10686913_1570026509891760_4335656487697416851_n

Ana nəsiyyəti

Belə bir nəsiyyət eylədi ana,
Övlada həyatı tanıtmağ üçün.
Bacardığın qədər, sən kömək eylə,
Çarəsiz adamı yaşatmağ üçün.

Köməksiz qalana, sən bir əl uzat,
Pul, para ilə deyil, şirin dilinlə.
Mən anada baxıb, qoy fəxr eyləyim,
Sənin gözəl gözəl əməllərinlə.

Çalış qaldırginən yıxılanı sən,
Ona baxıb gennən, gülmə ay bala.
Bilki köməksizə sən bu gün gülsən,
Sabah sənin gələr başına bəla.

Hamıya dost deyib, sən ürək açma,
Dostununda ayrı dostu olacağ.
Bu gün sənə dostum deyib əl tutub,
O biri gün səni tora salacağ.

Əgər tanımasan dostu, düşməni,
Bil ki, öz dostuna düşmən olarsan.
Görüb anlamasan yaxşı yamanı,
Sonra buna görə peşman olarsan.

Ana nəsiyyətin, gəl yadda saxla,
Bunlar həmişəlik, sənə gərəkdir.
Zeynəbəm, deyirəm ana öyüdü,
Qanan bala üçün arxa, dirəkdir.

VƏTƏN

Başınıza dönüm el oğulları,
Gəlin biz birləşib eli qoruyaq.
Xırda əməllərdən bir an ayrılıb,
Öz vətənimizə arxa dayanaq.

Bəsdir fırlatdılar torpağımızı,
Biri fitnə qurur, biri qan tökür.
Axı nə vaxda tək, dözməliyik biz,
Düşmən yurdumuzu dağıdır, sökür.

Ölülər də, rahat yata bilməyir,
Söküb yandırırlar qəbirləridə.
Gəlin biz onlara elə dərs verək,
Bundan ibrət alsın o birləridə.

Arabir tülkü tək fitnə eyləyib,
Hey alıb satırlar mal qaramızı.
Qoymurlar sağalıb bir koz eyləsin,
Yenə tərpədirlər dərd yaramızı.

Gəlin biz birləşib əl ələ verək,
Cənnət yerimizi qorumağ üçün.
Yoxsa cürətimiz olmayacağdır,
Gələcək nəsilə tanıtmağ üçün.

Vətənin ümidi sizə bağlıdır,
Sizinlə öyünür hər daş, hər qaya.
Zeynəb deyər, bütöv tanıtmalıyıq,
Bu odlar yurdunu bütün dünyaya.

MƏHƏBBƏT ŞEİRİ

Qəmli baxıb gözlərimə,
Nə üzürsən ürəyimi.
Mən sənə qəlbən inanıb,
Sənə verdim hər şeyimi.

Bu qəlbimi qaraladın,
Məni səndən araladın.
Öz əlinlə yaraladın,
Bu amansız taleyimi.

Sözlərimi heç eylədin,
Həyatımdan köç eylədin.
Bilə bilə puç eylədin,
Bütün arzu diləyim

Mən Zeynəbə yoxdur çara,
Qəlbim olub para para.
Vurub ürəyimə yara,
Şad eyləmə fələyimi.