10523997_1441614749455401_2160153111895710870_n (1)

Aydın Əliyev 1996-cı il sentyabr ayının 8-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2003-2014-cü illərdə Bakı şəhəri 221 saylı orta məktəbdə təhsil alıb.2014-cü ildən Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinidir.

* * *

Elə bilmə asan gəlməsin sənə,
Məni ürəyindən silə bilməzsən,
Bir könül sındırıb , agladıb yenə,
Özün qəhqəhəylə gülə bilməzsən,

Deyirəm sevgidə gəl vəfalı ol,
Ya belə yaşa , yada saral sol,
Budur Sirattək bircə dənə yol,
Getsən bir daha dönə bilməzsən,

Aydınam eşqimin kamanı var, tarı var,
Həm vəfalı, həm vəfasız yarı var,
Yaza bel baglama boran , qarı, var,
Verərsən ömrünü yelə bilməzsən

23. 09. 14

* * *

Məni intizarda çox buraxmısan,
Söylə susmağının səbəbi nədir?
Sevgindən, o qədər çox danışmısan,
İndi susmağının səbəbi nədir?

Şirin xəyallarım məni tərk edib,
Yumşaq sözümü alıb,bərk edib,
Sözümü anlayıb gözəl, dərk edib,
Söylə susmağının səbəbi nədir?

Vəfasız deməklə ürək soyumaz,
Bu dövran keçər belə də qalmaz,
Dinməsən bilirsən Aydın yaşamaz,
Söylə susmağının səbəbi nədir?

06.10. 14.