Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən edebiyyat-az-a bildiriblər ki, Şəhər Mədəniyyət Evində Bayraq günü münasibətilə tədbir keçirilib.
Uşaqlar üçün keçirilən tədbirdə Əlipaşa Paşayev bayraq gününün yaranması və mahiyyəti haqqında məlumat verib. Daha sonra Şəhər Mədəniyyət Evinin solistləri İlkin Əlizadə, Elvin Qasımov, Zaur Yusifli, Sevda Akkaya musiqi nömrələri ilə çıxış ediblər. Musiqi sədaları altında balacaların səhnədə rəqsi, bədii qiraət dərnəyinin üzvləri Ləman Salmanlı, Zəhra Əzizova, Rabid Əzizov, Mələk Fərəcova, Maksim Yaqubovun ifasında bayrağa həsr olunmuş şeirlər tədbiri daha da rövnəqləndirib.
Tədbir Şəhər Mədəniyyət Evində yeni yaradılmış “Narbala” kukla teatrının “Dovşanın evi” tamaşasının nümayişi ilə yekunlaşıb.