578951_197118437124368_2030204772_n

Salam! Bu gün mən qələminin ucuyla qəlbini ifadə edən əslən gözəl Qarabağ torpağının dilbər rayonlarından olan Cəbrayıllı gənc yazar Rəşad Məmmədoğludan aldığım müsahibəni Sizlərlə paylaşmaq istərdim.
– Yaradıcılığa neçə yaşından başlamısınız?
– Mən yaradicılığa 1989-cu ildən başlamışam. İlk şerim 1989 -cu ildə sovet vaxtı şagirdlər və tələbələr üçün dərc olunan “Azərbaycan pioneri” qəzetində dərc olunub
– Şer sənin üçün nə deməkdir?
– Şer mənimçün insanın oxucuya çatdırdığı yaşadğı duyğularıdı. İkinci həyatdı
– Şer dünyası varmı? Varsa hamının olduğu dünyadan necə fərqlənir?
– Bəli, Var. O dünyanı seyr edən şairlərmiz olsa da İndi o seyricilər azdı. Şer dünyasını daim seyr edənlər adi şer yazanlar və poeziya həvəskarlarıdı. Şer dünyasının sakini olmaq isə xalqın şairi olmaq deməkdi.
– İlham pəriniz Sizi ən çox nə zaman ziyarətə gəlir?
– Şer dünyasının bu dünyadan fərqi odur ki, şer dünyasını hiss etməyənlər həyata real baxır. Görüb düşdüyüb bir izdikamlı hadisəni xəyal edən zamanda.
– Şer yazmaqda sizə ilk dəstək kim olub?
– Şer yazmaqda mənə ilk dəstəyi o vaxt, ədəbiyyat müəllimim Kamal müəllim və tarix müəllimim Zakir müəllim dəsdək olub.Hər ikisinə borcum və hörmətim böyükdü.
– Çox insan düşünür ki, şairlər öz düşüncələrində utopik fikirlər daşıyırlar nə dərəcədə doğrudur?
– Şairlərin sözə,düşüncəyə və bir hadisəyə olan baxışları, fikirləri obyektivdir. Utopik bir az qabarıq səslənir.
– Ən sevdiyiniz şeriniz və tarixçəsi?
– Mən bütün şerlərimi sevirəm. Əgər bir şer mənim düşüncəmin məhsuludursa güclü, zəif də olsa özümündür.
– Oldu. Çox sağ olun. Təşəkkür edirəm. Sizə yaradıcılığınızda uğurlar bol enerji arzulayıram.