Qarşıdan gələn Ramazan ayınız mübarək olsun!

Bu gecə may ayının 26-sı məğrib azanı zamanı (günəş batdıqdan sonra) Azərbaycanın yerləşdiyi üfüqə uyğun olaraq Hicri- Qəməri təqvimi ilə mübarək Ramazan ayı daxil olur.

Bu gecə niyyət axşamıdır – Sabah “On bir ayın sultanı”, mübarək Ramazan ayının ilk günüdür.

Ayın göründüyü andan etibarən dinimizin vacib əməllərindən sayılan orucluq ibadəti başlayacaq.

Gecənin əvvəlindən sübh azanına qədər istənilən vaxt qəlbdə niyyət etməklə hər bir müsəlman Ramazan ayına başlamış olur.

Ramazan ayı orucunun niyyəti həm hər ayrıca gün üçün, həm də bütün ay üçün etmək olar. Niyyət belə edilir – “Bir ay Ramazan ayının orucunu tuturam, vacib qürbətən iləllah”. Belə niyyət edilərsə, artıq digər gecələr niyyət edilməsinə lüzum yoxdur.Niyyətin dilə gətirliməsi vacib deyil.

Hər gün üçün niyyət belə edilir – “Sabah üçün Ramazan orucu tuturam, vacib qürbətən iləllah”. Belə niyyət edilirsə, o zaman niyyət hər axşam olmalıdır.

Ramazan ayı ərzində müstəhəbbi,keçmiş orucların qəzası və nəzir orucları niyyət edilib tutula bilməz.

Bu ayın gündəlik duaları və xüsusi əməlləri ilə bağlı saytımızın xəbər lentində, həmçinin Ramazan ayı rubrikasında mütəmadi olaraq məlumatlar yaymlanacaqdır.

Ahlibeyt.az olaraq bütün İslam aləmini Allahın rəhmət və bərəkət ayı – Mübarək Ramazının başlanması münasibəti ilə bütün İslam aləmini təbrik edir. Ramazan orucuna hazırlaşan müsəlmanlara Allahdan Rəhmət və Məğfirət və bu ayın fəzilətindən yararlanmasını diləyirik!

Mənbə: http://ahlibeyt.az