Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü, Azərbaycanın istedadlı gənc xanım yazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!
Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın!
Sevib, sevdiyiniz insanlar ilə birgə olun!
Mətbuat xidməti
Afər VİLƏŞSOY (Abuşova) 1985-ci il aprel ayının 27-də Masallıda anadan olub.2003-2007-ci illərdə Bakı Dövlət Universitetində bakalavr, 2007-2009-cu illərdə Bakı Slavyan Universitetində magistr dərəcələri üzrə ali təhsil alıb.
2011-ci ildən Bakı Dövlət Universitetinin dissertantı və həmin universitet nəzdindəki “Gənc istedadlar” Liseyinin öyrətmənidir.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Şeirləri “Ulduz”, “Ali Ziya” jurnallarında, “Kaspi” qəzətində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü olub.On elmi məqalə və tezisin yanısıra, “Çiçək nəğməsi” (2004), “Könül pıçıltısı” (2006), “Salam, Tanrım” (2008), “25 Nar çubuğu” (2010), “Söyüd balası” (2012) adlı şeir kitablarının müəllifidir. Ailəlidir, iki övladı var.
Yolçu
Sən yorğun adamsan, mən boyda yükü
Pərişan ilhamın çəkməz, a yolçu..
Məhəbbət adına çıxdığın yola
“Olmaz”lar səadət əkməz, a yolçu.
Nə sənin ağlayan vaxtındı, nə mən,
Baxıb yollarına xiffət çəkənəm,
Ahını dünyadan pay alan sinəm
Gətirib sinənə bükməz, a yolçu.
Salmısan özünü qınağa, aha,
Dözməz çiyinlərin məncə günaha,
Allah bir tikdiyi evi bir daha,
Yenidən qayıdıb tikməz, a yolçu.
24.04.2015.