Dostlar, olmaz dadı-duzu,
Söz-söhbəti şit adamın.
Nə arı var, nə həyası,
Ruhu çılpaq, lüt adamın.
Haqqa dəvət etsə mini,
Yenə eylər bildiyini.
Yox imanı, yox bir dini,
Səcdəgahı büt adamın.
Üzdə tərif yapan gördüm,
Hiylə yolun tapan gördüm.
Arxadan çox qapan gördüm,
Belə qapmaz it,- adamı.
Xainlərin qəlbi kindir,
Nə danışdır, nə də dindir.
Başa salmaq çox çətindir:
Bu zamanda küt adamı !