Post Views: 50 *** Ağdamın işğalına Ağdama, Bu yol gedir Ağdama. Bizi səndən edənin Gözlərinə ağ dama. *** Ağdama, Bu yol gedir Ağdama. Birləşib, tələ qurdu, “Qara Pika”, “Ağ Dama”. *** Ağdama, Bu yol gedir Ağdama. Səni kim döndərəcək Qara damdan ağ dama? *** Ağdama, Bu yol gedir Ağdama. Gözümdən qara yağa, Ürəyimə ağ dama. …