meherrem

Sən oldun

Nə sağ nədə solunda
Gəzdim bu eşq yolunda
Sevgimin baş rolunda
Mənə qalan sən oldun

Dedilər atacaq səni
Düşündüm olar yəni?
Sevdiyin üçün sən məni
Mənə qalan sən oldun

Yaxınlarım uzaqda
Gərək deyim bu haqda
Xəstə ikən yataqda
Mənə qalan sən oldun.

* * *

Bütün arzularım gəlsə də dilə,
Tək sənin önündə lal olar,dinməz,
Onsuz da qonşudur ömrümə kədər.
Bütün ulduzları toplasan belə,
Səmimi deyirəm heç ola bilməz,
Səni sevdiyimin yarısı qədər…
Yad baxışın üzündən
Hələ getməyib izi.
Gözlərin təsdiqləmir
Dilindən cıxan sözü.
Baxışın da yadlaşıb
Gözler,o gözlər deyil
Gözlərimə zillənib