Category: Publisistika

  • On bir ayın Sultanı Kutsal Ramazan Bayramınız kutlu olsun! İnşAllah!

    13628056_1759034031020865_1078398275_n(1)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Rəhbərliyi Türk-Müsəlman dünyasında olan tüm Müsəlman Bacı və Qardaşlarımızı On bir ayın Sultanı Kutsal Ramazan Bayramı səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlğı, xoşbəxlik, edilən duaların, tutulan orucların, qılınan namazların Mərhəmət və Rəhmli ilə geniş olan Uca Allahın dərgahında qəbul olunmasını diləyir!
    On bir ayın Sultanı Kutsal Ramazan Bayramınız kutlu olsun! İnşAllah!

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Mətbuat xidməti

  • Mayisə ƏSƏDULLAQIZI.”Qəhrəman Sərkərdə Nuru Paşa kimdir?”

    mxe

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Bu qəhrəmаn xilаskаr kimdir?!
    Nuru Paşa 1889-cu ildə İstanbuldа hərbiçi Əhməd Tofiqin аiləsində dоğulub.
    1934-cü ildə Türkiyədə sоyаdlаrı hаqqındа qаnun qəbul еdiləndən sоnrа Nuru Paşa və yаxın qоhumlаrı özlərinə «Gülоğlulаr» sоyаdı götürdülər. Bu sоyаd оnun əcdаdının dоğulduğu «Kili» аdı ilə bаğlı idi. Nuru Paşanın ulu əcdаdı Krım türklərindəndir.
    О, 1906-cı ildə quru qоşunlаrı hərbi məktəbinə dаxil оlub və 1909-cu ildə həmin məktəbi lеytеnаnt rütbəsi ilə bitirərək 3-cü Оrdu kоmаndаnlığındа zаbit kimi xidmətə bаşlаyıb, 1910-cu ilin yаnvаrındаn pаdşаhа məxsus piyаdа bölüyünə kеçirilib. 1911-ci ildə Hərbi Аkаdеmiyаnı bitirdikdən sоnrа, 1913-cü ildə yüzbаşı, 1916-cı ildə minbаşı, 1918-ci ildə yаrbаy (bаşqа sözlə, 1913-cü ildə kаpitаn, 1916-cı ildə mаyоr, 1918-ci ildə pоdpоlkоvnik) rütbələri аlıb. 1914-cü ilin iyulundа Türkiyənin Biyаnа səfirliyinin аttаşеliyinə, həmin ilin аvqustundаn isə hərbi аttаşеyə yаvər təyin еdilib. Birinci Dünyа mühаribəsi illərində Nuru Paşa Şimаli Аfrikа cəbhəsinə göndərildi. О, Liviyа ərаzisində cəbhə kоmаndаnı kimi Türkiyəyə və оnun müttəfiqlərinə qаrşı cəbhə yаrаdаn quvvələrlə döyüşlərə rəhbərlik еdirdi. Bu cəbhədə göstərdiyi şücаətə görə Nuru Paşa 1916-cı ildə «Аltun ləyаqət» ordeninə, Almaniyаnın «Dəmir xаç» ordeninə, hаbеlə Аvstriyа-mаcаrıstаn dövlətinin 3-cü dərəcəli fərqlənmə nişаnınа, Türkiyənin «Аltun-İmtiyаz» mеdаlınа lаyiq görülüb, pаdşаhın qərаrı ilə 1918-ci ilin mаrtındа оnа vаxtındаn əvvəl hərbi rütbə vеrilib. О, trаblis Qərb cəbhəsində itаlyаn qоşunlаrınа qаrşı döyüşlərdə göstərdiyi qəhrəmаnlıq və sərkərdəlik qаbiliyyətinə görə tаrixi ədəbiyyаtdа “Trаblis qəhrəmаnı” kimi şöhrətləndirilir.
    1918-ci ilin yаzındа Osmanlı Türkiyəsi Аzərbаycаnı və Dağıstanı xilаs еtmək üçün qərаrgаh yаrаdаndа, Qafqaz İslаm Оrdusunun kоmаndаnı vəzifəsinə 29 yаşı оlmаsınа bаxmаyаrаq böyük döyüş təcrübəsi оlаn, cəsur sərkərdə kimi tаnınаn Nuru Paşa təyin оlundu. Оnа pаdşаh tərəfindən növbədənkənаr gеnеrаl-mаyоr rütbəsi vеrildi. О, Türkiyənin müdаfiə nаziri Ənvər Paşanın qаrdаşı idi. Nuru Paşa bir hərbiçi kimi uğurunu Аzərbаycаndа əldə еtdi. Burаdа qаzаndığı qələbələrlə təkcə Osmanlı dövlətinin dеyil, Аzərbаycаnın dа hərbi tаrixinə və ümumən Türkiyə – Аzərbаycаn tаrixinə pаrlаq səhifələr yаzdı. Nuru Paşa 1918-ci ilin mаyındа Аzərbаycаnа gələrək Qafqaz İslаm Оrdusunun yаrаdılmаsındа və təşkilаtlаnmаsındа, Аzərbаycаnа türk qüvvələrinin vаxtındа gətirilməsində, nəhаyət, Аzərbаycаnın düşmənlərdən təmizlənməsində böyük rоl оynаmışdır. Nuru Paşanın qоşunlаrı 1918-ci il iyunun 17-dən sеntyаbrın 14-dək bir-birinin аrdıncа uğurlu döyüş əməliyyаtlаrı аpаrаrаq Аzərbаycаn tоrpаqlаrını bоlşеvik-dаşnаk qаniçənlərindən təmizlədi və həmin ilin 15 sеntyаbrındа Bakını аzаd еtdi. Bakının аzаd оlunmаsı ilə əlаqədаr Osmanlı Türkiyəsinin hərbi nаziri Ənvər Paşanın Xəlil Paşa və Nuru Paşayа göndərdiyi təbrik tеlеqrаmındа dеyilirdi: «Böyük Turаn impеrаtоrluğunun xəzər kənаrındаkı zəngin bir qоnаq yеri оlаn Bakı şəhərinin zəbti xəbərini böyük bir sеvinc və məmnunluqlа qаrşılаdım.
    Türk və İslam tаrixi bu xidmətləri unutmаyаcаqdır. Qаzilərimizin gözündən öpür, şəhidlərimizə fаtihələr ithаf еdirəm». Bakı şəhəri аzаd еdildikdən sоnrа Qafqaz İslam Оrdusu hissələri Qarabağа göndərilərək Qarabağın еrməni dаşnаklаrındаn təmizlənməsi əməliyyаtınа bаşlаnıldı və uğurlu döyüşlərlə türk-аzəri qоşunlаrı Şuşayа dаxil оlаrаq şəhərdə Аzərbаycаn bаyrаğını qаldırdı. Lаkin Türkiyənin birinci dünyа mühаribəsində uduzmаsı Nuru Paşanın bu işini yаrımçıq qоydu. 1918-ci il оktyаbrın 30-dа imzаlаnmış Mоndrоs bаrışığındаn sоnrа Osmanlı qüvvələri Аzərbаycаnı tərk еtmək məcburiyyətində qаldı. Nuru Paşa 1920-ci il аprеl çеvrilişindən sоnrа dа gizli оlаrаq bir qrup türk zаbiti ilə Dağıstandаn kеçərək Şuşayа gəlmiş, bоlşеviklərə qаrşı döyüşlər аpаrmış, аrаn Qarabağ və Zаqаtаlа bölgələrində xаlqı bоlşеviklərə qаrşı üsyаnа qаldırmışdı. Sоnrа bir Аzərbаycаn süvаri аlаyı və bir bаtаrеyа ilə Türkiyəyə dönən Nuru Paşa ərzurumа gələrək Naxçıvan dəstəsinə qоşulmuş və аzаdlıq mücаdiləsində iştirаk еtmişdi. 1923-cü ildə təqаüdə çıxаn Nuru Paşa İstanbul ətrаfındа dəmirtökmə fаbriki аçmışdı. İkinci dünyа mühаribəsi illərində bu fаbrik hərbi sifаrişlə qumbаrа, minааtаn və s. silаhlаr istеhsаl еdirdi.
    1949-cu il mаrtın 2-də Nuru Paşa bu fаbrikdə bаş vеrmiş pаrtlаyış nəticəsində həlаk оlmuş və İstanbuldа dəfn еdilmişdi. Nuru Paşanın Аzərbаycаndа оlduğu zаmаn göstərdiyi igidlik, şücаət, türk еllərinə sədаqət və məhəbbət оnu bir xilаskаr, yеnilməz türk оğlu, türk оrdusunun cəsur sərkərdəsi kimi tаnıtdı.
    1918-ci ilin nоyаbrındа hərbi məktəbin ilk burаxılışındа Аzərbаycаn xаlq təhsili nаziri Nəsib bəy Yusifbəyоv çıxış еdərək, bu təntənədə iştirаk еdən Nuru Paşanın аtаsı Hacı Əhməd Paşayа dеmişdi: «Zаtı-аliləri, sizin şаnlı оğullаrınız Ənvər Paşa və Nuru Paşanın аdlаrı nəinki təkcə Аzərbаycаnın, еyni zаmаndа bütün türk xаlqlаrının yаddаşındа həmişəlik qаlаcаqdır («Аzərbаycаn» qəzеtinin 8 nоyаbr 1918-ci il tаrixli sаyındаn götürülmüşdür). Bu çıxışdаn 90 ildən çоx vаxt kеçməsinə bаxmаyаrаq, еlə bil ki, bu gün dеyilmişdir. Azərbaycan xalqı səni unutmaz, Paşam! Ruhun qarşısında baş əyirəm! Allah dahi sərkərdəyə rəhmət eləsin!

  • İslam coğrafiyasının elm və texnalogiyada geri qalması dindən deyil, cəhalətdən qaynaqlanır

    ramiqveliyev

    Bu gün İslam coğrafiyasının əksər ölkələri inkişafdan qalan ölkələr sırasındadır.

    Bu gün İslam coğrafiyasının əksər ölkələri inkişafdan qalan ölkələr sırasındadır. Çoxları bunun dindən qaynaqlandığını düşünür. Onların fikrincə, Avropa ölkələrinin inkişafı məhz dindən uzaqlaşdıqları vaxt başlamışdır. Bu yanlış düşüncəyə görə, müsəlmanlar da Qərbi təqlid edərsə inkişaf edə bilər. Əlbəttə ki, bu tamamilə səhv yanaşmadır. Din heç vaxt inkişafın, elmin önünü kəsməmiş, əksinə buna təşviq etmişdir. Qurani Kərimdə çox sayda elmə yol göstərən və təşviq edən ayələr vardır.

    1400 il əvvəl dünya cəhalət içində boğularkən Quran ayələrində göylərin və yerin yaradılışından, kainatın genişlənməsindən, planetlərin öz öxu ətrafında hərəkət etməsinə qədər ətraflı elmi məlumatlar verilirdi:

    “Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar? (Ənbiya surəsi,30)

    “Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.”(Zəriyat surəsi, 47)

    Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz ) orbiti (ilə) üzüb gedir. (Yasin surəsi, 40)

    Rəbbimiz Quranda müxtəlif sahələrə aid elmi məlumatlar verməklə yanaşı, insanların bu məlumatlar üzərində düşünməsini və tədqiq etməsini də buyurmuşdur. Tarix boyu bir çox müsəlman alim Qurandan ilhamlanaraq astronomiya, fizika, kimya, tibb və başqa sahələr üzrə bəşəriyyətə çox əhəmiyyətli töhfələr vermişdir. Bu gün əksər elm sahəsi müsəlman alimlərin qoyduğu bünövrə üzərində inkişaf etmişdir. Belə ki, orta əsrlərdə müsəlman alimlər atomun parçalanacağı təqdirdə ortaya böyük bir şəhəri məhv edəcək qədər enerji çıxacağını müzakirə edirdilər.

    Bəs bu qədər yüksək inkişaf dövrü keçdikləri halda müsəlmanların geriləmələrinin səbəbi nə oldu? Quran İlahi qanunlar, yaradılış məqsədi, qiyamət günü, cənnət və cəhənnəmlə bağlı məlumatlarla yanaşı elmi məlumatları da ehtiva edir. Yəni din ən əvvəldən elmlə iç-içə olmuşdur. Lakin son bir neçə əsrdə dinin sadəcə fiqhi hissələri əsas götürülmüş, elmlə din arasında böyük uçurum yaradılmışdır. İslam dünyası yeniliklərə qapanmış, nəticədə inkişafdan geri qalmışdır. Hətta yenilikləri “şeytan əməli” adlandıracaq qədər cəhalət İslam dünyasının böyük bir hissəsini ağuşuna almışdır. Mirzə Ələkbər Sabirin bir şerində yazdığı kimi: “Quş kimi göydə uçar yerdəkilər, bizi gömmüş yerə minbərdəkilər”. Halbuki Allah Quranda göylərin və yerin yaradılışı, bitkilər və heyvanlar üzərində düşünməyi, araşdırmağı və nəticə çıxarmağı əmr edir. Bütün bunlardan İslam coğrafiyasındakı geriləmənin və keyfiyətsizliyin səbəbinin din olmadığını, dinlə elmi bir-birindən ayırıb İslam dünyasını cəhalətdə boğmaq istəyən zehniyyət olduğunu görürük. Materialist idealogiyanın“dinsiz elm” istəyi müsəlmanlar arasında “elmsiz din”kimi təzahür etdi. Bu, həm də İslam coğrafiyasının geriləməsinin başlanğıcı oldu. İslam dünyası inkişaf etmək əvəzinə Qurandan kənar uydurma hökmlər üzərində sonu gəlməyən mübahisə bataqlığında geriyə gedərkən, materialist idealogiyanın hakim olduğu Qərb dünyası texnologiyanın inkişafında inqilab etdi. Bu isə insanların düşüncələrində yalnış olaraq belə bir təsəvvür yaratdı ki, din inkişafın qarşısını alan, materializm isə inkişafa təkan verən fikir sistemidir və inkişaf etmək üçün Qərbin sahib olduğu dəyərləri qəbul etmək lazımdır. Bütün bu səhv fikirlərin düzəldilməsi üçün İslam özünə, yəni Qurana dönməlidir. Müsəlmanların hər bir yeniliyin, elm və inkişafın önünüdə getməsi Allahın müsəlmanlara Quranda tövsiyəsidir.

    Ramiq Vəliyev

  • Qərbin İslam siyasəti…

    ayselxanim

    İslamofobiya anlayışı 11 sentyabr hadisəsindən sonra məşhurlaşdı. Bu hadisə dünyadakı bütün tarazlıqların dəyişməsi üçün qığılcım oldu. Qərb ölkələrində İslam dininə və müsəlmanlara qarşı ayrı-seçkilik yayıldı, zorakılıq halları çoxaldı.

    11 sentyabr 2001-ci il və ya məşhur adı ilə 9/11 hücumları təqribən 3.000 insanın həyatını itirməsi ilə nəticələnmişdi. Bu həmin günə qədər tarixin ən qanlı terror hadisəsi idi. 11 sentyabrdan bu günə qədər keçən 15 il ərzində isə təqribən 150.000 nəfər terror hücumlarında həyatını itirib. 2000-ci ildə ölənlərin sayı 3.500, 2011-ci ildə 7.000, 2014-cü ildə isə 32.865 nəfərə çatıb. Terror hücumlarına məruz qalan ölkə sayı 62-yə yüksəlib. 11 sentyabrdan sonra terrorizm yayılıb və daha çox can almağa başlayıb.

    İslam əleyhdarlığı artdıqca milyonlarla müsəlman tələyə salınır. Müsəlmanlar terrorizmlə mübarizə adı altında təqib edilir. ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin siyahılarında 1.200.000 müsəlman qeydiyyata salınıb. 5 il öncə bu rəqəm 230.000 idi. Bir çox amerikalı siyahıya düşməmək üçün müsəlman dostları ilə əlaqələrini minimuma endirib. «Uçuşuna qadağa qoyulanlar» siyahısı adı altında 47.000 nəfərin təyyarəyə minməsi qadağan olunub, bir çox amerikalı ancaq ikinci axtarışdan sonra təyyarəyə minə bilir.

    Ancaq buna baxmayaraq, hələ də müsəlmanlar Qərb ölkələrində yaşamağa, həyatlarına davam etməyə çalışırlar. Yaşadıqları cəmiyyətlərə uyğunlaşmağa və özlərini həmin cəmiyyətin bir hissəsi kimi görməyə cəhd edirlər.

    Qərbdə yaşayan müsəlmanların həyatları ilə bağlı araşdırmalar aparan təşkilatlar maraqlı nəticələr əldə edirlər. Bunlardan bəzilərinə nəzər salaq:

    “The Guardian” qəzetində 2015-ci ilin son aylarında nəşr edilən bir məqalədə qeyd edilir ki, İngiltərə və Uelsdə yaşayan müsəlmanların yarısı burada doğulub böyüyüb və 73%-i özünü ingilis hesab edir.

    2008-ci ildə CSA tərəfindən aparılan bir araşdırmaya görə, Fransada yaşayan müsəlmanlar cəmiyyətə yaxşı inteqrasiya olduqlarına inanırlar. Aparılan araşdırmanın nəticələrinə görə, 14% özünü ilk növbədə fransız, 60% isə özünü həm fransız, həm də müsəlman hesab edir. 22%-in isə fransızdan əvvəl özünü müsəlman hesab etdiyi qeyd olunur.

    Müsəlmanlar yaşadıqları cəmiyyətlərə inteqrasiya olduqlarını düşünsələr belə, sırf dini mənsubiyyətlərinə görə ayrı-seçkiliyə məruz qaldıqları danılmaz faktdır.

    İslamofobiyanın səbəbini araşdırdıqda isə medianın burada əhəmiyyətli dərəcədə rol oynadığını görürük. Fransada keçirilən sorğuda iştirak edənlərin 78%-i medianın qərəzli mövqe tutduğunu bildirir. Mediada İslam əleyhinə ifadələr

    getdikcə artır. İştirakçıların 50%-i ölkə siyasətinin də İslam əleyhdarlığında rol oynadığı, siyasi fikirlərin İslamofobik hadisələri artırdığı fikrini bölüşür.

    Bu araşdırmalar medianın xalqı istiqamətləndirmədəki gücünü ortaya qoyur. Media xalqı bu şəkildə yönləndirərkən, İngiltərədə varlı ərəblərin sərvətlərini necə xərclədikləri, Londonun ərəb şeyxlərinin sevdiyi şəhərlərdən biri olduğu kimi xəbərlərə çox da yer verilmir.

    Müsəlman iş qadınları da ingilis cəmiyyətində yaxşı yer tuturlar. Misir mənşəli zəngin iş adamının qızı olan Camilla Al-Fayed, ərəb əsilli Shelina Janmohamed və Pakistan əsilli Farmida Bi elit təbəqəyə aid məşhur müsəlman qadınlar arasındadırlar. İngiltərədə cəmiyyətdə yer tutmuş daha bir çox tanınmış müsəlman qadın var. Bu insanların müsəlman olmaları heç zaman mənfi şəkildə mediada səsləndirilmir. Onlar Böyük Britaniyada çox etibarlı sayılır və heç kim onların terrorçu olmasından, özlərinə və ya ölkələrinə hər hansı bir zərər verməsindən qorxmur. İngilislər zəngin ərəblərə geyim, daşınmaz əmlak, hətta futbol klublarını belə satmaqdan çəkinmirlər.

    Digər tərəfdən, bildiyiniz kimi, müasir Dubayın memarı da ingilislərdir. Dubayda son 10-15 ildə tikilən binaların, demək olar ki, hamısının müəllifi ingilislərdir. Hətta bu layihələrin bir çoxu ingilis podratçı firmalar tərəfindən həyata keçirilir. Bu səbəbdən Dubayda uzun illərdir yaşayan bir çox ingilis vətəndaşı var. Bu insanların da heç bir şəkildə müsəlmanlardan qaynaqlanan narahatlıqları olduğu düşünülə bilməz.

    O zaman ortaya bu nəticə çıxır: Qərb üçün qorxulu olan insanların müsəlman olması deyil, onların cəmiyyət içindəki mövqeləridir. Qərb ölkələrində yaşayan az gəlirli müsəlmanlar ictimai mövqelərinə görə alçaldılır və təhlükəli qəbul edilirlər.

    Bunun yaxın zamandakı örnəyini Avropa ölkələrinin Suriya miqrantlarını seçərkən gördük. Bir çox Avropa ölkəsi təhsilli suriyalıları seçərək ölkələrində kimləri görmək istədiklərini bildirmişdilər. Fikirlərini isə bu şəkildə əsaslandırmışdılar ki, bu insanlar ali təhsillərinə görə Avropa cəmiyyətinə daha yaxşı inteqrasiya olacaqlar və problem yaratmayacaqlar.

    Nəticə olaraq, media kimləri yaxşı olaraq qələmə verirsə, kimlər haqqında müsbət fikir yaradırsa, xalqın da bu yöndə istiqamətləndiyi görünür. Və Qərb mediası bu gün öz mənfəətinə uyğun müsəlmanları təhlükəsiz göstərib, digərlərini terrorist olaraq təqdim edirsə, bu şəkildə Avropada və dünyada terrorizmlə mübarizə uğursuz olacaqdır.

    Doğru olan, İslamın yanlış izah edilməsi nəticəsində ortaya çıxan radikal qruplarla, ideologiya ilə fikri mübarizə aparmaqdır. Terrorçuların yanlış ideologiyalarını düzgün fikirlərlə aradan qaldırmaq lazımdır.

    Ən vacib olan radikalizmlə həqiqi İslam arasındakı fərqi dəqiq şəkildə ortaya qoymaq, izah etməkdir. İslam adından ortaya çıxan radikal qruplar -tətbiq etdikləri insanlıqdan uzaq hərəkətlərdən də rahat şəkildə başa düşüləcəyi kimi – İslamın əslindən çox uzaq, azğın anlayışa sahibdirlər.

    Bu insanlar inandıqları doğruları Qurandan deyil, İslam adından uydurulmuş bəzi xurafatlardan alırlar. Etdikləri hərəkətləri müqəddəs görür və bu yolda həyata keçirdikləri zorakılığı öz aləmlərində “ibadət” kimi qəbul edirlər.

    Bu səbəbdən əks təbliğat aparılması və doğrunun izah edilməsi çox önəmlidir. İslamın müasir, elmə, incəsənətə önəm verən, aydın, mütərəqqi və hər cür zorakılığı qadağan edən yönü göstərilməlidir. İslamın sevgini, qardaşlığı, sülhü və əmin-amanlığı tövsiyə edən din olduğu izah edilməlidir.

    Aysel Vəlizadə

  • Sevgi ayı Ramazan

    gxy

    Onbir ayın sultanı – Ramazan ayını yaşayırıq.

    On bir ayın sultanı – Ramazan ayını yaşayırıq. Müsəlmanlar üçün xeyir, bərəkət, sevgi, sevinc,gözəllik ayı olan bu ayda da ibadət etmək, Allahın rizasını qazanmaq çox böyük nemətdir. Allah bir Quran ayəsində bildirir ki, “Kim istəsə, Rəbbinə tərəf yönələr”. Ramazan ayı da oruc tutmağa imkanı olan müsəlmanların Allaha yaxınlaşmaq vəsilələrindən biridir.Allaha yaxınlaşmaq, Onun sevgisini qazanmaq imkanı da müsəlman üçün dünyada ən böyük sevinc mənbəyidir.

    İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.) Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz. (Bəqərə surəsi, 185)

    Ramazan ayı deyəndə ilk ağlımızagələn oruc tutmaq ibadətiolur. Bu ibadətin də bir çox hikmətləri və bizim üçün xeyirləri var. Oruc tutmaq səhərdən axşama qədər ac qalmaq, sonra isə yeməkdən ibarət deyil. İnsan oruc tutarkən nə qədər aciz olduğunu, qüsurlu və Allaha möhtac olduğunu görür. Dünyada kim olsaq da, istər varlı, istər kasıb, istər gözəl, istər bilikli, istər gənc, istər qoca … Allahdan asılı aciz varlıqlarıq: yemək yeməyə, su içməyə ehtiyacımız var. Ramazan ayında gün ərzində aclığını, susuzluğunu görən insan Allahın böyüklüyü anlayır. Bu da insanın acizliyi görüb eqositlikdən, təkəbbürdən uzaqlaşıb Allahın gücünü təqdir etməyə, Ona haqqı ilə qul olmağa vəsilə olur. Bir çox insanın Allaha ibadət etməsinə mane olan hiss də məhz təkəbbürüdür. Allahın bizi təkəbbürdən arındırıb Ona yönəlməyimiz üçün belə fürsət yaratması nə gözəldir.

    Bu ayın gözəlliklərindən biri də insanın adi vərdiş kimi yanaşdığı nemətlərə olan münasibətidir. Gün ərzində ac, susuz qalan müsəlman dərin düşünəndə Allahın verdiyi hər bir nemətin necə dəyərli olduğunu anlayır. Məsələn, su bir çox insanın adi qarşıladığı mayedir. Ancaq susuz olan insan üçün bir damla su çox dəyərlidir. Bir düşünün, Allah bizim üçün nə qədər içkilər yaradıb, cürbəcür meyvə şirələri. Allah diləsə idi, yalnız adı su içərdik, ancaq lütf edərək bizə çeşid-çeşid nemətlər nəsib edib. Yaxud da meyvələr, cürbəcür təamlar. İftar süfrəsinə oturan müsəlmanlar Allahın onlara verdiyi nemətləri gördükcə şükürləri artır, verilən nemətləri daha yaxşı görməyə başlayırlar. Digər tərəfdən, aclığın, susuzluğun nə olduğunu bilən insan digər çətin vəziyyətdəki insanı daha yaxşı anlamağa başlayır. Suriya, İraq, Yəmən, Şərqi Türküstan, Misir kimi bəzi müsəlman ölkələrindəki vəziyyətə nəzər salsaq, görərik ki, orada insanlar necə çətin vəziyyətdədir. Bir neçə gün bundan qabaq bir müsəlman ölkəsində iftar qonaqlığı verilmişdi, uşaqların ora necə qaçdığı, ərzaqları necə sevinclə aldıqları gözlərimin qarşısından getmir. Beləliklə, aclığın və susuzluğun nə olduğunu bilən müsəlman digər müsəlman bacı-qardaşlarının da vəziyyətini anlayar, israf etməkdən uzaq durar, onlara kömək etməyə və onların rahat, dinc həyat sürməsi üçün dua etməyi unutmaz.

    Ramazan nəfsimizi tərbiyə etmək ayıdır – yalan danışmaqdan, qeybət etməkdən, boş vaxt keçirməkdən, pis düşünməkdən uzaq durmaq imkanıdır. Oruc tutmağa gücünün çatdığını, Allah üçün yeməkdən-içməkdən uzaq durduğunu görən insanın özünə inamı artır, gücü artır, Allahın buyurduğu digər ibadətləri də həyata keçirmək iradəsinə sahib olur, inşaAllah. Əlbəttə, saydığım bu xüsusiyyətlər yalnız Ramazan ayına xas deyil, bu cür gözəl əxlaqa sahib olan müsəlmanlar bütün aylarda Allahın ondan istədiyi əxlaqı şövqlə, diqqətlə həyata keçirmək üçün cəhd edərlər. Allah ibadətlərimizi qəbul etsin!

    Gülnarə Yadigarova

  • Qəlb rahatlığını yanlış yerlərdə axtarmayın

    butun-muselmanlara-cagiris-uAH

    Hər insan xoşbəxt olmaq, rahat və problemsiz həyat yaşamaq istəyir.

    Hər insan xoşbəxt olmaq, rahat və problemsiz həyat yaşamaq istəyir. İnsanlar xoşbəxtliyi müxtəlif yerlərdə axtarırlar: kiminə görə gözəl ailə həyatı qurmaq, kiminə görə istədiyi ali məktəbə daxil olmaq, yaxşı işə girmək, ev və ya maşın almaq, istirahət etmək və s. Ancaq öz həyatımıza da baxsaq, digər insanların da həyatlarına baxsaq, bu dünyəvi nemətlərin insanı əsla xoşbəxt etməyəcəyini görərik. Bunlar sadəcə insana müvəqqəti olaraq xoş duyğular bəxş edir. Bəs insana daimi və dərin xoşbəxtliyi bəxş edən nədir?

    Yuxarıda da qeyd etdiyim kimi, insanlar istədiklərinə sahib olanda xoşbəxt olacaqlarını düşünürlər. İnsanlar hər nəyə sahibdirlərsə, hər zaman onların daim daha gözəlini istəyirlər. Məsələn, düşünək ki, bir insan istədiyi işə qəbul olunur. O işə qəbul olunmaq üçün çox hazırlaşıb, ancaq istədiyinə nail olduqdan bir müddət sonra iş onun gözündən düşür və daha fərqli, rahat iş istəyir. İstədiyi başqa işə girsə də, yenə də başqasını istəyəcək … Bu misal yalnız iş üçün deyil. İnsanın nəfsində hər zaman daha yaxşını istəmək arzusu var. Cəmiyyətdə insanlar sevdikləri, xoşladıqları hər şeyin daha çoxuna sahib olmaq istəyirlər və düşünürlər ki, nə qədər çoxuna sahib olsalar, o qədər də xoşbəxt olacaqlar. Ancaq sahib olduqları ilə kifayətlənmək, sahib olduqlarına görə şükür etmək və onlarla kifayətlənib xoşbəxt olmaq bir çox insanın ağlına gəlmir.

    Bir şeyə diqqət çəkmək istəyirəm: dünyada insanlar həvəslə istədikləri şeylərə dönüb baxsınlar, onlar haqqında düşünsünlər, bunların hamısı müvəqqəti deyilmi? Hər şeyi unudaraq müvəqqəti şeylərə dəli kimi bağlanmağın nə mənası var bəs?! Dünyadakı hər şey müvəqqətidir, dünya acizliklərlə doludur, gördüyümüz hər şey dünya həyatının sadəcə bər-bəzəyidir. İnsan dünyaya gəliş məqsədini unudub nəfsinin istəklərini təmin etmək istəsə, bilsin ki, nəfsi heç vaxt doymayacaq, hər zaman daha yaxşısını və gözəlini istəyəcək. Beləliklə, insan sahib olduqlarının dəyərini bilməsə, sahib olduqları və istədikləri onu xoşbəxt etməyəcək, əksinə, onu xoşbəxt edəcəyi sandığı şeylər daha çox bədbəxt edəcək …

    İnsanları xoşbəxtlikdən uzaqlaşdıran amillərdən biri də şükür edə bilməmələridir. Hər zaman daha çoxunu istədikləri üçün sahib olduqları nemətləri görmür və onlara şükür etmirlər. Məsələn, hər insan – istər ən kasıb olsun, istər xəstə olsun, ətrafına, öz bədəninə, təbiətə baxsa, nə qədər nemətlərə sahib olduğunu görəcək.

    İnsanlar bəzən bir nemət istəyirlər, bütün diqqətlərini o istədikləri şeyə verirlər və ona da nail olmadıqları müddətcə özlərini xoşbəxt saymırlar, əlbəttə, ona sahib olduqdan çox qısa müddət sonra yenə həminki insanlar olurlar … Bu insanların vəziyyətini çatlayan kasaya bənzədə bilərik. O kasaya nə qədər su töksən də, dolmayacaq, su bir tərəfdən axıb gedəcək. İnsan unutmamalıdır ki, əlindəkinə şükür etməyi və sahib olduqları ilə xoşbəxt olmağı bilmədiyi halda, hər nə qədər nemətlərə sahib olsa da, ruhunda heç bir dəyişiklik baş verməyəcək. Hər şeyin ən çoxuna sahib olsa da, yenə də daha çoxuna tamah etdiyi üçün əlindəki gözəllikləri görməyəcək və bunlardan zövq almayacaq.

    O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir” (İbrahim surəsi, 7)

    Beləliklə, dünyəvi istəklər və nemətlər insanı əsla xoşbəxt edə bilməz. Xoşbəxtliyi, qəlb rahatlığını bunlarda axtaran insanlar yanlış edirlər, vaxt itirirlər. İnsanı yaradan Allahdır və Allah bizim Onu sevməyimizi, Onun üçün və Onun buyurduğu tərzdə yaşamağımızı istəyir. İnsan da yalnız Allahı zikr etdikcə xoşbəxt ola bilər, bunun xaricində xoşbəxtliyin yolu yoxdur…

    Firuzə Həsənzadə

  • Məna böhranı – səbəbi və həll yolu

    savalanbey

    Düşünməyə, təfəkkür etməyə əhəmiyyət verən insanlar hadisələrə laqeyd yanaşa bilmirlər.

    Düşünməyə, təfəkkür etməyə əhəmiyyət verən insanlar hadisələrə laqeyd yanaşa bilmirlər. Diqqətlə müşahidə etdikdə dünyaya çökmüş bədbinliyi görməmək mümkün deyil. Bir az gəzişək və müşahidə edək. Bir tərəfdə işə gedən, işdən gələn, iş üçün mübarizə aparan, gələcəkdə işləyə bilmək üçün təhsil alan və s. insanları, digər tərəfdə isə artıq təqaüdə çıxmış, dəniz sahilində əyləşib bütün ömrünü nə üçün yaşadığını düşünən yaşlıları, eyni yerlərdə, parklarda sadəcə sağ qalmağa çalışan evsiz, işsiz insanları, yaxud dostları ilə vaxt keçirən, əylənən, həyatını yaşayan insanları görə bilərik. Sadaladığım bu nümunələri ölkələrə, bölgələrə və s. digər kateqoriyalara görə artırmaq olar. Lakin bir məqam dəyişməyəcək: insanlar xoşbəxt deyil. Bəli, insanlar xoşbəxt deyil. Həm də bütün dünyada. Bunu hər birimiz öz sahəmizdə də müşahidə edirik. İnsanların gözündə boşluğu, mənasızlığı, ümidsizliyi görmək çətin deyil. Bəs səbəb nədir?

    Səbəb məqsədsizlikdir. İnsanlar məna böhranı yaşayırlar. Həyatın mənasını, yaşamağın mənasını bilmədikləri üçün, bir növ, məqsədsiz, boş yaşayırlar. Bu mənəvi boşluq da, təbii olaraq, insanları məna böhranına sürükləyir. Hazırda dünyadakı insanların əksəriyyəti həqiqətən nə üçün yaşadığını bilmir. Hətta nəinki bilmir, ümumiyyətlə araşdırmır və düşünmür. Sadəcə robot kimi cəmiyyəti təqlid edir. Ölkələrə və cəmiyyətlərə uyğun standart həyat normaları mövcuddur ki, əksər insan da bu normaları araşdırmadan, sorğulamadan, nə üçün riayət etməli olduğunu düşünmədən, sadəcə ətrafındakı insanların etdiklərini təkrarlayaraq böyüdüyü cəmiyyətin qanunlarından kənara çıxmamağa çalışır. Nə üçün mövcud olduqlarını, həyatın mənasının nə olduğunu, yaşamaq məqsədinin nə olduğunu düşünmədən, təfəkkür etmədən sadəcə yaş dövrlərinə uyğun olaraq cəmiyyətə hakim olan ümumi dünyagörüş çərçivəsində standart şablon addımları təkrarlamağa çalışırlar.

    İnsanların həqiqi mənada xoşbəxt ola bilməməsinin səbəbi düşünməməkdir. Hər bir insan səmimi şəkildə öz varlığı, kainatın, ümumiyyətlə mövcudluğun səbəbləri barədə düşünsə, araşdırsa, həyatını şablonlar üzərində deyil, yaradılış səbəbləri üzərində qursa məqsədli bir insan olaraq xoşbəxt yaşaya bilər. Çünki insana xoşbəxtliyi maddə vermir. Əşyalar, mal-mülk, zənginlik və s. xoşbəxtlik səbəbi deyil. Bir çoxumuz ən zəngin ailələrin övladlarının da gənc yaşda intihar edərək dünyasını dəyişdiyinə çox şahid olmuşuq. Halbuki, bu insanlar dünyaya gələndən maddi olaraq hər şeyə sahib idilər və istədikləri hər şeyi də etmişdilər. Lakin yenə də dərin mənəvi boşluğu maddi nemətlərlə doldura bilmədilər və nəticədə intihar etdilər.

    İnsan başıboş, məqsədsiz varlıq deyil. Təsadüflərin şüursuz mexanizmlərinin ortaya çıxardığı məqsədsiz heyvan növü deyil. İnsan xüsusi yaradılmış, yaradılış səbəbi olan, məqsədli ali bir varlıqdır. Var edilmə səbəbini tapmayan, məqsədini araşdırmayan, boş, məqsədsiz yaşayan bir insan, ömrünü heç sağlam şəkildə başa vura bilməz, qaldıki xoşbəxt olmaq.

    Bütün bunlarla yanaşı insanları düşünməməyə yönləndirən, mənəvi kölələşdirən və sömürən bir ideoloji sistem var: materializm. Materializmin elmlə heç bir əlaqəsi yoxdur. Qədim dövrlərdə heç bir elmi əsası olmayan, bir neçə filosofun düşüncələrindən ibarət idoloji fikirlər idi. Daha sonralar elmin inkişafı ilə, elmi kəşflərlə bu ideologiyanın bütün əsasları bir-bir süquta uğradı. Lakin materializm artıq dünyaya hakim bir “din”ə çevrilmişdi və elmi yeniliklər əhəmiyyət kəsb etmədi. Materializmi din kimi qəbul edən insanlar bu batil dini bütün dünyaya yaymaq üçün bütün qüvvələrini istifadə edib, hər cür kütləvi təbliğ vasitəsilə illərlə, əsrlərlə bu ideologiyanı insanların şüuraltına təlqin edərək hakim etdilər. Nəticədə dünya, bir növ, kölələşdirildi. Artıq çox az insan istisna olmaqla, bütün insanlar gipnoz olunmuş kimi, düşünməyi bir kənara buraxıb materialist ideologiyanın təsiri ilə şablon həyat tərzi yaşayırlar. Elmi artıq ideologiyalarına alət edə bilməyən materialistlər kütləvi informasiya sahələrini, media, film və s. kütləvi təbliğ sektorlarının vasitəsi ilə gündəlik olaraq hər kəsin evinə girir təbliğ edirlər. Nəyi təbliğ edirlər? – Həyatın mənasız olduğunu.

    Bəli, materializmə görə həyat mənasızdır. İnsanlar bu amili birbaşa çılpaqlığı ilə görmürlər. Çünki təbliğ üçün istifadə edilən metodlar fərqlidir. İnsanlara, əslində, süni “məqsədlər” təqdim edilir. Çünki yaşamaq lazımdır və yaşamaq üçün məqsəd lazımdır. Məqalənin əvvəlində ətrafda müşahidə etdiyimiz bir neçə kateqoriyadan insan nümunələri çəkmişdim. Diqqət yetirmişdinizsə, hamısının əsas ortaq xüsusiyyəti “işləmək” idi. Hamı işləməyə çalışır. Təhsil almaq üçün məktəbə, universitetə, kurslara gedirlər. Məqsəd təkcə işləmək və həyatda qalmağa çalışmaqdır. Təbii ki, yaşamaq üçün işləmək lazımdır. Lakin işləmək həyat məqsədi ola bilməz. Ailə, uşaq həyat məqsədi ola bilməz. Əyləncə həyat məqsədi ola bilməz. Bunları həyat məqsədi zənn edən insanlar da bütün bunlara sahib olduqdan sonra yenə də nəyinsə çatışmadığını anlayırlar. Yaradılış səbəbimiz bunlar ola bilməz. Bütün kainatdakı milayrdla nəhəng nizamlar, ahənglər, uyğunluqlar hər saniyə sırf insan uşaq dünyaya gətirsin, əylənsin və ölsün deyə deyil, təbii ki. Bunu əslində düşünən çox insan qavrayır. Bir çox insan isə sadaladığım süni məqsədləri tamamladıqdan sonra içində yenə də dərin boşluğun dolmadığını görəndə anlamağa başlayır. Lakin düşünmək, anlamaq üçün gec deyil.

    Öldükdən sonra yox olacağını, özünün də təsadüfən ortaya çıxan mənasız, məqsədsiz, başıboş bir heyvan növü olduğunu, tək məqsədinin həyatda qalmaq üçün digərləri ilə mübarizə aparmaq olduğunu düşünən bir insan üçün, təbii ki, heç bir əxlaqi norma, dəyər, mənəviyyat və s. əhəmiyyət daşımır. Qorxutmaq üçün qoyulan qanunların olmadığı bir mühitdə yaranacaq mənzərə aydındır. Hər kəsin bir-birini öldürdüyü, heç bir sərhədin tanınmadığı, heç bir əxlaqi ölçünün olmadığı, anarxiyanın, xaosun hakim olduğu bir mühit qaçınılmaz olar. İnsan təlqinə açıq varlıqdır və bir çox insan düşünməyi deyil, çoxluğa tabe olaraq yaşamağı seçir. Bu təqdirdə insanlara “siz həyatda qalmaq üçün bir-birinizlə mübarizə aparmalı heyvan növüsünüz”, “güclü olan həyatda qalmalıdır” məntiqi təbliğ olunduqda bu “niyə dünya bu gündədir”, “niyə hər yerdə müharibələr var”, “niyə insanlar bir-birini öldürür”, “niyə insanlar belə qəddardır, necə olacaq bu dünyanın axırı” suallarının da cavabı verilmiş olur. Dünyadakı problemlərin mənbəyini axtaran dünyaya hakim olan ideologiyaya materializmə baxmalıdır.

    Həyatın təsadüfi proseslərlə öz-özünə ortaya çıxdığını, hər şeyin sonsuzdan bəri mövcud olan maddədən ibarət olduğunu, insanın da yaşamaq uğrunda mübarizə aparan məməli heyvan növü olduğunu irəli sürən materializm elmi olaraq tamamilə süquta uğramışdır. Astronomiya sahəsində Big-Bang nəzəriyyəsinin kəşfi ilə, fizika sahəsində kvant mexanizminin kəşfi ilə, biologiya sahəsində canlıların kompleksliyinin, DNT – dəki şüurun, növlərin dəyişməzliyinin kəşfi ilə, paleontologiya sahəsindəki canlıların yaradıldığını göstərən milyonlarla qalıqların tapılması ilə, Məlumat nəzəriyyəsinə görə şüurun, ağlın, informasiyanın maddəyə sadələşdirməyin mümkün olmadığının isbatı ilə və bir çox başqa elmi yeniliklərin kəşfi ilə materializm elmi olaraq tam şəkildə süqut etmişdir. Elm kainatın Yaradıldığını, yer kürəsinin, canlıların isə xüsusi yaradılış nümunəsi olduğunu isbat etmişdir. Bütün bunlar da insanın təsadüflər nəticəsində ortaya çıxmış heç bir məqsədi olmayan, başıboş heyvan növü olmadığını, əksinə xüsusi yaradılmış, məqsədi olan varlıq olduğunu göstərir.

    Bir anlıq dayanmalı, etdiyimiz şeyləri tək-tək nə üçün etdiyimizi düşnməliyik. Mövcudluğu, varlığı, həyatı araşdırmalıyıq. Necə ortaya çıxdığımızı, nə üçün var edildiyimizi, məqsədimizin nə olduğunu araşdırmalı və yaradılış məqsədimizə uyğun yaşamalıyıq. Həqiqi mənada xoşbəxtlik, mənəvi rahatlıq, daxili hüzur sadəcə bu formada mümkündür.

    Savalan Məmmədli

  • Sumqayıtın kimya Sənayesinin inkişafında və etibarlı enerji təminatında Ulu öndər Heydər Əliyevin rolu

    http://s018.radikal.ru/i525/1607/c7/f0fab59dfd03.jpg

    http://s019.radikal.ru/i633/1607/2d/e9cc9f704fb2.jpg

    http://s018.radikal.ru/i523/1607/a0/e5df240c00aa.jpg

    http://s008.radikal.ru/i305/1607/1c/f1a010da6cb9.jpg

    http://s017.radikal.ru/i437/1607/73/5392996b9431.jpg

    http://s018.radikal.ru/i515/1607/b6/f5a3530e413b.jpg

    Xalqımızın unudulmaz, müdrik oğlu, dahi siyasətçi Heydər Əliyev Azərbaycanın rəhbəri təyin olunduğu 1969-cu ildə hələ cəmi 20 yaşı olan gənc Sumqayıtın bütün sonrakı sürətli inkişafı, sənaye potensialının ildən-ilə güclənməsi, sosial-mədəni həyatının yüksəlişi məhz Ulu öndərin uzaqgörənliyinin
    və uğurlu iqtisadi siyasətinin sayəsində mümkün olmuşdu.
    Respublikaya rəhbərliyinin elə ilk günlərindən başlayaraq, bütün səy və qüvvəsini, yüksək təşkilatçılıq istedadını özünün başlıca amalına – ölkəmizin bütün sahələrdə hərtərəfli və sürətli inkişafına, xalqın həyat səviyyəsinin durmadan yüksəl¬mə¬sinə, firavanlığına sərf edən Heydər Əliyev Azərbaycanı aqrar ölkədən daha çox dinamik inkişaf edən sənaye ölkəsinə çevirməyi qarşısına başlıca məqsəd kimi qoymuşdu. O, iri neft şəhəri kimi məşhur olan Bakı ilə yanaşı Sumqayıtın da Azərbaycanın müasir bir kimya şəhəri kimi bütün dünyada tanınması üçün ölkə sənayesinin mühüm strateji sahələrindən olan neft-kimyanın gənclik şəhərində daha geniş inkişafı üçün mühüm tədbirlər həyata keçirməyə başlamışdı.
    Ulu öndərin fövqəladə təşkilatçılıq baca¬rığı, gərgin və yorulmaz əməyi sayəsində respublika iqtisadiyyatının bir çox sahələri kimi, Sumqayıtın neft-kimya sənayesi də 1969-cu ildən başlayaraq sürətli inkişaf yoluna qədəm qoy¬du. Məhz Heydər Əliyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə o zaman respublikanın sənaye xəritəsinə bir-birinin ardınca daxil olan yeni kimya müəssisələri təkcə Azərbaycan iqtisadiyyatının deyil, bütövlükdə Za¬qafqaziyanın inkişafında mühüm əhəmiyyət kəsb edirdi. Həmin illərdə Heydər Əli¬yev tərəfindən mövcud müəssisələrin yenilənməsi, rekonstruksiyası üzrə də böyük işlər hə¬ya¬ta keçirilirdi ki, nəticədə bir-çox neft-kimya müəssisələrinin illik istehsal gücü xeyli artı¬rılmışdı.
    Ulu öndərin rəhbərliyi ilə kimya sənayesinin əsaslı şəkildə yenidən quru¬lub müasirləşdirilməsi 1970-сi ildən başla¬yaraq geniş vüsət almışdı. Qısa müddət ərzində respublikada mineral gübrələrin, kauçuk və sulfanolun, plastik kütlələrin, sintetik qatranın istehsalı 90 faiz, sulfat turşusunun istehsal həсmi 3, məişət kimyası mallarının buraxılışı isə 2 dəfə artmışdı.
    Ölkənin neft-kimya sənayesinin ilk müəssisələrindən sayılan Sumqayıt Sin¬tetik Kauçuk zavodunun yüksəliş dövrü məhz Heydər Əliyevin res¬publikaya rəhbərlik etdiyi illərə təsadüf edir. Ulu öndərin şəxsi təşəbbüsü nətiсəsində müəssisədə ölkənin iqtisadi potensialının art¬ma¬sında çox böyük əhəmiyyəti olan bir sıra yeni istehsal sahələri yara-dılmışdı. 1971-сi ildə illik istehsal güсü 15 min ton olan butil-kauçuk sexi işə salındı və zavod keçmiş SSRİ-də butil-kauçukun xüsusi markalarını istehsal edən ilk və yeganə müəssisə oldu. Məhz onun nətiсəsi olaraq həmin növ kauçukun xariсdən valyuta ilə alınmasına birdəfəlik son qoyuldu. 1974-сü ildə yeni, yüksək markalı kauçuk istehsal edən sexin yeni¬dən qurulması, onun istehsal güсünün ildə 120 min tona çatdırılması ilə Bakı Şin zavo¬dunu yerli xammalla təсhiz etmək müm¬kün oldu və bunun sayəsində minik və iri yük avtomobilləri, kənd tə¬sər¬rüfatı maşınları üçün şin istehsalı xətti işə salındı.
    Ulu öndərin bilavasitə təşəbbüsü ilə Sumqayıt «Üzvi sintez» zavodunda da həmin illərdə bir çox yeni istehsalat sahələri istismara verilmişdi. İngiltə¬rədən alınmış kompleks qurğu əsasında yüksək təzyiqli ilk polietilen isteh¬salatı işə salınmışdı ki, həmin texnoloji xəttdə polietilenin, digər bir sex¬də isə epoksid qatranının alınması ilə Azərbayсanın kimya sənayesinin inki¬şa¬fında yeni bir mərhələ – polimer məhsulların istehsalı başlanılmışdı. Məhz o dövr üçün yeni və müasir sayılan həmin istehsalatlar sayəsində müəssisə 70-сi illərdə sürətli yüksəlişə, böyük uğurlara nail olmuşdu.
    Heydər Əliyev neft-kimya sənayesinin texniki-istehsal bazasının ardсıl olaraq güc¬lən¬-diril¬məsi, onun əsaslı surətdə müasirləşdirilməsi və yeniləşdi¬ril¬məsi proqramının real¬laş-dırılması, ölkənin kimya kompleksinin yeni keyfiyyət pilləsinə qaldırılması məqsə¬dilə ötən əsrin 70-сi illərinin sonlarından başla¬yaraq, Sumqayıtda daha bir yeni və unikal texnoloji kompleksin – ən müasir texnologiyaya və yüksək istehsal gücünə malik, qiymətli kimyəvi məhsullar olan etilen və propilen istehsalı üçün nəzərdə tutulmuş “EP-300” qurğusunun inşasına nail olmağa çalışırdı. Anсaq layihə gücü etilenə görə 300 min, propilenə görə isə 138 min ton olan həmin kompleksin əldə edilməsi və səmərəli istismarı üçün xeyli vəsait tələb olunurdu ki, bununla bağlı respublika rəhbərliyi dəfələrlə Moskvaya müvafiq təkliflərlə müraciət etmiş¬di. Heydər Əliyev özünəməxsus uzaqgörənliklə həmin kompleksin respub¬likamızın iqtisadiyyatı üçün böyük əhəmiyyəti və perspektivli olduğunu yaxşı bilirdi. Həmin unikal kompleks Azərbaycan üçün ona görə qiymətli və daha mü¬na-sib idi ki, həmin qurğuda texnoloji proseslərin yerli xammal – Bakı neft emalı zavodunda istehsal edilən karbohidrogen məhsullar, quru qazlar əsasında aparılması nəzərdə tutulurdu. Lakin SSRİ-nin bəzi səlahiyyətli nümayəndələri həmin qurğunun Azər¬bay¬сana verilməsinə hər сəhdlə maneçilik törədir, onun Rusiyada və ya Ukraynada inşa edilməsinə üstünlük verirdilər. Yalnız Heydər Əliyevin Kremldə daha böyük nüfuza malik olması, prinsi¬pi¬allığı, dönməzliyi və qətiyyəti sayəsində, nəhayət ki, “EP-300”-ün Sumqayıtda inşasına razılıq əldə edildi. Artıq 1981-ci ildə həmin müasir texnoloji kompleksin Azərbaycana gətirilərək, Sumqayıtda inşasına başlanılması Heydər Əliyev dühasının, onun müdrik iqtisadi siyasətinin qələbəsi idi.
    Azərbaycanın neft-kimya sənayesinin potensialını daha da artıran yeni qurğu istismara verildikdən sonra qiy¬mətli kimyəvi məhsulların – etilen, propilen, butilen-butadien fraksiyası, yün¬¬gül və ağır piroliz qətranı, propan və s. kimi məhsulların istehsalına baş¬lanıldı və bu gün də Etilen-polietilen zavodu “EP-300” qurğusunun sayə-sin¬də dünya bazarında tələbatın yüksək olduğu qiymətli kimyəvi məhsullar is¬tehsal edir.
    Həmin kompleksin texnoloji davamı olaraq yüksək təzyiqli polietilen istehsalı üçün nəzərdə tutulan “Polımir-120” qurğusunun da alınıb, respublikaya gətirilməsi və inşası da məhz Ulu öndərin rəhbərliyi və dəstəyi ilə mümkün olmuşdu. Kimya sahəsində mütərəqqi texnologiyalar əsasında yaradılaraq, avadanlığı Almaniya və Çexoslova¬kiyadan alınmış, illik istehsal gücü 120 min ton polietilen olan həmin qurğunun işə salınması yeni polimer məhsul¬ların – poli¬mer boru və örtüklərin, müxtəlif məişət mallarının istehsalına da güclü təkan verdi.
    Dahi rəhbərin uzaq perspektivi nəzərə alaraq, on illər əvvəl inşasına nail olduğu etilen və polietilen istehsalı kompleksləri – “EP-300” və “Polimir-120” qurğuları ölkəmizin neft-kimya sənayesi tarixində o zaman bir çox müttəfiq Sovet respublikalarının da arzusunda olduqları, lakin nail ola bilmədikləri yeni, olduqca böyük və mühüm bir nailiyyət idi.
    Özünün yüksək idarəçilik, təşkilatçılıq istedadı, prinsipiallığı və ədalətli olması, səmimiliyi və qayğıkeşliyi ilə sadə əmək adamlarının böyük nüfuz və rəğbətini qazanmış Heydər Əliyev 1993-cü ilin iyununda xalqımızın tələbi ilə yenidən ölkə rəhbər¬liyinə qayıtdıqdan sonra Azərbaycanın dövlət müstəqilliyinin qorunub-saxlanmasını, onun sürətli iqtisadi inkişafını təmin edərək, qabaqcıl ölkələr sırasına çıxması, dünya iqtisadiyyatına uğurla inteqrasiya etməsi üçün səylə, yorulmadan çalışmışdır.
    Heydər Əliyev 1993-сü ildə ölkədə yaranmış siyasi xaosu aradan qaldırdıqdan bir il sonra – 1994-сü il sentyabrın 20-də özünün böyük tarixi təşəbbüsünü irəli sürərək, dünyanın bir çox ölkələrinin aparıсı neft şirkətləri ilə əsrin irimiqyaslı beynəlxalq neft sazişinin – ölkəmizə böyük gələcək vəd edən «Əsrin kon¬traktı»nın imzalanmasına nail oldu ki, bu da Azərbayсanın qarşısında yeni və daha böyük perspektivlər açdı. Bununla belə hələ qarşıda böyük çətinliklər vardı. Ölkədə yaranmış dərin iqtisadi böhran nəticəsində respublikanın energetika kompleksi sənayenin müxtəlif sahələrinin elektrik enerjisinə olan tələbatını ödəyə bilmirdi. Bu səbəbdən Sumqayıtın da neft-kimya sənayesində açınacaqlı vəziyyət yaranmışdı – şəhərin kimya müəssisələri xammal çatışmazlığı ilə yanaşı həm də ağır enerji böhranı ilə də üzləşmişdi. Belə ki, Sumqayıtı və onun müəssisələrini elektrik və istilik enerjisi ilə təmin edən 1 və 2 nömrəli istilik-elektrik stansiyalarının avadanlıqları yarım əsrdən artıq istismarda olduqlarından həm fiziki, həm də mənəvi baxımdan köhnəlib sıradan çıxmaqda idi. Həm də onların istehsal etdikləri istilik və elektrik enerjisi vahidlərinə sərf olunan yanacağın faktiki həcmi də normadan xeyli artıq idi. Digər tərəfdən gözlənilməz enerji kəsintiləri üzündən fasiləsiz texnologiya üzrə işləyən istehsalat sahələrində qəzalar, boşdayanmalar baş verir, texnologi prosesin pozulurdu.
    Ulu öndər yaranmış enerji böhranının belə davam edəcəyi təqdirdə ağır nəticələrin ortaya çıxacağını bildiyindən Sumqayıtın neft-kimya müəssisələri üçün müstəqil, avtonom bir istilik-elektrik mərkəzinin yaradılmasını vacib hesab etmiş, uzun araşdırmalardan sonra belə bir enerji kompleksinin dünyanın ən mütərəqqi texnologiyalarının yaradıldığı Yaponiyadan alınmasına qərar vermişdi. Nəticədə qurğunun hazırlanması üçün Yaponiyanın nüfuzlu “Niçimen Korporeyşn” və “Çiyoda Korporeyşn” şirkətləri ilə müvafiq sənədlər və niyyət protokolu imzalanmışdı.
    Azərbaycanın böyük nüfuza malik rəhbərinə xüsusi ehtiram əlaməti olaraq elmin son nailiyyətləri və yeni texnologiyalar əsasında yaradlmış həmin unikal, çox geniş həcmə malik enerji kompleksinin avadanlıqları bir il keçmədən Sumqayıta gətirilmişdi. 1999-ci il martın 24-də “Sintezkauçuk” zavodunun ərazisində Ulu öndərin iştirakı ilə yapon şirkətlərinin rəhbərləri və kimyaçılarımızla birgə qurğunun təntənəli təməlqoyma mərasimi keçirildi. İki ildən sonra kimyaçıların və yapon mütəxəssislərinin ciddi səyləri və gərgin əməyi sayəsində mobil enerji kompleksininin inşası başa çatdırıldı. Dahi rəhbər qurğunun açılışında iştirak etmək üçün 7 iyul 2001-ci ildə Sumqayıta gələrək, kimyaçılarla səmimiyyətlə görüşmüş, təntənəli açılış mərasimində çıxış edərək demişdi: “Bu şəhərin nəhəng kimya sənayesi kompleksi Sumqayıt və Azərbaycan sənayesinin böyük bir hissəsini təşkil edir. Mən Sumqayıtda kimya sənayesininn yaranması və inkişaf etməsinə xidmət etmiş adamların fəaliyyətini yüksək qiymətləndirirəm. Onların hamısı bu gün üçün, müstəqil Azərbaycan üçün gözəl təməl yaratmışlar. Mən bu gün sizin hamınızı müstəqil Azərbaycanın həyatında əlamətdar bir hadisə – Buxar-generator qurğusunun açılışı münasibətilə ürəkdən təbrik edirəm və bu qurğuya, ümumiyyətlə, Azərbaycanın kimya sənayesinə və sizin hamınıza yeni-yeni uğurlar arzulayıram!” Dahi rəhbər unikal enerji qurğusunun düyməsini basaraq, kimyaçıların minnətdarlıq ifadə edən alqışları altında onu işə salmışdı.
    Kimyaçılarımız hər zaman Ulu öndəri dərin hörmət və ehtiramla yad edərək, səmimiyyətlə etiraf edirlər ki, əgər dahi rəhbərin təşəbbüsü əsa¬sında Buxar-generator kom¬pleksi həmin dövr¬də inşa edilməsəydi, Azərbay¬canın neft-kimya sə¬na¬yesinin enerji böhranından çıxması çətin olar və kimya müəssisələri öz fəaliyyətlərini dayandırmış olardı. Bu gün böyük qürur doğurur ki, Azərbaycanın kimya sənayesi üç böyük, möhtəşəm təməl üzərində əzəmətlə yüksəlməkdə, inkişaf etməkdədir. Bu üç etibarlı təməl – “EP-300”, “Polimir-120” texnoloji kompleksləri və bu günlərdə istismara verilməsinin 15 ili tamam olan Buxar-generator Kompleksidir. Bunlar Azərbaycana 34 illik rəhbərliyi dövründə 16 dəfə Sumqayıta səfər etmiş və hər gəlişi ilə gənclik şəhərində yeni müəssisələrin, istehsal sahələrinin yaradılmasına, mühüm sosial-mədəni obyektlərin inşasına təkan vermiş Ulu öndər Heydər Əliyevin ölkə kimyaçılarına böyük töhfəsi, qiymətli hədiyyəsidir.
    Sevindirici haldır ki, Ulu öndər Heydər Əliyevin Sumqayıta və sumqayıtlılara, o cümlədən kimya sənayesinə göstərdiyi diqqət və qayğı Möhtərəm Prezidentimiz İlham Əliyevin timsalında bu gün daha möhtəşəm şəkildə davam etdirilir. Dövlət başçımızın son iki ildə 7 dəfə, ümumilikdə isə 13 dəfə Sumqayıta səfər etməsi və bu səfərlərin çox mühüm əhəmiyyət daşıyan təməlqoymalar və açılış mərasimləri ilə müşayiət olunması dediklərimizin sübutudur. Sumqayıtda yeni, dünya standartlarına uyğun istehsal sahələrinin yaradılması, texnologiya və kimya sənaye parklarının inşa olunması, kimya sənayesinin yenidən qurulması, şəhərdə aparılan abadlıq və quruculuq işləri, yeni və daimi iş yerlərinin açılması, əməkçilərin iş şəraitinin, sosial rifah halının yaxşılaşdırılması, əmək haqlarının artırılması, şəhərin ekologiyasının saflaş¬dırılması, insanların asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili bunu deməyə əsas verir ki, yaxın illər ərzində Sumqayıt ən gözəl şəhərlərdən birinə çev¬riləcək, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu gün də aparıcı sahə olan kimya sənayesində əzmlə çalışan kimyaçılarımız gələcəkdə daha böyük nailiyyətlər əldə etməklə, ölkə iqtisadiyyatının inkişafına öz layiqlı töhfələrini verəcəklər.

    Muxtar Babayev,
    SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin
    Müşahidə Şurasının sədri,
    Milli Məclisin deputatı.

  • Virtual dərəbəylik – real insanların virtual səfehliyi

    ge

    Sevincli Dünyanın eyni adlı yazısına davam, əlavə olaraq yazıram.
    İnternet

    İnternet – mənim üçün məlumat əldə etmək, zəruri insanlarla ünsiyyətdə olmaq, onları axtarıb tapmaq, material, kitab yükləmək, məqalə və ya xəbər oxumaq, xəbərləri çatdırmaq üçündür. Kimisə narahat etmədən…

    Bizdə ən ciddi saytların belə səviyyəsi sıfıra enmişdir, buna görə səviyyəsizlərimizə minnətdar olmalıyıq. Məhz şərq dünyasından olan yaşından asılı olmayaraq, Ərəb, Fars, Pakistan, Əfqanıstan, Türk, Azərbaycan mənşəli vətəndaşların sayəsində bir çox ciddi, işgüzar saytlarda qeydiyyatdan keçməyimə peşiman olmuşam. Aylardır, oradakı səhifələrimə girmirəm və inboksuma yazılanları oxumuram. O qədər bekar, avara, yanıq, psixi, əsəbi xəstə olan, qeyri-etik insanlar var ki, bezdirirlər insanı. Onlara söz təsir etmir. Əksər saytlarda sırf kitab, məqalə yükləmək və ya yerləşdirmək üçün qeydiyyatdan keçmişəm. Forumlardan o qədər uzaqlaşmışam ki, 8 ildir forum üzünə özümü həsrət qoymuşam. Sosial şəbəkədəki səhifələrimi isə uzun müddətə deaktiv edir, səhifələrimə girmirəm. Çünki həm çox vaxt, həm çox əsəb aparır. Mən daha çox real həyat və təbiət tərəfdarıyam. Gəzmək, pik-nik etmək, idman etmək, musiqi dinləmək, rəqs etmək, yazı yazmaq, kitab oxumaq tərəfdarıyam, istirahət və səhhətimə ciddi fikir verirəm.

    Virtual Adlar, damğalar

    “Sosial şəbəkəyə girən qız əxlaqsızdır”, “Ev qızı internetə girməz” kimi inanclar var dar dünyagörüşü olanlarda. Özləri pis məqsədlə girdikləri üçün hər kəsi özləri kimi bilərlər… Qız və ya oğlan tutmaq üçün, fahişəlik və ya oğraşlıq etmək üçün geniş imkanlar yaradılır sosial şəbəkələrdə. Tuta bilmədiyinə də, tuta bildiyinə də eyni yanaşmaq, adlar, damğalar vurmaq, elə profil adı olaraq özünə müştəri toplamaq iyrənc hal almışdır. İyrənc adlarda olan profil, səhifə, qrupların səviyyəsiz üzvlərini, müzakirələrini demirəm.

    Ona görə də saxta profil və qrup, səhifələri tanımağı öyrənmişəm və dərhal blok edirəm. Qorxaq, cəsarətsiz insanlar saxta olarlar.

    Virtual dərəbəylik və ya çıxış yolum “qara siyahı”dır.

    O qədər səviyyəsiz, bezdirici insanlar var ki, heç vaxt və əsəb sərf etmədən blok edirəm. Qara siyahımda o qədər profil var ki, kimisə blokdan çıxartmaq üçün 5 dəqiqə siyahıda axtarıram. Çalışıram bloka saldığım elə blokda qalsın.

    Virtual testlər və ya virtual inanclar

    Virtual testlərə, sorğulara inanıb, onların nəticələri ilə yaşayan adamlar da az deyildir.

    Bu qədər sadəlövh və safıq məgər? Ya ümid edirik ki, nəsə bir dəyişiklik olacaq bu test və sorğudan sonra… Elə profil sahibləri var ki, xəbər lentlərində ancaq bu cür sorğu və testlərdir.

    Virtual həyatda yaşayanlar və ya real həyatı unudanlar

    Sosial şəbəkə də bir növ pis vərdiş, asılılıqdır, bekarçılıq əlamətidir mənim üçün. Bu cür vərdiş və asılılığı olan şəxsləri də anlamır, zəif iradəli sayıram.

    Seriala baxan insanları da bu qrup insanlara aid edirəm.

    Qadın və ya kişi tək yaşayarsa, dərd yarı… Başını qata, ünsiyyətdə olub kimisə axtarıb tapmağa ümid edə bilər. Serial və ya idman kanallarına baxıb, evdə tək olan kişiləri qınamıram, işdən sonra olar, işsiz, avara, bekar adam deyilsə və bütün günü sosial şəbəkədə və ya televizor önündə oturmursa…

    Hər şeyini virtual dünyada paylaşanlar və şəxsi həyatını ictimailəşdirənlər çoxdur. Onları tam anlaya bilmirəm. Yeməklərinə qədər, ağlamaqlarına qədər, getdikləri yerə qədər hər yer və hər şey haqqında məlumat verirlər. Məncə, bu cür insanların iradəli zəif və diqqət çatızmalığı kimi problemləri var.

    Səhərin gözünü internet və sosial şəbəkə ilə açanlar, bir əlində telefon və planşet vasitəsilə sosial şəbəkəyə girib, hiperaktivlər, gecəni gec yatanlara sadəcə yazığım gəlir. Çünki artıq problemləri var.

    Saat: Şəxsən mən sosial şəbəkədə olan səhifələrimi birdəfəlik sildim, tvitter, facebuk və google-da varam, o da bloq yazılarıma və gündə görmədiyim dostlarla ünsiyyət üçün. Onu da tənzimləyirəm, mənə uyğun saatda daxil oluram. Səhər tezdən və axşam 22-00-dən sonra yazanlara ya cavab vermirəm, ya da kobud cavab verirəm. Özləri bayquşdular, yatmırlar, başqalarını da qoymurlar. Belələrinə bir məsləhətim var: Yata bilmirsənsə, rejimə sal özünü. Camaatı da narahat etmə. Hərdən çatımı da bağlayıram, telefondan sosial şəbəkələrin proqram təminatlarını silmişəm ki, bezdirməsinlər. Konkret vaxt və saatlarda girib yoxlayır, cavab yazıram və uzun-uzadı ünsiyyətdə olmağa, söhbət çürütməyə, qeybət etməyə nə həvəsim, nə istəyim, nə vaxtım, nə əsəbim, nə də səbrim var. Mən bunu artıq vaxt itkisi hesab edirəm. Yaxın adamlarla ünsiyyəti real edirəm. Mənim üçün virtual ünsiyyət sadəcə ünsiyyəti saxlamaq üçündür, arada bir tədbir yaradılanda, sosial şəbəkə tədbirlər haqqında məlumat əldə etməkdir, önəmli adamların email və mobil nömrələrini əldə edib, real görüş üçün razılığa gəlmək, yaradıcılığımı paylaşmaqdır, daha səhifələri bəyənmək, səviyyəsiz qruplara üzv olmaq, səviyyəsiz tədbirlərə getmək və kimlərisə cəlb etmək deyildir.
    Davranış: Salam verəndə, salamı götürən kimi adamı peşiman edən nə qədər adam var, sorğu-sual, şəxsi həyata müdaxilə, istəmədiyin və sənə gərəkli olmayan müzakirə və məsləhətlər adamı zinhara gətirir. Özünə rəva bilmədiklərini başqasına rəva bilirlər. Dərhla görüş təyin etməyə çalışır, bir görüşdən sonra isə başqa nələrinsə olacağına sadəlövhcəsinə inanırlar.
    İş: İş vaxtı iş görərlər. İşin internetlə əlaqəli deyilsə, işini görmək lazımdır, sənə internet və sosial şəbəkələr pul gətirmirsə, əlavə vaxt və səhhət itkisinə səbəb olursa, niyə də aludə olasan ki?! İşdən sonra isə istirahət etmək lazımdır. Asudə vaxtı daha səmərəli keçirilməlidir.
    Viruslar: Sadəlövhcəsinə, guya virus olduğunu bilmədiyimiz fayl, keçidləri açmaqla, səhifəmizi də, noutbukumuzu da, yaddaş kartımızı da virusla yoluxdururuq. Bir də ki, yəni bu qədər maraqlıdır 18+ video və yazılar ki, keçidə keçir, faylı açırsınız? İlk baxışdan virus olduğunu anlamaq bu qədər çətindir?! Yox!
    Tağlar: Sənə dəxli olmayan status və ya rəy, şərhlərdə adının tağ edilməsi lap bezdiricidir. Xəbərdarlıqlar çox etməyimə baxmayaraq, sözümü ciddi almayanları bloka atıram. Tağdan da çıxardanda, inciyirlər. İnciyirsiniz?! Gedin, su için!
    Xəstələr: bəyənmə, şərhlərin sayını önəmli bilən, dostluğunda olanların onun səhifəsindəki paylaşımlarına aktivliyini nəzarət altına alanlar da az deyil. Sanki borcdur, “sən bəyən ki, mən də bəyənim, sən şərh yaz ki, mən də yazım!”. Bu da qərəzlilik prinsipinə əsaslanır.
    “Elmi əsər yazanlar”: Bəzi və ya bir çox istifadəçilər tanıdıqları və tanımadıqları adama dissertasiya ölçüsündə inboksa ismarıc yollayır ki, bunu da anlaya bilmirəm. Dəxlisiz mətn, şəkillər göndərənləri isə blok etməkdən başqa çarəsi yoxdur.
    Selfişünaslar: Selfi və şəkil xəstələri harada gəldi və nə gəldi, istənilən pozada şəkil çəkdirən adamlardır. Mənim üçün yorucu insanlardır.
    Virtual dünyanın real səfehləri və avaraları

    Bir çox qız və oğlanlar sosial şəbəkədə və tanışlıq saytlarında adam tutmağa çalışır, peşiman edirlər kiminsə paylaşımını bəyənməyə, paylaşmağa, şərh yazmağa, qrupda nəsə paylaşmağa. Hava dəyməyə qoymurlar, dərhal ya inboksa yazmalıdırlar, ya da dostluq yollamalıdırlar.

    Problem: Ünsiyyət riski və insanların real həyatda olduqları kimi virtual həyatda olmamasıdır. Ən əsası öz həyat, təbiət, sağlamlığına, vaxtına dəyər verməməsidir. Bu isə bu cür problemləri olan insanların digər normal insanları narahat etməsi ilə nəticələnir.

    Allah bizə ağıl və səbr versin!

    Günel FƏRHADQIZI

  • Rafiq ODAY.”Şərəfli ömrün yaşantıları”

    hcq

    Hacı Cəfər həkim Quliyevlə bağlı yayılan yanlış, araşdırılmamış söz-söhbətdən anladım ki, deyəsən bu münasibətdə olanlar ali dərəcəli cərrah, özü-öz üzərində cərrahiyyə əməliyyatı aparan (dünyada1-2 belə nümunə var), bu günə qədər minlərlə təmənnasız cərrahi müdaxilələr edən, minlərlə insanı yenidən həyata qaytaran, minlərlə insanın ümid və pənah yeri olan bu dəyərli insan haqqında yetərincə məlumatlı deyillər. Ona görə də bu müdrik insanın siqaretin zərərlərindən bəhs edən “Tüstü də var ocaq söndürür” kitabına yazdığım ön sözü dəyərli oxuculara təqdim edirəm.
    Məsləkdaşlarıma da üz tutub deyirəm: hər hansı bir informasiyanı yayarkən, diqqətlə araşdırın, həqiqəti axtarıb tapın, vicdanınızin səsinə qulaq asın, yüngül reytinq dalınca qaçmayın.

    Giriş

    Bir neçə il bundan əvvəlin söh­bətidir. Azərbaycan ədəbiy­yatının və mədəniyyətinin böyük dostu və cəfakeşi, minlərlə insana yenidən həyata qayıtmağın sevincini bəxş etmiş, tanınmış həkim-cərrah Hacı Cəfər Quliyevlə söhbət əsnasında dedi ki, bacıoğlu, mənim «Tüstü də var ocaq söndürür» kitabımı nə zaman çapa hazırlayırıq? Dedim ki, Hacı, nə zaman uyğun görsəniz, mən hazır. Qeyd edim ki, Hacı Cəfər həkimlə bizim bu qəbildən bir neçə iş birliyimiz olub. Hər biri də çox uğurlu alınıb və oxucular tərəfindən sevilən kitablar­dan olub. Bu sıraya Azər­baycan poezi­yasının sönməz günəşi, ustad şairimiz Məmməd Araza həsr olunmuş «Haq­qın var yaşamağa» və «Bu da belə bir ömürdü»… kitab­larını, görkəmli aka­demik, dünya şöhrətli rentgenoloq-alim Rəhim Rəhimova həsr olunmuş «Ordubad­dan doğan günəş» (I və II nəşrlər) və Sumqayıt səhiyyə­sinin bü­növ­rəsini qoyanlardan biri, Sum­qa­yıtda və onun hüdud­larından kənar­da hamının tanıdığı mərhum həkim-cərrah İzzət Sadıxova həsr olunmuş «Burdan bir loğman köçdü» kitab­larını daxil etmək olar….
    Hamının maraq dairəsində olan kitab
    Açığını deyim ki, «Tüstü də var ocaq söndürür» kitabının çapa hazırlanmasını mən də səbirsizliklə gözləyirdim. Çünki bu kitab bəşə­riyyət üçün qarşısıalınmaz bəlaya, milyon­larla insana fəlakət gətirən faciəyə çevrilmiş, bütün pis əməl və vərdiş­lərin nüvəsi sayılan siqaretə və bu bəladan qurtuluş yollarının göstəril­məsinə həsr olunmuşdu. Kitabın adını ən uğurlu tapıntılardan biri kimi dəyərləndirirəm: «Tüstü də var ocaq söndürür». Normalda biz tüstünün ardınca ocağın bir az da gur yana­cağının şahidi olmuşuq, ancaq bu tüstü o tüstülərdən deyil. Bu tüstü hər il dünyada mil­yonlarla ocağı sön­dürür, milyon­larla ananı balaya, bacını qardaşa, gəlini ömür-gün yoldaşına həsrət qoyur. Bu elə bir tüstüdür ki, insanı cəmiyyətdən tamamilə təc­rid etmirsə də, ətrafın­dakılar ara­sında arzuolunmaz şəxsə çevirir.
    Bir haşiyə
    Hacı Cəfər həkim hələ sovet höku­mətinin qılıncının dalının da, qaba­ğının da kəsdiyi bir vaxtda Sum­qa­yıtdakı mövcud ekoloji faciə ilə bağlı müxtəlif nüfuzlu mətbu orqanlarda silsilə məqalələr dərc etdirmiş, Sumqayıtın harayını bütün dünyaya yaymış, zəhərli kimya zavodlarının Sumqayıta o dövrdə SSRİ kimya naziri, milliy­yətcə erməni Kostantov tərəfindən planlı şəkildə bilərəkdən zəhərli kimya zavodları Azərbaycana yö­nəldilmişdi. Bununla da o Azər­bay­can xalqına qarşı kim­yəvi genosid siyasəti yeritmişdi. Buna etiraz əlaməti olaraq o zaman Hacı Cəfər həkim “Gənclik” jurna­lında “Cəhən­nəm” adlı geniş məqalə ilə çıxış etmiş və bu məqalədəki tutarlı faktlar “Azadlıq” radiosunun əməkdaşı Mirzə Xəzər tərəfindən 3 gün dalbadal bütün dünyaya bəyan edilmişdi. Mən deyərdim ki, bu gün Sumqayıtdakı zə­hərli və zərərli sə­naye müəssisələrinin bağlanma­sında, Sumqayıtın nəinki Azər­baycanın, eyni zamanda re­gionun ən gözəl və ekoloji cəhət­dən təmiz şəhərlərindən birinə çevrilməsində, mən deyərdim ki, Hacı Cəfər həkimin həyəcan təbilinin də özünəməxsus rolu və payı olmuşdur.
    Yuxarıda qeyd etdiyimiz kimi, illər yormuş həkim-cərrah Hacı Cəfər Qu­liyev yarım əsrdan artıq bir müd­dətdə şəfalı əlləri və cərrah bıçağı ilə minlərlə insana həyat bəxş etmişdir. Çox ürəkaçan və qürurverici haldır ki, həkim-loğman, şəfalı əlləri ilə bərabər müdrik məsləhətləri, orta və ali mək­təblərdə, müxtəlif idarə və müəssi­sələrdə siqaretin törətdiyi fəsadlarla bağlı təbliğat və təşviqat kampa­niyaları ilə minlərlə insanın bu bəla­dan uzaq durma­sına nail ol­maqla tə­mənnasız onları ölümün cay­nağından çəkib qur­tarmış və saysız-hesabsız ailələrə sevinc bəxş etmişdir.
    Mənə həvalə olunmuş missiya
    Hacı Cəfər həkim Məşədi Əsəd oğlu Quliyevin “Tüstü də var ocaq sön­dürür” kitabının redaktoru oldu­ğundan və ön söz yazmaq mənə həvalə olunduğundan, kitabı bir neçə dəfə oxumalı oldum. Açığını deyim ki, kitab o qədər diqqətimi çəkmişdi ki, hər oxu­nuşda yeni və maraqlı nələrsə ta­pır­dım özümçün. Kitabı vərə­qlə­yən hər bir oxucu görəcək ki, bu kitab adi publisistik kitab deyildir. Bu kitabı siqaret haqqında indiyə qədər yazıl­mışların məcmusu da adlandırmaq olar. Çünki bu ki­tabda siqaretin yaranma və dünya ölkələrinə yayılma tarixi haqqında müfəssəl məlumat, siqaretin tərkibində olan 4 minə yaxın yaxın zəhərli kimyəvi maddənin tərkibi və törətdiyi fəsadlar haqqında geniş elmi izahat verilir. Həmçinin il ərzində siqaretin yaratdığı bu və ya digər xəstəliklərdən ölənlərin statis­tikası aparılır, tütün və tütün məmu­latlarının dünya ölkə­lərinə və xalq­larına bəxş etdiyi bədbəxtliklərin, fəlakətlərin mən­zərəsi göz önündə canlandırılır və bu müthiş bəladan qur­tulmağın yolları tövsiyə şəklində oxucuların nəzərinə çatdırılır.
    Bu məsələdə ömrünün 50 ildən artığını təbabət elminə həsr edən, insanların yenidən həyata qayıt­maları üçün gecəsini gün­düzünə qatan Hacı Cəfər həkim Quliyevin uzun müddətli tarixi və elmi araş­dırmaları köməyinə çatmışdır. Kitabın dili aydın və rəvan­dır. Ona görə də yorucu deyil. Oxucu kitabı bir nəfəsə oxuyub başa çat­dırmaq istəyir. Kitabda çoxlu tutarlı faktlara istinad edildiyindən, həmçinin olmuş hadi­sələrdən ibarət heka­yətlərə yer ayrıl­dığından həmişə ma­raq dairəsində olur. Müəllif siqaret çəkmənin bəşəri bir bəla olduğunu, hər il bu bəladan milyonlarla insanın dünyasını dəyiş­diyini, minlərlə körpə­nin bu bəlanın törətdiyi fəsadlar nəticəsində şikəst dünyaya gəldiyini ön plana çəkir, siqaret çəkənlərin özləri ilə bərabər ailə üzvlərini də, ətrafındakı insanları da bu şeytan əməlinin bəlasına mübtəla etdiklərini vurğulayır.
    Kitabda Azərbaycanda tütünçü­lüyün bölgələr üzrə inkişafına xüsusi diqqət çəkilmiş, bu inkişaf kitabda yer almış statistik gös­təricilərdə öz əksini tapmışdır.
    1985-1995-ci illər ərzində Bakının və respublikamızın digər iri şəhər­lərinin küçələrini bəzəyən allı-güllü reklamlara xüsusi münasibət bildirən və hələ o illərdə çəkdirdiyi bu reklam lövhələrinin şəkillərini də kitaba daxil edən müəllif, bu reklamların kimlə­rinsə əli ilə xalqımıza qarşı yönə­l­dilmiş planlı bir zəhərləmə siyasəti olması qənaətindədir.
    Bu gün dünya ekoloji böhrandan, ekoloji tarazlığın pozul­masının əmələ gətirdiyi fəlakətlərdən danışır. Müəllif qeyd edir ki, siqaretin insan orqaniz­minə vurduğu zərbə digər ekoloji fəsadların törətdiyi bəlalardan heç də geri qalmır. Əgər hər 10-12 sani­yə ərzində bir nəfər siqaretçəkmə nəti­cəsində əmələ gələn hər hansı bir xəs­təlik nəticəsində dünyasını dəyi­şirsə, görün bu bir ay ərzində, bir il ərzində nə qədər insanın həya­tını itirməsi deməkdir.
    Münasibət
    “Tüstü də var ocaq söndürür” ki­tabına Azərbaycan Milli Elmlər Aka­de­miyasının həqiqi üzvləri mərhum akademiklər Budaq Budaqov və Rəhim Rəhimovun, akademik Böyük­kişi Ağayevin, Azərbaycan Milli Elimlər Akademiyasının müxbir üzvləri profes­sorlar Mustafa Salaho­vun, Yavuz Rüstəmovun və Firudun Məm­mədovun rəy verməsi bu ki­tabın böyük əhəmiyyət kəsb etmə­sindən xəbər verir.
    Hacı Cəfər həkim Quliyevin «Tüs­tü də var ocaq söndürür» kitabı vətən, millət sevgi­sindən qaynaq­lanan vətəndaşlıq qayəsi ilə yazılmış bir kitabdır. Yuxarıda da qeyd etdiyim kimi, bu adi bir kitab deyildir. Bu bütün dünya xalqlarını bu bəla ilə mübarizədə əlbir olmağa səsləyən bir həyəcan təbilidir. Müəllif bəşər övladının özünü öz əlləri ilə ölümün cay­nağına atmasını heç cürə anlaya, həzm edə bilmir və bunu Allaha – ulu yaradana asi olmaq kimi dəyər­ləndirir. Çünki müqəddəs kitabımız «Qurani-Kərim»də, həmçinin digər müqəddəs kitablarda özünə bilərək­dən qəsd etmək, özünü bilərəkdən ölümə sürükləmək ən böyük günah­lardan sayılır. Müəllif qeyd edir ki, siqaretə aludəçilik insanları o vəziy­yətə gətirib çıxarır ki, mütəmadi olaraq dünya dövlətlərində siqaretin qiyməti insanların büdcəsinə təsir edəcək qədər artsa da, bu bəlaya meyl nəinki azalmır, hətta bir az da artır. Siqaretə bu dərəcədə meyl­liliyin, nəha­yətdə bəşəriyyətin faci­əsinə gətirib çıxaracağı şəksizdir. Çünki il ərzində milyonlarla insanın siqaretin törətdiyi bu və ya digər xəstə­liklər­dən dünyasını dəyişməsi, bir bu qədər də insanın əlil olması, bir bu qədər də insanın dünyaya şikəst doğulması, nəhayətdə bəşə­riy­yətin cılızlaşmasına və sivili­zasiyanın məhvə məhkum olmasına gətirib çıxaracaqdır.
    Müəllif Azərbaycanda siqaret inhisarının xarici şirkətlərin əlində olmasını da respub­likamızda siqaret çəkməyin geniş yayılmasını şərtlən­dirən amillərdən biri hesab edir. O vətəndaşlıq qayəsindən çıxış edərək res­publika rəhbərliyinə, şəhər və rayon başçı­larına, məktəb direk­torlarına, təlim-tərbiyə ocaqlarının rəhbərlərinə, valideynlərə müra­ciət edir. Siqaretə qarşı mü­barizədə onları sağlam gələcəyimiz naminə əlbir olmağa çağırır.
    Tanrı bəxşişi
    Qeyd etdiyimiz kimi Hacı Cəfər həkim bu kitabı yazarkən ancaq və ancaq millətin sağlamlığını, saba­hımızın qurucuları olan gənclərin sağlam mühitdə və sağlam ruhda böyümələrini, gümrah, problemsiz ailəyə sahib olmalarını fikirləşib. Şan-şöhrət, ad-mənsəb xülyasına düşməyib. Çünki Hacı Cəfər həkim bütün ömrü boyu insanların sağ­lamlığı keşiyində təmannasız dayan­dığından, gecəsini gündüzünə qata­raq ondan şəfa diləyənlərin ümid­verici və bəzən də yalvarıcı baxış­larını doğrultmaqla məşğul oldu­ğundan, heç şöhrət haqda fikirləş­məyə vaxtı da olmayıb. Ancaq Allah-təala hər şeyi görən və biləndir. Ulu tanrı edilən təmənnasız yaxşılıqları əvəzsiz qoymayib. Elə məhz bu sadalananların nəticəsidir ki, bütün məqam­larda şöhrət özü gəlib Hacı Cəfər həkimi tapıb.
    Bu loğmanlar loğmanına, bu alilər alisinə Allah-təalanın lütf etdiyi özəllikləri aşağıdakı kimi sistem­ləş­dirsək, ən doğrusunu etmiş olarıq.
    Hacı Cəfər həkim Quliyev:
    – böyük ürək sahibidir, hamının sevincinə sevinən, kədərinə kədərlənən bir insandır. Ömrü ağrı-acı əhatəsində keçsə də, heç kimə ağrı-acının nəsib olmasını istəməyib;
    – vətən, millət, yurd-yuva sevda­lısıdır. Və­tə­nin ən çətin mə­qam­larında, Qarabağ müha­ribəsinin odlu-alovlu günlərində təmənnasız yardımını el-obadan əsirgəməyib. Vətənin dərdlərinə aşıyan, vətənin dərdlərini ürəyində daşıyan bir vətən oğludur.
    – müqəddəs Məkkə ziyarətinə gedərək Hacılıq titulu qazanan və bu titulu şərəflə daşıyan bir iman əhlidir.
    – Azərbaycanın poeziya günəşi, dünya poeziyasının sönməz ulduzu, ustad Məmməd Arazla yarıməsrlik bir dövr ərzində dostluq və qardaşlıq edən, onun həyatının ən çətin mə­qam­larında həyanı olan, yaşamasına stimul verən bir ürək dostudur (Hacı Cəfər həkim Quliyev bu illər ərzində Məmməd Arazın xəstəliyinin kəskinləşdiyi dönəmlərdə 3 dəfə ustad sənətkara öz qanını köçürmüşdür).
    – Azərbaycan ədəbi mühitində özünə­məxsus dəsti-xətti olan, 5 kitabın, yüzlərcə bir-birindən maraqlı elmi və publisistik məqa­lənin, çoxlu sayda müxtəlif səpkili şeirlərin müəllifi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü olan urvatlı bir qələm adamıdır.
    – çoxillik səmərəli fəaliyyətinə və təmənnasız xidmətlərinə gö­rə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən “Şöhrət” or­deni ilə təltif edilmişdir, səhiyyə əlaçısı və ali dərəcəli həkim-cər­rahdır. Ən əsası isə minlərlə insanın sevgi və sayğısını qazan­mış, minlərlə insanın qəlbində möhtəşəmlik taxtı-tacını qurmuş, res­pub­likamızın hansı rayoununa, hansı qəsəbəsinə, hansı kən­dinə yolunu salsa, ayağının altında qurbanlar kəsilə bilə­cək bir izzət sahibidir… Bunlar hələ harasıdır ki…
    Sadaladığım və sadalamadığım bu qədər məziyyətlərə, bu qədər yüksək keyfiyyətlərə sahib olmaq Allah-təalanın bəxş et­diyi ən böyük mükafat deyilmi?
    Nəticə
    Hacı Cəfər həkim Quliyevin qəlbi bu gün də gənclik sevdası, ya­şamaq, xalqın sağ­lamlığı keşiyində dayanmaq, yazıb-yarat­maq, köməksizə kömək, dayaqsıza dayaq olmaq eşqi ilə döyü­nür. Bu döyüntü bir sinfoniyaya çevrilərək, dalğa-dalğa bütün məm­ləkəti dolaşır, mən varam, mən həmişə sizinləyəm, bütün mə­qam­larda mən sizin yanınızdayam deyir.
    Biz də bu Dədə Qorqud yadigarına, el loğmanına, kimsəzizlər dədəsinə Allah-təaladan möhkəm can sağlığı, uzun ömür, prob­lem­siz ömür-gün ar­zulayır, “Tüstü də var ocaq söndürür” kita­bı­nın düşərli və insanların bu bəşəri bəladan qurtulmasına vəsilə ol­ma­sını arzu edirik.

    Rafiq ODAY,
    Əməkdar jurnalist.

    cenabrafiqoday

  • Şəfa VƏLİYEVA.“El dilində yazan şair”

    1915291_748109358667106_2463672035380493579_n

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Həyatın maraqlı müqayisələri var. Bir-birindən çox uzaqda olan iki insanın bənzərliyi kimi. Mənə elə gəlir ki, bu an mənim Gəncədə oturub hiss etdiyim təəssüfü Bakıda da Şəlalə Pənah yaşayır. “Mənim kitabxanam”-deyib ürəklə bəhs etdiyim bir məkan yoxdur, amma “mənim kitablarım”-deyə biləcəyim varidatım az deyil. A4 ölçülü kağızların mağazaya boşaldılandan sonra atılan qutularından bəlkə də iyirmi dənəsi ağzınacan dolu kitabla boş bir otaqda. Və elə boyumdan böyük arzum var ki, bir gün divarboyu kitab rəfim olacaq və mən də o kitabları səliqəylə düzəcəyəm, istədiyim zaman hansı lazımdısa, asanca əl atıb götürə biləcəyəm. Boyumdan böyük ona görə deyirəm ki, bu arzuya əlim çatmır. İllərdir yüz kərə “hoppandım”, iki yüz kərə “əl uzatdım”, sayını uzatdığım dəfələrdə ayağımın altına bütün bacarığımı qoyub yuxarı dartındım, amma əlim çatmadı. Bax, bu hissləri eynən Şəlalə Pənahın da öz kitablarına baxıb yaşadığını düşünürəm.
    Netbuku qarşıma qoyduqda Mücirrəddin Mübarizoğlunun mənə göndərdiyi “Xatirədir səndən mənə göz yaşı” adlı kitabı haqda yazmaq istəyirdim, amma, Şəlalə Pənahdan bəhs etdim. O qız da gözəl şairdi.. “Masal şehir”i yazan şair.
    Mücirəddin isə müasir ədəbi gənclikdə Şəlalədən çox fərqli obrazdı mənim üçün. O, bir təbiət sevdalısıdır. Onun kitabını əlimə alınca dilimdən süzülən bu sayaçı sözləri oldu:

    Nənəm, a narış qoyun,
    Yunu bir qarış qoyun.
    Nənəm səndən küsübdü,
    Südü ver, barış, qoyun.

    Mücirəddinin şeirlərinin əksəriyyətində mütləq belə bir səmimilik və saflıq vardır ki, adamı özünün yaşadığı zamanlardan çox öncəyə, Bəy İnalın atının nalından çınqı qopduğu çağlara aparır. Orda, sanki, hər şey fərqli görünür. Bəlkə də, heç Bəy İnalın vaxtında da bir qoyuna “narış” demirdilər. Axı, qoyun narıncı rəngdə olmur. Vallah, olmur. Mən dördüncü sinifdə oxuyanadək quzu sırasına da getmişəm, qoyun da otarmışam, keçinin arxasınca meşənin sıx yerindən keçib talaya da çıxmışam. Amma, heç narıncı qoyuna rast gəlməmişəm. Demək ki, ulularımız “narış qoyun” deyərkən o qoyunu əzizləmiş, ona öz mehrlərindən pay ayırdıqlarını, bərəkətini qutsal tutduqlarını belə ifadə etmişlər.
    Mücirəddinin şeirlərində bu xalq dilinin saflığı elə gözəl şəkildə verilib ki…Qaradamın atması kimi atılıb, çatması kimi elə çatılıb ki, adam az qalır, elə əlini göylərə aça. Deyə ki, “Ay İlahi, bərəkətinə qurban olum yaratdığının, kəramətinə min şükür!” Mücirəddinin müraciət etdiyi obrazı qoyuna bənzətməsi heç də o demək deyildir ki, bu xalq ədəbiyyatından bənzətmədir. Əsla! Bu, Mücirəddinin xalqın özünün tarixindən, yaşamından, beyninin bir küncündə saxladığı gələnəksəl yaddaşın izlərindən ustalıqla, çöl şairi kimi bəhrələnməsidir:

    Dəli qoyun kimi üstümə gəlmə,
    Qaşın var demədim gözünün üstdə.

    Mücirəddinin kitabında misra-misra getdim mən kənd həyatına. Orda da dinc durmadım, heca-heca yaddaşımı qurdaladım, bulağa getdim, moruq kolunda əllərim cızıldı, gölməçələrdə çömçəquyruq daşlayıb suyun durulmasını gözlədim… Və döngənin başında al-əlvan geyimli bir dəstə qıza rast gəldim. Yolotu yığmaqdan gəlirdilər Xəndəyin başından. Döngənin başında ürkəkcəsinə dayanıb bitməyən söhbətin bir epizodunu sonlandırmaq istəyirdilər. Hərənin baxışları öz ata evinin çəpərini dolanırdı. Doğma qonaq olduqları evdə. Bu qonaq məsələsini də Mücirəddin yadıma saldı:

    Qızlar qonaqdılar ata evində.

    Bax, bu bir misrasıdı çöl şairinin… Başqa birində isə bu qızlardan birinə yalvarış dolu hikkə göndərir:

    Sonuma çıxan qız, yoluma çıxma!

    Yaxud:

    Yetim qoyma, ələ baxan olmasın,
    Küçə-küçə dolandırma bu eşqi.

    Gənc şairin saz sevdası da ayrı cürdü. “Haqq aşiqi” deyilən o inam yaşasaydı, əminəm ki, bunu məhz Mücirəddinə aid etmək olardı. Onun ürəyindəki tüm yanğıları, arzuları, təpəri sazla dilə gətirməsi məni bu fikrə gətirdi. Mücirəddin deyir ki:

    Al sazını, “Kərəmi” çal, dərd oxu!

    ***
    Bağlayıb özünə “Sarıtel” məni,
    Canımdan keçərəm saz havasına.

    Sonra sevdiyiylə əhd-peyman bağlayır: “Neçə aşıq toyumuzda çalmalı!”. Bütün bunlardan ötədə onun sazla bağlı nəziri də var:

    Qarabağda aşıq bir “Cəngi” çala,
    Vallah, ürəyimi, verərəm şabaş.

    Mücirəddin Mübarizoğlu, bax, belə şairdi. Sarı-boz çöllərin şairidi, o çöllərin yaraşığı olan tərəkəmə elatının oğludu. Güman ki, o, hərəsinə bir ad qoyub əzizlədiyi quzularını da şeirlə, nəğməylə örüşə ötürür.
    Mücirəddinin yaradıcılığında xalqın “öz” anlamı olduğu kimidir-bəzəksiz, saya rəngli, dodağında söyləmələr, baxışında əzizləmələr. Kitabda rast gəldiyim divani, müsəddəs, müxəmməs, dodaqdəyməz kimi şeirlər bu səbəbdən məni təəccübləndirmədi. Mən el dilində yazan çöl şairindən elə bunu da gözləyirdim. Axı, bunu o, özü demişdi ki:

    Cismən ölsə, ruhən ölməz,
    El dilində yazan şair.

    (Gəncə)

  • İlham ƏLƏKBƏROV.”Mənim universitetim”

    m

    İnsan ömür kitabına yazılan hər ili bir cür əzizləyir. Düzdür, bəzən kimsə, hardasa ömründən müəyyən zaman kəsiyini sinif otağındakı lövhəyə yazılmış səhv misal kimi silmək istəyir. Lakin, bu silinməyi arzulanan zamanlar heç vaxt bir il qədər möhtərəm ola bilməz. İllər haqqındakı fəlsəfəyə məni kökləyən dayandığım pillələrdi. Azərbaycan Dövlət Aqrar Universitetinin pillələri. Ömrümün neçə ilini bu pillələrdə addımlayaraq möhtərəmliyə çatdırmışam, onu hesablamaq istəyirəm. Tələbə kimi ürkəkcəsinə çıxdığım pillələri müəllim olaraq şəstlə addımlayacağam deyə düşünmüşdüm bu təhsil ocağına dərs deməyə gələndə. Lakin, olmadı… İllərin qoynunda oxşayaraq böyütdüyü həyəcanlar məni tərk eləmədi. Bu gün də sinif otağının qapısını çəkinə-çəkinə açıb içəri girirəm. Tələbələrin üzündəki mənə tanış ifadələr də illərin o üzündən bəri köhnə və dəfələrlə oxuduğum kitab kimi qarşıma çıxır. Onların hər dərs qabağı, hər imtahan öncəsi yaşadıqları dilsiz-ağızsız titrəyişlər bir müəllim kimi məni də doğma universitetin açıq pəncərələrinə doğru “qovur”. Burda, açıq pəncərədən görünən həyətdəki ağaclarla da doğmalaşmışıq artıq. Bura mənim dünyamdır…
    Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ötən il Təhsil Nazirliyinin “İctimai təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində “Azərbaycandan kənarda təhsil almış məzunlar” təşkilatının hazırladığı “Azərbaycanda ali məktəblərin reytinq cədvəli”nə əsasən Gəncə şəhərində yerləşən ali məktəblər arasında birinci və respublikada fəaliyyət göstərən universitetlər arasında yeddinci yerə layiq görüldü. Mənsə, düşüncəmdə və uğurlarımda başqa bir cədvəl yaratdım; həyatı tanımağımda, elmin uşaqkən mənə keçilməz görünən yollarında inamla addımlamağımda, bu gündən sabaha gedən cığırın başındakı naməlumluğu yenib aydın fikirlərlə müəllim ömrü yaşamağa başlamağımda, tələbələrimin hər birindən gördüyüm dostyana ərki, qarşısında gözlərimi dörd açıb bildiyindən bir damcı “oğurlamağa” cəhd etdiyim professor-müəllim kollektivinin bir üzvü olmağımda hansı zamana və məkana minnətdar olduğumun cədvəli. İçimdəki bu şükranlıq duyğusuyla baxışlarım yenə “Azərbaycan Dövlət Aqrar Universiteti” yazılmış lövhədə qərar tutdu. Mənim ömrümün bundan sonrakına ürəklə addımlamağımı qazandığım zamanım və sevimli məkanım elə buradır!
    Hər il, müntəzəm olaraq keçirilən dövlət əhəmiyyətli tədbirlərdə, tarixi günlərin, milli bayramların qeyd edildiyi vaxtlarda da hələ tələbə vaxtından aktiv iştirakçı olmuşam. Bu, doğma universitetimin mənə üzüyuxarı addımladığım pillələrinin ərməğan etdiyi özgüvən duyğusudu. İllər sevimli məkana kürəyini söykəyib bu özgüvənimi də böyütməyi bacarıb. Ona görə də bu gün universitetimizdə keçirilən istər elmi konfranslarda, istər tarixi günlərə, istərsə də Azərbaycan tarixinə öz ömrüylə şan qatmış mütəfəkkirlərimizin, şairlərimizin, incəsənət xadimlərimizin yaradıcılığına həsr olunmuş tədbirlərdə tələbələrin aktivliyi məni sevindirir. Bu gün ADAU məcazi mənada “həyatın qoynuna atılmış” tələbənin özünü tapmasında, hərtərəfli inkişafında əsl imkandır. Universitet öz qapılarını taybatay açır, tələbəni qayğıyla qoynuna alır, ona doğru yolu göstərir, üstəlik, onun nəyi bacarıb-bacarmadığını, nəyi istəyib-istəmədiyini də dostcasına anlamağa çalışır. Tələbələrin fərdi bacarıq və istedadlarının üzə çıxarılması üçün təşkil olunan musiqi, şeir saatları, rəsm sərgiləri aqrar sahədə mütəxəssis olmağı hədəfləyən gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların mənəvi rahatlığını da təmin edir. Yeni tikilmiş yataqxanada olan trenajor zalı, tennis otağı tələbələrin dərsdənkənar maraqlarına uyğun olmaqla, onların fiziki sağlamlığına da xidmət edir. Şahmat isə ali tədris müəssisəsinin tələbə və müəllimlərinin əksəriyyəti tərəfindən sevilir, yüksək intellekti formalaşdırır. Hər il keçirilən məzun yarmarkası isə tələbələrin diplom alandan sonra işlə təmin olunmasına hesablanıb. Hətta, universitetdə, quşçuluq, balıqçılıq tədris mərkəzində tələbələrə təhsilini davam etdirə-etdirə işləmək imkanı da yaradılmışdır.
    İl ərzində respublikamızın müxtəlif rayon və bölgələrində istehsalat təcrübəsi keçən tələbələrin təkcə nəzəri biliklərlə yox, praktiki işlərlə də tanışlığı onların gələcəkdə yaxşı mütəxəssis olmasının zəminidir. Universitetimizin Beynəlxalq əlaqələr şöbəsi isə tələbələrin xaricdə təhsil alması üçün böyük işlər görür. Eyni zamanda, xarici ölkələrin vətəndaşı olan tələbələrin təhsili üçün də şərait yaradır.
    ADAU-ya, həmçinin, 2015-ci ildə “Azərbaycan universitetləri” facebook səhifəsi tərəfindən 2014-2015-ci tədris ili üçün keçirilən “ən yaxşı universitet” sorğusunun qalibi və “ən yaxşı rektor” diplomu təqdim olunub. Bəli, Ən Yaxşı Rektor! Professor İbrahim Cəfərovun tələbələr üçün etdikləri onun “ən yaxşı” statusuna layiq görülməsinin səbəbidir. İmtahan sessiyasından sonra əlaçı tələbələrin istirahətinin, gəzintilərinin təmin olunması da başqa tədris əhəmiyyətli məsələlər kimi birbaşa rektorun nəzarətindədir. “Şəffaf universitet” kimi də şöhrətlənmiş ADAU-da tələbələr imtahan bitən kimi nəticələrlə tanış olmaq imkanına malikdir. Altı korpusun hər birində tələbələr aqrar biliklərə həm nəzəri, həm də praktiki cəhətdən yiyələnməklə imtahanlara yüksək səviyyədə hazırlaşırlar.
    Təbii ki, tələbələrin hər birinin tələsik addımlarla yüyürüb qapısını gözüyumulu açdığı bir məkan da kitabxanadır. 600 mindən çox kitabla təmin olunmuş əsaslı kitabxanada dərsliklərdən və elmi kitablardan əlavə tələbələrin asudə vaxtlarında sevərək vərəqləyə biləcəkləri milli və dünya ədəbiyyatı tarixinin inciləri də vardır. Kitabxana, eyni zamanda, birbaşa internetə çıxışı olan kompyuterlərlə də təchiz olunmuşdur. Tələbə, yaxud, müəllim istənilən an kompyuterin qarşısında əyləşərək elmi-texniki inqilablar və yeni kəşflər, nəşr olunan kitablarla gecikmədən tanış ola bilər. Əlbəttə ki, bir müəllim kimi kitabxana mənim üçün də maraqlı məkandır. Bir aqromühəndis kimi bu gün yaşadığım ömrün hər günü üçün ADAU-ya minnətdaram. Və bir müəllim kimi bildiklərimin hamısını tələbələrimə öyrətməyə can atdıqca ömrümə yeni bir anlam qatdığımın fərqindəyəm. Axı, rektorumuz demiş: “Hər birimizin əvəzedicisi olmalıdır”.

    Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi

  • Yaxşı mütəxəssis olmaq üçün yaxşı insan olmaq gərəkdir

    http://s008.radikal.ru/i305/1606/2b/3965a88a4864.jpg

    Onun fəaliyyəti haqqında müxtəlif qəzet və jurnallarda bir sıra məqalələr dərc olunub. Hər dəfə bu yazıları oxuyanda düşünmüşəm ki, ömrünü xalqın övladlarının tərbiyəsinə, təhsilinə həsr edən bu ziyalı xanımın böyüklüyünü ifadə etmək üçün təkcə sözlər kifayət etməz. Analarımızı müqəddəs edən onların təmənnasız məhəbbətidir. O məhəbbət ki, bizə həyat bəxş edir, bizi yaşadır.
    Sona xanım Məmmədova Sumqayıt şəhər humanitar və təbiət təmayüllü “İstedad” liseyində ibtidai sinif müəllimi işləyir. Sona xanımı tanıyanlar onun özünəməxsus nitq mədəniyyətinə, qüruruna, səmimiyyətinə, vətənpərvərliyinə yaxşı bələddirlər. İbtidai sinif şagirdlərinin öz müəllimlərinə bənzəmək istəyi müəllimin şəxsiyyətindən, məhəbbətindən irəli gəlir. Elə Sona müəllimənin sinfində təhsil alan şagirdlərin dili ilə desək, onların müəllimələri heç kəsə bənzəmir.
    Sona müəllimə ilə söhbətim olduqca səmimi alındı. Müsahibə vaxtı valideynlərin gəlişi, onların müəlliməyə dikilən hörmət dolu baxışları, şagirdlərin gözlərindəki sevinc qığılcımları çox söz deyirdi. Sona müəllimə böyük bir fəxrlə onlara baxaraq, “şagirdlərim mənim həyatımın davamıdır. Bilirəm ki, bu gün pöhrələnən körpə fidanlar sabahın alimləri, həkimləri, zabitləri, müəllimləri, sənətkarları olacaqlar. Mənim üçün ən böyük mükafat ilk növbədə onların sağlamlığı, nailiyyətləri, xoşbəxtliyidir. Yaxşı mütəxəssis olmaq üçün ilk növbədə yaxşı insan olmaq gərəkdir. Ona görə də müəllim çalışmalıdır ki, ilk növbədə şəxsiyyət formalaşdırsın” – deyirdi.
    Qarşımda məktəbdə keçirilən müxtəlif tədbirlərdən, açıq dərslərdən Sona müəllimənin şagirdlərinin şəkilləri, şagirdlərin müəllimlərinə yazdığı məktublar, inşalar, albomlar, ürək sözləri var. Sona müəlliməyə verilən saysız-hesabsız sertifikatlar, fəxri fərmanlar onun necə işlədiyini əks etdirən faktlardır. Amma danılmaz bir fakt da odur ki, bu gün Türkiyədə, İspaniyada, o cümlədən digər xarici dövlətlərdə, respublikamızın müxtəlif ali təhsil ocaqlarında, xüsusilə ADA-da təhsil alan tələbələrin sırasında bir vaxt Sona xanımın dərs dediyi şagirdlər də az deyil. Onlar hər yerdə ilk müəllimləri Sona Məmmədovanın adını böyük iftixarla çəkirlər. Sona müəllimə bütün buraxılış siniflərini sevgiylə, hörmətlə xatırlayır, xüsusilə liseydəki ilk sinfini uğurlarının təməli hesab edir. Həmin sinif ki, bütün şagirdlər yüksək nəticələr əldə etmiş, ali məktəblərə qəbul olunmuşlar.
    Həyatda çox əziyyətlər çəksə də, liderlik, düzgünlük amalı olub Sona müəllimənin. Tanrı ona elə güc, elə bir qüvvət bəxş edib ki, işinin yorğunluğunu unudub, vaxtsız dünyasını dəyişən həyat yoldaşı Oktayın yadigarlarına – oğlu Vüsal Məmmədova, qızı Səadət xanım Əliyevaya yalnız pozitiv enerjisini bəxş edib. Hələ 6-7 yaşlarındaykən ölümün amansızlığını dərk etməyən bu varlıqlar ona yaşamaq eşqi bəxş edib. Onların gülüşləri Sona xanımın ömrünün günəşi, səhərlərinin ümidi olub. Sona xanım üçün istər işdə, istərsə də ailədə ən vacib amil tərbiyə olub. Elə bu tərbiyənin nəticəsidir ki, onun ailəsi hər zaman nümunəvi bir ailə kimi tanınır və sevilir. Övladları ailə sahibləri, məsul işçilər olmalarına baxmayaraq Sona xanım bu gün onları, nəvələri Fəridəni, Hüseyn və Oktayı eyni məhəbbətlə sevib-əzizləyir.
    Hər zaman şagirdləri və valideynlər tərəfindən sevilən Sona xanım bu səmimiyyəti şagirdlərinin valideynlərinə borclu olduğunu söyləyir. Onun fikrincə valideynin, şagirdin, müəllimin əməkdaşlığı təhsildə öz effektini daha gözəl büruzə verir. Valideynlər isə övladlarına ana kimi qayğı göstərən, onların bu günü üçün deyil, gələcəkləri üçün narahat olan müəlliməni sözün həqiqi mənasında müqəddəs müəllim, əsl insan kimi sevirlər. Çünki Sona xanım təhsillə yanaşı öz övladlarına olan məhəbbətini şagirdlərinə də bəxş etməyi bacarıb, sinifdə qız uşaqlarına ağıllı, kamallı, ismətli olmaqla yanaşı, öz sözlərini deməyi bacarmaq qabiliyyətini, özlərini müdafiə etmək kimi xüsusiyyətləri, oğlanlara isə qeyrəti, hünəri, məsuliyyəti və vətənpərvərlik hissini aşılayıb.
    Sona müəllimənin rəhbəri olduğu sinif artıq tədris ilini müvəffəqiyyətlə başa vurub. Ən dəcəl şagirdi Həmid, ən nazlı şagirdi Züleyxa olan sinfin bütün şagirdləri fəal və çalışqandırlar. Onları yaşıdlarından fərqləndirən daha bir cəhət – cəsarətli və inamlı olmaları diqqətimi cəlb etdi. Bir zamanlar şagirdlər müəllim və polis olmaq istəyini utana-utana bildirirdilər. Bu gün onların dünyagörüşləri, intelektual səviyyələri inkişaf etdiyindən, vətənpərvərlik tərbiyəsi onlara yaxşı aşılandığından şagirdlər hərbçi, bank işçisi, milli qəhrəman olmaq arzusunda olduqlarını böyük inamla söyləyirlər. İşğal olmuş torpaqlarımızın adları çəkiləndə şagirdlərin gözlərindən hiss olunurdu ki, onlar Azərbaycanın hər qarış torpağını ürəkdən sevirlər.
    Yazdıqlarım Sona müəllimə haqqında fikirlərimin çox az hissəsidir. Ana borcu ödənməz, o da doğrudur ki, ilk müəllim də ana qədər doğma və əzizdir. Odur ki, nə anaların, nə də müəllimlərin fədakarlığının əvəzi ödənilə bilməz.
    Sona xanımın əziz qohumu əməkdar müəllim Mahirə xanım Qasımovanın Sona xanım Məmmədovaya ünvanladığı şeiri sizlərə təqdim edirəm.

    AY SONA XANIM

    (Şeirin müəllifi Əməkdar müəllim Mahirə Qasımovadır)

    Qaşların hilaldır, gözlərin qara,
    Vurğunam səndəki olan vüqara.
    Sınmadın, qürurla durdun ayağa,
    Sonalar sonası, ay Sona xanım!

    Həm ata olmusan, həm də ki, ana,
    Övladlar böyütdün sən yana-yana.
    Həyatın dönəcək bil, gülüstana,
    Sonalar sonası, ay Sona xanım!

    Almasın qəlbini nə qəm, nə kədər,
    Çəkdiyin zəhmətin getməsin hədər.
    Açılsın üzünə günəşli səhər,
    Sonalar sonası, ay Sona xanım!

    Səadətlə Vüsal sevgi payındır,
    Gözəl nəvələrin bağça-barındır,
    Onların varlığı sənin varındır,
    Sonalar sonası, ay Sona xanım!

    Mahirə qələmi alar əlinə,
    Sözlərdən çələnglər taxar telinə.
    Qoy yadigar olsun bu şeirim sənə,
    Sonalar sonası, ay Sona xanım!

    Nisə QƏDIROVA,
    AYB və AJB üzvü,
    “Möhtəşəm Azərbaycan” qəzetinin redaktoru

  • Günel ƏLİYEVA.”Diplomlu savadsızlar, yoxsa taleyimizlə oynayan vicdansızlar?”

    gunelxanim

    -Uşaqlar, ədəbiyyat həyatı obrazlı şəkildə əks etdirən söz sənətidir.
    -Müəllim ,biz ədəbiyyat fənnini niyə öyrənirik?
    -Əyləş yerinə ,sual vermək vaxtı deyil .İmkan ver dərsi izah edim.
    -Müəllim ,elə dərsimizə aid sualdı da.
    -”Əyləş” dedim .
    Deyəsən,ədəbiyyat dərsidi. Az öncə ədəbiyyatın həyatı obrazlı şəkildə əks etdirən söz sənəti olduğunu deyən müəllim şagirdin həyata dair sualının qarşısında aciz qalır.
    Ey hörmətli müəllim ,nəzərinizə çatdırıram ki ,ədəbiyyat sizin kitabdan əzbərləyib söylədiyiniz bir-iki kəlmədən ibarət deyil .Ədəbiyyat həyatın özüdür ,mənəvi paklığımız, düşüncələrimizin inkişafı ,sevinclə kədərin ,zülmətlə işığın, hicranla vüsalın qarşılaşdığı məkan ,insanlığa aparan yol ,Vətən ,ana sevgisini, böyüklərə hörməti ,sevgidə sədaqəti aşılayan fənn, daxilimizdəki səsdir həm də.
    Bəli ,təsssüf ki, ədəbiyyat fənnini ,həyatın fənnini hər gün zirvədən uçuruma sürükləyən diplomlu ,lakin sözü tükənən, ədəbiyyatın mahiyyətini dərk etməyən müəllimlərimizin sayı çoxdur. Həyatın fənniylə oynamaq, fikrimcə ,xalqımızın həyatıyla oynamaqdır .
    Lütfən saxlayın bu haqsız gedişinizi, vicdanınızın səsini dinləyin və məvacib xatirinə ,yalnız öz şəxsi mənafeyinizi düşünüb aldığınız ,diplomunuzla öyündüyünüz mənasız zamanları acı bir xatirə kimi yaddaşınızda saxlayın və gedin, uzaqlaşın bu işdən, sizin təhsil almağa ,öyrənməyə ehtiyacınız var .Siz öyrədə bilməzsiniz, məhv etməyin bu xalqı ,məhv etməyin bu milləti ,gəncliyimizi məhv etdiyiniz, saxta diplomlarınızla öyündüyünüz zamanlar geridə qalsın. Öyrənmək heç vaxt gec deyil .Oxuyun .Mirzə Ələkbər Sabirin satiralarını ,Mirzə Fətəli Axundzadənin komediyalarını .
    Ey hörmətli ,sözü tükənən ədəbiyyat müəllimləri ,ədəbiyyat müəllimi olmaq üçün saxta diplomunuz kifayət etmir .Sizin böyük ürəyiniz ,həyata baxışınız ,ruhunuz olmalıdır ,ruhunuz .
    Ədəbiyyatımız, yəni həyatımızı məhv edirsiniz .Oynamayın taleyimizlə.
    -Aysel ,sabah səndə (sən də )gedəcəksən universitetə ?
    -Hə ,Aytən ,məndə (mən də )gedəcəm .
    -Murad, sənin ixtisasın nədir ?
    -Bialogiya müəllimi .(biologiya )
    -Bəs sənin?
    -Məndə( mən də ) fiolagiya (filologiya) fakültəsində oxuyuram.
    -Hansı fakültədə??
    -Ədəbiyyat, Azərbaycan dili.
    -Həəə.
    -Emil ,oğlum sən hüquqşünassan Muradgilə müəllimi tapşırıq verib.
    -Kontusiyamız (konstitusiyamız )neçə maddədən ibarətdir ?Sən bilərsən, de tapşırığını yazsın.
    -Iıııı deyəsən 110 du ,eyy oxe 120 yadımdan çıxıb.
    -Müəllimə Üzeyir Hacıbəyov harda anadan olub?
    -Otur aşağı müəllimə sual verir buna bir bax.
    Musiqi müəllimi ,yoxsa incəsənətdən xəbərsiz insan?
    Bəli, nə qədər ki ,bu qədər savadsızlığı təbliğ edən ”savadlılarımız” var biz nə Avropaya inteqrasiya edəcəyik ,nə də batil inanclarımızdan, cəhalətdən ,xürafatdan uzaq olacayıq.
    Deyilənlərə görə, müəllimlərin dərs keçmə bacarıqlarının yoxlanılmasından sonra ”əsl müəllimlər ”öz iş fəaliyyətlərini davam etdirə biləcəklər .Yəni, şagirdləri öyrədə bilməyən müəllimlərin özlərini də öyrədən lazım olduğu məsələsi ortaya çıxacaq .Bu lap ayağıyla xəstəxanaya gələn insanı savadsız həkimin ixtiyarına verdikdən sonra o biri dünyaya yola salmağa bənzəyir.
    Gəncliyimizi, gələcəyimizi hər test əzbərləyib imtahandan keçən və ya müxtəlif üsul və vasitələrlə saxta diplomlarla müəllim olan insanlara əmanət edək ,artıq şagirdlərin ,insanların düşüncəsində müəllimlik peşəsini adi ,ucuz, bəsit sənət kimi formalaşdıraq və sonra da ”müəllimin nüfuzunu artırdıq ”deyək.
    Müəllimin, jurnalistin ,həkimin ,mühəndisin- bütün sənət sahiblərinin nüfuzu düşdü .Bilirsiniz nə zamandan? Hər yetənə” tələbə ”adını verdiyimiz gündən.
    Şəxsən tanıdığım bir neçə xanım var ki ,diplomu yaxşı bir oğlanla ailə qurmaq xatirinə alıb .Desinlər ki ,oxumuş qızdır düşüncəsi ,inanın ki ,məhvə sürükləyir cəmiyyətimizi.
    Oyanın, artıq ayılın qəflət yuxusundan .”Molla Nəsrəddin ”jurnalının üz qabığında təsvir olunan bir qrup yuxuya getmiş müsəlmanın karikaturası ,Qasım bəy Zakirin ,Mirzə Ələkbər Sabirin satiraları ,təəssüf ki, hələ də aktualdır .
    Səs salma yatanlar ayılar ,qoy hələ yatsın.
    Yatmışları razı deyiləm kimsə oyatsın.
    Tək- tək ayılan varsa da haq dadına çatsın.
    Mən salim olum ,cümlə cahan batsa da batsın.
    Millət necə tarac olur olsun, nə işim var?
    Düşmənlə möhtac olur olsun ,nə işim var?
    ”Heç vaxt gec deyil ”deyirlər .Amma ,deyəsən ,çox gecikmişik .Heyif ,savadlı və vicdanlı diplomlu şəxslərə- müəllimlərə ,həkimlərə, jurnalistlərə – bir sözlə heyif bu xalqın savadlı insanlarına ki ,savadsızların dərdi ,əslində gələcəyimzlə, taleyimizlə oynamalarının dərdi könüllərini ağrıdır hər gün .Könlün ağrısının təbibi yalnız saflıqla ,sevgiylə ,dürüstüklə bəslənməkdir .Saflığı ,dürüstlüyü, sevgini ,haqqı ,ədaləti isə elmli ,təhsilli ,gerçək diplomlu insanlar öyrədə bilər.
    Elmin bitdiyi yerdə zülm başlayır .Çəkilin yolumuzdan diplomlu savadsızlar .Yox ,yox xalqımızın taleyiylə oynayan vicdansızlar !Könlün ağrısı yaman ağır olur !
    GÜNEL ƏLİYEVA (Azərbaycan dili və Ədəbiyyatı müəlliməsi)

  • XX əsrin Leyli Məcnununu yazdıran tarix-30 iyun

    ____kil

    Sevgi haqqında zaman-zaman tarixin yaddaşında həkk olunmuş, kifayət qədər əfsanələr, nağıllar, poemalar, əsatirlər var. Hər bir xalqın özünəməxsus keyfiyyətləri, mental dəyərləri, adət-ənənəsi, xüsusi ehtiram bəslədiyi hissləri olur. Xalqımızın da xüsusi həssaslıqla yanaşdığı hisslər Allaha sevgi, ehtiram, ailəyə sədaqət, Vətənə sevgi hissləridir.
    Ədəbiyyat tariximiz ən qədim zamanlardan bəri öz önəmini qoruyub saxlamış sevgi dastanları ilə, nəinki Azərbaycan, həmçinin dünya Ədəbiyyatının nadir incisi sayılan Leyli-Məcnunu ilə çoxdan öz sözünü demişdir. Bu gün də əfsanəvi sevgi mövcuddur. Buna misal olaraq ötən əsrin 90-cı illərində baş vermiş sevgi tragediyasını göstərmək olar.
    Tarixdə qalan ən zərif, ən həssas duyğulardan biri də real Azərbaycan ailəsində yaşanmış sevgi hekayəsidir. O hekayə ki, xalqımızın çətin günlərini, qanlı tariximizi və tayı-bərabəri olmayan duyğuları özündə birləşdirən İlham-Fərizə sevgisindən bəhs edir.
    İlham-Fərizə sevgisinin nəticəsi isə Azərbaycan gənclərinə bir milli sevgililər günü bəxş etdi-30 iyun Sevgililər gününü…
    Bir neçə ildir ki, ölkəmizdə qeyd olunan bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.
    Bəs İlham və onun həyat yoldaşı Fərizə Kim idi?
    İlham Allahverdiyev 1962-ci ildəAğdamda anadan olub. Uşaqlığının bir hissəsini Ağdamda – nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan Ilham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır.
    1989-cu ilin 30 iyun tarixində Fərizə və İlham ailə həyatı qurub. 1990-cı il yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxır. İlham həmin gecə, hazırkı “20 Yanvar” dairəsində vurulub.
    Ailə İlhamı həmin günü xəstəxanalardan birində tapır. Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn ediblər. Amma sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar.
    Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, ətrafındakı insanlar bu cəhdinin qarşısını alıblar. Amma qərarında qəti olan Fərizə gecə hər kəsi yuxuya verəndən sonra bir qab sirkəni içir. Və məktub yazmaq istəyir. Amma göz yaşı içində bir-iki cümlə yazandan sonra ardını gətirməyə taqəti olmur. Bətnindəki körpəni də özü ilə məzara aparır…
    Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü- 30 iyun tarixi Azərbaycan sevgililər günü kimi keçirilir.
    Hər bir cəmiyyətin sevgi üzərində qurulduğu nəzərə alınarsa, orada iki insanın bu hisslərini təntənəli şəkildə qeyd edə bilməsi üçün müəyyən bir tarixi günün olması çox vacibdir. Nə yazıq ki, milli sevgililər günümüz nakam sevgi hekayəsindən yadigar qaldı. Əsas odur ki, bu sevgi sıradan bir sevgi olmadı, yarımçıq taleyi ilə bütöv bir tarixə çevrildi.

    Elnarə Günəş,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının xüsusi müxbiri

  • Bəşər övladı kiminsə general doğulduğunu görməyib

    “Biz akademiya bitirməmişik”, – sərkərdə Vasili İvanoviç Çapayev eyniadlı əfsanəvi filmdə belə deyirdi. Bəli,o, özü haqqında bu sözləri söyləyə biləcək yeganə adam deyildir. Tarixin səhifələrinə istinad etsək görərik ki, böyük şəxsiyyətlərin, tanınmışların, sözün həqiqi mənasında seçilənlərin, fərqli insanların çoxu nəinki ali təhsil, heç lazımi ibtidai təhsil də almayıblar. Lakin anadangəlmə istedad və təbiətlərindəki zəhmətkeşlik onları şöhrətin zirvəsinə qaldırıb.

    Yaxşı xatirimdədir. Balaca olanda oxumağı bəhanə edib iş görməkdən imtina edəndə savadsız valideyinlərim əsəbləşər, nədənsə həmişə mənə M.QORKİNİN MƏTBƏXDƏ “ QAB YUDUĞUNU” deyərdilər…

    Sonralar oxuduğum mənbələrdən, keçdiyim həyat dərslərindən aydın oldu ki, sən demə fitri istedad, vergili olmaq, başqalarından fərqli olmaq, nəyəsə başqalarından tez nail olmaq ( hər mənada) ULU YARADANIN möcüsəsidir və bu ONUN seçilmişlərə olan böyük bir ilahi məhəbbətinin, ilahi sevgisinin təzahürüdür.

    Bu bizdə yoxdursa, bunun günahını qarşı tərəfdə, O ali məhəbbətdən yararlananlarda axtarmaq lazım deyil…

    Gəlin sizinlə birgə çox pis təhsil almış ( hətta heç təhsil almamış) insanların necə böyük şöhrət sahibi olduqlarını birgə araşdıraq.

    Orta məktəbi bitirə bilməyən məşhurlar…

    Qrover Klivlend – ( ABŞ prezidenti)
    Cozef Konrad – (ingilis yazıçısı)
    Corc İstmen – (Amerika ixtiraçısı) “İstmen Kodak Komponi”nin sahibi, ilk fotoaparatı ixtira edib.
    Pol Qoqen – (Fransız rəssamı)
    Ernst Heminquey – (Amerika yazıçısı)
    Rudyard Kiplinq – (İngilis yazıçısı və şairi)
    Avraam Linkoln – (ABŞ prezidenti)
    Con Rokfeller – (“Standart Oyl Komponi”nin sahibi)
    Bernard Şou – (İngilis yazıçısı)
    Harri S.Truman – (ABŞ prezidenti)
    Corc Vaşinqton – (ABŞ prezidenti)
    İbtidai məktəbi bitirə bilməyən məşhurlar…
    Corc Qerşvin – (Amerika bəstəkarı)
    Adolf Hitler – (Nasizmin 1 nömrəli lideri)
    Cek London – (Amerika yazıçısı)
    Stiv Makkuin – (Amerika kino aktyoru)
    Frank Senatra – (Amerika muğənnisi və kino aktyoru)
    İosip Broz Tito – (Yuqoslaviya F.R. prezidenti)
    Rayt qardaşları: Orvill və Uilber Rayt – (Amerika ixtiraçıları, ilk təyyarəni ixtira etdiblər)
    Heç məktəbə gedə bilməyən məşhurlar…
    Çarli Çaplin – (İngilis rejissoru və kino aktyoru)
    Çarlz Dikkens – (İngilis yazıçısı)
    Tomas Edison – (Amerika ixtiraçısı, ilk elektrik lampasını ixtira edib)
    Maksim Qorki – (Rus yazıçısı)
    Henri M.Stenli – (İngilis səyyahı)
    Mark Tven – (Amerika yazıçısı)…
    və yüzlərlə belə faktlar sadalamaq olar….

    Nursultan Nazarbayev də Dneprodjerzinsk texniki peşə məktəbində oxumuş, “Kazmetalurqstroy” trestində fəhlə işləmişdir.

    İvan Alekseyeviç Bunin – rus yazıçısı və şairi, 1933-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı İvan Alekseyeviç Bunin 11 yaşınadək evdə tərbiyə alıb, sonra isə cəmi 4 il gimnaziyada oxuyub.

    Böyük prezident, Amerikanın milli qəhrəmanı, qulların xilaskarı Avraam Linkoln kasıb fermer ailəsində dünyaya gəlib. Bu səbəbdən də cəmi bircə il məktəbə gedib və yalnız oxumağı öyrənib. Birləşmiş Ştatların bəxtindən Linkoln böyük oxucu idi. Kitablara olan məhəbbət sayəsində əldə etdiyi bilikləri siyasi karyerasında tamamilə həyata keçirməsi onu ən görkəmli siyasi simalardan birinə çevirib.

    Vinsent Van Qoq – dünya şöhrətli postimpressionist rəssam Vinsent Van Qoq Niderlandın cənubundakı balaca bir kənddə kənd pastorunun (protestant keşişi – tərc.) ailəsində dünyaya gəlib. Uşaqlıqdan qeyri-adi, qapalı və kədərli xasiyyəti ilə seçilən rəssam 7 yaşında kənd məktəbinə getsə də, bir ildən sonra oranı tərk edir.

    Bir neçə ay evdə təhsil aldıqdan sonra balaca Vinsenti evdən 20 km-lik məsafədə yerləşən internat məktəbə göndərirlər. Bu gediş – sürgün uşağı dərindən yaralayır və rəssamın qəlbində ömürlük iz buraxır. Van Qoq bu məktəbdə xarici dilləri öyrənməyə başlayır – bu işdə xüsusi qabiliyyəti var idi – və ilk rəssamlıq dərsləri alır. 12 yaşında gözlənilmədən təhsilini yarımçıq qoyur, evə qayıdır və bir daha heç vaxt məktəbə getmir.

    Fyodor İvanoviç Şalyapin – rus opera müğənnisi, Respublikanın (1918) ilk xalq artisti, kəndli oğlu Fyodor İvanoviç Şalyapin Kazanda anadan olub. Fedya hələ lap uşaqkən əvvəl çəkməçinin, sonra isə xarratın yanında sənət öyrənir.

    Nəhayət, valideynləri onu məktəbə düzəldə bilirlər. Fyodor burada 4 il oxuyub ibtidai təhsil alır. O, çox xeyirxah insan olan müəllimi, böyük musiqi həvəskarı N.V.Başmakova da burada rast gəlir. İncəsənətə marağı da bu yaşlarında yaranır. Atası onunçün bazardan iki manata skripka alır və o, musiqi haqqındakı ən bəsit məlumatları mənimsəməklə bərabər öz-özünə çalmağı öyrənir.

    İosif Brodski – XX əsr Amerika (rus) yazıçısı, 1987-ci ilin Nobel mükafatı laureatı İosif Brodski 1940-cı ildə Leninqradda dünyaya gəlib. Onun uşaqlığı hərbi mühasirə illərində keçib. Böyük şair səkkiz il məktəbə getsə də, yeddillik təhsili olub, çünki sinifdə qalaraq 7-ci sinfi iki dəfə oxuyub. Təhsil heç vaxt İosifin ürəyinə yatmırdı, odur ki, səkkizinci sinifdə məktəbdən ayrılır və “Arsenal” zavodunda frezerçi (frezer dəzgahında işləyən fəhlə – tərc.) kimi işləməyə başlayır.

    Mixail Aleksandroviç Şoloxov – təhsilsiz dahilər siyahısındakı üçüncü Nobel mükafatı laureat idi. Yazıçı bu mükafata 1965-ci ildə kazakların həyatından bəhs edən görkəmli eposları “Sakit Don” və “Oyanmış torpaq” əsərlərinnə görə layiq görülüb. Miхail Aleksandroviç Şoloхov Rusiyanın cənubunda, Rostov vilayətindəki Veşenskaya stanitsasının Krijilino adlı kazak хutorunda, kiçik sahibkar ailəsində doğulub. Ali təhsil ala bilməyən yazıçı yük daşıyan, fəhlə, daşyonan işləyib.

    Yazıçıya dünya şöhrəti qazandıran “Sakit Don” əsəri Birinci Dünya və Vətəndaş müharibələri illərində Don kazaklarının faciəvi həyatından bəhs edir. Bu əsəri çox vaxt XX əsrin “Hərb və sülh”ü adlandırırlar.

    Rus yazarları arasında öz dərin intellektiylə tanınan Anton Çexov isə uşaq ikən dərslərə çox da maraq göstərmirmiş. Bioqrafları bu günahı yazarın atasının ayağına yazırlar. Onun işlətdiyi dükandakı rəflərdə ərzaq məhsullarıyla (çay, konfet, sabun, duzlu balıq) yanaşı, kerosin, dərmanlar, civə, azot turşusu, strixnin və bu kimi mallar qarmaqarışıq halda düzülərdi.

    Dükanda spirtli içkilər də satıldığından atası balaca Antonu dərsə getmək əvəzinə, əl-ayaq işlərində çalışdırırmış, oğurluq olmasın deyə, ona alıcılara göz qoymağı tapşırırmış. Hər cür iylə dolu dükanda, yeyib-içən, söyüşən, hətta dalaşan əyyaş müştərilərin əhatəsində gənc gimnazistin oturub, dərslərə hazırlaşması, diqqətini nəyə isə cəmləməsi son dərəcə ağlasığmaz idi. Həm də dükanın içi adətən soyuq olduğundan Antonun barmaqlarının ucları donurdu.

    Sübh saat beşdə dükanı açan uşaq yarıyuxulu halda oturub, atasının işə çıxmasını gözləyirdi. Atası isə kefinə görə işə başlayırdı. Dükandakı cansıxıcı növbəsini başa vuran Anton, aydın məsələdir ki, dərs oxumağa deyil, tay-tuşlarıyla oynamağa yollanırdı. Mövsümdən asılı olaraq, o, ya çayda çimirdi, ya da xizək sürürdü.

    Bütün bu səbəblər üzündən onun gimnaziyada qabaqcıl şagird kimi ad çıxarması imkansız idi. Hətta o, iki dəfə sinifdə də qalmışdı: üçüncü sinifdə coğrafiyadan və riyaziyyatdan, beşinci sinifdə isə yunan dilindən qeyri-kafi qiymətlər aldığı üçün yuxarı sinfə keçməmişdi. Maraqlı cəhət burasıdır ki, gələcəyin dahi yazıçısı heç ana dilindən də orta qiymət, yənı «4» almağa həmişə nail olmurdu, dəftərlərində daha çox «üç»lərə rast gəlinirdi.
    Kübar ailənin övladı olan Uinston Çorçil uşaq yaşlarından təhsilə, dəftər-kitaba nifrət bəsləyirdi. Öz memuarlarında o, bu barədə belə yazır: «Dayəmlə ilk qiraət kitabımı oxuyub bitirmədən mən bu əziyyətdən qurtulmaq üçün evdən qaçmağı uyğun bildim».

    Bəli, əziz oxucum bunları yazmağa nədən qərar verdiyimi soruşmaq istəsəniz böyük təəssüf hissi ilə qeyd edə bilərəm ki, buna səbəb bu gün dövri mətbuatda, saytlarda maddi maraq naminə hər hansı bir Azərbaycanlı ziyalısının şərəf və ləyaqətini aşılayan yazıların verilməsidir. Nədən bizlər beləyik?

    Yuxarıda qeyd etdiklərimə əlavə olaraqhamımızın yaxşı tanıdığı milyonçu Hacı Zeynalabdin Tağıyevi yadınıza salmaq istəyirəm. O, on yaşından bənnanın yanına usta köməkçisi, 12 yaşından daş yonan, 15 yaşından isə bənnalıq etməyə başlamışdı…

    Bu gün reytinqi olmayan saytlar əlində iki ali təhsil ocağının diplomu olan DGK-nin əməkdaşı Nazim Məmmədov haqqında səviyyəsiz yazılar dərc edirlər. Onun diplomunun özəl olması önə çıxarılır. Halbuki əsl, tanınmış, keyfiyyətli insan olmaq üçün heç də diplomun olması əsas şərt deyil. Bir insan ki, millətinin dərdinə yanıb ziyalısına, milli-mənəvi dəyərlərinə qiymət verirsə, bu yöndə əlindən gələn köməyi edirsə ondan artıq nəsə gözləməyə haqqımız yoxdur.

    Əldə etdiyim məlumata görə N. Məmmədov qədim Ordubad diyarına, eləcə də Vətən məhəbbətinin gənclərə aşılanmasında böyük rolu olan neçə kitabın, dərginin ərsəyə gəlməsində yardımçı olub. Bu gün onun gözəl şeirlərinə yazılmış yüzdən artıq mahnıları vardır. Şairin sevimli xalq şairimiz N. Həsənzadənin dəyər verib, qiymətləndirdiyi – “ Baharı görmədim, qışım tez düşdü” kitabına yazdığı ön sözə diqqətyetirmək kifayətdir ki, onun necə bir insan olması haqqında məlumata malik olasan.

    “Xainlər olubdur, var, olacaqdı
    Onlar xəyanətdə xar olacaqdı.
    Yaxşıya bir Allah yar olacaqdı,
    Oğul, səbrin olsun, bir az asta ol!
    (N. Məmmədov)…

    … Bu cür nəsihətnamələr klassik ədəbiyyatımızda, dastanlarımızda, aşıq şeirimizdə həmişə geniş yer tutmuş, onlardakı fəlsəfi ümumiləşdirmlər və müasirlik ruhu bu gün belə öz bədii dəyərini saxladığına görə bizi heyran qoyur.”.. N.Həsənzadə kiçik bir hissəni diqqətə çatdırmaqla N.Məmmədovun ünvanına daş atanlara şairin öz şeiri ilə cavab verir. Bu gün şairin sevə-sevə oxunan – “Ordubadım”, “Apar məni”, “Gözəlləşən Bakı”, “Mən necə bağban olaram?” və s. mahnılarını nəinki musiqisevərlər, eləcə də onun arxasınca danışanlar da sevə-sevə dinləyirlər…
    Gəlin, əzizlərim bir-birimizə silah tuşlamayaq. Onsuz da bu fani dünyada hər tərəfdən üstümüzə silahlar tuşlanıb. Rəhmətlik C. Novruzun dili dilə desək” İnsanlara sağlığında qiymət verək!”

    Bir arzum var, ay adamlar, qoyun deyim,
    Sağlığında qiymət verin insanlara,
    Yaxşılara sağlığında yaxşı deyin,
    Sağlığında yaman deyin yamanlara.
    Yalnız, yalnız sağ olanda,
    Hər kəs əsl qiymətini bilər onda,
    Bu sözlərim düz olmasa töhmət edin.
    Sizdən rica eləyirəm milyon kərə,
    Şairlərə sağlığında hörmət edin,
    Sağlığında heykəl qoyun ölməzlərə…
    Gələcəyə çox da ümid bağlamayın,
    Sözünüzü sonralara saxlamayın.
    Zəhləm gedir sonralardan,
    Vaxtsız dinən zurnalardan,
    Boşboğazdan, avaradan,
    Toydan sonra nağaradan.
    Sağlığında sevindirin təmizləri,
    Siz həyatda bu amalla addımlayın.
    Sağlığında ifşa edin xəbisləri,
    Satqınlara sağlığında satqın deyin,
    Tülkü deyin tülkülərə, aslan deyin aslanlara.
    Sağlığında qiymət verin insanlara…
    Hər kəs bilsin öz yerini necə sağdır,
    Bu, pislərin həyatını qısaltmaqdır,
    Yaxşıların həyatını uzatmaqdır…
    Bu nədəndir ölən kimi,
    qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır.
    Ölən kimi yaxşılar da yaxşılaşır,
    Yamanlar da yaxşılaşır…
    Çirkinlər də təmiz olur ölən kimi…
    Yadlar belə əziz olur ölən kimi…
    Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,
    Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq.
    Bu gecikmiş xeyir-dua kimə gərək?
    Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək?
    Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir…
    Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir.
    İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
    Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm…
    Diri üçün iynə boyda hörməti mən
    Ölü üçün min heykələ dəyişmərəm…
    Düz deməsəm, onda məni bağışlayın,
    Üz tutaram uşaqlara, qocalara, cavanlara,
    Sağlığında qiymət verin insanlara,
    Yaxşılara sağ olanda yaxşı deyin,
    Sağlığında yaman deyin yamanlara…

    Nazilə Rafiq,

  • Xalqımızın Prezidentin və Ali Baş Komandanın ətrafında sıx birləşməsi qələbəni şərtləndirən amillərdəndir

    MBabayev - 1

    Azərbaycanda Milli ordunun yaranmasının bir əsrə yaxın bir tarixi var. 1918-ci il iyunun 19-da Azərbaycan Xalq Cümhuriyyəti mövcud gərgin vəziyyəti nəzərə alaraq ölkədə hərbi vəziyyət elan etdi. İyunun 26-da isə diviziya statusuna malik hərbi korpusun yaradılması ilə bağlı qərar qəbul olundu, bununla da Azərbaycanda Milli ordunun təməli qoyuldu. Təəssüflər olsun ki, Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra müstəqilliyimizin digər atributları kimi milli ordu hissələri də ləğv edildi. Ancaq Sovet dönəmindəki bütün maneələr Azərbaycan xalqının döyüş ruhunu sarsıda bilmədi. 1939-1945-ci illərdə İkinci dünya müharibəsinin gedişi və nəticələri bu həqiqəti bir daha təs-diqlədi. Xalqımız öz zəngin hərb tarixi ənənələrinə sadiq qalaraq bu müharibədə də əsl şücaət, əzmkarlıq nümunəsi göstərdi və Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi. Bu müharibədə Azərbaycandan təxminən 130 hərbçi Sovet İttifaqı Qəhrəmanı adına, 30 döyüşçü isə «Şöhrət» ordeninin hər üç dərəcəsinə layiq görüldü.
    Bu gün Azərbaycanda ordu quruculuğundan danı¬şarkən Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonrakı mərhələyə xüsusi diqqət çəkilməlidir. Bu o dövr idi ki, cəbhədə vəziyyət çox gərgin idi. Torpaqlarımız bir-bir erməni işğalçıları tərəfindən zəbt olunurdu. Torpaqların müdafiəsi pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin və müəyyən adamların xüsusi maraqlarına xidmət edən nizamsız silahlı qruplaşmaların ümidinə qalmışdı. Vahid idarəetmə sistemi yox idi. Yalnız Heydər Əliyevin möhkəm iradəsi sayəsində 1994-cü il mayın 12-də atəşkəsə nail olduqdan sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlanıldı. Qısa müddət ərzində hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən yüksək tutan, hərbçi olmağı özünə şərəf sayan, savadlı və təcrübəli zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundu. Zabit və əsgər heyətinin mənəvi və psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə, hərbi vətənpərvərlik işinin gücləndirilməsinə diqqət artırıldı. Silahlı qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan asılı olmasının əhəmiyyəti nəzərə alınaraq beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılmasına diqqət artırıldı.

    1466776087_000

    Təqdirəlayiq haldır ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsindəki işlər uğurla davam etdirilir. Hərbi xərclər, orduya ayrılmış vəsait son 10 il ərzində bir necə dəfə artırılıb. Ordu üçün yetərincə müasir hərbi texnika, silah-sursat alınıb. Hərbi hissələr üçün yeni binalar – əsgəri-məişət-yaşayış kompleksləri, müxtəlif təyinatlı obyektlər tikilib, bu hissələrin silah-sursatla təminatı qat-qat yaxşılaşdırılıb. Son dövrlərdə Azərbaycanda Hərbi Sənaye Kompleksi, Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır ki, bu nazirliyin nəzdində onlarla zavod fəaliyyət göstərir və yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal edilir. Yeni hərbi istehsal sahələrinin yaradılması xarici silah bazar¬larından asılılığımızı azaldır.
    Artıq Azərbaycan əsgərinə və zabitinə ictimai münasibət də köklü surətdə dəyişilmişdir. Bu gün orduya xidmətə çağrılan hər bir gənc bu xidməti özünün şərəf işi, namus, qeyrət məsələsi, kişilik borcu və vətəndaşlıq qayəsi sayır, bütün məqamlarda düşmən qarşısında mərdliklə, dəyanətlə duruş gətirə, həmçinin ağır və sarsıdıcı zərbələr vurmaqla geri oturtmağa məcbur edə bilir. Bu ilin aprel ayının əvvəllərində Ermənistan ordusunun təxribat xarakterli hücumları zamanı düşmənə göstərilən müqavimət, verilən qəti və kəskin cavablar Azərbaycanın güclü və qüdrətli orduya malik olmasını sözdə deyil, əməldə sübut etdi. Düşmən tərəfin bu namərdliyinə verilən layiqli cavab Azərbaycan Ordusunun yüksək əhval-ruhiyyədə və qələbə əzmində, həmçinin xalqla hakimiyyətin, xalqla ordunun bir yerdə olduğunu, eyni amal uğrunda əl-ələ verərək sıx birləşdiyini, ən əsası isə milli ruhun oyaq olmasının bariz nümunəsini ortaya qoymuş oldu. Deputat həmkarlarımla Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ərəfəsində cəbhə bölgəsindəki “N” saylı hərbi hissələrin birinə səfər edərkən həm komandirlər, həm də əsgərlərlə görüşümüz zamanı, onlarla apardığımız səmimi söhbətlər əsnasında bunun bir daha şahidi olduq. Məişət binalarındakı təmizlik, səliqə-səhman, əsgərlərimiz üçün yaradılmış yüksək şərait, nizam-intizam, ciddi reqlament dövlətimizin ordumuza göstərdiyi diqqət və qayğının yüksək səviyyədə olmasından xəbər verirdi. Zabit və əsgərlərimizin vətən və torpaq sevgisi, yüksək döyüş əzmi, qələbə əhval-ruhiyyəsi, Vətənə xidməti şərəf, qürur və qeyrət işi bilmələri isə bütün bu sadalananların fövqündə dayanırdı. Bu da bir daha onu göstərir ki, Azərbaycan öz torpaqlarını istənilən vaxt hərbi yolla işğalçılardan azad etmək üçün həm hərbi potensiala, həm də güclü iradəyə sahibdir. Ancaq xalqın mənafeyini əks etdirərək daim sülh, həmrəylik və əmin-amanlıq tərəfdarı olan möhtərəm Prezidentimiz İlham Əliyev çalışır ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli, Azərbaycanın ərazi bütövlüyü qorunmaqla və danışıqlar yolu ilə həll olunsun ki, qan tökülməsin.
    Son hadisələrə bir çox ölkələrin verdiyi reaksiyadan da aydın oldu ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesdə Azərbaycanın haqlı mövqeyinə dünya ictimaiyyətinin münasibəti dəyişib. Artıq kimin haqlı, kimin isə təcavüzkar olduğu bütün çılpaqlığı ilə görünür. Amma Ermənistan həmişə olduğu kimi, yenə də atəşkəs rejiminin tələblərinə riayət etmir, Azərbaycanın münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində dinc və ədalətli yolla həll edilməsi cəhdlərinə davamlı olaraq təxribatlarla cavab verir. Bu işğalçılıq və təcavüzkar siyasət, istər-istəməz münaqişənin uzanmasına və daha da gərginləşməsinə səbəb olur. Bu isə münaqişənin daha aktiv fazaya keçməsi üçün şərait yarada və regionda daha ağır nəticələrə səbəb olar. Bunun məsuliyyəti isə, təbii ki, Ermənistan rəhbərliyinin üzərinə düşür. Bu gün Ermənistanın bir çıxış yolu var: Azərbaycan ərazilərinin qeyri-qanuni işğalını dayandırmaq, qoşunlarını bütün işğal olunmuş ərazilərdən çıxarmaq, BMT TŞ-in müvafiq qətnamələrinin tələblərinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq münaqişənin nizamlanması prosesində konstruktivlik nümayiş etdirmək.
    Sonda onu demək istəyirəm ki, bizim işi haqq işidir. Azərbaycan kiminsə torpağına göz dikməyib və belə bir niyyəti də yoxdur. Eyni zamanda Azərbaycan heç vaxt imkan verməz ki, onun ərazi bütövlüyü pozulsun, torpaqları düşmən tapdağı altında qalsın. Biz öz gücümüzə, öz ordumuzun qüdrətinə arxayınıq. Azərbaycan xalqı öz ordusunu sevir, Ali Baş Komandanına güvənir. Xalqla ordunun vəhdəti, ordu ilə Ali Baş Komandanın birliyi, həmrəyliyi, xalqın bu vəhdəti, bu birliyi müdafiə etməsi onu deməyə əsas verir ki, biz öz ərazi bütövlüyümüzü mütləq və mütləq bərpa edəcəyik.

    Muxtar Babayev,
    «Azərikimya» İstehsalat Birliyinin
    Müşahidə Şurasının sədri,
    Milli Məclisin deputatı

  • Vətənpərvərliyin ən ali məqamı şəhidlik zirvəsidir

    Vətənpərvərliyin ən ali məqamı şəhidlik zirvəsidir.Vətəni qorumaq naminə qəhrəmanlıq edib bu ali zirvəyə yüksəlib şəhid olmaq illərlə formalaşan güclü xarakterin, qorxmazlığın, cəsarətin göstəricisidir. Qısa ömürləri ilə tarix yazıb əbədi ölməzliyə qovuşanlardı Şəhidlərimiz. Azərbaycanın azadlığı, suverenliyi uğrunda canından, qanından keçən, 2016 – cı il aprel döyüşlərində göstərdiyi şücaətlikləri və qorxmazlığı ilə adını Azərbaycan tarixinin şanlı səhifələrinə yazan oğullardan biridir mayor Elnur Əliyev. Mərd, cəsur addımı ilə Ölümün gözünə dik baxıb neçə – neçə canlar qurtardı Elnur. Ömür vəfa etsəydi bu il Elnurun 40 yaşı olacaqdı… Yarım qalan ömür, həyata keçməyən arzular…. və Elnurdan yadigar qalan iki az yaşlı körpə. Kiçik qəlblərində Ata həsrəti olan, buna baxmayaraq ataları kimi zabit olmaq istəyən Elvin ve Elxan bala. Hər kəsin bir qəhrəmanı, idealı olduğu kimi adətən oğlan uşaqlarının xəyali qəhrəmanları ataları olur. Amma Elnur iki azyaşlı oğlu – Elvin və Elxan bala üçün xəyali yox gerçək qəhrəman oldu. Ataların gözəl bir sözü var: “Oğul var evdən gedər, oğul var eldən” gedər. Bəli, Elnurda məhz belə – eldən gedən oğullardandır. Bu gün o tək Elvinin, Elxanın qəhrəmanı deyil, bu gün Elnur gənclər üçün, xalqımız üçün örnək bir qəhrəmandır. Qəhrəman şəhidim qısa, lakin şərəfli ömrünlə hər an qəlbimizdə yaşayacaqsan. Və yarım qalan ömrünü, yarım qalan arzularını övladlarının davam etdirməsi və şərəfli ömürlə həyata keçirmələri diləyi ilə.. Ruhun şad, yerin behişt olsun Şəhidim. Şəhadətin mübarək!!!

    Ülviyyə Məmmədova

  • Şəhid mayorun həyat yoldaşından təsirli misralar

    225_EPwuVI24BGt7

    Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin şiddətli döyüşlərdə dünyasını dəyişən 12 şəhidindən biri də Elnur Adil oğlu Əliyevdir.

    Mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə özünü erməninin atdığı qumbaranın üstünə atıb ki, digər yoldaşlarını xilas etsin və o, qəhrəmancasına şəhid olub.

    Şəhid mayorumuzun həyat yoldaşı Nuranə Əliyeva hisslərini şeirə köçürüb. Həmin təsirli misraları təqdim edirik:

    “Sənsiz keçən hər günüm əzab, zülümdür mənə
    Sənlə keçən on ilim fəxr, qürurdur mənə.
    İndi sən denən görüm hansına yanım, dözüm
    Sənlə keçən günümə, yoxsa sənsiz zülümə.

    Danışmırsan susursan, yorğun gözlərin ilə

    yenə mənə baxırsan.
    Çünki, sən yoxsan deyə şəkillə danışıram,
    Niyə belə olduğun mən ondan soruşuram.

    Cavabsız suallara, sənsiz keçən anlara

    ağlayıb sızlayıram,
    Mənim də alın yazım, qismətim budur deyib

    həyatla barışıram.
    Sənsiz çətin olsa da mənə verdiyin adı,
    O iki əmanəti qorumağa calışıb,

    onlar üçün yaşayıram..”

  • Təbiəti Qoruyaq

    http://s017.radikal.ru/i435/1606/e6/ed85f3b38522.jpg

    Bizi əhatə edən ekoloji mühit nə qədər sağlam və yararlı olarsa biz də fərd və cəmiyyət olaraq bir o qədər sağlam və güvənli olarıq. Zaman-zaman alimlərimiz təbiətin qorunması ilə bağlı lazımı tövsiyələrini vermişdirlər. Belə ziyalılarımızdan biri də Akademik Həsən Əliyevdir. O, deyirdi: “Təbiəti qorumaq, həyatı qorumaq deməkdir”. Həsən Əliyev görkəmli torpaqşünas, ümumi əkinçilik və təbiəti mühafizə üzrə alim olmuşdur. Böyük alimimiz meşə torpaqlarının coğrafiyasını, torpaq xəritəsini, Beynəlxalq bioloji proqramını hazırlamış, ətraf mühitin qorunması, su və torpaq ehtiyatlarından səmərəli istifadə proqnozlarını işləmişdir. Həmin elmi işlərindən birində də ekologiya mövzusuna xüsusi önəm vermişdir.
    Doğrudan da, abiotik faktrlarala canlı aləm arasında qarşılıqlı münasibətlər, maddələrin biosferdə aramla dövr etməsinə səbəb olur. Biosferin hər üç tərkib hissəsində litosferdə atmosferdə və hidrosferdə maddələrin biokimyəvi proseslərdə təkrarən iştirakı nəzərdə tutulur. Ekoloji proseslərdə dövr edən elementlərin bir-birinə nisbiliyini sabit saxlayır. Biosferdə maddələr dövranının bütün forma və mərhələlərində su iştirak edir.
    Ekoloji mahiyyətcə su həqiqətən həyat amilidir. Canlı materiyanın əsasını su təşkil edir. İnsan bədəninin 70 %-ni, bitkilərin 60-90 %-ni meduzanın isə 98 %-ni su təşkil edir. Su biosferdə nəhəng nəqledicidir. Planetimizin su balansının 97,5 %-ni dünya okeanında cəmləşdirir. Ümumi su balansının 2%-i buzlaqlarda toplaşmışdır. Yer kürəsindən suyun cəmi 0,6 – 0,63 %-ni şirin su təşkil edir.
    Bütün bu sular dövr edir. Su dövranının okeanlara aid hissəsi bütövlükdə buxarlanma və yağmurla əlaqədardır. Atmosfer havası buxar halında olan nəmişlik hesabına il boyu süzgəcdən keçən kimi təmizlənir. Əgər çən duman, bulud olmasaydı atmosfer havası toz his, tüstü ilə qaranlıq ilə zülmətə çevrilərdi Bir ildə 36-37 dəfə atmosferdə buxarlanma olur.
    Karbon birinci dərəcəli biogen elementdir. Təbiətdə karbonun dövr etməsi iki əsas bioloji prosesin-fotosintez və tənəffüs ehtimal olunur ki, yer kürəsinin bitki aləmi hər il atmosferdən üç yüz milyard ton CO2- mənimsəyir. Ekoloqlar isə hesablamışlar ki, bütün mənbələrdən atmosferə qaytarılan karbonun miqdarı təxminən 300-320 milyard tona çatır. Oksigenin dövranı planetar xarakter daşıyır. Azot ehtiyatı təbiətdə tükənməzdir. Biosferdə toplanan azotun 78-79 %-i atmosferdədir. Azot elementi inertdir. Ona görə də bütün canlılar molekulyar azotdan istifadə edir. Canlı orqanizmdəki, miqdarına görə fosfor azotdan sonra ikinci yeri tutur.
    İnsanın əqli, şüuru, təfəkkürü artdıqca onun təbiətə qarşı qəddarlığı-amansızlığı güclənmişdir. Öz ilk beşiyi təbiətə qarşı qəddar olan insan acgözlük, paxıllıq, xəbislik kimi mənfi keyfiyyətlər onun təbiətin ayrılmaz hissəsinə çevrilmişdir. İnsanların biosferə qədimdən təsiri məlumdur.
    Müasir sənaye kənd təsərrüfatı sahəsində tətbiq olunan gübrə pestised və müxtəlif xammal təbiətə əlavə yükdür. Onlar canlıların normal inkişafını pozur. Müasir insan gündə 1,5-2,5 k.q tullantı yaradır. Bunları isə biosferin sabitliyini pozur. Biosferin sabitliyinin pozulması birinci növbədə insanların ərzaqla təmin olunması problemini yaradır.
    Bu gün öz normasından artıq ərzaq, istehsal edən ölkə sabah bu qədər istehsal edə bilməyəcək. Çünki, onun da havası, suyu, torpağı və. s. korlanır.
    Atmosfer, hidrosfer və litosfer biosferin çirklənməsinin aşağıdakı tiplərindəndir.
    2. kimyəvi çirklənmə
    1. fiziki çirklənmə ,
    3. bioloji çirklənmə
    Fiziki çirklənməyə radioaktiv elementlər, şüalanma, istiləşmə və infira səslər aiddir.
    Kimyəvi çirklənməyə maye şəkilli tullantılar pestisidlər S və N məhsulları, ağır məhsullar, aerozollar, qıcqıran üzvi maddələr aiddir.
    Bioloji çirklənməyə isə qida və tənəffüs yollarının, mikrobioloji zədələnməsi, (virus, bakteriya və göbələkciklər) və biosenozion dəyişdirilməsi (yeni heyvan və bitki növlərinin tətbiqi) misaldır.
    Atmosferin çirklənməsi nəticəsində biosferdən iqlim dəyişməsi baş verir ki, bu daha qorxuludur. Atmosfer havasının qorunması üçün üç tədbir nəzərdə tutulur.
    1. planlaşdırma-yerli şəraitə uyğun,
    2. qaz, toz, his xassəli tullantıların atmosferə yayılmamağı üçün süzgəclərin toztutucu qurğuların tətbiqi. Əhalinin sağlamlığını tam, təmin edən, qatılıqdan artıq tullantıya yol verməyən, istehsal sahələrindən istifadə etmək. Torpaq həm mineral maddələrlə, həm də süni yolla alınan üzvi birləşmələrlə çirklənir. Pessidislər hazırda üç qrupa bölünür. 1. Xlorlu, 2. Fosforlu 3. Karbonatlı bunlar hamısı qüvvətli zəhərlərdir. Pessidislər təkcə flora və faunaya deyil, dolayı yolla insanlara da mənfi təsir göstərir. Qida silsiləsi belə sıralanır. Torpaq – ot – heyvan – süd -(ət) – insan. Bu qida zəncirinə görə insan daha çox təhlükədə qalır. Dünya ölkələri qərara alıblar ki, aqrotexniki vasitələrdən elə istifadə etmək lazımdır ki, o, bizim özümüz üçün bəlaya çevrilməsin.
    Bu baxımdan təbii sərvətlərdən səmərəli istifadə etməyi Karl Marks belə ifadə etmişdir; “Gəlin təbiət üzərində çaldığımız qələbə ilə öyünməyək. Çünki, hər bir belə qələbə üçün təbiət bizdən intiqam alır”. Məncə də biz təbiətə qarşı kifayət qədər qayğıkeş yanaşmalıyıq ki, təbiət də bizdən intiqam alacaq həddə çatmasın. Ekologiya günü ərəfəsində gənc nəslin nümayəndələrinə bir pedaqoq kimi səslənirəm ki, təbiətimizi və cəmiyyətimizi qoruyaq. Çünki, sağlam cəmiyyət sağlam ekologiyanın, sağlam təbiətin bəhrəsidir.

    Ziba Məmmədova,
    Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi

  • Günel FƏRHADQIZI.”Çək!”

    Ey, İnsan!
    Çək, çək əlini həyatımdan… Yaşamaq istəyirəm, qoymursan!
    Çək, çək gözlərini məndən… Baxışların “pis”dir, pisliyə yozurlar!
    Çək, çək şəklimi xəyalında… Alma əlinə vərəq, rəngli qələmlər!
    Çək, çək mənim yerimə yükümü… Çox ağır olsa da, bax, gör, dözürsən?!
    Çək, vicdan əzabı, qınadın deyə… Qınamaq asandır kənardan baxsan!
    Çək, çək mənim yerimdən öz nəfsini… Nəfsin ağırdır, işlərim düz gətirməz…
    Çək, çək barmaqlarını ciblərimdən… Boş cibdən boşluqdan başqa nə çıxar?!
    Çək, çək siqaretini içinə… Tüstünü vermə mən tərəfə, həyatım zəhər içindədir…
    Çək, çək içkini başına, ötür mədənə, yandır özünü… Mənə demə ki, mənəm günahkar!
    Çək, çək bir film, al əlinə kamera… Həyatımdan bir serial çıxar bitməz süjetin, obrazların…
    Çək, qəlbini özünə tərəf… Mənim qəlbimin qəlbinə yoxdur ehtiyacı…
    Çək, sığal çək öz başına… Mənim başımla işin olmasın…
    Çək, bacardıqca, al, çək, vermə ancaq… Budur sənin niyyətin,”saflığın”, aldatmaq!
    Aldatmaq, öncə özünü, sonra başqalarını…
    Bax, indi çək, dediyim sözlərin ağırlığını, söymədim səni, təhqir etmədim…
    Sözüm kəsərlidir, qəlbini yaraladı, axır içində qan…
    Bax, rahatlıq tapmaq istəyirsənsə, məndən birdəfəlik qəmişini çək!

  • Formula-1 sıravi avropalının Azərbaycanı tanıtması üçün yaxşı fürsətlərdən biridir

    http://s61.radikal.ru/i174/1606/a3/9e72a4200e47.jpg

    Odlar Yurdunun paytaxtı Bakı öz tarixində daha bir mötəbər beynəlxalq idman yarışına ev sahibliyi etdi. Növbəti dəfə bütün Avropanın idman nəbzi Bakıda – Şərq ilə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyündü.Formula-1 Avropa Qran-prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anlarla yadda qaldı. Bu anlar təsdiqlədi ki, dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula-1 yarışının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirdi.
    Beynəlxalq idman aləmi müstəqillik yolu ilə uğurla addımlayan Azərbaycanı bir daha tanıdı. Qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmizin güclü potensialına bələd oldu. Dünya, qarşıya qoyulan hər bir məqsədin, niyyətin sürətli inkişafı ilə örnək olan Azərbaycanda necə uğurla reallaşmasına şahidlik etdi. Milli mədəniyyətimizi Formula-1 dəyərləri ilə birləşdirən açılış mərasimində alov, su, külək, irəli və birlikdə rəmz və modellərinin vəhdəti könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət tərəfindən təqdim edildi.
    Azərbaycan kimi ölkələrin ilk öncə dünyada mədəni platformada geniş tanıtımına ehtiyac var. Bu baxımdan da hər hansı idman və ya mədəni kütləvi beynəlxalq tədbirin əhəmiyyəti əvəzsizdir. Formula-1 zaman ölkəyə gələn minlərlə insan həm də öz ölkələrində müsbət mənada təbliğatçıdırlar. Və ölkənin problemlərinin tanıtımında faydalı işlər görə bilərlər. Düşünürəm ki, Formula-1 yarışları Azərbaycanı Avropada daha yaxşı tanıdacaq. Bu cür idman yarışları Azərbaycanı Avropada təbliğ edir. Qərb dünyası Azərbaycan dəyərlərini və Azərbaycanın yaşam tərzini daha yaxından izləyə biləcək. Formula-1 bizim üçün çox böyük qazancdır. Bu yarışlar bizim üçün çox əhəmiyyətlidir. Bəzən dövlətlər buna minlərlə pul xərcləyir ki, belə bir tədbir ölkəsində keçirilsin və onun da sayəsində ölkəsini tanıda bilsin. Sıravi avropalının Azərbaycanı tanıtması üçün yaxşı fürsətlərdən biridir. Biz də bundan lazımınca yararlanmalıyıq.
    Üç gün ərzində davam edən yarış beynəlxalq ictimaiyyətin diqqət mərkəzində oldu. Beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil olunduğunu görənlərdən bəziləri bunu sevinclə, bəziləri etinasızlıqla, bəziləri isə məyusluqla qarşıladılar. Bəzi “jurnalistlərin” boş tirubunaların şəklini çəkib sosial mediada paylaşması heç də xoşagələn hal deyildi. Bütün çətinliklərə və Qərb mətbuatının bəzi nümayəndələrinin qərəzli mövqeyinə baxmayaraq, bu olduqca əhəmiyyətli tədbirin öhdəsindən ən yaxşı şəkildə gəldik.

    Elşən Yəhyayev,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının xüsusi müxbiri

  • Ramazan bir daha mənəviyyat gətirdi

    KutsalRamadanBayram

    İslam aləmi tərəfindən hər il böyük şövqlə gözlənilən mübarək Ramazanı Rəbbimizin izni ilə bir daha dərk edirik. Özünə xas mənəviyyatı, qəlblərə sevinc və rahatlıq verən ruhu ilə İslam aləmi üçün böyük əhəmiyyəti olan Ramazan ayında müsəlmanlar olaraq bir-birimizi sevgi və həmrəyliklə qucaqlayacaq, birlikdə oruc ibadətimizi yerinə yetirəcəyik.

    İnsanları qaranlıqlardan nura, Rəhman və Rəhim olan Rəbbimizn yoluna aparan, müsəlmanlara hidayət, müjdə, nəsihət və xatırlatma olan Qurani-kərimin endirildiyi Ramazan ayında “min aydan daha xeyirli olan” Qədr gecəsi olduğundan bütün müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, bu müqəddəs ayın möminlərin bir araya gəlməsi və aralarındakı bağlılığın artmasına səbəb olması baxımından da önəmlidir. Çünki yardımlaşma, qardaşlıq və həmrəylik ruhu hər Ramazanda daha da möhkəmlənir, iftar, sahur, gecə namazlarında bir araya gələn möminlər sevgi və məhəbbətlə bir-birini qucaqlayırlar.

    Bütün İslam aləminə şəfa və hüzur gətirən, hər günü ayrı bir bayram havasında keçən Ramazan ayı Allahın rizasını qazanmaq üçün gözəl fürsətdir. Belə ki, Peyğəmbərimiz (səv) bir hədisində iman gətirənləri “Bu ayı oruc tutaraq, ibadət edərək və xeyir işlər görərək keçirənlər necə də xoşbəxtdir”! deyə müjdələyir, Ramazan ayını ibadətlə keçirməyin Allah Qatındakı dəyərini onlara xatırladır. Ramazan ayında tutulan oruc və ay ərzində yerinə yetirilən bütün ibadətlər möminlərə mənəvi mənada böyük töhfə verir, nəfslərini tərbiyə edir, əxlaqlarını gözəlləşdirir. Möminlər oruc tutaraq ən başda nəfslərinə nəzarət etməyi, nəfsin istəklərini tənzimləməyi öyrənirlər. Digər tərəfdən, Ramazan ayı boyu pis əxlaqdan- gözəl olmayan söz deməkdən, qeybət etməkdən, yalan danışmaqdan, insanların qəlbini qırmaqdan, hirslənməkdən, təvəkkülsüzlük etməkdən çəkinir və daim gözəl əxlaq göstərməyə çalışırlar. Aclıq çəkən yoxsul insanların halından daha yaxşı anlayır, onların yardıma möhtac olduqlarını xatırlayır, imkanları daxilində onlara yardım etməyin əhəmiyyətini və vacibliyini dərk edirlər. Beləliklə, Ramazan ayı insan ruhundakı bir çox çatışmazlığın aradan qaldırılması baxımından müstəsna aydır.

    Ramazan bu yönü ilə nəfsin oyun və istəklərinin güclü Allah qorxusu və dərin mənəviyyatla asanlıqla dəf edə bilməyin sübutudur. Allaha səmimi qəlblə yönələrək bir ay boyunca oruc tutan və xeyir işlər görən möminlər Allahın hökmlərini yerinə yetirmədəki qətiyyətlərini, Allaha bağlılıq və gözəl əxlaqlarını da faktiki olaraq göstərmiş olurlar.

    Şübhəsiz ki, Ramazan ayında əldə edilən bu mənəvi şüurun, nəfsi tərbiyə sahəsindəki qətiyyətin və şüur açıqlığının, gözəl əxlaqda Allahı zikr etmədə, duada göstərilən diqqət Ramazanın başa çatması ilə birlikdə azalmamalıdır. Vicdanlı mömin Ramazan ayında nümayiş etdirdiyi gözəl əxlaqı həyatının hər anında yaşayar, pisliklərdən bütün həyatı boyu çəkinər, hər an vicdanının səsini dinləyər, Allah rizası üçün cəhd edər, yalnız Allaha üz tutub yönələr. Təkcə Ramazan ayında ibadət edib, daha sonra Quran əxlaqından uzaqlaşmaq əlbəttə ki, Allahın insanlara qadağan etdiyi və gözəl əxlaqa uyğun olmayan davranış tərzidir.

    Arzumuz odur ki, on bir ayın sultanı Ramazan xeyirlərə vəsilə olsun, bütün müsəlmanlara əmin-amanlıq və bərəkət gətirsin. Tutulan oruclar, yerinə yetirilən ibadətlər Rəbbimiz tərəfindən qəbul olunsun, dünyanın hər yerində təzyiq görən, qanlı hücumlara məruz qalan və zülm altında həyatda qalma mübarizəsi aparan din qardaşlarımız sülh dolu günlərə qovuşsun. Arzumuz odur ki, bu mübarək ayda dinimizin sülh və qardaşlıq dini olduğu xatırlansın, möminlər arasındakı ayrılıqlar və incikliklər bir kənara qoyulsun, fərqliliklərin yol açdığı məsafələr, münaqişələr aradan qalxsın, bütün dünya müsəlmanları qardaş kimi bir-birini qucaqlasın.

  • Durğu işarələri… Durğu işarəsi olan insanlar… (Satirik, yumoristik yazı)

    ge

    Eh… Nə günə qaldım… Mövzu qəhətdi başıma… Yazıram nədən?! Durğu işarələrindən…

    Durğu işarələri gizlədir məni, gizlənirəm hər kəsdən… Gizlədirəm hisslərimi, ya fikirlərimi? Bəlkə hər ikisidir? Hələ bilmirəm?! Vardır məndə də üç nöqtə, iki nöqtə, nöqtə, vergül, nöqtəli vergül, sual, nida, suallı nida, defis, tire, dırnaq arası, mötərizə… Daha nələr, nələr… Barmaqlarımın sayı ondur iki əlimdə… Barmaqlarımla belə göstərirəm əksər durğu işarələrini… Əhsən, ey insan sənə!

    Durğu işarələrində gizlənirəm özümdən, fikirlərimdən, hisslərimdən… Ehtiyat edirəm onlardan bəzən…

    Bəlkə də səndən yazıram, bilmirəm hələ?!

    Bəlkə sən varsan hər durğu işarəsində, sənin fikirlərin, arzuların, hisslərin…

    Bəlkə də nə mən varam, nə də ki, sən varsan…

    Durğu işarəsi duyğularda dayanır, durur, gah sonsuzluqdur üç nöqtə kimi… Ya da iki nöqtə kimi, davamı var, izah ediləsi… Nöqtə kimi bitir… Nöqtəli vergül kimi yeni fikir üçün yaradır şərait… Sual kimi cavablarını gözləyir… Suallı nida kimi ziddiyyət, təlatüm, üsyan vardır… Suallı nida kimi dilemma önündədir, biri dikdir, məğrurdur, bir isə əyir başını, əzilib, büzülür insanlar kimi…

    Xəbəri yoxdur özündən durğu işarəsinə bənzəyənlərin… Ya da nidadır, qətidir, əmrdir… Dırnaq arasında olub sitatdır bəlkə, ya da ki, ikili mənası olan istehza, satira, atmaca… Bəlkə də tiredir, təkrarlananlar arasında, sinonimlər arasında, müqayisə zamanı… Bəlkə rəqəm və sözlərin önündə gələn defisdir… Bəlkə də dialoqa girmək istəyir, bezib monoloqdan, verir önə defisləri… Bəlkə mənfi işarəsidir, bəlkə də müsbət… Bəlkə də izaha ehtiyac duyulan, açmasını axtardığımız mötərizə içindədir onlar…

    Düşünürəm, hansı durğu işarəsinə bənzəyirəm mən? Xarakterim, təbiətim… Üç nöqtə, yoxsa ki, suallı nida? Hələ tapa bilmirəm cavab… Hərdən düşünürəm qətiyəm, dikəm, bitmiş fikirəm, əmr kimi qərarlıyam, nidayam onda… Bəlkə də nöqtəyəm, bezirəm mürəkkəb cümlə, həyat, fikir, arzulardan, mürəkkəb insanlardan, qoyuram nöqtəni… Sadə olmağa çalışıram, tez bitirəm sadə cümlələr kimi… Sadə cümlə kimi dilim də asandır, anlaşılandır… Bəzən isə lakonik oluram, bir, iki söz bəs edir mənə…

    Müşahidə edirəm təbiəti, insanları… Bənzədirəm onları durğu işarələrinə… İnsanın qəddi əyiləndə, olur vergül, ya da sual, fikir vermisənmi, əziz oxucum, qəddi əyilənlərdə suallar daha çoxdur, nəinki nidalar, vergüllər üstələyir nöqtələri… Həyatları da, xarakterləri də, yaşam tərzləri də, gördükləri işdə vergül, sual olur, davamı gözləyir öz yolunu, “to be continued”…

    İnsanlar da durğu işarəsi kimidir… Xarakteri formalaşdıqca, insan da zahirən dəyişir… Məğrur, qəti, inadkar insanlar, idarəedicilər, rəhbərlər ya nidadır, ya da tək nöqtə…

    Sual insanlarda vardır bir az riyakarlıq, qorxaqlıq, vardır bir az ehtiyat etmələr, baş əymələr, yaltaqlıq… Sual verirlər daha çox başqalarına… Suala cavab verməkdən heç xoşlanmazlar… Cavabları ya sükunət olacaq, ya üç nöqtə, ya da ki, uzun, mürəkkəb cümlələr, qoyulacaq çoxlu vergüllər, əvvəlini də, sonunu da unudacaq cümləsinin… Öz dünyasında “söhbət fırladır”, “cool” görsənir guya… Əslində cool yox, quldular, quldurdular… Vergül insanların quyruğu vardır, vay o gündən quyruğunu tapdalayasan… Vay, aman, vay…

    Nöqtə insanları da, konkret olurlar, sadə cümlələr kimi… Boyca balaca, sözləri olur kəsərli… Nöqtə kimi sadədirlər, yoxdur quyruğu tapdalamağa, sözləri bitirir fikri… Mövzu bağlanır…

    İki nöqtə insanları təhlil edər adətən, qiymətləndirər, araşdırar, bölər katerqoriyaya, təsnifat kimi… Sonra verər qərarını… İki nöqtədən sonra sadalanarsa, gələr öncə say, ya da kiçik defislər, sonra yarımmötərizə, sonra nöqtəli vergüllə, vergüllər… Bu sıralamada hər birinin öz yeri var… Sayarsan bir-bir, sonsuzadək, ya da sonu olar… Hər saydan sonra qoyarsan ya nöqtə, ya da yarımmötərizə… Mötərizə də qalar yarımçıq, bağlanar ancaq, açılmadan… Sonra əsas mətləb gələr, sonra isə nöqtə vergül… Nöqtə vergül davam deməkdir, sonsuzluqdur sanki üç nöqtə kimi… Saysız olarsa, defis gələr öndə, düz ortadan xətt… Xətt bir həyatdır əslində… Sözün, cümlənin, fikirin, arzunun, hissin həyat xətti başlanır o andan…

    Tire kimi insanlar çox vaxt təkrarlanır, sanki yaddaşları zəifdir, sanki yoxdur söz ehtiyatları… Ya da tire kimi müqayisə etməyi sevərlər…

    Ən ziddiyyətli ehtiyat edilməli insanlar nöqtəli vergül ilə, suallı nidalardır… Onlar nə istədiklərini bilməzlər, fleqmatik, melanxolik olarlar adətən… İki kəskin tərəfləri var, ya maksimum, ya minimum, ya hər şey, ya heç nə, ya sükunət, ya inqilab, mübahisə… Dəyişir tez-tez əhvalları…

    Defis insanlar da bir xətt üzrə yaşayarlar, qaydalarla, planlarla… Əyilməyi, əyrilməyi sevməzlər… Sevməyən olsun perpendikulyar, sevənlər isə paralel ona…

    Mötərizə qalmazsa, yarımçıq, bir insan həyatıdır, izahlı, detallı… Əslində, ciddi fikir vermirik mötərizədə olanlara… Mötərizə anlamaq üçündür, təhlil etmək üçündür… Əsas məna mötərizədə olur, çox bildiklərindən mötərizələr də ya əyri olur, yarımdairə, ya da yarımçıq kvadrat, kubik daşları kimi… 180°, tam deyil dairə də, dördbucaq da… Yarımçıqdırlar əslində…

    Altmənalı, istehzalı, zarafatcıl, təkəbbürlü, satiriklər, tənqidçilər dırnaq arası kimidir… Çətin anlayar onu başqaları… Seçilmək üçün dırnaq arasında olmalıdırlar, olurlar əslində… Dırnaq arasında olanlar bütün fikrin əsas mənasıdır, kuliminasiyadır sanki… Ya da filosofluq edib, sitatlar, aforizmlər, atalar sözləri deyərlər… Onlara söz çatdırmaq deyildir asan…

    Monoloqdan bezənlər, tənha insanlar da, sanki sonsuzluqdan yapışarlar təsəlli kimi, ya üç nöqtə olarlar, ya da iki nöqtə… Yer qoyarlar davam etməyə… Yaradıcı insanlar üç nöqtədirlər… Çünki sonsuzdurlar… Bitməməlidirlər… Yolları açıq, uzaqdır, səyahətdədirlər… Üç nöqtə təxəyyüldür əslində…

    Yeni durğu işarələri var, müasirləşmişik… Virtual işarələr, smilelər, animelər, bəyənmələr, droblar, arakəsmələr… Daha nələr, nələr…

    Smile ilə biruzə veririk düşüncə, münasibət, hisslərimizi, gündə biri çıxır, başladı hər şey təbəssüm, göz yaşları, gül və bəyənmədən… Kənardan baxanda bir həyat, sevgi hekayəsidir sanki…

    Əslində, sirrlilikdir, əslində gizlənməkdir smile işarələri… Sonra olmasın dava, mübahisə, çəkməsinlər bizi sorğu-suala deyə, qoyuruq onları, adətən olur bağlanan mötərizə, açılan mötərizə, tire, iki nöqtə… Bu qədər bəsitdir hər şey, durğu işarələrindən yaranmışdır smile işarələri…

    Animelər təkmilləşmiş, maskalanmış, hərəkətli smilelardır… “Texnoloji harika”lar deyirəm onlara… Yaradıcı və canlıdırlar sanki o birilərinə baxanda…

    Bu günlük bu qədər məndən… Yorulmayasınız…

    Dostlarımı seçirəm nidaların, üç nöqtə və tək nöqtələrin, dırnaqarası və mötərizələrin içindən…

    Siz hansına bənzəyirsiniz bəs?

  • Bəlkə həyatam mən, bəlkə də ölüm… (Bir ailə həyatı dramı)

    ge

    Hər kəs ölümdən qorxar, bir məndən savayı…

    Hər kəs ölümdən edər ehtiyat, mənsə etmərəm…

    Bəlkə əbədiyəm, ölümsüzəm mən, xəbərim yoxdur özümdən?!

    Bəlkə də, mənəm həyat, ya da ki, ölümün özü?!

    Bəlkə də!

    Bəlkə mələyəm mən?!

    Göylərdə çox idi səhvlərim, düzəltmək üçün, cəza kimi göndəriblər məni yer üzünə?!

    Bəlkə qanadlarım qırılıb, bəlkə şərlə savaşda yaralanmışam, düşmüşəm buraya?! Səhv salmışam məkanı, zamanı…

    Bəlkə də, var təyinatım, insanları qaytarmaq haqq yoluna, insanları insan etməkdir əsas təyinatım…

    Bəlkə də…

    Bu sirrdir, mənim sirrim, agah olmayacaq artıq kimsəyə…

    Bu yerdə susmalıyam…

    Nədir, ey insan, fikrin?!

    Bezmisən həyatdan?

    Atırsan özünü maşının altına?

    Etmə, qurban olaram… Bax, axır hər gözündən yaş, bir, iki, üç damcı…

    Sükan arxasında olan da insandır axı, onu düşün, addımını atmamışdan öncə.

    Onun nə günahı var, sənin ölmək istəyində payı var?!

    Yoxdur axı!

    Qoy özünü onun yerinə…

    Yandırmazdı səni kimsə sənə etsəydi bunu?! Yandırardı, özü də necə!

    Bir də düşün, sənə doğma olan insanları, səni itirəcək şəxsləri?!

    Varsa, onlar, deyilsənsə, tam tənha, kimsəsiz… Necə qıyırsan onlara?!

    Yoxdursa, özünə qıyma barı…

    Çəkil maşının yolundan, cavansan hələ…

    Mənsə… Mənsə, yaşamışam yaşadığımı…

    Onsuz da ölən deyiləm, onsuz da görmürsən məni…

    Mən sənin içindəki səs, vicdan kimiyəm…

    Varam bəzən, bəzən isə yoxam…

    İnsandan insana vardır fərqi…

    Mən ruh kimiyəm, hamı danışar varlığımdan, az insanlar görər məni…

    Seçilmişsən bəlkə, fərqlisən bəlkə?!

    Niyə tələsirsən, axı ölməyə?!

    Bəlkə bir daha şans verəsən özünə, yaşamağa?!

    Dayan, düşün, düşünməyə dəyər məncə…

    Yaşamağa dəyər məncə, tələsmə, verərkən qərarlarını…

    Allahın verdiyi canı almağa yoxdur haqqın…

    Daha bir günah işləmə artıq…

    Dayan, düşün, yaşamağa tələs…

    Ölüm onsuz da gələcək dalınca…

    Bu gün, ya sabah, beş ildən sonra, on ildən sonra, nə fərqi var ki?!

    Dayan, qızım, hara tələsirsən?!

    Cavansan, qıyma özünə, içində olan körpə balana, məhv etmə onu…

    Günah etməmisən axı, etsən də, o günahsızdır…

    Olan olub… Keçmişini unut getsin, başla yeni həyata…

    Sil, sıfırla… Sən və balan…

    Bir də axı, O, səni bilir özünə mələk, sevmirsən onu?!

    Sevirsən axı! Bilirəm, sevirsən!

    Bax, görürsən, haqlıyam, tərəddüd içindəsən!

    Öldürmə onu… O bir həyatdır, günahsız həyat…

    Qıyma özünə, qıyma ona…

    Qoy yaşasın… Kim nə deyəcək, fikir eləmə…

    Ruzisini Allah verəcək, tələsmə, qızım…

    Bəlkə, sonra olmayacaq heç övladın?!

    Ana, dayan! Saxla əlini, qaldırma yuxarı, sal aşağı…

    Utanmırsan, sən Anasan?!

    Cənnət vardır ayaqların altında…

    Yuxarı başda günah, cəhənnəm, aşağıda cənnət, nəyimə lazımdır…

    Nəyimə lazımdır belə ziddiyyət…

    Sən, Anasan, vurma balanı, danlama…

    Oturun üz-üzə paylaşın, danışın, dərdləşin, dinləməyi öyrən, xahiş edirəm…

    Bəlkə, sən haqlı deyilsən, nə olsun ki, yaşca böyüksən?!

    Nə olsun ki, sən doğmusan onu?!

    Yoxdur haqqın onu döyməyə, yoxdur haqqın söyməyə…

    Onsuz da indi hirslisən, qəzəb səni vadar edir bu kobudluğa, qəzəb səni dindirir, idarə edir…

    Dayan, sakitləş…

    Bax belə…

    Nəfəs al, ver, dərindən…

    Bax belə…

    Sakitləşdin?!

    Axı, indi peşimansan…

    Üzr istə, övladından…

    Öp, qucaqla!

    O, səni sevir, sən də ki, onu!

    Axı, sən Anasan, onun anası…

    Ayırmasın anadan övladı Allah…

    Qıymazsan axı ona pisliyi, niyə özün edirsən ona pislik?!

    Kim deyib ki, arzuladığın, sən dediyin, seçdiyin, verdiyin qərar onun xeyrinə olacaq?!

    Zamin durursan?!

    Yox axı…

    Sus, o zaman, bağışla, barış…

    Bax, artıq için yanır, haqlı olduğumu bilirsən, ağlayırsan…

    Kişi, dayan. Sən kişisən!

    Vardır evində halal qadının, gözəl, sağlam, sənin diqqətinə, sevginə həsrət bir qadın…

    Bir də evində yolunu gözləyir övladın…

    Gözləyir nə vaxt atası işdən evə gələcək!

    Əlində ona bir pay olacaq, o, sevinəcək, atılacaq qoynuna…

    “Ata, səni çox sevirəm…” deyəcək…

    Necə qıyırsan onlara?!

    Həyatında var başqası, başqa qadın…

    Necə qıyırsan ailənə?!

    Nədir onların günahı, getmirsən evə, gedəndə də gec gedirsən, varlığını unutmuşlar yəqin ki…

    Geyin paltarını geriyə…

    Çıx bu yerdən, məkandan, unut ünvanı, bu yad qadını…

    Bu sevgi deyil.

    Oyundur, əyləncədir, bir ehtirasdır… Bu bir günahdır…

    Bu bir həyatdır…

    Ailə həyatı…

    Dağıtma onu, dünyanı dağıtma…

    Sevgini, səadəti kənarda axtarma…

    Üçbucaq olmamalıdır…

    Üçüncü şəxs hər zaman artıqdır…

    Dayan artıq!

    Dayan!

    Get evinə…

    Bax belə…

    Bu qadından qalma nigaran…

    Bir subay kişi çıxar ona sahib, mütləq çıxar bir kişi, bəlkə də evlənər, olar öz ailəsi…

    Burax, o, qadını, qurban olaram…

    Qoy, o, da olsun xoşbəxt, o, da olsun ana…

    Olsun, onun da ailəsi…

    Sən vermirsən, verməyəcəksən bunları ona…

    O zaman qıyma, xəyanətin, ehtirasın məhv etməsin üç tərəfi, ailənin üzvlərini, səni, bir də o, qadını…

    Qayıt evinə… Bax belə…

    Döy, evinin qapısını… Uşağının səsini eşidirsən?!

    “Ana, atamdır, urrrrraaaaa! Atam evə bu gün tez gəlibdir, Ana!

    Bu gün mənim ad günümdür axı…”

    Eh, ay kişi, sən atasan…

    Unutmusan bu günü də…

    Övladının doğum günü, beş yaşı tamam olur axı…

    Dünən də, həyat yoldaşının doğum günü idi, evində olmamısan, təbrik etməmisən onu, o, ağlayıb bütün günü!

    Bətnində sənin ikinci balan!

    Öldürmək istəyirdi, onu da, səni cəzalandıracaqdı bununla guya…

    Yolda atacaqdı özünü maşının altına…

    Alınmasaydı, edəcəkdir abort…

    Hirsli qayıdacaqdı evə, döyəcəkdi, söyəcəkdi ilk övladınızı, günahkar biləcəkdi səni bütün bədbəxtliklərində…

    O, bilir ki, vardır başqa qadın, anlayır ki, dağılır ailəsi…

    Səni sevsə də, qaytara bilməyəcək səni, sən istəməsən…

    Mən saxladım onu bu gün üçün bütün səhvlərdən, mən qorudum, onu, bətnindəki övladı, mən qorudum ilk övladınızı…

    Mən saxladım səni növbəti günahdan, mən qaytardım səni evinə…

    Mən qorudum ailənizi…

    Bunu unutma!

    Mən sənin özünəm!

    Vicdan, həyat və ölüm!

    İçindəki səsəm, içindəki ümid, inamam, mən hər şeyəm!

    Sənin inandığın, çox zaman unutduğun insanlıq, Allah kimi…

    Allah var!

  • Atalarımız indi belə deyərdi

    ge

    Çoxdandır, bu mövzu ilə bağlı yazmaq istəyirdim, nəhayət ki, imkan oldu, vaxt tapdım.

    Atalar sözü, məsəlləri, aforizmlərin təhlili və müasir zamana uyğunlaşdırılması bu günkü mövzumdur.

    Bir neçə atalar sözünü qeyd edəcəyəm, müasir zamanda yaşasaydılar, nə deyərdilər?

    Söz var kəsdirər başı, söz var kəsər savaşı…

    Söz var, gələr, keçər, söz var, dələr, keçər…

    Əsli Müasir halı
    Ev kimindir?- Oturanın.
    Söz kimindir?- Götürənin.

    Ev kimindir?- Gələnləri qarşılayan, gedənləri yola salanın.
    Söz kimindir? – Ev yiyəsinin bütün zibillərindən xəbərdar olanın.

    Sözün doğrusunu uşaqdan xəbər al. Sözün doğrusunu hirslənən, spirtli içki içib ayıq vaxtı olmayan böyükdən və təzə dil açan uşaqdan soruş.
    Saqqalım yoxdur, sözüm ötmür. Pulum, “arxam” yoxdur deyə, sayanım yoxdur.
    Səhrada gül bitməz, cahilə söz yetməz. Nə qədər sulasan da, nə qədər qulluq etsən də, səhrada bitməz ağaclar, nə qədər sevsən də, nadana çatmaz…
    Adam ağzında söz, qazan altında köz. Adamın ağzında söz od kimidir, gah artar, yandırar, gah azalar, soyudar, sönər…
    Adamın başına nə gəlsə, dilindəndir. Adam dilini dinlərsə, başı bəladan açılmaz.
    El içində, öl içində. Qiymət qalxar el içində, maaş ölər, sən öl içində…
    Ağıllı kişini falçılar sevməz. Ağıllı müştərini yerli və özəl maliyyə institutları sevməz.
    Ağıllı qəm yeyər, dəli-qamçı Ağıllı əmanətinin faizini xərcləyər, dəli kredit və borc ödəyər.
    Qələm əyri yonulsa da, doğru yazar. Tənqidçi, satirik nə qədər tənqid, təhqir edilsə, söyülsə də, doğrunu yazar.
    Yazılan pozulmaz. Yazılanın pozulması üçün yazan adam tapılar, pozular.
    Rəhmət yazana, lənət pozana. Lənət yazana, rəhmət pozana.
    Çox yaşayan çox bilməz, çox gəzən çox bilər. Çox “yaşayan” çox bilməz, çox “gəzən” çox bilər.
    Ər-arvadın savaşı-yaz gününün yağışı! Ər-arvadın savaşı-yarının boşanması!
    Qız axtarana arşınmalçılıq da yaraşar. Qız axtarırsansa, hər iş əlindən gəlməlidir ki, öhdəsindən gələsən.
    Qız alanın ya bir çuval qızılı, ya bir çuval yalanı gərək. Qız alan ya pullu olmalıdır, ya şirin dilli, ya da mahir yalançı.
    Qız bəzəkdir, oğul şərəf. Qızını bəzə ki, bəzəyin olsun, gərəyin olar, oğlunu öy ki, şərəfin olsun, qorumağa kiminsə olar…
    Qız kəsilməmiş qarpız kimidir. Qız kəsilməmiş qarpız, qırılmamış qoz kimidir, çürüyü də var, çürük olmayanı da.
    Qız özgə çırağını yandırar. Qız özgələrinin evini yıxar və canını yandırar.
    Oğlanın oğlan oyunu var, qızın- qız oyunu. Oğlanın “oğlan oyunu” var, qızın- “qız oyunu”.
    Uşağı yüz öyrət, gördüyünü deyəcək. Uşağı yüz öyrət, gördüyünü deyəcək, cibinə pul qoy, nə desən, deyəcək.
    Yazda çalan, qışda oynar. Yazda “çalan”, qışda “oynar”.
    Kürkü yayda al, orağı qışda. Qızdırıcını yayda al, kondisioneri qışda.
    Quru palçıq divara yapışmaz. Quru palçıq divara yapışmaz, quru insan da könülə yapışmaz.
    Çirkaba daş atma, üstünə sıçrayar. Gördün çirklidir su, alma əlinə daşı, atmağa, daş qalacaq çirkabda, sıçradacaq ətrafa çirkabı, gördün bataqlıqdır, getmə yaxına, batdıqca, batarsan, qurtaran olmaz…
    Gəzən ayağa daş dəyər. Nə qədər çox “gəzərsən”, bir o qədər ayaqların yara bağlar…
    Qurd adını dəyişər, xasiyyətini dəyişməz. İnsan, bank adını dəyişər, fırıldağını dəyişməz.
    Zər qədrini zərgər bilər. Pulun qədrini onu halal zəhmətiylə qazanan bilər, insanların qədrini insanlığı olan bilər.
    Anlayana qul ol, anlamayana ağa olma. Anlayan da ola bilər anlamasın, anlamayan, nə ağa ol, nə də ki, qul…

  • Sözün keşiyində dayanan ziyalı

    İnsanın dünya ilə tanışlığı, ətrafındakı maddələrə qarşı reaksiyası, onun düşüncələrindən və öyrənə bildiklərindən asılıdır. Mən də həyatı dərk etdiyim vaxtlarda, hər bir əsil Azərbaycanlı kimi şeirə, poeziyaya güclü marağım, sevgim yarandı. Bu marağın əsasında isə hələ uşaq yaşlarımdan əvəzsiz bir natiqin ifasında dinlədiyim gözəl şeirlər dayanır. O, şeirlər ki, yazılışı təkmil olduğu qədər, ifa tərzi ilə öz donunu dəyişib daha da gözəlləşib, zövq oxşayırdı. Doğrudan da şair şeiri yazar, dünyaya gətirər, gözəl ifaçı isə şeirə nəfəs verər, canlandırar. Necə ki, pis insan yoxdur, pis xarakter var, eləcə də pis söz yoxdur, sözün pis şəkildə ifadə olunması var. Sözü gözəl və dəyərli edən isə onu məkanında və zamanında ifadə edənlərdir. Sözün, şeirin gücünü artıran, onu daha da gözəlləşdirən insanlara qiraət ustaları deyilir. Qiraət ustası olmaq üçün təkcə təhsil alıb da bu sənətə yiyələnmək olmur. Gərək Uca Yaradan insanı dünyaya bəxş edəndə ona xüsusi bir təbəssüm, xüsusi bir sima bəxş etsin. Qeyri-adi istedada malik olsun ki, onun dediyi hər bir kəlmə saf bulaq suyu kimi insanların ürəyinə axsın. Onu dinləyən hər bir insanı düşündürsün. Sadaladığım bütün gözəl keyfiyyətləri özündə əks etdirən, sözün deyilişinə xüsusi ustalıqla yanaşan, sözün həqiqi mənasında böyük ziyalı, Şirvanımızın fəxri, Seyid Mirfazil Ağa haqqında kiçik bir yazı təqdim etmək istədim.
    Mirfazil Seyidkamil oğlu Mirhəsənli 1957-ci 22 yanvar tarixində Ağsu rayonu, Kəndoba kəndində anadan olub. 1974-cü ildə Ağsu rayon Kəndoba kənd orta məktəbini müvəffəqiyyətlə bitirib. 1975-1977-ci illərdə indiki Almaniya Federativ Respublikasında hərbi xidmətini keçib. 1977-1985-ci illərdə Ağsu rayon Kəndoba kənd Mədəniyyət evində bədii rəhbər vəzifəsini, 1985-1990-cı illərdə isə sözügedən təşkilatda direktor vəzifəsini icra edib. 1980-ci ildə indiki Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə daxil olub və Mədəni maarif fakültəsinin özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisası üzrə təhsil alıb. 1985-ci ildə sözügedən universiteti bitirib. Göstərdiyi yüksək, nümunəvi mədəniyyətə və ziyalılığa görə cəmiyyətdəki insanların, xüsusi etimadını, sevgisini qazanmışdır.
    Seyid Mirfazil Ağa hələ gənc yaşlarından yüksək vəzifələrdə çalışmışdır.
    1990-cı ildə o vaxtkı Xalq Deputatları Sovetinin İcraiyyə komitəsinin sədri vəzifəsində çalışıb. 1992-1994-cü illərdə Xalq Deputatları Sovetini əvəz edən İcra Nümayəndəliyində İcra nümayəndəsi vəzifəsində çalışıb. 1994-cü ildə Ağsu rayon Komsomol kolxozunun idarə heyətinin sədri olub. 1996-2010-cu illər arası fərdi əməklə məşğul olub. 2010-cu ildən bu vaxta qədər Ağsu rayon Kəndoba kəndində Bələdiyyə sədri vəzifəsində çalışır. Rəvan nitqi, bacarığı və yüksək mədəniyyəti ilə böyük etimad qazanması onu həmin vəzifələrə gətirib çıxarmışdır. Çalışdığı vəzifələrdə isə həmin etimadı doğrultmuş və cəmiyyətdə böyük sevgi qazanmışdır. Mən belə hesab edirəm ki, bir insanın həyatda qazandıqları içərisində ən dəyərlisi, ən önəmli xəzinə xalqın, insanların sevgisidir. Bu baxımdan Mirfazil Ağa dünyanın ən varlı ziyalılarındandır. Çünki, onu tanıyan hər bir şəxsin sevgisini, hörmətini qazanmışdır. Səmimiyyət və sevgi ilə zəngin olan bədii qiraət ustasının ifasındakı şeirlər də bir o qədər gözəl və ecazkar səslənir. İnsan bir işi ürəklə, sevgi ilə icra edərsə əlbəttə ki nəticəsi də gözəl olar.
    Mirfazil Ağa təkcə şeirləri ifa etməklə kifayətlənməyib, həmçinin də gözəl şeirlərin müəllifidir. Lakin əsil şeirin dəyərini və məsuliyyətini daha dərindən bildiyi üçün, böyük şairlərin şeirləri ilə müqayisədə öz şeirlərini təvazökarlıqla kiçik adlandıraraq, heç vaxt şeirlərinin dərc olunmasına imkan yaratmayıbdır. Sözün keşiyində dayanmış bədii qiraət ustası Mirfazil Ağaya uzun ömür, möhkəm can sağlığı, davamlı yaradıcılıq uğurları arzu edirik. Bundan əlavə onun şəninə çoxsaylı şeirlər yazılmışdır. Həmin şeirlərdən birini oxuculara təqdim edirik!

    Mirfazil ağa

    Bir adın altında min ad yaşayır,
    Cəsarət yaşayır, cihad yaşayır.
    Şerə qanad verir, rahat yaşayır
    Ehtiyac duymayır tərif olmağa
    Tarixi natiqdir Mirfazil Ağa.

    Küləklər səsini yayıb ölkəyə,
    Dəvət alır hər şəhərə, bölgəyə.
    Şükür olsun Haqdan gələn vergiyə,
    Çəkmək olmaz onu sözlə sınağa
    Tarixi natiqdir Mirfazil Ağa.

    Söz-sənət dünyası başqa bir aləm,
    Düşüncəsi çox humanist möhtəşəm.
    Övlüyadır, Haqq eşqindən deyil kəm ,
    Xeyir dua verir neçə ocağa,
    Tarixi natiqdir Mirfazil Ağa.

    Elnarə GÜNƏŞ,
    zərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının xüsusi müxbiri

  • Surə Mehdiyeva: “İstəyim layiqli vətəndaş olmaqdır”

    Bacarıqlı insanları tanımaq, barələrində maraqlı yazılar yazıb, onları geniş oxucu kütləsinə tanıtmaq hər bir qəzetçinin, qələm sahibinin təqdirəlayiq arzularından biridir.
    Surə xanımı tanıdığım ilk gündən onu növbəti müsahibəmi reallaşdırmaq üçün münasib tərəfdaş kimi hədəf seçmişdim. Tanışlığımızı və haqqında öyrəndiklərimi əsas tutaraq görüşdük.

    – Qazandığı uğurlarla kifayətlənməyib, daha böyük arzulara can atan Surə Mehdiyeva özünü oxuculara necə təqdim edərdi?

    – Azərbaycan Respublikasının vətəndaşı, Mehdiyeva Surə Tahir qızı. 1978-ci ildə İsmayıllı şəhərində anadan olmuşam. Şəhər 1 nömrəli orta məktəbini bitirmişəm. 1987-ci ildə İsmayıllı Uşaq İncəsənət Məktəbinin 7 illik fortepiano şöbəsi üzrə, 2006-2010-ci illərdə Bakı-Humanitar Kollecində musiqi təhsil almışam. Hazırda İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbində musiqi müəllimi işləyirəm. Çalışdığım təhsil ocağında və ümumilikdə, uğur kimi qəbul olunan işlərimlə bağlı onu qeyd edə bilərəm ki, uzun müddət məktəbə direktorluq etmiş, respublikanın Əməkdar müəllimi, şəhər 1 nömrəli tam orta məktəbin öz liderliyini qoruyub saxlamasında əvəzsiz rolu olan Şəfaqət Rəsulovun mənə çox böyük dəstəyi olub.

    – Gəncsiniz. Hər işdə fəallıq nümayiş etdirməyinizi, həmkarlarınızdan fərqlənməyə can atmanızı qısqanclıq kimi qəbul edək, yoxsa bunun başqa səbəbləri də var?

    – Hər nədirsə, bu keyfiyyət uşaqlıqdan mənimlə yoldaşlıq etməkdədir. İcrasını öhdəmə götürdüyüm istənilən işdə öncül olmaq hər zaman başlıca məqsədim olub. Dahi Nizaminin bu kəlamları qulaqlarımın ən dəyərli “sırğa”sı olub:
    Bir kamil palançı olsa da insan,
    Yaxşıdır yarımçıq papaqçılıqdan.
    2007-ci ildə İsmayıllı şəhər məktəbləri arasında keçirilən “İlin ən yaxşı musiqi rəhbəri” müsabiqəsində qalib olmağım sonrakı arzu və uğurlarım üçün bir başlanğıc oldu. Həmin il İsmayıllı RTŞ-nın Fəxri fərmanı ilə təltif olundum.
    2009-cu ilin sentyabrından Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmuşam. Ulu öndərin idrak və arzularının qayəsi olan bu təşkilatının qarşıya qoyduğu vəzifələrin icrasında önəmli sayılan bütün tədbirlərdə fəallıq nümayiş etdirməyi vətəndaşlıq borcu hesab edirəm. Bu sahədəki çalışmalarımın Fəxri fərmanla mükafatlandırılması məni daha vacib tapşırıqların həllinə səfərbər edir.

    – Müəyyən səbəblərdən orta ixtisas təhsili ilə kifayətlənməli olmusunuz. Ali təhsil almamağınız daha böyük istəklərinizin reallaşmasında əngələ dönmür ki?

    – Bu suala birmənalı cavab vermək olmaz. Əksər hallarda bu məsələ görmək istədiyim işlərin çərçivəsini kiçildir. Amma işi ali təhsil diplomu ilə deyil, bacarıq, istedadla ərsəyə gətirmək olur. Bugünkü elmi-texniki tərəqqinin imkanlarından istifadə etməklə hər kəs savad dairəsini istədiyi mərtəbəyə qaldıra bilər.
    2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Mədəd təşkilatı tərəfindən təşkil edilmiş Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi kursunda öyrəndiklərim öndəki fikrim üçün bir istinad nöqtəsi oldu. 2010-cu ildən məktəbimizdə yaradılmış Kiçik Akademiyanın musiqi rəhbəri kimi çalışmağa başladım. Şagirdlərdə bədii-estetik zövqün oyanması və inkişafı üçün çoxsaylı tədbirlər həyata keçiririk.
    Məktəbin musiqi rəhbəri kimi ölkə və dünya bəstəkarlarının yaradıcılığı ilə bağlı tədbirlərin keçirilməsini ənənə halına salmışıq. 2011-ci ildən IEARN Beynəlxalq Layihə Mərkəzinin üzvüyəm. Dərs dediyim şagirdləri beynəlxalq layihələrə cəlb edir, onların 50-dən çox ölkənin məktəbliləri ilə əməkdaşlığını təşkil etmişəm.

    – Təhsil sahəsində aparılan islahatlarda musiqi dərslərinin təlimi prosesi də yeniləşməyə məruz qalıbmı və uğur hesab edilə bilən hansı işlərə imza atmısınız?

    – Milli müstəqilliyimizdən və dünyaya inteqrasiyadan sonra görünən və yaradılan hər şeyin yeniləşməsi, bəşəriyyətə təqdim olunması yenilənmədə və müasirləşmədədir. Musiqi, incəsənət də gedən proseslərdən kənarda qala bilməz. Bu baxımdan başlıca vəzifəmiz milliliyimizi qorumaq və inkişaf etdirməkdir. Respublikanın birinci xanımı Mehriban Əliyevanın milli musiqimizlə bağlı çalışmaları hələ uzun illər bizim üçün fəaliyyət proqramı rolunu oynayacaqdır.
    2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi” üzrə kursunu müvəffəqiyyətlə bitirdim. Bu illər ərzindəki zəhmətim diqqətdən kənarda qalmayıb. Rayonda keçirilən bayram şənliklərində və müxtəlif ictimai tədbirlərdə böyük həvəslə iştirak edirəm. Təşkilatçılıq və işgüzarlığıma görə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tərəfindən dəfələrlə Təşəkkürnamə və Fəxri fərmanla təltif olunmuşam. Təkcə müəllimliyə deyil, həyat üçün zəruri olan sahələrə marağım məni daha çox öyrənməyə, bununla yanaşı, daha çox iş görməyə sövq edir. Potensial imkanlarıma güvəndiyimdən daima axtarışda oluram, hər gün nəsə bir yenilik etmək həvəsi ilə yaşayıram.

    – Fəaliyyətiniz çoxsahəlidir. Fərqli layihələr üzərində çalışırsınız. Vikipediya ilə bağlı layihənin qalibi və icraçısı olmusunuz. Bəlkə bir neçə kəlmə bu işlərə təkan verən amillərdən danışasınız?

    – Məktəbimizdə İKT üzrə ekspert Ramil Süleymanov tərəfindən “Region gənclərinin inkişafına dəstək” təlimi keçirildi. Bu təlim zamanı öyrəndiklərim sərbəst şəkildə layihələr işləməyə yönəltdi. Vətənə sevgimi əməli işdə göstərməyə can atıram. Bu istək məni 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 3-cü qrant müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə “Gənclərlə Vikipediyada Qarabağ həqiqətlərinin dünya ictimayyətinə çatdırılması” layihəsində qalib olmağıma gətirib çıxartdı. Bu layihədə məqsədim Vikipediyadan səmərəli istifadə etməklə, gənclərimizin potensial imkanlarından istifadə, Qarabağ həqiqətlərini İKT resurları vasitəsi ilə dünyaya çatdırmasına nail olmaq idi. Layihənin təqdimatı İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində keçirildi. Təqdimat tədbir kimi kütləvi informasiya vasitələri tərəfindən respublika səviyyəsində işıqlandırıldı. Təqdimat mərasiminin təşkilinə görə İsmayıllı rayon İcra Hakimiyyəti başçısı çox hörmətli Mirdaməd müəllimə minnətdarlığımı bildirirəm. Bu təqdimat sonrakı işlərim üçün sanki bir qapı açdı.

    – Gördüyünüz işlərlə qarşınıza qoyduğunuz məqsədlər arasında məsafə sizi razı salırmı? Məqsədinizə nə dərəcədə nail olmusunuz?

    Arzularım çox və müxtəlifdir. Başlıca məqsədim Vətənə layiqli xidmətdir. Vətənə hamımız borcluyuq. Özümü tanıyandan borclu qalmağı sevməmişəm. Öhdəmə götürdüyüm işi yarımçıq qoyduğum da yadıma gəlmir. Öyrətdikcə öyrənməyə üstünlük vermişəm.
    O səbəbdən məni musiqi müəllimləri üçün yaradılmış Dayaq əntəqəsinin rəhbəri seçiblər. Fəaliyyətim dövründə Azərbaycan Müəllimlər İnstitutunda “Öyrədənlərin öyrədəni” kursunu müvəffəqiyyətlə bitirdim, ”Öyrədən” statusu qazandım.
    AzETA-nın qeyri-ixtisas müəllimləri qrupunun üzvüyəm. Bu təşkilat tərəfindən keçirilən elmi-praktik konfranslarda iştirak edirəm.
    “İKT ili” çərçivəsində çalışmalarım uğurlu alındı, müxtəlif qiymətli hədiyyələr, mükafatlar qazandım.
    İsmayıllı rayon Gənc Müəllimlər Şurasının üzvüyəm. Məktəblə yenicə təmasa girən gənc müəllimlərə dəyən köməyimdən mənəvi güc alıram. İsmayıllı müəllimlərinə rəhbərlik edən Əməkdar müəllim Rasim Orucovun da üzərimdə diqqət və qayğı payı var.
    Rayonda hər il keçirilən “İstedad sorağı”nda müsabiqəsində şagirdlərimin – Aygün Rəsulova, Aysel Cəfərova və bir çoxlarının müxtəlif dərəcəli diplomlar qazanması məni daha yüksək enerji ilə daha geniş meydana səsləyir.

    – İllər keçdikcə çox dili bilmək marağınızın daha da artmasını nə ilə izah edərdiniz?

    – Rus dilində təhsil almışam. Çox dil bilənləri həmişə daha imkanlı hesab etmişəm. Yeni dillər öyrənməyə bu gün də maraqlıyam. Azərbaycan bölməsi ilə yanaşı rus bölmələrində oxuyanlara da dərs keçirəm. Beynəlxalq layihələrə olan ciddi marağım üzündən rayonumuza ezam olunmuş Sülh korpusunun könüllüləri Alaxandra Solomon və Emi Baldvinin təşkil etdiyi 3 aylıq ingilis dili kurslarında iştirak etdim. Eləcə də, rayon İcra Hakimiyyəti başçısınin təşəbbüsü ilə Bakı şəhərindən dəvət olunmuş Rəşad Paşazadənin 6 aylıq ingilis dili kursunu keçmişəm. Təcrübə mübadiləsi məqsədilə Rusiya, Türkiyə və Almaniya müəllimləri ilə sıx əlaqə yaradır, skype görüşləri keçirir, vebinar və onlayn konfranslara qatılıram. Əməkdaşlıq etdiyim ölkələrin məktəblərindən məktublar toplayaraq musiqi otağında dostluq guşəsi yaratmışam. “İctimai” TV-də yayımlanan “Açıq dərs” verilişində “Musiqi dərsi” mövzusunda çıxış etmişəm. Bakı şəhəri Z.Əliyeva adına liseyin informatika müəllimi Vəfa Vəliyeva ilə İKT-nin təlimə tətbiqi ilə musiqi və informatika fənlərinin əhəmiyyətindən danışmışıq.

    – Qazanılan uğurlar və yeni layihələr üzrə işləmək istəyini gerçəkləşdirmək əsas işiniz üçün maneələr yaratmır ki?

    – Əksinə. Çox öyrəndikcə, daha irəli getmək, daha sanballı layihələrin icrasına qoşulmağa can atıram.
    2013-cü ilin oktyabr ayında Təhsil Nazirliyinin təşkil etdiyi “İctimai təşəbbüslərin dəstəklənməsi ” üzrə layihə müsabiqəsinin qalibi, Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Ceyhun Bayramovla müqavilə imzaladıq. Müqaviləyə əsasən, innovativ müəllimlərdən ibarət qrupa rayonun ucqar kəndlərində çalışan müəllimlərin İKT bacarıqlarını artırmaq məqsədi ilə 6 ay müddətinə rəhbərlik etdim. Layihənin icrası müddətində 300 nəfər müəllim müasir texnologiyalardan səmərəli istifadə etmək imkanı qazandı.
    2014-cü ildə Türkiyənin e-Twinning NSS-si tərəfindən təşkil edilmiş ”e-Twinningdə yaradıcı əllər” 24 saatlıq onlayn təlimini uğurla başa vurdum. Bu layihə çərçivəsində 3 keyfiyyət nişanı ilə mükafatlandırıldım. Daha sonra Avropanın e-Twinning üzrə meneceri Anne Gilleranın “Bir Twinspace yolçuluğu” onlayn təlim kursunu bitirdim. Rusiyanın Sankt-Peterburq şəhərində təşkil edilmiş “Distant təhsil – Gələcəyə baxış” adlı 4-cü Beynəlxalq elmi-praktik konfransa dəvət olundum. Konfransda fəal iştirakımla təşkilat komitəsinin sertifikatına layiq görüldüm. Elə həmin il “e-Twinning layihələrinin planlaşdırılması ” üzrə onlayn təlimini də uğurla başa çatdırdım. Bakı şəhərində dünyanın bir çox ölkələrindən dəvət edilmiş təhsil səfirləri və e-Twinning-də çalışan müəllimləri arasında keçirilən Beynəlxalq kontakt seminarında xüsusi sertifikata layiq, uğurla iştirak etdim. 2015-ci ildə də bir sıra ünlü beynəlxalq təlim və müsabiqələrin iştirakçısı oldum.
    Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi İNTEL GƏLƏCƏK ÜÇÜN Təhsil Təliminin təlimçisi olmağım isə əlavə pedaqoji təcrübə olmaqla, imkan və bacarığımı üzə çıxartdı.

    – “Sizə lazım deyilsə, bizə gətirin ”- xeyriyyə aksiyası da təşəbbüsünüzdür. Necə oldu ki, bu ideya gerçəkləşdi?

    Bu olduqca rahat və səmimi bir işdir. Ehtiyacı olanlara kömək etdikdə insanın ruhu dincəlir. Məktəb nəzdində ikinci ildir fəaliyyət göstərən “Mərhəmət” təşəbbüs qrupunun rəhbəri olmaq olduqca qürurvericidir. Məktəb rəhbərliyi və müəllimlərin dəstəyi ilə imkansız və aztəminatlı ailələrə kömək məqsədi ilə təşkil edilmiş sözügedən layihə çərçivəsində görülən işlər doğrudan da təqdirəlayiqdir. Qrupumuzun işini ilk bəyənən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi oldu. Mərkəzin direktoru Lətifə Əliyevanın, bu təşkilatda çalışanların iştirakı ilə rayonda yaşayan aztəminatlı və kimsəsiz ailələrə üz tutduq. Keçirilən görüşlərdə “könüllü musiqiçi” şagirdlərin ifasında xüsusi qayğıya ehtiyacı olan insanların əhval-ruhiyyəsini yüksəltmək məqsədi ilə mahnılar səsləndirilir. Könüllülərimizin sayı artmaqdadır.
    Layihənin icrasında şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Şahin Gənciyevin və müəllim yoldaşlarımın əvəzsiz rolu olub.

    – Üzərində işlədiyiniz son layihə nədən bəhs edir?

    Bu il “O, bacarıq – 1 saylı” layihəsi ilə böyük sənətkarlar yetişdirən İsmayılı torpağındakı istedadlı gənclərin sorağına çıxdıq. O cümlədən, məktəbimizin bacarıqlı şagirdlərini aşkarlayaraq maraqlı konsert proqramı hazırlamışıq. İstedadlar məktəb rəhbərliyi tərəfindən diplom və mükafatlara layiq görülüblər.
    Əvvəldə qeyd etdiyim kimi biz dünyanın bir çox ölkələri ilə əməkdaşlıq edir, Azərbaycan mədəniyyətini, Azərbaycan həqiqətlərini onlara təqdim edirik. “Multikulturalizm ili” çərçivəsində Türkiyənin Uşaq qəsəbəsinin məktəbləri ilə əməkdaşlıq edirik. Türkiyənin Təhsil Nazirliyi tərəfindən bəyənilmiş “Dostluqdan cücərən toxumlar” layihəsinin icrasına hazırlaşırıq. Sentyabr ayında tərəfdaşlarımız İsmayıllıya səfər edəcəklər. Onlar Lahıc və Basqal qəsəbələrinin tarixini öyrənmək marağındadırlar.
    – Müsahibəyə görə çox sağ olun! Ümidvaram ki, tezliklə növbəti uğurlarınızı işıqlandırmalı olacağıq.
    – İnşallah!

    Elnarə GÜNƏŞ,
    zərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının xüsusi müxbiri

  • Sumqayıtda ilk “Humanizm pedaqogikası” laboratoriyası

    Bu gün təhsil sahəsində aparılan islahatlar müəllim və pedaqoji kollektivlər qarşısında böyük və məsul vəzifələr qoyur. Gənc nəslin təlim-tərbiyəsində, yeni ideyaların və metodların gerçəkləşdirilməsi zamanın tələbindən irəli gəldiyindən yaradıcı axtarışlar davam etməkdədir. Qabaqcıl təcrübənin həyata keçirilməsində hər bir müəllimdən təşəbbüskarlıq, elmə maraq tələb olunur. Bu sahədə Sumqayıt şəhərindəki 11 saylı orta məktəb başqalarından fərqlənir.
    Sumqayıtda ilk dəfə olaraq Respublika “Humanist Pedaqogika Mərkəzi”nin bazası əsasında “Humanizm pedaqogikası” laboratoriyası məhz 11 saylı məktəbdə fəaliyyətə başlamışdır. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi texniki avadanlıqlar, kartotekalar, şagirdlər üçün video-filmlər, mədəniyyətimizin və ədəbiyyatımızın korifeyləri haqqında kifayət qədər məlumatlar toplanılmışdır.
    Bu günlərdə həmin laboratoriyada məktəbin müəllim heyəti ilə görüş təşkil olunmuşdur. Görüşdə Respublika “Humanist Pedaqogika Mərkəzi”in direktoru Riza Xəlilov, məktəbin direktoru Şəhla Bağırova, direktor müavini Lybov İsmayılova və laboratoriyaya rəhbərlik edən Fəridə Şirinova iştirak etmişlər. Görüşün əsas məqsədi təhsil prosesində uşaqlara fərdi yanaşmada hümanizm prinsiplərinin əsasları müzakirə olunmuşdur. Müzakirələrdə qeyd edilmişdir ki, humanizm pedaqogikası şagirdlərin mənəvi tərbiyəsinə, zənginliyinə, xarakterin formalaşmasına, nəcib və ləyaqətli bir vətəndaş kimi yetişməsinə xidmət edir.
    Bütün bu prinsiplər mövcud olan avtoritar pedaqoji təfəkkürün dəyişilməsinə, yeni mütəfəkkir təfəkkürün formalaşmasına yönəldilmişdir. Məşhur klassiklər Nizaminin, Nəsiminin, Füzulinin, böyık maarifcilərdən Ş.Amonaşvilinin, K.Uşinskinin, V.Suxomlinskinin, Y.Korçakın öz ölməz əsərlərində və elmi yanaşmalarında göstərilir ki, yeni nəslin böyüməsində hər bir şagirdin daxili aləmini açmaqla, onların xarakterini, düşüncəsini xeyirxahlıqda, alicənablıqda, mərhəmətdə, gözəllikdə axtarmaq və üzə çıxartmaq lazımdır.
    Boyük pedaqoq Ş.Amonaşvilinin belə sözləri var: “Kimsədən aslı olmadan, əgər səndən xeyirxahlıq gözləsələr də, gözləməsələr də, sən xeyirxahlıq et. Kimsədən asılı olmadan, əgər sənin xeyirxahlığın yamanlıqla əvəz olunsa belə, cən Xeyirxahlıq et. Sən heç kimdən soruşma və işazə alma. Çünki sənin xeyirxahlığın üzərində kimsə hökmranlıq edə bilməz”.
    Bu sözlər Fəridə müəllimənin öz həmkarları ilə keçirdiyi görüşün əsas ana xəttini təşkil edirdi. Qarşılıqlı fikir mübadiləsi bunu bir daha sübut etdi.
    Uşaqları xeyirxahlığa, nəcibliyə, gözəlliyə səsləmək, yeni nəsli məhz bu yönümdə tərbiyələndirmək Vətənə layiqli övlad yetişdirmək deməkdir. Bu təhsil işçiləri qarşısında duran müqəddəs vəzifələdən biridir. 11 saylı orta məktəbin müəllimi Fəridə Şirinovanın rəhbərliyi ilə fəaliyyət göstərən “Humanizm pedaqogikası” laboratoriyası özünün ilk kövrək addımlarını atır. İnanırıq ki, humanizm prinsipləri əsasında uşaqların sağlam düşüncəli, tərbiyəli və xeyirxah böyücəklərinə olan ümidlər özünü döğruldacaq.

    Eyruz Məmmədov,
    Respublikanın əməkdar jurnalisti

  • “Ədəbi təhlil” layihəsi- Ramil Mərzili: Kimsə bilməsin…

    0830

    Bu günkü müzakirə obyektim və mövzum Ramil Mərzili, onun kimliyi, yaradıcılığı və “Kimsə bilməsin” kitabı olacaqdır…

    İlk növbədə, təbrik edirəm Ramil qardaşımı…

    Dünən AYB-də imza günündə iştirak etdim… Çıxış üçün söz verilməliydi, imtina etdim, çünki sözüm çox idi, yazmağı üstün bildim…

    Mənim üçün yaradıcı insanın uğuru yaradıcılıq məhsulunu insanlara düzgün çatdıra bilməsi, təqdim etməsi, yaşadıqlarını və nə demək istədiyini ifadə edə bilməsidir. Ramil yaradıcılığında bunu bacarır. Kədəri də, vətən sevgisini də, ailəyə bağlılığı, qadına sevgisi, həsrətini, sevincini də şeirləri vasitəsilə ötürə və yaşatdıra bilmişdir oxucularına…

    Kitabını iki dəfə oxudum…

    Yaxşı yadımdadır… Bizi birləşdirən dəyər, dəyərli yazar dostumuz, jurnalist, publilist, tənqidçi və yenibaxis.az saytının baş redaktoru və təsisçisi Aysel Abdullazadə olmuşdu… Ramilin Kitabevimdə olan kitab təqdimatına məhz Aysel dəvət etmişdi. Ramili tanımırdım, yaradıcılığı ilə ancaq saytdan tanış idim… Aysel təriflədi, mən inanmadım… İnadkarlıqla deyirdim: “heç bəyənmədim Ramil bəyi, bura sənə görə gəlmişəm Aysel”…

    Söz verdi mənə çıxış etmək üçün, şəxsən tanışlığımız olmasa da, kitabın adını düzgün seçmişdi… Kimsə bilməsin… Kitabı oxuyan hər kəs bildi, onun nə demək istədiyini, hiss və fikirlərini…

    Deyirlər: “İlk təəssürat aldadıcı olur”… Razıyam… İlk baxışdan çox qəmli, kədərli, soyuq, özündən razı görsənən Ramili bəyənməmişdim… Neqativ enerji gəlirdi mənə… Mən axı pozitiv insanam…

    Sonra sosial şəbəkədə dostlaşdıq, ünsiyyətimiz başladı, qısa zamanda dostlaşdıq, yanıldığımı anladım və əslində Ramilin necə insan olduğunu gördüm…

    Ramilin kimliyi geniş mövzudur, tənqidçiyəm, tərifləmək istəmirəm… Tənqid edəcəyim bir tərəfi əslində kədərli görsənməsi, kədəri içində yaşaması, əslində isə dostları ilə şən və mehriban görsənməsidir… Kədərli olmasıdır, dərd çəkməsidir…

    Ən böyük arzum Qarabağımızın geri qaytarılması, ərazi bütövlüyümüzün bərpası, kitabımın təqdimatının Şuşada edilməsidir… Qarabağımda olmaq istədim… Sağ olsun, dostumuz Ruslan Nadir, təşkil etdi, getdik.

    Deyirlər, “filankəs necə adamdır?”, cavabı “yol yoldaşı olmamışam bilmirəm, davada olmamışam, bilmirəm”dir. Qarabağda bizi Ramil və Vüsalə Süleyman, Veys qarşıladı… Ramillə Qarabağda yol yoldaşı da olduq, müharibə şəraitində, təhlükə altında da olduq hər an, qorxmadıq, qaçmadıq…

    Kimsə bilməsin… Bir sirrdir… İnsanın həm paylaşmaq istədiyi, həm də paylaşmaq istəmədiyi bir sirr… Stop düyməsi kimi… İstəyirsən, basıb dayandırasan, ya da ki, basmayıb, davamını bilmək istəyirsən… “Kimsə bilməsin” də insanın özünə və ya artıq paylaşdığı gizli sirri haqqındadır… Özünə deyirsən ki, bu yalnız mənə aiddir, kimsə bilməməlidir, ya da ki, dostuna etibar edib, paylaşır, deyirsən, amma şərt qoyursan, xahiş edirsən “kimsə bilməsin”…

    Ramilin kitabını oxuduqca, Tənha qadını sevdim, Vurmadığın şilləni sevdim, özümü gördüm… Yaşadım, hiss etdim…

    Əsəd Cahangirin dünənki çıxışında sözünə qüvvət olaraq, demək istəyirəm ki, yaradıcı insanın muzası iki halda gəlir: Ya sevinc və xoşbəxtliyin zirvə nöqtəsində, ya da kədər və bədbəxtliyin zirvə nöqtəsində… Hər bir nöqtə maksimum olur, yaşayırsan, yazırsan, yaradırsan… Sevinc və xoşbəxtliyi yaşayanda tənqid, tərif, sevgiyə qovuşma, satira, yumoristik yazılar çıxır, kədər və bədbəxtliyi yaşayanda göz yaşı, dərd, nakam sevgi, həsrət, ayrılıq, iztirab, əzab…

    Ramil Mərzilinin şeirlərini oxuduqca, nəzirələr və ya cavab yazmağa, ilhamlanıb o mövzunu inkişaf etdirməyə, həmin mövzu üzrə esse, publisistik məqalə, köşə və bloq yazısı yazmağa başladım… Məsələn Tənha qadın şeirinə…

    Ramilin söz ehtiyatı var və mövzunun bədii təsvir imkanları mövcuddur, fikirlərində təkrarlanmır.

    Şeirlərində sevgi və qadın obrazına gəlincə, əsl yaradıcı insan odur ki, real həyatda yaşamadığını yaratdığı işdə yaşadır, yaşayır və yaşatdırır… Ramil yazılarında poetik sevgi və poetik qadın obrazını yaratmış və poetik sevgisini poetik qadınına həsr etmişdir…

    Şərt deyil ki, yaradıcı insanın yaratdığı və ya yazdığı onun şəxsi həyatı və ya şəxsi iç dünyası ilə bağlı olsun, müşahidə, araşdırma, digər insanların həyatından götürmə halları da ola bilər…

    Ramil o qədər həssas, duyğulu və gerçək yazır ki, şeirlərini yaşamamaq olmur, duyğulanmamaq və şeirlərinin təsiri altına düşməmək olmur…

    Hər kəsə bu kitabı oxumağı və Ramil Mərzilinin yaradıcılığı ilə tanış olmağı tövsiyyə edirəm.

    Gün o gün olsun, növbəti kitablarını Ağdamda, Şuşada, Xankəndində və digər Qarabağ torpaqlarında ardıcıl olaraq təqdimatını təşkil edək.

  • Şәr qarışanda nә olur axı? 18+

    0800

    Şәr qarışanda nә olur axı?

    Şәr qarışanda nә vaxtdır, qaranlıq düşәndә, ya gecә yarısı?

    Şәr qarışanda düşürsәn şәrә? Ya düşürәm sәnin yadına?

    Oyanır ehtirasın şәr qarışanda?

    Şәr qarışanda qarışırsan qaraya, şәrә, sәbr etmirsәn gәlsin sәhәr, ağ qüvvәlәr?

    Şәr qarışanda nә olur axı? Xeyir mәlәklәr qaçır, Allah yatır, Şeytan oyanıb, çıxardır insanı yolundan?

    Şәr qarışanda gәlir ilham pәrilәrin, oluram sәnin muzan, yazırsan mәndәn, istәklәrindәn,18i keçib yaşım, Afәtin oluram ey gәnc şairim…

    Şәr qarışanda insanlar çaşır, yolunu azır, yuxu gәlmir gözlәrinә, bәlkә acsan, yemәyinin vaxtı çatıb?!

    Şәr qarışanda, nә olur axı, çıxırsan gәzmәyә, ya da qaçırsan, tәnha olduğunu unutmaq üçün dәnizә, külәyә yoldaş olursan?!

    Şәr qarışanda, ürәyindә baş qaldırır istәyin, qonağım olasan mәnim evimdә, qalasan gecәni, sәhәrәdәk yatmayasan…

    Susuram artıq, danışmayaq, qoy danışsın baxışların, mәn oxuyum, sonra susum, öpüb qucaqlayasan…

    Şәr qarışanda nә olur axı, qırmızı kәmşirin şәrab, qәlyan, siqaret, dumanlanır beyin, unudursan, boş verirsәn hәr şeyi, tәslim olursan ona, ayıq başla etmәdiyini edirsәn, susursan, iniltidir ancaq sәslәr vә pıçıltı…

    Şәr qarışanda nә olur axı?! Sirli gecә, batırıq şirin günaha, yeni bilik qazanırıq, bir tәcrübә olur bu da…

    Şәr qarışanda nә olur axı? Bәlkә kölgәnәm sәnin, şәr qarışanda, itirәm sәndә, yoxa çıxıram?!

    Şәr qarışanda nә olur axı?!Nә yaxını görürsәn, nә dә uzağı, nә önünü, nә arxanı…
    Qorxursan, içindә hәyәcan, ziddiyyәt, tәrәddüd edirsәn… Bәlkә dә sonra gәlәcәk peşimançılıq, düşsә yada, etdiklәrin şәr qarışanda, gecә yarısı, hava qaralanda…

    Şәr qarışanda nә olur axı?! Xeyir şәrә qarışır, şәr dә ki, mәnә…

    Sıxır әllәrin әllәrimi, röyadayam, xәyal qururam sәninlә bağlı, oyatma mәni, nә olar, olar?!

    Şәr qarışanda nә olur axı? Oyadırsan içimdәki vulkanı, yanardağam sanki, ya da ki, yanar od, axar su, әsәr külәk, bar verәr torpağımdakı bitki, ağaclar, canlı olduğumu hiss edәrәm o zaman, hәr fәsli yaşayaram şәr qarışanda öncә yazı ilk toxunuşunda, öpüş, kuliminasiya nöqtәsindә yay, sonra yorulursan sonuna yaxın, payız gәlir, sonra bitir, qışdır artıq…

    Şər qarışanda nə olur axı?! Hər gecəni olmursan xəyallarımda, röyalarımda, arzularımda, başlayıram darıxmağa…

  • Şəfa VƏLİYEVA.””Ömür” adlı məfhum anların vəhdətindən ibarətdir”

    1915291_748109358667106_2463672035380493579_n

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Biz hər nə qədər təsadüflərə inanmasaq da “ömür” adlı məfhum anların vəhdətindən ibarətdir. Hətta, xoşbəxtlik də bir anın hökmündədir. Insanlar öz anlarının dəyərini anlasa, o bircə anın qədrini bilsə təsadüflərin ona Tanrı ərməğanı olduğunu anlayar.
    Mənim həyatımda da Tanrı ərməğanı anların hakimliyi çox olub. Bu hakimiyyətlər bəzən xoşbəxtliyimin açarı, bəzən də həyatımın sonrakı davamının səbəbi olub. 2012-ci ilin üçüncü ayında belə təsadüflərdən biri idi. Martın 22-dən 23-nə keçən gecə Gəncə Şəhər Dəmiryol Xəstəxanasında ginekoloq Adilə Abbasovanın növbəsində xəstəxanaya getməyim də təsadüf idi… Onun əllərindən şəfa taparaq üz-üzə dayandığım ölümə zəfər çaldım. Səkkiz aydan çox Bakının bir çox özəl və dövlət xəstəxanalarında müayinə olunsam da mənə düzgün diaqnoz qoyulmurdu. Hər həkimin öz diaqnozu, öz yeni “evrikası” vardı. Və mənə düzgün diaqnozu da Adilə Abbasova təyin etdi. Müalicə isə sürətlə məni gələcəyə gedən yola istiqamətləndirdi. Cəmi iki ay ərzində Adilə Abbasovanın müalicəsi ilə mən sağlamlığıma qovuşmuşdum. Artıq dörd ildir ki, mən ürəklə Adilə Abbasovaya MƏNİM HƏKİMİM deyirəm. Hətta, 2013-cü ildə Yevlaxda yaşayan, evliliyinin 3-cü ilində ana ola bilməyən rəfiqəmi də həkimimin yanına apardım. Indi bir oğlu və bir qızı var.
    Adilə Abbasova savadlı ginekoloq kimi hər nə qədər mənimçün əvəzsizdirsə, onun mənə göstərdiyi qayğı, verdiyi ümidlər bu dəyəri ölçüsüz edir. Bütün həyatdan əl üzdüyüm anda belə Adilə Abbasova mənə :
    -Səninçün hər şey yaxşı olacaq!-deyib.
    Bir həkimin öz xəstəsinə göstərdiyi mehribanlıq müalicənin yarısıdır. Aradan dörd il keçib Adilə Abbasovanı mənə bəxş edən anın hökmündən. Hələ də günün istənilən saatında, hətta, gecə belə ona ürəklə zəng edib məsləhətləşə bilirəm. Məncə, bu böyüklükdə ürəyin qarşısında baş əyməyə dəyər.
    Adilə Abbasova Azərbaycan qadınlarının əl uzadınca əlini tutduğu, hayına çatdığı yerdədi: Gəncə Şəhər Dəmiryol Xəstəxanasında. Və onun sədasını dünyaya gəlişində yardımçı olduğu neçə-neçə körpənin səsində, öz sağlamlığına qovuşan Azərbaycan qadınlarının uğurlarında eşitmək heç də çətin deyil.
    Nə yaxşı ki, varsınız, MƏNİM HƏKİMİM!

    ( AYB və AJB üzvü, gənc yazar, Gəncə)

  • Qalib RƏHİMLİ.”Aqrar Universitet həm də torpağın “dilini” öyrədir və ya inkişafin zirvə ömrü”




    Torpaq da canlıdır. Onun da dili var və qayğıya möhtacdır. Əgər torpağı öz dilində danışdıra bilsək, nazını çəkib qayğıya bürüsək onda istədiyimizi zəhmətimizin qarşılığında ən keyfiyyətli formada əldə edə bilərik. Qürurumuz və bərəkət çeşməmiz olan torpağı əkib becərməsək qorumağa, qorumasaq əkib becərməyə dəyməz. Üzü Dədə Qorquddan günümüzədək səslənən və şüurlara hakim kəsilən bu fikir uzun əsrlər heç dəyərini itirmədi. Hər zaman aktual oldu, insanları əkməyə, becərməyə və qorumağa səslədi.
    Torpaq təkcə yadellilərin işğalından qorunmamalıdır. O həm də əkilib becərilməli və insanları saf, ekoloji sağlam məhsulları ilə sevindirməli, yaşam tərzini yaxşılaşdırmalıdır. Bunun üçün də hər fəsilin özünə uyğun sinəsi üstündə gəzdiyimiz torpaq dilləndirilməli, tələb olunan qayğı ilə əhatə olunmalıdır.
    Amma etiraf edək ki, qlobal iqlim dəyişiklikləri indi torpağa qayğını daha çox tələb edir. Mənşəyi bilinməyən xəstəliklər, gözlənilməz istilər və ya qəfil tufanlar tez-tez baş verir. Bəzən illərin zəhməti bir necə dəqiqə və ya saatda məhv olub gedir. Deməli, 40-50 il bundan əvvəlki normal iqlimin olmaması torpağa elmi yanaşmanı daha operativ formada gündəmə gətirib. Təbii ki, əvvəllər də torpağa elmi yanaşma olub, yeniliklər iləbəil məhsuldarlığı artırıb. İnsan çəkdiyi zəhməti əvəzini birə beş qazananda sevinci də bol olub, əldə etdiyi nemətlər də.
    Hər dəfə bu fikirləri yaşayanda gözlərim önündən ilk olaraq Aqrar universitet keçir. O Aqrar universitet ki, tək Azərbaycan iqtisadiyyatının deyil, keçmiş ittifaq iqtisadiyyatının güclənməsinə, bütövlükdə kənd təsərrüfatının inkişafına böyük töhfələr verib. Adı tarixin bütün dönəmlərində fəxrlə çəkilən bu təhsil müəssisəsinin yetirdiyi kadrlar bacarığı və biliyi ilə hətta ən ali idarəetmə orqanlarında üz ağardıb, yüksək nüfuz qazanıb. Kənd təsərrüfatının bütün sahələri üçün kadr hazırlayan ali təhsil ocağı indi daha sürətli inkişaf ömrü yaşayır, maddi-texniki bazası güclənir, yeni və ən müasir laborotoriyalar qurulur, kənd təssərrüfatın bütün sahələri üçün kadr hazırlığı tələbə və təlabata uyğun həyata keçirilir. Ən əsası isə Azərbaycan Dövlət Aqrar Universitetinin daha mükəmməl inkişafına dövlətin qayğısı artıb və təhsilin keyfiyyətli formada aparılması üçün geniş imkanlar açılıb. Aqrar bölmənin inkişafı ölkə prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olub. Aqrar sahənin inkişafı isə təbii ki, bir başa Aqrar universitetdən keçir. Elə bu baxımdan da universitetdə son 3 ildə dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına ciddi işlər görülüb və bu iş sürətli formada indi də davam etdirilir. Aqrar universitet sözün həqiqi mənasında çiçəklənmə və dinamik inkişaf ömrü yaşayır.
    Universitetin əsas bazası hesab edilən Aqranomluq fakültəsi isə kifayət qədər hazırlıqlı və təcrübə vərdişlərinə yiyələnən kadrlar hazırlayır. Torpağın dilini bilən, əkinçiliyin elmi inkişafını tətbiq etməyi bacaran, bitgiləri mühafizə edib ona aqrotexniki qulluğu bacaran çox sayda kadr hazırlanıb ki, onlar istənilən fermer təsərrüfatında işləyə bilər və özünü ən bacarıqlı kadr kimi təsdiqləyər. Bitgiçilik və bitgi mühavizəsi, Ekologiya mühəndisliyi və meşəçilik, Ümumi əkinçilik, genetika və seleksiya, Bağçılıq, Torpaqşünaslıq və aqrokimiya, Biologiya laborotoriyaları imkan verir ki, tələbə bütün təcrübələrini burda keçin, əldə etdiyi bilikləri sınaqdan çıxarsın. Sözü gedən bu laborotoriyaların hamısı ən müasir avadanlıqlarla təchiz edilib və ətraf rayonların fermerləri üçün də dəyərli bir araşdırma mərkəzinə çevrilib. Bu cür texniki təcrübə bazası univesitetin 7 fakültəsinin hər birində yaradılıb.
    Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi də hazırladığı kadrlarla heyvandarlığn, balıqçılığın və quşçuluğun inkişafına töhfə vermək imkanındadır. Qapalı və açıq balıq yetişdirmə, quşçuluq, arıçılıq mərkəzləri bu gün tələbələrin ən dəyərli təcrübə məkanıdır. Önəmli olan odur ki, bu mərkəzlərdə işləyənlərin hamısı bakalavr pilləsinin yuxarı kurs və magistr tələbələrdir. Onlar əldə etdikləri nəzəriyyəni burada asanlıqla təcrübəyə çevirir, mükəmməl kadr kimi formalaşırlar.
    Son zamanlar ADAU-da təcrübə saatlarına daha çox yer verilməsi də bir yenilik və əslində zamanın tələbidir. Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov deyir ki, aqranom auditoriyalarda deyil, sahələrdə hazırlanmalıdır.Təcrübə əldə edilən biliyin sınaq meydanıdır. Bu sınağı dəf edənlər heç şübhəsiz ən dəyərli kadrlar olurlar. Elə bu səbəbdən də Goranboy rayonu ərazisində fermer təssərrüfatı ilə müqavilə bağlanıb. Müqaviləyə uyğun 25 hektar sahədə tələbələr il boyu təcrübədə olurlar. Bu il Aqranomluq fakültəsinin tələbələri torpağın əkinə hazırlanmasından indiyədək bütün aqrotexniki proseslərdə özləri iştirak edib, 10 hektar sahədə dənli bitgilər, 10 hektarda pambıq, 5 hektarda isə “ADAU qarğdalı sortu” əkiblər. Becərmə tədbirlərini də məhz tələbələr həyata keçiriblər. Hazırda onlar pambığın və qarğıdalının vegetasiya becərməsi ilə məşğuldur. Bütün bunlar isə nəzəriyyə ilə təcrübənin qoşalaşdırılması, daha bacarıqlı kadr hazırlığı deməkdir. Rektor bu cür tədris formasının bütün ixtisaslarda tətbiq olunduğunu, eyni zaman universitetdə ustad dərslərinin ənənə şəklini aldığını da bildirib.
    Tədrisin müasir standartlara uyğun qurulması, tələbələrin daha keyfiyyətli bilik əldə etməsi məqsədilə universitetdə tam şərait yaradılıb. Məqsəd mütəxəssis hazırlığının keyfiyyətini daha da yaxşılaşdırmaq, tədris prosesini təkmilləşdirmək, innovasiyalı təhsilə keçməklə universitetin reytinqini yüksəltməkdir. Bütün bunların təmin edilməsində zəngin maddi-texniki baza, zəruri tədris avadanlıqları ilə təminat, pedaqoji heyətin peşəkarlığı və tələbələrin fəal təhsilə cəlb edilməsi böyük əhəmiyyət kəsb edir. Bu fikirləri isə universitetin tədris şöbəsinin müdiri Nüsrət Hüseynov söyləyib.
    Aqrar Universitetin hazırkı zəngin maddi-texniki bazası ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin çoxundan fərqlidir. Son illərdə tədris korpuslarının müasir standartlara uyğun təmiri, yüksək zövqlə inşa edilib istifadəyə verilən 520 yerlik tələbə yataqxanası-“Tələbə evi” bütün sadalananlara tam cavab verir. Binada qeydiyyat şöbəsi, zəngin kitabxana, stomatoloji kabinet, müayinə otağı, fotoatelye fəaliyyət göstərir. Burada akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri də var. Yataqxanadakı 257 otağın 251-i ikinəfərlik, altısı isə üçnəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və mətbəx var. Dam örtüyünün 2000 kvadratmetr sahəsi yataqxanada yaşayanların gəzintisi üçün nəzərdə tutulub. Yataqxananın elektrik enerjisi ilə təminatı üçün 1000 kilovoltluq güc transformatoru, isti və soyuq su ilə təminatı üçün qazanxana quraşdırılıb, su və yanğın hovuzları inşa edilib. Kompleksdə yaradılan şərait müxtəlif şəhər və rayonlardan olan tələbələrə özlərini evdəki kimi, bəkə də ondan yaxşı hiss etməyə imkan verəcək. Eyni layihə üzrə daha bir yataqxananın tikintisi isə davam edir. Bununla yanaşı vaxtı ilə qaçqınların yaşadığı 3 yataqxanaın da əsalı bərpası qərara alınıb. Bu işlər başa çatandan sonra universitetin yataqxana problemi tamamilə həll ediləcək.
    Nüsrət Hüseynov onu da bildirib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 24 may 2013-cü il tarixli 63 nömrəli Sərəncamı ilə 2013/2014-cü tədris ilindən başlayaraq ADAU-nun bakalavriat səviyyəsinə 11 ixtisas, o cümlədən torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, ekologiya, su bioehtiyatları və akvabitkilər, zootexniklik, baytarlıq, aqromühəndislik və s. ixtisaslar üzrə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında müəyən edilib. Həmin ixtisaslara abituriyentlərin peşə yönümü üzrə maarifləndirilməsi məqsədilə alimlərimiz Gəncənin və kənd rayonlarının orta məktəblərində pedaqoji heyət və yuxarı sinif şagirdləri ilə mütəmadi görüşlər keçirir, onlara universitet haqqında ətraflı məlumatlar verir, şagirdlər öz müəllimləri ilə birlikdə ADAU-ya məxsus avtobuslarla tədris korpuslarını, laboratoriyaları, müzeyi, kitabxananı, elektron kitabxananı ziyarət edirlər. Bütün bunlar da şagirdlərdə, onların müəllim və valideynlərində universitet haqqında xoş təəssürat yaradır, əhatəli məlumat bazası zənginləşir və formalaşır. Son illərdə bu ixtisaslara tələbə qəbulu planı əvvəlki illərə nisbətən daha çox, bəzilərində isə 100 faiz yerinə yetirilib.
    Universitetin bakalavriat və magistratura səviyyələrində 30-dan çox ixtisas üzrə mütəxəssis hazırlığı aparılır. 7 fakültənin əyani və qiyabi təhsil formalarında 5 minə yaxın tələbə təhsil alır. Onların da tədrisi ilə 480-dək professor-müəllim heyəti məşğul olur. Pedaqoji heyətin tərkibində 1 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 19 nəfər elmlər doktoru, professor, 200-dən artıq fəlsəfə doktoru, dosent var.
    Universitetdə tələbələrə diqqət və qayğı yüksək səviyyədədir. Sessiya imtahanları kompüter vasitəsilə test formasında qəbul edilir. Bu da şəffaflığın və obyektivliyin tam təmin olunması ilə nəticələnir.
    Son illərdə tələbələrin təhsilə marağının artırılması məqsədilə xeyli sayda kompyuter alınıb. Bu gün universitetin hər dörd tələbəsinə bir kompyuter düşür. Bu da respublikanın ali təhsil müəssisələrində olan orta göstəricidən dəfələrlə çoxdur. Bununla yanaşı xeyli sayda smart-lövhə, nootbuk, proyektor, mikroskop, plotter, elektron tərəzi və s. alınaraq tələbələrin istifadəsinə verilib.
    Tələbələrin intellektual səviyyəsinin artırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə son 3 ildə tələbələr üçün ödənişsiz ingilis dili, kompyuter və dizayn üzrə kurslar yaradılıb. Bunlarla yanaşı müxtəlif növ oyunlar, olimpiadalar, inşa müsabiqələri keçirilir, nəticələrinə görə fərqlənənlərə mükafatlar verilir.
    Universitetin idman salonu əsaslı təmir edilib, trenajorlarla təchiz olunub və tələbələrin istifadəsinə verilib. Tələbələr üçün idman geyim formaları alınıb.
    Təhsil Nazirliyi Kollegiyasının 6 noyabr 2014-cü il tarixli qərarına uyğun olaraq tələbələrin akademik borcu qalan fənləri götürmələrinə görə təhsil haqlarının (yay semestri istisna olmaqla) büdcədənkənar vəsait hesabına ödənilməsi haqqında universitetiin elmi şurasının qərarı ölkənin ali təhsil müəssisələri sırasında ilk olmaqla tələbə və valideynlər tərəfindən çox böyük razılıqla qarşılanıb.
    ADAU-da fərqli bir məsələ də var. Rektorun xüsusi əmrində büdcədənkənar vəsait hesabına qəbul imtahanlarında 600-dən çox bal toplamaqla universitetə qəbul olunan və növbəti sessiyada yüksək qiymətlər alan 2 nəfər birinci kurs tələbəsinin aylıq təqaüdünə ikinci semestrdə 100 manat, 500-dən çox bal toplamaqla qəbul olunan və sessiyada yüksək qiymətlər alan 9 nəfər birinci kurs tələbəsinin aylıq təqaüdünə ikinci semestrdə 50 manat əlavə edilib, 250-dən çox bal toplayaraq “aqronomluq “ və “zootexniklik” ixtisaslarına qəbul olunan 3 nəfər birinci kurs tələbəsinin sessiyada yüksək qiymətlər aldıqları və universitetin ictimai həyatında fəal iştirak etdikləri nəzərə alınmaqla aylıq təqaüdünə ikinci semestrdə ayda 100 manat, sessiyada 5 fəndən 100, 1 fəndən 91-100 bal toplaya 3 tələbəyə aldıqları təqaüddən əlavə ikinci semestrdə ayda 100 manat, 4 fəndən 100, 2 fəndən 91-100 bal toplayan 7 tələbəyə aldıqları təqaüddən əlavə ikinci semestrdə ayda 80 manat ödənilməsi, 1,2 və ya 3 fəndən 100, digər fənlərdən 91-100 bal toplayan 98 tələbənin hər birinə 100 manat, 1 və ya 2 fəndən 100, digər fənlərdən 71-100 bal toplayan 24 tələbənin hər birinə 70 manat məbləğındə birdəfəlik stimullaşdırıcı təqaüd verilməsi təsbit olunub. Belə stimullaşdırıcı tədbirlər tələbələri daha yaxşı oxumağa, universitetin ictimai həyatında fəal iştirak etməyə ruhlandırır.
    Tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi, dərinləşdirilməsi və sonrakı əmək fəaliyyətində istifadəsinin təmin edilməsində istehsalat təcrübələrinin rolu danılmazdır. Bu baxımdan universitet qabaqcıl şirkət, müəssisə və təsərrüfatlarla işgüzar əlaqələr yaradıb, müqavilələr bağlayıb. Ağcabədi rayonu“AQAT-AQRO” MMC, “Tovuz-Baltiya” şirkəti, Kənd təsərrüfatı nazirliyinin nəzdində “Aqrolizinq” ASC, Samux rayonunun aqroservis filialı, Gəncə Telekommunikasiya idarəsi, Samux rayonu “Suliddinoğlu” kəndli fermer təsərrüfatı, Şəmkir rayonu “Bayramlı” kəndli fermer təsərrüfatı, Şəmkir rayonu “Azaqro-MMC”, Şabran rayonu “Səba quşçuluq kompleksi”, BMS keçicilik şirkəti, Qarabağ taxılçılıq MMC, Qarabağ toxumçuluq MMC və başqa şirkətləri misal göstərmək olar. “Tovuz-Baltiya”, Şəmkir “Vətən-Az”, Samux rayonu “Azər-Rus Dostluq”, Qəbələ quşçuluq aqrokompleks şirkətləri, Oğuz rayonu Beytulla kəndli fermer təsərrüfatlarında tələbələri pulsuz yemək, yataqxana, həmçinin aylıq maaşla təmin olunublar.
    İstehsalat təcrübəsinin daha səmərəli təşkili məqsədilə “Əczaçılıq” ixti¬sası üzrə əyani təhsil formasının üçüncü kurs tələbələri ADAU ilə Tür¬kiyənin Ondokuz Mayıs Universiteti arasında bağlanan müqaviləyə əsasən Türkiyədə isteh¬salat təcrübəsində olublar.
    “Əczaçılıq” ixtisasının 17 tələbəsi Türkiyənin Samsun şəhə¬rindəki Ondokuz Mayıs universitetində, “menecment” (alman proqramı) ixtisasının 4 tələbəsi təcrübə keçmək üçün Almaniyada olub, mühəndislik fakültəsinin 5 tələbəsi Belçikanın və Türkiyədə yerləşən New–Holland texnikaları zavodunda təlimlərdə iştirak ediblər.
    2009-cu ildən başlayaraq universitetdə hər il məzun yarmarkaları keçirilir. Sonuncu dəfə, bu ilin mayında keçirilən 8-ci “Məzun 2016” yarmarkasında 130-a yaxın muəssisə və təşkilat iştirak edib. Respublikanın 36 rayonunda yerləşən bu qurumlardan 700 dən çox vakant iş yerləri məzunlara təklif olunub. Bu da universitetdən məzun olacaq 1198 tələbənin iş tapması üçün ən gözəl şəraitdir.
    Yarmarkada Qrand Motors MMC, Səba ASC, Qarabağ Taxıl ASC, Biləsuvar Süd MMC, Süsən Aqro MMC, Azərtoxum, Aqro Dairy MMC, BMS Aqro MMC, Azərsun Holdinq, Nurgün Aqro MMC, Kürdəxanı Şitil MMC, Millia, Greentech, Bilrlik MMC, Vətən AZ, AzRus Dostluq, Hacıqabul Quşçuluq, Bozdağ Heyvandarlıq Kompleksi, Qəbələ “Jalə” Konserv Zavodu, Bərdə Yağ-Pendir və digər şirkətlər iştirak ediblər.
    Professor-müəllim heyəti arasında yaşlı və fiziki cəhətdən zəif olanların cavan və perspektivli gənclər hesabına möhkəmləndiriliməsi bu gün universitet rəhbərliyinin qarşısında duran vacib məsələlərdəndir. Son illər magistraturanı və doktoranturanı müvəffəqiyyətlə bitirən, müasir innovativ düşüncə tərzinə malik, xarici dil bilikləri olan gənclərin pedaqoji işə cəlb olunması da bu istiqamətdə görülən işlərdir.
    Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində Bərəkət mənbəyi olan torpağın elmi sirlərini öyrənmək uğurlarıın açarıdır düşüncəsi hökm sürürür.
    Heç şübhəsiz ki, zəngin tarixi ənənələrə malik olan Azərbaycan Dövlət Aqrar Universiteti bu missiyanı sonacan şərəflə yerinə yetirəcək, çiçəklənmə dövrünü uzun ömürlü edəcək, müqəddəs bildiyimiz torpağı öz dilində danışdırmağı bacaran kadrların sayını daha da artıracaq.

    Media mükafatı laureatı.
    Gəncə.

  • Kənan AYDINOĞLU.”Nəriman Həsənzadə yaradıcığılığında “istedad” anlayışı”

    Photo Kenan

    Çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus yeri var şair-dramaturq Nəriman Həsənzadənin.Keşməkeşli, əzab və əziyyət dolu şərəfli ömür yolu keçmiş yubilyar müxtəlif illədə qələmə aldığı ədəbi-bədii nümunələrdə, poeziya örnəklərində daha çox oxucunu düşündürən məsələlər ətrafında özünəməxsus bir tərzdə-şair-filolosof olaraq, fikir mübadiləsi aparmağı bacarır özü də ustalıqla-peşəkarlıqla.
    Yaradıcılığı boyu daha çox ictimaiyyət nümayəndələrini həyatı boyu düşündürməyə vadar edən əhəmiyyətli məsələlərə yönəltməyə müəssər olan geniş oxucu auditoriyasının rəğbətini qazanmış Sevimli, sevimli olduğu qədər də əziz və qayğıkeş insan, istedadlı qələm sahibi Nəriman Həsənzadə öz dəsti-xətti ilə yaşadığı dönəmdə (xüsusilə də sovet hakimiyyi illərdən bu günə qədər) həm müasirlərindən, həm də yaşıdlarından zəngin yaradıcılıq yolunu keçməsi baxımından köklü sürətdə fərqlənir.Bədii ədəbiyyatda həyatı əks etdirmənin hər üç növündən (istər lirik, istər epik, istərsə də dramatik) məharətlə istifadə etməklə yeni yaradıcılıq nümunələri ərsəyə gətirməyə müəssər olan müəllif oxucusu ilə daim ünsiyyətdə olmağa çalışır.Bu humanist addımı, təbii ki, geniş oxucu auditoriyası tərəfindən həm müsbət qarşılanır, həm də gələcək üçün zəmin hazırlayır.İlk baxışda müdik-filosof təsiri bağışlayan şair Nəriman Həsənzadə hər şeydən öncə xalqın keçmişinə, bu gününə müraciət etməklə qədim və tarixi ənənələrə malik olan böyük bir xalqın-Azərbaycan xalqının şairi olduğuna görə çox xoşbəxt görünür.Şairlik özü də əslində Nəriman Həsənzadə üçün öncədən müəyyən edilmiş dərin fəlsəfi hikmətdir.Həyarl boyu öz fəlsəfi dünyagörüşünə sadiq qalmağı bacaran və günbəgün bu dərk olunmuş fəlsəfi hikməti inkişaf etdirməyə müəssər olan Çağdaş Azərbaycan ədəbiyyatının zənginləşməsi yönündə öz töhfəsini verən istedadlı yazarlardan biri və bəlkə də ən birincisi elə əslində Nəriman Həsənzadədir.
    Şair anlayaşı isə məxsusi olaraq, geniş oxucu audiyoriyasının nəzərindən yayınmır.“Şairi itlərdən qoruya bilmir” şeirini deyilənlərə ən bariz nümunə kimi göstərmək olar:

    Şirin xatirədir bu acı xiffət,
    Şair taleyindən yarıya bilmir.
    Niyə sağlığında susur cəmiyyət,
    Şairi itlərdən qoruya bilmir?!

    Özü də fikir vermişəm, Sevimli Xalq şairimiz Nəriman Həsənzadənin ədəbi-bədii yaradıcılığında “istedadlı” və “istedadsız” anlayışına rast gəlinir.Dolayısı yolla müəllif müxtəlif məqamlarda hər iki anlayışı qarşılaşdırır, müsbət və mənfi cəhətlərinə aydınlıq gətirir.
    Nəsr sahəsində ən uğurlu nümunələrdən hesab olunan “Nabat xalanın çörəyi” povestinin oxucusu Lalə Rasim qızına sevgi və sayqıyla həsr etdiyi “Lalə Rasim qızına” şeirində yer alan aşağıdakı bənddə atası dəmirçi Əliməmməd kişiyə müraciətlə yazdığı bənddəki fikir öz dolğunluğu ilə diqqəti cəlb edir:

    Niyə istedadlı arxasız olur,
    Niyə istedadsız güclüdür, ata?
    Akademik Bəkir Nəbiyevə həsr etdiyi “Dünyada tərfili bir gün olmadı” şeirində öz fəlsəfəsini qətiyyətlə ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırmaqdan çəkinmir.Eyni zamanda inkişafı üçün də zəhmətə qatlaşır və sualın cavabını sanki qələm yoldaşı Bəkir Nəbiyevdən soruşub, öyrənməyə çalışır:

    Niyə istedadsız düşür qabağa,
    İstedad arxadan ona əl çalır?

    Çağdaş dönəmdə də öz zəngin yaradıcılıq yolunu uğurla davam etdirən milyonların sevimlisi, lirik şeirlərin müəllifi USTAD Nəriman Həsənzadəyə yeni yaradıcılıq uğurları diləyirəm!
    İnşAllah səsinizin və xoş xəbərlərinizin Ana yurdumuz AZƏRBAYCANIMIZIN əzəli və əbədi torpağı-QARABAĞDAN gəlməyi diləyi ilə

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
    Bakı şəhəri.13 mart 2016-cı il.

  • Azərbaycan Dövlət Aqrar Universitetində Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov ustad dərslərinə başlayıb

    Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov Azərbaycan Dövlət Aqrar Universitetində ustad dərslərinə başlayıb. Universitetin iqtisadiyyat fakültəsində “Azərbaycan Respublikasının innovatif inkişafının beynəlxalq təşkilatların hesabatlarında təqdim olunması” adlı mühazirə tələbə və müəllimlərin marağına səbəb olub.
    ADAU-nun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli [url=http://gundelik.info/]Gundelik.info[/url]-ya bildirib ki, mühazirədən əvvəl universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov təhsil müəssisəsi barədə qonağa ətraflı məlumat verib və deyib ki, ADAU da olan sürətli və müasir yeniliklər Azərbaycan dövlətinin innovativ inkişafının ayrılmaz tərkib hissəsidir. Ən müasir şəraitdə təhsil alan tələbələr üçün ustad dərslərinin səmərəsi böyükdür və artıq bu cür mühazirələr universitetin bütün fakültələrində ənənə formasını alıb.
    Mühazirə zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, ademik Urxan Ələkbərov vurğulayıb ki, neft sektorunun payı getdikcə azalır və qeyri-neft sektoru artır. Bu, şübhəsiz ki, davamlı inkişafla əlaqədardır. Çünki, davamlı inkişaf eyni zamanda bərpa olunan resurslara əsaslanır. Neft bərpa olunmayan resurslardır. Ölkədə həyata keçirilən siyasət, planlaşdırma və idarəçilik sahəsindəki siyasət də məhz bu məsələlərə xidmət edir.
    Akademiyanın şöbə müdiri Rəcəb Rəhimli və millət vəkili Elman Nəsirov məruzə ilə çıxış ediblər.
    Təşkil edilən ustad dərslərində Gəncə “ASAN Xidmət” Mərkəzinin əməkdaşları və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə, müəllim, magistr və doktorantları ölkəmizin dünya miqyaslı təşkilatlar tərəfindən hazırlanan reytinq sıyahısında tutduğu yer, onun müəyyən edilməsi mexanizmi barədə məlumatlandırılıb. Azərbaycanın özünəməxsus inkişaf modeli, idarəçilik təcrübəsinə beynəlxalq aləmdə getdikcə artan marağın əsasını təşkil edən məsələlər ətrafında danışılıb.

  • Münafiqin Əsas Xüsusiyyətləri

    1463943165_mg-20160516-wa0012

    Münafiqlər iman gətirən səmimi müsəlmanlardan xarici görünüş baxımından elə də çox fərqlənmirlər,lakin daxili aləmləri tamamilə fərqlidir. Münafiqlər kənardan baxan insana dini yaşadıqları təəssüratını verə bilərlər. Danışıq və rəftarları ilə müsəlman təqlidi edə bilər, ibadətləri ilə özlərini dindar olaraq tanıda bilərlər. Ancaq onların din anlayışı Quranı deyil, öz yanlış məntiqlərini əsas olaraq qəbul edir. Dinlə bağlı düşüncələrinin təməlində mənfəət qazanma, öz istək və həvəslərini təmin etmək məqsədi yatır. Münafiqlər bu niyyətlərini gizlədərək möminlər arasında Quran əxlaqının yaşandığı mühitdəki gözəlliklərdən istifadə etmək istəyirlər. Allahın müsəlmanlar üzərində yaratdığı bolluq, bərəkət, gözəllik, hüzur, güvən, sevinc, qardaşlıq, şəfqət, mərhəmət, sevgi, hörmət mühitindən faydalanmağa çalışırlar. Həmçinin bu mənfəətpərəstliklərini heç kəsin hiss etmədiyini, müsəlmanları aldatdıqlarını düşünür və bunu çox yaxşı bacardıqlarına inanırlar.

    Ancaq münafiqlər bu düşüncələrində çox yanılırlar. Çünki ən kiçik bir səmimiyyətsizlik belə iman gözü ilə baxdıqda dərhal anlaşılır. Lakin hər şeydən mühüm olanı gizlinin gizlisini bilən, hər şeyin iç üzündən xəbərdar olan Allah bu şəxslərin əsl üzünü bilir. Başqa sözlə, saxta olaraq daşıdıqları mömin əlamətlərinin də Allah qatında heç bir dəyəri yoxdur.

    Allah bu şəxslərin etdikləri ibadətlərin dəyərsiz olduğunu “… Şübhəsiz ki, bunların etiqad etdikləri məhvə məhkumdur, gördükləri işlər isə batildir” (Əraf surəsi, 139) ayəsi ilə ifadə edir. Həmçinin Allah münafiqlərin səmimiyyətsiz dindarlıqlarından, gizli qaldığını düşündükləri yönlərindən də xəbərdar olandır. Başqa sözlə, münafiqlər bu saxtakar yanaşmaları ilə ayədə xəbər verildiyi kimi, yalnız özlərini aldadırlar və şüurunda deyildirlər. (Bəqərə surəsi, 9)

    [h2]İMAN GƏTİRMƏDİKLƏRİ HALDA, İMAN GƏTİRMİŞ KİMİ GÖRÜNÜRLƏR
    [/h2]
    Başlıqda da ifadə etdiyimiz kimi, ikiüzlü insanların təməl xüsusiyyəti iman gətirmədikləri halda, iman gətirmiş kimi görünmələridir. Bunun əsas səbəbi isə Allaha imanlarının qəlbən deyil, saxta və insanlara meyilli olmasıdır. Allah bu şəxslərin vəziyyətini bir ayədə belə xəbər verir:

    Binasını Allah qorxusu və (Onun) rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz.(Tövbə surəsi, 109)

    Münafiqlər mənfəətlərinə möminlər vasitəsilə qovuşacaqlarını düşündüklərindən mömin təqlidi etmək üçün böyük səy göstərirlər. Dinlə bağlı düşüncələrindəki bu ikiüzlülüyün bir nəticəsi olaraq qaneedici söhbətlərlə müsəlmanları aldada biləcəkləri düşüncəsinə qapılırlar. Quranda “Sizi məmnun etmək üçün Allaha and içərlər; halbuki mömin isələr, məmnun edilməyə Allah və elçisi daha layiqdir” (Tövbə surəsi, 62) ayəsi ilə münafiqlərin bu səylərinə diqqət çəkilmişdir.

    Münafiqlər insanları iman gətirdiklərinə inandırmağa çalışır, insanlara görə yaşayırlar. Lakin tək qaldıqda və ya özləri kimi münafiq xarakterli şəxslərlə bir yerə gəldikdə Allahın özlərini anbaan izlədiyinin, hər nə edirlərsə etsinlər, hər nə düşünürlərsə düşünsünlər bunu bildiyinin fərqində deyillər. Bu iman pozuntusuna görə, müsəlmanlarla birlikdə olarkən ibadətlərini yerinə yetirir, onlar kimi davranır, onlar kimi danışdıqları halda, onlardan uzaqlaşdıqda ibadətlərini tərk edə bilir, eynilə bir inkarçının üslubu ilə danışa bilir, dinsiz insanlar kimi davrana bilirlər. Ancaq təqlid qabiliyyətləri nə qədər inkişaf etmiş olsa da, Allah Quranda münafiqlərin vəziyyətlərinin mütləq ortaya çıxacağını bildirir.

    Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki, (Allah) onları aldadır… (Nisa surəsi, 142)

    [h2]ALLAHI ÇOX AZ XATIRLAYIRLAR
    [/h2]
    Münafiqlərin ən diqqət çəkən xüsusiyyəti Allahla əlaqələrinin olmamasıdır. Qəlbən Allahla birlikdə deyillər, Ona yönəlməz, Onu xatırlamaz, Ondan bağışlanma diləməzlər. Bunu müsəlman görünmək üçün zərurət kimi gördükdə edər və Allahı çox az anarlar. Allah bir Quran ayəsində bu həqiqəti belə bildirir:

    Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki, (Allah) onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər. (Mücadilə surəsi, 19)

    Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur və xəsislik göstərirlər. Onlar Allahı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər günahkardırlar. (Tövbə surəsi, 67)

    [h2]TƏKƏBBÜRLÜDÜRLƏR
    [/h2]
    Bir möminin əsas xüsusiyyətlərindən biri təvazökar olması, hər zaman səhv edə biləcəyini qəbul etməsi və ona verilən öyüd və xəbərdarlıqlara da dərhal təslim olmasıdır. Münafiqlər isə çox qürurlu və özünü bəyənmiş bir əxlaqa sahibdirlər. Onlara veriləcək heç bir öyüdü dinləməz, səhv etdiklərini qəbul etməzlər. Çox ağıllı olduqlarını, hər şeyin ən yaxşısını bildiklərini zənn edirlər. Üstəlik, Allahın saleh qulu olduqlarını iddia edirlər. Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlərin Peyğəmbərimizin (s.ə.v) özləri üçün bağışlanma diləmələrini qəbul etməmələri münafiqlərin sahib olduqları qürurun ən bariz nümunəsidir:

    Onlara: “Gəlin Allahın Elçisi sizin üçün bağışlanma diləsin!”– deyildiyi zaman başlarını yelləyir və sən onların özlərini dartaraq üz döndərdiklərini görürsən. (Münafiqun surəsi, 5)

    Müsəlmanlar qəlblərində xəstəlik olan bu şəxsləri səmimi mömin olmağa dəvət edib onlara Allahın ayələrini xatırlatdıqları zaman münafiqlərin göstərdikləri rəftarlardan da qürurlarına təslim olduqları aydın olur. Özlərinin qüsursuzluğuna inanır, insani səhvləri belə özlərinə yaraşdırmırlar. Allah ayələrdə qürurlarına təslim olmalarının nəticəsindən belə bəhs edir:

    Ona: “Allahdan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə surəsi, 206)

    Münafiqlər qürurlu olduqları üçün möminləri də özlərindən aşağı görürlər. Sahib olduqları hər hansı bir xüsusiyyət – zənginlik, şöhrət, mövqe, gözəllik onları qürurlandırır və bu xüsusiyyətə sahib olmayan bir mömini özlərindən aşağı görürlər. Halbuki, üstünlük ancaq təqva ilədir. Möminlər bu cür dünyəvi meyarlara önəm vermir, insanları pul, şöhrət, fiziki gözəllik kimi xüsusiyyətlərə görə deyil, imanlarına görə sevib hörmət edirlər. Bu səbəbdən, bu cür xüsusiyyətlərinə görə qürurlanan şəxslər mömin birliyi içində dərhal sezilir və alçalırlar.

    [h2]QƏLBLƏRİNDƏ OLMAYANI SÖYLƏYİRLƏR
    [/h2]
    Münafiqlərin başqa bir xüsusiyyəti yalan danışmalarıdır. Allahdan qorxmadıqları üçün çətinə düşdükləri vəziyyətlərdə dərhal yalana əl atır və beləcə, möminləri aldada biləcəklərini zənn edirlər. Yalanla özlərinə verilən məsuliyyətlərdən qaçmağa çalışırlar. Quranda Peyğəmbərimiz (s.ə.v) dövründə düşmənə qarşı müdafiə etmək üçün çağırılan münafiqlərin yalana əl ataraq qaçmağa çalışdıqlarına belə diqqət çəkilmişdir:

    İki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda döyüşün, yaxud müdafiədə durun!”– deyildi. Onlar: “Döyüşə bilsəydik, sizin ardınızca gedərdik”, – dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki, Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir. (Ali-İmran surəsi, 166-167)

    Göründüyü kimi, münafiqlər, çətinlik anlarında möminləri tərk edərək öz mənfəətlərini qoruyurlar. Ancaq bunu da həmişə olduğu kimi ikiüzlülüklərini davam etdirərək, yəni özlərini haqlı göstərməyə çalışaraq edirlər. Əlbəttə ki, uzaqlaşarkən mənfəətlərinin zədələnməsindən qorxduqlarını demirlər, bunun yerinə ağılsız bəhanələr qarşıya qoyaraq möminləri haqlı olduqlarına inandırmağa çalışırlar. Allah Quranda münafiqlərin bu davranışlarını belə xəbər vermişdir:

    Geri qalan bədəvilər sənə: “Var-dövlətimiz və ailələrimiz bizi yayındırdı. (Allah’dan) bizim üçün bağışlanma dilə!”– deyəcəklər. Onlar qəlbində olmayanları dilləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun qarşısını kim ala bilər?” Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır.(Fəth surəsi, 11)

    [h2]YAXŞILIĞA MANE OLUR, PİSLİK ETMƏK ÜÇÜN YARIŞIRLAR
    [/h2]
    Möminlərin əsas xüsusiyyətlərindən biri yaxşılığı əmr edib, pislikdən çəkindirməkdir. Yəni bir mömin insanları əlindən gəldiyi qədər yaxşılığa, Quran əxlaqına çağıracaq və mümkün olduğu qədər pisliklərə mane olmağa çalışacaq.

    Münafiqlərin rəftarı isə bunun tam əksidir. Dinin və möminlərin faydasına olan fəaliyyətlərə mane olmağa çalışırlar. Müsəlmanların lehinə nəticələnəcək olan hadisələrdən narahat olurlar. Eqoist istək və həvəsləri yönündəki hər hərəkəti çəkinmədən edirlər. Müsəlmanlara zərər verəcəyini, onları çətinliyə salacağını düşündükləri hərəkətlərə dəstək olurlar. Ayədə belə buyurulur:

    Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur və xəsislik göstərirlər. Onlar Allahı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər günahkardırlar. (Tövbə surəsi, 67)

    [h2]NANKORDURLAR
    [/h2]
    Münafiqlər digər bütün inkarçılar kimi Allaha qarşı nankordurlar. Özlərini yaradan və müxtəlif nemətlərlə yaşadan Allaha nankorluq edir, Onun hökmlərindən üz çevirirlər.

    İkinci bir nankorluqları isə möminlərə qarşıdır. Çünki möminlərin arasına qatıldıqda, möminlər onlara kömək etmişdir. Möminlər onları imana çağırmış, onların axirətini qurtarmağa çalışmışlar. Onlara verdikləri nəsihətlər, etdikləri xəbərdarlıq və xatırlatmalar onların yaxşı olmalarını istədikləri üçündür.

    Bunun qarşılığında münafiqlərin rəftarı isə möminlərə düşmənçilik bəsləməkdən başqa bir şey deyil. Əlbəttə, bu, böyük bir nankorluqdur və Quranda münafiqlərin bu nankorluqları belə izah edilir:

    Allaha and içirlər ki, (nalayiq sözlər) deməyiblər. Onlar küfr sözünü demiş, İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə can atmışlar. Onların intiqam almağı yalnız Allahın və Onun Elçisinin onları Öz lütfündən varlandırdığına görədir. Əgər tövbə etsələr, onlar üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada da, axirətdə də acılı-ağrılı bir əzaba düçar edər. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi vardır. (Tövbə surəsi, 74)

    Onların bağışlanması üçün dua etsən də, etməsən də, (hətta) onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları hidayət yoluna yönəltməz. (Tövbə surəsi, 80)

  • Azərbaycan Dövlət Aqrar Universitetində gənclər həyata tam hazırlanır

    null

    Azərbaycan Dövlət Aqrar Universitetinin iqtisadiyyat fakültəsində Səhiyyə Nazirliyinin ictimai səhiyyə və islahatlar mərkəzinin xətti ilə zorakılığa məruz qalma, erkən nikah və narkomaniyaya qarşı mübarizə mövzularında tədbir keçirilib.
    Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətindən Gundelik.info-ya bildiriblər ki, tədbiri universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova açıb və deyib ki, gənclərin hərtərəfli formalaşmasında elmi biliklərlə yiyələnmə ilə yanaşı sağlam və düşüncəli, hüquqlarının qorunmasında mübariz ruhda böyüməsi də vacib amildir. Əgər gənc zorakılığa məruz qalmanın qarşısını ala bilirsə, erkən nigahın yarada biləcəyi problemləri və narkomaniyanın dəhşətlərini anlayırsa o, bu bəlalardan uzaq olacaq, həyatını sağlam yaşaya biləcək. Elə bu baxımdan da bu cür tədbirlərin gənclərlə keçirilməsi çox vacibdir.
    Hər üç mövzu ilə əlaqədar çıxış edənlər də məsələnin vacibliyini vurğulayıb. İctimai səhiyyə və islahatlar mərkəzinin psixoloqu Cəmilə Kərimova, həkim Şəhla Mirzəzadə, Gənclər üçün Təhsil mərkəzinin nümayəndəsi Aygün Həsənzadə hər biri ayrılıqda öz sahələrinə aid məsələni izahlandırıb və gənclərə marifləndirici bukletlər paylanılıb.
    Tədbir qarşılıqlı fikir mübadilələri ilə davam edib.

  • Azərbaycan Dövlət Aqrar Universitetində “Amerika günləri” də keçirilib

    Amerika Mədəniyyət Günləri adlı proqram çərçivəsində Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində də görüş keçirilib. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin Amerika və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşmanı və dostluğu təşviq etmək məqsədilə təşkil etdiyi proqram paytaxt Bakı ilə yanaşı Gəncədə də böyük maraqla qarşılanıb.
    Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətindən Gundelik.info-ya bildiriblər ki, Amerikadan dəvət olunan DJ CaveM və onun həyat yoldaşı Alkemia ilə keçirilən görüş hər iki dövlət arasında mədəni əməkdaşlığın inkişafından xəbər verib. DJ CaveM Amerikada ekoloji təsərrüfatçı kimi tanınsa da hiphop musiqisi ilə də məşğul olur. Onun bütün mahnıları ekoloji təsərrüfata həsr olunub.
    Universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov rektor İbrahim Cəfərovun adından qonaqları salamlayıb, və Aqrar Universitetdə olmalarından məmnunluq hissi duyduğunu bildirib. Amerika səfirliyinin nümayəndəsi, Mədəniyyət və Təhsil işləri üzrə Müşavirə proqramları mütəxəssisi Emi Piterson ADAU-da olduğundan məmnun olduğunu və deyib, göstərilən dəstəyə görə universitet kollektivinə minnətdarlığını bildirib.
    Qonaqlar universitetin maddi texniki bazası ilə də yaxından tanış olublar.

  • Azərbaycanlı qadının dünya elminə verdiyi tövhələr

    13238901_238159326555133_8062622464064470011_n

    Ziyalı anlamı sözün həqiqi mənasında öz yerində və ünvanına səsləndikdə kifayət qədər gözəl, həlim və böyük məfhumdur. Hər bir ziyalının özünəməxsus xarakteri, keyfiyyətləri olur. İnsan həyatı dərk etdiyi vaxtlardan etibarən vətəninə, xalqına, insanlığa xidmət etməyi düşünür. Ziyalı olan insanlar özü təhlil edə bilir ki, o cəmiyyətə hansı istiqamətdə xidmət edərək, mövcud problemlərin qarşısını ala bilər. Vətəninə, xalqına və insanlığa xidmət etməyin vacib cəhətlərindən biri də İnsanın sevgi dolu yaşaması, ürəyinin xeyirxahlıq hissi ilə döyünməsidir. Əgər hər hansı bir şəxsdə bu hisslər yetərincə formalaşıbdırsa, Həmin adam öz işinə məsuliyyət və sevgi ilə yanaşacaqdır ki, bu da nəticə etibarı ilə gözəl tövhələr verər. Fərqi yoxdur bu xidmətlərimizin adı nə olsun. Əsas odur ki, biz öz işimizə məsuliyyətli yanaşmaqla vətənimizə xidmət edək. Bu baxımdan xidmətlə içində xüsusi ilə seçilən tibbi xidmətdir ki, məhz tibb işçilərinin, həkimlərimizin səyi nəticəsində insanlar öz sağlamlığına, səadətinə qovuşurlar. Əgər müəllimlərimiz bizim ruhumuzu formalaşdırmaqla yanaşı müalicə edərsə, həkimlərimiz də cismimizi sağaldar, bizə əmanət olunan can sağlığımızın dəyərini anladarlar. Müəllimlərimiz öz zəka dərsləri ilə bizim bəsarət gözümüzü açmağa nail olursa həkimlərimiz də öz növbəsində şəfqətli əllləri ilə bioloji gözümüzü açar, həyatın dəyərini bizə anladar və bu da dolayısı ilə bizi şükr etməyə sövq edər. Doğrudan da həkimlik olduqca böyük və şərəfli missiyadır. Belə şərəfli missiyanı icra edən şəxsiyyətlərdən biri də Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əliyevadır.
    Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Şərur rayonunun Şahtaxtı kəndində, anadan olmuşdur. 1942-ci ildə orta məktəbi bitirdiktən sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu bitirib. Sonra o, Moskva şəhərində Mərkəzi həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmolgiya üzrə ixtisaslaşdırma kursu keçib.
    Zərifə Əliyevanın elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmış və o, orada həkim-ordinator kimi işə başlamışdır. Zərifə Əliyeva 1950-ci ildə aspiranturaya daxil olmuş, aspiranturanı bitirdiktən sonra respublika Oftalmoloqiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi olmuşdur.
    1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona ixtisası üzrə böyük elmi işçi adı vermişdir.
    1967-ci ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdur.
    1968-ci ildən başlayaraq Z.Ə.Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patalogiyası ilə məşğul olmağa başladı.
    Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
    1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Geyd olunmalıdır ki, professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.
    Böyük xidmətlərinə, çoxillik elmi- tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik Zərifə Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftamoloqları Elmi Cəmiyyəti İdarə də « Oftalmologiya xəbərləri» jurnalının redaksiya heyətinin üzvü idi.
    Zərifə Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır.
    1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur. Hər bir Azərbaycanlı kimi mən də fərəh hissi ilə Zərifə xanım Əliyevanı yad edir, onun ruhuna Tanrıdan rəhmət diləyirəm. Görkəmli alimimizin Azərbaycan və Dünya Avtonmologiya elminin inkişafında böyük tövhələri olmuşdur. Bu gün də dünya tibb aləmi Zərifə Əliyeva elmi irsindən yararlanır. Sadalamaqla bitib tükənməyən elmi uğurların icraçısı Zərifə xanım Əliyeva öz həlim xarakteri, yüksək səviyyəli insani keyfiyyətləri ilə bütün dünya xalqlarına örnək ola bilib. Zərifə xanım bir ana kimi dünyanın ən güclü ana, həyat yoldaşı kimi olduqca ziyalı xanım, uzaqgörən mütəfəkkir idi. Azərbaycan xalqı çox xoşbəxt və zəngin xalqdır. Çünki dünyaya Zərifə Əliyeva kimi ziyalılar bəxş edib. Zərifə Əliyevanın timsalında Azərbaycan qadının gücü, məlahəti, sədaqəti, sağlam ruhu, şəfqəti təmsil olunur.

    Ziba Məmmədova,
    Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi

  • Qəşəm NƏCƏFZADƏ.”Dəfn mərasimində nitqlər”

    a00b078f5535b574230fb0232d7c2e5d

    Uilyam Folkner Nobel mükafatı alanda Nobel mükafatçısı Albert Kamyu onu təbrik etmək üçün Amerikaya gedir. Kamyu hələ Nobel almamışdı. Təntənəli məclisdə Alberti Folknlerə təqdim edirlər, lakin Folkner ona əhəmiyyət verməyib, sadəcə əllərini yelləyir. Albert uzun müddət kənarda dayanıb, Folkneri böyük şövqlə müşahidə eləyir və səssizcə vətəni Əlcəzairə qayıdır.

    Əslində Folknerin eqosu Albert Kamyu ilə səmimi görüşməyə imkan vermirdi. Amma bir neçə il sonra Kamyunun dəfnində ən təsirli nitqi də Folkner edir və onu dünya ədəbiyyatının klassiki adlandırır.

    Eləcə də F. Dostoyevski Nekrasovun dəfnində eyni tərzdə çıxış edir və onu A.S. Puşkindən böyük şair adlandırır. Dəfnə toplaşanlar etiraz edirlər: Puşkindən sonra. Dostoyevski yenə öz fikrində qaldığını israr edir: Puşkindən böyük.

    Bu, o zaman idi ki, Nekrasov ən yaxın dostu Dostoyevski ilə küsülü olaraq həyata “əlvida” demişdi. Ən yaxın dostlar Nekrasov, Dostoyevski, Turgenev və Belinski son vaxtlar bir –birlərini danışdırmırdılar. Səbəb də bu idi ki, Belinski rus mətbuatında Dostoyevskini daha çox şişirdir. Dostlar bunu qəbul etmir və nəticədə küsülü qalırlar. Halbuki Dostoyevskini Belinski ilə Nekrasov tanış edib, onun istedadlı bir yazıçı olduğunu bildirib. Nəticədə Belinskinin Dostoyevskini dünyanın ən böyük dahisi kimi təqdim etməsi dostları narazı salır. Nəticədə Nekrasovun dəfnində Dostoyevskinin mükəmməl nitqi rus ədəbiyyatında baş verən bu qarabasmanı yoluna qoyur. Folkner də belə. Deməli, həyatda belə şeylər olur və olacaq. Təkrar həyatın çeşməsidir. Əgər bir hadisə baş veribsə, deməli, həyatda onun bir neçə oxşarı da mövcuddur. Sadəcə görmək lazımdır.

    Azərbaycan ədəbiyyatında da belə idi. Əli Kərimin dəfnində Rəsul Rzanın məşhur çıxışı uzun müddət ictimai gündəmdə müzakirə olundu. Dünən adi şair kimi görünən Əli Kərim bu gün dahi kimi Göyçayda dəfn edildi. Əli Kərim bu haqda özü də gözəl deyib:

    Sən mənim qədrimi biləsən deyə,
    Bu cavan yaşımda ölümmü indi?

    Əli Kərim “Azərbaycan” jurnalının poeziya şöbəsinin redaktoru olub. Amma elə adamlara ön söz, təqdimat yazıb ki, onlar ədəbiyyatda qalmayıblar. İsa İsmayılzadə mənə danışırdı ki, Əli Kərimə şeir verirdik, amma Əli o şeirləri gec çap edirdi, ya da xoşuna gəlmirdi, bunu birbaşa demirdi, eləcə stolunun üstündəki vərəqləri guya o yan bu yana çevirib, şeirimizi axtarırdı və sonda bizə (Ələkbər Salahzadə ilə mənə) deyirdi, deyəsən itirmişəm, bəlkə yenisini gətirəsiniz?!
    Bəzən çox sevdiyin şair sənə ədəbiyyatda mane olur. Şair olanlar üçün deyirəm. Sevdiyin şairin imperiyasından çıxa bilmirsən, onu təqlid, təkrar edirsən. Ona oxşayrsan, ona bənzəyirsən. Gərək şair şairi sevməsin öyrənsin, oxusun. Əli Kərimin ən çox oxuduğu türkiyəli şair Orxan Vəli olub. Onun şərəfinə kiçik oğlunun adını Orxan qoyub. Amma Əli Kərimin heç bir misrası da Orxan Vəliyə bənzəmir. Çünki Əli Kərim Orxan Vəlini öyrənib. Adam bir şeyi öyrənəndə təkrarlamır, sevəndə təkrarlayır. Necə ki, Ramiz Rövşəni sevən şairlər var, eynən onun kimi şeirlər yazırlar, çünki sevirlər, təqlid edirlər, öyrənmirlər.
    Bəlkə, elə Folkner Kamyunu görəndə əlini ona görə yelləyib. Əsas sözünü Kamyunun dəfn gününə saxlayıb. Dosteyevski də belə. Nekrasov öləndən sonra həqiqəti deyib. Rəzul Rza da…
    Hələlik yenə nəsə gözlənilir… Sağlıq olsun, gözləyək!

  • Təkamül nəzəriyyəsini müdafiə edən bəzi din xadimləri və ziyalıların düşdükləri vəziyyət, həqiqətən, tragikomikdir

    ramiqveliyev

    Canlılar arasında təkamül prosesinin hələ də davam etdiyini iddia edən təkamül fərziyyəsi insanları bu prosesə görə siniflərə ayırır.

    Canlılar arasında təkamül prosesinin hələ də davam etdiyini iddia edən təkamül fərziyyəsi insanları bu prosesə görə siniflərə ayırır. Darvin “yaşamaq uğrunda mübarizə”nin insan irqləri arasında da olduğunu iddia edirdi və onun nəzəriyyəsinə görə bu mübarizədə “seçilmiş irqlər” üstün gəlir. O, avropalı ağ insanları “seçilmiş irq”, asiyalı və afrikalı irqləri isə, yaşamaq uğrunda mübarizədə geridə qalmışlar hesab edirdi. Təkamül nəzəriyyəsinin bu qaranlıq fikrinə görə, hələ tam inkişaf edib mədəniləşməyən bu “insanabənzər meymun”ları istənilən şəkildə öldürmək, inhisar etmək olar. Hələ “tam insan olmayan” bu varlıqların öldürülməsi, məhv edilməsi isə təkamül prosesinin təbii gedişatıdır. Darvinin öz sözləri, əslində, təkamül nəzəriyyəsinin elmlə heç bir əlaqəsi olmayan yırtıcı bir idiologiya olduğunu isbat etməkdədir: “Bəlkə də, əsrlər çəkmədən, yaxın gələcəkdə mədəni insan irqləri vəhşi irqləri yer üzündən tamamilə siləcəklər. Eyni zamanda insanabənzər meymunlar da hökmən yox ediləcəklər. Beləliklə, insanla onun ən yaxın qohumları arasındakı boşluq daha da genişləyəcək. Bununla, ortada hazırkı ağ irqlərdən belə daha mədəni irqlər və hazırkı zəncilərdən, Avstraliya yerlilərindən və qorillalardan belə daha geridə olan pavian növü meymunlar qalacaq”. (Charles Darwin, The Descent of Man, 2-ci nəşr, New York, A L. Burt Co., 1874, səh. 178)

    Bəzi din xadimləri və “ziyalı”lar bilməlidirlər ki, canfəşanlıqla elm donu geyindirib müdafiə etdikləri təkamül nəzəriyyəsinin şərtlərinə görə, onların kəllə sümükləri ölçülərək mədəni irqə mənsub olmadığı müəyyən edilir. Bəli, səhv oxumursunuz. Darvin türklərin meymunla insan arasında tam təkamül keçirməmiş aşağı irq olduğunu və yaxın gələcəkdə tamamilə məhv ediləcələri kəhanətini irəli sürür. 1881-ci il, iyulun 3-də dostu Uilyam Qrahama yazdığı məktubunda Darvin türkləri belə təhqir edir: “Xatırla ki, çox da uzaq olmayan əsrlər əvvəl türklər tərəfindən basıldığı zaman Avropa millətləri necə risk altında qalmışdılar. Gör, bu fikir indi bizə necə gülünc gəlir. Avropoidlər kimi tanınan daha mədəni irqlər yaşamaq uğrunda mübarizədə türkləri darmadağın etmişlər. Dünyaya çox uzaq olmayan gələcəkdən baxdığım zaman hələ neçə-neçə aşağı irqlərin daha mədəniləşmiş irqlər tərəfindən dünya miqyasında məhv ediləcəyini görürəm”. (Fransis Darvin, “Çarlz Darvinin həyatı və məktubları”, cild 1, Nyu York: D.Appleton and Company, 1888, səh. 285-286)

    Təkamül nəzəriyəsinin ortaya atdığı dırnaqarası seçkin irqlərin digər irqləri “insan yerinə qoymama” məntiqinin günümüzdə də davam etdiyini görürük. Bunun əsas səbəbi isə bu fərziyyənin insanlar üzərindəki təsirinin hələ də davam etməsidir. Keçdiyimiz günlərdə İngiltərənin baş naziri Devid Kemeron ölkəsinin müstəmləkələrdə etdiyi səhvlərə görə üzr istəməsinin doğru olmayacağını iddia etmişdir. Kemeronun nəzərdə tutduğu “səhvlər” isə milyonlarla insanın qətlə yetirilməsidir.

    Bütün bu həqiqətlər isə dünyamıza bəlalar gətirən, nəzəriyyədən daha çox batil din hökmündə olan təkamül fərziyyəsinin insanlar üzərindəki təsirini aradan qaldırmağın nə qədər əhəmiyyətli olduğunu göstərir.

    Təkamül nəzəriyyəsinə əsasən, seçilmiş irqlərə mənsub olmadıqları, dolayısı ilə meymunla insan arasında bir varlıq hesab edildikləri halda bu nəzəriyyəni müdafiə edən bəzi din xadimləri və ziyalıların düşdükləri vəziyyət, həqiqətən, tragikomikdir.

    Ramiq VƏLİYEV,
    “Gənclərin Mənəvi İnkişafı” İctimai Birliyinin sədri

  • Dünyada aclıq deyil, sevgisizlik problemi var

    sevincxanimhaqverdizade

    Bu gün dünyada 800 milyon insan ac yaşayır, 1.5 milyard insan isə artıq çəkidən əziyyət çəkir.

    Bu gün dünyada 800 milyon insan ac yaşayır, 1.5 milyard insan isə artıq çəkidən əziyyət çəkir. Bütün cənubi Afrika ölkələrində 230 milyon ton qida istifadə edilir, eyni miqdar qida da inkişaf etmiş ölkələrdə hər il tullanılır. Buna nümunə olaraq Almaniyanı göstərmək mümkündür. Ştutqart Universitetinin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, Almaniyada hər il 11 milyon ton qida tullanılır. Bu da bir almanın ildə 235 € miqdarında qidanı heç istifadə etmədən israf etməsi deməkdir. Bu məbləğ dünya səviyyəsində 1.5 milyard insanın illik gəlirinə bərabərdir.

    Dünyada israfın miqdarı təəccüb doğuracaq dərəcədə böyükdür. Hazırda dünyada istehsal edilən qidanın 30%-i istifadə edilməmiş tullanılır. Başqa sözlə desək, istehsal edilən qidanın 1/3-i evlərə çatmadan zibilə gedir. ABŞ-da istehsal edilən qidanın 40%-i yeyilmir, Avropada isə hər il 100 milyon ton yemək istifadə edilmir. Hər il israf edilən 1.3 milyard tonluq qida isə 1 trilyon $ deməkdir.

    Bu statistikani bir az da davam etdirsək, daha da qorxunc məqamlarla rastlaşarıq. Dünya Bankının təqdim etdiyi hesabata əsasən, inkişaf etmiş ölkələrdə tullanılan qidalar dünyada aclıqdan ölən insanların 15 mislini doyduracaq qədərdir. Bir sözlə, bu gün dünyada aclıq və ya qıtlıq problemi deyil, sevgisizlik və laqeydlik problem var. Uşaqlar əslində aclıqdan deyil, qorxunc bir sistemin qorxunc bir nəticəsində ölürlər.

    2015-ci ilin may ayında Fransada israf mövzusu ilə bağlı sevindirici bir qərar alındı. Parlamentin qəbul etdiyi qərara əsasən satılmamış qida maddələri zibilə atıla bilməz. Qanuna əsasən satılmamış qidanı istifadəsiz hala gətirmək də qadağandır. Buna görə də, satılmamış qidanın bağışlanması, heyvan yemi olaraq işlədilməsi, gübrə kimi əkinçilikdə istifadə edilməsi lazımdır. Eyni zamanda sahəsi 400 kv metrdən böyük olan supermarketlərin xeyriyyə qurumları ilə müqavilə bağlayıb satılmayan qidaları bağışlaması lazımdır.

    Fransada adambaşına ildə 20-30 kg qida tullanılır. Bunun 7 kg-nın paketi belə açılmır. Bu israf 12-20 milyard € deməkdir. Bu miqdarın yoxsulluqla mübarizə aparan hər hansı bir Afrika ölkəsi üçün necə böyük bir miqdar olduğunu xatırlatmağa ehtiyac yoxdur. Fransanın bu addımı başda inkişaf etmiş ölkələr olmaqla bütün dövlətlər üçün bir nümunə olmalıdır. Nəzərə alsaq ki, supermarketlər ən çox israf edilən yerlərdən biridir, ilk addımın bu sektorda atılması da sevindirici haldır. Qanunu pozanların həbs və ya böyük miqdarda cərimə edilməsi israfdan çəkindirmək baxımından çox önəmlidir. Ancaq bu qanunun digər israf edilə bilən sektorları da əhatə etməsi, eyni zamanda Fransanın bu addımından digər ölkələrin də nümunə götürməsilazımdır.Çünki otellər, turistik mərkəzlər, restoranlar kimi sektorlarda israfın miqdarı ağlasığmaz dərəcədə böyükdür. Yüksək xidmət üçün israfa ehtiyac yoxdur. Dünyada bu qədər insan aclıqdan əziyyət çəkərkən, qidaların atılması başqalarına qarşı laqeydlikdən, eyni zamanda xudbinlikdən başqa bir şey deyil.

    Qurani-Kərimdə Rəbbimizin: “Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir.” (Əraf, 31) ayəsi ilə israf haram edildiyinə baxmayaraq bir sıra islam ölkələrində də külli miqdarda israfa yol verilir.

    Ancaq bütün bunlar hər nə qədər insanları israfdan çəkindirmək baxımından faydalı olsa da, əsl həll yolu deyil.İsraf kimi bir bəla ancaq insanların eqoistliklərini və acgözlüklərini tərgitməkləriylə aradan qalxar. Bunun yolu isə sevgidir. Sevgini bilməyən insandan şəfqət, mərhəmət, fədakarlıq gözləmək, paylaşmanın bəxş etdiyi sevinci bilməsini gözləmək lüzumsuzdur. İstər başqa dövlətlərdə, istərsə də çox yaxınında olsun, insanların aclıqdan ölməsi onu heç narahat etməyəcək.

    Dünyadakı aclıq və qıtlıq probleminin həlli insanlara sevgini öyrətməkdədir. Bu problemi gündəmə gətirən qurumlar, fəallar məsələnin həll yolu kimi sevginin, şəfqətin gözəlliyinindən də bəhs etməlidirlər. Çünki yalnız özünü düşünən, başqalarına qarşı laqeyd insanların dünyadakı bu faciəni görməklərini ancaq buyolla əldə etmək mümkündür.

    Sevinc HAQVERDİZADƏ

  • Azərbaycan Dövlət Aqrar Universiteti inkişaf edir, səmimi bir ailəyə çevrilir

    http://s009.radikal.ru/i310/1605/0b/d99d9ab8b50c.jpg

    http://s017.radikal.ru/i435/1605/58/5a9fcac8666d.jpg

    http://s017.radikal.ru/i434/1605/d5/f408802b9a67.jpg

    http://s020.radikal.ru/i716/1605/7b/9a30cdf7a129.jpg

    İqtisadiyyatımızda prioritet istiqamət olan aqrar sektor ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycan Dövlət Aqrar Universiteti aqrar sektorun, aqrar təhsilin və elmin inkişafında müəyyən işlər görübvə bu iş indi də davam edir.
    Son üç ildə universitetin inkişafı məqsədilə dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına genişmiqyaslı işlər həyata keçirilib.
    Bu gün tələbələrin müasir standartlara uyğun bilik əldə etməsi məqsədilə universitetdə tam şərait yaradılıb ki, bu da təhsil müəssisəsinin üzərinə düşən vəzifələrin həllinə doğru atılan addımları daha da sürətləndirir. Məqsəd mütəxəssis hazırlığının keyfiyyətini daha da yaxşılaşdırmaq üçün tədris prosesini təkmilləşdirmək, innovasiyalı təhsilə keçməklə universitetin reytinqini yüksəltməkdir. Bütün bunların təmin edilməsində zəngin maddi-texniki baza, zəruri tədris avadanlıqları ilə təminat, pedaqoji heyətin peşəkarlığı və tələbələrin fəal təhsilə cəlb edilməsi böyük əhəmiyyət kəsb edir.
    Universitetin hazırkı zəngin maddi-texniki bazası ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin çoxundan fərqlidir. Son illərdə tədris korpuslarının müasir standartlara uyğun təmiri, yeni tədris laboratoriyalarının quraşdırılması, yüksək zövqlə inşa edilib istifadəyə verilən 520 yerlik tələbə yataqxanası-“Tələbə evi” bütün sadalananlara tam cavab verir.
    Qeyri-neft sektorunda böyük rolu olan kənd təsərrüfatı ixtisasları üzrə mütəxəssis hazırlığının ölkəmiz üçün mühüm əhəmiyyəti də danılmazdır.
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 24 may 2013-cü il tarixli 63 nömrəli Sərəncamı ilə 2013/2014-cü tədris ilindən başlayaraq ADAU-nun bakalavriat səviyyəsinə 11 ixtisas, o cümlədən torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, ekologiya, su bioehtiyatları və akvabitkilər, zootexniklik, baytarlıq, aqromühəndislik və s. ixtisaslar üzrə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında müəyən edilib. Həmin ixtisaslara abituriyentlərin peşə yönümü üzrə maarifləndirilməsi məqsədilə alimlərimiz Gəncənin və kənd rayonlarının orta məktəblərində pedaqoji heyət və yuxarı sinif şagirdləri ilə mütəmadi görüşlər keçirir, onlara universitet haqqında ətraflı məlumatlar verir, şagirdlər öz müəllimləri ilə birlikdə ADAU-ya məxsus avtobuslarla tədris korpuslarını, laboratoriyaları, müzeyi, kitabxananı, elektron kitabxananı ziyarət edirlər ki, bütün bunlar da şagirdlərdə, onların müəllim və valideynlərində universitet haqqında xoş təəssürat yaradır, əhatəli məlumat bazası zənginləşir və formalaşır.
    Son illərdə bu ixtisaslara tələbə qəbulu planı əvvəlki illərə nisbətən daha çox, bəzilərində isə 100 faiz yerinə yetirilib.
    Universitetin bakalavriat və magistratura səviyyələrində 30-dan çox ixtisas üzrə mütəxəssis hazırlığı aparılır. 7 fakültənin əyani və qiyabi təhsil formalarında 5 minə yaxın tələbə təhsil alır ki, onların da tədrisi ilə 480-dək professor-müəllim heyəti məşğul olur. Pedaqoji heyətin tərkibində 1 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 19 nəfər elmlər doktoru, professor, 200-dən artıq fəlsəfə doktoru, dosent vardır.
    2008-ci ildə universitetdə tələbə-müəllim nisbəti (bir müəllimə düşən tələbələrin sayı) 5,1 nəfər olduğu halda, hazırda bu rəqəm 11,1 – dir, tələbə qızların sayı 10 faiz təşkil edirdisə, hazırda 30 faizdən artıqdır.
    Universitetdə tələbələrə diqqət və qayğı yüksək səviyyədədir. Konkret faktlar da deyilən fikiri təsdiq edir. Sessiya imtahanları əsasən kompüter vasitəsilə test formasında qəbul edilir ki, bu da şəffaflığın və obyektivliyin tam təmin olunması deməkdir. Son illərdə tələbələrin təhsilə marağının artırılması məqsədilə xeyli sayda kompyuter alınıb. Bu gün universitetin hər dörd tələbəsinə bir kompyuter düşür ki, buda respublikanın ali təhsil müəssisələrindəki orta göstəricidən dəfələrlə çoxdur. Bununla yanaşı xeyli sayda smart-lövhə, nootbuk, proyektor, mikroskop, plotter, elektron tərəzi və s. alınaraq tələbələrin istifadəsinə verilib.
    Tələbələrin intellektual səviyyəsinin artırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə son 3 ildə tələbələr üçün ödənişsiz ingilis dili, kompyuter və dizayn üzrə kurslar yaradılıb. Bunlarla yanaşı müxtəlif növ oyunlar, olimpiadalar, inşa müsabiqələri keçirilir, nəticələrinə görə fərqlənənlərə fəxri fərmanlar və pul mükafatları verilir.
    Uzun illər acınacaqlı vəziyyətdə olan idman salonu əsaslı təmir edilib, zəruri trenajorlarla təchiz olunub və tələbələrin istifadəsinə verilib..Tələbələr üçün idman geyim formaları alınıb.
    Təhsil Nazirliyi Kollegiyasının 6 noyabr 2014-cü il tarixli qərarına uyğun olaraq tələbələrin akademik borcu qalan fənləri götürmələrinə görə təhsil haqlarının (yay semestri istisna olmaqla) büdcədənkənar vəsait hesabına ödənilməsi haqqında universitetimizin elmi şurasının qərarı ölkənin ali təhsil müəssisələri sırasında ilk olmaqla tələbə və valideynlər tərəfindən çox böyük razılıqla qarşılanıb.
    Son imtahan sessiyalarında imtahanları “əla” qiymətlərlə başa vuran tələbələrin sayı əvvəlki sessiyaların nəticələri ilə müqayisədə yüksəkdir və bu da tələbələrin təhsilə marağının və məsuliyyətinin daha da artmasını göstərir.
    Rektorun xüsusi əmrində büdcədənkənar vəsait hesabına qəbul imtahanlarında 600-dən çox bal toplamaqla universitetə qəbul olunan və növbəti sessiyada yüksək qiymətlər alan 2 nəfər birinci kurs tələbəsinin aylıq təqaüdünə ikinci semestrdə 100 manat, 500-dən çox bal toplamaqla qəbul olunan və sessiyada yüksək qiymətlər alan 9 nəfər birinci kurs tələbəsinin aylıq təqaüdünə ikinci semestrdə 50 manat əlavə edilib, 250-dən çox bal toplayaraq “aqronomluq “ və “zootexniklik” ixtisaslarına qəbul olunan 3 nəfər birinci kurs tələbəsinin sessiyada yüksək qiymətlər aldıqları və universitetin ictimai həyatında fəal iştirak etdikləri nəzərə alınmaqla aylıq təqaüdünə ikinci semestrdə ayda 100 manat, sessiyada 5 fəndən 100, 1 fəndən 91-100 bal toplaya 3 tələbəyə aldıqları təqaüddən əlavə ikinci semestrdə ayda 100 manat, 4 fəndən 100, 2 fəndən 91-100 bal toplayan 7 tələbəyə aldıqları təqaüddən əlavə ikinci semestrdə ayda 80 manat ödənilməsi, 1,2 və ya 3 fəndən 100, digər fənlərdən 91-100 bal toplayan 98 tələbənin hər birinə 100 manat, 1 və ya 2 fəndən 100, digər fənlərdən 71-100 bal toplayan 24 tələbənin hər birinə 70 manat məbləğındə birdəfəlik stimullaşdırıcı təqaüd verilməsi təsbit olunub. Belə stimullaşdırıcı tədbirlər tələbələri daha yaxşı oxumağa, universitetin ictimai həyatında fəal iştirak etməyə ruhlandırır.
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il ta¬rix¬li 348 nömrəli qərarı ilə təsdiq edil¬ən “Ali təhsil müəssisələrinin baka¬lavriat və ma-gistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qay¬daları”nın tələblərinə müvafiq olaraq tələbələrə kömək göstərmək, onların hüquqlarını və akademik ma-raqlarını qorumaq məqsədilə akademik məslə¬hət¬çilər (tyutor xidməti) üçün ştat vahidləri açılıb, bu sahədə təcrübəsi və səriştəsi olan şəxslər tyutor vəzifəsinə təyin olunub. 2015-ci ildə 23 tyutor Təhsil Nazirliyi tərə¬findən Gəncə Dövlət Uni-ver¬sitetində təşkil olunan iki aylıq seminarda iştirak edib və müvafiq sertifikat alıblar.
    Tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi, dərinləşdirilməsi və sonrakı əmək fəaliyyətində istifadəsinin təmin edilməsində istehsalat təcrübələrinin böyük rolu danılmazdır. Bu baxımdan universitet qabaqcıl şirkət, müəssisə və təsərrüfatlarla işgüzar əlaqələr yaradıb, müqavilələr bağlayıb. Bunlardan Ağcabədi rayonu“AQAT-AQRO” MMC, “Tovuz-Baltiya” şirkəti, Kənd təsərrüfatı nazirliyinin nəzdində “Aqrolizinq” ASC, Samux rayonunun aqroservis filialı, Gəncə Telekommunikasiya idarəsi, Samux rayonu “Suliddinoğlu” kəndli fermer təsərrüfatı, Şəmkir rayonu “Bayramlı” kəndli fermer təsərrüfatı, Şəmkir rayonu “Azaqro- MMC”, Şabran rayonu “Səba quşçuluq kompleksi”, BMS keçicilik şirkəti, Qarabağ taxılçılıq MMC, Qarabağ toxumçuluq MMC və başqa şirkətləri misal göstərmək olar. “Tovuz-Baltiya”, Şəmkir “Vətən-Az”, Samux rayonu “Azər-Rus Dostluq”, Qəbələ quşçuluq aqrokompleks şirkətləri, Oğuz rayonu Beytulla kəndli fermer təsərrüfatlarında tələbələrimiz pulsuz yemək, yataqxana, həmçinin aylıq maaşla təmin olunurlar.
    Qəbələ quşçuluq, Qəbələ premium, Ucar Mərcan broyler, Ağcabədi Aqat – Aqro MMC, BMS şirkəti, Şabran Səba şirkəti, Hacıqabul Quşçuluq fabrikində, Qəbələ Aqro kompleksdə baytarlıq ixtisasının V kurs tələbələri 6 aylıq təcrübə keçmişlər. Təcrübə zamanı bu müəssisələr tərəfindən tələbələr məişət şəraiti və əmək haqqı ilə də təmin olunublar.
    İstehsalat təcrübəsinin daha səmərəli təşkili məqsədilə “Əczaçılıq” ixti¬sası üzrə əyani təhsil formasının üçüncü kurs tələbələri ADAU ilə Tür¬kiyənin Ondokuz Mayıs Universiteti arasında bağlanan müqaviləyə əsasən Türkiyədə isteh¬salat təcrübəsində olublar.
    “Əczaçılıq” ixtisasının 17 tələbəsi Türkiyənin Samsun şəhə¬rindəki Ondokuz Mayıs universitetində, “menecment” (alman proqramı) ixtisasının 4 tələbəsi təcrübə keçmək üçün Almaniya Respublikasında təcrübə keçib, mühəndislik fakültəsinin 5 tələbəsi Belçikanın və Türkiyədə yerləşən New–Holland texnikaları zavodunda təlimlərdə iştirak ediblər.
    2009-cu ildən başlayaraq universitetdə hər il məzun yarmarkaları keçirilir. Sonuncu dəfə 2015-cil mayın 19-da keçirilən yarmarkada respublikanın 150-ə yaxın tanınan şirkət, müəssisə və təsərrüfat nümayəndəsi iştirak edib, məzunlara 1174 vakant iş yeri təklif olunub, 420 nəfər məzunun sənədləri müəssisələr tərəfindən qəbul edilib. Mayın 7-də Kənd Təsərrüfatı Nazirliyi “Aqrolizinq” ASC və ADAU-nun işti¬rakçılığı ilə baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tədris korpusunda əmək yarmarkası keçirilib və məzunlara 106 iş yeri təklif olunub.
    Professor-müəllim heyəti arasında yaşlı və fiziki cəhətdən zəif olanların cavan və perspektivli gənclər hesabına möhkəmləndiriliməsi bu gün qarşıda duran ən ümdə məsələlərdəndir. Son illər bu sahədə müəyyən işlər görülüb, hazırda da qətiyyətlə davam etdirilir. Magistraturanı və doktoranturanı müvəffəqiyyətlə bitirən, müasir innovativ düşüncə tərzinə malik, xarici dil bilikləri olan gənclərin pedaqoji işə cəlb olunması çox vacib məsələlərdəndir. Mütəxəssis hazırlığının keyfiyyətini daha da yüksəltmək üçün belə tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
    Milli mentalitet baxımından da tələbə-müəllim münasibətləri universitetdə daha fərqlidir, hər bir əməkdaş, hər bir tələbə daim diqqət mərkəzindədir. Yubileyləri olan işçilərə statusuna uyğun rektorun müvafiq əmrləri ilə təşəkkürlərin elan edilməsi, hədiyyələrin verilməsi, təntənəli təbriketmə mərasimlərinin keçirilməsi artıq ənənə şəklini alıb. Tələbələrə qayğı, diqqət daha qabarıqdır. Hər hansı bir məsələ ilə əlaqədar tələbə müraciət etdiyi halda, ona dekanlıqlar səviyyəsində də, şöbələr səviyyəsində də operativ və diqqətlə yanaşılır. Bütün bu diqqət və qayğıya görə keçirilən tədbirlərdə tələbələr, xüsusən tələbə qızlar fəallıq göstərirlər.
    Qarşıda bu gün daha ciddi məsələlər dayanır. Bütün sahələrdə böyük irəliləyişlər əldə edilən Azərbaycanda, aqrar bölmənin inkişafı daha prioritetdir. Axı, Azərbaycan kənd təsərrüfatının inkişafı üçün kifayət qədər münbit iqlimə, zəngin təbii resurslara malikdir. Qeyri-neft sektorunun inkişafına xüsusi qayğı göstərən Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri icra etmək üçün zəngin flora və faunası olan Azərbaycanın kənd təsərrüfatının strateji inkişafı günün vacib məsələlərindəndir. Bərəkət mənbəyi olan torpağın elmi sirlərini öyrənmək uğurlarımızın açarıdır.
    Tam əminliklə deyə bilərik ki, zəngin tarixi ənənələrə malik olan Azərbaycan Dövlət Aqrar Universiteti həmişə olduğu kimi, bundan sonra da dövlətimizə, dövlətçiliyimizə sadiqliyini qoruyacaq, qarşıda duran əzəmətli vəzifələri uğurla yerinə yetirəcəkdir.

    Nüsrət Hüseyinov,
    Azərbaycan Dövlət Aqrar Universitetinin tədris şöbəsini müdiri, dosent

  • Sevinc Rafaeli doğum günü münasibəti ilə təbrik edirik (6 may 1986-cı il)

    13151180_597958047039421_646406121_n

    13118209_1007529529316185_2106254369_n

    13118194_1013871185373295_1329971798_n(1)

    13108879_1696242877298937_1766824987_a

    13129608_1008162732565964_1699212017_n

    13129750_271403899870607_425148313_n

    13130009_1157283420983791_1647608663_n

    13113828_1192428497442972_206452526_n

    13150791_107810012964923_1900209688_n

    13151351_936697663116983_827109072_n

    Sevinc xanım, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, bol-bol uğurlar diləyirik!Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm
    əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!

    Ən xoş arzularla,
    Gündəlik Analitik İnformasiya Agentliyinin Kollektivi

  • Rafiq ODAY.”DÜNYANIN AÇILMAMIŞ SİRLƏRİ”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Həyat kitabı

    XX əsrin ortalarında, daha dəqiq desək 1947-ci ilin yazında dağların ətəyində qoyun otaran iki iordaniyalı çoban bükülmüş vəziyyətdə olan 6 ədəd qədim əlyazma tapır. Əlyazmalar dağdaki kiçik mağarada gizlədilmişdi. Sonradan məlum oldu ki, bu əlyazmalar ikinci əsrdə yazılıb və qədim aramey dilindədir. Bir müddət onra həmin əlyazmalardan beşini bir İsrail yekiskopu alıb Yerusəlim şəhərinə gətirir və həmin əlyazma kitab şəklində çap olunur.
    Qədim əlyazmalarda həm keçmişdə baş vermiş, həm indi baş verən, həm də gələcəkdə baş verəcək hadisələrdən danışılırdı. Bu hansısa görücünün gələcəkdə baş verəcək hadisələr barədə verdiyi məlumat deyildi. Orada hansısa müəmmalı bir hesablama sistemindən bəhs olunurdu. Bildirilirdi ki, bu hesablamalar yolu ilə hər bir insan bu gün, sabah və ölüm anına qədər başına gələcək hadisələri öyrənə bilər. Əlyazmanın bir yerində deyilir:
    “- Hər bir insana elə gəlir ki, o, həyatında baş verən hadisələrə tam nəzarət edir. Gələcəkdə baş verəcək hadisələrə təsir göstərə bilər. Çox şey insanın öz istəyindən asılıdır. Ancaq heç kəs bilmir ki, gələcəyi müəyyən edən bu istək və arzunun özü tam nəzarət altındadır və müəyyən sistem üzrə cərəyan edir.”
    Əlyazmaların beşində hesablama sisteminin həyatın axarını necə nəzarətdə saxlandığından danışılır. Hesablama sisteminin həyata necə tətbiq olunmasından bəhs edilir. Bildirilir ki, hesablamanın necə aparılması barədə məlimat altıncı əlyazmada verilir. Kumran mağarasından tapılmış əlyazmanın altıncısı isə yoxa çıxmışdı. Çobanlar bildirirdilər ki, altıncı əlyazmanı bir nəfər tacirə satıblar.
    Uzun axtarışdan sonra məlum oldu ki, altıncı əlyazmanı İsraildən olan Exud Kando adlı bir tacir alıb. “Həyat kitabı” adlanan altıncı əlyazma hal-hazırda Təl-Əvivdə “Yexud şivat çiyen” adlı elmi tədqiqat mərkəzinin seyflərində saxlanılır. Altıncı əlyazmanın tərcümə olunub çap olunmasına icazə verilmir.
    Bəs bunun səbəbi nədir?
    İsrail tədqiqatçıları bildirirlər ki, bu dəhşətli bir hesablama sistemidir. Həmin hesablama sisteminin köməyi ilə hər bir adam gələcəkdə başına nə gələcəyindən, özünün sonrakı taleyinin necə olacağından xəbər tuta bilər. Ən dəhşətlisi isə odur ki, bu hesablama sistemi ilə hər bir insan öləcəyi vaxtın tarixini gününə, saatına qədr dəqiqləşdirə bilir. Bunu bilən insan həyatda özünə yer tapa bilmir, bir müddət sonra dəlilik dərəcəsin çatır.
    İnsan ömrü boyu düşünüb sabah nə olacağını əvvəlcədən bilmək istəyir. Bu vaxt o yalnız gələcək xoş günlər barəsində düşünür. Gələəck isə tək sevincdn və xoş gündən ibarət deyil. Gələcəkdə onu gözləyən ağır günlərdən, bədbəxtçiliklərdən xəbər tutan insan bir anda dəyişib ağlını itirmək həddinə çataraq, cəmiyyət üçün böyük təhlükələr yarada bilər. Təbii ki, o zaman insan gələcəyin arzusu ilə qurub-yaratmaq barədə deyil, sonu puç olan bu dünyada hər şeyi dağıdıb məhv etmək istər.
    La həvla və la qüvvətə illa biilahil əliyyül əzim – Allahdan qeyri qüvvət və əzəmət sahibi yoxdur.

  • Gülnarə İSRAFİL.”Xalq şairi Söhrab Tahir haqqında xatirələrim”

    gxi

    2004-cü ildə şeirlərimi götürüb, Elmlər Akademiyasına getmişdim. Onunla görüşəcəkdim. Elə bilirdim ki, qaşqabaqlı, zəhimli bir adamdı. İlk dəfə görəcəkdim. Qapıya yaxınlaşanda ayaq saxladım, titrədiyimi hiss etdim… Ədəbiyyat adamları, uşaq xəyallarımda çox əzəmətliydilər. Nəhayət ki, qapını döydüm. Həlim səs gəldi.
    -Gəl.
    – Məni görən kimi ayağa qalxdı. Şirin təbəssümlə xoş gəlmisən bala…
    – Nə lazımıydı?
    – Utancaq səslə dilləndim. Siz lazımsınız.
    – Hə, lap yaxşı, onda buyur əyləş.
    – Üzündəki şirin təbəssüm, titrəmədən əsər əlamət qoymadı. Söhbətə başladım.
    – Mən sizin şeirləriniz və əsərlərinizi çox sevirəm. Bilmirəm necə deyim, sizinlə görüş ən böyük səadətimdir. Gülümsədi.
    – Çox sağ ol qızım. Mən özümü yazmışam. Anam, o tayda mən bu tayda həsrətdən qovrulub yandıq. Saçımdakı bir ağ, bir əzabdır, bir həsrətdir… İyirmi altı ildən sonra anam Bakıya gəldi. Necə də uşaqlaşmışdım. Əgər mümkün olsaydı, o günlər üçün ömrümün hamısını verərdim…
    -Danışdıqca göz yaşlarını da gizlədə bilmədi… Şeirimi oxuyanda, maraqla dinləyir, sözlərimə heyranlıqla qulaq asırdı. Elə bil yeni tapıntıydım. Sonda tək bircə kəlimə onu dedi:
    – Qızım, çoxlu yaz!
    – Sual dolu baxışlarla üzünə baxdım…
    – Əlavə etdi, hə, çoxlu yazdıqca qələmin itiləşəcək!
    – İki saat, Söhrab Tahirlə söhbət etmişdik. Otaqdan ümid dolu addımlarla çıxmışdım…
    O günü heç unutmadım. Bu günkü addımlarımda, Söhrab Tahirin, iki saatlıq ayırdığı zamanın da payı olduğunu düşünürəm. Ruhunuz şad olsun Söhrab müəllim.

  • İslam ölkələrinin birliyi zamanın tələbidir

    das--qalaq-recm-quranda-varmi-0Qz

    İslam dini böyük bir gücdür. Amma İslam ölkələri bu gücü çox zaman hiss etmirlər, çünki dağınıqdırlar.

    İslam dini böyük bir gücdür. Amma İslam ölkələri bu gücü çox zaman hiss etmirlər, çünki dağınıqdırlar. Dövrümüzdə İslam dünyasında axan qanın başlıca səbəblərindən biri bu ixtilaflardır. İslam əleyhdarları bu ayrılıqları çox yaxşı istifadə edirlər. Çünki onlar müsəlmanlar bir bütün olarsa, İslam əleyhinə təbliğatların təsirsiz qalacağını çox yaxşı bilirlər. Buna görə də, İslam ölkələrinin birlikdə gördükləri işlər həmişə həmin təbəqələri narahat edir. İslam ordusu, sonra liderlər səviyyəsində keçirilən İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti də bu təsirə malik hadisələrdəndir.
    Sammitdə Türkiyə prezidenti Ərdoğanın bu sözlərinə xüsusilə diqqət yetirmək lazımdır:”Ayırıcı deyil, birləşdirici olmalıyıq. İxtilafları deyil ittifaqları, kini deyil, sevgini gücləndirməliyik. Baş verən münaqişələrdən, çəkişmələrdən, düşmənçiliklərdən zərər görən yalnız müsəlmanlardır, İslam ölkələridir. Dostları çoxaltmaq, düşmənləri azaltmaq məcburiyyətindəyik”.
    Həqiqətən də, İslam ölkələrinin fikir ayrılıqlarını bir kənara qoyaraq bir-birlərinə sevgi ilə yanaşmağa və problemlərini öz güc və birlikləri ilə həll etməyə ehtiyacları var.
    Yaxın Şərq ötən əsrdən bu yana məzhəb müharibələrinin mərkəzinə çevrilib. Regionda baş verən problemləri bir başlıq altında yığmaq mümkün olmasa da, regionun insanlarının eyni dinə mənsub olmalarına baxmayaraq, az qala bir-birini düşmən kimi görmələri Yaxın Şərqi bugünkü vəziyyətə salan ən böyük səbəbdir.
    Halbuki sünni və ya şiə olsun, bütün müsəlmanlar bir ola bilərlər. Bu da öz növbəsində, bölgədəki parçalanmanın qarşısını alıb müharibələri bitirə bilər. Müsəlman cəmiyyətlər arasında tarixən mövcud olmuş etnik və məzhəb, bəzi anlayış və tətbiq fərqləri ola bilər. Ancaq bu fərqliliklərin heç biri onların düşmən olmasına əsas vermir. Fərqliliklər müsəlmanların bir-birinə sevgi duymasına mane ola bilməz. Heç bir fərqlilik İslam aləminin başında bu qədər bəla olduğu halda, müsəlmanların birlikdə hərəkət etmələrinin qarşısını ala bilməz. Bu, ilk başda Qurana uyğun bir davranış deyil. Çünki İslam inancında başqa bir məzhəbin nümayəndələrini kafir elan etmək, fərqli düşüncədəki bir insanı öldürmək anlayışı yoxdur.
    Hazırkı zamanda İslam aləmi güclü olmaq və Suriyada, İraqda, Fələstində, Kəşmirdə, Şərqi Türküstanda, Moroda, Rohincada, Əfqanıstanda, Patanidə, Krımda və dünyanın bir çox yerində zülm və təzyiq altında, öz torpaqlarında ölüm qorxusu ilə yaşayan, soyqırımlara, işgəncələrə məruz qalan müsəlmanları xilas etmək üçün birlik olmaq məcburiyyətindədir. Bunun üçün məzhəb ayrı-seçkiliklərini bir kənara qoymaq və birlik mesajını bütün dünyaya çatdırmaq lazımdır.
    Xüsusilə parçalanmanı təşviq edən bəzi Qərb mədəniyyətlərinin bu mesaji alması və bu şəkildə İslam ölkələrinin məzhəbçiliyə qarşı olduğunu bütün dünyanın görməsi lazımdır. Müsəlmanlar ittifaqda bir-birlərini dəstəkləməli, bir-birilərini birlik və bərabərliyə təşviq etməlidirlər. Müsəlmanların birlik olması dünyanın hər yerindəki müsəlmanların xilası üçün əsas ehtiyacdır. Bu birlik olmasa, İslam dünyası parçalanmadan xilas ola bilməz.

    Aysel VƏLİZADƏ,
    Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədr müavini

  • Vətən üçün xeyirlərdə yarışmaq

    rv

    Azərbaycan müstəqilliyini qazanarkən 20 faiz torpaqlarını və bu torpaqları qorumaq uğrunda canını fəda etmiş minlərlə övladını itirib.

    Azərbaycan müstəqilliyini qazanarkən 20 faiz torpaqlarını və bu torpaqları qorumaq uğrunda canını fəda etmiş minlərlə övladını itirib. Bu gün də torpaqlarımızn geri qaytarılması və ərazi bütövlüyümüzün bərpası üçün şəhidlər veririk. Ötən günlərdə atəşkəsin düşmənlərimiz tərəfindən pozulmasına baxmayaraq, qəhrəman əsgərlərimizin düşmənin cəbhə xəttini yarıb bir çox strateji mövqeləri geri alması xalqımıza çox böyük ruh yüksəkliyi yaşatdı. Təbii ki, qazanılan bu üstünlük onlarla əsgərimizin yaralanması vəşəhid olması bahasına başa gəldi.

    Bir məqama xüsusi diqqət çəkmək istəyirəm. Şəhid olan əsgərlərimiz ailələrini bizə əmanət qoydular. Dövlətimiz öz imkanları ilə şəhid olan əsgərlərimizin ailələrini himayə etməkdədir. Bəs dövlətimizin gözünü qırpmadan vətən uğrunda canından keçən şəhidlərin ailələrini himayə etməsi bizim üzərimizdən bu məsuliyyəti götürürmü? Əlbəttə ki, yox. Bu məsələdə xüsusilə iş adamlarının və yüksək gəlirli şirkətlərin üzərinə böyük məsuliyyət düşür. Şəhidlərimizin ailələri heç bir maddi sıxıntı yaşamamalıdırlar. Unutmamlıyıq ki, üzərində rahat gəzdiyimiz torpaqlar, sahib olduğumuz şirkətlər, qazandığımız pullar uğrunda şəhidlər verilən dövlətimiz sayəsində vardır. Bu səbəbdən hər bir iş adamı gücü çatdığı ölçüdə şəhid ailələrinin ehtiyaclarını qarşılamalıdır. Həm də bunu ən gözəl şəkildə etməlidir. Onların bizdən belə bir istəklərinin olub olmasından aslı olmayaraq, biz bunu özümüzə borc bilməyik. Çünki bu, onların haqqı, bizim isə borcumuzdur. Bunu etməyimiz işlərimizin daha da bərəkətlənməsinə və Allahın razılığını qazanmamıza vəsilə olar.

    Şəhid ailələrinə edilə biləcək yardımlara bəzi misallar vermək olar. Məsələn, yüksək gəlirli geyim mağazaları ildə iki dəfə, fəslə uyğun olaraq şəhid ailələrinə ən gözəl və ən keyfiyyətli geyimlər hədiyyə edə bilərlər. Bunun üçün lazım gələrsə şəhid ailəsinin evinə gedib mağazaya dəvət edilər. Onları mağazaya gətirmək üçün avtomobil də ayrılar.Gəliri çox olan marketlər hər ay bir dəfə şəhid ailələrinin ünvanlarına zəruri ehtiyac duyulan məhsullar göndərə bilərlər. Restoranlar şəhid ailələrini ayda bir dəfə gözəl, xüsusi zövqlə bəzədilmiş yemək süfrəsinə qonaq edə bilərlər. Bu misalları daha da artımaq olar. Özümüz üçün etdiyimizin ən gözəlini onlar üçün etmək milli şüurun, birliyin, həmrəyliyin ən gözəl sübutu olar. Əgər bir insan dünyada onun üçün ən qiymətli və şirin olan canını vətən uğrunda verirsə, biz niyə dəyərsiz dünya malından onların bizə əmanət buraxdığı ailələri üçün keçməyək?!Mən inanıram ki, bütün bu yazdıqlarımı, hətta daha çoxunu edən vətənini, millətini sevən iş adamlarımız var. Ancaq bunu daha da genişləndirib ənənə halına salmaq lazımdır.

    İnşaAllah, yaxın gələcəkdə torpaqlarımız düşmən tapdağından tamamilə azad olacaq və daha şəhid verməyəcəyik. Ancaq hazırda ölkəmizin müharibə şəraitində olması və şəhidlər verməyimiz bugünkü reallıqdır. Hər bir Azərbaycan əsgəri görməlidir ki, xalqımız ona əmanət qoyulan şəhid ailələrinə hansı həssaslıqla yanaşır. Necə deyərlər, heç kimin gözü arxada qalmaz. Bu, vətən uğrunda hər dəqiqə canını verməyə hazır olan əsgərlərə də ən gözəl mənəvi dəstək olar. Bu gözəl davranışları həyata keçirməyin isə bir adı var: VƏTƏN ÜÇÜN XEYİRLƏRDƏ YARIŞMAQ

    Allah dövlətimizi, millətimizi daim qalib etsin.

    Ramiq VƏLİYEV,
    Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri

  • Xoşbəxtlik sənin əlindədir…

    13081718_563078177207834_1180662473_n

    Milyardlarla insanın özünə aid bir qum saatı vardır. Bu saat hər gün sürətlə dolur və hər kəs o böyük, qaçılmaz sona yaxınlaşır. Lakin milyardlarla insanın çox az hissəsi şüurlu və imanlı həyat sürüb ölümə sürətlə yaxınlaşdığını dərk edir. Əksəriyyəti isə sanki sehrlənmiş və şüursuz həyat sürür. Axirət həyatından tamamilə xəbərsiz, dünyaya bənd olub. Şeytan onları gündəlik işlərlə məşğul edib mal-mülklə, karyera və uşaqlarla başlarını qatır. Buna görə də baş ucunda olan, bəlkə də növbəti gün düşəcək son qum dənəsini görmür…

    Bəli, ölüm bu qısa dünya həyatımızda heç birimizin qaça bilmədiyi həqiqətdir.

    Hər bir insanın qarşısında iki yol var. Ya qısa həyatını çətinliklə, sıxıntı ilə, bədbəxtlik və dərin kədər hissi ilə imansız keçirəcək, ya da iman gətirib dünyada da həqiqi xoşbəxtlik və rahatlığı əldə edəcək. Bu iki yoldan başqa yol və başqa seçim yoxdur.

    Bəs iman gətirməyən insanlar bu dünyada nə üçün bu qədər kədərlənir, nə üçün bu qədər stress keçirirlər? Bilirsinizmi?

    Çünki onlara göstərilən ən doğru yolla, Quran yolu ilə getmirlər. Hər anlarına Allahın hakim olduğunu düşünmürlər. Hadisələrin, insanların, bütün söhbətlərin insanların nəzarətində olduğunu zənn edirlər. Özlərinə gözəllik və ya pislik toxunduqda bunun insanlardan gəldiyini düşünürlər. Çox hirslənir və kin bəsləyirlər. Özlərinə aid bütün var-dövlətin öz ağıllarından, bacarıqlarından və cəhdlərindən qaynaqlandığını düşünürlər. Hər hansı mövzuda müvəffəqiyyətsiz olduqda isə depressiyaya girirlər.

    Halbuki Quranda Allahı unudub insanlara və hadisələrə Allahdan müstəqil güc verməyin “şirk” olduğu bildirilir. Şirk içində yaşayan insanlar qədəri və bütün hadisələrdə xeyir və gözəllik olduğunu unudur. Həyatlarının heç bir anında Allaha güvənmənin və təvəkkül etmənin rahatlığını yaşamırlar. Şeytan onları boş fikirlərə sövq edib kədərləndirir, başlarını qatır, Allahdan uzaqlaşdırır və kədərli insanları seyr edərək qalibiyyətini bayram edir.

    Mömin üçün isə vəziyyət tamamilə fərqlidir. Mömin hər bir hadisədə xeyir və gözəllik görür. Hər günə şükürlə başlayır, hər gününü qədərini seyd edərək keçirir. Başına bir müsibət gəlsə dərhal Allahdan imtahan olduğunu bilir və bir gözəllik gəlsə Allaha şükür edir. Mömin hər iki vəziyyətdən də razı, qəlbi rahat, ruhunda dərin xoşbəxtliklə həyatını davam etdirir. Eynilə zindana atıldığında şükür edən hz. Yusif kimi, balığın qarnına düşən hz. Yunus kimi, firona qarşı yıxılmadan, təslim olmadan mübarizə aparan hz. Musa kimi…

    Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. (Bəqərə surəsi / 155)

    Mömin Allahın onun üçün ən gözəl qədəri yazdığını, qarşısındakı insanı danışdıranın, hadisələri idarə edənin Allah olduğunu bilir. Allahın təqdir etdiyi qul mühakimə edərmi? Allahın təqdir etdiyi qul hesab soruşa bilərmi? Mühakimə etməyən və səmimi qəlbdən razı olan mömin hər gün hadisələrin hikmətini qavrayaraq nəfsini daha da tərbiyələndirir və gün keçdikdə cənnət əxlaqına yiyələnir. Nəyahət dünyada yaşayarkən ən böyük zənginlik olan rahatlıq və xoşbəxtliyə qovuşur.

    De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi / 51)

    Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər, (Ənfal surəsi / 2)

    Kim bilir, bəlkə də siz bu sətirləri oxuyarkən yanınızda oturan insan son nəfəsini verməyə hazırlaşır. Həyat bu qədər qısadır… Sanki bir anlıq görüş… Ona görə də həqiqətən dəyərli şeylərə dəyər verin, digərlərini isə atın getsin… Həyatın, xırdalıqların, şeytanın sizi məşğul etməsinə icazə verməyin. Unutmayın ki, buna sərf etdiyiniz vaxtı yaxşılıqla, gözəl düşüncələrlə, dua və xeyirlə doldura bilərsiniz. İman gətirib təvəkkül edərək bu dünyanı sevinc və xoşbəxtliklə tərk edib həqiqi həyatınız olan axirətə addım ata bilərsiniz. Yetər ki, qəlbinizi Allaha açın, O sizə doğru yolu göstərəcək…

  • Allahşükür Ağanın “Quşlar, buludlar, uşaqlar” şeirlər kitabına ön söz

    1424249538_sekil

    Quşlara, buludlara, uşaqlara…

    Allahşükür Ağa misradan-misraya, fikirdən-fikrə inkişaf edən şairdir. Bu da onu göstərir ki, o, qəlbinə qəfil gələn tapıntılarla deyil, zəhmət və istedadın cilalanmasından yaranan şeirləri vərəqə köçürür. Onun stixiyasındakı olan bu ardıcıllıq şeirin enişli-yoxuşlu yollarında şairin püxtələşməsinə yaxından kömək edir. Elə şairlər olur ki, ədəbi gündəmi ekspermentlərlə, qəfil poetik misralarla ələ alırlar. Tarix göstərir ki, belələri ekspermentlərini real həyatla bağlaya bilmədiklərindən unudulub gedirlər. Çünki şair uzun müddət ekspermentdə qala bilməz. Allahşükür belə deyil, o xeyli sayda ekspermentlər eləsə də, onu real həyatla bağlayır, romantikanın ayaqlarını ilıq torpağın üstünə qoyur. Ənənəvi heca üzərindən ədəbiyyata gələn gənç şair yeni fikirlərini, düyğu və düşüncələrini özünəməxsus ədəbi-bədii bir biçimdə oxucuya təqdim edir. O, nədən yazırsa – yazsın yaşadığı həyatı unutmur, tanış olduğu, düyğularından keçirdiyi hadisələri öz təfəkkürünə uyğun bir şəkildə qələmə alır. Şair bütün şeirlərində yenilik axtarışındadır. Məsələn, aşağıdakı şeirə diqqət yetirək.

    Əgər,
    Pulları çiçəklərə çevirə
    bilsəydik,
    Deyərdim, xanım qız,
    Mənə 10 dəstə çiçəyə
    bir qadın paltosu verin.
    Bu qış mənim sevgi fəslimdir.
    O vaxt deyərdilər ki,
    Müəllimlərin maaşı yüz dəstə çiçəkdir.
    Çörək bir çiçək,
    İşıq pulu bir ləçək.
    Pulları çiçəklərə çevirə bilsəydik,
    Sevgi azalmazdı, əsla.

    Bu şeir yaşadığımız həyatın şırpınan bir parçasıdır. Şair şeirdə iqtisadi vəziyyətin yaxşılaşması üçün çıxış yolu axtarır, pul islahatı aparmaq arzusundadır. Həm də pulun adındakı rüşvətxorluq damğasını silmək üçün, pulları çiçəklərə çevirmək istəyir. Pulun üzərindəki kədəri çiçəklə yumaq fikrindədir. Şair elə bilir ki, pulları çiçəklərə çevirə bilsək, onda çiçəklərdəki gözəllik, saflıq, təmizlik insanların kədərli simalarına bir xöşbəxtlik gətirəcək. Çiçək olan yerdə aclıq, müharibə, ayrılıq və hicran olmur. Şairin əsas qayəsi budur. Burda başqa bir anlam da var. Kim bilir, bəlkə, elə pulun özü də bir çiçək donundandır. Onu biz insanlar iqtisadi maraq baxımından indiki formaya salmışıq. Bəs onda bizim iqtisadi maraqlarımız çiçəklərin ləçəklərini vaxtsız tökməyəcəkmi? Bir şey var ki, çiçəkləri təbiət “istehsal” edir. Onun təmizliyi əbədidir. Pulları isə biz qazanırıq, yaradırıq, bir növ pul bizim istehsalımızdır. İnsan pula hədsiz bağlananda anamız təbiətdən uzaq düşür. Şair insanların güclü maraq dairəsində olan pulu çiçəklərə çevirməklə təbiəti onların yadına salır. Şair pul islahatı aparmaqla insanları təbiətə qaytarır, düzlüyə, safllığa və sevgiyə səsləyir.
    Allahşükürün hadisə və predmetlərə öz baxış bucağı var. Öz istedad və təcrübəsi imkanı daxilində böyük həqiqətləri sadə və aydın dillə deyə bilir.

    Qar,
    Necə də təmizsən
    Bir bakirə
    Qız kimi.
    Qaranlıqda ağ işıqsan
    Göz oxşayan
    Ay kimı,
    Ulduz kimi..
    Gərək yağmayaydın
    bu yer üzünə.
    Nə əyrisinə
    nə düzünə
    nə soyuğuna
    nə istisinə
    Bıçağın nə kütünə,
    nə itisinə.
    Gərək yağmayaydın
    yazığ deyildinmi?
    yazığın gələydi
    barı özünə.
    İndi üstündə bir maralın qanı
    sürünür
    Qırmızı
    Şərf kimi…

    Şair bu şeirdə dünyamıza yağan qarın təmizliyindən söz açır. Bəlkə də, qar, yağış ona görə yağır ki, Allah –Təala dünyamızı təmizləyir, onu saflaşdırır. Qar safdır, təmizdir. Amma gör o, hara yağır? Adi bir təbiət hadisəsinə şair içtimai mənalar verir. Qar əyriyə də yağır, düzə də. Biçağın iti ağzına da yağır. Biçağın iti ağzı içtimai – sosial həyatdır. Qar bıçağın iti ağzına çırpılmaqla həyatı hiss eləyir, ulduzları parçalanır, biz görə bilmədiyimiz hissəcikləri göz yaşına dönür. Amma bıçağın küt ağzı da var, qar ora da yağır. Bıçaqla təbiət üz-üzədir. Qar bıçağın iti ağzına humanizm dərsi keçir. Bu, mümkün deyil. Çünki onin dəstəyi qana susayan insanın əlindədir. Qarşı-qarşıya qoyulmuş biçaq və qar detalı, əslində üzə-üzə dayanmış və həm də gözəl həmqafiyə olan cəmiyyət və təbiət məsələsidir. Fikir ver, qarın üzərində maralın qanı qırmızı şərf kimi sürüşür. Bu da qara və təbiətə, insan və cəmiyyət tərəfindən verilən ən tutarlı cavab. Şeirdə əsas məqsəd budur ki, şair təbiət və cəmiyyəti barışdırmaq istəyər. Şair böyük sülh bəyannaməsini bıçaq və qar üzərində qurur.
    Allahşükürün bütün yaradıcılığında əsas bir ideya var: Təbiət və cəmiyyət məsələsi. Təbiətin cəmiyyət üzərində qələbəsini təmin etmk şairin başlıca arzusudur. Bu arzu cəmiyyətin eroziyaya uğramış hissəsinə təbiətin kömək əlini uzatmasıdır. Fikrimizi dəqiqləşdirmək üçün aşağıdakı şeirə diqqət yetirək.

    Ərəblər gəliblər Muğana,
    Ov ovlayır, quş quşlayır..
    Açılan güllələrdən,
    Gülün köçü başlayır.
    Hara getsin bizim quşlar,
    Canında güllə gəzdirir.
    Üşüyən ayaqları,
    İndi də güllə qızdırır.
    Hara getsin bizim quşlar,
    Belə güllə görməyiblər..
    Yuvaların qapısını,
    Tikməyiblər, hörməyiblər..
    Ərəblər gəliblər Muğana,
    Güllə dəyir quşlara.
    Quşlar dəyir buludlara,
    Buludlar dəyir uşaqlara…

    Bu, şeir adi bir xəbərdən götürülmüş mövzudur. Qəzet və internet saytlarında yazıldı ki, ərəblər Muğana gəlib ov edirlər. Bu xəbərdən şair təsirlənib çox gözəl bir şeir yazıb. Adi xəbər şairin qələmində maraqlı bir mətnə, dəyərli bir ədəbi-bədii nümunəyə çevrilib. Yenə də eyni məsələ, təbiət və cəmiyyət məsələsi ön plandadır. Yenə təbiətə güllə atırlar. Yenə soyuq qış günündə quşların ayaqlarını güllə, barıt tüstüsü qızdırır. Bütün quşlar canında güllə gəzdirir. Təbiətə atılan güllələr heç kəsin eyninə deyil. Adamlar bunu adi ov kimi başa düşür. Amma adamlar bilmirlər ki, güllələr quşlara dəyir, quşlar da buludlara, buludlar da yerdə uşaqlara dəyir. Yəni güllə dəymiş bulud yağış kimi yağanda uşaqlar islanır və güllə onların canını yandırır. Dolayısı yolla uşaqlar güllələnir. Fikir verin, uzaqdan-uzağa ərəblərin gülləsi gəlib bizim uşaqlara dəyir.
    Bu, çox maraqlı, orjinal, həm də ciddi ədəbi-bədii, içtimai-siyasi, sosial bir şeirdir. Cəmiyyət və təbiətin atışmasıdır. Şair bu mesaji Azərbaycan cəmiyyətinə ünvanlayır.
    Allahşükür Ağanın şeirlərində ədəbi lövhələr üstünlük təşkil edir. Bu, sadəcə təbiət lövhələri deyil, bu, cəmiyyətlə və təbiətin birlikdə çəkdirdiyi şəklə bənzəyir.

    Şairin başqa bir şeirinə baxaq.
    Qızarmış üfüq günəşi top kimi atardı
    göy üzünə.
    Günəş uçardı rəqib qapısına
    gün batana…

    Hamımız şeirdə təsvir olunan bu mənzərəni həyatımız boyu görmüşük, günəş doğur və batır. Kainat sən demə günəş adlı topu Gündoğandan Günbatana vururmuş. Top da Günbatan adlı qapıdan keçir. Əgər keçməsə, nə olar? Bu təbiətin nizamıdır. Keçməsə, dünya dağıla bilər. Günbatan Gündoğana həmişə məğlub olur. Çünki dünya əbədidir.
    Aşağıdakı şeir hər gün rast gəldiyimiz adi bir mənzərədən götürülüb. Bir saniyə müddətində çəkdirdiyimiz adi bir şəkildə şair milyon ilin əbədiliyini axtarır. Çox qəribədir. İnsan ölür, nə fərqi var, indi öldü, yoxsa milyon il əvvəl, heç nə dəyişmir. Indi şəkilən şəkil, nə fərqi var milyon il əvvə çəkilib yoxsa indi? Qəribə təzaddır, elə deyilmi? Amma bu təzaddan şair çox maraqlı bir şeir yaradıb.

    Lap elə indi
    Bir şəkil çəkdirdinmi,
    Arxasına beləcə də yazmaq olur,
    Milyon il əvvəl
    Yaşamışlar.

    Qocalar haqında çox şeirlər yazılıb. Məsələn, Nizami Gəncəvi deyir; qocaların beli ona görə əyilir ki, onlar itən gənclik illərini axtarırlar. M.Fizuli daha orjinal bir variant tapır; qocaların beli ona görə əyilib ki, onlar dünya qapısından çıxmağa hazırlaşırlar. Bəs Allahşükür Ağa necə deyib? Bu da onun min ilin qocalıq şeirinə əlavəsi.

    Sual işarəsinə oxşayır qoca,
    Sualın içində yaşayır qoca,
    Yol gedir, yol gedir xatirələrə.

    Allahşükür Ağa gözəl gəraylılar müəllifidir. Onun gəraylıları dağa, daşa yazılmyıb. Yenə içtimai məzmun önə çıxıb. Insanı oynadan nədir? İçindəki hava. Bu, təkçə oyun havası deyil. Insanın içtimai-sosial ovqatı onu oynadan havadır. Şair belə deyir. Şeiri oxuyaq.

    Hərənin içində hava,
    Hərə bir sözə oynayır..
    Yoxuşlar üzü dağlara,
    Enişlər düzə oynayır..
    Misralardan evcik qurub,
    Gah yorulub, gah oturub,
    Yuxudan təzəcə durub,
    Bu adam təzə oynayır…
    Şükür olsun bu xoş günə,
    Vaqif ol dünya felinə,
    Var–dövlət verir əlinə,
    Qarşında gürzə oynayır.

    Doğurdan da, yoxuşlar dağa, enişlər düzə oynayır. Burda yaşamağın, hərəkətin adı oynamaqdır. Bu oyunda köhnə olan da var, yeni olan da. Şairin haqlı bir nidası var bu bazarda. “Vaqif ol, dünya felinə” yəni heç nəyə aldanma. Bax gör, bu dünya kimin əlinə var – dövlər veribsə, qarşısında da gürzə oynadır. Gürzə taledir, sondur, ölümdür, qəbir evidir. Harda var – dövlət varsa, orda gürzə var. Ona görə də şair insanları dünya felinə vaqif olmağa çağırır.
    Şair dostum bütün şeirlərində təbiət və cəmiyyəti barşdırmağa çağırır. Məncə, gözəl çağırışdır. Bu çağrışa eşq olsun!

    Qəşəm Nəcəfzadə,
    “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri

  • ORDUMUZ-QÜRUR MƏNBƏYİMİZ!

    s

    Dəyərli həmvətənlər,

    Son günlər cəbhə bölgəsində baş verən hadisələr, ermənilərin növbəti təxribat xarakterli hücumları, bu hücumlar nəticəsində Vətəni müdafiə edən ordumuzun şəhid verməsi, oğullarımızın yaralanması, dinc əhalinin yaşadığı məntəqələrin erməni quldurları tərəfindən atəşə tutulması, xalqımızın bütün təbəqələrinin üzvləri kim biz kimyaçıları da narahat etməyə bilməz. Bununla belə, bu hadisələrin qürurverici bir cəhəti də var ki, düşmənə göstərilən müqavimət, verilən qəti və kəskin cavablar Azərbaycanın güclü və qüdrətli orduya malik olmasını sözdə deyil, əməldə ortaya qoydu. Bir müsbət məqam da ondan ibarətdir ki, düşmənin bu təxribatı, bu namərdliyi Azərbaycan Ordusunun yüksək əhval-ruhiyyədə və Qələbə əzmində olduğunu, həmçinin xalqla hakimiyyətin, xalqla ordunun bir yerdə olduğunu, eyni amal uğrunda əl-ələ verərək sıx birləşdiyini bir daha təsdiq etdi. Bunu aprel ayının əvvəlindən bəri Azərbaycanın hər bir bölgəsində, hər bir şəhərində, hər bir kəndində minlərlə insanın iştitakı ilə keçirilən, Orduya və Ali Baş Komandana müraciət və çağırışlarla dolu dəstək aksiyaları da sübut edir.
    Ordumuzun qüdrəti, fiziki, taktiki və texniki cəhətdən, həmçinin müasir silahlar baxımından üstünlüyü imkan verir ki, heç bir səfərbərlik elan olunmadan düşmən üzərində tam və qəti qələbə çala bilək. Bununla belə, yaşından və tutduğu mövqedən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı kimi, biz kimyaçılar da Ali Baş Komandanımızın bir əmri ilə səfərbər olmağa, torpaqlarımızın işğaldan azad olunması üçün əsgərlərimizlə birlikdə müqəddəs savaşa qoşulmağa hazırıq. Bu, 20 ildən də artıq bir müddətdən sonra xalqımız üçün yaranmış bir şansdır və Ali Baş Komandanın qətiyyəti, Ordumuzun qüdrəti və xalqımızın ruhunun oyaqlığı ilə biz bu şansı dəyərləndirməli, qısa müddət ərzində işğal altında olan torpaqlarımızı mənfur düşməndən təmizləyərək, üçrəngli bayrağımızı bütöv, bölünməz və vahid bir dövlət kimi dədə-baba torpaqlarımızınn hər bir qarışında dalğalandırmalıyıq. Və bunun belə olacağına da əminik.
    Vətən uğrunda, torpaq uğrunda, bayraq uğrunda müqəddəs savaşda şəhid olmuş ərən və qəhrəman oğullarımıza Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa tapmalarını diləyir, xalqımıza ruhunu beləcə oyaq saxlamağı arzu edirik.

    İllərdən bəri səbirsizliklə gözlədiyimiz
    qələbə və zəfər diləyilə,

    “Azərikimya” İB-nin kollektivi

  • Təranə ŞƏMS.”ALLAHA ƏMANƏT QALIN!!!”

    ts

    Ana!… Vətən! Gedirəm, əlvida demədən,gedirəm, qəlbimlə, ürəyimlə, bir oğul kimi, bir igid kimi düşmən üstünə bəlkə qayıtmadım, canımı qurban edirəm, Vətən eşqinə, gedirəm sinəsi dağlı Vətən üçün, azadlıq üçün, kəfən üçün. Gedirəm Ana! Eşit sözlərimi! Ağlamyarsan! Başına qara bağlamayarsan, məni uşaq tək danlamayarsan, deməyərsən Haqqın var üzərində, Gedirəm ANA, gedirəm Vətən haqqını halal eylə, haqqımın səsini payla, yatmışları hayla, çağır bağır, hayla sən hayla! De ki, ANAN dardadır, de ki, Vətən dardadır! Gedirəm Ana salamat qal! gedirəm sevgilim salamat qal! Axan qanım torpaq üçün, sənin üçün ey ANA VƏTƏN! Səsin gəlir qulağıma,fəryad edirsən,nalən göylərdə çatın dadıma, fəryadıma, qol-qanad olun varlığıma! Sən ağlayırsan! Ağlama Vətən, ağlama Vətən! Sənin biz adlı övladların var, sil gözünün yaşını, uca tut başını, düşmənin bəlli, vuran qolumuz var ikiəlli, igidlərin var ürəkli. Gedirəm, ANA! nigaran qalma, nisgilli qəlbinlə xəyala dalma, qalma ŞƏHİD Analarından geri qalma, geri qalma, çanım fəda olsun bu Vətən üçün, sənin üçün ANAM! haqqını halal et, verdiyin südü halal et, çəkdiyin zəhməti Halal et! Sənin üçün yaşaya bilmədim, axan göz yaşını silə bilmədim, səninlə danışıb, gülə bilmədim, ANAM! Vətən adlı Ana sənin də anandır, gedirəm, Vətən bayrağını uca tutmağa, gedirəm andıma əməl etməyə, gedirəm düşmən üstünə, qan tökməyə, səni xilas etməyə! Ey Vətən oğulları qalxın ayağa, yeriyin düşmən üstünə, xəncəri saplayın köksünə, gələ bilməsin özünə, qulaq asmayın, nadürüstlərin sözünə, qulaq asın qəlbinizin aynadakı baxan gözünün sözünə! Hansı ki, bu gözlər dik baxmaq istəyir Vətənin gözünə! Vətən oğullaı verin əlinizi əlimə, Qan düşüb könlümə, qanıma susayanın qanını almaq, düşmən leşini saymaq, ən azı başıma PAPAQ qoymaq, içərək düşmənin qanınıdan doymaq, AC düşmənin gözünü oymaq, yurdumdan çıxarıb yurdsuz qoymaq. Baxın ey xalqım, millətim, budur mənim amalım, məqsədim, Vətən adlı həsrətim! Gedirəm salamat qalın! ALLAHA əmanət qalın!

    02.08.2014.

  • Təranə ŞƏMS.”YA ŞƏHİD OL… YA QAZİ…!!!! AZƏRBAYCAN ƏSGƏRİ…!”

    ts

    Sosial şəbəkələrdə xüsusən də fb üzərində yayılan xəbər portallarını mütamadi olaraq izləyirəm… Lakin bir məsələ məni vətəndaş olaraq düşündürür. Nədir məni təşvişə salan? Fikrimi sizlərlə bölüşmək istərdim. Cəbhə xəttdindən ötürülən məlumatlar əsaslı olmadan bir-birini TƏKZİB edir.Yalnış xəbərlər insanları çaşdırır.Maraqlıdır niyə bu barədə ölçü götürülmür? Sualın cavabını açıq qoyuram.Bütün bunlar bir yana qalsın, sosial şəbəkələri özünə daimi məkan hesab edən bəzi insanlar var ki, fikir-xəyalları aranı qatmaqdır. Məgər onlar düşünmür, Vətənin ağır günündə yumruq kimi birləşməliyik? Təəssüf ki, ucuz fikir fədailərinin birləşmək haqqında anlayışları yoxdur desəm yanılmış olaram. Sanki, bəzi insanların yarasının qartmağı qopmuş kimi bütün dərd-sərlərini ortaya qoyurlar… Məncə belələri yaxşı bilməlidir, hamının iki gözü, iki qulağı var… Mövçud vəziyyəti hər vətəndaş görə bilir. Düzdü, bilirik əhalinin sosial durumu ürək açan deyil.ANCAQ yaranmış mövcud vəziyyət əsas vermir, Vətənin ağır günündə kim ağlına yox, ağzına gələn,yalnış məlumatları insanlarla virtual olaraq bölüşün. Hörmətli vətəndaşlar bir az anlayışlı olun! Niyə fikir birliyi, söz birliyi yarada bilmirik? Niyə əl-ələ verərək birləşmirik? Bu gün Vətənin bizim dəstəyimizə böyük ehtiyacı var. Ağzımızdan cıxan hər kəlməyə, yazdığımız hər cümləyə diqqət etmək gərəkdir.Çünki düşmən də aramızda sosial şəbəkədən yararlnır. Ayıq-sayıq olmalıyıq. Yaddan çıxarmayaq,bizim bir düşmənimiz var.”erməni” Bizlər bir-birimizə yad ola bilmərik. Belə anlarda hamının amalı bir olmalıdır.Yalnız QƏLƏBƏ haqqında düşünməliyk.Ancaq və ancaq ALİ BAŞ KOMANDANIN ətrafında sıx birləşməliyik.kəçici bir ZİNDANA vurmalıyıq!!! Unutmayaq! Vətən üçün hansısa bağışlanmaz səhfimiz sanki,bizlərə süd verən Anaya bağışlanmaz hömətsizlikdir.Yaddan çıxarmayaq Vətən bizim əbədi və əzəli Anamızdır. Onun bərqərar və azad olmağı bizlərin azad və müstəqil olması deməkdir. Gəlin elə edək ki, Vətən qarşısında utanaraq başımızı yerə dikməyək! Hamımız bir məqsəd uğrunda birləşərək, düşmənə qalib gələk. Biz TÜRKÜK, unutmayaq! Damarımızda TÜRK qanı axır. Soyumuz, kökümüz var. Adımıza, andımıza layiq olmağı bacaraq! Birləşək YUMRUQ kimi! Yadımızdan çıxarmayaq,tarixən bu günə kimi düşmənlər tərəfindən parcalanan əzəl -əbədi torpaqlar bizimdir.Gəlin AZƏRBAYCANIN bütövlüyü uğrunda ŞƏHİD balalarımızın ruhunu şad edərək düşmənə qalib gələk. ZƏFƏR bayrağını ucalara qaldıraraq daha irəliyə gedək! Bu yolda sizlərə yüksək səviyyədə şücaət, əzmkarlıq möhkəm iradə arzulayıram. Əminəm ki, Azərbaycanımızın qalibiyyət bayrağı itirilmiş torpaqlarımızda dalğalanacaq. QƏZAN”-mız mübarək VƏTƏN oğulları” YA ŞƏHİD OL… YA QAZİ…!!!! TƏRANƏ ŞƏMS.04.08.2014.

  • Təranə ŞƏMS.”SEVƏRİM.. SƏNİ SEVƏRİM…AZƏRBAYCAN…”

    ts

    Ey ulu Vətən sil anaların göz yaşını…! Bu tökülən qanlar sənin üçün… sənin bütövlüyün üçün… bu oğulların mərdliyi sənin üçün… Başını dik tut ey ulu VƏTƏN!!!
    Ağlama ey ana Vətən… səni sevən… sənə qol açan övladların var… sənin namusun üçün… qeyrətin üçün… İtmiş ləçəyin üçün…Sənin ağ ləçəyn, sənin olacaq… düşmən önündə diz çökəcək… öləcək…gözün önündə… Vətən oğulları BUNU edəcək… yeriyərək düşmən üstünə..siləcək sənin axan göz yaşlarını.. əyilən başını qaldlracaq dik baxacaqsan övladlarının gözünə…! O gün yaxındır…! Gözlə.. gözün yolda qalmasın ey..AĞ ATLI cəngəvarını gözləyn ANAM! o GƏLƏCƏK.. səni sevəcək… səni oxşayacaq… Şəhidini köksünə sıxan əllərindən öpəcək.Sənə canın deyəcək.. sənə qanım deyəcək, sənə Vətən Azərbaycan deyəcək…Ey VƏTƏN ŞƏHİD anasını oxşa onu köksünə sıx… sil onun gözündən axan yaşları… Axı sən Anaların Anasısın ey ulu VƏTƏN!!!! Dərdin də bizimdir… biz sənik.. sənsə bizsən… sən qolumuzun gücüsən… sən gözümüzün nurusan… sən… cismimizin RUHUSAN… səni sevməmək mümkünmü… uğruna ölməmək mümkünmü…sən bizim AND yerimiz.. sən bizim guman yerimiz… uman yerimiz… gücü səndən alırıq… inamı səndən öyrənirik… vüqarı səndən öyrənirik… Dik tut başını ANAM mənim…halına yanan bizik… səni ..səndə anan bizik… səninlə sevinmişik… səninlə öyünmüşük… Zaman-zaman.. uğrunda döyüşmüşük… dərlərimizi birgə bölüşmüşük… ey gözü yaşlı ..ürəyi kövrək VƏTƏN adlı ANAM mənin… Başımın tacısan…ey Tacidarım mənim… ey qibləgahım mənim… sevdim canım qədər… sevdim… qanım qədər… Bu gün Şəhid sayıb… göz yaşı tökən AZƏRBAYCANIM qədər… sevdim səni… sevdim səni… ey ANAM mənim… gərəksə ölərim… gərəksə… canımı fəda edərim…səsinə səs qatıb.. səda edərim… sevərim .. səni sevərim…AZƏRBAYCAN… AZƏRBAYCAN.

  • Şəfa VƏLİYEVA.”Baxışlar da fərqli olur… “

    1915291_748109358667106_2463672035380493579_n

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Baxışlar da fərqli olur… Sevincli, küsmüş, utancaq, ürkək… hətta, baxmaq istəməyən baxışlar da var. Mən onun baxışlarında həmişə utancaqlıq və baxmaq istəməmək görürəm. Elə bil bu dünyanın yaxşısına-pisinə baxmağa, görməyə, dərk etməyə kimsə onu məcbur edir. Heç vaxt bunu onun özünə demədim onu tanıdığım zaman ərzində. Qorxdum… Son vaxtlar çox qorxaq olmuşam. Əvvəllər ayrılıqdan, hüzndən, yıxılmaqdan qorxurdum, bu qorxunun olmayacağı günlərə ümid edirdim. Indi ümidin özündən də qorxuram… Ümiddən…
    Onun baxışlarında utanmağı, baxmaq istəməməyi görürəm, amma, qorxunu heç vaxt görməmişəm. O, qorxmur. Ağlına, ürəyinə nə gəlirsə misralara düzə bilir, yaza bilir Gülnarə Sadiq.
    Göz yaşı təslimdi ümidsizliyə…- deyir…
    Baxışlar yol alır sonsuz sevincə…-deyir…
    Ümidsizliyini sevincinə “yenildə” bilir Gülnarə Sadiq. Qaçır sevincə doğru…Qaçır… Yüyürür… Nə qədər ətri üstündə solan arzu varsa hamısını ən gözəl saxlancı edir, büküb-bürmələyib ürək boxçasına yığır, ovuclarını üzü sabaha açır, qaçır… Qaçır…
    Sevən bir cüt gözə yazılan yazı,
    Buludlara sevgi sarmaq nə gözəl…
    Həyatın gözəlliyini gözlərindəki utanan “yazılarda” yaşayır o… Belə alqışlayır insanın dünyaya mehrini, ülfətini… Demirəm ki, ağlamır bu qız… Ağlayır… Dünyanı gözlərinə yığır, ümidlərindən asır, üsyankar misralarına bələyir, ağlayır… Ağladıqca özünü inandırmağı bacarır ki, həyat yaşamağa dəyər qədər gözəldir… Bu gözəl günlərin heç birini kədərə təslim etmək istəmir… Öz-özünə pıçıldayır:
    Ağlama, ağlasan kədər üz görər,
    Girib ürəyinə qovurar səni…
    Gülnarə Sadiq özünü kədərdən belə “qoruyur”… Belə savaşır dərdlərlə…
    Hərdən qaçıb sığındığı gözəl həyat anlamının qarşısında şair ürəyi boynunu aşağı əyir, məzlumlaşır… Fağır-fağır savaşmağa daha gücü qalmadığını etiraf edir… Böyümək istəyir bu savaşda zəfər çalsın deyə…
    Ümid etmək istəyirəm
    Ümid.
    Bir gün böyüyəcəm deyə…
    Bütün bu təzadlı hisslərin əlində uşaqlaşsa da qorxmur… Bəlkə də, qorxmağı bacarmır?! Nə bilim… Bəlkə də, yaxşı ki, bacarmır… Qoy elə hər şeyi qismətə bağlayaraq yaşaya bilsin bu şair… Onsuz da şairlər üçün qismət də adiləşir get-gedə… Onlar “alın yazısı”nı olduğu kimi qəbul etmirlər… Edə bilmirlər… Amma, Gülnarənin qismətə bağladıqları adamda bir az təsəlli yarada bilir:
    Ümid öldü-həsrətdəndi…
    Ömrü bitdi- qismətdəndi…
    Hərdən onun baxışlarına saatlarla baxmaq keçir ürəyimdən… Hərdən də heç baxa bilmirəm… Gücüm çatmır onun utancaq baxışlarının gözlərimə tuşlanmağına… Gizlədirəm gözlərimi çox zaman… Qorxuram ki, ürəyimdəki o həyatla savaşmaq qorxusunu anlayar, məni bu zəifliyimə görə qınayar, bir böyük kimi danlayar… Sonra mən onun şeir -ümidinin qarşısında günahkar olaram…
    Nə vaxtsa, bir gün şeirin birində,
    Hansısa misrada qovuşacağıq…
    Sərin kəlmələri düzüb yan-yana,
    Elə şeirdəcə yaşayacağıq…
    Budur, Gülnarə Sadiqin şeir-ümidi…
    Baxışlar da fərqlidi demişdim axı, fərqlidi… Və mən bunu oxuyandan sonra Gülnarə Sadiqin baxışlarını yenə görmək istərdim. Bir onu bilmirəm ki, nəhayət, o baxışlarla üz-üzə dayanmağa gücüm çatacaqmı?!

    Şəfa Vəli (Gəncə)

  • “Zaqataladan gənc təşəbbüskarlar” layihəsinə yekun vurulub

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin, Mədəniyyətşunaslıq üzrə Elmi- Metodiki Mərkəzin və Zaqatala rayon İcra Hakimiyətinin tərəfdaşlığı ilə həyata keçirilən “Zaqataladan gənc təşəbbüskarlar” layihəsinin bağlanış mərasimi keçirilib. Üç ay müddətində 35 nəfər gəncin iştirakı ilə keçirilən layihənin məqsədi rayon gənclərinin fəallığının artırılmasından ibarət idi. İlkin mərhələdə gənclərə layihə ideyalarının formalaşdırılması, layihələrin təklif halına salınması, büdcə və idarəçiliklə bağlı təlimlər keçirilib, “İlkin layihə hazırlamaq bacarıqları” adlı 100 kitab çap olunub. Layihənin ikinci mərhələsi üçün iştirakçılar layihə təkliflərini hazırlayaraq təşkilat komitəsinə göndəriblər. Qəbul edilən layihə təkliflərindən ən yaxşıları seçilərək 3 nominasiya üzrə mükafatlandırılıblar. “Ən aktual problem” nominasiyası üzrə 1-ci yerə Vüsal İbrahimov, 2-ci yerə İndira Abdullayeva, 3-cü yerə Yusif Abdullayev, “ən düzgün tərtib olunmuş layihə” nominasiyası üzrə 1-ci yerə Xalid Qaracayev, 2-ci yerə Tural Nusalov, 3-cü yer Leyla Mustafayeva, “ən yaxşı ideya” nominasiyası üzrə 1-ci yerə Pərvanə Məmmədzadə, 2-ci yerə Müqəddəs Yekəyev və Hacıyeva Nailə, 3-cü yerə isə Səmra Əhmədova layiq görülərək fəxri diplom və həvəsləndirici hədiyyələrlə təltif olunublar. Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimova, habelə Zaqatala rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyevə, Zaqatala Mədəniyyət və Turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyevaya və Zaqatala rayon “Gənc Mədəniyyət işçilərinin koordinasiya və kreativ qrupu”nun koordinatoru Fizzə Mahmudovaya təşəkkürnamələr, digər bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.

    Polad ASLAN,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Şimal bölgəsi üzrə xüsusi müxbiri,
    Zaqatala

  • 21-ci əsrin utandırıcı mənzərəsi: uşaq əsgərlər

    shy

    Müharibələrin ən ağır bədəlini uşaqlar ödəyir. Bu gün dünyanın dörd bir yanında bombalar altında yaşayan, günə silah səsləri ilə başlayan, parklarda, bağçalarda oynamalı olduğu halda, kiçik yaşlarında müharibə ilə tanış olub, müharibənin dağıdıcı təsirlərinə məruz qalan milyonlarla uşaq var. Şiddət və silahlı qarşıdurmalar nəticəsində həyatını itirir, yaralanır, anasız-atasız qalır, tək başına qaçqın vəziyyətinə düşürlər. Düşərgələrdə istismara məruz qalır, yemək, su, elektrik, yanacaq və tibbi ləvazimat kimi əsas ehtiyaclardan məhrum olduqları üçün aclıq, yoxsulluq, xəstəlik içərisində yaşamaq uğrunda mübarizə aparırlar. Yüz minlərlə uşaq isə zorla əsgər edilir.

    Günümüzün geniş yayılmış partizan tipli müharibələrinin ən mühüm xüsusiyyətlərindən biri uşaqların əsgər və hətta canlı qalxan kimi istifadə edilmələridir. Bütün dünyada 300 minə çatan uşaq əsgərlərin [1] məcburi şəkildə müharibəyə cəlb edildiyi 30 ölkə var [2] Bunlardan bəziləri Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Çad, Kolumbiya, Suriya, İraq, Yəmən, Somali, Cənubi Sudan, Sudan, Konqo, Mali, Myanma və Filipinlərdir. [3]

    Müharibələrin artması, uşaqların silahlı münaqişələrdə istifadə olunmasını da artırır. Yaşları az olduğundan asanlıqla inandırılan uşaqlar bəzi silahlı qruplaşmalarla yanaşı, hökumətlər tərəfindən də istifadə edilir. Xüsusilə də müharibələrdə yetim qalan, gözlərinin önündə ailələri, dostları öldürülən, aclıqla mübarizə aparan uşaqlar.

    Təqaüddə olan kanadalı general Romeo Dallaire, “They fight like soldiers, they die like children” (Əsgər kimi vuruşur, uşaq kimi ölürlər) adlı kitabının ilk sətirlərində uşaq əsgərlərin vəziyyətini belə dilə gətirir: “Siz bu kitabı oxuyarkən Latın Amerikası, Asiya, Afrika və Yaxın Şərqdə zorakılığın həyatın ayrılmaz bir parçası olduğunu düşünən çox sayda uşaq var. Yaşları səkkiz, doqquz, on ilə on yeddi arasında dəyişən bu uşaqlar ömürlərinin ən gözəl vaxtlarını müharibədə keçirirlər”.

    Böyüyəndə pilot olmaq istəyən 12 yaşlı cənubi sudanlı keçmiş uşaq əsgər Simonun orduda keçirdiyi illərdən danışarkən gözlərindəkı kədəri sözlərindən də hiss etmək mümkündür: “Evdə olmaq orduda olmaqdan daha gözəldir, çünki orada bir xəta etdikdə sizi həbsə atırlar və həftələrlə döyürlər. Mən orduda yemək hazırlayır, paltar yuyurdum. Sərbəst buraxılanda UNICEF məni sosial təminat müəssisəsinə təhvil verdi. Artıq yaxşı insanam. Burada heç kim məni narahat etmir və döymür. Üstəlik, yemək də verirlər. Məncə uşaqlar əsgər edilməməlidir”. [4]

    Konqolu Ndungutsa hələ 13 yaşında üzləşdiyi dəhşəti belə dilə gətirir:”Kəndimizə gələndə 17 yaşlı qardaşımdan milislərə qoşulmağa hazır olub-olmadığını soruşdular. “Xeyr” – deyə cavab verdikdə qardaşımı başından vurdular. Sonra mənə baxıb “hazırsanmı” – deyə soruşdular. Nə edə bilərdim ki? Ölmək istəmirdim “. [5]

    Tarixdə uşaq əsgərlərdən ilk dəfə Vyetnam müharibəsində, kamikadze uşaqlardan İsrail-Fələstin münaqişələrində istifadə edilib. Hazırda isə uşaqların bomba olaraq ən çox istifadə edildikləri region Yaxın Şərq, ən çox uşaq əsgərə malik dövlət Myanmadır. Böyük əksəriyyəti orduda aktiv olaraq istifadə edilən myanmalı uşaq əsgərlərin sayı hər keçən gün daha da artır. Belə ki, ordudakı əsgərlərin 20%-dən çoxunu uşaq əsgərlər təşkil edir.

    Mozambik, Liberiya, Syerra-Leone və Uqanda kimi ölkələrdə baş verən silahlı toqquşmalarda da başlıca olaraq uşaq əsgərlər istifadə edilir. Liviyada baş verən vətəndaş müharibəsində uşaqlar Kufra bölgəsində Zvaya və Tabu qüvvələri ilə birlikdə binaların təhlükəsizliyini təmin etmiş və silah daşımışdılar. Əfqanıstanda 17 il davam edən müharibədə də bir çox uşaq əsgər kimi istifadə edilmişdi. Əsgərlərin 45%-ni 18 yaşından balaca uşaqlar təşkil edirdi.

    Vətəndaş müharibəsinin altıncı ilinə girən Suriyada uşaqların əsgər kimi istifadə edilməsi isə artıq çox adi haldır. Uşaq hüquqlarının müdafiəçisi Rallf Willinger,”Münaqişə bölgələrindəki bütün tərəflər uşaqları əsgər kimi istifadə edir. Bəziləri bunu bütün dünyanın gözü qarşısında edərkən, bəziləri də uşaqları həkim köməkçisi və ya agent kimi istifadə edir. Beləcə, onlar da təhlükəyə atılmış olur” deyə bildirir. [6]

    2003-cü ildən etibarən müharibənin davam etdiyi İraqda da vəziyyət fərqli deyil. Uşaq hüquqları müdafiəçisi Rallf Willinger, “Müharibə uzandıqca uşaqların toqquşmalardan uzaq qalması çətinləşir” deyə qeyd edir. [7]

    17 yaşlı cənubi sudanlı bir gənc Human Rights Watch təşkilatına verdiyi bəyanatda qaçırılıb əsgər kimi istifadə edildiyi günə qədər silahdan istifadə etməyi bilmədiyini, bir günlük təlimdən sonra digər uşaqlarla bərabər cəbhəyə aparıldığını, daha ilk gün aralarından yeddi nəfərin öldürüldüyünü qeyd edir. Cənubi Sudanda uşaq əsgərlərin sayı 16 minə yaxındır. Yəməndə isə vuruşanların üçdə birinin uşaq olduğu məlumdur. [8]

    Uşaqların qaçırılıb müharibəyə cəlb edildiyi bir başqa ölkə də Orta Afrika Respublikasıdır. Pul, mobil telefon kimi hədiyyələrlə aldadılan uşaqlar hərbi bazaların yerini öyrəndikləri üçün bir daha heç vaxt evlərinə qayıtmalarına icazə verilmir, ayrılanlar edam edilir. [9]

    Şübhə yoxdur ki, bu qorxunc mənzərə dünyanı bürüyən fitnə və fəsadın açıq-aydın göstəricisidir. Dünyanın ən dəyərli varlıqlarından biri olan uşaqların belə bir zülmə tərk edilmələri heç vaxt qəbul edilməyəcək bir vəziyyətdir. Uşaqların sevinc və əmin-amanlıq içində, sevgi, şəfqət, mərhəmət, sülh və qardaşlıq içində xoşbəxt olacaqları bir dünya xəyal edən bütün insanlar bu biabırçılığın bir an əvvəl aradan qalxması üçün səy göstərməlidir. Daha çox itkin nəslin ortaya çıxmaması üçün vicdan sahibi bütün insanlar bir araya gəlməli, ictimai rəy yaradılmalı, dünya sülhü üçün mübarizə aparan bütün təşkilatlar, qeyri-hökumət təşkilatları daha da fəal olmalıdır. BMT-nin bu məsələyə daha çox meyil etməsi və bütün dövlətlərin birgə səyi ilə kampaniyalar həyata keçirilməlidir. Bundan əlavə həll yolunu təkcə Qərb ölkələrindən gözləməməli, müsəlman ölkələrin liderləri də bir araya gəlib bu ciddi problemi həll etmək üçün onlarla birlikdə konkret addımlar atmalıdır. Bununla da kifayətlənməyib bu problemi yaşayan ölkələrdə ailələr və uşaqlar məlumatlandırılmalı, təlim seminarları təşkil olunmalıdır. Müharibələrdə ölən, öldürülən və başqalarını öldürməyə məcbur edilən, yaralanan, şikəst qalan və ölüm təhdidi altında başqalarını yaralayıb şikəst etmək məcburiyyətində qalan bütün uşaqları xilas etmək və onlar üçün parlaq gələcək qurmaq naminə hər kəs əlindən gələnin ən çoxunu etməlidir. Hər şeydən əvvəl ölkələr arası qarşıdurmaların səbəblərini aradan qaldırmaq üçün ortaq sevgi dili yaradılmalı və hərbi üsullar əvəzinə problemlərin sevgi əsaslı diplomatiya ilə həll edilməsi təmin olunmalıdır.

    [1] http://www.ipsnews.net/2015/07/children-increasingly-becoming-the-spoils-of-war/

    [2] http://www.redcross.int/EN/mag/magazine2003_3/4-9.html

    [3] http://untribune.com/fourteen-countries-children-recruited-soldiers/

    [4] https://www.youtube.com/watch?v=Sa5jf_J3NZ0

    [5] http://news.bbc.co.uk/2/hi/africa/5213996.stm

    [6] http://www.dw.com/de/kindersoldaten-kämpfen-in-14-ländern/a-19043546

    [7] http://www.dw.com/de/kindersoldaten-kämpfen-in-14-ländern/a-19043546

    [8] http://www.dw.com/de/kindersoldaten-kämpfen-in-14-ländern/a-19043546

    [9] http://www.dw.com/de/kindersoldaten-kämpfen-in-14-ländern/a-19043546

    Adnan Oktarın «The Daily Star» & «Albawaba News»də dərc edilən məqaləsi:

    https://www.dailystar.com.lb/Opinion/Commentary/2016/Mar-07/340870-protect-children-who-are-paying-the-highest-price-for-wars.ashx

    http://www.albawaba.com/news/price-war-world%E2%80%99s-children-814098

  • Niyə “yaxşı insan” olmalıyam?

    niye-yaxsi-insan-olmaliyam-1cD

    İnsanlar, adətən, 2 qrupa ayrılır: “yaxşı insanlar” və “pis insanlar”. Mülayim, yardımsevər, mərhəmətli, dürüst, səmimi insanlar “yaxşı insanlar” qrupuna daxildirlər.

    İnsanlar, adətən, 2 qrupa ayrılır: “yaxşı insanlar” və “pis insanlar”. Mülayim, yardımsevər, mərhəmətli, dürüst, səmimi insanlar “yaxşı insanlar” qrupuna daxildirlər. “Pis insanlar” qrupuna isə qatil və zalım insanlardan tutmuş yalan danışan, qeybət edən insanlara qədər bütün şəxslər daxil edilir. Sevilənlər isə məhz birinci qrupa, yəni “yaxşı insanlar” qrupuna daxil olanlardır.

    Məsələ belə ikən niyə insanların bəziləri, hətta əksəriyyəti ikinci yolu seçir? Niyə sevmək və sevilmək əvəzinə, pislik edərək nifrət və sevgisizlik qazanmağı daha üstün tuturlar?

    Hər insan həyatında bu cür insanlarla mütləq rastlaşıb. İnsanların ikinci yola üstünlük vermələrinin səbəbi hadisələri dünyəvi dəyərlərlə qiymətləndirmələridir. Bunu sadə misalla belə izah edə bilərik. İki nəfər düşünün, biri kasıb, digəri varlı olsun. Birinin heç nəyi, digərinin isə evi, maşını, vəzifəsi olsun. Var-dövləti ilə yanaşı, ikinci şəxsin qəddar və soyuqqanlı olduğunu düşünək. Belə olan halda, var-dövləti olmayan insan yaxşılıq etməkdən vaz keçir və “yaxşı insan olub nə qazanmışam?”, “Nə dəyər verilib ki mənə”, “Bax, filankəs pis adamdır, amma hər şeyi var” düşünərək pessimizmə qapılır. Bu, doğru olmayan seçimdir.

    Allah Mülk surəsinin 2-ci ayəsində “Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur…” deyə buyurur. İnsan heç vaxt unutmamalıdır ki, bu dünyada bizə verilən hər şey müvəqqətidir və imtahan üçün verilib. Bütün nemətlərin əsil sahibi Allahdır. Var-dövləti olan, üstün kimi görünən kimsələri isə Allah müəyyən hikmətlə yarada bilər:

    Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik. (Məryəm surəsi, 74)

    Hər birimiz bu dünyaya imtahan olunmaq üçün gəlmişik və yaxşılıq etməklə məsuluq. Yaxşılıq bu dünyada mövqe və pul əldə etmək üçün edilməməlidir. Yaxşılıq ancaq və ancaq Allah üçün, yəni Allahın sevgisini və razılığını qazanmaq üçün edilməlidir. Uca Allah isə bunun əvəzində səmimi cəhd edən qullarını Cənnəti ilə müjdələyir:

    İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar! (Bəqərə surəsi, 82)

    İnsan keçici dünya malına sahib olmadığına görə yaxşılıq etməkdən çəkinməməlidir. Əksinə, daha da şövqlənməli və israrla yaxşılıq etməyə, gözəl əxlaqı – Quran əxlaqını yaşamağa davam etməlidir. Bu gün dünyanın hər yerində müharibələr, qarışıqlıq baş alıb gedir. Bir-birinə yardım etmək istəməyənlər, zülmdən və ölüm qorxusundan evini, məmləkətini qoyub qaçan məzlum insanların üzünə qapısını örtənlər bir gün etdikləri soyuqqanlı hərəkətlərin hesabını

    Allaha verəcəklərini unutmamalıdırlar. Müsəlman olan və Allaha iman gətirən şəxs isə keç vaxt belə məsuliyyətin altına girməz və dünyada axıdılan hər damla qandan məsul oldugunu bilərək yaxşılıq etməkdən əsla və əsla vaz keçməz.

    Nə üçün yaxşı insan olmalıyam? Çünki məni Allah yaradıb, Allah yaxşılıq etməyimi istəyir, Allah yaxşılıq edənləri sevir. Yaxşılıq etmək həm insanın ruhuna zövq verir, həm ətrafındakı insanlara xoş təsir edir, ən əsası isə, insan səmimi olaraq etdiyi hər yaxşı əməlinin müqabilində axirətdə qarşılıq görəcək inşaAllah.

    Yuxarıda yazılanlardan da belə nəticəyə gəlmək olar ki, heç bir “mənfi” hadisə, heç bir “mənfi” münasibət bizi “yaxşı insan” olmaqdan və gözəl əxlaqda qətiyyətli olmaqdan yayındırmamalıdır. Bu dünyaya gəliş məqsədimiz Allaha qulluq etmək və gözəl əxlaq göstərməkdir, beləliklə, pisliyə pisliklə yox, yaxşılıqla cavab verməliyik. Uca Allah bir ayəsində belə buyurur:

    Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)

    Vəfa Məmmədova

  • Tənha qalmaq istəyirsən?

    img_5902

    Çox adam tənha olmaq istəyir, müəyyən bir vaxt ərzində tənha qalmaq istəyir, bezir insanlardan, hər kəsdən, bəzən elə sakitlik istəyirsən ki, başını götürüb harasa qaçmağı arzulayırsan, tənha, adamlar olmayan yerə… Fikirlərini, hisslərini yerbəyer etmək, həyatını, gələcəyini planlaşdırmaq üçün tənha qalmaq istəyirsən… Tənha qalmaq bəzən yaxşıdır, uzun müddətə deyil, qısa müddətə…

    Tənha qalmaq nə deməkdir?Tənhalıq!

    Tənhalıq tək ağlamaqdır, başını boynuna qoyacaq, sarılacaq və birgə ağlayacağın bir kimsənin olmamasıdır;
    Tənhalıq etibar edib, paylaşacağın. məsləhətləşəcəyim kiməsə ehtiyac duymaqdır;
    Özündən asılı olmaqdır;
    Xəstələnəndə xəstə hal, qızdırmayla yemək bişirmək, çay dəmləmək, aptekə gedib dərman almaqdır;
    Tənhalıq marketə, bazara tək gedib, tək özün üçün bazarlıq etmək, yükünü ağırlığından asılı olmayaraq özünün daşımasıdır;
    Öz-özünə yazmaqdır, sanki gündəliyin olmaqdır özünə;
    Tənhalıq tənha olduğun və evdə səni kimsə gözləmədiyi üçün evə ancaq yatmağa gəlməkdir;
    Tənhalıq evdən uzaqlaşmaq, qaçmaqdır;
    Tənhalıq iştahsızlıq, yemədən yatmaq, təklikdə gəzməkdir;
    Tənhalıq göz yaşları və düşüncələrlə, ağrılarla baş-başa qalıb yuxuya getməkdir;
    Tənhalıq evindəki və ya iç dünyandakı sükunəti özünün pozmağındır;
    Tənhalıq vaxtın tez keməsini və günün tez keçməsini arzulmaqdır;
    Tənhalıq bayramlardan imtina etməkdir, onları qeyd etməməkdir, çünki qeyd etməyə kimsən qalmayıb artıq;
    Həyatındakı yaxşılıqları və yaxşıları, pislikləri və pisləri unutmamaqdır;
    Darıxmaq, həsrət çəkmək, ümid etmək, inanmaq və bunlarla özünü təsəlli edib, aldatmaqdır;
    Bir qadın üçün qadınların da, kişilərin də sənə olan pis niyyəti, paxıllığı, söz-söhbəti, ittihamı, söyüşləri, təhqirləridir, kişilər tərəfindən edilən əxlaqsız təkliflərdir;
    Tənhalıq hər an öləcəyini anlamaq və öləcəyin zaman kimsənin vecinə olmamasını qəbul etməkdir;
    İntim həyata vida deməkdir;
    Hər işi özünün görməsidir;
    Başını işlə qatmaqdır və tənha olduğunu unutmağa çalışmaqdır…

  • Çağrılmamış qonaqlar və qonaqlıq… III hissə (satirik, yumoristik yazı) Qonaqlara tələblərim…

    1620

    Əslində, qonaqpərvər insan olmuşam, ərə gedəndə evimiz həsən soxdu dəyirmanı idi, gecə saatlarınadək evimizdə qonaq olardı, elə ata evimdə də, gələn və gedən, bəziləri isə gələndən sonra təkrar bir də gəlməyən qonaqlarımız olmuşdur…

    Zaman və insanlar, cəmiyyət insanı dəyişər, insanı yox, fikirlərini və qərarlarını…

    Son zamanlar cəmiyyətə və dostlara bir az güzəştə getmək, açılmaq istəyirəm, evə qonaq dəvət etmək və dəvət etdiyim yerə getmək məsələsində…

    Amma evimə qonaq çağıracağım şəxslər üçün şərtlərim var, qəbul edirlərsə, dəvət edəcəyəm, özü də hər kəsi deyil, məsləhət və layiq bildiyim insanları…

    Evə mən dəvət etməsəm, özüm çağırmasam, öncədən təsdiq etməsəm, gəlmək və beynimi xarab etmək, qapımın önünü kəsdirib inad etmək, həyasızlığa salmaq, şüvən qopartmaq yoxdur. Qapımı açmağıma məni peşiman etməyin, həyasızlıq etsəniz, şantaj və s. kimi variantlara əl atsanız, polisə müraciət edəcəyəm;
    Nə verirlərsə, içmək, nə verirlərsə, yemək… Xüsusi sifarişlər verməmək… Nə var, onu da bişirirəm, nə var onu da içməyə hazırlayıram;
    Gec saatlarında qonaq gəlməyi və gecəni qalmağı istəməmək… Sərt və kobud şəkildə, rədd ediləcək bu təklif;
    Evdəki şkafları yoxlamamaq; Təftiş və nəzarətə gəlməmisiniz;
    Mənə fiziki cəhətdən toxunmaq və ya əl atmaq, dərhal qovulacaqsınız;
    Mənə evimdə olan hər hansı bir əşyanı atmağa çalışmaq, icazəsiz nəyəsə toxunmaq, icazə alaraq götürdüyünü yerinə qoymaq, məndən nəyisə hədiyyə istəmək; Mənim icazəm olmadan nəyəsə toxunanda, çox sərt oluram, adi etik qaydadır, götürürsən, qoy yerinə, evimdə olan nəyisə kiməsə ancaq özüm istəsəm hədiyyə edə bilərəm, nəyisə atmaq halı dərhal oğurluq halı kimi qiymətləndiriləcəkdir və bununla bağlı müvafiq tədbir görüləcəkdir;
    İçəri daxil olan kimi vanna otağına keçib əlini yumaq; Adi gigiyenik qaydadır;
    Lazımsız və dəxlisiz mövzulara toxunub, mənasız suallar vermək və yorucu olmaq;
    Qonaq gəldiyinizdən sonra çıxıb getmək, çox qalmamaq, sizi ora qeydiyyata salan yoxdur;
    Xəstə olduğunuz halda, gəlməyin; Xəstələnməyinizlə bağlı faktı gizlətməyin; Sayənizdə xəstələnib, işdən qalmaq niyyətim yoxdur;
    Evdə olarkən ora-buranı qaşımamaq, çirk çıxartmamaq, burnu eşməmək;
    Yemək zamanı danışmamaq;
    Ev şəraitdə və evində şəkillər çəkməmək-icazəm və razılığım, istəyim olmalıdır;
    Söyüş söymək və telefon, planşetdə eşələnmək; Onu yolda və başqa yerdə edə bilərsiniz;
    Balkona çıxmamaq, evdə ucadan, qışqıraraq danışmamaq;
    Qonaq çağrıldığınızı vaxt gəlin, tez gəlməyin, gecikməyin; Dəqiqliyi sevirəm;
    Əliboş gəlməyin))));
    Evə daxil olarkən, ayaqqabınızı çıxardın, ayaqqabı ilə evə daxil olmayın;
    Soyuducuya barmaq etməyin; Orada nə var, nə yox, mən bilərəm;
    kömək etmək adı ilə ev işlərində ev sahibinə kömək etməyin;
    İçib keflənməyin; Meyidinizi evinizə daşıyan deyiləm;
    Siqaret çəkməyin; Siqaretin iyi mənə pis təsir edir, zəhərlənmək istəmirəm;
    Evin bir otaqlı olduğunu nəzərə alıb, yatağ mebelinin üstündə oturmayın, uzanmayın;
    Hər dəfə mənim yaşadığım yer tərəfdən “təsadüfən” keçdiyin zaman və ya yolunuzun “üstündə” olduğu zaman mənə zəng edib, “gəlirəm sizə” deməyin;
    Kişilərə aiddir: İntim təklif etməyin, məni əlləşdirməyə çalışmayın;
    Evli kişilər xanımınızla gəlin;
    Gələndə dostlarınızı və bütün milləti tökməyin, tanımadığım və gözləmədiyim, dəvət etmədiyim hər kəsi qəbul etməyəcəyəm;