nemethacileiyev

Vətəndən gözəl yer cənnət sayılar,
Vermə bu elləri yağı düşmənə.
Dərd çəkmə yatanlar bir gün ayılar,
Vermə başı qarlı dağı düşmənə.

Qurumuş bədənlər torpağın üstə,
Güllələr uçuşur evlərin üstə,
Kimsəsiz uşaqlar qucağı üstə,
Oxusun analar ağı düşmənə

Xarı bülbülünü,sarı gəlini,
İncə lalələrin şirin ətrini,
Qəhrəman oğullar verən elini,
Vermə qara bəxtli bağı düşmənə…