaranda balasını itirən ananın ahını eşidib gələn Aldədə yeddi ildən bir daşan Ağçayı daşdırır. Bununla da “Aldədə həm oğlunu, həm də ki, ocağının İstisini itirdi”. Onun itmiş oğlu Qoroğlunu qurd aparıbmış. Qurd türkün kultudur. Onun apardığı uşaq yeddi il evinə dönə bilmir. Balasının və arvadının həsrətindən xəstə düşən Aldədə “Yuxusunda bir qurdla Oynayan balasını, İgid oğlunu gördü”. Atanın balasını tapmasında yuxu motivindən istifadə edildiyi kimi, onun oğlunu tanımasında da folklor elementindən istifadə edilir. Ata öz oğlunu xalından tanıyır. Qurddan atanın halallıq istəməsi əsərin əsas ideyasını müəyyənləşdirir. Necə ki, türk başqasının torpağına göz dikmir, necə ki türkün qarğısı yad torpaqda oxumur (xarıbülbülü xatırlayaq), eləcə də türk ona əziyyəti keçən hər bir kəsdən halallıq alır. Özü də bu halallığı ona öz milli kultu verir. Bu məqamda şairin ritorikası çox düşündürücüdür. “Qoroğluyla boz qurdun Qol-boyun dolaşması Qorxulu deyildimi?!” Bu, türkün düşmənlərini, ən adi bir fürsəti gözləyən işğalçıları rahat buraxmazdı. Əsərin ən əsas diqtəsi də odur ki, ata öz oğluna nə qədər Qoroğlu olduğunu desə də, uşaq özünü qurdun oğlu sanırdı. Nəhayət ki, uşaq böyüyəndə anlayır ki, Qor oğlu, ya da qurd oğlu olmağın fərqi yoxdu, əsas odur ki Yurd oğlu olasan. Uşağın anasının xəyalı da ona yurdu qorumağı tapşırır. Ananın belə bir tövsiyyəsi var.…Baxma tufan aparıb,
Xan Arazdı, Tərtərdi,
Kürdü qoru, ay oğul,
Yurdu qoru, ay oğul!Adı çəkilən üç çay bütöv Azərbaycanın simvoludur. Araz cənubla şimalın arasından keçən çaydır. Tərtər isə əsasən hazırda işğal olunmuş torpaqlarımızdan axır. Kür də öz başlanğıcını Türkiyədən götürür. Araz Kürə qovuşur, Kür də Xəzərə. Xəzərin ətrafında isə daha çox türk xalqları və türk dövlətləri yerləşir. Ana öz balasına bütöv türk torpaqlarını qorumağı məsləhət görür. Yenə də türkün başqalarının torpaqlarında gözü olmadığı, lakin öz torpaqlarına əsl sahiblik etməsi məsələsi qabardılır. Bu məsələdə Boz qurd da öz düzgün mövqeyini tutur. O da ata-anasının dediyi sözləri daim Qoroğluna təkrar edirdi. “O ataydı, bu boz qurd. O anayadı bu da yurd”. Əslində əsərin mərkəzi xəttini bu dörd ünsür təşkil edir. Ata – övladın milli kimliyinin təyini və türklərin milli kimlik kultu- Boz qurd. Ana- övladı dünyaya gətirən və Ana Yurdda ana dilinin daşıyıcısı. Bütün bu komponentlər milli şüuru formalaşdırır. Fərd kim olduğunun fərqinə varanda milli və bəşəri olduğunun mahiyyətini anlayır. Və dərk edir ki, bütün bəşəriliyə çağırış səsləri əslində milli kimliyini qorumaq deməkdir. Öz yurdunun qayğısına qalmayan insana dünyanın qayğısı heç vaxt maraqlı ola bilməz. Qoroğluna da dünyadan ona pay düşən vətəninə sahiblənməyi öyrədirlər.
“Batan günəşin nuru” bölümü də ibrətamiz xarakter daşıyır. Ölümü yaxınlaşan Aldədə; “Hayanda dəfn etmək gərəkdi məni, Orda dayanacaq atım – demişdi”. Türk kişisi döyüşə də, ölümə də gedəndə atına sadiq qalıb. At onu bütöv Azərbaycan coğrafiyasında gəzdirir. Səhənddən, Alvızdan, Ağrı dağdan, Kəpəzdən keçən at bütöv Azərbaycanı dolaşır. Belə anlaşılır ki, bu torpaqların hər qarışına canını tapşırmaq olar. “Ata qəbri” bölümündə hadisələrin düyünü açılır. Atası dünyasını dəyişəndən sonra düşmənlər oğlunu öldürmək istəyirlər. Onu tutmaq üçün Qara pəhlivanı göndərirlər. Bu ədalətsiz hücumun təsviri ilə şair poemanın əsas məqsədini nümayiş etdirir:Atmışdı oxunu düşmən hədəfə,
Günahkar cummuşdu günahsız üstə.
Allah, bu torpaqda neçənci dəfə
Silahlı gəlmişdi silahsız üstə.Qeyri-bərabər çarpışmada Qoroğlunu yenə də vətənin qayası, dərəsi, uçurumu, dumanı qoruyur. Xeyli təqib olunan Qoroğlu birdən ayaq saxlayır. O, Qara pəhlivana bildirir ki, bircə addım da atsa, atasının qəbrini tapdayacaq. Təbii ki, düşmən buna inanmır. Lakin türk oğlu düşmənini də xəbərdar edir ki, bir addım da atsan, atamın qəbri səni yandıracaq. Düşmən düşmənliyini edir, qəbri tapdamaq istəyəndə qəbirdən yüksələn alovu görür. Qorxuya düşən düşmən aradan çıxır. “Can şirin olsa da, qorxma zalımdan, Tapdama, ay oğul, ata qəbrini!” Bu sadəcə adi bir tövsiyyə deyil, haqlının haqq mübarizəsindən həmişə qalib çıxacağına əminlikdir. Bu tövsiyyədən sonra şəhidlər mövzusuna keçid də rəmzi xarakter daşıyır. Can nə qədər şirin olsa da, şəhidlər ata-babalarının qəbri tapdanmasın deyə canlarından da keçiblər. Əsərin finalı olan “Şəhid qəbirləri” bölümündə min illər bundan əvvəl baş verən hadisələrin eyni bəhanələrlə çağdaş dövrdə də davam etməsi reallıq olaraq göstərilir. “Dövlət çevrilişi edirmiş guya, Bir uşaq evində yatdığı yerdə” – bu misralar 20 Yanvar qətliamının əsl mahiyyətini göstərir. Vaxtı ilə ərəb xəlifəsi Aldədənin üstünə hansı bəhanələrlə adam göndərmişdisə, indi də sovet dövləti eyni bəhanələrlə Azadlıq meydanına qoşun göndərdi. Məlum oldu ki, “Xalqı qorumurmuş xalqın dövləti, Xalqdan qoruyurmuş özünü dövlət?” Zaman dəyişsə də, köhnə düşmənlər öz məkrli məqsədlərini dəyişməyiblər. Bununla yanaşı, bütün məqsədyönlü parçalamalara, mənəvi aşınmalara baxmayaraq türkün türkanəliyi hələ də öz diqtəsini etməkdədir.
Həddi-hüdudu yox alçaqlığının,
Gör indi gəlmisən hara Pəhlivan?
Ölsəm də, bir addım ata bilmərəm,
Şəhid qardaşımın, şəhid bacımın
Qəbridi qarşıda… qara Pəhlivan!Qara pəhlivan simvolik düşmən obrazıdır. Şəhidlərin qəbri isə bizə ölməzlik örnəyidir. Onlar bu torpaqda bu torpaq üçün can qoydular. Qara Pəhlivanlara onların qəbrini tapdamağa icazə vermək olmaz. Bu qəbirlər həm də vətənin ümumiləşdirilmiş obrazıdır. Poemada sadəcə mifik hadisələr təsvir olunmayıb. Tarixi rəvayətlərlə müasir dövrün reallıqları arasındakı bağlılıq verilib. Düşmənlərin hələ də öz düşmənçilik mövqeyində qaldığı bəlli olur. Poemanın məna və məntiq tutumu ilə bədii tutumu da bir-birini tamamlayır.
Gülnar SƏMA,
Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, Gənclər mükafatçısı -
Tamerlan ƏLƏKBƏROV.”Neft: XXI əsrin yeni təzyiq çırağı”
Öz mövcudiyyəti ərzində bəşəriyyət bir çox müharibə görmüşdür: dünya, regional, soyuq və digərləri. Düşünmək olardı ki, bu hamısıdır. Başqasını tapmaq çətindir.Lakin tərəqqi öz yerində dayanmır və budur, tərəqqinin yeni körpə varlığı- iqtisadiyyata və ölkənin valyuta ehtiyatlarına ildırım sürətilə zərbə vuran “Neft müharibəsi” və ya neft rıçaqı. İmperiyalar və müstəmləkələr dövrü çoxdan keçmişdir, əgər “Böyük qardaş” olaraq ikinci variantı necə də olsa nəzərdən keçirmək mümkün idisə, lakin bu variant belə artıq XX əsrdə və XXI əsrin əvvəllərində malik olduğu təsirə malik deyil.Kütləvi müharibələr artıq dəbdə deyil, kütləvi dağıdıcı silahların istifadə olunduğu müharibələr olmayacaqdır. Çünki onlar hər şeyə zərbə vururlar, həm də heç kim öz resurslarını itirmək istəmir, hansı ki bunlar vasitəsilə pul qazanmaq olardı.
Suriya və Liviyadan olan qaçqınlarla bağlı olaraq Avropa böhran içindədir. Şərq saxta “müsəlmanlar” – İŞİD terrorçuları ilə mükafatlandırıldı. Şahmat taxtasında hər şey düzülüb, lakin Çin və MDB dövlətləri qalır. Çinə təzyiq etmək, çaldıqları ilə onu oynamağa məcbur etmək mümkün deyildi, açıq şəkildə savaşmağın heç bir mənası yox idi, belə ki bu, sarsıdıcı məğlubiyyətə gətirib çıxaracaqdır.Geriyə sadəcə iqtisadi müharibə qalır ki, burada əsas rollardan birini də neft oynayır.
MDB ölkələrinə keçək.
SSRİ-nin süqutundan sonra, Qərb keçmiş sovet respublikalarını müstəmləkəyə çevirə bilmədi. Qərb siyasətçiləri dövlətləri devirməyə cəhd etdilər, lakin Ukrayna istisna olmaqla bunun heç bir nəticəsi olmadı. Beşinci kolonların yaradılması yekunda zəiflədi, göndərilmiş kuklalar özlərinin uğursuzluqları və xalqın qəzəbi nəticəsində gedirlər. Belarus və Rusiyaya qarşı sanksiyalar yalnız dövlətləri gücləndirdi və onların daxili bazarlarının inkişafına təkan verdi. Təsir metodları kimi həyat da dəyişir. Yeni təsir metodu bazarda neftin qiyməti oldu. Bu da daha çox büdcələri neftdən asılı olan ölkələrə – şərq ölkələri, bəzi Avropa ölkələri, MDB dövlətləri (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan) təsirini göstərdi.
«Neft zərbəsi»ndə heç kim gunahlandırıla bilməz. Belə ki, bazarda neft çoxalıb və bu səbəbdən də aşağı qiymət yaranır.Bu da dövlətin iqtisadiyyatını öldürür və ölkənin maliyyə ehtiyatlarını (Çin, Rusiya və digər böyük dövlətlər), eləcə də iqtisadiyyatı birbaşa neftin qiymətindən asılı olan ölkələri (Azərbaycan. Türkmənistan, Qazaxıstan) zəiflədir.
Nəticədə neft üzərində oynamaqla və bir sıra ölkələrdə dolları möhkəmləndirməklə Qərb, neft istehsal edəndövlətləri özünə tabe etmək üçün onları gəlilərindən məhrum edir. Bu, bir tərəflərin qələbə qazandığı və təbii olaraq digərlərinin uduzduğu oyundur. Bir dövlətin iqtisadiyyatına və onun resurslarına zərbə vurmaq olar, lakin burada bir məqam var. Böhranla üzləşmiş ölkədaxili resurslarını cəlb edir, fabrik, zavod və digər müəssisələrin tikintisi hesabına daxili bazarın inkişafı başlanır. İxracı əvəz edəcək və neftdən asılılığı aradan qaldıracaq hər bir şey edilir.
Bizimlə bağlı onu demək olar ki, Azərbaycan inkişaf etmiş iqtisadiyyatı, qüdrətli ordusu, möhkəm əxlaqi və mənəvi keyfiyyətlərə malikəzəmətli xalqı olan güclü dövlətdir.
Böhran dünyaya fərqli bir rakursdan baxmaq və əvvəl mövcud olanların əsasında daha yaxşını yaratmaq üçün yeni üfüqlər, imkanlar açır.Azərbaycan daxili resursları və bizim Prezidentimiz İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında mütəşəkkil xalqınınhesabına böhrandan layiqli şəkildə çıxacaqdır. -
MİLLİ QƏHRƏMAN YAD EDİLDİ
Şəhid adı müqəddəsdir. Müqəddəsdir ona görə ki, doğma vətən torpağı şəhidlərin qanı ilə suvarılmasaydı bu gün biz azad və müstəqil şəkildə ya şaya bilməzdik. Suverenliyimizi borclu olduğumuz şəhidləri daim yad etmək, gələcək nəsillərə tanıt maq isə hamımızın vətəndaşlıq borcudur.Bu prin sipi əsas götürərək şəhərimizin bir qrup ziyalısı yaxın günlərdə Biləsuvar rayonunun Əliabad kəndində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsini yad etdilər.
Sumqayıt şəhər Təhsil Şöbəsi Veteranlar Şura sının təşəbbüsü ilə müharibə və əmək veteranları 11 nömrəli tam orta məktəbin müəllim kollektivi ilə birlikdə Biləsuvar rayonu Əliabad kəndində oldular. Qonaqları Biləsuvar rayon icra hakimiy yətinin şöbə müdiri Xəyalə Qənbərova, kənd icra nüma yəndəsi Telman Əliyev, Biləsuvar rayon bələdiyyə sinin sədri Məhəmməd Əliyev və başqa məsul şəxslər qarşılamışlar. Qonaqlar İcra haki miyyəti binasının qarşısında əzəmətlə ucaldılmış Ulu öndər Heydər Əliyevin heykəli önünə tər çiçəklər düzmüş, ruhuna dua oxumuşlar.Daha sonra qonaqlar Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun təhsil aldığı şəhid Malik Priyev adına Əliabad kənd ortaməktəbinə gedərək (rayonla kəndin arası 7 kmdir) burada yaradılmış “Mübarizlik məktəbi” adlı
muzeylə tanış oldular.Təhsil ocağının müəllimləri ilə keçirilən görüşdə məktəbin direktoru Bəsirə Rüstəmova çıxış edərək Milli Qəhrəman Mübariz İbrahimovun məktəb illərindən, keçdiyi şərəfli ömür yolundan geniş söhbət açaraq, Mübariz kimi bir vətən oğlunun bu məktəbdə təhsil alması ilə fəxr etdiyini bildirdi.Görüşdə məktəbin coğrafiya müəllimi, Mübarizin sinif rəhbəri Əhliman Quliyev, kənd icra nümayəndəsi Telman Əliyev, Bələdiyyə sədri Məhəmməd Əliyev, Sumqayıt şəhər Təhsil Şöbəsi, Veteranlar Şurasının sədri, qabaqcıl maarif xadimi Məşdi Zeynalov, şəhər müharibə, əmək, silahlı qüvvələr, hüquq-mühafizə orqanları Veteranlar Şurasının sədri Leyla Qasımzadə, böyük vətən müharibəsi veteranı Mirməhəmməd Əliyev, Qarabağ müharibəsi iştirakçısı Fəxrəddin Behbudov, 11 nömrəli tam orta məktəbin direktoru Şəhla Bağırova, məktəbin həmkarlar təşkilatının sədri, riyaziyyat müəllimi Natavan Kə rimli, Qarabağ müharibəsi işti rakçısı, məktəbin fotoqrafı Şakir Rəhman, həvəskar fotoqraf Vahid Hüseynov, xeyriyyəçi Musta fa Mütəllimov, tarix müəllimi Sevil Əliyeva, 3 nömrəli tam orta məktəbin veteran müəllimi Tofiq Mikayılov, 14 tam nömrəli orta məktəbin veteran müəllimi Tərlan Ruhullayev də çıxış edərək Mübarizin mübarizliyindən danışmış, onun misilsiz qəhrəmanlığından söhbət açaraq belə bir Azərbaycan oğlunun hər bir gəncə örnək olduğunu qeyd etdilər.
Sumqayıt şəhər Veteranlar Şurasının sədri Leyla Qasımzadə, 11 nömrəli tam orta məktəbin direktoru Şəhla Bağırova bütün qonaqlar adından
məktəbin xatirə jurnalına ürək sözlərini yazmışlar.
Həmin gün qonaqlar Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun doğulub, boya-başa çatdığı evdə olmuş, şəhidin atası Ağakərim kişi, anası Şamama xanımla görüşmüşlər.
Sumqayıt şəhər Veteranlar Şurasının sədri, qabaqcıl maarif xadimi Məşdi Zeynalovun Milli qəhrəman Mübariz İbrahimov haqda yazdığı, onun cəsarətindən, qəhrəmanlığından, vətən eş qindən bəhs edən “Xalqın Mübariz oğlu” adlı mə qaləsi “Sumqayıt”, “Sumqayıt təhsili”, “Möhtəşəm Azərbaycan”, “Azərbaycan müəllimi” və “Respublika” qəzetlərində dərc edilmişdir. Məşdi müəllim həmin qəzetlərdən nümunələri şəhidin valideyn lərinə və “Mübarizlik mək təbi” ad lı muzeyə
təqdim etmişdir.
Çıxış edən qonaqlar Mübariz İbrahimova dərs demiş bütün müəllimlərə və məktəb kollektivinə onun kimi vətənini, xalqını, millətini canından artıq sevən
oğul yetişdirdikləri üçün minnətdarlıq etmiş, Mübarizlə hər za man qürur duyacaqlarını, onun kimi qəhrəman oğlu olan bir ölkənin vətəndaşı olmaqla fəxr etdiklərini
bildirmişlər.
Sonda onu da qeyd etmək istəyirəm ki, böyük ümidlərlə Azərbaycan Respublikasının Milli qəhrəmanı Mü bariz İbrahimovun heykəlinin Biləsuvar rayonunda, yaxud da öz doğma kəndi Əlia badda ucal dacağı günü gözləyirəm. Çünki vətən üçün, doğ ma xalqı üçün canından keçibadını tarixə qanı ilə yazan qəhrəmanlar tarixdə
əbədi yaşamalıdırlar. Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov məhz belə insanlardan biridir.Söhbət əsnasında Azərbaycanın Milli Qəh
rəmanı Mübariz İbrahimovun atası Ağakərim kişi onlara gös tərilən diqqət və qayğıya görə respublika rəhbərliyinə və aidiyyəti qrumlara dərin təşəkkürünü bildirdi və bu minnətdarlığını qəzetimiz vasitəsilə çatdırıl masını xahiş etdi.Məşdi Zeynalov,
Sumqayıt şəhər Təhsil Şobəsi
Veteranlar Şurasının sədri,
şəhər Veteranlar Şurasının məsul katibi,
qabaqcıl maarif xadimi -
Nuranə ƏLİYEVA.”Şəhidin xanımından yoldaşına anım məktubu!!!”
Hər gün daha çox darıxıram sənsiz. Günlər, aylar keçir, amma sənsizlik ağrısı hələ də ilk günkü kimidir. Çətindir sənsiz həyata tutunmaq. Hər dəqiqə xəyalınla yaşamaqdır nəfəs aldığım hər gün. Özümü unutdum sən yoxsan deyə, gülüşüm saxtalaşdı, həyata baxışım dəyişdi, gələcəyə ümidim itdi…
Arzular, ah arzular…. sizdəmi O getdiyi gün bitdiniz?! Sizdəmi O getdi deyə getdiniz?! Nə çətinmiş, nə dözülməzmiş sənsiz nəfəs almaq. Səsini eşitməmək, üzünü görməmək , sənə toxunmamaq… Tək təskinliyim sənin yadigarlarınla ovunmaqdır. Sənə oxşamaq istəyən, sənin yolunu gözləyən, “atam olsa belə olardı” deyən iki əmanətin var məndə. Amma sənsiz onlar da qanadı qırılmış quş kimidilər. Sənsiz onlar da təkdirlər. Kim ola bilər sənin qədər əziz, sənin qədər yaxın onlara? Kim tuta bilər onların əlindən sən tutduğun kimi, bərk-bərk? Kim saçlarına sığal çəkər sənin kimi?..
Özümlə savaşıram. “O yoxdur, bəs mən niyə varam” deyə. “Niyə gülürəm, niyə boğazımdan loxma keçir” deyə. “Niyə gəzirəm, niyə sənsiz dözüb yaşayıram, niyə sənsizliyə dözürəm” deyə çox qınayıram özümü. Bu niyələr yorur məni… sənsizlik alır gücümü…
Yorulmuş ruhum qorxudur məni, əmanətlərini sən istəyən kimi böyüdə bilmərəm deyə. Sənə söz verirəm, ey mənim qürur yerim, ey mənim baş tacım, fəxrim, fəxarətim, ən dəyərlim, sənə layiq böyüdəcəyəm əmanətlərini. Səni onlarda görmək arzusuyla, həyata tutunub övladlarını sənin kimi, qorxmaz, igid, mərd, əsl kişi kimi böyüdəcəyəm . Yarımçıq qalan arzularını onlarla birgə həyata keçirdəcəyəm.
Sən rahat uyu, ŞƏHİDİM!
Sənin uğrunda canından keçdiyin Vətəndə ən çox sənin övladlarının yaşamaq haqqı var! Gözün arxada qalmasın, Yerin behişt, qəbrin nurla dolsun.
40 yaşın mübarək, igidim, ŞƏHİDİM
-
Gəncənin “Kitab evi”
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısıBizdə çox qəribə bir yanaşma var. “Bu qəzetin redaktoru filankəsdi, onu tərifləyək”, “bu almanaxı filankəslər çıxarır, gərək pul verib alam”, “bu jurnalın naşiri filan müəllimdi, tənqid etmək olmaz”. Bu yanaşma məndə də var, danmıram. Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin “Odərlər”ini sevdiyim məkan olan kitabevim.az-ın xətrinə oxudum. “Odərlər” mənim üçün o qədər gözəl və qiymətli əsər oldu ki, onun xətrinə “Arvadsız kişi”ni də oxudum. Bunlardan sonra oturub kitab evinin Gəncə filialının açılışını səbirsizliklə gözlədim. Fevralın 27-də “Ustad” dərgisinin ilk sayının təqdimatına özümü Bakıya çatdırdım. “Ustad”ın ilk sayı məndə çox fərqli təəssürat yaratdı. Ədəbiyyatın sevdalısı Gülnar Səma ilə günlər boyu dərgini müzakirə etməkdən və öyünməkdən yorulmadıq. Təbii, ümid etməkdən də…
“Ustad”ın 3-cü sayında Tural Turanın bir şeirindən yaranan təəssüratlarım da çap olundu. Texniki qüsur ilə. Öncə təəssüflənsəm də, sonra bu qəribəlik məni cəzb elədi. Nə də olsa, şəkil mənim idi. Dərgini anam Gəncədəki kitab evindən 15% güzəştlə almışdı. Sevindirici idi. Doğrudur, səbirsizliklə açılışını gözlədiyim məkanın oxuculara qapı açdığı gün mən dəvət olunmamışdım, yenə də oranı görmək, kitablarını doyunca qoxulamaq istəyindəydim. Bir gün yolumu ordan saldım. Büdcəyə uyğunluğu mütənasiblikdə saxlamaq naminə “Qoy-götür” şöbəsinə üz tutdum. Satıcı oğlan şərtləri sadalayanda əlim-qolum yanıma düşdü. Demə, mən onların anbarında olmayan bir kitab gətirib hədiyyə etməliyəm ki, sonra ordan kitab götürə bilim. Axı, mən hardan bilim ki, o anbarda nə var, nə yox?! Ayrıca, “kitab anbarı” ifadəsi də məndə mistik təəssürat yaratdı. Təsəvvür edin, kitab oxuyanlar, kitab evinə üz tutanlar, adətən, çox həssas və reallığın düzxətli kəsişməsindən qaçıb hiperbola formasında həyata dönən insanlardır. Bu insanlardan biri əlinə Əzizə Cəfərzadənin “Bakı-1501” kitabını alıb yüyürək kitab evinin qapısından içəri təpilir. Nəinki insanlara, ordakı kitablara belə laqeydcəsinə baxan boz sifətli, tünd baxışlı oğlan qayıdır ki:
-Bundan anbarda var. Get, ayrısını gətir.
Gözucu boybaboy düzülən kitablara baxıb əlindəki kitabın xətrinə dəyməsin deyə sinənə sıxaraq eşiyə çıxırsan. Əzilən həvəsini təsəlli etməyə söz qalmır. Və qırılan ümidlərin sənə bir daha bura gəlməməyi diqtə edir. Bu da olur oxucunun qıt zamanında oxucu toplamaq.
Amma, kitaba laqeyd yanaşan insanlar unudur ki, kitabla dost olanlar bu dostluğu nəyinsə xətrinə başlamamışlar. Hansısa boz və soyuq sözlərə, şərtlərə görə də kitabdan küsmək olmaz.
Kitab evinin Gəncədə açılışı möhtəşəm hadisədi. Bütün bu narazılığım o demək deyil ki, mən o məkana yadam. Əksinə, o doğma məkanda bu nüansları görmək istəmirəm. Düzdür, qərbin sevgi ənənəsində belə bir psixologiya mövcuddur ki, sevdiyini bütün qüsurları ilə sev. Ancaq, mənim damarlarımda şərqli qanı axır. Mən sevgi anlamının yanına mükəmməllik də yazmağı sevirəm.
Kitab evinin bir özəlliyi isə, doğrudan da, heyrətamiz və təqdirəlayiqdir. Bu, hədiyyə kartları kompaniyasıdır. İnanın, mən o hədiyyə kartlarından birini öz ad günümdə elə almaq istərdim ki…
Elə kitab evində də “Ustad” dərgisini almaq mümkündür. Mən almasam da vərəqləməyə vaxt ayıra bildim. İlk sayında məni cəzb edən yazılar sırasında Şəmil Sadiqin “Türk hökmdarlarının sözü və qılıncı”, Nizami Cəfərovun “Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına”, Alxan Bayramoğlunun “Dövlət himnimizin söz və mətninin müəllifi kimdir”, Elxan Nəcəfovun “Sufilikdən bir az” yazıları oldu. Çox maraqlıydı. İkinci sayı sadəcə vərəqləmək imkanım olduğundan tam oxuya bilmədim. Müşfiq Xanın “Nədən və necə yazmalı?” yazısına nəzər saldım. Elə xoşuma gəldi ki, hekayələrimin birində bu məqama toxundum. Üçüncü sayı büsbütün oxudum, müəyyən narazılıqlarım olsa da, Dino Buzatti Traversonun “Tanrı görmüş köpək” hekayəsini ən az on adama danışmışam artıq. Rövşən Danyerinin tərcüməsində çox maraqlı alınmışdı. Lakin, “Memuar janrı və Seyran Səxavətin “Qaçaqaç” romanı” haqda müzakirə məndə alayarımçıq təəssürat oyatdı. Əvvəla, oxucu memuar janrı haqda haçalanmış fikirlərlə qarşı-qarşıya qoyulur. İkincisi, Seyran Səxavətin romanının ümumi nədən bəhs etdiyi qaranlıq qalır. Öncə roman haqda kiçik bir yazı verilib sonra müzakirə başlasaydı, tam təəssürat yarana bilərdi. Təklif edərdim ki, bundan sonrakı müzakirələrdə oxucu amili nəzər alınsın. Axı, dərgi cəmiyyətin müxtəlif xarakterli, fərqli dünyagörüşlü insanlarının oxuması üçün nəzərdə tutulub, təkcə “Qaçaqaç” romanından xəbəri olanlar üçün deyil.
Bu gün də kitab evinə getmək fikrindəyəm. Səliqəli şəkildə bölmələrə ayrılmış rəflərdə qarışıq yığılmış kitabları görərək təəssüf hissi keçirəcəyimi bilsəm də, harda kitab varsa ora mənə doğmadır.Hələ kitab evi… Gəncənin ən möhtəşəm kitab məkanı. Hərçənd, gəncəliləri kitaba cəlb etmək üçün heç bir sevindirici və ilhamlandırıcı şərtləri olmasa da…Şəfa Vəli (Gəncə)
-
“Zər qədrini zərgər bilər”
Eşitdiyimə görə filologiya elmləri doktoru, professor, məşhur ədəbiyyatşünas və tənqidçi alim mərhum Qulu Xəlilov o qədər də uzun olmayan ömründə təqribən doqquz dəfə cərrahi əməliyyata məruz qalıb. Amma bu faktı rekord göstərici hesab edənlər bilmirlər ki, mən bu rekordu çoxdan təzələmişəm. Düz on bir dəfə cərrah bıçağının altında olmuşam. Həm də bu əməliyyatların bir qismi peşəmlə bağlı fəsadların nəticəsi idi.
Otuz beş il fasiləsiz olaraq “Sosialist Sumqayıtı” (indiki ”Sumqayıt” qəzeti) redaksiyasında sənaye şöbəsinin müdiri vəzifəsində çalışmışam. Bu şöbə inşaat və nəqliyyat sahələrini də əhatə edirdi. Həftədə üç dəfə çıxan və dörd səhifədən ibarət olan bu qəzetin birinci və üçüncü səhifələrinin materiallarını təkbaşına hazırlayırdım. Bununla yanaşı redaksiyanın poçtuna gələn bədii yazıları – şeir və hekayələri nəzərdən keçirmək, yaxşı nümunələri çapa hazırlamaq, müəlliflərə cavab yazmaq və s. mənə tapşırılmışdı. Hecə işlədiyimi və hansı səviyyədə jurnalist olduğumu bilmək üçün aşağıdakı faktlara diqqət yetirmək kifayətdir.
“Sumqayıt” qəzetinin baş redaktoru mərhum Kamran Hacıyev mənim fəaliyyətimə həsr etdiyi “Ustad” adlı kitabında qəzetin keçmiş redaktoru Zərifə xanım Təhməzovanın sözlərini sitat gətirərək qeyd edir: ”Sumqayıt mətbuatında Xasay Cahangirov məktəbini yaratmağın vaxtı çoxdan catıb”.
Qəzetin məsul katibi, mərhum jurnalist Tofiq Məmməd “Bizim Xasay müəllim” sərlövhəli oçerkində yazır: “Rus yazıçıları Qoqolun “Şinel”indən çıxdıqları kimi, Sumqayıt şair və jurnalistləri də Xasay Cahangirovun makinasından pərvazlanmışlar.
1958-ci ildə işlədiyim vəzifə ilə yanaşı, təşəbbüsümlə “Sumqayıtdan gələn səslər” Ədəbi Birliyini yaradaraq iyirmi altı il ona rəhbərlik etmişəm. Bu birlik Sumqayıt ədəbi mühitinin formalaşmasında müstəsna rol oynamışdır. Respublikamızın görkəmli şair və yazıçılarının Sumqayıt zəhmətkeşləri ilə görüşlərinin və yaradıcılıq gecələrinin təşkili, habelə Sumqayıt şairlərinin fəhlə yataqxanalarında, tikinti meydanlarında, mədəniyyət ocaqlarında, məktəblərdə çıxışları Birliyin fəaliyyətinin əsas istiqamətləri olmuşdur. Yeri gəlmişkən, onu da qeyd edim ki, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt filialı məhz bu Birliyin bazası əsasında yaradılmışdır. Bütün bunlara görə 1967-ci ildə Zəhmətkeşlərin Ümumittifaq Xalq Yaradıcılığı Festivalının Təşkilat Komitəsi “Sumqayıtdan gələn səslər” Ədəbi Birliyinin səmərəli fəaliyyətini yüksək qiymətləndirmiş, onu diplom və medalla mükafatlandırmışdı.
Yeri gəlmişkən, qeyd edim ki, məni dəfələrlə Respublika mətbuatında – “Kommunist”, ”Ədəbiyyat və incəsənət” qəzetlərində işə dəvət etmişlər. Amma mən həyatımın mənası hesab etdiyim doğma “Sumqayıt” qəzetində qalıb işləməyi daha üstün tutmuşam. Möhtərəm oxucu, elə zənn etmə ki, olub-keçənləri xatırlamaqla özümü tərifləmək istəyirəm. Əsla!
Bunun çox ciddi və əhəmiyyətli bir səbəbi var. Yuxarıda qeyd etdiyim kimi, otuz beş il fasiləsiz olaraq “Sumqayıt” qəzetinin ən çətin şöbəsində çalışmış, hazırladığım bütün materialları makinamda özüm yazmışam. Uzun illər diqqətim makinada olduğundan gözlərim zəifləmiş, sonra da qəflətən tutulmuşdu. Həkimlərimiz sağ olsunlar. İşıqlı dünyamı yenidən özümə qaytardılar.
Bildiyiniz kimi həmin qəzet keçmiş Şəhər Partiya Komitəsinin, Şəhər Zəhmətkeşlər Soveti İcraiyyə Komitəsinin və Şəhər Komsomol Komitəsinin orqanı idi. Bu orqanın əməkdaşlarına qayğı göstərməyə, problemlərinin həllinə kömək etməyə, şəhərin tərəqqisində zəhməti olanların fəaliyyətini qiymətləndirməyə bu rəhbər təşkilatların başçıları borclu idilər.
Amma təəssüf ki…
Bəzən aylarla xəstəxanalarda müalicə olunmuşam. Hələ bir dəfə də olsun, şəhərin rəhbər təşkilatlarının başçıları mənim vəziyyətimlə nə maraqlanıb, nə qayğı göstərib. Əslində hamıya belə laqeydlik göstərilsə də, bunu həmişə təbii hal hesab etmişik.
Sən demə, tabeliyində olan şəhərin vətəndaşlarına doğma münasibət bəsləyən, onların zəhmətini qiymətləndirən, ləyaqətli, gərəkli və təmiz adamları öz doğması hesab edən rəhbərlər də var imiş. Elə Sumqayıt Şəhər İcra Hakimiyyətinin yeni başçısı Zakir Fərəcov kimi, onun müavini Teymur müəllim kimi, aparatın digər xeyirxah əməkdaşları kimi.
Zakir müəllimin qayğısından söhbət açmağım əbəs deyil. Necə deyiblər, aşıq gördüyünü çağırar.
Bu il aprel ayının əvvəlində yenidən çox ağır vəziyyətdə xəstəxanaya düşdüm. Bu, mənim üçün əsl sınaq imtahanı oldu. İki ay müddətində köhnə şair dostlarımdan Ofeliya Babayeva, Rafiq Oday, Əli Rafiq, İldırım Dəmirovdan başqa nə jurnalist həmkarlarım, nə şair dostlarım palatamın nə qapısını açdı, nə də telefonla da olsa belə halımı soruşmadılar.
Bu böhranlı günlərimin birində xəstəxana qapısını xeyirxah bir əl açdı. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur müəllim, bir neçə əməkdaş ilə mənə baş çəkməyə gəlmişdi. Onunla bərabər Şəhər Səhiyyə Şöbəsinin müdiri Ələkbər Tağıyev, icra aparatının baş məsləhətçisi Şuşa xanım Aslanova da gəlmişdi. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun göstərişi ilə gəldiklərini, hər hansı bir problemim varsa, yerindəcə həll etməyi tapşırdığını bildirdi. Onu da qeyd etdi ki, bu münasibət təkcə sizə deyil, Sumqayıt şəhərinin bugünkü səviyyəyə çatmasında zəhməti olanların hamısına göstərilir.
Bu görüş sanki bütün dünyanı mənə verdi. Bu qayğının təsirindən Sumqayıt Şəhər 1 Saylı xəstəxananın baş həkimi Nazim həkim, şöbə müdiri Əhməd həkim, uroluq Maqsud həkimin şəfalı əlləri, isti münasibəti məni yenidən həyata qaytardı.
Xalq cəbhəsi dövründə quru bəylərin qondarma qanun-qaydalarına əsasən 1993-cü ilin əvvəlində razılığım olmadan məni 62 yaşımda təqaüdə göndərib belə dedilər: ”Get istirahətə, etiraz etməyinin əhəmiyyəti yoxdur”. Yaradıcılığımın çiçəklənən dövründə işdən azad edildim. Gərəkli illərim unuduldu, özüm də yaddan çıxdım. Çoxları məni həyatdan köçmüş zənn etdi.
Və bir də 23 il sonra yada düşdüm. Zakir Fərəcov kimi xeyirxah, qayğıkeş, qədirbilən insanın sayəsində belə isti münasibət mənə qol-qanad verdi. İndi özümü həmkarlarımın arasında hiss edirəm. Zakir müəllim onların ən fəllarından biri kimi peşə bayramım – Milli Mətbuat günü münasibəti ilə məni də mükafatlandırdı. Mətbuatda səmərəli fəaliyyətimə görə uzunillik zəhmətim Sumqayıt Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyəyə layiq görüldü. 86 illik ömrümdə bu mükafatı ən dəyərli ərməğan hesab edirəm.
Zakir müəllim Milli Mətbuat günündə peşə bayramım münasibətilə İcra hakimiyyətinin yeddi nəfər nümayəndəsini – Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur müəllimi, Gündüz Əliyevi, Fərman Kazımovu, Ceyhun Məmmədovu, AJB-nin Sumqayıt Şəhər şöbəsinin rəhbəri Rafiq Odayı və ”Dünya” TV-nin bir qrup əməkdaşını da evimizə – məni təbrik etməyə göndərdi. Şəhərkənarı bağ evimdə mükafatın təqdimatı mərasimində adları çəkilən aparat işçiləri bildirdilər ki, bu çətin və məsul vəzifəyə gəldiyi gündən hamımıza lazımi tapşırıqları verməklə yanaşı, Zakir Fərəcov çox vacib bir vəzifəni də qarşımıza qoyub: ”Sumqayıt şəhərinin salınmasında və tərəqqisində zəhməti olanların, lakin unutqanlıq ucbatından yaddan çıxanların hamısının taleyi ilə maraqlanmaq, problemlərinin həllinə kömək etmək və s. bizim ən ümdə vəzifələrimizdən biri olmalıdır. Çünki keçmişini unudanın gələcəyi olmaz, deyiblər.”
Sumqayıtın köhnə sakinlərindən olan Zakir Fərəcov Şəhər İcra Hakimiyyətinin başçısı kimi bir ilə yaxındır ki, fəaliyyətə başlayıb. Bu qısa vaxt ərzində onun gördüyü işlər adamı valeh edir, heyran qoyur. Lap möcüzə kimi!
Şəhərin üç tərəfdən giriş yollarının həndəvəri sanki cənnəti xatırladır. Necə deyərlər, gül gülü cağırır, bülbül bülbülü. Şəhərin daxili abadlığı da bu cür göz oxşayır, könül açır.
Sumqayıt zaman-zaman inşaatçılar, metallurqlar, kimyaçılar şəhəri adlandırılıb. İndi isə ona, məncə, güllər-çiçəklər şəhəri adı daha çox yaraşır. Digər sahələrin abadlığı, iqtisadi inkişafı, quruculuq işləri də beləcə yüksək səviyyədədir. Atalar yaxşı deyiblər: çörəyi ver çörəkçiyə, birini də üstəlik.
Qısa zaman kəsiyində bu qədər könül açan işlərin aparıldığını görəndə istər-istəməz deyirsən: “Sumqayıt, axır ki, öz layiqli, qədirbilən başçısını tapdı”.
Mən həmişə taleyimin şəhəri olan doğma Sumqayıtımla fəxr etmişəm, bu gün də fəxr edirəm və deyirəm:Arzulardan doğulub, arzulara çatmısan,
Xəzərin sahilində bir aləm yaratmısan,
Xəzansız baharımsan, çiçəklərə batmısan,
Ay mənim şən şəhərim,
Qoynu gülşən şəhərim!Möhtərəm və hörmətli Zakir müəllim Fərəcov!
Yaddan çıxanları yada saldığınıza, şəhərin sosial-iqtisadi inkşafında zəhməti olanların əməyinə qiymət verdiyinizə və nəhayətdə, doğma Sumqayıtı az qala cənnətə döndərdiyinizə görə Sizə və işgüzar komandanıza minnətdarlığımı və dərin təşəkkürümü bildirirəm. Yolunuz uğurlu, işiniz avand, canınız sağlam, ömrünüz uzun olsun!Xasay CAHANGİROV,
86 yaşlı şair-jurnalist,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. -
“Şəhidlərimizin adları qalmaqallarda hallandırılmasın”
Şəhidlik uca zirvədir. Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçənlər xalqın yaddaşında əbədi yaşayır və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində bir nümunə kimi göstərilirlər. Hər bir xalq mövcudluğuna görə ilk növbədə şəhidlərinə, qəhrəmanlarına borcludur. Şəhidlərə hörmət və ehtiram, şəhid ailələrinə isə diqqət və qayğı ölkə rəhbərliyinin fəaliyyətində həmişə prioritet olub, bu gün də bu istiqamətdə dövlət siyasəti uğurla davam etdirilir.
Son vaxtlar kütləvi informasiya vasitələrində bir neçə şəhid ailəsinin hər hansı bir probleminin qabardılaraq guya şəhidlərə hörmətsizlik, şəhid ailələrinə isə biganəlik, diqqətsizlik kimi ictimailəşdirilməsi şəhid qardaşı, Qarabağ müharibəsinin əlili, ehtiyatda olan polkovnik, həmçinin Qarabağ müharibəsinin əlil, veteran və şəhid ailələrini özündə birləşdirən böyük bir ictimai birliyin rəhbəri kimi məni çox narahat edir. Əvvəla bütün bu məsələlər yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə, Silahlı Qüvvələr şəxsi heyətinin döyüş ruhuna, mənəvi-psixoloji hazırlığına çox mənfi təsir göstərir. “Şəhidlərə hörmətsizlik, şəhid ailələrinə biganəlik kimi” təqdim edilən bu kimi materiallar çox vaxt da reallıqdan uzaqdır. Hər hansı bir məmurun səhlənkarlığı ucbatından bir arayış şəhidin ailəsinə gec çatırsa, bunu ümumiləşdirib şəhid ailəsinə hörmətsizlik kimi göstərmək və yaxud da hər hansı bir şəhid ailəsinin qaldırdığı problemin hüquqi əsası olub-olmadığını dəqiqləşdirmədən onu ictimailəşdirmək çaşqınlıq yaradır.
İctimai təşkilat olaraq biz bir çox nazirliklərlə əlaqəli işləyirik. Yaxşı bilirik ki, şəhid ailələri Müdafiə Nazirliyi rəhbərliyinin həmişə diqqət mərkəzindədir. Nazirliyin müvafiq idarələri bu işlə ciddi məşğul olurlar, şəhidlərin dəfn mərasimləri bütün əsgəri və dini ənənələrə uyğun olaraq yüksək səviyyədə təşkil olunur. Nazirliyin rəsmiləri mərasimlərdə yaxından iştirak edib şəhid ailələrinə dayaq olurlar.
Şəhid pilotların və polkovnik Murad Mirzəyevin dəfn mərasimi zamanı Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzindən ta ikinci Şəhidlər Xiyabanınadək piyada irəliləyən böyük izdihamın qarşısında Müdafiə Nazirliyinin rəhbərliyi getmirdimi?! Yaxud ən ucqar kəndlərdə belə şəhidlər son mənzilə yola salınarkən Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri orada deyildilərmi? Ümumiyyətlə, mən başa düşmürəm ki, bəzi şəhid ailələri kiminsə mərasimə gəlib-gəlməməsini müzakirə obyektinə çevirirlər. Bu heç bizim mentalitetimizə də uyğun deyil. Aprel döyüşlərindən sonra bütün dünya gördü ki, Azərbaycan dövləti və xalqı öz şəhidini necə böyük izdihamla, hörmət və ehtiramla son mənzilə yola salır.
Onu da xatırlatmaq istəyirəm ki, Müdafiə nazirinin müvafiq əmri ilə bu ilin əvvəlində Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsində “Sosial müdafiə və şəhid ailələri ilə iş bölməsi”nin yaradılması məhz Müdafiə Nazirliyi rəhbərliyinin bu işə necə önəm verdiyinin təsdiqidir. Artıq bir neçə aydır ki, biz Müdafiə Nazirliyi ilə birlikdə şəhid ailələrinin problemlərinin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə “Şəhid ailəsi, Sən necə yaşayırsan?” devizi altında aksiya keçiririk. Mən bu işin nə kimi fayda verdiyini açıqlamaq istəmirəm. Ancaq şəhid ailələri yaxşı bilirlər ki, onların bir çox problemləri məhz bu aksiya nəticəsində öz müsbət həllini tapmışdır.
Bəzi şəhid ailələri Müdafiə Nazirliyini suçlayırlar ki, onların övladları layiq olduqları fəxri ad, orden və medallarla təltif edilməyiblər. Bu məsələni də bir çox jurnalistlər az qala Müdafiə Nazirliyinə qarşı ittiham kimi tirajlayırlar. Ancaq hər kəs birmənalı olaraq bilməlidir ki, döyüşçünün göstərdiyi şücaəti xidmət etdiyi hərbi hissənin komandanlığı kimi heç kim qiymətləndirə bilməz. Odur ki, hər bir hərbi qulluqçunun döyüş zamanı göstərdiyi xidmətlər komandalıq tərəfindən ciddi araşdırılır və layiq olduğu mükafata təqdim edilir. Doğrudur, hər bir şəhid bizim üçün və şəhidin ailəsi üçün həqiqətən qəhrəmandır. O, canını Vətən uğrunda qurban verib. Ancaq bu o demək deyildir ki, hər bir şəhid ailəsinin istəyi ilə, toplanmış imzalarla şəhid ölümündən sonra bu və ya digər dövlət təltifi ilə mükafatlandırılsın.
Bir də onu demək istəyirəm ki, şəhid ailələrinin ağrılı, acılı günlərində onların emosiyaları ilə oynanılmasın. Şəhidlərimizin adları qalmaqallarda hallandırılmasın. Şəhidlər öz müqəddəs şəhadətləri ilə ən uca məqama yüksəlmiş, həm ailələrinə, həm xalqımıza, həm dövlətimizə, həm də ordumuza başucalığı gətirmişlər. Bu gün hər birimiz bir məqsəd, bir amal naminə birləşməliyik: Şəhidlərin qisasını almaq, Azərbaycanımızın ərazi bütövlüyünü təmin etmək.Mehdi MEHDİYEV
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik. -
İslam dünyasının xilası
Getdikcə tənhalaşan və sevgidən uzaqlaşan insanlar, əxlaqi degenerasiya, iqtisadi böhran, yoxsulluq, terror, anarxiya, qarşıdurmalar artıq dünyanın sadəcə müəyyən bölgələrini əhatə etməklə qalmır. Baş verənlər sadəcə bir bölgədə deyil, bütün dünyada bəzi şeyləri dəyişdirmək lazım gəldiyini göstərir.
Rabitə və kommunikasiya əsrindəyik. Hər kəsin başqasının sıxıntısından xəbərdar olduğu və təsirləndiyi dünyada yaşayırıq. Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmağın mümkün olmadığını təcrübələrimizlə öyrəndiyimizə görə, indi yaraları birlikdə sağaltmalı və tezliklə “sağalmağın” yolunu tapmalıyıq.
Keçən əsrdə zülmün mərkəzində olan İslam dünyası bu əsrdə irəliləyişin lideri ola bilər. İslamı tanımayan bir çox insan ilk baxışda bunun necə olacağını anlamaya bilər, halbuki bu, çox asandır. Sevməyi bilməyənlərin 1400 ildir din adı altında müsəlmanların üstünə yüklədikləri bütün zəncirləri qırıb Quranın sevgi dolu ruhuna tabe olmaqla, həsrətində olduğumuz sivilizasiyanı qurmaq mümkündür.
Elmi, texnologiyanı, incəsənəti müsəlmanlara qadağan edərək, bir növ əlini-qolunu bağlayıb əzilməyə məhkum edənlərin təsirini aradan qaldırmağın yeganə yolu maarifləndirmədir.
Ancaq burada həyati əhəmiyyətli bir xüsus var. Sözsüz ki, qərb təhsili şərtdir, ancaq qərbdə təhsil aldığı halda, şərqə və Afrikaya gedib terrorçuluq edən müsəlmanların sayı çoxdur. Bu xüsusun üzərində yaxşı düşünmək lazımdır. Aydındır ki, cahillik içində qalanları istiqamətləndirmək daha asandır, bəs elm, fəlsəfə, incəsənət, texnologiya və s. kimi sahələrdə yaxşı təhsil almış gəncləri terrora sövq etmək necə mümkün olur? Diqqətlə baxdıqda problemin istər qərbdə, istərsə İslam dünyasında zorakılığı və şiddəti qanuniləşdirən təhsil sistemi olduğunu görürük.
Qərb təhsil sisteminin mənfi amillərinin nələr olduğunu bilirik. İstər şiə, istərsə sünni yazılı mənbələrindəki zorakılığa, şiddətə təşviq edən fikirlər çox vaxt qulaqardına vurulur. Təəssüf ki, bir çox gəncə İslam öyrədilərkən, əvvəlcə, bu mənbələr öyrədilir. Quranda nə yazıldığından heç xəbəri olmayan, bildiklərini isə xurafatçı düşüncə tərzi ilə öyrənmiş nəsil şiddətə asanlıqla yönəlir.
Bir tərəfdən: “İslam sevgi dinidir”, – deyərkən, digər tərəfdən namaz qılmayanın, oruc tutmayanın, hətta saqqalını qırxanın öldürülməsini əmr edən mənbələrin olması həm ciddi ziddiyyət, həm də mühüm təhlükədir. İslamın qadına dəyər verdiyindən bəhs edənlərin “qadınlar nə desələr, dediklərinin əksini edin”, “qadınlar yarım məxluqdur”, “cəhənnəm əhlinin əksəriyyəti qadınlardır” kimi “hədis”lərin əsassız olduğunu qəbul etməmələri ciddi problemdir. İslama sonradan daxil edilmiş və Qurana zidd olan nifrət, qəzəb, zorakılıq dolu ifadələr aradan qaldırılmadan: “Müsəlmanlar sevgi dolu insanlardır”, – demək kifayət deyil.
Əlbəttə, Qurana görə, müsəlmanlar sevgi dolu, mehriban, mərhəmətli olmalı və insanlara heç cür təzyiq göstərməməlidirlər. Ancaq əsl məsələ İslam aləminin bir qisminin Qurana deyil, bəzi batil adətlər və xurafatlara görə hərəkət etməsidir. Odur ki, yuxarıda bir-iki misal çəkdiyimiz xurafatların hamısı aradan qalxmadıqca, müsəlmanlar Qurana üz tutmadıqca İslam adı altında zorakılıq edənlərin qarşısının alınması və islamofobiyanın aradan qalxması da mümkün deyil.
Təqribən 150 ildir elmi, incəsənəti, texnologiyanı, keyfiyyəti, mədəniyyəti müsəlmanların əlindən alıb, əllərini-qollarını bağlayan xurafatçılığın necə böyük bəla olduğunu görməmək mümkün deyil. Bəzi qərblilər bu bəlanı aradan qaldırmaq üçün İslama qarşı çıxmağı üstün tuturlar. Halbuki bu, bəlanı daha da böyüdür, radikalizmə və zorakılığa təşviq edir. Xurafatçılığın və zorakılığın çarəsi Qurandır.
Tədqiqata və təhlilə təşviq edən, incəsənətə və gözəlliyə dəyər verən, qadınların dövlət idarəçiliyində önünü açan, azad düşünməyi təmin edən, insanların üzərindəki hər cür təzyiqin qalxmasının tərəfdarı olan, düşüncə və inancından asılı olmayaraq, insanların yaxşı yaşamasını irəli sürən, sevinci, yaradıcılığı istəyən Quran əxlaqı müsəlmanların yeganə çıxış yoludur.
Müsəlmanlar bu əxlaqın qazandırdığı düşüncə tərzi ilə yanaşdıqda təkcə İslam dünyasını xilas etməyəcək, eyni zamanda, bütün dünyaya istiqamət verən yeni sivilizasiya quracaqlar və insanlara yol göstərən işıq olacaqlar.Ülviyyə ƏLİZADƏ
-
Hər mövzuda Allaha etibar edən insan ən güclü insandır…
İnsanların ən çox ehtiyac duyğu şeylərdən biri də “etibar”dır. Etibar edəcəyi dostunun olması, etibarlı övladlarının olması, etibarlı, təhlükəsiz yerdə yaşaması və s. insanın qəlbinə çox rahatlıq verir. Biz özümüzə dost, həyat yoldaşı seçərkən də, xüsusən, bir insanda etibar axtarırıq: bizi heç tərk etməsin, yaxşı günümüzdə, pis günümüzdə yanımızda olsun, bizi dəstəkləsin, o insanın ağlına güvənək, bizə çətin zamanlarda yol göstərsin, bir sözlə, hər zaman arxalanacağımız insan olsun. Bu məqalədə sizin də, dünyada bütün insanların da güvənəcəyi ən etibarlı Dostdan – Allahdan bəhs etmək istəyirəm.
Gəlin həyatımıza bir nəzər salaq: heç yoxdan Allah bizi ana bətnində yaradıb, dünyaya gətirib, böyüyüdüb. Bizi dünyaya gətirən də, yedirən də, içirən də, hər gün yuxuya aparıb, sonra yenidən canımızı bizə qaytaran da, hər gün bildiyimiz və bilmədiyimiz sonsuz nemətləri bəxş edən də Allahdır. İnsan bir neçə saniyə dərindən düşünəndə Allahın varlığının çox açıq olduğunu görüb anlayacaq. Məsələn, sizə bir iman həqiqətinini misal çəkmək istəyirəm. Yetişkin insan ürəyi gündə 9 min litr qanı uzunluğu 100 min km. olan qan damarlarına nasoslayır. Bəli, bu proses hər gün sizin də, dünyadakı bütün insanların da bədənində baş verir. Bu proseslər kimi milyonlarla mürəkkəb proseslər baş verir, ancaq bir çoxumuz bundan xəbərdar deyilik. Bəs düşünmüsünüzmü, bunları sizə edən kimdir? Bədənizdəki yüz trilyon hüceyrəyə nəzarət edən kimdir? Əlbəttə, sonsuz güc, qüvvət və lütf sahibi Allahdır. Allahın varlığını bilən insan özünü də bilir, dünyaya niyə gəldiyini, yaradılış məqsədini də dərk edir. Bu yaradılış məqsədi də Allahın rizasını qazanmaqdır.
Bəs Allaha güvənmək nədir? Allaha güvənmək sonsuz ağıl sahibi olan Allahın hər şeyi xeyir və hikmətlə yaratdığına əmin olub Onun ağlına təslim olmaqdır, Allahı özünə dost, vəli, sevgili bilməkdir. Dostdan gələn hər şeyin ən gözəl və ən xeyirli olduğunu bilmək, Ondan əmin olmaqdır. Allah bir ayədə belə buyurur: “Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır” (Saffat surəsi, 96). Ayədə də buyrulduğu kimi, hər işi edən Allahdır. Bir insan hər işi edənənin Allah olduğu qənaətində olsa – o Allah ki ədalətlidir, yaratdığı hər şeydə xeyir vardır, insana dözə biləcəyindən artıq yük yükləməz – əsla sıxıntıya düşməz. Məhz Allaha güvənmək də budur. Məsələn, bəzən həyatınızda elə hadisə ola bilər ki, o sizin heç istəmədiyiniz haldır və bu halı yaşamaq sizi narahat edə bilər. Ancaq o hadisələrdəki hikmətləri görsəniz, Allaha güvənsəniz, görərsiniz ki, yaşadığınız hadisə mənfi kimi də görünsə də, sizin üçün nə qədər xeyirlərlə doludur. Bir ayədə buyurulduğu kimi:
Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz. (Bəqərə surəsi, 2016)
İmanın ən mühüm göstəricilərindən biri də Allaha güvənmək və Ona təslim olmaqdır. Hər şeyin Allahın idarəsi altında olduğunu bilən insan üçün “mənfi” görünən heç bir hal yoxdur. Bəzən nəfsinə ağır gələn hadisə ilə qarşılaşan mömin o hadisədə səbir edər, Allah da o hadisəni gözəl nəticələndirər. Odur ki, bizə düşən Allaha güvənmək, Ona təslim olmaq və Allahın yaratdığı hadisələrdəki xeyirləri düşünməkdir. Beləliklə, sonsuz güc sahibi Allaha güvənmək də güclü, sarsılmaz əxlaq nəsib edir.Xəyalə SƏFƏROVA
-
Tamerlan ƏLƏKBƏROV.”Dövlət və xalq”
Mövcudluğu ayrı-ayrılıqda mümkün olmayan iki termin. Cəmiyyəti idarə edən və orada qayda-qanunu, sabitliyi və tərəqqini təmin edən, bununla belə başlıca məqsədi xalqın maraqları olan siyasi hakimiyyət təşkilatına, dövlət deyilir. Elektorat öz növbəsində, səs verdiklərinə talelərini inanaraq, səsvermə yolu ilə siyasi arenada maraqlarını təmsil edənləri müəyyən edirlər. Hakimiyyət – bir nəfərin daşıyacağı yükdür və o, hakimiyyətin ona nəyə görə lazım olması məsələsini həll etməlidir: şəxsi varlanması üçün (bu cür insanların hakimiyyətdən uzaq durması daha məqsədəuyğundur) və ya Vətəninin rifahı və qorunması üçün (baxmayaraq ki, bu cür insanlar hər zaman azlıq təşkil edir, onlara zərurət böyükdür). Hakimiyyətə rəhbərlik etmək asan deyil, lakin insan dövlətə olan zəruriliyini dərk etmılidir. Hakimiyyəti şəxsə maraqlara görə yox, dövlət və xalqın rifahının artırılması və qorunması üçün qoruyub saxlamaq lazımdır. Məhz buna görə dövlətin idarəetmə yükünü üzərinə götürmüş şəxs konstitusiyaya və ya müqəddəs Qurani-kərimə əl basaraq, dövlət və xalqın maraqlarını müdafiə etməyə and içir.
Dövlət və xalq bir-biri ilə sıx əlaqədə olan iki termindir. Düzdür, bəzən dövlətlə xalqın maraqları ayrılır, lakin bu başqa bir mövzudur.
Prezident – latın dilindən tərcüməsi praesidens – başda, öndə duran (xalqın iradəsi və arzusu ilə konstitusiya ilə müəyyən olunmuş müddətə seçilmiş). Prezident öz növbəsində xalqın rifahı üçün çalışan insanları təyin edir (nazirlər, merlər). Cəmiyyəti idarə etdikdə dövlətin öhdəlikləri: vətəndaşların hüquqlarını qorumaq və təmin etmək, xüsusən: əlçatan təhsil, yüksək həyat səviyyəsi, pulsuz və keyfiyyətli səhiyyə, seçki və fikir azadlığı hüququ. Çıxışlarının birində Ümummilli lider Heydər Əliyev demişdi:
«Xalq dövlət üçün deyil, dövlət xalq üçündür».
Xalq gücdür və bu güc olmadan dövlət mövcud ola və inkişaf edə bilməz. Əlbəttə ki, dövlətin başında elə bir şəxs durmalıdır, ki o özünü tam olaraq xalqın rifahı və çiçəklənməsinə həsr etmiş olsun. İdarəetmə sükanı arxasında durmuş şəxs anlamalıdır ki, bir tərəfdən onun siyasətini dəstəkləyən insanlar duracaq, digər tərəfdən isə dövlətlərini başqa rakursdan görmək istəyən insanlar. Bu da təbii ki, hakimiyyətin çalxalanmasına gətirib çıxara bilər. Əlbəttə ki, hakimiyyəti zəbt etmək istəyənlər bu cür vəziyyətdən istifadə edə bilərlər. Əgər hakimiyyətdə oturan şəxs zəif olarsa, onu məhv edib, ölkədə xaos yaradarlar. Hakimiyyətini yalnız iradəsi möhkəm, müdrik şəxs qoruyub saxlaya bilər. Hakimiyyət insanı sınağa çəkir, onun şəxsiyyətinin bütün simalarını açıb göstərir. Xalq onu başa düşənləri və xalqın rifahı üçün əlindən gələni əsirgəməyən şəxsləri sevir. Rusiya imperiyasının ədliyyə naziri olmuş Qavriil Romanoviç Derjavin «dövlət xadimi» anlayışını dəqiq və dolğun ifadə etmişdir: «Dövlət xadimi, digər vətəndaşlarla müqayisədə daha çox vətəninə bağlı olmalıdır. O, vətənə məhəbbətlə yaşamalı, onu öz tabeçiliyində olanlara aşılamalı və bütün dövlətə nümunə olmalıdır»
Bu cür keyfiyyətlərə Azərbaycanın Ümummilli lideri Heydər Əliyev və Böyük Britaniyanın baş naziri Uinston Çerçil malik idi.
Heydər Əliyev, bütün həyatını Azərbaycan xalqının rifahına və çiçəklənməsinə həsr etmiş bir siyasətçi olub. Böyük karyer sahibi: Azərbaycan SSR DTK sədri (1967-1969), Azərbaycan SSR KP MK Birinci katibi (1969-1982), SİKP MK Siyasi bürosunun üzvü, SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini, general-mayor (1987-ci ildə qulluqdan çıxmışdır), Azərbaycan SSR Ali Sovetinin deputatı (1990-cı ildən), 1991-ci ildən 1993-cü ilə qədər isə Naxçıvan Muxtar Respublikasının sədri olaraq, o 1993-cü ildən Azərbaycan Respublikasının prezidenti seçilmişdir. Müxtəlif vəzifələrdə çalışaraq, Heydər Əliyev dövlətçiliyin maraqlarını qoruyaraq bütün həyatını Azərbaycan xalqının rifahına və çiçəklənməsinə həsr etmişdir. Öz həyatı üçün belə qorxmayaraq, Heydər Əliyev xalqın ən çətin məqamlarında onun yanında olub. 20 yanvar 1990-cı il hadisələri ilə əlaqədar, Heydər Əliyev, faciənin səhərisi günü Azərbaycan SSR-in Moskvadakı nümayəndəliyində (hal-hazırda Azərbaycanın Rusiyada səfirliyi) mətbuat konfransı keçirmişdi və orada ordunun Bakıya daxil olmasını pisləmiş və Qorbaçovu Konstitusiyanı pozmasında ittiham etmişdi.
XX əsrin sonlarında Azərbaycanda müstəqillik bərpa edildikdən sonra, ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatının bir çox sahələrində köklü dəyişikliklər etmək lazım idi. Bir tərəfdən ölkənin ərazi bütövlüyü uğrunda Ermənistanla müharibə şəraitində olan Azərbaycan, digər tərəfdən vətəndaş müharibəsi ərəfəsində idi. Ölkə üçün belə bir ağır, dövlətin müstəqillik məsələləsinin həll edildiyi bir məqamda, 1993-cü ilin iyun ayında Azərbaycan xalqının istək və iradəsinə tabe olaraq millətinin əsl oğlu Heydər Əliyev vətənə qayıdır və bununla da Ermənistanla münaqişə zonasında hərbi hərəkətləri və vətəndaş müharibəsini dayandırır. Heydər Əliyev bütün sahələrdə reformalara başlayır, ölkənin daxili və xarici siyasətini gücləndirir. Ümummilli liderin ideya və irsi, Azərbaycan xalqının böyük irsi hesab edilir.
Uinston Çerçil (Tarixin ən dahi britaniyalısı) ondan artıq idarənin rəhbəri olmuşdur. Hələ karyerasının başlanğıcında o, qarşısına Böyük Britaniyanın Baş naziri olması məqsədini qoymuşdu. Çemberlenin istefasından, Norveç uğrunda döyüşdə məblubiyyətdən sonra baş-nazir postuna iki nəfər layiqli namizəd var idi – Uinston Çerçill və Qalifaks. 1940-cı ilin mayın 10-da Çerçill baş nazir oldu. «Qələbə, nəyin bahasına olursa olsun, heç nəyə baxmadan, yalnız qələbə; çünki qələbəsiz həyat mümkün deyil» (13 may 1940). Çerçil Britaniya uğrunda döyüşdə qalib gəlmişdi və Hitlerin Britaniyanı asanlıqla tutma planını darmadağın etmişdi. Yuxarıda adıçəkilən vəzifələrdə çalışaraq, Çerçil öz xalqının rifahına xidmət edirdi.
Həm Heydər Əliyevə, həm də Uinston Çerçilə, çox nadir hallarda hallanan «Xalq adamı» titulu vermək daha düzgündür. Onlar xalqlarının ən ağır məqamlarında yanlarında olaraq, xalqın rifahı üçün səylərini əsirgəməyən şəxslər olmuşlar. Vətənpərvər və xalqlarının layiqli övladı olaraq, onlar digər siyasilər üçün əsl nümunə nümayiş etdirmişlər.
Heydər Əliyev və Uinston Çerçil, xalq və dövlətin vahid bir anlayış olmasının parlaq nümunəsidir. -
Ramiq Vəliyev: “Müsəlmanların tək vücud olmalarının zamanıdır”
Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasına qarşı İngiltərə və Fransanın öncüllüyü ilə həyata keçirilən gizli Sayks-Piko sazişi bütün İslam coğrafiyasının işğal edilərək bölüşdürülməsini nəzərdə tuturdu.
Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasına qarşı İngiltərə və Fransanın öncüllüyü ilə həyata keçirilən gizli Sayks-Piko sazişi bütün İslam coğrafiyasının işğal edilərək bölüşdürülməsini nəzərdə tuturdu. Sazişin böyük bir qismi, demək olar ki, həyata keçirildi. Lakin türk millətinin yüz minlərlə övladını şəhid verməsi bahasına apardığı qəhramanlıq mübarizəsi və Atatürkün bir lider olaraq ortaya çıxması sazişdə yer alan planın tam başa çatmasına maneə törətdi. Qərb İttifaqı Türkiyə Cümhuriyyətinin bir dövlət kimi varlığını qəbul etmək məcburiyyətində qaldı. Bu gün Sayks-Piko gizli sazişindən 100 il keçməsinə baxmayaraq, eyni qüvvələr sazişin tamamlanması əzmi ilə yenidən hərəkətə keçmişlər. Bu mənfur plana görə Türkiyə bir neçə hissəyə bölünməli, türk milləti isə öncə Mərkəzi Anadoluya sıxışdırılmalı, növbəti mərhələdə isə tamamilə Orta Asiyaya sürgün edilməlidir.
Türkiyədə baş verən son dövlət çevrilişi cəhdi də məhz Fətullah Gülən və tərəfdarlarını bir maşa olaraq istifadə edən İngiltərə öncüllüyündəki Qərb İttifaqının Türkiyəni yenidən işğal etmə planının tərkib hissəsidir. Türkiyənin işğalı ilə nəticələnə biləcək ilk çevriliş cəhdi geri püskürdüldü. Lakin türk milləti yaranmış təhlükənin keçdiyinə əmin olmadığı üçün bu günə qədər meydanları tərk etməyib. Burada diqqət çəkmək istədiyim məqam hazırda davam edən təhlükənin yalnızca Türkiyə üçün olmamasıdır. Çünki hədəf hər nə qədər Türkiyə olaraq görünsə də, əsl hədəf türklük və İslam aləminin yox edilməsidir. Türkiyə İslamın son qalasıdır və bu savaş artıq Türkiyənin mübarizəsi olmaqdan çıxmışdır. Bunun üçün dünyanın harasında olmasından asılı olmayaraq, müsəlmanların İslam dünyasının məhv edilməsi üçün başladılan bu həmləyə qətiyyətli şəkildə qarşı çıxması və müsəlman ölkələrin Türkiyəni birmənalı olaraq dəstəkləməsi lazımdır. Müsəlmanların tək vücud olmalarının zamanıdır. Allah Türkiyəmizi və bütün müsəlmanları qorusun.
Ramiq VƏLİYEV,
Gəncləri Mənəvi İnkişafı İctimai Birliyinin sədri -
İslam dünyasının xilası
Getdikcə tənhalaşan və sevgidən uzaqlaşan insanlar, əxlaqi degenerasiya, iqtisadi böhran, yoxsulluq, terror, anarxiya, qarşıdurmalar artıq dünyanın sadəcə müəyyən bölgələrini əhatə etməklə qalmır. Baş verənlər sadəcə bir bölgədə deyil, bütün dünyada bəzi şeyləri dəyişdirmək lazım gəldiyini göstərir.
Rabitə və kommunikasiya əsrindəyik. Hər kəsin başqasının sıxıntısından xəbərdar olduğu və təsirləndiyi dünyada yaşayırıq. Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmağın mümkün olmadığını təcrübələrimizlə öyrəndiyimizə görə, indi yaraları birlikdə sağaltmalı və tezliklə “sağalmağın” yolunu tapmalıyıq.
Keçən əsrdə zülmün mərkəzində olan İslam dünyası bu əsrdə irəliləyişin lideri ola bilər. İslamı tanımayan bir çox insan ilk baxışda bunun necə olacağını anlamaya bilər, halbuki bu, çox asandır. Sevməyi bilməyənlərin 1400 ildir din adı altında müsəlmanların üstünə yüklədikləri bütün zəncirləri qırıb Quranın sevgi dolu ruhuna tabe olmaqla, həsrətində olduğumuz sivilizasiyanı qurmaq mümkündür.
Elmi, texnologiyanı, incəsənəti müsəlmanlara qadağan edərək, bir növ əlini-qolunu bağlayıb əzilməyə məhkum edənlərin təsirini aradan qaldırmağın yeganə yolu maarifləndirmədir.
Ancaq burada həyati əhəmiyyətli bir xüsus var. Sözsüz ki, qərb təhsili şərtdir, ancaq qərbdə təhsil aldığı halda, şərqə və Afrikaya gedib terrorçuluq edən müsəlmanların sayı çoxdur. Bu xüsusun üzərində yaxşı düşünmək lazımdır. Aydındır ki, cahillik içində qalanları istiqamətləndirmək daha asandır, bəs elm, fəlsəfə, incəsənət, texnologiya və s. kimi sahələrdə yaxşı təhsil almış gəncləri terrora sövq etmək necə mümkün olur? Diqqətlə baxdıqda problemin istər qərbdə, istərsə İslam dünyasında zorakılığı və şiddəti qanuniləşdirən təhsil sistemi olduğunu görürük.
Qərb təhsil sisteminin mənfi amillərinin nələr olduğunu bilirik. İstər şiə, istərsə sünni yazılı mənbələrindəki zorakılığa, şiddətə təşviq edən fikirlər çox vaxt qulaqardına vurulur. Təəssüf ki, bir çox gəncə İslam öyrədilərkən, əvvəlcə, bu mənbələr öyrədilir. Quranda nə yazıldığından heç xəbəri olmayan, bildiklərini isə xurafatçı düşüncə tərzi ilə öyrənmiş nəsil şiddətə asanlıqla yönəlir.
Bir tərəfdən: “İslam sevgi dinidir”, – deyərkən, digər tərəfdən namaz qılmayanın, oruc tutmayanın, hətta saqqalını qırxanın öldürülməsini əmr edən mənbələrin olması həm ciddi ziddiyyət, həm də mühüm təhlükədir. İslamın qadına dəyər verdiyindən bəhs edənlərin “qadınlar nə desələr, dediklərinin əksini edin”, “qadınlar yarım məxluqdur”, “cəhənnəm əhlinin əksəriyyəti qadınlardır” kimi “hədis”lərin əsassız olduğunu qəbul etməmələri ciddi problemdir. İslama sonradan daxil edilmiş və Qurana zidd olan nifrət, qəzəb, zorakılıq dolu ifadələr aradan qaldırılmadan: “Müsəlmanlar sevgi dolu insanlardır”, – demək kifayət deyil.
Əlbəttə, Qurana görə, müsəlmanlar sevgi dolu, mehriban, mərhəmətli olmalı və insanlara heç cür təzyiq göstərməməlidirlər. Ancaq əsl məsələ İslam aləminin bir qisminin Qurana deyil, bəzi batil adətlər və xurafatlara görə hərəkət etməsidir. Odur ki, yuxarıda bir-iki misal çəkdiyimiz xurafatların hamısı aradan qalxmadıqca, müsəlmanlar Qurana üz tutmadıqca İslam adı altında zorakılıq edənlərin qarşısının alınması və islamofobiyanın aradan qalxması da mümkün deyil.
Təqribən 150 ildir elmi, incəsənəti, texnologiyanı, keyfiyyəti, mədəniyyəti müsəlmanların əlindən alıb, əllərini-qollarını bağlayan xurafatçılığın necə böyük bəla olduğunu görməmək mümkün deyil. Bəzi qərblilər bu bəlanı aradan qaldırmaq üçün İslama qarşı çıxmağı üstün tuturlar. Halbuki bu, bəlanı daha da böyüdür, radikalizmə və zorakılığa təşviq edir. Xurafatçılığın və zorakılığın çarəsi Qurandır.
Tədqiqata və təhlilə təşviq edən, incəsənətə və gözəlliyə dəyər verən, qadınların dövlət idarəçiliyində önünü açan, azad düşünməyi təmin edən, insanların üzərindəki hər cür təzyiqin qalxmasının tərəfdarı olan, düşüncə və inancından asılı olmayaraq, insanların yaxşı yaşamasını irəli sürən, sevinci, yaradıcılığı istəyən Quran əxlaqı müsəlmanların yeganə çıxış yoludur.
Müsəlmanlar bu əxlaqın qazandırdığı düşüncə tərzi ilə yanaşdıqda təkcə İslam dünyasını xilas etməyəcək, eyni zamanda, bütün dünyaya istiqamət verən yeni sivilizasiya quracaqlar və insanlara yol göstərən işıq olacaqlar.Ülviyyə ƏLİZADƏ
-
Dövrümüzün mənəvi xəstəliyi: homoseksuallıq
Əxlaqi degenerasiyanın geniş yayıldığı dövrdür. Cəmiyyətdə müxtəlif problemlər mövcuddur, ancaq bu problemlərin içində çox ciddi bir problem var … Son zamanlar geniş yayılmış bir əxlaqsızlıqdan – homoseksuallıqdan danışmaq istəyirəm. Bəzilərimiz bu cür insanları gözlərimizlə görmüşük, bəzilərimiz də ekrandan. Homoseksuallıq çox geniş və sürətlə yayılan problem olduğu üçün hər kəsin bu əxlaqsızlığa qarşı diqqətli olmasını istəyirəm.
Bir neçə il bundan əvvəl bu cür insanları görəndə insanlar qorxurdu, çəkinirdi, belə çirkinliyi görməkdən çox diksinirdilər. Ancaq indi bu, çox adi hal kimi qarşılanır. O cür insanlar nəinki cəmiyyətdə rahat gəzirlər, hətta bu əxlaqsızlıq geniş şəkildə televiziya kanallarında, radiolarda, filmlərdə, musiqi kliplərində, jurnallarda, internet saytlarında, bir sözlə, dünya səviyyəsində təbliğ olunur, hətta insanlar təşviq edilirlər. Bu əxlaqsızlıq müasirlik, demokratiya adı altında insanlara göstərilir. Halbuki bu, əxlaqsızlıqdan, çirkin utanmazlıqdan başqa bir şey deyil. Hər şeydən əvvəl, Allahın sevmədiyi və qadağan etdiyi əxlaqdır. Bir Quran ayəsində bildirildiyi kimi:
Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz? Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”. (Əraf surəsi, 80-81)
Bir də insanlara bu mesaj verilir: homoseksuallıq xəstəlikdir, əgər insanlar belə davranırlarsa, özlərindən asılı deyil, bu, xəstəliyin nəticəsidir və guya insanlara düşən də bu xəstəliyə yoluxmuş insanlara şəfqətlə və hörmətlə yanaşmaqdır. Sevgi, şəfqət kimi sözlərdən istifadə edərək homoseksuallığı haqlı göstərmək qəsdən edilən təbliğatın nəticəsidir. “Onlar haqlıdırlar”, “homoseksuallıq xəstəlikdir”, “sevginin qarşısını almayaq” demək dünya üçün çox böyük təhlükədir. Əvvəla, bu, bir xəstəlik deyil. Fiziki quruluş, xromosomlar, hormonlar, neyroloji, yaxud da biokimyəvi təbiət və s. üzərində aparılmış araşdırmalar homoseksuallar və heteroseksuallar arasında heç bir fərq üzə çıxarmayıb. Bir insan Y cinsi xromosomunun olub-olmamasından asılı olaraq ya kişi, ya da qadın kimi doğulur. Qadınlar irsən biri atalarından, digəri analarından olmaqla iki X xromosomuna sahib olurlar, kişilər isə həmişə atalarından gələn bir Y xromosomuna və həmçinin analarından gələn bir X xromosomuna sahibdirlər. Buna görə də qadınlar XX, kişilər isə XY-dirlər.
Allah bizi insan kimi yaradıb, qadın və kişi olaraq. Bizim də fitrətimiz elədir ki, qadın kişidən xoşlanar, kişi də qadından. Bu, Allahın yaratdığı qaydadır, həm insan bu cür həyatdan zövq alır, fitrətinə uyğundur, beləliklə, insan nəsli də davam edir. Ancaq “müasirlik” adı altında insanlar təşviq edilir ki, insan azaddır, müstəqildir, necə istəsə, o cür də yaşaya və seçimini edə bilər. Əlbəttə ki, insan azad və düşünən məxluqdur, ağıl çərçivəsində istədiyi seçimini edə bilər. Ancaq “mən azadam, kişiyəm, gedim kişi ilə əlaqə qurum, bundan kiməsə zərər vermirəm ki”, – demək o insanın həm özü üçün, həm də cəmiyyət üçün bəladır. Məsələn, ABŞ-da aparılan bir səhiyyə araşdırmasının nəticəsinə görə, homoseksuallar heteroseksual insanlara görə 50% daha çox depressiyaya düşməyə meyil göstərir və narkotikdən asılı olurlar. İntihar etmə nisbətləri isə 200%-dən daha çoxdur. Bir homoseksual bir heteroseksuala görə 24 il daha az yaşayır. Homoseksuallar QİÇS səbəbindən həyatlarını 40 yaşlarının sonunda itirdiyi halda, heteroseksual insanlar orta hesabla 70 il yaşayırlar.
İnsana Allah ağıl verib, bu bizi digər canlılardan ayıran ən önəmli amildir. İnsan ağıl və vicdanla Allahın buyurduğu kimi yaşasa, xoşbəxt, hüzurlu, azad və rahat olar. İnsanlar dindən, yaradılış məqsədlərindən uzaqlaşdıqları üçün rahat, xoşbəxt ola bilmirlər.Bu cür əxlaqsızlığa əl atır, xoşbəxtliyi fərqli yerlərdə axtarır, öz cinsindən olan insanlardan zövq almağa çalışırlar, bəziləri içki, qumar, narkotik aludəçisi olur … Halbuki bu əməllər insanlara nəinki rahatlıq verər, əksinə, insanın ağlını başından alar, özünə olan hörmətini itirər, həm özündən, həm ətrafındakı insanlardan nifrət etdirər, hətta cinayətlərə qədər aparıb çıxarar. Bizi yaradan Allahdır, Allah necə xoşbəxt olacağımızı da, necə həyat sürdüyümüz zaman rahat olacağımızı da bilir. Odur ki, insana düşən fitrətinə uyğun yaşamaqdır.Ülviyyə ƏLİZADƏ
-
Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi
Biz kimik?
Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi Azərbaycan dövləti və xalqınının inkişafını və bütövlüyünü təmin edən milli-mənəvi dəyərlərini qorumaq, Heydər Əliyevin dövlətçilik prinsiplərinə qəlbən bağlı, dünyəvi dövlət quruluşunu və demokratiyanın inkişafını müdafiə edən müasir və bilikli nəsillər yetişdirmək məqsədilə fəaliyyət göstərən gənclər təşkilatıdır.
Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi cənab Prezident İlham Əliyevin gənclər siyasətini tam dəstəkləyir və bu istiqamətdə atılan addımlara qoşulur.
Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi dövlətçiliyimizə və millətimizə təhlükə törədən hər cür daxili və xarici qüvvələrə qarşıdır, bütün belə hallarda daim dövlətinin yanındadır. Təşkilat qəti şəkildə fanatizmə, xurafata və ümumbəşəri dəyərlərə qarşı olan cərəyanlara əks mövqedədir.
Hədəfimiz nədir?
Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin əsas hədəfi vətəninə, dövlətinə, millətinə, bayrağına sadiq, milli-mənəvi dəyərlərini qoruyan, elmli, müasir və inanclı gəncliyin yetişməsində rol oynamaqdır.
Niyə mənəviyyat?
Millətin və dövlətin bölünməsinin qarşısını alan ən əsas faktorlar mənəvi dəyərlər və din əxlaqıdır. Hər hansı bir cəmiyyətin tarixi və mədəniyyəti nə qədər dərin köklərə əsaslanırsa əsaslansın, əgər mənəvi dəyərləri zəifdirsə, bu halda degererasiyanın sürətli olması, anarxiyanın baş alıb getməsi, nəticədə bölünmə və millətin tamamilə yox olması qaçınılmaz hala gəlir.
Millətin fərdlərini bir yerdə tutan ən güclü bağlar ailə, əxlaq kimi ünsürlərdir və bu ünsürlər dövlətin mövcudluğu üçün çox mühümdür. Mənəvi dəyərlərin mövcud olmadığı və yaxud zəiflədiyi cəmiyyətdə ailə, əxlaq və dövlət anlayışı da öz mənasını itirir və qısa müddət sonra dövlətin dağılması labüd olur.
Necə fəaliyyət göstəririk?
Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi qurulduğu 2007-ci ildən bəri qarşısına qoyduğu məqsədləri həyata keçirmək üçün elmi-mədəni və mənəviyyatı ön plana çəkən müxtəlif konfranslar, sərgilər, seminarlar təşkil edir.
Bu tədbirlərə “Kainatın yaradılışı”, “Təkamül nəzəriyyəsinin süqutu”, “İnsan möcüzəsi”, “İslam terroru lənətləyir”, “Sosial problemlərin həlli yolları” kimi konfransları nümunə göstərmək olar. Keçirilən bu konfranslarda əsas məqsəd gənclərimizin elmi-mədəni, mənəvi inkişafını təmin etmək, İslamın sülh dini olduğunu, terrora qəti şəkildə qarşı olduğunu vurğulamaq; savadlı gəncliyin formalaşması üçün çalışmaq, elmin inkişafında dinin həqiqi yol göstərici olduğunu, materializmin elmin inkişafına maneə törətdiyini faktlarla sübut etmək; əgər mənəvi-əxlaqi dəyərlər cəmiyyət həyatında daha da geniş yayılarsa, cəmiyyətdə fədakarlıq, sevgi, mülayimlik hakim olarsa bir çox sosial problemlərin də həllini tapacağını göstərməkdən ibarət olub.
Mənbə: http://www.gmiib.az
-
Avqustun 2-si Azərbaycan Kinosu Günüdür
Bu gün Azərbaycan Kinosu Günüdür.
Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərin müstəqil nümayişini təşkil etmişdir. Həmin gün milli kinonun yaranma günü sayılır.
Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilmiş ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.
1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino” “Azərkino”, “Azərfilm” “Azdövlətkinosənaye”, “Azərfilm” “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.
“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.
Son bir neçə il də kino sənayemiz üçün uğurlu olub. 2015-ci ildə “4.1 Şəhər motivləri” və Finlandiya, Gürcüstan, Azərbaycan istehsalı olan “Qatil” tammetrajlı bədii filmləri tamaşaçılara təqdim olunub.
2016-cı ildə isə “İçəri şəhər”, “Qırmızı bağ” və “Xeyirlə Şərin rəqsi” tammetrajlı bədii, Almaniya və Azərbaycanın birgə işi olan “Sarılar – Qarabağ atının izi ilə” sənədli filmlərinin istehsalı tamamlanıb və təqdimatları olub. “Postskriptum”, “Onun atası”, “Hədiyyə”, “Qara bağ” qısametrajlı filmlərindən ibarət “40-cı paraleldə” kinoalmanaxı isə bu gün – Azərbaycan Kinosu Günündə təqdim ediləcək.
Bunlarla yanaşı, hazırlıq və çəkiliş dövründə olan filmlər də var. Belə ki, “Köşk” tammetrajlı bədii filmi çəkiliş, “Üç gün və bir ömür” tammetrajlı bədii filmi postprodakşn, “Natiq Qasımov” sənədli filmi istehsal, “Nar bağı” tammetrajlı bədii filmi hazırlıq dövründədir. “Həddən artıq uyğunluq” tammetrajlı bədii filmi isə tamamlanmaq üzrədir.
Bu il bir sıra filmlərimiz beynəlxalq festival və müsabiqələrdə iştirak edib. “Azərbaycanfilm” Kann kino bazarına cari ildə 10-dan artıq film təqdim edib. Bunlar “Qırmızı bağ”, “İçəri şəhər”, “Yarımçıq xatirələr”, “4.1 Şəhər motivləri”, “40-cı paraleldə”, “Həddən artıq uyğunluq”, “Xeyirlə Şərin rəqsi”, “Nar bağı”, “Köşk”, “Üç gün və bir ömür”, “Sarılar – Qarabağ atının izi ilə” və digər filmlərdir.
Eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı ilə “Bizim Kino Günləri – audiovizual məkanda peşəkarlıq” layihəsi həyata keçirilib. Layihə çərçivəsində “Audiovizual məkanda ailə dəyərləri”, ”Audiovizual məkanda uşaq mövzusu”, “Audiovizual məkanda vətənpərvərlik” və “Azərbaycan həqiqətlərinin beynəlxalq audiovizual məkana inteqrasiyası” mövzuları müzakirə olunub və “Axınla aşağı”, “Dərs”, “Yarımçıq xatirələr” və “Nabat” filmlərinə baxış keçirilib. Bu filmlər şəhərimizin bütün kinoteatrlarında mütəmadi nümayiş etdirilib.
“Azərbaycanfilm” kinostudiyası şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təsis edib. Təşəbbüsün əsas məqsədi peşəkar kino məktəbinin istedadlı davamçılarını aşkar etmək, iddialı tələbələrə dəstək olmaqdır.
Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib.
Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülür.
Prezident İlham Əliyev cari il iyulun 29-da Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən 1 nəfər “Xalq Artisti”, 5 nəfər “Əməkdar İncəsənət Xadimi”, 2 nəfər “Əməkdar Artist”, bir nəfər “Əməkdar Rəssam”, 10 nəfər “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına, 3 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.
Bu il 118-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.
Mənbə: http://www.azertag.az
-
Şəfa VƏLİYEVA.”Fərid Hüseynlə İstandulda”
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısıŞəfa VƏLİ
(AYB və DGTYB üzvü)Xeyr, mən Fərid Hüseyni şəxsən tanımıram! Onun şeirlərini oxumuşam, sadəcə. …qəribədir ki, bu an özümü İstanbuldaymışam kimi hiss edirəm. Özü də ən qəribəsi budur ki, mən Atatürk hava limanındakı kiçik masaya söykənib tünd qəhvə içə-içə iki qitəni birləşdirən körpünün üstündə Fərid Hüseynin necə ağır-ağır addımladığını görürəm… Sonra sahilə enir, balıqçı restoranı tapıb masanın kənarında əyləşir, üzünü qarşısındakı boşqaba tutub İstanbulla danışır, sanki başını yuxarı qaldırıb İstanbulun gözlərinin içinə baxmağa cəsarəti yoxdur:
Istanbul,
Yeddi təpəlik qaranlığın var,
Dənizlərin ümidgahıdı limanlar,
Sular sahilləri qoynuna alıb yatar.
Mənsə…
Durub o boyda
Yolu yora-yora
Sənin balığına limon sıxmağa gəlmişəm.Bir axşam da küçələrin qaldırım daşlarında gözlərilə bəxtinin şəklini axtarır. Baxışları boşa çıxsa da ümidlərinin boşa çıxmasını istəmir:
İçdiyim qəhvələrdən falıma çıxan
Alagözlü qızı gözləyirəm dayanacaqda.Fərid Hüseyn İstanbulun səssizliyini də yaşayır. Baxmayaraq ki, bunu kiminsə bacaracağına mən heç vaxt inanmazdım bu şeiri oxuyana qədər:
Boğaza getdim-sənsizlikdi,
Rakıya endim-sənsizlikdi,
Körpünü keçdim-sənsizlikdi,
Taksim sənsiz,
Qadın paltarları sənsiz,
Bazar sənsiz…
Balıq bazarında çağırmırlar,
Kitabçılar tanımır…
Şəklin yox, səsin yox,
Deməli,
Mən gəzməyə yox,
Səni axtarmağa gəlmişəm!Hava limanında Bakıya gələn uçağa minərkən Fərid Hüseyn yenə İstanbula gələcəyini açılıb-yumulan barmaqlarıyla bu şəhərə vəd edir.
Mənsə, tünd qəhvəni sonunacan içə bilməyib fincanı masaya qoyuram. Gözlərimi yumuram və Fərid Hüseynin etirafını eşidirəm:Soruşdum ki, xoşbəxtsənmi, İstanbul?
Dedin ki, “Sezeni dinləyəndən
Belə şey soruşmazlar”.Gözlərimi açınca özümü netbukun qarşısında bu yazını oxuyarkən görürəm. Və Fərid Hüseynin şeirlərinə qoşulub Misirə, Londona, Moskvaya “getməyim” deyə bir fincan kəklikotu çayı üçün mətbəxə keçirəm.
-
Sumqayit Mədəniyyət və Turizm idarəsinin turizm şöbəsi
Sumqayit Mədəniyyət və Turizm idarəsinin turizm şöbəsi 31 iyul 2016-cı il tarixində Mərdəkan qalası və Mərdəkan Dendrarisinə (Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazi) tur təskil edir. Tur iştirakçıları İdarənin ikimərtəbəli, hər cür konforta malik avtobusuyla, saat 9.00-da Sumqayıtın Göyərçin abidəsinin (Nəsimi parkı, Göyərçin meydanı) qarşısından yola düşəcəklər.
Qiymət cəmi 10 manat. İştirak etmək istəyirsinizsə iyul ayının 29-dək turun rəhbəri Nizami Mirzəyevlə və Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidməti ilə əlaqə saxlayın (Tel: 077 4810709)Sevinc BƏHMƏNLİ,
Sumqayıt Mədəniyyət və Turizm İdarəsinin Mətbuat xidmətinin rəhbəri -
Sumqayıtda “Xəzər ulduzları”nın 8 illiyinə həsr olunmuş konsert keçirilib – FOTO
Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin və Şəhər Mədəniyyət evinin dəstəyi ilə N.Nərimanov adına mədəniyyət mərkəzində xoreoqraf Kamil Ağazadənin “Xəzər ulduzları” rəqs ansamblının yaranmasının 8 illiyinə həsr olunmuş konserti keçirilib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən Xeberle.com-a verilən məlumata görə konsertdə Azərbaycan rəqsinin tarixinə həsr olunmuş videoçarx təqdim olunub. Rəqs ansamblının ifasında “Yallı”, “Köçəri” yallısı, “Şoloxo”, “Uzundərə”, “Azəri”, “Aytacım” milli və müasir rəqsləri, o cümlədən, məzəli, teatrlaşdırılmış rəqslər, dünya xalqlarının rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.Konsertdə çıxış edən gənc müğənnilər Zaur Yusifli, Elvin Qasımov, İbrahim Quluzadə, Həyat Həsənzadə, Xəyalə Abdullayeva öz ifaları ilə kollektivi təbrik ediblər.
Sonda rəqs kollektivinin üzvləri “Fəxri Fərmanla” təltif edilib.
Sevinc BƏHMƏNLİ,
Sumqayıt Mədəniyyət və Turizm İdarəsinin Mətbuat xidmətinin rəhbəri -
Günel Emin Fərhadqızını doğum günü münasibətilə təbrik edirik! (28 iyul 1983-cü il)
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gundelik.info və Edebiyyat-az.com saytlarının redaksiya heyətinin üzvünü, “Publisistika” bölməsinin rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!
Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın!
Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!Mətbuat xidməti
-
Uşaqlar savaşan dünyanın saf, məsum və balaca insanlarıdır
Bəziləri evlərində, küçələrində, bağçalarında şənlənib, oynayarkən üzərlərinə düşən bombadan sonra canını Allaha təslim edir.
Bəziləri evlərində, küçələrində, bağçalarında şənlənib, oynayarkən üzərlərinə düşən bombadan sonra canını Allaha təslim edir. Bəziləri isə sağ qalıb xarabalıq içində yaralı, şikəst halda valideynlərinin, qardaş və bacılarının, dostlarının parçalanmış bədənlərinə dərin kədər, təəccüb və çarəsizlik içində baxır.
Sevgi, şəfqət və hüzura ən çox ehtiyacları olduğu dövrdə dəhşətli, qəddar və qanlı müharibənin ortasında qalıb həyatlarını xilas etməyə çalışırlar. Evləri, məhəllələri, məktəbləri, oyun parkları artıq yoxdur. Qalan xarabalıqların içində isə indi əli silahlı insanlar var. Bir gün əvvəl əmin-amanlıq içində yaşadıqları isti və rahat yuvalarından aclıq, susuzluq, xəstəlik, soyuq, əziyyətlərlə dolu, hər cür yardıma möhtac qalacaqları tamamilə başqa bir dünyaya addımlarını atırlar.
Suriyada, İraqda, Yəməndə, Liviyada, Livanda, Türkiyədə, Əfqanıstanda, Qəzzada, Ukraynada, Kolumbiyada, Myanmada, bir çox Afrika ölkəsində müharibə və münaqişələr səbəbindən həyatları alt-üst olmuş bu uşaqlardan milyonlarladır.
Avropa Komissiyasının 2016-cı il fevral tarixli “Humanitar yardım və mülki müdafiə” adlı hesabatında UNICEF, UNHCR, UNESCO kimi təşkilatlar mənbə göstərilərək “təcili köməyə ehtiyacı olan uşaqlar” başlığı altında bu məlumatlara yer verilir:
“Uşaqlar müharibədən ən çox zərər görənlər arasındadır. UNICEF-in proqnozlarına görə, müharibədən təsirlənən ölkələrdə yaşayan 250 milyondan çox uşaq var. Bir çox uşaq müharibənin mülki itkiləri arasındadır. Oğlan və qız uşaqları əsasən silahlı qruplar və ya cinayətkar təşkilatlar tərəfindən döyüşmək və ya kəşfiyyat toplamaq məqsədilə istifadə edilir, cinsi istismar və insan alveri təhlükəsi ilə üz-üzə qalır. YUNESKO-ya görə müharibədən əziyyət çəkən ölkələrdə 37 milyon uşaq məktəbə getmir”.
Başqa bir mənbədə vuruşan ölkələrin uşaqlarının qarşılaşdığı fəlakət belə təsvir edilir:
“Bir çox münaqişə bölgəsində uşaqlar itkilərin ən böyük hissəsini təşkil edir. Çoxu silahlardan yox, qarşısı alına biləcəyi halda, səhiyyə sistemi və infrastrukturu darmadağın olduğu üçün müalicə edilə bilmir və xəstəliklərdən ölür. Demokratik Konqo Respublikasında 2.7 milyon uşaq qarşıdurmanın nəticəsi olaraq həyatını itirdi”.
Müharibələr səbəbindən uşaq itkilərinin bu gün ən yüksək səviyyədə olduğu ölkə şübhəsiz, Suriyadır. Əhalisinin 4.6 milyonu qaçqın, 6.6 milyonu isə ölkə daxilində yer dəyişdirmiş suriyalıların yarısını uşaqlar təşkil edir. Bir çox qaçqın uşaq ailələrini saxlamaq üçün cüzi əmək haqqı müqabilində təhlükəli və ağır işlərdə çalışır. Təhlükəli şəraitdə hər cür cinsi istismara açıqdırlar. Qızlarının pis yola düşməsindən qorxan bəzi ailələr, xüsusilə dul analar onları çox kiçik yaşlarda ərə verir. 2-3 milyona yaxın suriyalı uşaq məktəbə getmir.
Suriyalı uşaqlar rejim qüvvələrinin məktəb, xəstəxana, oyun parkı ayırd etmədən həyata keçirdiyi hava hücumlarının, atdığı varil bombalarının, açdıqları artilleriya atəşlərinin ən böyük qurbanlarıdır.
«Syrian Observatory for Human Rights»ın açıqlamasına görə Suriya vətəndaş müharibəsi başladığından etibarən təxminən 12.000 uşaq həyatını itirib. Sağ qalan on minlərlə uşaq isə faciəvi şəkildə yaralanmış, gözünü, qulağını digər orqanlarını itirmiş şəkildə kiçik yaşda şikəst olaraq həyatlarına davam edir.
Suriyadan sonra müharibə mənşəli yer dəyişmələrin ən çox olduğu ölkə Kolumbiyadır. Burada 6.5 milyon insan qarşıdurmalar səbəbindən evlərini tərk edib. Ölkədəki FARC adlı terrorçu qrup münaqişə bölgələrindən qaçan 11-15 yaş arasındakı qız uşaqlarını ələ keçirərək əxlaqsızlıq etməyə məcbur edir.
Şərqi Ukraynada müharibə səbəbindən yer dəyişdirən 1.700.000 insanın 250.000-i uşaqlardır. Donbasdakı müharibə Balkan Müharibələrindən sonra Avropadakı ən böyük humanitar böhrana çevrilib.
Bir də kiçik yaşda silahlarla tanış edilərək zorla bu müharibələrin bir hissəsi halına gətirilən uşaq əsgərlər var. Ön cərgələrdə döyüşmək, canlı bomba, ya da canlı qalxan olaraq istifadə edilmək üçün təlim keçirlər.
Məsələn, PKK terror təşkilatının düşərgələrində hazırda ən kiçiyi 8-9 yaşlarında 3 min uşaq, hərbi və ideoloji təlim keçir. PKK Türkiyədə "çözüm sürəci" adlandırılan dövrdə son bir neçə il ərzində yaşları 12-17 arasında dəyişən 2500-dən çox uşağı ailələrinin razılığı olmadan, silah gücünə dağa qaçıraraq öz sıralarına qatdı. «Human Rights Watch» təşkilatının hesabatlarında PKK-nın Suriya qolu PYD-nin 12 yaşlı uşaqları belə silahlandırdığı bildirilir.
Terror təşkilatı tərəfindən zorla ələ keçirilən qız uşaqları isə təşkilat üzvləri tərəfindən təcavüz edilərək hamilə qalır. Qaçıb evlərinə qayıtmağa nail olsalar belə, bir çoxu ailələri tərəfindən qəbul edilmir, təşkilat tərəfindən ələ keçirilib geri aparılır və ya ailələri tərəfindən namus cinayətlərinə məruz qalır.
Müharibədən əziyyət çəkən uşaqlarda fiziki travmalardan əlavə bir çox psixoloji travma da yaranır.
Daim qeyri-müəyyənlik, şiddət və ölüm təhdidi uşaqlarda tədricən pessimist, qayğılı, depressiv, içinə qapalı, bəzən təcavüzkar və üsyankar ruh halları formalaşdırır. Bunların çoxu daimi travmalara çevrilə bilir. Ən yaxşı halda isə hər hansı bir qaçqın düşərgəsinə sığınan uşaqları alçaldılma, döyülmə və təhqir dolu həyat gözləyir. Livan qaçqın şəhərciyindəki bir qrup uşağın dünya ictimaiyyətinə yazdığı açıq məktub bu faciəni ortaya qoyur:
“Biz suriyalı uşaqlarıq, bəzimiz iki, bəzimiz üç, ya da dörd il əvvəl Livana gəlmişik. Bir çox problemdən əziyyət çəkirik. Bunlardan biri də başqaları tərəfindən döyülməkdir. Məsələn, məktəbdə livanlı uşaqlar tərəfindən döyülürük. Küçələrdə eyni şəkildə kötək yeyirik və bəzi insanlar bizimlə lağ edir. Bir dostumuz və qardaşı qaldığı evin sahibi tərəfindən döyülür”
Bu məzlum uşaqlar masa başındakı bəzi rəhbərlərin qürunun, inadkarlıq, fanatizm və hərisliyin zərərçəkənləri olduqlarını anlamırlar. “Terrorla mübarizə” adlanan cəfəngiyyat uğrunda aparılan hava əməliyyatlarının, dron hücumlarının qurbanları olduqlarından xəbərləri belə yoxdur. Onlara “beynəlxalq silah firmalarının qazanc axtarışlarının nəzərə alınmayan itkiləri” olduqları deyilsə,buna məna verə bilməzlər.
Bu saf, məsum və pak varlıqlar zalım müharibələrin qurbanı olmamalıdırlar. Bunu dərk edən vəvicdanı məsuliyyət hiss edən insanlar müharibələri dayandırmaq üçün bütün gücü ilə əlindən gələni etməlidir. İlk növbədə, ölkələrarası qarşıdurmaların səbəblərini aradan qaldırmaq üçün ortaq sevgi dili yaradılmalı, hərbi üsullar əvəzinə, problemlərin sevgi əsaslı diplomatiya ilə həll edilməsi təmin olunmalıdır.
Sevinc HAQVERDİZADƏ
-
“Bədxah heç vaxt yaxşı əməli xoşlamaz”
Son zamanlar ölkədə sürətlə gedən tikinti, quruculuq, abadlıq işləri İsmayıllı rayonundan da yan keçmədi.
Məlum 2013-cü il İsmayıllı hadisələri sonrası ölkə başçısı cənab İlham Əliyevin rayon idarəçiliyinə İsmayıllının ziyalı övladı, professor, əməkdar elm xadimi olan Mirdaməd Sadıqovu təyin etməsi düşünülmüş və uğurlu siyasətin nəticəsi idi.
2013-cü ildən başlayaraq sanki həyat eşqi sönmüş rayonun gözlərinə işıq gəldi. O, öz əməlləri ilə rayona yeni ruh, nəfəs gətirdi.
Gəldiyi ilk andan rayon ziyalılarını ətrafına toplayaraq problemləri, pespektivləri müzakirə etdi.
Əvvəllər yararsız olan, yaz-payız aylarında bərbad hala düşən, gedilməsi mümkün olmayan yolların təmir olunub, asfaltlanmasa tapşırıq verdi. Tədricən rayonun həm mərkəz, həm də ara yolları asfaltlandı və bu iş bu gün də davam edir. Nəinki İsmayıllı şəhəri, həm də İsmayıllının yararsız olan kənd yolları da asfalt örtüyünə büründü. Artıq Bakı və digər şəhərlərdən qonaq gələndə artıq yollarımızdan utanmırıq. Axı mədəniyyət yoldan başlayır. Hava qaralanda görünməz olan yollarımız nur saçır, köhnə, yararsız dirəklər yeniləri ilə əvəzlənir.
Rayonu dirçəltməyin əsas yolunu iqtisadi sahənin inkişafında görən cənab M. Sadıqov rayon ərazisində çoxsaylı iş yerlərinin açılması istiqamətində işlər görülməsinə göstəriş verdi. Hal hazırda rayonumuzda ölkədə analoqu olmayan Velosiped zadovu tikilib, Quş əti istehsalı müəssisəsi, dam ötrükləri zavodu və s. tikilir. Bu kimi müəssisələrin açılması rayon əhalisi arasında işsizliyin azaldılmasına və tədricən aradan qaldırılmasına səbəb olacaqdır.
M. Sadıqov öz siyasətində Ulu Öndərin siyasətini rəhbər tutaraq gənclərə etibar edir, onları idarəçiliyə işə qəbul edir.
Lakin görülən bu işlər bədxah qüvvələrin xoşuna gəlmir. Kimlərsə vətəni dildə sevir, əməldə isə əsl xainlik edir. Şər, böhtanlar atılır.
Bir cümlə ilə fikrimi yekunlaşdırmaq istəyirəm. Peyğəmbərimiz (s.ə.s) da haqq iş görəndə onun başına zibil, çirkli su atırdılar. O isə tutduğu yolun haqq olduğunu bildiyi üçün geri çəkilmədi.
Bədxah heç vaxt yaxşı əməli xoşlamaz.Şəhla RAMAZANQIZI,
YAP İsmayıllı Gənclər Birliyinin sədri,
İsmayıllı Gİİ-nin baş məsləhətçisi -
Şair Ənvər Əlibəylinin 100 illiik yubileyinə həsr olunmuş “Sətirlərdə döyünən ürək” adlı tədbir keçirilib
Sumqayıtda Şəhər Mədəniyyət Evində Şair Ənvər Əlibəylinin 100 illiik yubileyinə həsr olunmuş “Sətirlərdə döyünən ürək” adlı tədbir keçirilib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən Ədəbiyyat-Az.Com -a bildiriblər ki, tədbirdə bədii qiraət dərnəyinin üzvü Tuncay Hüseynovun ifasında şairin Türkan kəndinə ithaf etdiyi “Kəndimiz” şeri, o cümlədən, aparıcılar Türkan Mahmudova və Əlipaşa Paşayevin ifasında “Nəğmələr”, “Dalğalar arasında” şeirləri maraqla dinlənilib.
Tədbirdə həmçinin mədəniyyət evinin “Zəminxarə” ansamblının müşayiəti ilə Mehman Əhmədovun ifasında “Neylərəm unutmusan”, “Gəlmədin”, Vüsalə Hüseynovanın ifasında “Söz olmasaydı”, Şahin Qədirsoyun ifasında “Dostluq nəğməsi”, Elvin Qasımovun ifasında “Xatirə”, Kamil Ağazadənin ifasında “Bağçadan keçmisən” mahnıları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbir özfəaliyyət kollektivinin üzvləri Kamil Ağazadə və Elvin Qasımovun ifasında “Azərbaycan” mahnısının ifası ilə sona yetib. -
Mayisə ƏSƏDULLAQIZI.”Belə böyüdüm”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatıAilədə beş uşaq olmuşuq. Kənddə, Əmircanda (Xilə) 4-5 küçə hamı qohum-əqrəbə olub. Nöyütlü, mazutlu gölün kənarında yaşadığımıza görə, dəfələrlə ağır yanğın qəzaları ilə üz-üzə qalmışıq. Dəqiq yadımdadır. Yeddinci sinfi bitirmişdim. Bu vaxtlar idi. Hava bürkülü idi. Axşamüstü saat 5-6 radələri olardı. Atam hələ işdən evə gəlməmişdi. Hamımız həyətdəki ağacların sərinliyində oturmuşduq. Xəstə babam da, o vaxtkı dəmir yaylı çarpayıda, açıq havada, sərinlikdə uzanmışdı. Ağır xəstə olmağına, gəzməkdə çətinlik çəkməyinə baxmayaraq, ömrünün sonuna kimi əlinə çəlik götürmədi. Birdən gözləmədiymiz qara, tüstülü, bəzən narıncı rəngə çalan alov dilləri başımızın üstünü aldı. Qohum uşaqlar, qonşular hamısı canlarını götürüb, qaçdılar. Təbii ki, belə də olmalı idi. Düzü, çaşıb qalmışdıq. Yadıma düşdü ki, babam dəfələrlə danışmışdı ki, lap keçmişdə burda buruq qazıblar (hətta bir mayakı su batırıb, amma, görünməkdədir) sonra necə olubsa, işi dayandırıblar. Suraxanı neft mədənlərində və qonşu kəndlərdə tez-tez güclü yanğınlar olarmış. Çünki, torpaq və gölün üstü qara yağlı mazutla dolu olurdu. Nə isə….Alov qızmış şir kimi hücuma keçmişdi. Hamı canını götürüb küçə ilə üzüyuxarı, Əmircanın dəmiryolu tərəfə qaçırdı. Anam da 2 yaşlı bacımı, nənəmi götürüb, qonşu küçədən atamın qoca xalasını və ata-anası işdə olan xala nəvələrini evdən çıxartmışdı. Hamı çaşıb qalmışdı. Bu arada mən geri qaçıb, tüstünün içindən seçilməyən rəhmətlik babamın köynəyindən dartıb, qucağıma götürməyə çalışdım. (Gəzə bilmirdi) Təsəvvür edin, babamı yarıyacan möhkəm-möhkəm özümə sıxmışam, gedirəm, bircə ayaqları yerlə sürünür. Birdən qıpqırmızı alov dilləri məni də, babamı da, cənginə aldı. İkimiz də torpaq yola yıxıldıq. Heç nədən qorxmayaraq, tez ayağa qalxıb, yenidən babamı yarıyacan qucağıma alıb, qara tüstünün içi ilə, 25-30 metr irəlilədim. Elə bu vaxtı anama, bacı-qardaşıma, qohumlara rast gəldim. Demə, hamı, elə bir yerdə irəliləyir, tüstüdən heç kəs, heç kəsi görə bilmirmiş…Sonra, iş-işdən keçəndən sonra, həyət-baca yanandan sonra, Suraxanıdan yanğınsöndürənlər mübarək qədəmləri ilə, təşrif buyurdular, onlar da neçə dəqiqə hazırlıq keçib, sonra müqəddəs su şlanklarını yanğına tərəf tuşladılar. Həmin gecəni, qadınlar, uşaqlar Bülbülədəki qohumlargildə qaldıq. Kişilər isə, həyəti, küçəni sahmana salmaqla səhəri açdılar….Çox yaddaqalan və tarixi hadisələrlə üzləşmişəm, Allah qismət eləsə, kitab halında cəmləşməlidir…
-
Mayisə ƏSƏDULLAQIZI.”Uşaqlıq xatirələrimdən”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatıMəktəbdə oxuyarkən, Suraxanıda rus məktəbinin yetimçələrini it balası kimi çırpırdıq, lap əcəb eləyirdik. Dəfələrlə, o vaxtkı Suraxanı milisi məktəbə bizim dalımızca gələrdi. O vaxt, milisdə rus qırılmışlar çox idi. Məktəbimizin adı və adımız düşmüşdü milisin “Şərəfli lövhə”-sinə. Onu da qeyd edim ki, qırılmışlar əvvəl özləri sataşırdılar bizə. O yetimçələr sonra, cəhənnəm olub getdilər. Dəqiq yadımdadır ki, artıq səkkizinci sinfi bitirmişdik. Yay idi. Hamı bağa hazırlaşırdı. Mərdəkan, Bilgəh Əmircana yaxın olduğundan, biz hərdən evə də gəlib baş çəkib gedərdik. Çünki, həyətdə o vaxt çoxlu toyuqlarımız vardı. Bilgəhdən bağdan gələrkən qardaşımla, anamla Əmircanın dəmiryoluna çatar-çatmaz görük ki, Sisiyandan köç edib kəndimizdə məskunlaşan öz həmyaşıdımız olan Allahverdi başını tutub, oturub yerdə. Onlar ailədə 8 uşaq idilər. Hamımız xətirlərin çox istəyrdik. Maşını saxlatdırdıq. Mən və qardaşım Allahverdiyə tərəf qaçdıq. Qardaşım dedi yəqin yıxılıb eləyib. Mən isə dəqiq bilirdim ki, stansiyaya yaxın, həmin küçədə, Kolya, Qrişa və Valya yaşayır. Onlar da bizim həmyaşıdlar idilər. (Cəhənnəm oldular) Soruşanda ki, Allahverdi nə olub? Allahverdi deyə ki, Əmircan univermağına gedirdim, həyətə su çəkirlər şlank alacaqdım. Qrişagilin küçəsindən keçəndə məni pis söydü, heç nə demədim. O birsi rus dostlarını da çağırıb, dalımca qaçıb, məni o ki var. döydülər, pulumu alıb buraxdılar. Paaaahhhh!!!! Bunu bizə demək olardımı?! O vaxtkı göy “QAZ-21” idi bizdə də. Apteçkasından yod, bint götürüb, ilk yardımı verdik. Dedik ki, gedək unuvermağa, əvvəl şlankların verək, sonra Qrişanın, Kolyanın, Valyanın işinə necə lazımdı baxarıq. Univermaqdan sonra, Allahverdini də evlərinə qoyduq. Səhərisi gün, Əmircanın, Suraxının o vaxtı bizlə yaşıd olan heç nədən qorxmayan uşaqlarını, bir yerə yığa bildik. Kənddə bizim azərbaycanlımızı, dostumuzu ruslar döymüşdü, biz kənd içinə çıxa bilməzdik, adətimiz vardı kənddə. Nə vaxt olsa, biz bu rüsvayçılığı yumalı idik…Həm də ruslar döyüb!!! .Özümüz bilərəkdən küçələrinə getdik, dəqiq bilirdik ki, ilişəcəklər. Qrişanı Kolyaya, Valyanı Nadyaya, Natanı Svetaya qatdıq, o ki, var it balası kimi əməlli-başlı çırpdıq. Vova gedib milisə satmışdı bizi. Amma biz bir gün əvvəl, Allahverdinin başını onlar partladanda, heç kəsə bir kəlmə deməmişdik. Milis əmilər bizi axtaranacan, qaçdıq getdik Bilgəhə, Mərdəkana )))))))) Hamımızn da, 15-16 yaşımız var. Milislərin arasında bir rus milis yaman əl-ayağa düşmüşdü.
…Sonra, həmin davada olan dostlarımızdan müharibədə şikəst qayıdanlar, şəhid olanlar oldu. Hərdən yadıma düşür, biz də, uşaq vaxtı az aşın duzu olmamışıq. O qədər belə xatirlər var ki…. Eh,xatirələr, xatirələr…. -
İnsan yalnızca bir neçə dəqiqəlik cəhənnəmi görsə…
Bir anlıq dünyadakı həyatın dayandığını düşünün. Yalnızca bir neçə dəqiqəlik milyonlarla insan olduqları yerdə qalsalar və bu bir neçə saniyədə cəhənnəm həyatını seyr etsələr… Amerikan birjasındakılar, Əfqanıstanda, İraqda, Fələstində, Suriyada məzlumların qanını axıdanlar, Avropada bank kassasına pul yığanlar, böyük biznes mərkəzlərində iclas keçirənlər, idman salonlarında böyük bir cəhdlə bədənlərini formaya salmağa çalışanlar, dünyada kiçik bir qazanc üçün ən yaxınlarını qurban verənlər, miras davasına görə illərlə öz qardaşlarının üzünə baxmayanlar, dünya həyatına aldanıb axirəti unudanlar, bütün həyatlarını əyləncəyə həsr edənlər…
Cəhənnəmi yalnızca bir neçə dəqiqəlik seyr edən bu insanların necə reaksiya verəcəklərini heç düşündünüzmü? Həmin an bu insanlar dünya həyatının mütləq sona çatacağını və əsl həyatın ölümdən sonra başlayacağını anlayacaqlar. Dünya həyatı ilə axirət arasındakı qəflət pərdəsi qalxacaq və insanlar ölümlə dünya həyatının nə qədər mənasız olduğunu, işlərinin, pulun, malın, mülkün, həyat yoldaşının, dostların, tanışların, kariyeralarının geridə qalacağını görəcəklər. Bütün söhbətlər dayanacaq, ürəklər ağıza gələcək. Yemək yeyən tikəsini uda bilməyəcək, danışan sözünü bitirə bilməyəcək, ayaq üstə olan oturacaq, küçələrdə gəzənlər olduqları yerə çökəcək, çarpayısında yatanlar həyəcanla yerindən qalxacaq. İstisnasız hər kəs dünyadakı bütün zənginliklərin, gözəlliklərin, dəbdəbəli evlərin, yaxtaların, villaların, qısası, arzu etdiyi şeylərin cəhənnəmdə olmadığını görəcəklər.
Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allah’ın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq.(İsra surəsi, 18)
Bəs bu dünyada pula görə öz qardaşından üz döndərənlər, sərvətinə sərvət qatmaq üçün bütün həyatı boyunca səylə çalışanlar, bu var-dövləti Allah rizası üçün xərcləməyənlər, yoxsulu yedirməyənlər, yetimin haqqını verməyənlər, pula görə hər cür pisliyi etməkdən çəkinməyənlər… Bunlar cəhənnəmi gördükdə orada pulun heç bir əhəmiyyət daşımadığını görməyəcəklərmi?
Pul yalnız dünyada etibarlıdır, cəhənnəmdə isə dünyanın ən varlı adamı olsa da pula ehtiyacı olmaz. Dünyanın ən yaxşı vəzifəsində olsa da, bu səlahiyyət heç nəyə faydalı olmaz. Cəhənnəmdəki əzabı gördükdə bu əzabdan xilas olmaq üçün bütün insanların bunları fidyə olaraq vermək istəyəcəyini Allah Quranda bizə bildirir.
Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət (Cənnət) hazırlanmışdır. Onun dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olan var-dövlətin hamısı, üstəlik bir o qədəri də onların olsaydı, əzabdan qurtarmaq üçün onu mütləq fidyə verərdilər. Onlarla dəhşətli bir haqq-hesab çəkiləcəkdir. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis yataqdır!(Rad surəsi, 18)
Dünyanın hər tərəfində döyüşənlər, məsum insanların başına bomba yağdıranlar, rəhm etmədən biçarə qadınları, uşaqları yurdlarından çıxaranlar, torpağa, neftə, qızıl və almasa görə fitnə-fəsad törədənlər, öz mənfəətləri naminə ölkələri bir-birinə düşmən edənlər, vətəndaş müharibələrini şiddətləndirib uzaqdan seyr edənlər… Bəs bunlar bu dünyanın sonunu gördükdə, cəhənnəmi bir neçə dəqiqəlik seyr etdikdə müharibəyə və günahsız insanları öldürməyə davam edə bilərlərmi?
Əlbəttə ki, xeyr.
Hal-hazırda imtahanımıza əsasən cənnət və cəhənnəmlə aramızda görünməz bir pərdə vardır. Bu elə qalın pərdədir ki, iman gətirməyən, dünyanın sonunun axirət olduğunu bilməyən, bu həyatı yalnız dünya həyatından ibarət olduğunu zənn edən bu pərdəni bir an da olsa aralaya bilməz. Buna görə də dünyadakı hər şey gözündə daha da böyüyər. Bu insan axirətdəki sonsuz həyatı tərk edib, çox qısa olan dünyadan pay almaq üçün çırpındıqca çırpınar.
Allah’a səmimi bir qəlblə sığınan mömin üçünsə dünya həyatı ilə axirət arasında qəflət pərdəsi yoxdur. Mömin qəlbini Allah sevgisi və Allah qorxusu ilə doldurmuşdur. Həyatını Allah’a həsr etmişdir, De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!(Ənam surəsi, 162) deyər və doğru yoluna davam edər. Cəhənnəmə inanması üçün onu gözləri ilə görməsinə ehtiyac yoxdur, onsuz da tam səmimiyyəti ilə inandığı üçün onu qəlbi ilə görür. Dərin imanı ilə dünyada yaşayarkən, əslində cənnətin və cəhənnəmin tam kənarında olduğunu bilir. Bu bilgi onun bütün həyatına istiqamət verir.
Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz! Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz! Xeyr! Kaş ki, yəqin biləydiniz. Siz Cəhənnəmi mütləq görəcəksiniz! Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz! Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.(Təkasur surəsi, 3-8)
Cəhənnəm inkar edənləri böyük bir şövqlə içəri alarkən, cənnətin də qapıları iman gətirənlərə sonuna qədər açılacaqdır. Elə bu vaxt möminlər görmədən tam yəqinliklə axirətə iman gətirmələrinin və səmimiyyətlərinin əvəzini sonsuza qədər alacaqlar. Şübhəsiz ki, bir qul üçün Allah’ın ondan razı olmasından və Onun sevgisini qazanmaqdan daha böyük mükafat yoxdur. Şüurla, ağılla və imanla keçən bir həyat sonsuza qədər cənnətdə davam edəcək…
Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür! (Beyyinə surəsi, 8)
-
İslamın Quranda və xurafatlardakı yeri
Radikallar İslam adından ortaya çıxdıqlarından bu günə kimi dünyaya yanlış İslam modeli tanıdılıb. Sülh və sevgi dini olan İslam dəhşət dini kimi göstərilib. Radikalizm hər dinə, ideologiyaya ifratlıq gətirdiyi kimi, dinimizə də dində olmayan xurafat gətirib. Dinə gətirilən xurafat müsəlmanlara gülməyi, əylənməyi, estetikanı, incəsənəti, musiqini, təmizliyi, keyfiyyəti, modernliyi haram edib. Geriyə baxımsız, elmsiz, incəsənətdən, gözəllik və estetikadan uzaq müsəlman modeli qalıb.
Artıq Qərbin Yaxın Şərqlə bağlı planları heç kəsə sirr deyil. Hazırda baş verən qanlı döyüşlər, məzhəb savaşları, terror qrupları müəyyən planın parçası olaraq meydana çıxıb. Amma İslam dünyasının hazırkı durumunda tamamilə Qərbi günahlandırmaq doğru deyil. Müsəlmanlar özlərindəki səhvləri görməlidirlər. Yaxın Şərq üzərində qurulan planlara zəmin yaradan fanatik icmaların, qrupların ortaya çıxması bu qəbildən olan yalnışlardır. Dini azadlığın olmaması, qadına dəyər verilməməsi, keyfiyyətsiz dindar modeli Qərbin işinə yaramış, müsəlmanları asanlıqla istismar edə bilmişlər.
İslam dini miskin, keyfiyyətsiz olmaq demək deyil, bu şəkildə düşünənlərin Qurandan bixəbər olduqları aydındır. Keyfiyyətli olmaq üçün pula deyil, zövqə, incəsənətə ehtiyac var. Bir çox insan xeyli miqdarda pul xərcləsə də, keyfiyyətsizdir.Allah gözəldir, gözəlliyi sevir. Keyfiyyət və gözəllik bir-birini tamamlayır. İnsani keyfiyyətlər bir insanı daha yetkin, anlayışlı, ağıllı hala gətirir. Bu insanlar sülhə və bəşəri dəyərlərə zərər gəlməsinə qarşı olan, dostluğun, sevginin tərəfində olan insanlardır. Buna görə də, şərtlərdən asılı olmayaraq, müsəlman daim “sülh” insanıdır.
İslam dünyasına miskinlik hakim olduqdan, müsəlmanlar özlərinə keyfiyyətsizliyi layiq bilib dəyər vermədikdən sonra onlara da dəyər verən qalmayıb. İslam ölkələrində baş verən qətliamlara dünya laqeyd qalıb. Qərb mediası adi xəbərlərə günlərlə yer verərkən, qətlə yetirilən günahsız müsəlmanlar haqqında danışan yoxdur. Bunun əsas səbəblərindən biri İslam dünyasına hakim olan keyfiyyətsizlikdir. Keyfiyyətsizlik özü ilə sevgisizlik, əziklik və özünə güvənsizlik gətirib. Bunun nəticəsində bir çoxları müsəlman olmaları ilə qürur duymaq əvəzinə əzik xarakterli insanlara çevriliblər və utanırlar.
İncəsənətin, elmin, estetikanın, musiqinin, mədəniyyətin, təhsilin, xoş sozün, gözəlliklərin olmadığı İslam modeli dünyanı dəhşətə gətirib. Dinin əslinin bu olduğunu düşünənlər İslamdan uzaqlaşıblar, müsəlmanlara qarşı olmağa başlayıblar. İslama qarşı olanlara radikal qruplar terrorla cavab verdikde İslamın sevgi dini olduğu anlayışı itirilməyə çalışılıb.
Radikalizm sadəcə İslam üçün deyil, bütün dinlər üçün böyük təhlükədir. Radikalizmə qarşı ən təsirli mübarizə metodu isə fikri mübarizədir. Radikalların həyata keçirdiyi qırğınların, teraktların səbəbi Qurana əsaslanmayan, xurafatdan qaynaqlanan yalnış məlumatlardır. Bunun qarşısını almaq üçün Qurandakı İslam təbliğ edilməli, dinin gözəllikləri göstərilməlidir. Radikal cərəyanlar illərdir gözəllikləri, zənginliyi dindar olmayan insanlara aid ediblər. Özlərinə dindar deyənlər isə miskin, baxımsız, təhsilsiz, incəsənət anlayışından məhrum hala gətirilib. Təmizliyi, keyfiyyət anlayışını, Peyğəmbərimizin (səv) zamanının ən müasir, ən gözəl geyinən insanı olduğunu unudublar. Halbuki ən gözəl nemətlər Allahı səmimi sevən insanlara məxsusdur, keyfiyyətli olmaq, modern olmaq onların haqqıdır.
Müsəlmanlar Qurana tabe olsalar, Peyğəmbərimiz (səv) kimi təmizkar, baxımlı, mədəni olarlar. Quran bizə yaşadığımız məkanların təmizliyindən, gözəlliyindən tutmuş, danışıq, davranış mədəniyyətinə qədər hər incə detalı izah etmiş, doğru yolu göstərmişdir. Müsəlmanlar hz. Yusifin gözəlliyi ilə, hz. Süleymanın yaşadığı ehtişamlı həyatla müjdələnirlər. Quranda müsəlmanlara bədənlərini, geyimlərini, yaşadıqları məkanları təmiz saxlamaq əmr edilmişdir, dolayısı ilə müsəlman dünyanın ən təmiz insanı olmalıdır. Allah dünyada və axirətdə nemətlərini müsəlmanlara halal etmişdir. Cənnətdə ən gözəl nemətlərdən bəhs edilərkən bir ayədə belə buyurulur:De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında (hamıya), Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. (Əraf surəsi 32)
Müsəlmanlar həm xarici görünüşləri, həm də davranışları ilə radikalizmin İslama vurduğu zərərin qarşısını almalı, Quranda izah edilən dinin asanlıqlarını dünyaya göstərməlidirlər. Radikalizmə görə İslamın qorxu dini olmasına izin verməməlidirlər. Bu isə qarşı tərəfi məlumatlandırmaq və insanlara izah edilən gözəl keyfiyyətlərə ilk novbədə özü yiyələnməklə mümkündür. Müsəlmanların keyfiyyətli olması dedikdə təmizlik, estetika, nəzakətli, mədəni, sevinc dolu, hüzurlu, sayğılı olmaq, müxtəlif dünyagörüşlərinə hörmət etmək, bayağı davranışlardan, söhbətlərdən çəkinmək, qarşısındakı insanlarla hörmətlə davranmaq nəzərdə tutulur. Bu xüsusiyyətlərə malik müsəlmanların yaşadığı İslam dinini bütün dünya sevərək qəbul edər.
Aysel Vəlizadə
-
“Qurani-Kərim” asan olana sövq edəb bir rəhbərdir
Allah sizin üçün asanlıq istəyir, çətinlik deyil.” (Bəqərə surəsi, 156)
İslam dinində məhəllə, cəmiyyət təzyiqi yoxdur. Dünya təzyiqləri qanunları yoxdur. Hər cəmiyyətin özünə xas ədəb anlayışları var, bu isə insanların hüquqularını, istəklərini nəzərə almadan qınamaqla insanları təzyiqlərinin altında saxlamaq deməkdir. Quran isə bu təzyiqləri qaldırır və yalnızca halal-haram ölüçüsündə sonsuz azadlıq bəxş edir.
Hal-hazırda dünyada istənilən cəmiyyətin çox və lazımsız adət-ənənələri, qanunları var. İslamda isə sadəcə hallalar və haramlar var. Təzyiqlərlə, yanlış inanclarla formalaşdırılan cəmiyətlərin təzyiqi İslamda yoxdur.
İslam dini Rəbbimizin bildirdiyi kimi, üzərinizdən ağır yükləri götürmək, sizi azad ruh halına gətirmək üçün nazil edilib. Dinin fitrəti belə yaradılıb, biz də din fitrəti üzərində yaradılmışıq. Dindən uzaqlaşdıqca cahil qanunlar meydana çıxır və yenidən dinlər vəsilə edilərək insanlar din üzərində yaradılan fitrətlərinə qayıdırlar.
Dini çətinləşdirmək, içindən çıxılmaz hala gətirmək, dini yıxmaq üçün ortaya atılmış şeytanın oyunudur. Şeytan bununla insanları din əxlaqından uzaqlaşdıraraq, dəccali sistemlər qurur. İnsanların mənəvi yüklərini ağır hala gətirir. Ya çox qayda-qanunu olan cəmiyyətlər formalaşdırılır, ya da dinsizliyin şüarı olan “Allah yoxdur”, “hesabını verməyəcəksən”,” istədiyini edə bilərsən” deyə insanlığın sonunu gətirəcək hər şey məqbul hesab etdirilir. Hər iki anlayışla insanlar özlərinə zərər verməyə başlayırlar. Yəni bir tərəf uydurma haramlarla, radikal din anlayışı ilə, xurafatlarla dini yaşanmaz hala gətirir, fitrətlərinə zidd olan həyatı seçirlər, digər tərəf isə hər şeyi məqbul sayaraq gözəl əxlaqdan uzaq düşür, eqoist və təkəbbürlü hala gəlirlər, mənəvi yöndən əziyyət çəkirlər.
Möhvumatçılıq sayəsində, yəni səhv təbliğ nəticəsində insanların dinini yanlış anlamasına səbəb olur. İstənilən yanlış anlatım düzgün olmayan mütaliələr yaradır, mənəvi rahatlıq və tərəqqidən uzaq salır. İllərcə qəbul edilmişlikdən dönülməz inancı ilə isə cəmiyyyətlər üzərində təzyiqlər meydana gəlir. Yəni yenə də istənilən nəticəni verməyən anlayışlar yaranır.
Çıxış fitrətimiz üzərində olduğumuz dinimizdədir. Həqiqi məlumatlar düzgün təfəkkür bucağı qazandırır bizə, bununla da düzü səhvi olduğu kimi ayırd edə bilirik. Dünya həyatı da əslində təhsil ocağıdır. Biz yaxşıyla pisi ayırd edərək ağıl sahiblərinə çevrilirik. Yoxsa insan olmağın heç bir anlamı olmazdı.
“… O, sizləri seçmiş və dində sizə bir çətinlik yükləməmişdir, atanız İbrahimin dini (kimi)… “(Həcc Surəsi, 78)
“Elə isə sən üzünü Allahı birləyən (hənif) olaraq dinə, Allahın o fitrətinə çevir ki, insanları bunun üzərinə yaratmışdır. Allahın yaratması üçün heç bir dəyişiklik yoxdur. Bax bu dimdik ayaqda duran din(dir). Ancaq insanların çoxu bilmirlər.” (Rum Surəsi, 30)
“De ki: “Ey kitab əhli, haqqsız yerə dininizdə həddi aşmayın və daha əvvəl azan, bir çoxunu azdıran və dümdüz yoldan çıxmış bir topluluğun həvalarına uymayın.” (Maidə Surəsi, 77)
“Din asandır. Heç kim dinə qarşı şədid ola bilməz. Çünki dinə məğlub deşər. (Yəni dinin asanlığına uyğun gəlsin, möhkəmləndirəcək deyə aciz qalar.) Hərəkətinizin həddini bilin, (hüduda) yaxın olun. ”
(Ramuz El-Hadis, 1. Cilt, s. 98)
Məqalədə Cn.Adnan Oktarın sözlərindən sitatlar gətirilmişdir.
Esmira Nizami qızı
-
“TORPAQDAN GÜNƏŞƏ…” VƏTƏN SIĞALINDA ZAMAN OVQATI VERƏN KİTAB
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurna¬listlər Birliyinin üzvü Mayisə Əsədullaqızının sayca, üçüncü olan “Torpaqdan Günəşə…” adlı şeirlər kitabı artıq geniş oxucu kütləsinin və onun şeirlərini sevənlərin, yaradıçılığını izləyənlərin ixtiyarındadır.
Zamana müntəzir hissləri ədəbi yöndə cilalamaq təkcə sadə-vizual seyrçilik kəsb etmir, həm də ədəbi-ictimai pa¬radokslar yaradır. Tarixi zəminlərin ictimai təcəllası da tor¬paq-yurd aspektləri üzrə mümkün əhatə cızır… Zənni¬mizcə, fəal ictimaiyyətçi, mübariz xanım, istənilən düşün¬cə¬sində vətənpərvərlik məqsədi aşılayan Mayisə Əsədul¬laqızı poeziyasını da zamanın (vətənpər¬vər ruhda ömrün) bir simvolu kimi xarakterizə etmək olar. Açığı, onun şeirləri, xüsusən də çap mərhələsində olan yeni kitabı da mahiyyət etibarilə elə bu məqsədə güzgü tutub. Kitaba daxil edilən şeirlərdəki ictimai-lirik amil, duyğuda təzahür edən fəlsəfi hiss milli xarakterə uyğundur və müəllifin zaman meylləri dürüst məntiqə yol açmaq üçün ciddi cəhddədir. Kitabdakı şeirlərin əksərinin Vətən, torpaq ruhlu olması, burada şəhidlərə ehtiram ciddi münasibətdən qaynaqlanır. Mayisə xanımın (əslində) Vətən haqqında söz deməyə mənən haqqı çatır və buna onun yüksək səviyyəli və-tənpərvərlik hissləri də səlahiyyət verir… Kitabda başlıca ictimai qayə bütünlükdə Vətən məğzinə müəl¬lif-vətəndaş sevgisi ilə xarakterizə olunur. Bu sevgi ilk şeirlərdən özünü qabardır, müəllifin mübarizlik faktoru – bu geniş vadidə cərəyan edən hadisə və proseslər ruhsal yanaşmalıdır. Qısası, kitaba daxil edilmiş şeirlər hamısı öz salxarı, məna və məzmunu ilə müəllifin insan-şair dürüstlüyünə əsaslanır. Ən maraqlısı odur ki, kitabda gələcək üçün istinad göstərə biləcəyimiz mü¬hüm tərzlər əhatəli və cilalanmış şəkildə əksini tapıb – yəni Mayisə xanım tərzlər xüsusunda uyğun səmt tapıb, bu zəmində işıqlı gələcək kəşf edib. Mayisə Əsədullaqızının yeni kitabı ümumi əhvalda ictimai-lirik təcəssümlüdür. Lakin buradakı şeirlərin əksərində mübariz ovqat digər zəminləri üstələyir:Əsgərlərimin himni ədalət nəğməsidi,
Səngərlərin igidlər, ərənlər nənnisidi.
Mübarizin, Ramilin əməli haqq səsidi,
Bir kəlmə şüarı var, dilində, dodağında,
Hamımız çalışırıq Azərbaycan uğrunda!..Bir bəndini nümunə gətirdiyimiz “Azərbaycan uğ¬run¬¬da!” adlı şeirdə müəllifin müşahidə qabiliyyəti ilk baxış¬dan oxucuda maraq yaradır. Səngərlərin nənni kimi təsviri, digər qabarıq-zəruri aspektlər şeirin ovqatını və salxarını artırır.
Qarabağ kədərim,
Qarabağ şanım,
Həm dərdim, sevincim,
toyum-nişanım…
Və ya:
Şıltaq gözəl təki, xəfif ayazım,
Kəlməm də bəs etmir, bilməm nə yazım?!Müəllif, Vətən ruhlu şeirlərinə dürüst həyata baxış verib, bu şeirlərin ictimai təcəssümü zamana uyğun gerçəklər əxz edir: burada Qarabağın “Şəhid qanı hopmuş qara torpaq” versiyası ən adi hisslərimizi belə yaddaşımıza bərkidir. Bu və bu kimi şeirlərdə etinas¬ızlıq və diqqətsizlik halları qətiyyətlə pislənir; müəllif zaman xassələrinə eyham səpən yanaşmaları ilə cəmiyyət meyllərinə bir az da ictimai ovqat qatır.
Vətən torpağı, canı,
Havası, suyu, qanı…Qürur doğuran hisslərə aludəçilik poeziyada çox az əhatə cızır. Mayisə xanım (bu baxımdan) idrakında Vətən meylləri qabartmaqla bu əhatədə bir genişlik tapmaq istəyir. Zənnimizcə, kitab boyu nizama saldığı mübarizə çək-çevirləri bu cəhdə qapı aça bilib.
Şəhid verdi torpağımız, alışdı yandı bağrımız,
Od tutdu Qarabağımız, yazıldı qara baxtımız…Təbii ki, insanın yaşantıdan ölümə keçdiyi yer Tanrı dərkidir. Heç kim o əhatədə yol axtara, zaman tapa bil¬məz. Məhz Mayisə xanımın özündə ağrı-acı ilə tərpə¬niş tapan bu tərz şeirləri də məlum həqiqəti əks etdirir.
Onun: “Şəhidlər Xiyabanı – Mənim Məkkəm, Mədi¬nəm!” – fikri də ölümün keçdiyi əhatədən Tanrı dərgahına səmt aramaq missiyası kəsb edir. Oxucu bu zərurətin ictimai məğzində həyat elementləri tapır, ruhi qatında fəlsəfi-mifik təzahürlər. Kitabda “Vətən”, “torpaq”, “Şə¬hid”, “Düşmən” kultları öz müstəviləri üzrə sabitlik tapır. Müəllif onları ayrı-ayrılıqda bir az fəlsəfi, bir az da ictimai zəminlərlə yükləyir, yaddaş¬larda bir mübarizə ocağı çatır. Açığı, onun Vətən ruhlu şeirlərinin hamısında bu ocağın közü var.Mehdi, Həzi yetiribdi, bu torpaq,
Qəhrəmandı hər döyüşdə, üzüağ,
Öndərlərin yolu bizə bir çıraq,
Gəlin, bu yollarda, birlikdə olaq!Bu səmimi çağırışın özündə də bir hayqırtı qabarır; müəllif «Öndərləri yoluna çıraq, Mehdisi, Həzisi ba¬sılmaz qala olan xalqını» birləşməyə və Vətən uğrunda bir olmağa səsləməklə vətəndaş yanğısına rahatlıq suyu səpir və hamını əmin etməyə çalışır ki:
Yüksəlir sədası hər gün ordumun,
Mübarizi, Ramili var yurdumun!
Dərəsinə, dağına qəlb aşıqdı.
Cizgiləri zəngindi, qarışıqdı,
Əcəmisi, Səttarı yaraşıqdı,
Könlüm bu gözəlliyə sarmaşıqdı..Doğrudan da könlü gözəlliklərə sarmaşıq olan Mayisə xanım şeirlərinin əksərində bu təşnəliyə qucaq açıb. Ayrıca, müəllifin
Bir kimsənin yurduna,
Toyuğuna “kiş” demədik.Gözünə “şiş” demədik fəryadı “Şuşa dağlarındakı, nəğmələrin sədası, uçan quşlarda qaldı! Dərdi qışlarda qaldı!” naləsi kimi səciyyə tapır və bu acı sinələrə köz basır. Maraqlıdır ki, Mayisə xanımın Vətən ruhlu şeirlərindəki acı ictimai xarakterli şeirlərində də eyni səciyyə daşıyır:
Gecə düşür, çöl soyuq,
Şaxtadan naxış düşüb,
Divara oyuq-oyuq.
Bir qadın gördüm bu an,
Dedi ki, “carəsizəm…”Bir bəndinə baxış sərgilədiyimiz «Çarəsiz qadın» ad¬lı bu şeirdə vahimə dolu ictimai çalar var: şeiri oxuyub qurtarana qədər adam min hala düşür, min əhvala bükülür, sonra da obrazın ağrısına tuş gəlir və özü o ağrı ilə bişir. Müəllifin «Dilənçi qadın», “İntihar qoxusu” və s. kimi şeirləri də bu aspektdədir:
Belə danışma, adam,
Mənə cəhənnəm qorxusu gəlir!
Fikrini dəyiş, qadam,
Səndən,intihar qoxusu gəlir!Bax, dərdi təsvirə çəkmək, onu ürəyə sadəcə yük yox, həm də naxış etmək budur! Kitabda lirik əhvala da yer ayırılıb:
Həzin bir yalvarış kimi,
Qəfil yağan yağış kimi,
Bəxtə düşən naxış kimi,
Sevgi dolu baxış kimi
Hisslərimi duyarmısan?
Məni məndən alarmısan?
Ürəyimdə qalarmısan?Bu və bu kimi lirik ovqatlı şeirlərdə müəllif ürəyə yol, cığır, səmt tapmaqla xoşhal olur. Onun lirik səciyyəsi ömür sayğacında zaman diyircəklərini işə salır, sevgi hisslərindəki çat qorxusu fikrin dəqiqliyinə fəlsəfi yön verir. Xoşagələndir ki, Mayisə xanımın lirika təzahüründə sərt reallıq qədər həzin, mülayim bir gerçək də var; sanki o, taleyin-həyatın hicran qoxu¬sun¬dan bir qədər uzaqlaşıb, insan-cəmiyyət zəminlərinə yaxınlaşır…
Bilirsən gecə nədir?
Bir sevgi nəğməsidir,
Yaxası açıldımı,
Astarı söküləcək.
Ayrıldıq…Səninçün canım sıxıldı…
Bilmirəm, sehirsən, mehirsən, nəsən,
Mənim çəkdiyimi nə biləsən sən…Mayisə xanımın lirik baxışı, ictimai tipiklikdə də realdır. Bu baxışda həyat və tale təzahürü zəruri-effektiv səciyyə kimi qabarır. Müəllif bu sistemli yanaşma ilə cəmiyyətin ictimai təzahürlərinə uyğun təsnifat verir, həyat tiplərini maraqlı statuslar kimi təqdim edir. Kitabda fikir duruluğu, məzmun sistemi ilə fərqlənən bir sıra şeirlər də, onun fikir təqdimetmə dürüstlüyünə işarədir. Kitabda elə ruhda şeirlər də var ki, onlarda cürət, müba¬rizə məğzləri qabarıq şəkillidir, hisslərin yüksək pillədə qərar tutmasına ünvan verir. Bu şeirlərdə, ZAMAN obrazı görürük və bu obrazda demək olar, hər şey öz kreativliyini saxlayıb… Müəl¬lifin yeni kitabına daxil etdiyi şeirlərinin bir çoxunu insan-şəxsiyyət məsələlərinə örnək seçə bilə¬rik. Bu tip şeirlər əslində, cəmiyyətimizin yeni nəslə ya¬naş¬ma prinsiplərinə düzgün istiqamət verən dürüst, sağlam ideoloji düşüncə cəmidir. Bu şeirlərdə həyatın da, taleyin də, onları əhatə edən ətraf mühitin də, aydın obrazları var; elə bir obrazlar ki, gələcəyə addım səsləri salır, yüksəliş yollarının bütün səmtlərindən görünür. Əminik ki, Mayisə xanımın bu şeirlər kitabı da, oxucu yaddaşına təsir gücü ilə diqqət çəkə biləcək. Yolunuz daim işıqlı olsun, Mayisə xanım!
Hikmət Məlikzadə
Prezident təqaüdçüsü,
Azərbaycan Yazıçılar Birliyinin üzvü. -
“Torpaqdan Günəşə…” kitabı haqqında ön söz
İstedad insana Allah tərəfindən verilmiş təbii və mənəvi sərvətdir.Yaşından asılı olmayaraq insan onu daxilində hiss edir. O da şeir və digər bədii sənət əsəri kimi, ətraf aləmin gözəlliyini tərənnüm edir. Belə istedadlı insanlar mənəvi dünyamızın zən¬gin¬liyinə, cəmiyyətin saflaşmasına xidmət edir, özü¬nün bəşəri dəyərini hamının mənəvi sərvətinə çevirir.
Haqqında söz açdığımız qələm adamı, Azər¬bay¬can Yazıçılar Birliyinin və Azərbaycan Jurna¬listlər Birliyin üzvü Mayisə Əsədullaqızı öz şeir¬lə¬rinin (eləcə də məqalələrinin) üzərində dönə-dönə işlə¬yir, özünə tələbkar yanaşır, yazdığı şeir¬lərin bü¬töv¬lüyünə əmin olduqdan sonra, həmin şeirləri cəmiy¬yətə təqdim edir.
2012-ci ildə “Çənlibel” nəşriyyatında Mayisə Əsədullaqızının “Zəfəran ətirli Bakı gecələri” adlı ilk şeirlər kitabı, 2013-cü ildə ADPU-nun mətbəə¬sin¬də isə “Ürəyimin yolları var” adlı ikinci şeirlər kitabı işıq üzü görmüşdür. Hazırda isə, “Torpaqdan Günəşə…” adlı şeirlər kitabı – poeziya çələngi onun yaradıcılığını sevənlərin ixtiyarın-dadır.
Mayisə Əsədullaqızının şeirləri Türkiyədə çap olunan bir neçə antolo¬giya və eyni zamanda “Söz¬lü-sehirli dünya” almanaxına da daxil olmuşdur.
Onun şeirləri mayasını xalqdan alır, milli də¬yər¬¬lərdən qaynaqlanır. Bizi düşündürən əxlaqi prob¬lemlər, mühüm tarixi hadisələr, qəhrəmanlıq və igidlik motivləri, məhəbbət və sədaqət notları, za¬man və xalq qarşısında məsuliyyət, müasir həyatı¬mız, dövrümüz haqqında, fəlsəfi fikirlər və düşün¬cələr Mayisə Əsədullaqızının poetik düşün¬cə¬lərinin əsas istiqamətlərindəndir.
Müəllif soyuqda, qarda, şaxtada-boranda, Vətə¬nimizin keşiyini çəkən sərhədçilərimizə həsr et¬diyi “Şərəfli sərhədçilər” şeirində deyir:Vətən torpağı, – canı,
Havası suyu,- qanı,
İgidlərə tay hanı?
Qeyrətli keşikçilər,
Şərəfli sərhədçilər!
Arzusu pak diləkdi,
Vətənimə ürəkdi.
Xalqa hər an gərəkdi,
Sevimli millətçilər,
Şərəfli sərhədçilər!Son illər ərzində sərhədçilərimiz haqqında belə maraqlı şeir, ürəkdən axan misralar oxumamışam. Ancaq müharibə gedən bir ölkədə hərbi-vətən¬pər¬vərlik mövzusunda çoxlu şeirlər, hekayələr, roman¬lar yazılmalıdır.
Həmin əsərləri oxuyan soydaşlarımızda da və¬tən¬¬pər¬vərlik hissi gündən-günə güclənməlidir. Bu ba¬xımdan Mayisə Əsədullaqızının şeirlərinin bö¬yük əksəriyyəti hərbi-vətənpərvərlik mövzusunda qə¬¬lə¬mə alınmışdır. İndi gəlin müəllifin şəhidlər möv¬zu¬sun¬da qələmə aldığı “Şəhid ölümsüzlüyü” şei¬¬ri¬nə müraciət edək:Şəhid verdi torpağımız, alışdı yandı
bağrımız,
Od tutdu Qarabağımız,
yazıldı qara baxtımız…
Qara gəldi baharımız,
Xəzan oldu gülüstan-laləzarımız!
İlahi, bu nə zülümdü?
Torpaq üstə gülü üçün
fəda gedən bülbülümdü!Mayisə Əsədullaqızının yaradıcılığında, vətən¬pərvərlik mövzusu başlıca yerlərdən birini tutur.
Biz onun poetik baxışını ürəkdən alqışlayırıq.
O, şeirlərində insanlığı saflaşmağa səsləyir, yax¬şını yamandan, mərdi namərddən, xeyirxahı bəd¬xahdan, arifi nadandan seçməyi, hərəyə öz yerini tapmağı arzulayır. Onun orijinal poetik axtarışları və tapıntıları xalq hikmətinə, xalq deyimlərinə söykənir. Mayisə xanım Vətənə canı ilə, qanı ilə bağlı olan, onun füsünkar təbiətindən ayrı nəfəs ala bilməyən şairdir. Onun şeirlərinin əksəriy¬yə¬tindən gül-çiçək ətri gəlir. Biz həmin şeirləri oxu¬yan zaman sanki Azərbaycan təbiətinin qoynuna çı¬xırıq, gülün-çiçəyin ətrini duyuruq, şaqraq şəla¬lələrin şən səsini dinləyirik. Onun sözlərində bir bu¬laq duruluğu, fikirlərində bir səma aydınlığı, sə¬tirlərində bir torpaq hərarəti, el-oba həniri, nəfə¬sində dağ havasının saflığı, təmizliyi duyulur. Ona bu yolda uğurlar arzulayıram.Adil Abdullayev
Respublikanın Əməkdar Mədəniyyət işçisi,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.