Millətim yatıbdı fil qulağında,
Gəlirin, çıxarın bilmədi, vallah!
Çapıb talamağa gəlirlər bizə,
Gələn xoş niyyətlə gəlmədi, vallah!

itirə-itirə gəlirik!-Hanı,
Yurdun Zəngəzuru, ya İrəvanı?!
Bölgələrə bölürük Azərbaycanı,
Yad gəlib bizləri bölmədi, vallah!

Dərbəndim,Təbrizim müdam ağlayır,
Qarabağlıların qara bağlayır!
Borçalının dərdi ürək dağlayır,
Kərkük göz yaşını silmədi, vallah!

Bir sancı doğruyur qəlbimi mənim,
Bizə biz olmuşuq hər zaman qənim!
Məşəqqət içində yazıq vətənim,
Bir dəfə ürəkden gülmədi,vallah !

Öndə gədəniyik biz latın, lütün,
Hardan xeyir gələr, kəsmişik kütün!
Qalibin ölübdür ümidi bütün,
Bir quru cismidi ölmədi, vallah !