Bayraq günü münasibətilə Sumqayıtın Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivi “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən edebiyyat-az.com-a bildiriblər ki,
konsertdə Allahverdi Xəyalın rəhbərlik etdiyi “Xəyal” instrumental ansamblının müşayiəti ilə solistlər Elşən Quliyev və Şahin Qədirsoyun ifasında bəstəkar və xalq mahnıları dinlənilib.
Tədbirdə o cümlədən gənc müğənnilər Zaur Yusifli, İlkin Əlizadə və Sevda Akkayanın ifası əsgər və zabit heyəti tərəfindən alqışlarla qarşılanıb.
Sonda maraqlı konsert proqramına görə Şəhər Mədəniyyət Evinin rəhbərliyinə və özfəaliyyət kollektivinə hərbi hissə rəhbərliyi tərəfindən təşəkkür elan edilib və fəxri fərman təqdim olunub.