İki güəvvəl Prezident İlham Əliyev Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup şəxsi orden-medallarla təltif edib.
Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətindən Gundelik.info-ya bildiriblər ki, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor, akademik İbrahim Cəfərovun xidmətləri isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə qiymətləndirilib.
ADAU-nun mətbuat xidməti bildirir ki, “Vətənə xidmətə görə” ordeni 7 noyabr 2003-cü ildə təsis edilən Azərbaycan Respublikasının ordenidir və aşağıdakı xidmətlərə görə verilir:

– Azərbaycan Respublikasına sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə;
– dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə;
– milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə.
Etiraf edək ki, İbrahim Cəfərov bu ordenə haqq edən azsaylı universitet rəhbərlərindədir və onun ADAU-da rektor olduğu dönəmdə bu qocaman təhsil ocağında çox böyük dəyişikliklər baş verib, köhnələrdən qalan neqativ sterotiplərin tamamilə unutdurulması istiqamətində ciddi səylər ortaya qoyulub. Məhz bunun nəticəsidir ki, bu universitetin beynəlxalq əlaqələri də xeyli genişlənib və ölkənin sayılıb-seçilən təhsil ocaqlarından birinə çevrilib.