Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin və Şəhər Mədəniyyət evinin dəstəyi ilə N.Nərimanov adına mədəniyyət mərkəzində xoreoqraf Kamil Ağazadənin “Xəzər ulduzları” rəqs ansamblının yaranmasının 8 illiyinə həsr olunmuş konserti keçirilib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən Xeberle.com-a verilən məlumata görə konsertdə Azərbaycan rəqsinin tarixinə həsr olunmuş videoçarx təqdim olunub. Rəqs ansamblının ifasında “Yallı”, “Köçəri” yallısı, “Şoloxo”, “Uzundərə”, “Azəri”, “Aytacım” milli və müasir rəqsləri, o cümlədən, məzəli, teatrlaşdırılmış rəqslər, dünya xalqlarının rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə çıxış edən gənc müğənnilər Zaur Yusifli, Elvin Qasımov, İbrahim Quluzadə, Həyat Həsənzadə, Xəyalə Abdullayeva öz ifaları ilə kollektivi təbrik ediblər.

Sonda rəqs kollektivinin üzvləri “Fəxri Fərmanla” təltif edilib.

Sevinc BƏHMƏNLİ,
Sumqayıt Mədəniyyət və Turizm İdarəsinin Mətbuat xidmətinin rəhbəri